Kafedra: «İctimai elmlər»



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   ...   7   8   9   10   11   12   13   14   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

N Ə T İ C Ə 

 

Şüurun  mənşəyi  və  mahiyyəti  məsələsi  elmin  ən  çətin  məsələlərindən  biridir. 



Materiya  şüuru  öz  inkişafının  hansı  pilləsində  və  necə  doğurur,  insanın  duyğuları, 

qavrayışları,  təsəvvürləri  və  təfəkkürü  necə  meydana  gəlir,  duyğulardan  və  qavrayış-

lardan  təfəkkürə  keçilməsi  necə  baş  verir?  Bütün  bu  məsələlər  elm  tərəfindən  uzun 

müddət aydınlaşdırılmamış qalmaqda idi. Bu da səhv baxışların meydana gəlməsinə və 

yayılmasına səbəb olmuşdur. 

Bu  problem  materialist  fəlsəfə  üçün  də  asan  həll  edilmədi.  Şüurun  materiyanın 

ayrıca bir xassəsi hesab edən materialist fəlsəfə şüurun mahiyyətini əsasən düzgün izah 

etməklə bərabər ciddi səhvlər də buraxmışdır. Məs. dialektik materializmdən əv-vəl bəzi 

materialist filosoflar şüurun meydana gəlməsi probleminin çətinliyi qarşısın-da qalaraq 

şüuru  materiyanın  atributu,  onun  bütün  formalarına  aid  əbədi  xassəsi  he-sab  etmişlər. 

Materialistlərin  bəziləri  şüuru  materiyanın  xüsusi  bir  növü  hesab  edir-dilər.  Şüurla 

materiyanın  əlaqəsindən  suiistifadə  edərək  bunları  eyniləşdirirdilər.  Məs.  Vulqar 

materialistlər (Fokt, Buxner, Moleşot) belə hesab edirdilər ki, qara ciyər öd if-raz etdiyi 

kimi,  beyin  də  fikir  ifraz  edir.  Bununla  bulqar  materialistlər  materiyanın  xassəsi  olan 

şüurla materiya arasında heç bir fərq görmürlər və şüuru beynin xüsusi bir buxarlanması, 

sekresiya ifrazı hesab edirdilər. Vulqar materialistlər şüurun beyin-də baş verən fizioloji 

proseslərlə  əlaqəsini  düzgün  gördükləri  halda,  psixik  olanı  fizioloji  hadisə  ilə,  fikri 

maddə ilə eyniləşdirərək kobud səhv edirlər. 

Dialektik  materializm  təbiət  elmlərinin  naliyyətləri  əsasında  şüurun  vulqar 

materialist anlayışı rədd edir. Şüur müəyyən maddi, fizioloji proseslərlə əlaqədar olsa da 

bu  proseslərin  eyni  ola  bilməz.  Fikir  materiyadan,  beyindən  ayrılmazdır,  lakin  onu 

materiya ilə eyniləşdirmək olmaz. Dialektik materializm şüurun, təfəkkürün guya bü-tün 

materiya aid edən helizoizm cərəyanın ideyalarını da rədd edir. Bu cərəyanın yan-lışlığı 

ondadır ki, o, cansız materiya ilə üzvü materiya, düşünən materiya arasındakı keyfiyyət 

fərqlərinə etinasızlıq göstərir.  



20 

 

 



Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin