Keyfiyyət sistemi



Yüklə 33,31 Kb.
səhifə2/2
tarix02.04.2022
ölçüsü33,31 Kb.
#54613
1   2
Keyfiyyət sistemi (1)

1. Marketinq mərhələsində məhsulun keyfiyyətinə olan tələblər təyin edilir. Bu mərhələ tələblərin təyin edilməsinin əsas və başlanğıc mərhələsidir. Marketinq sözü latınca “ bazar ” deməkdir. Marketinq məhsula olan tələbatı müəyyən etməli, bazar sorğusunu (istehlakçıların tələbatını) dəqiq təyin etməli və təsərüffat müqavilələrini, sazişləri, kontraktları və bazarın tələbatını daima analiz etməklə istehlakçıların tələblərini təyin etməlidir. Bu məlumatların olması keyfiyyət ilgəyinin növbəti mərhələsinə lazımi dəyişikləri vaxtında aparmağa imkan verir.

2.Layihələndirmə və texniki tələblərin işlənilməsi mərhələsi- istehlakçıların tələblərini ödəyən məhsul yaradılmasını təmin etməlidir. Bununla yanaşı bu mərhələ yaradılan məhsulun əlverişli qiymətə satılmasını, müəssisənin çəkdiyi xərcləri ödəməsini və gəlir əldə etməsini təmin etməlidir.

3.Maddi – texniki təchizat mərhələsində- məhsulu təşkil edən lazımi materiallar, komplektləşdirici məmulatlar, qovşaqlar və.s alınmalıdır. Onların keyfiyyəti bilavasitə məhsulun keyfiyyətinə təsir göstərir.

4.İstehsalat proseslərinin hazırlanması və işlənilməsi mərhələsində - istehsalat prosesləri üçün texniki şərtlərin tələblərinə uyğun olan məhsulun buraxılmasına imkan verən lazımi elementlər (avadanlıqlar, maşınlar, alıtlər, köməkçi materiallar, işçi qüvvələr və.s) seçilir.

5.İstehsalat mərhələsinə- texnoloji əməliyyatların müəyyən şəkildə və ardıcıllıqla aparılması daxildir. Məhsulun keyfiyyətini təmin etmək üçün istehsalat proseslərinin bütün komponentləri idarəolunabilən olmalıdırlar. Bunun üçün istehsalat əməliyyatlarının hamısı dəqiq müəyyən edilməli və öz əksini sənədləşdirilmiş təqdimatlarda tapmalıdır.

6.Məhsulun keyfiyyətinə nəzarət və onun sınaqları mərhələsində- məhsulun istehsalı prosesində keyfiyyətə nəzarət edilməsi və sınaqların aparılması nəzərdə tutulur. Bu məsələlər əvvəlki dərslərdə öyrəndiyimiz mövzularda ətraflı nəzərdən keçirilmişdir.

İstehsalından sonrakı mərhələlər məhsulun əldə edilmiş keyfiyyət səviyyəsinin, qablaşdırılması, yüklənməsi, boşaldılması, quraşdırılması və istismarı zamanı saxlanılmasını təmin etməlidir.



Eyni zamanda məhsulun keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Məs: məhsulun yüklənilməsi, boşaldılması və saxlanılması zamanı keyfiyyətin aşağı düşməsinə səbəb ola biləcək mexaniki zərbələrin, titrəyişlərin, korroziyanın və.s – nin qarşısı alınmalıdır. Quraşdırma işlərini aparmağa aid təlimatlarda məhsulun əldə edilmiş keyfiyyət səviyyəsini saxlamaq üçün lazımi göstərişlər öz əksini tapmalıdır.

Məhsulun istismarı zamanı texniki məsləhətlərin, lazımi ehtiyyat hissələrinin və detalların verilməsindən ibarət olan xidmətin təmin edilməsi böyük əhəmiyyətə malikdir. Keyfiyyət sistemində bazarla olan əks əlaqənin və məhsula müəllif nəzarətinin rolu böyük əhəmiyyət kəsb edir. Əks əlaqə sistemi məhsulun bütöv xidmət müddəti ərzində keyfiyyət göstəricilərinə nəzarət edilməsini təmin etməlidir. Bu isə istehlakçıların tələbatının ödənilməsi dərəcəsinin daima analiz edilməsini tələb edir.
Yüklə 33,31 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin