Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0,88 Mb.
səhifə6/6
tarix24.05.2020
ölçüsü0,88 Mb.
#31540
1   2   3   4   5   6
ISIM Aqrar Aqropark 2015 (1)

Aqroparkda fəaliyyət göstərən sahibkarlıq subyektləri orada istifadəyə veriləcək Aqroaptekin, İnnovasiyalar və Texnologiyalar Mərkəzinin, Logistik Mərkəzin xidmətlərindən istifadə edə biləcəklər. Bundan başqa aqroparkda istehsal edilən məhsulların xarici bazarlarda çıxışını təmin etmək üçün lazım olan beynəlxalq sertifikatların alınması xidməti təklif ediləcək.

Şəmkir Aqropark”-ın digər üstünlüyü isə burada fəaliyyət göstərən emal müəssisələrinin əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alması hesab edilir. Bu zaman keyfiyyət nəzərə alınmayacaq27. Bundan başqa region əhalisi üçün Aqroparkda yaradılmış digər imkanlardan-müxtəlif məhsul növlərinin becərilməsində tövsiyyələrin verilməsi, daha məhsuldar və keyfiyyətli şitillərin əldə edilməsi və s. sahələrdə bəhrələnmək şəraiti yaradılacaq. Beləliklə Aqroparkın fəaliyyətə başlaması kənd təsərrüfatının inkişafına dəstək olmaqla yanaşı bölgə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq.

Hazırda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətləri arasında gələcək əməkdaşlıq haqqında saziş imzalanıb28.

Şəmkir rayonunun əlverişli zonada yerləşməsi məhsulların xarici bazara çıxarılmasına imkan yaradır. Burada fəaliyyət göstərən Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi isə fermerlərə mütəmadi olaraq dünya bazarında baş verən dəyişikliklər və yeniliklərlə bağlı məlumat verəcək. Həmçinin, fermerlərə İsveçrədə, Almaniyada, İtaliyada, Fransada və İsraildə istehsal olunan yüksək keyfiyyətli gübrə və pestisitlər ilə təmin edilməsi nəzərdə tutulub.



Yalama Aqroparkı

Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb. Aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasirsuvarma sistemləri yaradılıb, 225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı səpini həyata keçirilib.Həmçinin, Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib29 .

Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında xarici ölkələrdən o cümlədən ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. Aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavod tikilir. Həmçinin aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması planlaşdırılır30. Aqroparkların yaradılması üçün ilk növbədə əkin sahələrinin olması vacib amildir, lakin Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsindı məlum olubki torpaqların bir qismi yararsız vəziyyətə düşüb. Belə ki, ekstensiv üsulun geniş yayılması, meliorasiya və irriqasiya sistemlərinin köhnəlməsi və nasaz olması, vegetasiya dövründə su çatışmazlığı, qrunt sularının səviyyəsinin qalxması, torpaqların şorlaşması, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatına yararlı torpaqlarda müxtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi və sair problemlər əkin sahələrinin azalmasına səbəb olub.

Bütün bunları nəzərə alaraq kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadənin qarşısının alınması üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na və “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na dəyişikliklərin edilməsi üzrə maddi, intizam və cinayət məsuliyyətinin artırılmasına dair müvafiq layihələr hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Aqrar sənaye kompleksləri kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçıya çatdırılması ilə məşğul olan təsərrüfat sahələrinin məcmusudur. Aqrar sənaye komplekslərində fəaliyyət göstərən sahələr ərzaq və kənd təsərrüfatı xammalı ilə ölkəni təchiz etmək məqsədilə birləşir. Bir sözlə aqrar sənaye kompleksləri kənd təsərrüfatı ilə sənayenin sintezindən ibarətdir. İnkişaf Etmiş ölkələrdə o cümlədən ABŞ-da istehsal vasitələrinin 75 %-dən çoxu 8 sənaye şirkəti tərəfindən istehsal olunur, 100 firma isə yeyinti sənayesi məhsulunun yarısını istehsal edir, ərzaq məhsulları satışının üçdə birini 20 ticarət şirkəti tərəfindən reallaşır.

Ümumilikdə inşasının 2015-ci ilin sonunadək bitməsi nəzərdə tutulan bu aqroparkın fəaliyyətə başlaması ilə 200-dən artıq yeni iş yeri açılacaq.Lakin müşahidələr onu göstərir ki, Azərbaycanda aqroparkların yaradılmasında kadr problemi mövcuddur. Aqroparklarda daha müasir və inovasiyanın tətbiqi nəzərdə tutulan istehsal mühiti olduğu üçün təbii olaraq peşəkar kadrlara tələbatı artırır. Bu problemin aradan qaldırılması və mütərəqqi nəzəriyyələrin istehsalata tətbiqi məqsədi ilə kadr hazırlığına diqqətin artırılması və aqroparkların elmi-tədqiqat institutları ilə əməkdaşlığının artırılması sonrakı dövrlərdə effektiv fəaliyyət üçün mühüm əhəmiyyətə malikdir.

Kadr olmadığı halda, aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona görə ki, aqroparkların yaradılmasında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə bağlı sahədir31 .

Ümumiləşdirmə aparsaq deyə bilərik ki, aqropark modelinin tətbiqi ixrac potensialının genişləndirilməsinə və müqayisəli üstünlüyə malik istiqamətlərin üzə çıxarılmasına, rəqabətqabilliyyətli brendlərin yaradılmasına, kənd təsərüfatının intensiv inkişafına, istehsalçıdan istehsalçıya marketinq prinsipinin təşəkkülünə, məhsuldarlığın və keyfiyyətin artımına, ölkənin ərzaq təminatının gücləndirilməsi, istehsal münasibətlərinin təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Kənd təsərrüfatında böyümə və ixrac imkanlarının müəyyənləşdirilməsi, icra olunan aqropark layihəsində müsbət və mənfi məqamların təhlili məqsədi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi kənd təsərrüfatı üzrə ixtisaslaşmış mütəxxəssislərin, fermerlərin iştirakı ilə sorğu keçirib. Sorğu nəticəsində müəyyən edilib ki, müxtəlif steykholderlər ölkədə aqrar sektorun inkişafı istiqamətində islahatların vacibliyi, subsidaya proqramlarının genişləndirilməsi, kooperativlər haqqında qanunun ən yaxın zamanda qəbulu, ixracın və məhsuldarlığın stimullaşdırılması məqsədi ilə ünvanlı subsidiya siyasətinin icrası, təsərrüfatçılıq üçün yararlı torpaqların əhatə dairəsinin genişlənməsində dövlətin dəstəyinin artırılması, beynəlxalq bazarlara çıxış imkanlarının təmini məqsədi ilə ixrac prosedurlarının sadələşdirilməsi və o cümlədən, beynəlxalq sertifaktların təmin edilməsi məsələlərində istehsalçılara dəstəyin təmin olunması kimi məsələlərdə həmfikirdirlər. Eyni zamanda ekspertlər kənd təsərrüfatının inkişafını ləngidən təməl problemlərin olduğu fikrindədirlər:

- Aqrar sferada kooperativ fəaliyyətin zəif inkişafı;

- Istehsal vasitələrinə çıxış imkanlarının məhdudluğu;

- Maliyyə əlçatanlığının zəifliyi və bankların aqrar sahədə daha zəif kreditləşdirmə siyasəti həyata keçirməsi;

- İstifadəyə yararsız torpaqların əhatə dairəsinin genişlənməsi;

- Peşəkar kadr çatışmazlığı;

- Aqroparkların mahiyyəti və imkanları haqqında zəif informasiya;

- Məhsuldarlığa və ixraca hədəflənən subsidiya siyasətinin olmaması;

- İnovasiya tətbiqinin aşağı səviyəli olması

Göründüyü kimi, sorğu iştirakçıları hesab edir ki, aqrar sektorun intensiv inkişafını təmin etmək məqsədi ilə kompleks tədbirlərin icrasına ehtiyac var.

Ümumiyyətlə isə aparılan tədqiqatlar və o cümlədən, sorğu və müşahidələr onu göstərir ki, aqrar sferada inkişafa nail olmağın əsas yolu məhz birgə fəaliyyətdən keçir. Beləliklə hökumət kənd təsərrüfatı iştirakçılarının kooperativlərdə, aqroparklarda birgə fəaliyyəti istiqamətində səyləri artırmalıdır. Nəticədə güclərin birləşdirilməsi, təcrübələrin paylaşılması, texnologiyanın tətbiqinin sürətləndirilməsinə istiqamətlənən imkanlar sferası formalaşacaq. Hazırda icra olunan aqropark layihələri bu istiqamətdə mövcud vəziyyətin dəyişməsinə səbəb olacaq. Bunula belə sonrakı dövrlərdə prosesin davamlılığı təmin edilməli və bu istiqamətdə dövlət təşəbbüskarlığı, dövlətin maliyyə dəstəyi start funksiyasının itirməməlidir.



Nəticə və tövsiyələr

Nəticə

Aparılan tədqiqat kənd təsərrüfatının Azərbaycan üçün əhəmiyyətini bir daha sübut edir. Beləki, bu sektor ölkənin ərzaq təhlükəsizliyi, məşğulluq, qeyri-neft ixracı kimi istiqamətlərdə ciddi rol oynayır. Lakin, zaman keçdikcə ölkənin aqrar statusunu itirməsi də narahatedici faktlığında qalır. Nəticədə 2000-2014-cü illər ərzində kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi təxminən 3 dəfə azalaraq 5.3%-də düşüb.

Digər tərəfdən isə əhalinin 37%-nin məşğulluğunu təmin edən aqrar sektor ölkənin ən az gəlirli sahələrindən hesab edilir. Məsələn 2014-cü ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əmək haqqı mədənçıxarmada 1754, maliyyə-sığorta sistemində 1199, tikintidə 627, nəqliyyat və anbar təsərüfatında 530 manat olduğu halda kənd təsərrüfatında 241 manatdır. Bu sektorda çalışanların gəlirləri ölkə üzrə orta aylıq əmək haqqından belə 46% azdır. Bu isə təbii ki, sektorda çalışan 1 milyon 600 mindən artıq ölkə vətəndaşının daha azgəlirli əhali kateqoriyasına daxil olmasını şərtləndirir.

Ölkənin ərzaq təhlükəsizliyi prizmasından yanaşdıqda da müəyyən problemlərin olduğu üzə çıxır. Beləki, 2014-cü il üçün dənli bitkilərin ( buğda, arpa, vələmir, qarğıdalı) yerli istehsalı daxili tələbatın yalnız 64%-ni ödəyə bilib. Və yaxud Azərbaycan əhalisinin çaya olan tələbatının 46%-i, paxlalılar və süd məhsullarına olan tələbatının isə 24%-i idxaldan asılı vəziyyətdədir.

Bütün sadaladıqlarımızla yanaşı 2014-cü ilin 3-cü rübündən etibarən dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması, nəticədə ölkənin tədiyyə balansında yaranan problemlər, neft gəlirlərinin azalması səbəbindən azaldılan büdcə xərcləmələri, iş yerlərinin kütləvi ixtisarı və sahibkarların fəaliyyətinin dayandırdığı indki şəraitdə qeyri-neft sektorunun inkişafının təmin edilməsi və karbohidrogen resurslardan asılılığın aşağı salınması məsələsi hökumət üçün proritet məsələyə çevrilib.

Göründüyü kimi bu istiqamətdə təxirə salınmaz addımların atılmasına ciddi ehtiyac yaranıb. Xüsusi ilə də 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi aqrar sferanın inkişaf istiqamətində dönüş yaradılmasına hədəflənib. Bu məqsəd ilə hazırda Azərbaycanda daha müasir praktikaların öyrənilməsi və tətbiqi istiqamətində müəyyən addımlar atılır. Aqrar sahədə daha müasir inkişaf modellərindən hesab edilən və ilk dəfə 1998-ci ildə Niderlandda yaradılan aqroparklar qısa inkişaf dövründə uğurlu təcrübə olaraq qiymətləndirilib ki, məhz bu səbəbdən də 2014-cü ildən başlayaq ölkənin müxtəlif yerlərində dövlətin təşkilatçılığı və maliyyə dəstəyi ilə aqroparklar inşa edilir. Azərbaycanın aqropark təcrübəsinin qlobal müqayisədə müəyyən üstün cəhətləri var. Beləki, ölkədə yaradılan aqroparklar üçün ərazinin ayrılması, aşağı faizli və uzunmüddətli kreditlərin təklif edilməsi, beynəlxalq və yerli investorların, fermerlərin prosesə cəlb edilməsi məqsədi ilə təbliğat və tanıtım kompaniyalarının təşkil edilməsi kimi mühüm məsələlər dövlət tərəfindən təşkil edilir. Bundan başqa dövlət tərəfindən aqroparklar üçün lazımi infrastrukturun təmin edilməsi məqsədi ilə layihə ərazisindən kənarda müxtəlif işlər icra olunur- yol, su, enerji infrasturukturu yaradılır. Bütün bunlar prosesdə dövlətin steykholderlərdən biri rolunda aktiv iştirakçılığına misallardır.

Hazırda ölkə üzrə 3 aqropark layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bunlara Şəmkir rayonu ərazisində inşa edilən və faktiki olaraq ölkənin ilk aqroparkı statusu daşıyan “Şəmkir Aqropark”, Xaçmaz rayonu ərazisində inşa edilən “Yalama Aqropark” və Xızı rayonunda tikintisi davam etdirilən “Xızı Aqroparkı” aiddir. Hər üç aqropark fermerlər üçün mümkün olan ən müasir istehsal mühitinin formalaşdırılması məqsədi ilə inşa edilir. Bu aqroparkların üstün tərəflərindən biri isə ondan ibarətdir ki, yaradılan elmi-texniki imkanlardan aqroparkdan kənar bölgə sakinlərinin də istifadəsinə şərait yaradılacaq. Beləki, yerli istehsalçılar, ailə təsərrüfatları öz məhsullarının qeyd-şərtsiz ( keyfiyyət və kəmiyyət məhdudiyyəti qoyulmadan) alınacaq. Alınan məhsullar Aqroparklarda fəaliyyət göstərəcək emal müəssisələri tərəfindən istehlak ediləcək. Nəticədə isə kəndlinin məhsula bazar axtarma problemi nisbətən həll edilmiş olacaq. Bundan başqa Aqroarkda fəaliyyət göstərən elmi araşdırma mərkəzləri, sahə ekspertləri region əhalisinə aqrar təsərrüfatçılıq istiqamətində tövsiyyələrini verəcək, yeni sortların becərilməsi təcrübəsini öyrədəcək ki, bu da ümumi məhsuldarlığın artımına, mənfəət normasının yüksəlməsinə səbəb olacaq.

Beynəlxalq təcrübənin öyrənilməsi onu göstərir ki, aqroparklarda birgə fəaliyyətin təşkili fərdi məşğulluqla müqayisədə daha səmərəli və həmçinin dayanıqlı təsərrüfatçılığa səbəb olur. Bu kimi fəaliyyət ətraf mühitin qorunması, məhdud resursların səmərəli istifadəsi, israfçılığın aradan qaldırılması, elmi texniki nailiyyətlərin daha sürətli yayılması kimi istiqamətlərdə xüsusi üstünlüyə malikdir. Nəticədə sektorun intensiv inkişafı sürətlənir. Baxmayaraq ki, bir çox hallarda aqroparklar haqsız rəqabət mühiti formalaşdırmaqda günahlandırılır amma əslində bu model daha aqrar sferanın rəqabətədavamlı inkişafında mühüm faktora çevrilməkdədi. Eyni zamanda hazır məhsulun birbaşa bazarlara çıxarılma imkanı təsərrüfat subyektlərinin mənfəətli fəaliyyətinə səbəb olur. Bununla belə 2007-2011-ci illərdə qlobal maliyyə böhranı Avropada fəaliyyət göstərən Aqroparkların fəaliyyətindən də yan keçməyib. Bu zaman xüsusi ilə də İrlandiyanın “Aqropark A” aqroparkının ciddi maliyyə problemləri yaranıb. Lakin, sonrakı dövrlərdə müəssisə yenidən dayanıqlığını bərpa edib və hazırda mütərəqqi təcrübələrdən biri hesab edilir.

Dünyada mövcud olan Aqroparkların fəaliyyətinin təhlili göstərir ki, bu tipli müəssisələr enerji təhcizatının alternativ üsullarının tətbiqinə mühüm üstünlük verirlər. Hazırda xüsusi ilə də Avropa ölkələrində fəaliyyət göstərən aqroparklar öz fəaliyyətlərini külək, günəş və daha çox da bioenerji hesabına təchiz edirlər. Bu isə həm ekoloji cəhətdən və həm də enerji xərclərinin azaldılması baxımından fermerlər üçün əlavə üstünlüyə səbəb olur.

Gözlənilir ki, yaxın gələcəkdə dünya kənd təsərrüfatında istehsal münasibətləri kooperativlərlə yanaşı aqropark modeli formasında genişlənsin. Ümumiyyətlə isə xırda istesalçıların o cümlədən də ailə təsərrüfatlarının rəqabət qabiliyyəti çox zəif olur ki, nəticədə bu kateqoriyadan olan istehsalçıların birgə fəaliyyətinin təşkili prosesi sürətlənir. Dünya əhalisinin sürətlə artımı və qeyri-bərabər şəkildə paylanmış istehsal imkanlarının olması, gündəlik təməl ərzaq ehtiyaclarının qarşılamaqda çətinliklərlə üzləşən insan sayının artımı qlobal sferada aqrar sektora diqqəti daha da artırıb. Hazırda bu istiqamətdə müxtəlif beynəlxalq proyektlər icra olunmaqda və eyni zamanda əsas diqqət daha keyfiyyətli, bol və həmçinin təbii məhsul istehsalını artırılması istiqamətində qqroparkların rolunu artmaqdadı.

Azərbaycanda yaradılan aqroparkların daha çox ənənəvi enerji təhcizatına hesablanması mənfi məqamlardan hesab edilir. Beləki, aqrar sferada istehsal prosesinin alternativ və bərpaolunan enerji hesabına formalaşması yerli istehsalın maya dəyərini aşağı salmaqla xarici bazarlarda rəqabət imkanını artırır, həmçinin ətraf mühitin mühafizəsi məsələsinə töhvə vermiş olur.

Aqroparkların əsas fəaliyyət prinsipləri, iştirakçılara təmin ediləcək üstünlüklərin mahiyyəti və hansı tələblərin olması bir çox hallarda yerli sahibkarlar, fermerlər üçün qaranlıqdır. Fermerlərin, investorların prosesdə iştirakçılığını aktivləşdirmək üçün bu istiqamətdə maarifləndirmə işlərinin sürətləndirilməsinə ehtiyac var. Layihə icrası zamanı təşkil oluana fermerlərlə görüşdən aydın olub ki, faktiki olaraq bu təsərrüfat subyektləri aqroparklarda hansı şərtlər altında və necə fəaliyyət göstərəcəklərini bilmirlər.

Aqroparkaların fəaliyyətinin üstünlüklərindən biri isə ondan ibarət olacaq ki, burada yerləşən müəssisələr sadəcə aqropark daxilində istehsal edilmiş məhsulları deyil yerli fermerlərin və ailə təsərrüfatlarının da məhsullarını alacaqlar. Bu isə bölgə əhalisinin gəlirlərinə və torpaqlardan daha səmərəli istifadəsinə imkan yaradacaq.

Ölkənin aqrar sferasında mövcud problemlərdən biri isə torpaqların klassifikasiyasına uyğun istifadə edilməməsidir. Buna səbəb kiçik və ailə təsərrüfatlarının heç bir elmi yanaşma, konsultativ kömək almadan ənənəvi təsərrüfatçılıqla məşğul olurlar. Nəticədə torpaqlar təyinatına uyğun istifadə edilmir ki, bu sektorda məhsuldarlığın və gəlirliliyin aşağı səviyyəli olmasının səbəblərindən biri də məhz budur. Lakin, aqroparkların layihələndirilməsi çərçivəsində elmi yanaşmanın ortaya qoyulması bu müəsisələrin regionun təbii-coğrafi-iqlim şəraitinin nəzərə alınmasına və buna uyğun ixtisaslaşmasına şərait yaradır. Təbii ki, bu aqroparkların tərkibində fəaliyyət göstərən müəssisələr də bölgənin şəraitinə uyğun tərtib ediləcək. Nəticədə müəssisələrin emal məqsədi ilə aldıqları məhsullar regionda istehsalı daha səmərəli olan çeşidlər olacaq ki, bu da zaman-zaman aqroparkdan kənar istehsalçıların da öz fəaliyyətlərini bu tələblərə uyğunlaşdırmağa səbəb olacaq. Beləliklə torpaqlardan təyinatına uyğun və səmərəli istifadə imkanı yaradılacaq.

Aqroparkların elmi-tədqiqat instututları ilə əlaqəli fəaliyyəti sektorda peşəkar kadrların hazırlanmasına müsbət təsir edəcək. Halbuki günümüzdə aqrar sektorun inkişafı qarşısında dayanan mühüm manelərdən biri də məhz peşəkar kadr çatışmazlığıdır. Bu problemin həll edilməsi intensiv kənd təsərrüfatına keçidin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Aqroparklar kənd təsərrufatında mövcud olan bu problemin həllinə müsbət təsir göstərəcək.





Təkliflər

Baxmayaraq ki, Azərnbaycanda yaradılan aqropark modelləri maliyyə təminatı, əhatə sferası, dövlətin iştirakçılığı (dəstəyin göstərilməsi) baxımından daha müasir və təkmil təcrübədir . Müşahidələr, ekspertlər və potensial aqropark iştirakçıları ( fermer və ailə təsərüfatları) ilə müzakirələr və aparılan tədqiqatın nəticələri onu deməyə əsas verir ki, aqroparkların daha effektiv fəaliyyətinin təmin edilmsi məqsədi ilə bir sıra istiqamətlərdə korrektələrə ehtiyac var. Bu məqsədlə tədqiqat qrupu aşağıdakıları təklif edir:

1) Aqroparklarda iştirakçılıq qaydaları, iştirakçıların öhdəlik və hüquqları kimi məsələlər haqqında potensial təsərrüfat subyektlərinin maarifləndirilməsi. Hazırda aqropark iştirakçılığı nazirlər kabineti tərəfindən təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” tələblərinə uyğun həyata keçirilsədə sahibkarlar və investorlar bu qaydalardan xəbərsizdirlər. Bununla bağlı informasiya təminatı gücləndirilməli və qaynar xətt fəaliyyət göstərməlidir.

2) Aqroparklarda ekoloji təmiz istehsal mühitinin yaradılması və istehsal xərclərinin aşağı salınması məqsədi ilə müəssisələrin alternativ-bərpa olunan enerji ilə təmin olunması. Dünya təcrübəsində aqroparkların alternativ enerjidən istifadəsi daha geniş yayılıb. Məqsəd ətraf mühitin qorunması, enerji xərclərini azaldılması və istehsal tullantılarından səmərəli istifadədir. Baxmayaraq ki, ilkin dövrdə enerji istehsalının təşkili böyük həcmli xərc tələb edir. Lakin, uzunmüddətli dövr üçün iqtisadi cəhətdən səmərəli hesab olunur.



3) Aqroparklarda fəaliyyət göstərən istehsalçılar üçün məhsula və ixraca subsidiya modelinin tətbiq edilməsi. Hazırda kənd təsərrüfatında sahəyə subsidiya modeli tətbiq edilir ki, bu da bir çox hallarda sui istifadəyə və ekstensiv inkişafa istiqamətlənir. Lakin, məhsula və ixraca subsidiya kənd təsərrüfatının intensiv inkişafını stimullaşdırmaqla yanaşı innovasiyanın tətbiqini genişləndirə və ixracın həcmini artıra bilər. Sonrakı dövrlərdə isə məhsula və ixraca subsidiya modeli ümumilikdə ölkənin aqrar sektoruna tətbiq edilə bilər.

4) Kooperativlər haqqında qanunun qısa zamanda qəbul edilməsi. Aqroparklar kooperativlərin daha təkmil eyni zamanda mürəkkəb forması hesab edilir. Məhz bu səbəbdən də bu sferada fəaliyyət göstərən təsərrüfat subyektləri arasında münasibətlər kooperativ fəaliyyətin bir növüdür. Aqropark iştirakçıları arasında münasibətlərin tənzimlənməsi və hüquqi korelyasiyanın təmin edilməsində qanunvericilik bazası mühüm faktor hesab edilir.

5) Aqroparklarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin sığortalanması. Çünki, hazırda sığorta sisteminin daha zəif inkişaf etdiyi sferalardan biri məhz aqrar sektordur və aqroparklarda sığorta sisteminin formalaşdırılması növbəti dövrlərdə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan digər istehsalçı tərəflərin də sığorta prosesinə cəlb edilməsini stimullaşdıra bilər.

6) Aqroparkların yaradılması təklifi ilə fermerlərə və digər istehsalçılara təşəbbüs hüququnun verilməsi. Hazırda “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq təşəbbüs İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən verilə bilər. Lakin, digər sektor iştirakçılarına bu hüququn tanınması gələcəkdə prosesin sürətini daha da artıra bilər.

7) Lənkəran, Gəncə- Qazax və Quba-Xaçmaz iqtisadi zonalarında aqroparklar yaradılmalıdır. Lənkəran Dövlət Unveristeti bu bölgədə yaradılan tərəvəzçilik və bağçılıq üzrə ixtisaslaşmaş aqroparklar üçün lazımi elmi dəstəyi təmin edə bilər. Regionun ölkə üzrə sitrus bitkilərin yetişdirildiyi yeganə bölgə olduğunu nəzərə aldıqda bu sahə üzrə ixtisaslaşmış aqroparkın yaradılması bölgənin iqtisadi həyatını canlandırmaqla yanaşı, ixrac potensialını və buna paralel olaraq da əhalinin gəlirlərini artıra bilər. O cümlədən də Qubada bağçılıq üzrə ixtisaslaşmış aqropark yaradıla bilər ki, nəticədə region üzrə istehsalın həcmi arta, məhsulların saxlanması və ixracı imkanları genişlənə bilər. Region sahibkarlarının ixrac təcrübəsi aqroparkın fəaliyyətinin daha da asanlaşdıra bilər. Gəncə Dövlət univeristetinin elmi dəstəyi ilə regionda yaradılan aqropark daha çox üzümçülük üzrə ixtisaslaşa bilər. Bu regionun torpaq ehtiyatı üzümçülükün inkişafı və yüksək məhsuldarlıq üçün həlledici amil hesab edilə bilər.

8) İnnovasiyanın tətbiqini stimullaşdırmaq məqsədi ilə aqroparklarda fəaliyyət göstərən iştirakçıların bu istiqamətdə təşəbbüslərinin qrantlar, güzəştli kreditlər və qismən dövlət maliyyələşdirmələri hesabına dəstəklənməsi. Beləliklə ölkəyə innovasiya axını sürətləndirilə və aqrar sferada məhsuldarlıq arta bilər.

9) Xarici iştirakçıların aqroparklarda fəaliyyətinin stimullaşdırılması. Bu məqsədlə xarici investorlara dövlət təminatı təklif edilə bilər. Digər tərəfdən xarici investorlara vətəndaşlıq və yaxud daimi yaşama imkanları verilə bilər. Beləliklə ölkəni qeyri-neft sektoruna investisiya axını təmin edilmiş olar.



İstinadlar



http://www.economy.gov.az/index.php?lang=az Azərbaycan Respublikasının İqtisadiyat və Sənaye Nazirliyi

http://www.stat.gov.az/source/finance/ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

http://www.agro.gov.az/ Azərbaycan Respublikasının Kənd Təsərüfatı Nazirliyi

http://www.cabmin.gov.az/ Azərbaycan Respublikası Nazirlər Kobineti

http://www.azpromo.az/ AzPromo

http://www.sacog.org/rucs/newsletters/2009/04/text/What-is-an-Agricultural-Park.html “What is an Agricultural Park” 2009, Aprel

http://www.hitachi-hri.com/english/research/organ/pdf/vol10_01.pdf Seto, K., Kənd təsərrüfatında Sənaye Struktur Dəyişikliyi, Hitaçı Tədqiqat İnstitutu , baxılma tarixi: may, 2015

http://agriporta7.nl/aqropark/?lang=en Aqriport 7, baxılma tarixi: iyun, 2015

http://www.list.lu/fileadmin//files/projects/ARBOR/ARBOR_Synergypark_Case_Study_Report.pdf Case Study Report “Synergy Parks: collaborative strategies to valorise side streams between companies”, June 2015

http://edepot.wur.nl/298071 Kamalipour, E. (2012) Exploring the economic feasibility of sustainable agrotourism project in Bergerden Agropark to attract greenhouse enterpreneurs for investment (İstixana sahiblərini investisiya yatırmağa cəlb etmək məqsədilə Bergerden Agropark-da davamlı aqroturizm layihəsinin iqtisadi əsaslandırılmasının araşdırılması, Larenstein Tətbiqi Elmlər Universiteti), Larenstein Univesity of Applied Science

http://www.iksez.com/about-us.html IFFCO KISAN SEZ, “Special Economik Zone”, baxılma tarixi: 2015, avqust

http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Agroparks.pdf Smeets,P.(2012) “Çatışmazlıqla məşğul olan Aqroparklar”, Change Magazine, baxılma tarixi: sentyabr, 2015

http://www.iksez.com/news-and-events.php Baxılma tarixi: 16.09.2015

http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Shanghai.pdf Rijnsoever, M.(2012) “Şanxayı necə inkişaf etdirməli?”, Change Magazine, baxılma tarixi: oktyabr, 2015

http://asiancorrespondent.com/68824/the-case-of-greenport-shanghai-too-good-to-be-true/ Nijhof, A.(2011) “Greenport Şanxay layihəsi: Həqiqət olması üçün olduqca yaxşı?”, Asiyalı müxbir

http://asiancorrespondent.com/68824/the-case-of-greenport-shanghai-too-good-to-be-true/ Nijhof, A.(2011) “Greenport Şanxay layihəsi: Həqiqət olması üçün olduqca yaxşı?”, Asiyalı müxbir

http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Agroparks.pdf Smeets, P.(2012) “Çatışmazlıqla məşğul olan Aqroparklar”, Change Magazine

http://www.president.az/articles/14015 , baxılma tarixi: oktyabr, 2015

http://az.trend.az/business/economy/2442023.html “Azərbaycanda 3 aqropark yaradılır”, Kənd Təsərüfatı Naziri Şahin Mustafayev, 09.10.2015

http://www.japarliament.gov.jm/attachments/1265_2014%20Ministry%20Paper%2048%20-%20Agro%20Park.pdf Yamayka Aqropark İnkişaf Proqramı, Nazirliyin məqaləsi 48/2014, Jamaican Parliament , baxılma tarixi: sentyabr, 2015

http://vergijurnali.az/upload/File/2015-4.Huseynova%20A..pdf “Azərbaycanda inovasiya fəaliyyətinin inkişaf yolu”, Arzu Hüseynova, AZ 1011, Bakı ş., h.Zərdabi pros., 88 a, 2015

http://az.trend.az/business/economy/2442023.html “Azərbaycanda 3 aqropark yaradılır”, Kənd Təsərüfatı Naziri Şahin Mustafayev, 09.10.2015

http://www.president.az/articles/13410 “İlham Əliyev “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib”, 15.11.2014

http://www.bizimyol.info/news/43693.html “Yeni baxış, yeni imkanlar - Şəmkir Aqropark”, 17.01.2015

http://azertag.az/xeber/Yalama_Aqroparkda_islerin_ilkin_merhelesi_yekunlasib_VIDEO-866611 “Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb, 24.06.2015

http://az.trend.az/business/economy/2402456.html Xaçmaz rayonunda "Yalama Aqropark"ın tikintisi davam edir, 04.06.2015

Aqropark: konsepsiya, cavablar, təcrübə”, İnnovasiya Şəbəkəsi 2013, Niderland

Hoes, A. C., Regeer, B., & Zweekhorst, M. (2012). Gələcəklə bağlı innovasiya layihələri və baxışlar: Aqropark layihəsində ambisiya və öhdəlik. Zəncir və Şəbəkə Elmi Jurnalı, 12(2), 111-124.

Van Someren, T. C., & van Someren-Wang, S. (2012). Yaşıl Çin: Şərqdə və Qərbdə davamlı inkişaf. Springer Elm və Biznes Mediası

Smeets, P. J. (2011). Expedisiya Aqroparkları: Şəbəkə sənayesində davamlı inkişaf və kənd təsərrüfatına Layihə tərəfindən tədqiqat. Springer Elm və Biznes Mediası

Qida emalı sənayelərinin meqa qida parkı üçün layihənin təsirinin qiymətləndirilməsi barədə hesabat”, 2015 , Qida Emalı Sənayeləri Nazirliyi








Giriş 3

Tədqiqatı gərəkdirən səbəblər 4

Tədqiqatın məqsədi 6

Tədqiqatın sualları 8

Tədqiqatın metodologiyası 9

Tədqiqatın faydaları 10

Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi 11

Sektorun əsas iqtisadi göstəriciləri 11

Ərzaq balansı 16

Məşğulluq səviyyəsi və sosial təsirləri 21

Aqrar sektorun inkişaf metodları-beynəlxalq təcrübə 24

Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi 30

Aqroparklar-beynəlxalq təcrübədə 33

Niderland 37

Hindistan 42

Çin 43


Yamayka 45

Azərbaycanın aqropark təcrübəsi 47

Nəticə və tövsiyələr 60

Nəticə 60

Təkliflər 64

İstinadlar 67





Giriş 3

Tədqiqatı gərəkdirən səbəblər 4

Tədqiqatın məqsədi 6

Tədqiqatın sualları 8

Tədqiqatın metodologiyası 9

Tədqiqatın faydaları 10

Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi 11

Sektorun əsas iqtisadi göstəriciləri 11

Ərzaq balansı 16

Məşğulluq səviyyəsi və sosial təsirləri 21

Aqrar sektorun inkişaf metodları-beynəlxalq təcrübə 24

Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi 30

Aqroparklar-beynəlxalq təcrübədə 33

Niderland 37

Hindistan 42

Çin 43


Yamayka 45

Azərbaycanın aqropark təcrübəsi 47

Nəticə və tövsiyələr 60

Nəticə 60

Təkliflər 64

İstinadlar 67






1 http://www.sacog.org/rucs/newsletters/2009/04/text/What-is-an-Agricultural-Park.html

2 “Aqropark: konsepsiya, cavablar, təcrübə”, İnnovasiya Şəbəkəsi

3 “Aqropark: konsepsiya, cavablar, təcrübə”, İnnovasiya Şəbəkəsi

4 Hoes, A. C., Regeer, B., & Zweekhorst, M. (2012). Gələcəklə bağlı innovasiya layihələri və baxışlar: Aqropark layihəsində ambisiya və öhdəlik. Zəncir və Şəbəkə Elmi Jurnalı, 12(2), 111-124.

5 Seto, K., Kənd təsərrüfatında Sənaye Struktur Dəyişikliyi, Hitaçı Tədqiqat İnstitutu http://www.hitachi-hri.com/english/research/organ/pdf/vol10_01.pdf

6 Aqriport 7 Aqropark < http://agriporta7.nl/aqropark/?lang=en>

7 http://www.list.lu/fileadmin//files/projects/ARBOR/ARBOR_Synergypark_Case_Study_Report.pdf

8 van Someren, T. C., & van Someren-Wang, S. (2012). Yaşıl Çin: Şərqdə və Qərbdə davamlı inkişaf. Springer Elm və Biznes Mediası

9 http://www.list.lu/fileadmin//files/projects/ARBOR/ARBOR_Synergypark_Case_Study_Report.pdf

10 Kamalipour, E. (2012) Exploring the economic feasibility of sustainable agrotourism project in Bergerden Agropark to attract greenhouse enterpreneurs for investment (İstixana sahiblərini investisiya yatırmağa cəlb etmək məqsədilə Bergerden Agropark-da davamlı aqroturizm layihəsinin iqtisadi əsaslandırılmasının araşdırılması, Larenstein Tətbiqi Elmlər Universiteti), Larenstein Univesity of Applied Science http://edepot.wur.nl/298071

11 Smeets, P. J. (2011). Expedisiya Aqroparkları: Şəbəkə sənayesində davamlı inkişaf və kənd təsərrüfatına Layihə tərəfindən tədqiqat. Springer Elm və Biznes Mediası

12 IFFCO KISAN SEZ http://www.iksez.com/about-us.html

13 Smeets, P.(2012) “Çatışmazlıqla məşğul olan Aqroparklar”, Change Magazine < http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Agroparks.pdf>

14 http://www.iksez.com/news-and-events.php

15 Rijnsoever, M.(2012) “Şanxayı necə inkişaf etdirməli?”, Change Magazine, http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Shanghai.pdf

16 Nijhof, A.(2011) “Greenport Şanxay layihəsi: Həqiqət olması üçün olduqca yaxşı?”, Asiyalı müxbir < http://asiancorrespondent.com/68824/the-case-of-greenport-shanghai-too-good-to-be-true/>

17 “Qida emalı sənayelərinin meqa qida parkı üçün layihənin təsirinin qiymətləndirilməsi barədə hesabat”, 2015 , Qida Emalı Sənayeləri Nazirliyi

18 Nijhof, A.(2011) “Greenport Şanxay layihəsi: Həqiqət olması üçün olduqca yaxşı?”, Asiyalı müxbir < http://asiancorrespondent.com/68824/the-case-of-greenport-shanghai-too-good-to-be-true/>

19 Smeets, P.(2012) “Çatışmazlıqla məşğul olan Aqroparklar”, Change Magazine < http://www.changemagazine.nl/doc/2012_1/2012_1_Agroparks.pdf>

20 Yamayka Aqropark İnkişaf Proqramı, Nazirliyin məqaləsi 48/2014, Jamaican Parliament http://www.japarliament.gov.jm/attachments/1265_2014%20Ministry%20Paper%2048%20-%20Agro%20Park.pdf

21 “Aqropark: anlayış, cavablar, təcrübə”, İnnovasiya Şəbəkəsi

22 http://www.president.az/articles/14015

23 http://az.trend.az/business/economy/2442023.html “Azərbaycanda 3 aqropark yaradılır”, Kənd Təsərüfatı Naziri Şahin Mustafayev, 09.10.2015

24 http://vergijurnali.az/upload/File/2015-4.Huseynova%20A..pdf “AZƏRBAyCANDA İNNOVAsİyA FƏAlİyyƏtİNİN İNKİŞAF yolu”, Arzu Hüseynova, AZ 1011, Bakı ş., h.Zərdabi pros., 88 a, 2015

25 http://az.trend.az/business/economy/2442023.html “Azərbaycanda 3 aqropark yaradılır”, Kənd Təsərüfatı Naziri Şahin Mustafayev, 09.10.2015

26 http://www.president.az/articles/13410 “İlham Əliyev “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib”, 15.11.2014

27 http://www.bizimyol.info/news/43693.html “Yeni baxış, yeni imkanlar - Şəmkir Aqropark”, 17.01.2015

28 http://www.bizimyol.info/news/43693.html

29 http://azertag.az/xeber/Yalama_Aqroparkda_islerin_ilkin_merhelesi_yekunlasib_VIDEO-866611 “Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb, 24.06.2015

30 http://az.trend.az/business/economy/2402456.html Xaçmaz rayonunda "Yalama Aqropark"ın tikintisi davam edir, 04.06.2015

31 http://vergijurnali.az/upload/File/2015-4.Huseynova%20A..pdf

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin