Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1.9 Mb.
Pdf просмотр
səhifə2/33
tarix29.05.2017
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33

14
Söz mətbəxi
bilməlisən ki, onu belə hormonik şəkildə istifadə edəsən? Ədəbiyyatımızda ilk 
dəfədir ki, söz mətbəxlə, folklorla belə qeyri adi şəkildə bağlanır. 
Yazıda qəribə bir yumor, bir sarkazm da var. Amma bu sarkazm sevgidən 
irəli gələn bir sarkazmdır. Xalqını, millətini nə qədər sevməlisən ki, onu bu 
qədər öyrənəsən, bu qədər ona nüfuz edə biləsən. 
Tahir  Əmiraslanov həmişə  hər  şeyin kökündə  mətbəxin durduğunu de-
yir. Bunun bir sübutu kimi də dilimizdəki bir çox folklor nümunələrinin, ata-
lar sözlərinin, idiomatik ifadələrin, sözlərin mətbəxdən çıxmasını isbatlamaqla 
ortaya qoyur. Yenə də heç kəsin indiyə qədər etmədiklərini edir. İndiyə qədər 
açılmamış qatları açıb təəccübləndirir. O, həmişəki kimi yenə də ilk dəfə, birinci 
dəfə bunları ortaya qoymaqla Azərbaycan dilinin ən heyrətamiz dərin qatlarına 
baş vurur. Amma bunu çox sadəliklə anladır. Ümumiyyətlə onun yazıları elmi 
olduqları qədər də, bədii, anlaşıqlı, sadə və təbiidir. Hər yazıda bir harmoniya 
hiss edilməkdədir. Dilimizə olan bu sevgi “Yanar İşıq – Ana dilimiz” yazısında 
da özünü büruzə verir. Bütün yazılarında üzə çıxan sufilik, şamanlıq, dərvişlik, 
ozanlıq, aşıqlıq, şərq fəlsəfəsi elementləri bu yazıda da özünü göstərir. İndiyə 
qədər daim işlətdiyimiz sözlərdəki dərin alt mənalarla yanaşı, burada yeni fəlsəfi 
baxışlarıyla dilimizi bizə sevdirə-sevdirə şüurumuzun alt qatında gizlənənləri 
üzə çıxarıb yenidən bizə aydınlaşdırır. Bizi daha çox özümüzə, uca Yaradanımı-
za, Allaha qaytarır. İnamımızı, imanımızı daha da möhkəmləndirir. Bu yazılarda 
dilimizin proto dil, ilk dil olmasına inam yaradır, yaradıcılığa sövq edir. 
Buradan biz aşıqlarımızı, ozanlarımızı, Dədə Qorqudu, Koroğlunu yeni-
dən dərk etməyə, onların formasını deyil, əsl məzmununu görməyə başlayırıq. 
Aşıq sənətinə də bu baxış ədəbiyyatımızda ilk dəfə səslənir. O özü də işıqla-
nır,  şölələnir və  həmişə  həyatda da olduğu kimi işıq saçır, hamıya aydınlıq 
gətirir. Bu işıqda biz yenidən uca Yaradana, Dilimizə, Dinimizə, Vətənimizə 
bir daha yenidən vuruluruq, oxuduqca təəccüblə sevinirik. Aslarla bağlı 
mət  bəx terminlərimizdə bizi yenidən soykökümüzə qayıtmağa çağırır. Bi-
zim soykökümüzdə unudulmuş As-Az tayfalarını yadımıza salır. İlk dəfə bu 
nöqteyi-nəzərdən mətbəx terminlərimiz araşdırılır. 
Kitabi Dədə Qorqud müəllifin həmişə müraciət etdiyi kitablardandır. 
Amma onun Kitabi Dədə Qorquda yanaşması tam fərqlidir. O həmişə Kitabi 
Dədə Qorqudun hələ təhlil edilmədiyini söyləyir, bu kitabı hələ yalnız oxu-
yanlar var, öyrənənlər, anlayanlar hələ heç nə yazmayıblar deyir. Dədə Qor-
quddakı sağraq terminini açıqlamasını verməklə ilk dəfə olaraq bu kitabda 

Kitab haqqında
15
distillə yolu ilə alınmış içkidən, araqdan danışıldığını açıqlayır. Dil-termin 
barəsində yazılmış məqalə, qəribə bir gözlənilməz nəticəyə, iqtisadi nəticəyə 
gətirib çıxarır. 
Azər bayramı yazısı soykökümüzdə duran Ac-Az tayfaları ilə bağlı möv-
zunu davam etdirir. İtirilmiş Azər bayramını bərpa etməyə çalışır. Ən qəribəsi 
isə məntiqə söykənərək bu bayramda tam itirilmiş xörəklərimizin bərpa etmə-
sidir. Müx təlif xalqların ayin, mərasim mətbəxlərini dərindən bilməsi, qidanın 
psixofizioloji təsirini, fəsillik xüsusiyyətlərini, mühitlə, ocaqla bağlılığından 
çıxış edərək, müqayisəli təhlilə söykənərək ilk dəfə elmdə itirilmiş gida siste-
minin bərpasını görürük. 
Qobustan qayalarında tapılmış, mahiyyəti alimlər tərəfindən izah edilə 
bilməyən xətlənmiş bezoar keçi rəsmlərinin də ilk dəfə açılışını T.Əmiraslanov 
verib. Müəllif müxtəlif ölkələrin elmi konfranslarında yüzlərcə alimə bu faktı 
açıqlayıb, Azərbaycanın dünya mətbəx mədəniyyətinin beşiyi olduğunu, ilk 
kulinariya məktəblərinin məhz Qobustanda olduğunu isbatlayıb. 
Kulinariya incəsənəti, Qazandan çıxan incəsənət və  Mədəniyyət yazısı 
estetikanın, etikanın, müxtəlif incəsənət nümunələrinin məhz mətbəxdən qay-
naqlandığını, məhz mətbəxdə yarandığını çox qəribə bir tərzdə isbatlayır. 
Yemək, sevmək və yaratmaq yazısı da artıq bu estetikanın elmi fəlsəfi 
isba tının əsaslandırmasını davam edir. Qəribədir ki, onun yazdığı bu qəribə 
fikirləri düşündükcə, oxuduqca daha çox inanırsan. 
Bitki mənşəli qida məhsullarının dizaynı estetikanın iqtisadiyyatla bağlı bir 
istiqamətinə yönəlir. Amma bu estetik düşüncə “Gözəllik ondur, doqquzuncu-
su dondur” yazısında daha qabarıq özünü göstərir. Yenə də bildiyimiz ifadələrə 
tamamilə gözləmədiyimiz tərəfdən baxılır. Gözəlliyə, estetikaya yeni inandırıcı 
bir tərif, gözəlliyin 6 kriteriyası və onların vəhdəti kimi göstərilməsi. Gözəlliyin 
riyazi düsturlarla, rəqəmlərlə ifadəsi, 
π rəqəminin gözəllik konstantı kimi boş-
qaba, xörəklərin bəzənməsinə gətirilməsi elmimizdə ilk dəfə baş verir. Riyaziy-
yat, estetika, etika, fəlsəfə, sosial elmlər, dini və s. elmlər bir yazıda bir araya 
gətirilməklə  məsələyə yeni bir kompleks yanaşma metodikasını qoyur ki, bu 
müəllifin həm bu, həm də digər yazılarında özünü büruzə verir. Yazıda yenə 
asları, Dədə Qorqudu, Koroğlunu görürük. Milli mənbəyimizin, milli ideologi-
yamızın, əxlaqi dəyərlərimizin köklərini bir yazıda aşkar anlayırıq. 
Matriarxat məqaləsində bunlar davam edir. Polemika formasında başla-
yan yazı qadına bugünkü münasibətin kökündən yanlışlığını göstərir, qadı-

16
Söz mətbəxi
nı öz gözəlliyinə, müqəddəsliyinə, kamilliyinə qaytarır, gender problemine 
fərqli münasibət göstərir. Bir çox sosial-iqtisadi hadisələr bir-biri ilə bağlı 
surətdə  təhlil edilir. Çox uzağa gedən nəticələr çıxarılır. Yazıdakı ironiya, 
sarkazm, gülüş qadın-kişi bərabərliyi haqqında fikirlərimizdə çevriliş edə 
bilir. İdeologiyanın siyasətə, milli düşüncə tərzinə təsiri incəliklə araşdırı-
lır. Sonra müəllif gözlənilmədən bizi yaranışın  əvvəlinə aparır, metofizik 
fikirlərlə, fizika, riyaziyyat, astronomiya ilə  ədəbi bədii vəhdətdə ilk dəfə 
kainatın karusel modelini verir. Şərq fəlsəfəsi düşüncəsinə dayanaraq boşluq 
nəzəriyyəsini çox rahatca açıqlayır. Metofizik təcrübənin sufizmin, qnos-
tisizmin,  şamanizmin, lamaizmin tətbiqi yolları, praktikası  və  nəzəriyyəsi 
açıqlanır. Meracın forma və yolları araşdırılır. Sonra niyə məhz Həvvanın 
barı birinci yeməsinin səbəblərini araşdırarkən məişət versiyasında gözəl 
bir ədəbi nümunəylə qarşılaşır, müəllifi bir ədəbiyyatçı, yazar, yazıçı kimi 
görürük. Bizi güldürən-düşündürən bir vəziyyətə salır bu hissə. Amma za-
rafatla necə düzgün, dəqiq psixoloji təhlil verdiyinin şahidi oluruq. Yenə də 
həmişə olduğu kimi mətbəxlə bağlanan qəribə bir yazı-çadra məsələsinin 
açıqlanması və s. Müəllifin açıqladığı məsələlərinin əksəriyyətinə ilk dəfə 
belə izahlar verilir. İçərisində bu qədər elm olan yazı insanı çəkib arxasınca 
aparır, yormur. 
Azəri xanımlar haqqında traktatı öncəki yazının-matriarxın davamı kimi 
dəyərləndirmək olar. Burada müəllifin Azəri xanımlarına verdiyi dəyər, qa-
dınlarımızı daha da yüksəklərə qaldırır. Milli adətlərimizə yenidən baxmağa, 
onlara qayıtmağa sövq edir. 
“Kəmər məsələsi” Matriarxat yazısındakı çadranın izahı ilə səsləşir. Adi 
gö  rü lən şeylərin, paltarın, çadranın, qalstukun, kəmərin, qurşağın arxasın-
da du ran məntiqlərin, dəyərlərin, düşüncələrin bu qədər dərində gizlənən 
gözəl li yi ni  açır. Hələ  ədəbiyyatda heç kəs geyim nümunələrinə bu qədər 
nüfuz edib, belə yanaşa bilməmişdi. Hər yazısında olduğu kimi bu yazısın-
dakılar da yenilik, kəşfdir. Sa də cə üzərində mübarizə gedən “Sarı gəlin”in 
niyə  məhz bizim olmasının izahı yazının yüksəkliyini göstərmək üçün 
kifayətdir. Kitabda “Mətbəx dastanları” kitabından “Daş haqqında dastan” 
və əvvəlki kitablara da xil edilməmiş küftə, fi sincan və plov haqqında dastan-
lar daxil edilmişdir. Hər bir dastan sırf elmi-texnoloji yazı olmaqla bərabər, 
həm də ədəbi bədii gözəlliklə yazılıb. Mirzə Əli Möcüzlə, Mirzə Ələkbər 
Sabirlə və digər şairlərlə deyə-gülə çox ciddi məsələlər araşdırılır bu das-

Kitab haqqında
17
tanlarda. Bu qədər ciddiliyin bu qədər yüngül, anlaşıqlı tərzdə verilməsi də 
təəccübləndirməyə, sevindirməyə bilmir. 
Dünya elmi və bədii ədəbiyyatında kulinariyaya aid belə əsərlər ilk dəfədir 
ki, yazılır. İstifadə edilmiş əsərlərin əksəriyyəti ilk dəfədir ki, tədqiqata cəlb 
edilir. Azərbaycandakı digər mütəxəssislər bu ədəbiyyatla ümumiyyətlə ilk 
dəfədir ki, tanış edilir. 
Tovuz və Gəncə regional mətbəxləri haqqında yazılar da, çay haqqındakı 
yazı da o biri yazılarla bir ahəngdə olduğu üçün kitaba salınıb. 
Ümumiyətlə kitab bir nəfəsə oxunsa da hər əsəri bir ayrı gündə oxumaq 
daha məsləhətdir. Bu ləzzəti uzatmaqla bərabər daha yaxşı anlamağa kömək 
edəcək. Ümumiyyətlə kitabda verilən hər  əsər üçün ayrıca bir kitab yazıla 
bilər. Mən də daha çox yazmadım ki, deyəcəklər atasıdır ona görə tərifləyir. 
Oxuyandan sonra Siz də tərifləyəcəksiniz. 
Əmiraslanova Aynurə Tahir qızı
AXDU-nin və ADİU-nin magistrı, 
ingilis dili üzrə tərcüməçi, mühəndis texnoloq
Milli Kulinariya Mərkəzinin baş texnoloqu

18
Söz mətbəxi
SÖZ MƏTBƏXİ
Ey mərifət sahibiyəm deyənlər, öz qövmünə və başqalarına nəyisə söylə-
mək istəyənlər!  Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi 
yaxşı-yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda 
saxlayasınız ki, ağzınızı açanda duzsuz-duzsuz danışmayasınız
1
. Yoxsa duz-
suz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar
2
. O qədər gülər ki, gülməkdən 
qarnı partlayar
3
, ləvəngisi tökülər. 
Ey səxavət sahibləri! Fikirlərini duzlamayıb, yanınızda duzsuz-duzsuz 
da  nışanlara səxavət göstərin, amma onlara qulaq asmayın, çətinə düşəndə isə 
onlardan mərhəmət, kömək ya anlayış gözləməyin. Çünki duzsuz fikirləri və 
sözlərilə çörəyinizin duzunu
4
 qaçıracaqlar, beləliklə də onlara verdiyiniz çö-
rəyin duzu olmayacaq. Ona görə  də onlarla duz-çörək
5
 deyil, duzsuz çörək 
kəsmiş hesabında olacaqsınız. 
Ey qonaqpərvərlər! Kəsəndə qonağınıza həmişə ağ deyil, qara qoç kəsin ki
qonaqlarınız fəxrlə sonra deyə bilsinlər ki, bizə filankəs bir qara qoç kəsdi
6
, çün-
kü qara qoyunun qovurması dadlı, özu də ətli olur
7
, hətta arıq olsa belə. “Bizə bir 
ağ qoç” kəsdilər deyə nədənsə öyünə bilmirik. Bizdə gərək avtomobil də qara 
olsun, oğlumuza qoyduğumuz ad da, dərdi var olan qız
8
 da, yalan dediyimiz bu 
qızın yanındakı üzümüz
9
 də, mahnı qoşub oxuduğumuz gilə
10
 də, bizi basmasın 
deyə bizim basdığımız
11
 da, cibə tökdüyümüz kişmiş
12
 də, gözümüzə gələn su
13
 
da, paltar da, arvad da, canına and içdiyimiz lələş
14
 də, qoyun da, bizi yandıran 
bağ
15
 da, zəhmətlə qazandığımız pulu saxladığımız gün
16
 də, əhvalımız pis olan-
da qanımızın boyandığı rəng də, ağ deyib işığa çıxartdığımız yalan
17
 da. Ona görə 
də bizim üçün qaradan artıq
18
, bəlkə də üstün rəng yoxdur. Hətta onu sevmədiyi-
miz dostlarımıza belə yaxırıq
19
 ki, özümüz kimi onları da qara günə
16.1
 qoyaq, 
sonra baxıb deyək ki, şükür Allaha ki, onlara baxanda biz toya gedəsiyik
20
. Toya 
gedəndə də qara geyinirik ki, çirkabımızı ört-basdır edək. 
Çünki, duzsuz-duzsuz danışıb coşduqda ağzımıza çullu dovşan belə  sığ-
mır
21
. Sonra bu duzsuz sözlərlə ağzımızdan qaynayan
22
, ət qazanda köpüklənən 

Söz mətbəxi
19
kimi köpük axır
23
, kəf tökülür ətrafdakıların təfəkkürünə. İçkili, kefli adamlar 
kimi kifli sözlər danışır, camaata kəf gəlir
24
, bundan ləzzət alır, keflənirik. Hətta 
artıq indi mötəbər yerlərdən ağzından süd iyi gələnlər
25
 də elə qatıqlayırlar
26
 ki, 
qalırsan mat-məəttəl. Avazları yaxşı gələndə
27
 də görürsən ki, oxuduqları yenə 
elə it otu, bağa yarpağıdır
28
. Bəziləri Vətəndən, anadan, torpaqdan elə qatıqlayır-
lar ki, adam istəyir bir qaymağına baxa, baxanda görürsən ki, şeytan qatığıdır
29
 
yemək olmaz. Belə bir vaxtda millətin duzlu söz sahibləri, xalqın qaymaqları
30

şirin danışa bilənləri xalqla deyil bir-birilə danışır, ya susur və beləliklə sözlərini 
çürüdürlər
31
, bu çürümüş sözlər də ağzı bağlı çaydan kimi qaynayıb buxara çev-
rilir və yaddaşdan silinirlər. Adamları ac saxlamaq olmaz, həm də söz aclığı çox 
ağır olur. Ac insanlar “ac”ıqlı olur, qılınca çapır
32
. Söz yarası isə sağalmır
33

Söz xaridarlarını sözləri doğrayıb, çeynəyə-çeynəyə xırdalayıb sağa-sola 
xərcləyənlər  əvəz edir indi. Bu boş-boş danışanlara avara-avara qulaq asıb 
bəxtlərini, vaxtlarını onlarla birlikdə öldürənlər
34
 də az deyil. Vaxtın, zamanın 
başını kəsib, qanını axıtmaq, öldürmək bizdə adətə çevrilib. Düzdü elə də olur 
ki, yaxşı sözlərə də eləcə qulaq asırıq, amma onları sırğa edib qulağımızdan 
asmırıq
35
. Bu qulağımızdan alıb, o birindən veririk
36
. Ruslar ətri “eşidirlər”
37,
 
biz isə sözü ağzımızla deyir, qulağımızla yeyirik, o da ki ola söz mətbəxində 
bişən söz ola. Belə söz nəinki qulaqdan, hətta daşdan belə keçir
38

Duz var təzyiqi dağa qaldırar, duz var təzyiqi dağdan endirər
39
. (Naxçıvan 
duzu kimi). 
Ona görə də danışanda duzsuz və çiy söz
40
 danışmayın. Sözlərinizi ağzı-
nızda bişirib çıxardın
41
. Deyəndə elə söz deyin ki, şirin
42
 olsun, şirə məxsus 
olsun, yəni aslana, as oğlana, aslara məxsus olsun. Boş yerə norveçlilər asları 
şərqdən gələn Allahlar adlandırmır. İslandlar bu günə qədər aslara boş yerə 
sitayiş etmirlər ki. Meyvə cövhəri kimi, söz də təfəkkürün cövhəri, Şirəsidir. 
Mübahisə edib sözləri çürütməyin
43
. Çünki çürümüş sözlər həmsöhbəti-
nizin boğazından keçməyəcək
44
, keçsə belə o onları  həzm edə, sindirə 
bilməyəcək
45
. Birinci halda o sizin boğazınızdan yapışacaq, ikinci halda özü 
qarın ağrısına düşəcək. 
Sözləri ucuz tutmayın. Ucuz sözün şorbası
46
 olmur. 
Gördün ki, qarşındakı çox duzsuz-duzsuz, ucuz, bişməmiş sözlər danışır, 
bir sözlə zoğallayır
47
, onda qaytar, öz sözünü özünə elə yedizdir ki, dediyi 
sözün əzabını özü çəksin, ya da elə əvvəlcədən onun sözünü ağzında qoy
49

Amma sözünü pambıqla
50
,  şəkərlə
51
 elə  kəs ki, sənin sözlərindən qan iyi 

20
Söz mətbəxi
gəlməsin
52
. Sənə söz demək istəyənin oturuşuna fikir ver. Gördün ki, şəstlə, 
düz oturub qorxma, elə ki, gördün əyri oturub
53
, onda ehtiyatlı ol, fikirləş, gör 
düz söz eşitmək istəyirsən ya yox. Elə adamla sözlərini meydana
54
 buraxma. 
Çünki, düz söz güləşib
55
 qalib gələcək. Onsuzda düz söz sonda elə düz də
56

yəni düzlüyündə məğrur qalacaq. 
Amma düz sözü də elə-belə döyüşə çıxarmaq olmaz. Gərək əvvəlcə bir bü-
lov daşı, ya dəri qayış, ya da bir sırtıq sifət
57
 götürüb sözü yaxşıca itiləyəsən
58 
ki, kəsərli olsun
59
, rəqibin yeddi qatından keçsin
60

Gördün ki, nadan kefini kök etmək üçün şitəşir, şit-şit danışır
61
, yəni şit 
yağ kimi şit sözlərlə başqalarını incidir, onda, sal onun kefini söz qazanına, 
üzərinə də xırda-xırda söz soğanını
62
 doğra. Qoy soğan yeyib içi göynəsin
63

yanıb tökülsün
64
. Özü də qorxma soğan çox xeyirli şeydir. Göz yaşartsa da 
mikrobları qırır. 
O biri tərəfdən alçaq şəxsə sözü yedirtmək üçün onu gərək yaxşıca istiot-
layasan, acı bibərlə yaxşıca qarışdırasan ki, sözü dediyin adamı elə yandırıb 
yaxsın
65
 ki, üstünə tava qoyub cızdağı çıxana kimi cızhacız bişirəsən
66
. Bəzən 
öncədən gərək dədəsini də  şəlləyəsən dalına
110
, elə istiotlu söz vurasan ki, 
dədəsini də yandırasan
67
. Ata-balanı belə yanan görən anaları da ağlar qala
68. 
Elə söz var ki, qırmızı istiot vurursan, adamı yandırmır, eləcə isidir, ləzzət 
verir. Belə sözlərlə yavaşca-yavaşca vam odda sevdiyini elə bişirirsən
68.1
 ki, 
yeməli olsun. Amma bişirəndə gərək məhz zərif vam odda bişirəsən ki, bir 
azca pörtsün, dil-dodağı təpisin, təpitmə olsun. Elə olanda qaymaq dodaqlar-
dakı laktoza, yəni süd şəkəri karamelləşib dodaqları pənbələşdirəcək, onları 
ballı, qaymaqlı edəcək
69
. Həm də dil şirin
70
, badam içinə dönəcək
71
. Amma söz 
var ki, adamı üşüdür
72
. Belə sözlərdən ehtiyatla isti vaxtlarda istifadə etmək 
lazımdır, yoxsa soyuq vaxtda deyərsən adamın qanı damarında donar
73

Bir sözlə danışanda duzlu, dadlı, tamlı danış
74
 ki, ətrafdakılar tamaşaçıya, 
yəni tamla yeyənə, tamla yaşayana, ləzzətlə yaşayana çevrilsinlər. Ağızları 
tama gəlsin, mədəniyyətli olsunlar. Axı ürəkdə də mədəciklər var. Ürəyin yolu 
da elə həmin mədəciklərdən keçir
75
.  
Düzdü elə adamlar da var ki, dad, tam hiss eləmir. Belələri həyatı və söz ləri 
ağızları ilə deyil gözləri ilə yeyirlər
76
. Gözlərdə isə dad reseptorları olmadığın-
dan onlar dad, tam hiss eləmirlər. Amma iyi çox yaxşı duyurlar. Harada aşdır, 
onlar orada başdır
77
. Amma gözləri yenə acdır ki, ac
78
.  Əslində belələrinin 
sözləri yox, gözləri çox şor
79
 olur, yəni duzlu, digər tərəfdənsə kəsmikli olur. 

Söz mətbəxi
21
Yəni qəlblərinin aynası
80
 duzla, kəsmiklə elə yaxmalanıb ki, aynadakı qəlb ar-
tıq görsənmir. Belə gözlər isə heç doymur ki, doymur
81
. Çox vaxt axırda onları 
gözümçıxdıya salıb
82
, yediklərini gözlərindən gətirirlər
83

Özün də ehtiyatlı ol ki, məddahların yağlı sözlərini
84
 yeməyəsən. Bizdə 
axı tərif ustaları yağlı sözləri elə yedirdirlər ki, heç xəbərin olmur. Elə hey 
şişir,  şişirsən və bir gün partlamaya
85
 düşürsən. Bəzən də  əvvəlcə qoltuğu-
nun altına qarpız verirlər
86
 ki, qürurlanasan. Qürurdan başını itirən anda isə 
xoruzunu verirlər qoltuğuna
87
. Bunu ingilislər daha çox edir özgə millətlərə. 
Ona görə də ingilislərin dediklərinə qulaq vermə, sözlərinə etibar eləmə, hətta 
duzlu söz desələr də. Çünki başqa millətlərə deyəndə onlar sözə ingilis duzu
88 
qatırlar. İşdi şayəd bilmədin yedinsə mütləq qarnını ağrıdıb, səni gücdən sala-
caq və ingilisə möhtac edəcək. 
Danışanda xəsis olma, sözlərini ağzından səlis, bütöv çıxart, sözlərin yarı-
sını udub
89
, ala-yarımçıq buraxma. Elə danış ki, diş həkiminə ehtiyac olmasın, 
sözləri ağzından kəlbətinlə çıxartmasınlar
90
. Həm də ağzın var ikən burnunda 
danışma.  Ən  əsası da bizim sənətdə gigiyenadır. Söz qazanına mikrob bu-
raxma, bütün yeməyi korlarsan. “Şey”, “zad”, “ee” və s kimi mikroblardan, 
parazitlərdən, viruslardan sözlərini qoru. 
Çalış sözləri de, qoşub onları tüpürmə ki, sonra tüpürcək yalayana
91
 
dönməyəsən və qırmızı olmaq
92
 istəmirsənsə sözlərini göyərtmə
93

Qəribə bir paradoks var. 
Nədənsə, Biz Sizə qulluq etmək, yəni qul olmaq istəyirik deyə, xalqa söz 
deyənlər istəklərinə çatıb millətə qul olandan sonra ağalarından qat-qat yaxşı 
yaşayırlar. Ağalarını zəlil eləyirlər. 
Söz demək üçün ağız açmaq
94
 lazımdır. Ağız açmaq isə baş əymək, nəyisə 
istəmək deməkdir. Deməli Siz ağız açanda hörmət, izzət, hakimiyyət, var-
dövlət, maddi-mənəvi nə isə istəyirsiniz. 
Ona görə də ağız açmamışdan fikirləşin, görün nə istəyirsiniz, bu cama-
atdan nə verib ala bilmirsiniz
95
. Çünki çox vaxt ağız açanlar millətdən nəsə 
diləyənlər, dilənçilər ağızlarını xahişlə yox, təkəbbürlə, inamla, tələblə, hədə-
qorxuyla açırlar. Dilənçilər yaman həyasızlaşıblar. 
Dilənçilərdən biri, “Camaat bizə  səs verin, bizə  səs versəniz gələcəkdə 
biz daha yaxşı yaşayacağıq” deyəndə səs verən məzlumlardan biri (qəribədir 
ki, səs verənlər adətən məzlum, səs alanlar hakim olurlar), “Bəs biz”? deyə 
soruşanda dilini dilənçilər (ən dilçilər, dil pəhləvanları) elə  kəsdilər
96
 ki, o 

22
Söz mətbəxi
birilərinə dərs olsun. O birilər də dillərini verməmək üçün səslərini verdilər. 
Amma hakim olanlar sonra onların da səslərini kəsdilər
97
. Hələ də ağızlarından 
qan iyi gəlir
98
, səslərinin qanı axır. Qan gələn yerin dibinə gərək duz tökəsən 
ki, ağrıtsa da qanı  kəssin, mikrobları öldürsün. Ona görə  də, bəzən sözləri 
səssiz demək lazım gəlir ki, dilinizi, ya səsinizi kəsməsinlər. 
Bəzən sözü səslə, dillə, ağızla, qələmlə deyil, başqa formada da deyərlər. 
Məsələn, oğlan qızdan cavab gözləyəndə qız iki həriflik “hə” sözünü həya-
sın dan  ağzından çıxara bilməzdi (düzdü bu əvvəllər olurdu). Amma bu söz 
onu içəridən necə yandırırdısa da qız başını yerə dikib qıp-qırmızı pul kimi 
qızarır
99
, puçur-puçur tər tökürdü. Və səssiz deyilən bu iki hərfli sözdən səs 
çıxmasa da sözün duzu o tərlə çıxırdı və “hə” duzla deyilirdi. 
Bəzən də görürsən ki, iki kəlmə sözü demək üçün 50 qramlıq dil əvəzinə 
2 kiloqramlıq baş o tərəf – bu tərəfə yellənir. Amma söz qazanı qaynayıb da-
şanda səs də azlıq edir, baş da, onda əllərdə qoşulur söhbətə, xüsusilə də Şərq 
xalqlarında.  
Ona görə də danışanda söz danış
100.
 Şapalaqla üz qızartmaqdansa
101
 kiri-
miş otursan yaxşıdır. Düz danış ki, duz dağına dönəsən
102
, yalan danışıb kələk 
gəlmə ki, duzdağa düşməyəsən
103
. Qırx gün salam vermək istəmədiyin yerdə 
də duz yemə
104

Çox qəribədir ki, biz yemək üçün heyvanları, quşları bordağa bağlayı-
rıq, bitkiləri yetişdiririk. Amma xəmiri acıdırıq, acdırırıq. Sonra onu yeyirik. 
Bəlkə  də  əslində acmış  xəmir bizi yeyir. Bəlkə doğrudan da biz acıtmasız, 
sadə xəmir yeməliyik?
Acı sözlər
105
 də bizi beləcə yeyir. Bəlkə onlardan ehtiyatla istifadə edək? 
Buna görə də söz sahiblərindən
106
 uzaq olun. Söz sahibləri sözü qul edib, sözə 
ağalıq
107
 edirlər. İstəyəndə verir, istəyəndə geri götürürlər, bəzən isə tamam 
unudurlar qullarını. Çünki, əslində onlar söz sahibi yox imtiyaz, hakimiyyət 
sahibidirlər. Əsil tək söz sahibi Uca Yaradandır ki, hər sözündə böyük hikmət, 
qüdrət var. Söz qullarına
108
 yaxın olun. Söz qulları mömin olanlardır ki, Allah-
dan aldıqları Quran yəni quruçuluğa xidmət edən sözün də, verdikləri sözün 
də qulu olurlar. 
Ey duz istehsalçıları! Yaranışın  əvvəlində söz olub. O qədər duzlu söz 
ki, həm aləmləri, həm kainatları, həm də bizim yer kürəmizi, bizi yaradıb. O 
Sözdə gör nə boyda duz olub ki, nə qədəri hələ mədənlərdə, dəryalarda qalıb, 
min illərdir ki, ha yeyirik yenə bitmir. Deməli elə ilk Sözün çox hissəsi duz 
1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə