Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1.9 Mb.
Pdf просмотр
səhifə5/33
tarix29.05.2017
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33

45
Xatircəm – üzərinə qazan, tava qoymaq üçün təndirin üzərinə qoyulan 
dəmir alətdir. Qazan xatircəmin üzərində rahat oturur. 
Eyni məqsədlə çaydanı qoymaq üçün samovarın üzərinə “dəmkeş” qoyuruq. 
“Xətircəm ol” yəni yemək sarıdan, qazandan narahat olma, rahat ol məna-
sındadır.  Sonra ümumi işlədilən ifadəyə dönüb. 
Bu gün qazan rahat otursun deyə qaz sobalarının üzərinə qoyulmuş metal 
alətə (reşotka) də xətircəm demək olardı. Amma altı düz olmayan milli qazan-
larımıza uyğun olmadığı üçün belə qazanları onun üzərinə qoyanda o qədər də 
“xətircəm” ola bilmərik. 
35. Boş, mənasız, bir-birinə uyuşmayan şeylər haqqında “İt otu, bağa yar-
pağı” deyirik. 
Bağa yarpağını tanıyırıq təzə çıxan zoğları yeyilir, yarpaqları isə yara sa-
ğaltmaq üçün istifadə edilir. Bir adı da “atəş yarpağıdır”. 
İt otu isə çoxillik, bəzi növləri birillik bitkidir, ağımtıl, tüklü 20-60 sm 
hündürlüyündə otdur. Qara rəng almaq üçün xalçaçılıqda istifadə edilir. 
İt otu və bağa yarpağı bir-birilə uyuşmayan, bir yerdə istifadə edilməyən, 
ikisi bir yerdə lazımsız olan bitkilərdir. Digər tərəfdən it və bağa da uyuşma-
yan fərqli növ, cinsdən olan heyvanlardır. 
Yabanı sarımsağa da bəzən it sarımsağı deyilir. Ümumiyyətlə, heyvan, 
quş adları verilən bitkilərimiz çoxdur. 
İtburnu, itüzümü, köpək məməsi, ilan yasdığı, dəvə dabanı, buğatikanı, 
tülküquyruğu, qazayağı, kəklikotu, eşşək turpu (xardal), quşəppəyi, quş darısı, 
quzuqulağı, qoyunqulağı, danaayağı, pişikotu, sərçə dili, keçi əmliyi (keçisaq-
qalı), dovşankələmi və s. bu qəbildəndir. 
36. “İt kimi o qapıda, bu qapıda yallanır”, “İt kimi qapılarda yallanır” 
formasında bir ifadə işlədirik. Kiminsə haqqında belə ifadənin işlənməsi hə-
min şəxsin hörmətsiz şəxs olduğuna işarə edir. “Yal” sözü əslində “ye” “al” 
sözlərinin birləşməsindən əmələ gəlib. Əslində “al, ye” mənasındadır. Qapıya 
gələn dilənçilərə, miskinlərə, başqalarına daimi əl açmağı özünə rəva bilənlərə 
yemək veriləndə “ye, al” kimi, pul veriləndə “al, ye” yəni “özünə yemək al, 
ye” formasında işlədilib. Sonralar “e” hərfi düşdüyündən “ye, al” ifadəsi 
“yal” formasına düşüb. Hərfin belə düşməsi hadisəsi dilimizdə var. Məsələn, 
“Səni öyürəm”, yəni səni gözəl görüb tərifləyirəm, öyürəm, səninlə öyünürəm 
ifadəsi, “sevirəm” formasına düşüb. Bəzi bölgələrimizdə hələ də “söyürəm” 
kimi işlədilir. Tərəf müqabilinə isə “sevgilim” əvəzinə “söygülüm” deyilir. 

46
Söz mətbəxi
Osmanlı türkcəsində  də, “çanaq (yəni qab) yalayan” ifadəsi “tüfeyli” 
mənasında işlədilib. 
Aşağı mənəviyyatlı adamlara verildiyi üçün itə verilən yeməyə də “yal” 
deyilib. Çünki mənəviyyatsız adamlar da “murdar” itə bərabər tutulub. İt yalı 
isə horra kimi bir yemək olduğundan it onu dili ilə içir, sanki yalayır, yalla-
nır. İtə bərabər tutulan, mənəviyyatsız adamlar haqqında yaranan bu ifadə də 
mətbəxlə, yeməklə bağlıdır. 
37. “Yaltaq” sözü də elə “yal”, “yallanan” ifadələrilə bağlıdır. “Yala taxı-
lan” yal dalınca qaçan mənasındadır. Sonralar sərbəst ayrıca söz formasına dü-
şüb. Yalan sözünün də bununla bağlı olduğunu ehtimal edirik. Yəni yallanan 
“yal”taqlıqlanır, “yal”andan tərif deyir və ya yal verənin düşməninə qara yaxır. 
38. Yuxarıdakı ifadəyə bənzər bir ifadə isə “Hər yerdə qarnını otarır”, “qa-
rın otaran” ifadələridir. Bu ifadə əvvəlki ilə səsləşsə də, əvvəlki qədər alçaldıcı 
deyil. Qarınotaran hər halda yallanana nisbətən bir az yumşaq ifadədir. Əlbəttə 
bu ifadə də insanı alçaldır. “Qarnına ot arayan”, “Hər yerdə ot axtaran” yəni 
“heyvan” mənasında işlədilib. Amma bu yaltaqlıqla, yalanla bağlanmır. Os-
manlı türkcəsində bu ifadə əvəzinə “tüfeyli” sözü işlənirdi. Dəvətsiz ziyafət 
məclislərinə gedənlərə o dövrdə “tüfeyli” deyilirdi. İndi dilimizdə zəhmətsiz 
yaşayan, cəmiyyətin, başqalarının hesabına yaşayanlara dediyimiz tüfeyli sö-
zünün mənası da buradandır. 
39. Yuxarıdakı ifadə ilə  səsləşən “Yeri get qanqalını otla” kimi başqa 
ifadəmiz isə qarşısındakına yumşaq formada “uzunqulaq”, yaxud “dəvə” de-
mək mənasındadır. “Qanqal” tikanlı yarpaqları olan bitkidir. Qida məhsulu 
kimi daha çox təzə zoğları istifadə edilir. Dəvənin və uzunqulağın sevdiyi 
alaflardan olduğundan belə təhqiramiz ifadə yaranıb. 
40. Yenə 36, 37, 38, 39-cu bəndlərdəki ifadələrlə  səsləşən “yazıq” sözü-
müz də var ki, bu “ye” və “azıq” sözlərinin birləşməsindən əmələ gəlib. “Azıq”, 
“azuq” indi daha çox “azuqə” formasında işlətdiyimiz “yemək”, “yemək ehti-
ya tı”, “ərzaq” mənasında işlətdiyimiz sözdür. “Ye azıq” ifadəsində də “e” hərfi 
düşdüyündən “yazıq” forması əmələ gəlib. “Yazıq” özü dilənən deyil, əlac sız-
lıqdan yeməksiz qalana, özünə çörək qazana bilməyənə deyilib. Ona kömək 
olunub, “azuqə” verilib. Sonralar məcazi mənada fağır adamlara da aid edilib. 
41. Çox qəribə bir ifadəmiz də var. “Sümsük”, “it kimi sümsünən”, “süm-
sük it”, “sümsük adam” ifadələri haradasa “yallanan” ifadəsi ilə bir assosiativ 
oxşarlıq təsəvvürü yaradır və bu assosiativ fikrin özündə bir yaddaş, bir əsas var. 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
47
Axtarışlarımız göstərdi ki, sümsünmək “süm-sümə” adlı bir xörəyimizlə 
bağlıdır. Sümsünmək əslində “süm-sümə yemək” mənasında işlədilib. Süm-
sümə xörəyi bu günə  qədər də Qarabağ camaatımız tərəfindən hazırlanır. 
Xocavənd rayon Qaradağlı  kənd sakini Əliyeva Siyatel Kərim qızından al-
dığımız məlumata görə süm-sümə bişirmək üçün yağda qovrulmuş una duru 
vəziyyətə düşənə qədər üzərinə az-az qaynar su tökməklə mütəmadi qarışdırı-
lıb vam odda bişirilir. Süfrəyə veriləndə üzərinə bal əlavə edilir. 
Kosistensiyasına, hazırlanma qaydasına görə horrəyə və yala bənzədiyin-
dən yallanmaq əvəzinə sümsünmək sözü də işlədilib, sonralar məcazi mənaları 
da eyniləşib. Amma sümsünmək sözündə də yaltaqlıq yoxdur. Daha çox gəzə-
yən, bir yerdə durmayan mənasındadır. 
42. Əvvəllər tez-tez çox arıqlamış adama “anquta dönüb”, “anqutu çıxıb”, 
“boğazı anqut boğazına bənzəyir” ifadələri eşidirdik. İndi arıqlıq dəbdə oldu-
ğundan bu idioma dilimizdən silinməkdədir. 
Anqut nədir?
Sonuncu ifadədə “Boğazı anqut boğazına dönüb” deyildiyindən, anqutun 
boğazı olduğu anlaşılır. Osmanlı türkcəsində “anqut” vəhşi ördəyə deyilir. 
Vəhşi ördək əti 16-cı əsrdə Osmanlı sarayında bişirilib yeyilirdi. Bu vəhşi 
ördək (latınca Tadoma ferruginea) cinsinin boğazı nazik olduğundan “boğazı 
anqut boğazına bənzəyir” ifadəsi arıqlamış adam üçün yerinə düşür. Lakin bu 
ördəklər qışda yağlanmış kökəlmiş zamanda yeyildiyindən “anquta dönüb”, 
“anqutu çıxıb” ifadələri yerinə düşmür. 
Tədqiqatlar göstərir ki, “anqut” əslində türklərin hazırladığı nazik vərəq 
kimi bir xəmir yeməyidir. Tatarlar ona “quymaq”, ruslar “blinçik”, azərilər 
“yayma”, “yelaparan” Türkiyə türkləri isə “anqut” deyirlər. 
 Anqut o qədər nazik olur ki, o biri üzü görünür. Vəhşi ördəyin boğazının 
nazikliyindən bu quşa da ehtimal ki, osmanlı türkçəsində anqut deyilib. 
Yəqin ki, baba nənənlərimiz də “yayma”, “yelaparan” sözü ilə  bərabər 
sinonim kimi “anqut” sözü də işlədiblər. Yayma indi həm də boşqaba nazik 
təbəqə ilə yayılmış südlə, düyüylə hazırlanmış keşkəkə (kaşkaya) deyirik ki, 
türklər də buna “südlüaş” deyirlər. 
  43. Aşıq Ələsgər 
“Ləzzət verər bal qatanda qaymağa, 
Onlardan da şirin olur narın üz”

48
Söz mətbəxi
yazısındakı “narın üz” ifadəsi bütün alimlərimiz tərəfindən nədənsə yanlış 
olaraq “qaymaq” ya “süd qaymağı” mənasında izah edilir. 
Əslində isə “narın üz” elə Baba Ələsgərin özünün yazdığına görə bal qa-
rışdırılmış qaymaqdan da şirindir. “Onlardan da şirin olur narın üz”. 
Narın üz qaymaqdırsa, qaymaq, bal qarışmış qaymaqdan necə şirin ola 
bilər? Bəlkə söz ustası söz tapmadığından belə qoşub? 
Aşıq  Ələsgər yaradıcılığının təhlili belə ehtimalı yersiz edir. Bəlkə 
Ələsgərdən sonra yazanlar qoşmanı yazanda səhvə yol veriblər? Təhlillər bu 
ehtimalın da doğru olmadığını göstərir. 
Məsələni araşdırmaq üçün südün tərkibinə nəzər salaq. Süd əsasən sudan, 
zülaldan(kazein), yağdan və süd şəkərindən (laktoza) ibarətdir. Qatıq hazırla-
nan zaman süd zülalı kaoqulyasiya edir. Yəni qatıqlaşır və südün tərkibindəki 
suyu özünə çəkir. 
Süd zülalı (kazein) xüsusi çəkisinə görə  ən ağır fraksiya kimi qabın 
alt hissəsinə  yığılır. Xüsusi çəkisinə görə  ən yüngül fraksiya olan yağ üst 
qata qalxıb qaymaq əmələ gətirir. Xüsusi çəkisi yağdan ağır süd zülalından 
(kazeindən) isə yüngül olan süd şəkəri (laktoza) isə yağ və qaymaq arasında 
çox nazik pərdə, narın bir qat şəklində yayılır. Laktozanın miqdarı da çox az 
olduğundan o qaymaq kimi qalın təbəqə yarada bilmir. 
Qaymağın altında çox nazik şirin təbəqənin olduğunu təcrübəli çoban-
lar bilir. Tovuz rayon ahıllarından bəziləri də bu təbəqəni ayırd edə bilirlər. 
Əlbəttə ki, bal qaymaqla qarışanda balın  şirinliyi azalır, qaymağın  şirinliyi 
artır. Həm də bal əsasən iki şəkərin fruktoza və saxarozanın qarışıq mətindən 
ibarətdir. Laktoza isə demək olar ki, qatışıqsız şəkərdir və təmiz narın bir qat 
əmələ gətirir. Ona görə də bal qaymaqdan şirin olur. 
Beləliklə, Baba Ələsgər öz qoşmasında tam dəqiq məlumat verir. Necə 
deyərlər “Aşıq gördüyünü çağırar”. Bəlkə də əsl xalq yaradıcılığı ilə, folklo-
rumuzun əsas qolu ilə məşğul olan aşıqların içindən seçilənlər ona görə seçi-
lir ki, onların yazdıqlarında təkcə ahəng, axarlıq, gözəllik deyil həm də elmi 
məlumatlar, həqiqətlər gizlənir. Zənnimcə yalnız belə  şeirlər  şairin, aşığın 
dahiliyindən xəbər verir. 
Yəqin ki, tədqiqatçılarımız bundan sonra “narın üzü” “qaymaqla” qarış-
dırmayacaqlar. 
 44. Daha bir ifadəmiz “Paxırı üzə çıxdı” ifadəsi də mətbəximizlə bağlıdır. 
“Gizlində saxladığı pis əməli, pis fikri ya sözü üzə çıxdı” mənasında işlədilir. 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
49
“Paxır”, “Bakır” sözləri əvvəllər mis mənasında işlədilib. İndi də Türkiyədə 
misə “bakır” deyirlər. Milli qazanlarımız  əvvəllər misdən hazırlanırdı. Mis 
istiliyi tez ötürdüyündən az yanacaq işlənirdi və bu üzdən sərfəliydi. Amma 
isti, maye və su dəydikdə mis oksidləşirdi və  zəhərli maddə  əmələ  gəlirdi. 
Həm bunun qarşısını almaq, həm də temperaturu səthdə  bərabər paylamaq 
məqsədiylə mis qazanlar içəridən və çöldən qalay qatı ilə örtülürdü, qalay-
lanırdı. Hərdən işlənməkdən ya yuyulanda çox sürtülməkdən qazanın qalayı 
bəzi yerlərində gedirdi və mis, yəni paxır üzə çıxırdı, gizlində olan, qalayla 
örtülmüş mis, paxır görsənirdi. 
“Paxırı üzə çıxdı” ifadəsinin kökündə də elə bu mətbəx hadisəsi dayanıb. 
45.  İşi asan hesab edənə “Bu sənə  dım-dım halvası deyil” deyirik. Bəzi 
bölgələrdə “dam-dam”, “dəm-dəm” kimi də səslənən bu ifadə çox asan hazır-
lanan halva növüylə bağlıdır. İndiki təqvimlə 10 fevralda keçirilən Xıdır Nəbi 
bayramında bütün evlərdə qovut unu hazırlanırdı. Bunun üçün qovrulmuş buğda 
əl dəyirmanında üyüdülürdü. Şirintəhər dadı olan un alınırdı. Qovut sözü “qo-
vur” və “ud” yəni qovur, ye sözlərindən yaranıb. Qovut unu elə belə də yeyilirdi, 
ondan qovud və ya “dım-dım” halvası da hazırlanırdı. Bunun üçün hazır una 
sadəcə şirə (şəkər məti, bəhməz yaxud bal, ya mürəbbə şirəsi) qatıb yumrulanır 
və yeyilirdi. Qovud halvası, ya dım-dım halvası deyilən bu halva çox asan başa 
gəlirdi. Bəzən qovut unu qurtaranda, tənbəllik edənlər sadəcə unu yağda qovu-
rub şirəylə qarışdırıb dım-dım halvası hazırlayırdılar. İfadə də buradan yaranıb. 
46. İndi günümüzdə bir ifadə də yaranıb. Saxta sənətkarlara, xüsusilə də 
səsi olmayan müğənnilərə “bozbaş” deyə təhqir edirlər. Fikrimizcə, bu ifadə 
gözəl xörəyimiz olan bozbaşla bağlı deyil. Öz yeməyinə millət xor baxmaz. 
Biz boz rəngə, əvvələr qırqovula, quşa demişik. Sərçəyə də boz sərçə deyi-
rik. Boz termini daha çox beləliklə “quş” mənasında işlədilib. Erməni dilində 
isə “boz” fahişə deməkdir. Elə  həmin mənada da ara dilimizdə “quş” sözü 
işlədilir. Məncə, bu söz səsi, vəsaiti olmadığından özünü satmaqla səhnəyə 
çıxanlara aid olunur. Böyrünə qoyulmuş “baş” sözü isə bu söyüşü daha da 
gücləndirmək məqsədilə işlədilib. 
Yeni zamanda yaranmış bu ifadənin mətbəximizlə heç bir əlaqəsi yoxdur. 
47. Özünü yekəxana aparan adama “dəbbə” deyirik. “Dəbbə adamdır”, 
“Nə  dəbbələnirsən?” kimi ifadələr işlədirik. Bu ifadələr də  mətbəx mədə-
niyyətimizlə bağlıdır. Dəbbə içində yağ, bal, riçal, bəhməz və s. kimi axıcı 
qidaları daşımaq üçün yumru, şişkin formalı, dar ağızlı, dəridən ya misdən 

50
Söz mətbəxi
hazırlanmış qabdır. Uzaq yola gedəndə, köç zamanı, yaxud ordu mətbəxinin 
təminatı üçün dəvələrə və qatırlara yüklənirdi. Dəbbələrin tutumu 50:100 kq-a 
çatırdı. Qatıra dəvəyə dəyən tərəfləri yastı hazırlandığından iri yumru qaba-
ğa (balqabağa) bənzəyirdilər. Ehtimal ki, adı da elə də buradan əmələ gəlib. 
Farsca dəbbə – qabaq mənasında işlədilir. Sivaşda dəbbə, depme böyük un 
çuvalına deyilir. Kiçik həcmli dəbbələr əsgərlər tərəfindən istifadə edilirdi. 
İndi qabaqla bağlı başqa bir təhqiredici ifadə də işlədilir. Qanmaz mə na-
sında hərdən kiminsə barəsində yarızarafat, yarıciddi “Əə balqabaq”, “balqa-
baqdı, – balqabaq” ifadələri eşidilir. 
 48. “Onun dəftəri bağlandı” ifadəsi də mətbəxlə bağlı bir ənənədən qa-
lıb. Osmanlı dövründə Ramazandan əvvəl dostlar arasında son içki məclisi 
olurdu. Bu son içki toplantısına müxtəlif adlar verilmişdi “bıçaq silmə”, “seng 
– endaz”, “defter bozma” və daha çox işlədilən “defter kapama” dilimizdə 
“dəftəri bağlandı” kimi, yəni (axırıncı badəsini içdi) mənasında qalıb. Sonra-
lar bu ifadə başqa məcazi mənalarda işlədilib. 
49. Çalışan amma bir iş hasil edə bilməyən kəsə “Nə bir yerdə divək 
(dibək) döyürsən”,  
“Bir yerdə dibək döyür” deyirik. 
Dibək – taxıl döymək üçün iri dərin alətdir. Daşdan, kötükdən içi ovulub 
hazırlanır. Bəzən misdən də hazırlanır. Bəzən tərpənməməsi üçün yerə basdı-
rılırdı. Dibək (divək) daşı deyilən bu daşlarda taxıldan başqa, bəzən mədən 
duzu da döyülürdü. Yerə basdırılan dibək daşları bir yerdə qaldıqları üçün də 
“Bir yerdə dibək döymək” ifadəsi yaranıb. 
 50. Tez-tez işlətdiyimiz bir deyim “Boynuma minnət qoyma”, “Minnət 
qoyma” da mətbəximizlə bağlıdır. 
Böyük çörək bişirmə yerlərində, saray çörəkxanalarında kündələr bir ayrı 
yerdə yetişirdi və həmin otaqdan kürələrə, fırınlara, çörək bişən yerə daşınır-
dı. Kündələri ocağa daşıyıb, ocağa vermək üçün uzun ağac alətdən istifadə 
edilirdi. Bu uzun ağac alətin içində dörd, ya yeddi ovulmuş yuva olurdu. 
Kündələr həmin yuvalara qoyulub, kürəkdə, çiyində, boyunda götürüb ocağa 
daşınırdı. Bu alətə bineyt, pinəkop, sarpun, çörəkçi taxtası deyilirdi. Bu alətin 
bir adı da “minnət” idi. Buradan da “minnət götürmək”, “minnət qoymaq” 
ifadəsi yaranıb. Öncə “çörəyini boynuma qoyma” kimi işlənib getdikcə başqa 
məcazi mənalar da əxz edib. Ehtimal ki, “Min” (minmək, qoymaq, götürmək 
mənasında) və “ətmək” (çörək) mənasında) sözlərindən əmələ gəlib. “Ət” sö-

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
51
zünü mətbəx terminləri arasında tez-tez eşidirik, ət, mət (şirə), lət (meyvənin 
qabıqla çəyirdəyi arasındakı yer), lətif (dadlı və yumşaq), ətmək (çörək) və s. 
51. “Qadan alım” ifadəsini Gəncə, Tovuz, Qazax tərəflərdə tez-tez eşidirik. 
Çox qəribə də olsa əvvəllər “qada” sözü xəstəlik, bəla mənasında işlənməyib. 
Princilla Mary İşin “Osmanlı mutfak sözlüğü” kitabında “qada” sözünün 
izahını belə verir. (səh 122) “Qada – sabah veya ögle (nahar T. Ə) yeməyi”. 
Beləliklə qada yemək oynəsinin, səhər və nahar yeməyinin adı kimi işlənirdi. 
Qada ilə qida (yemək) sözlərinin də eyniköklü olması təsadüfi deyil. Ehtimal 
ki, “quda” sözü də oynələrini, qidalarını, süfrələrini birləşdirən, bir süfrədə 
oturanlar mənasındadır. 
“Bütün xəstəliklər insana ağzından gəlir” düşüncəsinə malik olan babala-
rımız ola bilsin ki, qada – qida (yemək) və qada (xəstəlik) sözlərini yaxınlaş-
dırıblar. Bu düşüncə tərzi, bu yaxınlaşma “az” (azuqə, buğda, yemək), “araz” 
(loxma), azirə (ziyafət) və “azar”(xəstəlik) sözlərinin eyniköklü olmasında da 
özünü göstərir. 
Digər tərəfdən göstərdiyimiz bölgələrdə müraciət formasında “Gaadam” 
ifadəsi işlədilir. “Canım”, “həyatım” mənasında işlədilən bu ifadə ehtimal ki, 
“Qidam” – yəni “mənəvi qidam” mənasında işlədilir. Bəzən kiçik uşaqlara 
çox şirin-yeməli baladır deyirik. Ümumiyyətlə qida ilə bağlı terminlərin sevgi 
ilə bağlanması bütün dillərdə mövcuddur. “Bal ayı”, “qaymaq dodağlı”, “dili 
badam içidir”, “sevgilisini gözləri ilə yeyirdi” və s. bu qəbildəndir. 
52. “Sözünü sinirə bilmədi” “Siniriləsi söz deyil” ifadələrini işlədirik. 
İndi çoxları “sinirmək” sözünün mənasını bilmir. Sinirmək, sindirmək sözü 
“həzm etmək” deməkdir. Dilimizdə daha çox bu sözdəki “n” hərfi “n” və “q” 
hərflərinin birləşməsi kimi tələffüz edilir. 
53. Bəzi bölgələrimizdə “yeməkdən ürəyi basılan”, başı hərlənmək, çox 
ye məkdən, ya yağlı yeməkdən sanki, sərxoş kimi özünü pis hiss edənlər 
yeməkdən “hintiləndim” ifadəsini işlədirlər, “hintilənmək” sözü əslində buğ-
danın bir adı olan “hinta” sözüylə bağlıdır. Osmanlıda buğda ticarəti “hinatat” 
buğdanı satmaq isə “hinata” adlanırdı. 
54. Çox qəribədir ki, “hilal” sözü də yalnız ayla bağlı deyil, həm də mət-
bəxlə bağlıdır. “Hilal” sözü mətbəxdə diş çöpünə, diş təmizləyənə deyilmişdir. 
Tısbağa qını, sümük, buynuz kimi maddələrdən düzəldilən diş çöplərinin 
bir ucu diş təmizləmək üçün iti, digər ucu isə qulaq təmizləmək üçün çox kiçik 
qaşıq formasında düzəldilirdi. Mətbəxtə giləmeyvələrin tumlarını çıxartmaq, 

52
Söz mətbəxi
turşuya qoyulan tərəvəzləri deşdələmək üçün də istifadə edilirdi. Ağacdan, 
tikanlı bitkilərin tikanlarından da hazırlanırdı. Diş çöplərinin qoyulduğu qab 
isə “hilaldan”, diş arasından təmizlənən qida qalıqları isə “hille” adlanırdı. 
55. Bəzən “Nə hoqqa çıxarırsan”, “hoqqa çıxarmaq”, “hoqqabazlıq etmək” 
kimi ifadələrə rast gəlirik. Hoqqa əslində mürəbbə, gülqənd qoyulduğu kiçik 
yuvarlaq qab (rozet) ya qutudur. Ağacdan, gildən, şüşədən və s. hazırlanırdı. 
“Hoqqa”, “hokka” əslində mətbəxdə, süfrədə işlədilən qab adıdır. Qədim-
dən daha çox işlənirdi. 
Altmışıncı, yetmişinci illərdə  mən məktəbə gedəndə yazıları  hələ mü-
rək kəblə yazırdıq. Qələm ucluqlarına rus dilindən “pero” deyirdik, “camış 
pero”,“adi pero”, “düyməli pero” və s. adlı qələm ucluqlarını mürəkkəbə ba-
tırıb yazırdıq. Mürəkkəb tez-tez üst-başımızı, çantamızı, əllərimizi batırırdı. 
Mürəkkəb qablarına da “hoqqa” deyirdik. (Tovuz rayonu). Yəni “hoqqa” yenə 
qab mənasında işlənirdi. 
56. “Xörəyi xurd-xəşil elədi”, “Bir-birini vurub xurd-xəşil elədilər” kimi 
ifadələrdəki xəşil sözünün mənasını bilirik. Xəşil, xaşıl undan hazırlanan 
məşhur xörəklərimizdir. Bəs “xurd” nədir?
Əslində xurd sözünün kökündə “xur”, “hur” sözü durur ki, bu da çiy 
şəkildə, bişməmiş yeyilə bilən ərzaqlara deyilir. İndi də “xur” sözü gizlənib 
qalıb. Heyvana tövlədə yem verdiyimiz yerə “axur” deyirik. Ac, yeməyi ol-
mayan, otlamağa gedən sürüyə “naxır”, yəni yeməksiz deyirik. Taxıl döyülən 
yeri isə “xırman” adlandırırıq. Türkcədə  oğru mənasında işlədilən “xırsız” 
sözü də ehtimal ki, bu kökdəndir. Ac, ac göz, acından özünü təhlükəyə atan 
mənasındadır. Biz də “ac qılınca çapar”, yəni özünü təhlükəyə atar deyirik. 
Hurd, xurd sözü isə  ərzaq mənasında işlədilir. Xurma sözündə  də xur 
meyvənin adının əsasını təşkil edir. Plova əlavə kimi verdiyimiz “xuruş”un 
adı da elə buradadır. Osmanlı türkcəsində “huriş” – yemək mənasında işlə di-
lirdi. “hurde” – sözü həm də qırıntı mənasında işlədilirdi “hurde-erz” – qırıq 
düyüyə deyilirdi. “Xurd-xəşil elədi” yəni “əzdi”, “xəşil yeməyi kimi elədi” 
mənasındadır. 
“Xur” sözü ilə bağlı meyvə adı Xurmad da maraq doğurur. Əslində mey-
və nin  adı Xuram, Xurəm kimi, yəni xur – ye mənasındadır. Ola bilsin to-
vuzdan keçən Xuram, Qazaxdan keçən Xram çaylarının adı da buradandır. 
Yəqin ki xurram, şad–hürrəm sözləri də qarnı tox adamlara, yeməyi olan, azad 
insanlara aid edilib. Ehtimal ki, Xuraman adı da buradan əmələ gəlib. Sözün 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
53
sonunda yeməyə aid olan hissədə hərflərin yerinin dəyişməsi isə dilimizə xas 
olan hadisələrdəndir. Məsələn Xoşab (kompot) Doşab sözlərindəki “ab” – su 
sözü şorba sözündə “ba” formasına, “ət” sözü “küftə” sözündə “tə” formasına 
düşüb. Əslində “küftə” – kif – yəni xarab olmuş, ətlikdən çıxmış ətdir, yaxud 
kef – asan çeynənən, ləzzətli, kef verən ətdir.  
 57. Dilimizdə “qıymaq” feilini tez-tez işlədirik. Məsələn “10 manat nədi 
ki, onu bizə  qıymadı”, “evini atasına qıymadı”, “Ata oğluna bir dağ  qıydı, 
oğul atasına bir alma qıymadı” və s. 
Qıymaq feilinin əsl mənası xırdalamaq, doğramaq mənasındadır. Mətbəx-
də  işlətdiyimiz “qiymə  ət”, “əti qıymalamaq” kimi ifadələr bu feilin məna 
kökündə dayanır. 
İmaməddin Nəsimi də qıymaq feilini doğramaq mənasında işlədir. 
“Bunca namərdi görün
 Bir ər qıyarlar ağlamaz”
Sonralar bu mənada qıymaq feili “öldürmək” feili ilə eyni mənaya gətiri-
lib, asmaqla ya güllə ilə öldürülənlərə də aid edilib. Məsələn, “Belə bir igidə 
necə qıydın?” kimi işlədilib. 
58. Tez-tez “məni camaatla üz-göz” eləmə “Sənə görə dostlarımla üz-göz 
oldum” ifadələrini işlədirik. 
“Üz-göz” Naxçıvanda plovun üzərinə qoyulmuş xuruşa, qazmağa deyir-
lər. Ola bilsin ki, plovun ağ üzündə göz kimi ya qara (yaxud yanar qırmızı) köz 
kimi görsəndiyindən xuruşa, qazmağa üz-göz deyilib. Yaxud plovun üzərinə 
qoyulduğu üçün bele adlandırılıb. Üzdə açıqda olduğu üçün “Üz-göz oldum” 
yəni aram açıldı; hər şey üzə çıxdı mənasında işlədilib. 
59. Belə bir ifadə  də  işlədirik “Hay-hayı gedib vay-vayı qalıb”. “Hay-
hay” Naxçıvanda bişirilən xörəkdir. Ət qovurulmasının üzərinə üzüm doşabı 
töküb şorba kimi bişirir, içərisinə lavaş doğrayıb yeyirlər. Ehtimal ki, ətli hissə 
yeyilib qurtarandan sonra xörəyin qalanına “hay-hayı gedib, vay-vayı qalıb” 
deyilib. Yaxud kimsə hay-hay hazırlayıb, başqası isə yeyib, bişirənə qalmayıb. 
Ya bişirən qışqırıb ki, “xörək qalmayıb”, ya yeyənlə dalaşıb, yeyənin səsi çı-
xıb. Soruşanda onlara nə olub “Hay-hayı gedib, vay-vayı qalıb” deyiblər. Ola 
da bilsin ki, bu ifadə türk-erməni (hay) münasibətlərindən yaranıb. Bunu Əli 
və Nino əsərində də görürük haya etibar həmişə sonda vaya gətirib çıxarır. 
1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə