Keramika və odadavamlı materiallar texnologiyası


Fənnin adı: “Keramika və odadavamlı materiallar texnologiyası” . Mövzu



Yüklə 35,92 Kb.
səhifə2/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

Fənnin adı: “Keramika və odadavamlı materiallar texnologiyası” .
Mövzu: 2. Keramika materialları və məmulatlarının əsas növləri. Onların istehsalında istifadə olunan xammallar.

MÜHAZİRƏNİN PLANI
1. Keramik divar materiallarının təsnifatı.
2. Keramika məmulatlarının istehsalı üçün xammallar.

Keramika ən qədim süni daş materiallarındandır. Gil kərpici və kirəmiti ilk dəfə 5000 il bundan əvvəl tətbiq edilmişdir. İndi də kərpic əsas inşaat materiallarından biridir. Keramikanın yüksək istismar və bədii-dekorativ keyfiyyətləri, xammal ehtiyatının zənginliyi və istehsal proseslərinin sadəliyi onların inşaatda, texnikada və məişətdə geniş tətbiqinə səbəb olmuşdur. Keramika - tozşəkilli materialların su ilə yaxud başqa mayelərlə bircinsli qarışığından müxtəlif qəlibləmə üsulları ilə alınmış və yanma prosesində möhkəmlənmiş qeyri- metallik, qeyri-üzvi məmulatdır. Keramikaya ənənəvi keramika məmulatları (dulusçuluq, saxsı, çini) ilə yanaşı, metal oksidlərindən təşkil olunmuş (AI2O3, Fe2O3, ZrO2 və s.) və oksid keramikası adını almış yeni növ məhsulların böyük qrupları da aiddir. Keramika məmulatlarının ayrıca qrupunu xüsusi keramika (korundlu, steatitli, elektrotexniki, sanitar-texniki) təşkil edir. Keramikanı kobud (keramiki və şamot kərpicləri) və incə (çini, saxsı) olmaqla iki yerə ayırırlar. Kobud keramika məmulatları qırıldıqda qeyri-bircins, iri dənəvər quruluşlu, incə keramika məmulatları isə bircinsli, narın dispers və bərabər şəkildə rənglənmiş olur. Kobud keramikaya istifadə olunan xammal komponentlərinin hissəciklərinin ölçüsü 5mm-dək olan keramika kütləsindən hazırlanmış məmulatlar aiddir. Bu qrupa daxil olan məmulatlar rəngli qırıntıya, yüksək məsaməliliyə və kifayət qədər şaxtayadavamlılığa malikdirlər. Göstərilən xassələr isə bu məmulatların heykəltəraşlıqda və inşaat konstruksiyalarının elementlərində istifadəsinə imkan verir. İncə keramikaya istifadə olunan xammal komponentlərinin hissəciklərinin ölçüsü 100 mkm-dən kiçik olan keramika kütləsindən hazırlanmış məmulatlar aiddir. Belə məmulatlar ağ və rəngli minalarla örtülmüş olur. Kobud keramika ilə müqayisədə yüksək mexaniki möhkəmliyə malik olması məişət təyinatlı incə keramika məmulatlarının geniş çeşidini hazırlamağa imkan verir.


İncə keramikanın əsas növləri çini, saxsı, yarımçini və mayolikadır
İnşaat materialları sənayesində müxtəlif çeşiddə inşaat keramikası məmulatları – divar materialları (kərpic, keramik daşları), xarici və daxili divarların üzlənməsi üçün keramika tavaları, damüstü keramika materialları (kirəmit), sanitar-texniki məmulatlar (əlüzyuyan, keramika boruları), yüngül betonlar üçün məsaməli doldurucular, döşəmə tavacıqları, xüsusi keramika (odadavamlı, turşuyadavamlı) istehsal olunur.
Keramika materiallarının istehsal texnologiyası xammal materiallarının çıxarılmasından və hazırlanmasından, məmulatın qəliblənməsindən, qurudulmasından və bişirilməsindən ibarətdir. Qurudulma və bişirilmə keramika texnologiyasının ən vacib mərhələsidir. Bu rejimlərin pozulması məmulatların çatlamasına və qabarmasına səbəb olur. İnşaat keramikası məmulatlarını istehsal edən zavodları adətən gil yataqlarının yaxınlığında tikirlər. Bu isə xammalın daşınma xərclərinin əsaslı şəkildə azaldılmasına və məmulatın maya dəyərinin azalmasına gətirir. Keramika zavodlarının fasiləsiz işini təmin etmək üçün lazımi miqdarda gil ehtiyatı yaradılır. Keramika kütləsi bir və ya bir neçə komponentdən ibarət ola bilər. Yüksək keyfiyyətli məmulat almaq üçün kütləni yaxşı hazırlamaq, onu bircinsli hala salmaq lazımdır. Keramika kütləsini hazırlamaq üçün üç üsuldan istifadə edilir: yarımquru (kütlənin nəmliyi 8-13 %), plastik (kütlənin nəmliyi 18-26 %) və şliker (kütlənin nəmliyi 45-60 %).

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin