Kişilər üçün ən yaxşı 13 rasion Sağlam qidalanma dünyasına xoş gəldiniz



Yüklə 25.55 Kb.
tarix02.07.2017
ölçüsü25.55 Kb.
Kişilər üçün ən yaxşı 13 rasion
Sağlam qidalanma dünyasına xoş gəldiniz.

Qayda 1: Müvəqqəti həvəslərə aldanmayın.

Qayda 2: Sağlam yeməklərin dadsız olduğu əfsanəsini unudun. Sizə, mədənizi, sümüklərinizi və ürəyinizi qoruyarkən damağınızı xöşbəxt edə bilən 13 qidadan bəhs edəcəyik. Sağlam olduqları elmi olaraq isbat edilmiş bu qidaları sizə təqdim edirik.
1- Yerfıstığı əzməsi
Tam bir kalori bombası və həddindən artıq şirin, deyil mi? Deyil. Əgər doğru məhsulu doğru miqdarda yesəniz, ağız dadınızı korlamazsınız. Yerfıstığı əzməsində lif yüksəkdir, bu da onu doyurucu bir qida edir.
2- Çiy süd
Yağsız süd yerinə tam yağlı süd içsəniz faydalı olar. Və ya bir addım daha irəli gedərək, yaşadığınız səmtdə çiy süd ovuna çıxın.
3- Qırmızı bibər
Qırmızı bibərlər görmə duyğusunu inkişaf etdirər.
4- Kifli pendir
Südü, qaynadıb pendir halına gətirmək üçün fərqli əməliyyatlardan keçirilərkən qida elementlərini itirər. Hal-hazırda vitamin və mineral zənginliyi və antibiotik təsiri sağlam yeməklər siyahısına girməyi bacaran kifli pendirdirdir. Pasterizə edilməmiş çiy südlə edildiyində bu faydalar daha da artır. Parmesan, Camembert, hellim və mozarella kimi pendirlər də çiy südlə hazırlanan pendirlərdir.
5- Qatıq
Qatıqla aranızı düzəltsəniz pis olmaz. Tərkibi B1, B12 və K vitamini ilə zəngindir.
6- Kələm turşusu
Kələm turşusu, mədə və bağırsağın dostudur. Bu da məşq etdiyiniz günlərdə daha çox qəbul etdiyiniz zülalı həzm etmək üçün daha faydalıdır.
7- Qırmızı çuğundur
Çuğundurda olan nitratlar məşq performansınızı inkişaf etdirəcək.. Çuğunduru blenderdən keçirib suyunu işsəniz daha faydalı olar.
8- Brokoli

Sağlam qidalar siyahısında hər dəfə brokoliyi görməkdən bezdiniz. 100 qramı 34 kalori olan bir tərəvəzdən bəhs edirik.


9- Keçi əti
ABŞ Kənd Təsərrüfatı Nazirliyi, keçi ətinin dana, mal-qara və ya quzu ətinə nisbətən daha aşağı kalori və yağ nisbətinə sahib olduğunu söyləyir.
10- Təmiz bal
Bal bütün orqanlarınız üçün faydalıdır.

11- Badam
Badamda olan B2, maqnezium və manqan oksigeni daha faydalıdır.
12- Brüssel kələmi
Brüssel kələmi qaraciyərin təmizlənmə qabiliyyətini artırır.
13- Ördək yumurtası
Yumurta tox tutan zülal məzmunu ilə kilo verməyə köməkçi olduğu kimi, eyni zamanda göz sağlamlığını da yaxşılaşdırır. Maksimum faydalı olması üçün toyuq yerinə ördək yumurtası seçin.

Qadınlar penisin ölçüsünə əhəmiyyət vermirlər


Yeni bir araşdırma, qadınların yataqda nə istədiyi sualını cavablandıracaq.

Kişilər tərəfindən cavabı ən çox axtarılan suallar bunlarıdr: "Penis böyütmə məhsulları həqiqətən işə yarayırmı?" və "Daha gec boşalmanın yolları nələrdir?".

Suallarınızıdan birinə cavab verək. Qadınlar, penis ölçüsü ilə əslində o qədər də maraqlanmırlar.

Seks oyuncaqları istehsal edən Pure Romance adlı firma qadınlar arasında sorğu aparıb. 1.000 qadın arasında aparılan sorğunun nəticələrini sizə təqdim edirik.

1- Daha yaxşı ünsiyyət

Qadınların təxminən 62 %-i daha yaxşı ünsiyyətin evliliklərini möhkəmləndirdiyini düşünürlər.

2- Daha çox ön sevişmə

Seks, yalnız orqazmdan ibarət deyil. Qadınların 58% -i, kişilərin ön sevişməyə daha çox vaxt ayırmasını istəyir.

3- Seks oyuncaqları

Seks oyuncaqlarının seks həyatına qatacağı çox şey var. Sorğuda iştirak edən qadınların 40% -ı da belə düşünür.

4- Fantaziyalar

Qadınların 40% -i, fantaziya etmənin evliliyi daha yaxşı bir nöqtəyə apardığını ifadə edir.

2 qantellə 15 dəqiqəlik bütün bədən məşqi
Yalnız 2 qantel istifadə edərək edəcəyiniz bu 15 dəqiqəlik məşq sayəsində bədəninizdəki bütün böyük əzələ qrupları işləyəcək.
Faydaları: Bu bütün bədən məşqi çiyinlərinizi, qollarınızı, kürəyinizi, qıçlarınızı və qarın bölgənizi qüvvətləndirəcək. Eyni zamanda omba əzələlərini də inkişaf etdirəcək və sizi kürək ağrılarından xilas edəcək.
Təlimat: Hər bir hərəkət arasında 60 saniyə ara verin.
Dumbbell walkout with Pushup

Dumbbell plank-position row with two froggers

BURPEE with curl and press

Bu, 1 turdur. Ümumilikdə 3-5 tur edin.

Məşq baxımından qadınlar və kişilər arasında 4 fərq
Kişilər Marsdan, qadınlar Veneradan gəlir. Fitness dünyasında da bu belədir ...
Qadınlar və kişilər ... Bir tərəfdən baxıldığında aramızda heç bir fərq yoxdur. Lakin digər bir tərəfdən baxdığımızda aramızda bir çox fərqlilik var. Məşq mövzusunda da belədir.
PureProfile tərəfindən edilən yeni bir araşdırma sağ olsun, fitness dünyasında qadınlar ilə kişilər arasındakı dəqiq oxşarlıqları və fərqləri daha yaxşı görə bilirik.
1- Həm eyni həm fərqli
Məşq sıxlığı mövzusunda qadınlar ilə kişilər arasında bir fərq yoxdur. Əsl fərq, məşqin quruluş şəklində ortaya çıxır. Hər nə qədər, həm qadınlar həm də kişilər üçün gediş etmək ən məşhur fitness fəaliyyəti olsa da, qadınlar üzmə və yogaya, kişilər isə velosiped və digər idmanlara daha meyllidir.
2- Daha ağıllı məşq etmək
PureProfileinn araşdırmasına görə, texnoloji cihaz istifadəsi baxımından kişilər ilə qadınlar arasında böyük fərqlər yoxdur. Fitness fəaliyyətlərinin qiymətləndirilməsi üçün biləklik ya da ağıllı telefon istifadəsi kişilərin 43%-də rast gəlinirsə, qadınların 41%-i də eyni cihazlardan faydalanır.
3- Texnologiya fərqi

Texnoloji qurğuların istifadəsi hər iki cins üçün də aşağı yuxarı eyni olsa da istifadə məqsədləri fərqlilik göstərir. Kişilər, bu cihazlardan əldə etdikləri nəticələri rəqibləri ilə müqayisə üçün istifadə edərkən, qadınlar texnologiyadan ümumiyyətlə öz bədənlərini nəzarət və təqib etmə mövzusunda faydalanırlar.


4- Silahınızı seçin
Bilək markalarında da fərq var: Həm kişilər həm də qadınlar tərəfindən ən çox seçilən marka Fitbitdir. Lakin qadınlar bu markanı daha çox sevirlər. Digər tərəfdən, Apple Watch istifadəsi mövzusunda kişilər daha üstünlük təşkil edir.

 






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə