Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0,88 Mb.
səhifə2/6
tarix24.05.2020
ölçüsü0,88 Mb.
#31540
1   2   3   4   5   6
ISIM Aqrar Aqropark 2015 (1)

Mündəricat


Giriş 3

Tədqiqatı gərəkdirən səbəblər 4

Tədqiqatın məqsədi 6

Tədqiqatın sualları 8

Tədqiqatın metodologiyası 9

Tədqiqatın faydaları 10

Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi 11

Sektorun əsas iqtisadi göstəriciləri 11

Ərzaq balansı 16

Məşğulluq səviyyəsi və sosial təsirləri 21

Aqrar sektorun inkişaf metodları-beynəlxalq təcrübə 24

Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi 30

Aqroparklar-beynəlxalq təcrübədə 33

Niderland 37

Hindistan 42

Çin 43


Yamayka 45

Azərbaycanın aqropark təcrübəsi 47

Nəticə və tövsiyələr 60

Nəticə 60

Təkliflər 64

İstinadlar 67




Giriş

Azərbaycan iqtisadiyyatı üçün formalaşan yeni çağırışlar fonunda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, bu sahədə müqayisəli üstünlüyə malik sahələrin üzə çıxarılması, yerli sahibkarların prosesdə aktiv iştirakçılığının təmin edilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşımaqdadır. Başqa sözlə yeni iqtisadi konyuktur daha çevik və effektiv yanaşma tələb edir. Hazırda qlobal sferada iqtisadiyyatın ayrı-ayrı sferaları arasında daha təkmil kordinasiya təmin edəcək modellərdən istifadə olunur. Bu məqsəd ilə Azərbaycanda da müəyyən addımlar atılır. Sənaye məhəllələrinin-texnoparkların, aqroparkların yaradılması aktual xarakter alıb. Nəzərə alsaq ki, ölkə əhalisinin məşğulluğu və ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır, deyə bilərik ki, bu sahənin inkişafında müasir model hesab edilən aqroparkların yaradılması məqsədəuyğundur. Hazırda hökumətin də iştirakçılığı ilə ölkə üzrə 3 aqropark qurulması işləri yekunlaşmaq üzrədir. Lakin, Aqropark modelinin yeni təşəkkül tapması və tam təkmil formasını almaması bu istiqamətdə tədqiqatın aparılmasını gərəkdirən səbəb hesab edilir. Məhz bu məqsədilə İqtisadi və Sosial İnkişaf Mərkəzi “Kənd təsərüfatı ilin”də beynəlxalq aqropark təcrübəsinin öyrənilməsi, ölkədə faktiki olaraq yaradılmaqda olan aqroparkların fəaliyyət prinsiplərinin təhlil və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədqiqat həyata keçirib. Tədqiqat zamanı aqrar sektorun ölkə üçün əhəmiyyəti təhlil edilib və bu sahənin son illərdə ümumi inkişaf tempinə uyğun böyüməməsinə təsir edən faktorları müəyyənləşdirib. Beləliklə aqroparklara ehtiyacı doğuran səbəblərlə yanaşı beynəlxalq aqropark təcrübəsi öyrənilib, Azərbaycanda yaradılan aqroparkların üstünlükləri və çatışmayan cəhətləri üzə çıxarılıb. Məqsəd yeni yaranmaqda olan aqroparkların effektivliyinə dəstək olmaq və bu təcrübənin daha da genişləndirilməsini təbliğ etməkdir. Hesab edirik ki, aqroparklar Azərbaycanda kənd təsərrüfatı və sənaye əlaqələrinin kordinasiyalı təşkilində mühüm rol oynayacaq və bu qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına, sektorun böyüməsinə, əhalinin gəlirlərinin artımına, ixrac sferasının genişlənməsinə və ölkənin daha keyfiyyətli ərzaq təminatının həyata keçirilməsinə müsbət təsir göstərəcək.



Tədqiqatı gərəkdirən səbəblər

2015-ci ilin “Kənd Təsərrüfatı İli” olmasını və kənd təsərrüfatının Azərbaycan üçün ərzaq təhlükəsizliyi, məşğulluq, ixracın diversifikasiyası kimi sahələrdə mühüm əhəmiyyətini nəzərə alaraq həmçinin, ölkə prezidentinin 16 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikasında Aqroparkların Yaradılması” haqqında fərmanının uğurlu icrasına dəstək məqsədi ilə, aqroparkların əhəmiyyətinin ictimailəşdirilməsi, kənd təsərrüfatı subyektlərinin bu sahəyə marağının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi üsullarının təşviqi kimi aktual problemlər tədqiqatın aparılması zamanı nəzərdə tutulan əsas məqsədlərdəndir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda kənd təsərrüfatının əsas problemləri aşağıdakılardır;

- mütəxəssis çatışmazlığı,

- sektora elmi-praktiki yanaşmanın məhdudluğu,

- müasir texnologiyadan yararlanma səviyyəsinin azlığı,

- maliyyə əlçatanlığının məhdudluğu,

- kooperasiyaların zəif inkişafı

və bütün bunlardan qaynaqlanan

- az gəlirlilik

hesab edilir. Aqroparkların müassir standartlara uyğun təşkili bu problemlərin həllində ciddi rol oynaya bilər.

Ölkəmizin enerji resursları ilə zənginliyi və bu resursların ixracının son 10 ildə intensiv inkişafı sonda digər iqtisadi sektorlar kimi kənd təsərrüfatına da diqqətin zəifləməsinə səbəb olub. Lakin, qlobal enerji bazarında son yaşananlar və xüsusi ilə də neftin yaxın gələcəkdə əsas enerji təminatçısı statusunu itirəcəyi ehtimalı ölkəmizdə digər iqtisadi sektorların inkişafını zərurətə çevirib.

Ötən illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu sektorun daha çox ekstensiv inkişafını şərtləndirib. Xüsusi ilə də əkin sahəsinə uyğun subsidiyalaşdırma proqramı bu istiqamətdə başlıca təşviqedici proqram hesab edilir. Məhz ekstensiv inkişaf aqrar sektorda məhsuldarlıq və keyfiyyət kimi göstəricilərin arxa plana keçməsinə səbəb olub. Nəticədə isə həm dövlət subsidiyalarının səmərəliliyi və həm də sektorda gəlirlilik azalıb və bu sahədə fəaliyyət göstərən, işləyən ölkə vətəndaşları (iqtisadi məşğul əhalinin 37%-i) ən az gəlirli sosial qrupda təmsil olunur. Lakin, beynəlxalq təcrübə onu göstərir ki, kənd təsərrüfatında intensiv inkişafın təmin edilməsi daha yüksək nəticələrin əldə edilməsinə və dövlətlərin yuxarıda sadaladığımız mühüm problemlərin həllində effektivliyinə başlıca amil hesab edilir.

Layihənin əhəmiyyətini artıran digər mühüm məqamlardan biri isə kənd təsərrüfatının ölkəmizdə əsas məşğulluq təminatçısı rolunda çıxış etməsidir. Təəuusüflə qeyd etməliyik ki, bu sahədə çalışanların gəlir səviyyəsi kifayət qədər deyil və bir çox hallarda isə fərdi əkinçilik və ya maldarlıqla məşğul olan insanların marjinal zərəri olur. Yəni bu insanların əldə etdiyi gəlirlilik istehsal prosesində sərf etdikləri əmək nəzərə alınmadıqda mümkündür. Xüsusi ilə regionlarda sosial inkişafın və rifahın yüksəldilməsi böyük ölçüdə kənd təsərrüfatında gəlirliliyinin təmin edilməsi ilə mümkündür.

Beləliklə düşünürük ki, kənd təsərüfatının problemlərinin dərindən təhlili, beynəlxalq praktikaya uyğun aqroparkların yaradılması mexanizmlərinin hazırlanması, sahələr üzrə modelləşmə tətbiq edərək müqayisəli üstünlüyə malik sahələrin müəyyənləşdirilməsi “Kənd Təsərüfatı İlin”də ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərəcək.



Tədqiqatın məqsədi

Tədqiqatın məqsədi ölkədə sosial iqtisadi inkişafın təmin edilməsində başlıca sektorlardan sayılan kənd təsərrüfatında intensiv inkişafa nail olmaq və ölkə prezidentinin aqroparkların yaradılması haqqında fərmanından irəli gələn tələblərin icrasında aidiyyatı dövlət qurumlarına elmi-praktiki dəstək vermək, bəhs etdiyimiz sahədə mütərəqqi təcrübənin öyrənilməsi və Azərbaycan şəraitinə uyğunlaşdırılmasında iştirak etmək və aqroparkların əhəmiyyəti, bu prosesdə fermer təsərrüfatlarının iştirakçılığının ictimai təbliğinini həyata keçirməkdir. Hesab edirik ki, aqroparkların yaradılması və təkmilləşdirilməsi, fermer təsərrüfatları ilə səmərəli əməkdaşlığın təşkili, həqiqətəndə kənd təsərrüfatında elmi texniki tərəqqiyə xüsusi ilə də müqayisəli üstünlüyə malik olan sahələrin inkişafında əsas lokomotivinə çevriləcək. Bundan başqa layihənin başlıca məqsədi aqroparkların təşkili ilə aqrar sektorun inkişafı və bu sektorun ixracda payının dinamikası arasında müsbət korelyasiyanın təminidir.

Bəhs etdiyimiz məqsədlərə nail olmaq ücün İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) ilk növbədə aqrar sektorda mövcud vəziyyətin təhlili, zəif bəndlərin müəyyənləşdirilməsi, beynəlxalq təcrübəyə baxış və uğurlu təcrübələrin yerli şəraitə uyğunlaşdırılmasını da özündə birləşdirən hərtərəfli tədqiqatın aparılmasını, aqroparkların əhəmiyyətinin ictimailəşdirilməsi məqsədi Quba şəhərində fermerlərin və aidiyyatı icra orqanlarının iştirakı ilə elmi-praktiki konfransın təşkilini, tövsiyyələr poketinin hazırlanmasını vacib öhdəliklər olaraq müəyyən edir. Layihənin icrası müddətində aqrar sektorda problemlərin və aqroparkların əhəmiyyətinin daimi təmin etmək məqsədi ilə dövri mətbuatda elmi məqalələrin nəşr edilməsi də təşkilatın əsas vəzifələri sırasındadır.

Ümumiyyətlə isə layihənin məqsədlərini aşağıdakı kimi qruplaşdırılır:

1. Kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstək;

2. Ekstensiv inkişafdan intensiv inkişafa keçidin təmin edilməsinə dəstək;

3. Aqroparkların təşkili və səmərəli fəaliyyətinin sürətləndirilməsi;

4. Elm və texnikanın son nailliyyətinin istehsalata tətbiqinin təşviqi;

5. Müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi;

6. Aqrar sektorun azgəlirli sahədən yüksək gəlirli sahəyə transformasiyanın təmin edilməsi;

7. İqtisadiyyatın və ixracın diversifikasiyasının sürətləndirilməsi;

8. Ölkənin ərzaq təhlükəsizliyinin ən qısa müddətə təmin edilməsi.



Tədqiqatın sualları

Bu araşdırma tədqiqat qrupunun aşağıdakı suallara cavab tapması məqsədi ilə aparıır:

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının yeri və əhəmiyyətinin qiymətləndirilməsi;

Ölkənin ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində aqrar sektorun əhəmiyyəti;

Azərbaycanda aqrar sektorun faktiki inkişaf səviyyəsinin təhlili;

Sektorda mövcud problemlər və inkişafı əngəlləyən əsas səbəblərin öyrənilməsi;

Ekstensiv təsərrüfatçılıqdan intensiv inkişafa keçid mərhələsinin sürətləndirilməsi;

Aqrar sahənin müasir inkişaf meyllərinin müəyyənləşdirilməsi;

Aqrar sektorun modelləşdirilməsi, müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi;

Beynəlxalq təcrübədə aqroparkların təsnifatı və təşkili qaydalarının müqayisəli şəkildə tədqiqi;

Beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılması;

Azərbaycanda mövcud aqroparkların təyinatı və sektora gətirəcəyi üstünlüklər

Yeni aqroparkların yaradılması imkanları

Aqroparkların daha təkmil fəaliyyətinin təşkilində mövcud imkanların dəyərləndirilməsi

Yuxarıdakı suallara cavab tapmaq düşünürük ki, aqrar sahənin inkişafı istiqamətində daha məqsədli və effektiv siyasətin həyata keçirilməsinə təkan verə bilər.



Tədqiqatın metodologiyası

Tədqiqat keyfiyyət və kəmiyyət metodlarının paralel olaraq tətbiq edilməsi üsulu ilə icra olunacaq. Hər iki metod aşağıdakı əsas səbəblər baxımından tədqiqatın daha effektli nəticələr əldə etməsi üçün əhəmiyyət daşıyır

1. Real vəziyyətin, son 10 il intervalında kənd təsərrüfatının inkişaf dinamikasının, mövcud bazanın, hökumət tərəfindən həyata keçirilən müxtəlif istiqamətli proqramların, dəyişən konyukturun qiymətləndirilməsi baxımından statistik təhlil mühüm əhəmiyyət daşıyır. Bu zaman məsələnin təsviri asanlaşır, analiz imkanları genişlənir və tədqiqatın nəticə və təkliflərinin izahı mümkünləşir.

2. Müasir tələblərə uyğun aqrar siyasətin icrası üçün hazırlanacaq tövsiyyələr paketinin daha dolğun şəkildə tərtibi məqsədi ilə müxtəlif maraq qrupları, ekspertlər, fermer və ailə təsərüfatılarını təmsil edən qruplar ilə müzakirələr aparılacaq və sorğular keçiriləcək ki, bu da nəticələrin keyfiyyətini təmin etmək baxımından mühüm amillərdən hesab edilir. Qrupları ilə müzakirələr və sorğular subyektiv tələblərin və obyektiv gerçəkliklərin kəsişməsini müəyyən etmək baxımında tədqiqat qrupu üçün mühüm əhəmiyyət daşıyır.

Keyfiyyət və kəmiyyət metodlarının tətbiq edilməsi tədqiqatın obyektivliyini daha da möhkəmləndirəcək. Belə ki, statistik təhlillər zamanı məlumatların reallıqla ehtimal olunan ziddiyyətləri sektor təmsilçilərinin müsahibələri ilə aradan qaldırılacaq.

Statistik tədqiqat ilkin araşdırma və analiz hissələrindən ibarət olacaq. İlkin araşdırma zamanı müxtəlif məlumat mənbələrinə istinadən aqrar sahədə ümumi dinamika təhlil olunacaq, bütövlükdə sektor və ayrı-ayrı subsektorlar üzrə inkişaf səviyyəsinin statistik mənzərəsi yaradılacaq. Ötən 10 ilin xarakterizə edilməsi potensial inkişaf səviyyəsini müəyyənləşdirmək üçün əhəmiyyətli rol oynayacaq.

Analiz hissəsində isə aqroparkların əhatə dairəsinin genişləndirilməsi və prosesin sürətləndirilməsi, kənd təsərüfatının ekstensiv inkişafının əhəmiyyəti və ölkənin qeyri-neft iqtisadiyyatında sektorun verə biləcəyi töhvələr üzə çıxarılır.



Tədqiqatın faydaları

Ölkə üzrə ümumi məşğul əhalinin 37%-i, yəni kənd təsərrüfatı ilə məşğul olanlar, sahibkarlar, aidiyyatı dövlət qurumları və bu qurumlarda çalışanlar həmçinin, aqrar sektorla əlaqəli elmi mərkəzlər, univeristetlər faydalana biləcəklər. Layihə regionlarda yaşayan ölkə vətəndaşlarına, aqrar sahədə ixtisaslaşmış fermer təsərrüfatlarına, ölkənin ərzaq təhlükəsizliyi, iqtisadiyyatın diversifikasiyası imkanları və ixrac potensialını artırmaqla ümumilikdə ölkə əhalisinin sosial-iqtisadi həyatına müsbət təsir göstərəcək. Bundan başqa beynəlxalq təcrübəyə söykənən və yerli şəraitin nəzərə almaqla həyata keçiriləcək tədqiqat, müqayisəli üstünlüyə malik sahələrin müəyyənləşdirilməsi, aqrar sektorun ayrı-ayrı sahələrinin modelləşdirilməsi əslində “Kənd Təsərüfatı İlin”də hökumətin fəaliyyətinə dəstək olacaq və effektivliyi gücləndirəcək.



Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi

Sektorun əsas iqtisadi göstəriciləri

Dünya əhalisinin artımı və təbii resursların sürətli istismarı son dövrlərdə qida təminatının qlobal problemlərdən birinə çevrilməsinə səbəb olmaqdadı. Beləliklə hazırda dünyada əhalinin ərzaq təhlükəsizliyinin əhəmiyyəti təbii olaraq sağlam qidalanmanın vacibliyini qabaqlayır. Yəni, mühüm olan vitrinlərin dolu olmasıdır nəinki, bu məhsulların təbii olub-olmaması. Belə bir situasiyada təbii ki, kənd təsərrüfatının intensiv inkişafı, xüsusi ilə də ixrac potensialına və ənənəvi bazarlara malik məhsullar üçün daha münbit istehsal mühitinin təmin edilməsi Azərbaycan üçün daha aktual problemlərdəndir.

Cədvəl 1 : Kənd təsərrüfatının ÜDM-də payı


İllər

milyon manat

%

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

ÜDM-də payı

2000

758,9

16,1

2001

788,7

14,9

2002

846,0

14,0

2003

888,0

12,5

2004

937,3

11,0

2005

1145,5

9,2

2006

1329,3

7,1

2007

1854,8

6,5

2008

2236,0

5,6

2009

2179,5

6,1

2010

2344,6

5,5

2011

2643,5

5,1

2012

2813,7

5,1

2013

3057,8

5,4

2014

3111.1

5.3

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015
Hazırda kənd təsərrüfatının ölkə üzə ÜDM-də xüsusi çəkisi 5.3%-dək azalıb. Azalmanın obyektiv və subyektiv səbəblərinin olmasına baxmayaraq vəziyyət qənaətbəxş deyil. Çünki, son illərdə bu sahənin böyümə tempi digərlərinə nisbətən daha ləngdir.

Beləliklə cədvəldəndə göründüyü kimi kənd təsərrüfatında yaradılan ümumi daxili məhsulun dəyər ifadəsində 4 dəfə artmasına baxmayaraq ölkə üzrə ÜDM-də xüsusi çəkisi 2000-ci ildən bu günədək təxminən 3 dəfə azalıb. Dəyər ifadəsində artımın bir qismi qiymətlərin artımından qaynaqlansada bir hissəsi isə istehsalın inkişafından qaynaqlanıb. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, aqrar sektorun inkişafı ölkənin ümumi iqtisadi böyüməsindən xeyli geri qalıb.

Cədvəl 2: Əsas kapitala yönəldilən investisiyalar

İllər

Milyard manatla

Faizlə

2003

37.4

1.0

2004

35

0.7

2005

40.7

0.7

2006

58.3

1.0

2007

243.3

3.3

2008

336.5

3.4

2009

266.6

3.5

2010

431

4.4

2011

437.3

3.4

2012

648.8

4.2

2013

574.3

3.2

2014

363.9

2.1

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015

Son illər ölkə iqtisadiyyatına yatırılan investisiya məlumatlarının təhlili göstərir ki, həqiqətən də son illər bu istiqamətdə səylər artıb. Xüsusi ilə də 2007-ci ildə bu sahəyə yönəldilən investisiyanın həcmi 4 dəfə artıb. Ancaq bununla belə 2013-cü ildə cəmi investisiyaların 3.2%-i kənd təsərrüfatına yönəlib. Beləliklə məlum olur ki, bu istiqamətdə daha effektiv kursun həyata keçirilməsi labüddür. Maraqlı nüanslardan biri isə odur ki, 2013-cü ildə yenidən bu sektorda əsas kapitala yönəldilən investisiyaların həcmi azalıb. Halbuki, ölkədə kənd təsərrüfatı ən az infrasturuklaşmış sektorlardandır. Bununla yanaşı ölkənin aqrar sektoru ən az xarici investisiya cəlb edilən sahələrdəndir.


Cədvəl 3: Kənd təsərrüfatının ümumi məhsulu, faktiki qiymətlərlə (milyon manatla)

İllər

Cəmi

O cümlədən 

 


Fərdi sahibkarlar, ailə kəndli və ev təsərüfatları

Kənd təsərüfatı müəssisələri və sair təşkilatlar

2003

1450,5

1408,9

41,6

2004

1572,7

1509,5

63,2

2005

1844,8

1776,0

68,8

2006

2115,5

2051,8

63,7

2007

2918,6

2799,0

119,6

2008

3505,9

3319,9

186,0

2009

3805,5

3577,6

227,9

2010

3877,7

3685,1

192,6

2011

4525,2

4289,2

236,0

2012

4844,6

4525,2

319,4

2013

5244,6

4880,7

363,9

2014

5225.8

4821.3

404.5

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015




Əslində daha aşağı investisiyalaşmanın digər bir səbəbi isə biznesin aqrar sektorda daha az təmsil olunması amilidir. Beləki, sektorda istehsal edilən ümumi məhsulun 7%-i kənd təsərrüfatı müəssisələrinin payına düşür. Digər 93% isə fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Bu qrup iştirakçıların maliyyə imkanlarının məhdud olması inovasiyaya və infrastrukturun, texnikanın yenilənməsinə vəsait ayırma imkanını məhdudlaşdırır. Təbii ki, bu hal sonda istehsalın mənfəətliyinə və artım sürətinə də təsir edir. Beləki, ötən 10 ilin göstəricilərinin təhlili nəticəsində aydın olur ki, sektorda istehsalın həcmi təxminən 3.6 dəfə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında 3.4 dəfə böyümə olduğu halda kənd təsərrüfatı müəssisələrinin istehsal etdikləri məhsulların dəyər ifadəsi təxminən 9 dəfə artıb. Nəticədə sonuncunun ümumi istehsalda xüsusi çəkisi 10 il ərzində 2.8%-dən 7%-dək yüksəlib. Beləliklə məlum olur ki, aqrar sektorda effektiv inkişafa nail olmaq üçün ilk növbədə bu istiqamətdə yeni müəssisələrin formalaşdırılması istiqamətində səylər artırılmalı və hökumət müxtəlif üsullarla- istehsalın həcminə uyğun olaraq subsidiyalaşma, uzunmüddətli və aşağı faizli kreditləşdirmə, ixraca uyğun əlavə subsidiya rejiminin tətbiqi kimi təşviqedici addımlar atmalıdır. Eyni zamanda isə korporativ fermer təsərrüfatı haqqında qanun qəbul edilməlidir. Çünki, hazırda kənd təsərüfatında istehsalçının əsas problemlərindən biri məhsulu dəyər-dəyməzinə satmaqdır. Çünki, bu istehsalçıların əksəriyyətinin öz məhsullarını pərakəndə satışını təşkil etmək kimi imkanları yoxdur. Nəticədə bazarlarda məhsulların

Cədvəl 4: Kənd təsərrüfatı məhsullarının istehsalında sektorlar üzrə iştirakçı tərəflərin payı ( faizlə)


İllər

Cəmi

o cümlədən

Cəmi

o cümlədən

Cəmi

o cümlədən

bitkiçilik məhsulları

heyvandarlıq məhsulları

bitkiçilik məhsulları

heyvandarlıq məhsulları

bitkiçilik məhsulları

heyvandarlıq məhsulları

Bütün təsərrüfat kateqoriyaları

Kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar

Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları

2003

100

55,6

44,4

100

24,8

75,2

100

56,5

43,5

2004

100

55,6

44,4

100

20,6

79,4

100

57,1

42,9

2005

100

53,6

46,4

100

20,2

79,8

100

54,9

45,1

2006

100

53,2

46,8

100

25,1

74,9

100

54,0

46,0

2007

100

59,2

40,8

100

19,4

80,6

100

60,9

39,1

2008

100

59,5

40,5

100

22,0

78,0

100

61,6

38,4

2009

100

55,3

44,7

100

30,7

69,3

100

56,9

43,1

2010

100

51,6

48,4

100

31,2

68,8

100

52,6

47,4

2011

100

51,7

48,3

100

34,8

65,2

100

52,6

47,4

2012

100

50,7

49,3

100

30,5

69,5

100

52,2

47,8

2013

100

50,1

49,9

100

33,1

66,9

100

51,4

48,6

2014

100

50.3

49.7

100

33.6

66.4

100

51.9

48.1

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin