Bir çiçəyin nağılı
Müdriklərdən biri deyib ki, «Bir çiçək bir aləmdi». Bu
çiçəyin də bir dünyası, bir tarixi var.
Allah yaratdıqlarının hamısı gözəldir! O, bir çiçəyə
məxsus ola bilən bütün keyfiyyətlərə malik idi: məsum,
ecazkar, incə, zərif, rənglərində gözəl bir harmoniya, tam
açılanda belə sirli-sehirli, min bir ləçəkli, hər ləçəyində min
bir yaraşıq. Bu çiçək yaranmasına necə sevinirdi, sevənlərin
əlində oxşandıqca necə nazlanırdı! Bəs necə! Sevən sevənə
ilk olaraq onu bağışlayırdı, sevgi rəngində idi axı –
qıpqırmızı, eşq dolu, sevgi ilə döyünən ürək kimi.
Qərənfiləm mən,
-222 -
Gözəl güləm mən,
Yaşıl yarpaqlı,
Bir sünbüləm mən.
Bir gün göy guruldadı, şimşək çaxdı. Lap nağıllardakı
kimi göy yerlə qovuşdu… hər yer qara boyandı. Çiçək öz
kiçik dünyasından nə qədər boylansa da qaradan başqa rəng
görmədi. Sanki bütün rənglər silinmişdi yer üzündən. Sonra
kimsə onu götürüb qapqara asfaltın üzərindəki qıpqırmızı
qanın üzərinə qoydu, onu dörd tərəfə düzdü, onunla bütün
küçələri bəzədi. Hər yer qərənfilləşdi… Çiçək anlayırdı ki,
bu, kimə isə yenə də sevgi payıdır. Amma onu da anlayırdı
ki, bu bəzəmə adi bəzəmə deyil… O yenə sevgi rəmzi idi,
…amma bura kədər, göz yaşı da qarışmışdı. Çiçək qürur
duydu ki, xalq öz qara günündə öz sevdiklərini yenə onunla
son mənzilə yola salır. Başqa heç bir çiçəyə yox, məhz ona
üz tutur. Bir vaxtlar o, sevənlərlə sevirdi, indi də onu
dərdlərinə şərik olmağa, ağlamağa çağırırdılar, «ağla,
qərənfil, ağla» deyirdilər, onun sınıq, boynu bükük, gözü
yaşlı, qara yarpaqlı rəsmlərini çəkirdilər, ona bayatılar
qoşurdular…
Zaman ən yaxşı əlacdır, – deyirlər. Bir nəğmədə deyil-
diyi kimi: «Dünya köhnə dünyadır, sevgiləri təzədir». Yenə
sevənlər yarandı. Yenə gənclər sevib-sevildi, bir-birinə
çiçəklər bağışladı. Xalq qara günlərin qaralığından çıxırdı
yavaş-yavaş, …ancaq nədənsə çiçəyin qara ləçəyini açmaq
istəyən yox idi. Artıq sevənlər onu bir-birlərinə ba-
ğışlamırdılar, onu yalnız kədərli günlərdə xatırlayırdılar,
onun al rəngini yalnız qan rəngi ilə müqayisə edirdilər, onu
bir xoş gündə, saatda görəndə təəccüblənirdilər, tez giz-
- 223 -
lədirdilər. Kimlərinsə ona ürəyi yanıb ona fərqli rənglər
verdi: ağ, bənövşəyi, daha nə bilim nə rəng. Ancaq yenə əllər
ona doğru qorxa-qorxa, titrəyə-titrəyə uzandı. Yenə də onu
göz yaşlarına şərik olmağa çağırdılar. Sevginin yolları
bağlanmışdı onun üzünə. Sanki o, elə bu kədərlə, göz yaşı ilə
qoşa doğulubmuş. İçindən bağırıb hər kəsin yadına salmaq
istədi ki, axı onun da sevən bir qəlbi var, o, matəm çiçəyi
deyil, o, daha ağlamaq istəmir, o, əvvəlki rəngli günlərinin
qayıtmasını istəyir! Ancaq onu eşidən bir kimsə görmədi –
onun satış yerlərini belə qəbirstanlıqların girişlərində
yerləşdirdilər.
Beləcə çiçəyin çiçəkli günləri bitdi. O, qayğılı, hər kə-
sin dərdinə qalan bir …ürəyə çevrildi, içindən qara qanlar
axan, öz dərdinə şərik tapmayan bir ürəyə.
Çiçəyin yadına o qara günlərin ani bir mənzərəsi düş-
dü. Kiminsə kiçik barmaqları onu qara asfaltın üzərindən
götürüb bir şəkil albomunun vərəqləri arasında gizlətmişdi.
Uşaqlıq şəkilləri idi. Albomun vərəqləri bir də açılmadı… və
o, qaranlıqda qaldı. O vaxtlar çiçək bir şey anlamamışdı. İndi
anlayırdı. O qurumuş çiçək zamanı dayandırmışdı, ya da bir
nöqtə qoymuşdu… uşaqlığa, sevgiyə, rəngli dünyaya.
«Bir çiçək bir aləm imiş». Gözəl deyib Əbu Turxan.
Amma maraqlıdır, öz qəmli tarixini qana-qana yaşayan çi-
çəkdə çiçəyə məxsus keyfiyyətlər qalırmı? Ya da bu keyfiy-
yətləri solmuş çiçəyə yenə çiçək deyilirmi?
-224 -
Dostları ilə paylaş: |