-164 -
Adam SƏNdən üz döndərib bu binanı tərk etmək
istəyir!
«Bədənlə çəpərlənən», «aşağıdan bədənə, yuxarıdan
ruha bağlı» (Əbu Turxan) bir nəfsinin olduğunu bilirsən. Ru-
hunun verdiyi nurun cazibəsini bilsən də, nəfsini ruhunun
itaətinə vermirsən. Bədəninin qaranlıqdan kənara çıxa
bilmədiyini dərk etdiyinə görə, nəfsini ondan da uzaqda
saxlayırsan. Nəfsin varlığı belə yaddan çıxır! Sən: «bu bi-
nanın sakiniyəm», – deyib çiyinlərindəki yükü daşıyırsan,
ruhunu dinləməyə vaxtın qalmır. Bir də bu binada ruhun de-
dikləri keçərli deyil ki! Bu binaya lazımlı olmaq istəyirsənsə,
ruhunun gözünü bağlayıb, dilini lal eləməlisən.
Dostları ilə paylaş: