Kənd təsərrüfatı kooperativləri: dünya təcrübəsi və Azərbaycan üçün



Yüklə 2.12 Mb.
Pdf просмотр
səhifə1/3
tarix26.05.2017
ölçüsü2.12 Mb.
  1   2   3

Kənd təsərrüfatı kooperativləri:

dünya təcrübəsi və

Azərbaycan üçün

təklif olunan model

Bakı - 2011

«Oxfam» Böyük Britaniyanın

Azərbaycan Proqramı

İqtisadi Təşəbbüslərə Yardım

İctimai Birliyi


Müəlliflər:

Azər Mehtiyev

Rövşən Ağayev

Ramil Xudayarov

Kənd təsərrüfatı kooperativləri: dünya təcrübəsi və

Azərbaycan üçün təklif olunan model.

“AZSEA” MMC. Bakı 2011, 64 səhifə.



Bu kitab Böyük Britaniyanın «Oxfam» təşkilatının maliyyə

dəstəyi ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

tərəfindən “Mərkəzi-Cənub Azərbaycanda Kənd

Təsərrüfatının Yoxsulların Maraqları Yönümlü İnkişafı”

layihəsi çərçivəsində hazırlanmış və nəşr edilmişdir.

© İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Kənd təsərrüfatı kooperativlərinin

mahiyyəti və fəaliyyət formaları

Bazar münasibətlərinin yüksək inkişaf etdiyi

ölkələrdə dövlət və özəl mülkiyyətlə yanaşı, koopera-

tiv mülkiyyət forması da mövcuddur. Kooperativlərdə

bu 2 mülkiyyət növünə xas olan xarakterik cizgilər var.

Onun özəl mülkiyyətə oxşarlığı üzvlərinin azad

təşəbbüskarlığı, öz mülkiyyətlərindən sərbəst istifadə

və sərəncamvermə hüququnun olması ilə şərtlənir.

Dövlət mülkiyyətilə uyğunluğuna gəldikdə, bu mül-

kiyyət növünün də fəaliyyətinin nəticələri həm iqtisa-

di, həm də sosial faydaların əldə olunmasına yönəlib.

Aqrar sektorda kooperasiya fermerlərin əlində özlə-

rinin inkişafını təmin etmək üçün əhəmiyyətli alətdir.

Kooperasiya fermerlərə öz məhsullarını «emal-satış»

zəncirindən keçirməklə birbaşa son istehlakçıya çatdır-

mağa və real iqtisadi güc qazanmağa imkan verən

ideal vasitə sayılır. Satış kooperativləri fermerlər üçün

təbbi antiinhisar mexanizmi olmaqla ailə təsərrüfat-

larının maraqlarını təmin edir, onlar üçün məhsulla-

rını reallaşdırmaq üçün alternativ satış kanalları

formalaşdırır, məhsulların qiymətinin bazar kortəbiili-

yinin təsiri altında kəskin enməsinə qarşı sığorta mexa-

nizmləri formalaşdırır.

Kooperativ nədir? Beynəlxalq Kooperativ Alyan-

sının bu anlayışa verdiyi izah belədir: «Kooperativ cə-

miyyət üzvlərinin özlərinin iqtisadi, sosial və mədəni

ehtiyaclarını qarşılamaq üçün demokratik nəzarətin

təmin olunduğu müştərək müəssisə yaratmaq vasi-

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 3

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model



təsilə könüllü birləşdikləri müstəqil assosiasiyadır»

1

.

Beynəlxalq Əmək Təşkilatı isə «kooperativ» anla-

yışını belə müəyyən edir: «Kooperativlər məhdud re-

surslara malik insanların özlərinin iqtisadi vəziyyətini

yaxşılaşdırmaq üçün muxtar və demokratik idarəetmə

formalaşdırmaqla birləşdikləri assosiasiyalardır»

2

.

Müxtəlif araşdırmalarda kooperasiya 2 nöqteyi-

nəzərdən şərh olunur:



1) Kooperasiya cəmiyyətdə formalaşan hərəkat

hesab olunur. Bu yanaşmaya görə, kooperasiyanın yayıl-

dığı şəraitdə kollektiv maraq dominantlıq təşkil edir. Bu-

nunla belə, insanları onların ortaq maraqları birgə fəaliyyətə

sövq etsə də, kollektiv mənafe onların şəxsi maraqlarının

qorunmasına qətiyyən mane olmur;

2) Başqa bir yanaşmaya görə isə kooperasiya tə-

sərrüfatçılığın təşkilati-hüquqi formasıdır. Özəl və

dövlət sektoru kimi kooperativlər müstəqil sektoru təmsil

edir.

Mülkiyyətin bu forması müəssisənin (şirkətin)

bilavasitə kollektivə məxsus olmasını ehtiva edir.

Kooperativlər özünün rəqabət qabiliyyətliliyi sayəsin-

də iri sahibkarların iştirakı olmadan effektiv kənd tə-

sərrüfatı istehsalını təşkil etmək gücündə olan yeganə

təsərrüfatçılıq forması hesab olunur.

İnkişaf etmiş ölkələrdə kooperativ təsərrüfatçılı-

4 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:

1

«Agricultural Co-operatives. A Start –up Guide».



2

«Создание и организация деятельности сельскохозяйст-

венных потребительских кооперативов». Москва 2007


ğın bütövlükdə iqtisadiyyatda əhəmiyyətli payı olma-

sa da, kənd təsərrüfatı sektorunda bu mülkiyyət növü

həlledici rola malikdir. Elə buna görədir ki, ayrı-ayrı

tədqiqatlarda kənd təsərrüfatı kooperativlərinin fəaliy-

yətinin öyrənilməsinə daha çox diqqət yetirilir. Aqrar

kooperativlər kənd təsərrüfatı məhsullarının istehsa-

lının, tədarükünün və satışının təşkili, bu sektora

müxtəlif xidmətlərin (kredit, texniki təchizat və s.)

göstərilməsi məqsədilə vətəndaşların könüllü birləşə-

rək yaratdıqları müəssisələrdir. Kooperasiya münasi-

bətlərinin (şaquli və üfüqi münasibətlər) formasından

asılı olaraq hazırda dünyada kənd təsərrüfatı koopera-

tivlərinin 2 forması geniş yayılıb. Üfüqi kooperasiya

münasibətləri şəraitində kənd təsərrüfatı məhsul isteh-

salçıları istehsal mərhələsində (yalnız bir pillədə) birlə-

şir və istehsal kooperativləri yaradır. Şaquli münasi-

bətlər qurulduğu halda isə istehsalçılar kooperativ

müəssisə çərçivəsində aqrar-sənaye istehsalının müx-

təlif mərhələlərində (emal, tədarük-satış, kredit, tex-

niki təchizat xidmətləri yaratmaqla) birləşərək istehlak

kooperativləri yaradırlar. Sonunculara bəzən xidmət

və ya istehsalçı kooperativləri də deyilir. Üfüqi koope-

rasiya sahədaxili münasibətlərə əsaslanır, eyni məhsu-

lun istehsalı ilə məşğul olan istehsalçıların ortaq

fəaliyyəti kimi meydana çıxır. Şaquli kooperasiya mü-

nasibətləri isə sahələrarası əməkdaşlıq formasıdır. Bu

halda aqrar-sənaye kompleksinin fərqli istehsal sahə-

ləri bir-birilə kooperasiya əlaqələri qururlar.



Aqrar istehsal kooperativləri – kənd təsərrüfatı

məhsullarının istehsalının vahid müəssisə çərçivəsin-

də təşkili məqsədilə vətəndaşlar tərəfindən yaradılan

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 5

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model


kommersiya təşkilatıdır. Bu halda kooperativin iştirak-

çıları özlərinin əmlakının və ya pul vəsaitlərinin müəy-

yən hissəsini birləşdirərək pay fondu yaradırlar.

Müəssisənin gəlirləri üzvlərin pay fonduna qoyuluş-

larının nisbətinə uyğun olaraq onlar arasında bölüş-

dürülür.


Ədalətlilik, həmrəylik, özünəyardım və nizamlılıq

kimi aspektləri strateji planda istehsal kooperativləri-

nin digər kommersiya strukturları ilə müqayisədə

davamlılığını daha da gücləndirir. Bunun nəticəsidir

ki, son 150 ildə bazar iqtisadiyyatı şəraitində yeni ba-

zar strukturları nəinki istehsal kooperativlərini sıxış-

dıra bilib, əksinə bu sektorun rolu artan xətlə yüksəlib.

İstehsal kooperativləri mülkiyyət münasibətlə-

rində özlərini səhmdar sistemin alternativi kimi təq-

dim edirlər. Amma onların səhmdar cəmiyyətlərdən

ən ciddi fərqi budur ki, istehsal kooperativlərində pay

qoyuluşu üçün minimum hədd müəyyənləşdirilmir,

sadəcə hər kəs öz töhfəsinə görə qazanc götürür. Eyni

zamanda, payın həcmindən asılı olmayaraq istehsal

kooperativlərinin idarəçiliyində «bir üzv – bir səs»

prinsipi tətbiq olunur.



Aqrar istehlak kooperativləri – kənd təsərrüfatı

məhsulları istehsalçılarının xərclərə qənaət olunması

və ya əlavə gəlir əldə etmək üçün öz üzvlərinin isteh-

sal vasitələri və maliyyə vəsaitlərinə ehtiyacların qarşı-

lanması, məhsul satışının effektiv təşkili məqsədilə

yaratdığı qeyri-kommersiya təşkilatıdır. Kooperativ

üzvləri formalaşdırdıqları xidmətlər hesabına məhsul

istehsalını daha səmərəli təşkil etmək imkanı qazanır-

lar. Aqrar istehlak kooperativləri elə bir mexanizmdir

6 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:


ki, üzvlərin ayrı-ayrılıqda əldə edə bilməyəcəkləri

səviyyədə ucuz və əlçatan istehsal vasitələrinə (texni-

ka, toxum, gübrə, məhsulların bazara nəqli və s.) çıxış

məhz onun vasitəsilə təmin olunur. Bununla belə,

istehsal kooperativlərinin bazasında formalaşmış

istehlak kooperativləri ödənişli əsaslarla öz üzvü

olmayan təsərrüfatlara da xidmət göstərə bilərlər. Hə-

min fəaliyyətdən əldə olunan gəlirlər isə kooperativin

mülkiyyəti hesab olunur. İstehlak kooperativləri və-

təndaş cəmiyyətinin mühüm institutlarından biri he-

sab olunur. Bu kooperativlərin qarşısına qoyduğu əsas

vəzifə ilk növbədə mənfəət əldə etmək yox, öz pay-

çılarının sosial və iqtisadi mənafelərini qorumaqdır.

Müxtəlif ölkələrin təcrübəsindən çıxış etsək,

istehlak kooperativlərinin ən geniş yayılmış formaları

kimi aşağıdakıları göstərmək olar:



• Emal məhsullarına xidmət kooperativləri. Bu

ilkin emaldan keçmiş kənd təsərrüfatı məhsul-

larının qurudulması, saxlanması və qabalaşdı-

rılması kimi müxtəlif xidmətlər həyata keçirir;



• Satış (ticarət) kooperativləri. Bu müəssisələr

məhsulların satışı ilə məşğul olur;



• Xidmət kooperativləri. Bu kooperativlər öz

üzvlərinə melorasiya işləri, nəqliyyatla təchizat,

təmir, veterinar, seleksiya, gübrələmə və dər-

manlama, bitki mühafizəsi, audit məsləhət-

informasiya sahəsində xidmətlər göstərir;

• Təchizat kooperativləri. Bu müəssisələr öz

üzvlərinin ehtiyaclarını ödəmək üçün pestisid

və mineral gübrələrin, ehtiyat hissələrinin, neft

məhsullarının, toxum və xammalın və yemin

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 7

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model



alınmasını və onların ehtiyatlarının yaradıl-

masını təmin edir;



• Sığorta kooperativləri. Bu kooperativlər üzvlə-

rinin əmlakının və son məhsulunun sığortalan-

masını həyata keçirir;

• Kredit kooperativləri. Bu müəssisələr öz üzvlə-

rindən qəbul etdiyi qoyuluşlar hesabına yara-

nan maliyyə fondu hesabına onların maliyyə

vəsaitlərinə ehtiyaclarını qarşılayır.

Yeri gəlmişkən, Beynəlxalq Kooperativlər Alyan-

sının məlumatın görə, dünyada mövcud olan bütün

kənd yerlərində fəaliyyət göstərən bütün kooperativ-

lərin 60%-i kənd təsərrüfatı məhsullarının istehsalı

kooperativləri, 15%-i kənd təsərrüfatı istehlak koope-

rativləri, 25%-i isə qeyri-aqrar kooperativləridir.

Amma maraqlıdır ki, ABŞ-da kənd təsərrüfatı koope-

rativlərinin istehsal və istehlak kooperativlərinə böl-

güsü yoxdur. Bu ölkədə aqrar kooperativlər fəaliyyət

növlərinə görə təsnifləşdirilirlər (məsələn, ticarət-satış,

təchizat, istehsal, emal və s.). Amma postsosialist ölkə-

lərin əksəriyyətində isə qanunvericilikdə bu bölgü

fəaliyyətin növünə görə deyil, onun istiqaməti üzrə

müəyyən olunur.

Kooperativ sektorun fəaliyyətinin hüquqi əsasları

bəzi inkişaf etmiş ölkələrin konstitusiyaları ilə müəy-

yənləşdirilir. Əslində bu cür hüquqi yanaşma adıçə-

kilən sektorun həmin ölklərin sosial-iqtisadi siste-

mində nə dərəcədə əhəmiyyətli rola malik olduğunu

göstərir. Məsələn, İtaliya konstitusiyasının 45 və 129-

cu maddələrində qeyd olunur ki, Respublika qarşılıqlı

yardıma əsaslanan kooperativlərin sosial funksiyasını

8 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:



dəstəkləyir, dövlət hakimiyyət orqanları vətəndaşların

kooperativlərdə iştirakını stimullaşdırır, kooperativ-

lərin fəaliyyətinə yardım göstərir, əməkçilərin istehsal

vasitələrinə çıxışını təmin edir. Macarıstan konstitusi-

yasının 12-ci paraqrafında hökumətin üzərinə koope-

rativləri dəstəkləmək, onaların müstəqilliyini təmin

etmək öhdəliyi qoyulur. Beynəlxalq Əmək Təşkilatının

2002-ci ildə Beynəlxalq Kooperativ Alyansı ilə birgə

hazırladığı və BMT-nin Baş Assambleyasının qəbul

etdiyi «Kooperativlər sosial inkişaf prosesində» adlı

qətnamə, həmçinin Beynəlxalq Əmək Təşkilatının qə-

bul etdiyi «Kooperativlərin inkişafına yardım haq-

qında» 193 saylı Tövsiyyə təkcə ayrı-ayrı dövlətlərin

deyil, bütövlükdə beynəlxalq birliyin kooperativlərin

fəaliyyətinə fövqəladə diqqət verdiyini göstərir

3

.

Kredit kooperativləri istehlak kooperativlərinin

bir növü olsa da, bəzən aqrar sektorun inkişafında

oynadığı əhəmiyyətli rola, fəaliyyətlərinin spesifikli-

yinə görə onlar kənd təsərrüfatı kooperativlərinin əla-

hiddə bir növü kimi təqdim olunur. Bu strukturların

yaradılmasının əsasında kiçik ölçülü fermer təsərrü-

fatlarının az həcmli, ucuz və əlçatan kredit resurslarına

çıxışının təmin olunması ideyası dayanır.

Digər maliyyə-kredit təşkilatlarından fərqli ola-

raq, kooperativlərin əsas məqsədi mənfəət əldə etmək

deyil. Onların borc müqabilində əldə etdikləri faiz

gəlirlərinin bir hissəsi kooperativlərin cari xərclərinin

qarşılanmasına, ehtiyat fondlarının formalaşdırılması-

na, digər hissəsi isə üzvlərin pay kapitalının genişlən-

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 9

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model

3

Вестник Кооперации



http://council.gov.ru/files/journalsf/number/20061012124912.pdf

dirilməsinə yönəldilir. Bunun nəticəsində kredit koo-

perativlərinin şəxsi kapitalı və onun üzvlərinin pay

qoyuluşları böyüyür, ilkin mərhələdə yalnız əmanətçi

kimi çıxış edən payçılar borcverən şəxslərə çevrilirlər.

Adıçəkilən qurumlar təkcə fermerlərin öz maliyyə

resusrlarını səfərbər etməsinə deyil, onlarda zəruri

biliklər və peşəkar idarəçi davranışların formalaşma-

sına imkan yaradır. Dünya təcrübəsində aqrar kredit

kooperativləri bir qayda olaraq hər bir kənd yaşayış

məntəqəsi üzrə ayrıca formalaşdılır, lakin bu qurumlar

öz maraqlarını qorumaq üçün regional assosiasiyalar-

da birləşərək özlərinin ölkə miqyaslı ittifaqlarını yarat-

mağa nail olurlar. Kredit kooperativlərinin borcvermə

prosedurunun aydınlığı və maksimum şəffaflığı, nü-

fuzlu şəxslərin payçı kimi iştirakı onların effektiv fəa-

liyyəti üçün başlıca şərtlər hesab olunur.

Kredit kooperativlərinin digər maliyyə-kredit

strukturlarından, məsələn, lombard və ya kommersiya

banklarından başlıca fərqləri aşağıdakılardır:

• Üzvlərin bir-birinə qarşılıqlı etimadına əsaslanan

etibarlılığı;

• Borcların verilməsi üçün müraciətlərə qeyri-formal

və sürətli baxış prosedurlarının mövcudluğu;

• Üzvlərin idarəetmədə birbaşa və bərabərhüquqlu

iştirakçılığı;

• Kreditlərin daha ucuz olması;

• Fəaliyyətin lokal (bəzən bir kəndin ərazisi ilə məh-

dudlaşan) xarakter daşıması.

Ötən dövrün təhlili göstərir ki, bazar institutla-

rının tam formalaşmadığı şəraitdə kənd təsərrüfatının

inkişafı baxımından aqrar kredit kooperativlərinin

10 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:



fəaliyyətinə xüsusilə ciddi ehtiyac duyulur. Çünki

kommersiya bankları kənd regionlarında fəaliyyət

göstərməyə xüsusi maraq göstərmir, yaxud onlar aşağı

rentabelli aqrar sektora ticarət və xidmət sferası kimi

yüksək mənfəətliliyə malik sektorlarla eyni faiz dərə-

cəsi ilə kredit ayırır. Eyni zamanda, banklar risklərdən

sığortalanmaq üçün layihələrin uzunmüddətli eksper-

tizasını aparır ki, bəzən kiçik həcmli kredit axtarışında

olan fermerlər uzun-uzadı bürokratik prosedurlar

keçməli olur. Məhz aqrar kredit kooperativləri bu

problemlərin həllində fermerlər üçün ən dayanıqlı və

əlçatan maliyyə mənbəyi hesab olunur.



Aqrar kooperativlərin fəaliyyəti sahəsində

beynəlxalq təcrübə:

yaranma tarixi və hazırkı durum

Tarixən dünyada aqrar kooperativlərin yaranma-

sını stimullaşdıran əsas səbəb müxtəlif ölkələrdə tor-

paq islahatının həyata keçirilməsi olub. Bu islahatlar

nəticəsində kəndlilər torpaq əldə etsələr də, istehsalı

təşkil edərkən istehsal vasitələrinin və dövriyyə vəsait-

lərinin qıtlığından əziyyət çəkirdilər.

Kooperativ hərəkatı 19-cu əsrin ortalarında Böyük

Britaniyada formalaşmağa başlasa da, qısa zamanda

sürətlə dünyanın müxtəlif ölkələrinə yayıldı. Dünyada

ilk istehsal kooperativləri pendir emalı sahəsində

yaranıb. Pendir istehsalçılarının kooperativləri hələ 19-

cu əsrin 70-80-ci illərində İsveç, Danimarka və Rusiya-

da yaranıb. Eyni zamanda ət emalı ilə bağlı Avropada

ilk istehsal kooperativləri 1887-ci ildə Danimarkada

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 11

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model


yaranıb. Ət emalı ilə bağlı o dövr üçün qabaqcıl hesab

olunan zəruri texnologiyalara və donuz qəssabxana-

larına malik bu kooperativlər Avropa bazarlarının

tələbatını ödəyirdi. Buna qədər – artıq 1865-ci ildə isə

İsveçrədə gübrə alışı ilə əlaqədar ilk təchizat-xidmət

kooperativləri yaranmışdı. Kooperativlərin birləşərək

özlərinin maraqlarını müdafiə edən asossiasiyalar

yaratması da ilk dəfə bu ölkədə baş verib və bu hadisə

1881-ci ilə təsadüf edir. Dünyada ilk kredit koopera-

tivləri isə Almaniyada yaranıb. 1847-ci ildə Fridrix Vil-

helm Rayffayzen adlı şəxs bu kooperativi yoxsul kənd

əhalisinə dəstək məqsədilə formalaşdırıb. «Geddes-

dorf kredit kassası» adı altında yaradılan bu qurum

«özünəyardım» prinsipi əsasında fəaliyyət göstərirdi.

İndi də Almaniyada Rayffayzen banklar şəbəkəsi

fəaliyyət göstərir.

20-ci əsrin ilk onilliklərində Avropa ölkələrində

həm aqrar kooperativlərin sayı, həm də onların əhatə

etdiyi yeni ölkələrin də sayı sürətlə artmağa başlamış-

dı. Artıq 30-cu illərdə Polşada 600 min ailənin təmsil

olunduğu 800-dək kooperativ fəaliyyət göstərirdi.

Rumıniya, Bolqarıstan, Baltik ölkələrində də 30-50-ci

illərdə yüzlərlə aqrar kooperativ fəaliyyət göstərirdi.

Aqrar kooperativlərin inkişafı sahəsində

beynəlxalq təşkilatların fəaliyyəti

BMT müntəzəm olaraq dünyada ərzaq təhlükəsiz-

liyinin vəziyyəti və aqrar sektorun inkişafı ilə bağlı

hesabatlarında kənd təsərrüfatı kooperativlərinin

12 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:



fəaliyyətinə xüsusi diqqət yetirir. Qurumun məluma-

tına görə, aqrar sferada kooperasiyanın ən sürətli

inkişaf dövrü 1960-2000-ci illərə təsadüf edib və artıq

ötən əsrin 90-cı illərinin ortalarında dünyanın 47 öl-

kəsində 180 milyon nəfər fərdi üzvə malik 330 mindən

artıq kənd təsərrüfatı kooperativi fəaliyyət göstərib.

Lakin BMT-dən fərqli olaraq bir sıra beynəlxalq

təşkilatlar nəinki aqrar kooperativlərin fəaliyyətini iz-

ləyir, eyni zamanda həmin təsisatların inkişafını bila-

vasitə dəstəkləyir.

Beynəlxalq Kooperativlər Alyansının əsası 1895-ci

ildə qoyulub

4

Bu Alyansa kənd təsərrüfatı və balıq-

çılıq, bank, kredit və sığorta, turizm, sənaye və s. sek-

torlar üzrə 1 milyard nəfərə yaxın fərdi üzv daxildir.

Həmin üzvlər Alyansda dünyanın 95 ölkəsindən olan

257 milli kooperativ ittifaqları vasitəsilə təmsil olunur-

lar. 1946-cı ildən Alyans BMT yanında konsultativ qu-

rum statusu alıb. Hazırda bu təşkilat BMT-nin İqtisadi

və Sosial Şurasının, həmçinin BMT yanında «Koope-

rativlərin inkişafına yardım üzrə Komitə»nin fəaliy-

yətində «ali konsultativ status»la iştirak edir.

Alyansın əsas məqsədi dünyada kooperativ sek-

torun inkişafını stimullaşdırmaq, kooperativ müəssisə-

lərin müxtəlif bazarlarda rəqabət qabiliyyətliliyini

yüksəltmək üçün dəstək mexanizmlərinin işlənməsinə

hərtərəfli yardım göstərmək, lobbiçilik aparmaqdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 13

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model

4

Beynəlxalq KooperativlərAlyansının fəaliyyətinə dair ətraflı mə-



lumatları, həmçinin dünyanın müxtəlif ölkələrində kooperatin

setorunun vəziyyətinə dair informasiyaları qurumun internet

ünvanındən əldə etmək mümkündür: http://www.ica.coop/al-ica/


Hazırda qurumun fəaliyyəti özünün «2009-2012-ci illər

üzrə Strateji Planı»nın həyata keçirilməsinə yönəlib

5

.

2008-ci ildə Vyetnamda təşkil olunmuş tədbirdə qəbul



olunan həmin strateji planda dünya kooperativlərinin

birliyi kimi qurumun 4 əsas strateji hədəfi müəyyən

edilib: Alyansın üzvlərinin sayının genişləndirilməsi,

kooperativlərin biznes modelinə əsaslanan struktrular

kimi güclənməsinə təsir göstərmək, kooperativlərin bi-

lik bacarıqlarının artırılması və kooperativlərarası əla-

qələrin genişləndirilməsi, Alyansın maliyyə imkanla-

rını artırmaqla uzunmüddətli təsir imkanlarının geniş-

ləndirilməsinə nail olmaq.

Dünya miqyasında kooperativ sektorun maraq-

larını qoruyan təsisatlardan biri də Kənd Təsərrüfatı

Təşkilatlarının Beynəlxalq Kooperatividir (The Inter-

national Co-operative Agricultural Organisation -

ICAO)


6

Bu qurum dünyanın müxtəlif ölkələrində fəa-

liyyət göstərən aqrar kooperativlərin milli assosiasiya-

larını özündə birləşdirir. 1951-ci ildə təsis olunan

təşkilatda 24 ölkənin 27 kooperativ ittifaqı təmsil olu-

nur. Beynəlxalq Kooperativlərin Alyansının üzvlərinin

36%-i həmçinin bu birliyin üzvləridir. Kənd Təsər-

rüfatı Təşkilatlarının Beynəlxalq Kooperativinin əsas

fəaliyyət istiqamətlərinə daxildir: aqrar kooperativ-

lərin fəaliyyətilə əlaqədar təcrübə və məlumat müba-

diləsinə nail olmaq üçün seminar, dəyirmi masa və

14 «Oxfam» Böyük Britaniyanın Azərbaycan Proqramı

Kənd təsərrüfatı kooperativləri:

5

«Strategic Plan 2009-2012». http://www.ica.coop/ica/2009-2012-



ica-strategic-plan.pdf

6

Kənd Təsərrüfatı Təşkilatlarının Beynəlxalq Kooperativinin fəa-



liyyəti barədə məlumatlarla ətraflı qurumun internet saytında

tanış olmaq mümkündür: http://www.agricoop.org/



konfranslar təşkil etmək; inkişaf etməkdə olan ölkə-

lərdə ərzaq təhlükəsizliyinin təmin olunmasına nail

olmaq üçün həmin ölkələrdə aqrar kooperativlərin

yaranmasını və inkişafını stimullaşdırmaq; ətraf mü-

hitin yaxşılaşdırılması və kənd təsərrüfatı məhsulları-

nın bazarlara çıxış imkanlarının genişləndirilməsi

üçün konrket tədbirlərin hazırlanması istiqamətində

təşəbbüslər göstərmək, zəruri tədbirlər planı hazırla-

maq və s.

Beynəlxalq Kooperativlər Alyansının 1995-ci ildə

Mançestrdə keçirilən yubiley Konqresində kooperativ-

lərin bərabərliyi haqda Bəyənnamə qəbul olunub.

Həmin sənəddə kooperativlərin prinsipləri də müəy-

yən edilib. Həmin prinsiplərə daxildir: könüllülük və

üzvlüyün açıqlığı; demokratik nəzarət; üzvlərin iqti-

sadi iştirakçılığı; müstəqillik və avtonomluq; təhsil, ix-

tisasın və məlumatılılığın artırılması; kooperativlərin

əməkdaşlığı; kooperativ üzvlərinə qayğı.

Dünyada kənd təsərrüfatı kooperativlərinin

inkişafını özünün strateji hədəflərindən birinə çevirən

qurumlardan biri də Avropa Birliyinin (AB) Aqrar

Kooperasiya üzrə Ali Komitəsidir (

General Committee

for Agricultural Cooperation in the European Union -

COGECA

). Bu təsisat AB çərçivəsində Vahid Aqrar



Siyasətə dair Roma sazişinin imzalanmasından cəmi 2

il sonra (1959-cu ildə) Birlik çərçivəsində kənd təsər-

rüfatı kooperativlərinin inkişafı məqsədilə yaradılıb.

Hazırda AB-də Aqrar Kooperasiya üzrə Ali Konfede-

rasiya adlanan bu qurum Birlik çərçivəsində aqrar

siyasətin formalaşmasında əhəmiyyətli söz sahiblərin-

dən biridir. Təşkilatın yanaşması budur ki, kənd təsər-

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 15

Dünya təcrübəsi və Azərbaycan üçün təklif olunan model


rüfatının həyat qabiliyyətli, ərzaq təhlükəsizliyini tə-

min edən aparıcı sfera kimi qalması bilavasitə koope-

rativlərin inkişafından asılıdır. Bundan əlavə, getdikcə

dünya ərzaq bazarında rəqabətin şərtləri daha da

sərtləşir. Belə şəraitdə xırda və orta ölçülü fermerlərin

bazar kortəbiiliyindən qorunması məhz kənd təsərrü-

fatı kooperativlərinin effektiv inkişafından asılı olacaq.

Ekspertlər adıçəkilən strukturu «Avropa fermerlə-

rinin səsi» adlandırırlar. AB ölkələrini təmsil edən 77

aqrar kooperativ birlikləri (ittifaqları) və ya assosiasi-

yaları Ali Komitənin üzvüdür (indi bu qurum). Kon-

federasiyanın özü üçün müəyyən etdiyi 5 məqsədi var:



Каталог: upload -> files
files -> AZƏrbaycan respublikasinin naziRLƏr kabineti
files -> Büdcə gəlirləri: 10 325 935,1 min man (84,8% icra)
files -> Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
files -> Proqram Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 15 saylı Qərarı ilə təsdiq olunub
files -> The importance of learning Russian Shahin Boyukaga oglu Alibeyli
files -> Kisi sonsuzluğu haqqında
files -> Opća bolnica/ Klinički bolnički centar
files -> Adrenoleykodistrofiya Şahin Böyükağa oğlu Əlibəyli Adrenoleukodystrophy


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə