Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə6/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Cümə axşamı, doqquzun yarısı

İki saat oxu zalında işlədim. Sonra İpoteka Bankı meydançasında qəlyan çəkməyə düşdüm. Balaca meydança çəhrayı daşlarla döşənib. Buvillilər onunla fəxr edirlər- o XVIII ərsdə tikilib. Şamad və Syuspedar küçələri tərəfdə qoyulmuş köhnə zəncirlər maşınların bura girməsinə mane olur. Qara geyinib, itləri ilə gəzən xanımlar arkaların altından sakitcə keçib, divarların yaxınlığında gəzişirlər. Onlar gün işığına nadir hallarda çıxırlar, amma balaca qız kimi gizlin və ehtiramla Qustav Empetrazın heykəlinə toxunurlar. Onlar çətin ki bu bürünc nəhəngin adını bilsinlər, amma onun surtükündan və silindrindən görürlər ki, bu adam yaxşı cəmiyyətə aiddir. Silindrini sol əlində tutub, sağ əlini isə in-folio kitablarlarının üstünə qoyub, elə bil ki onların öz babaları bürüncdən tökülüb, pyedestalda dayanıb. Onlara heykəli başa düşmək üçün uzun dayanıb, baxmaq lazım deyil, heykəl onlar kimi görünür, dəqiq onlar kimi.

Onların bir yığın sarsılmaz fikirlərinə qarşı heykəl bütün avtoritetini və ağır əli ilə toxunduğu foliantlardan[v] götürdüyü böyük savadını qoyur. Qara geyimli xanımlar rahat nəfəs ala, ev işləri ilə məşğul ola, itlərini gəzdirə bilərlər, məsuliyyətin ağır yükü onların çiyinlərindən düşüb, onlar atalarından miras qalmış müqəddəs baxışları, sağlam fikirləri qorumalı deyillər, bürünc pəhləvan onları qoruyur.

“Böyük Ensklopediya” bu heykələ bir neçə cümlə ayırıb, mən onu keçən il oxumuşam. Ensklopediyanın cildini pəncərə qabağına qoyub, şüşədən Empetrazın yaşıl kəlləsinə baxırdım. Mən öyrəndim ki, onun fəaliyyətinin parlaq dövrü 1890-cı ilə aiddir. O akademiyada müfəttiş idi. Gözəl şəkillər çəkirdi, üç kitab buraxmışdı: “Qədim yunanlarda məşhurluq haqqında” (1887), “Rollenin pedaqogikası” (1891) və “Poetik vəsiyyət” (1899). 1902-ci ildə işçilərinin və zövqlü insanların kədərinə bais olaraq ölüb.

Mən kitabxananın fasadına söykəndim. Indicə yanacaq qəlyanımı soruram. Və qorxa- qorxa qalareyanın arkalarının altından çıxan, inadkar, ağıllı baxışlarla Empetraza baxan yaşlı qadın görürəm. Birdən cəsarətlənərək ayaqlarının imkan verdiyi sürətlə divarı keçib, bir anlıq heykəlin qarşısında çənəsini tərpədə-tərpədə donub qalır.

Sonra çəhrayı döşəmədə qara ləkə kimi sürətlə gedir və divardakı yarıqda yox olur. Bəlkə də keçən əsrin əvvəllərində evlərlə əhatə olunmuş, qırmızı döşəməli bu meydança şən təsir oyadırmış. İndi onda nəsə quru, xoşagəlməz hətta dəhşətli bir şey var. Bunun günahkarı pyedestaldakı dayıdır. Bu elmli kişini bürünc rəngli etməklə sehirbaza çeviriblər. Mən Empetrazın sifətinə baxıram. Onun gözləri yoxdur, burnunu güclə görmək olur, saqqalı, bəzən hansısa rayondakı bütün heykəllərin xəstəlik kimi tutulduğu yaralardan yeyilib. O salamlaşarkən donub, pencəyində, ürəyinin olduğu yerdə böyük açıq yaşıl ləkə var. Görünüşü sısqa və xəstəhaldır. Bu canlı insan deyil amma onu cansız da adlandırmaq olmaz. Ondan hansısa dumanlı güc gəlir, elə bil ki külək sinəmdən itələyir- bu Empetrazdır, məni İpoteka Bankı meydançasından qovmaq istəyir. Amma mən qəlyanımı çəkməmiş getməyəcəm. Birdən arxa tərəfimdə uzun, nazik kölgə peyda olur. Mən diksinirəm.

-       Bağışlayın müsyö. Mən sizə mane olmaq istəmirdim. Gördüm ki, dodaqlarınız tərpənir. Siz yəqin ki, kitabınızdan ifadələri təkrar edirsiniz. – O güldü.

-       Aleksandrik şerlərə çatmaq istəyirsiniz?

Mən təəccüblə Oxucuya baxıram. O da mənim təəccübləndiyimi görüb təəccüblənir.

-      Məgər nəsrdə aleksandrik şerlərdən qaçmaq lazım deyil?

Gözündən düşdüm. Soruşuram ki, bu vaxtı burada nə edir. Rəisi ona istirahət verib, Oxucu izah edir, və o birbaşa kitabxanaya gəlib, nahar etməyə getməyəcək və kitabxana bağlanana qədər oxuyacaq. Mən artıq qulaq asmırdım, amma deyəsən o əvvəlki mövzunu dəyişib, çünki birdən mənə çatır:

-          …. sizin kimi kitab yazıb xoşbəxt olmaq….

Ona cavab vermək lazımdır.

-          Xoşbəxtlik…- şübhə ilə deyirəm.

Cavabımı səhv yozub, tələsik səhvini düzəltməyə çalışır

-          Mən gərək deyəydim: istedadı olmaq, müsyö.

Biz pillələri qalxırıq. İşləməyə həvəsim yoxdur. Kimsə stolun üstündə “Yevqeniy Qrande” kitabını yadından çıxarıb, kitab iyirmi yeddinci səhifədə açıq qalıb. Mən mexaniki olaraq onu götürürəm, iyirmi yeddinci səhifəni oxuyuram, sonra iyirmi səkkizinci, başdan başlamağa ərinirəm. Oxucu şux addımlarla kitab şkafına tərəf gedir: rəfdən  iki cild götürüb, sümük tapmış it görünüşü ilə onları stolun üstünə qoyur.

-          Nə oxuyursunuz?

Məncə bu suala cavab verməyə çətinlik çəkir, bir dəqiqəlik gözlərini fırlada-fırlada tərəddüd edir, sonra həvəssiz kitabları mənə uzadır. Bu Larbaletrienin “Torf və Torf çıxarılan ərazilər” və Lateksin “Hitopadlesa və yararlı təlimlər” əsərləridir. Hə nolsun? Başa düşmürəm o niyə utanır. Çox da xeyirli ədəbiyyatdır. Vicdanımı təmizləmək üçün “Hitopadlesa”-nı vərəqləyirəm- başdan ayağa ali mövzular.

 

Saat 3

Mən “Yevqeniy Qrande”-ni kənara qoyuram. Heç bir həyacan olmasa da işə girişirəm. Oxucu görəndə ki, yazıram mənə ehtiramla baxır. Bəzən başımı qaldıranda cücə boynun dik dayandığı enli, dik yaxalıq görürəm. Oxucunun geyimi köhnədir amma gözqamaşdırıcı ağdır. O elə indicə eyni rəfdən daha bir cild götürdü, mən baş-ayaq çevrilmiş adı oxuyuram “Kodebakın oxu”, normand xronikası. Müəllif- mademuazel Jyuli Latern. Onun oxuduğu ədəbiyyat siyahısı məni dalana dirəyir. Birdən onun axır vaxtlar seçdiyi kitabların müəlliflərinin familiyalarını xatırlayıram: Lamber, Lanqlua, Larbaletrie, Lateks, Latern. Mən başa düşdüm- Oxucunun metodunu tapdım, o biliyini əlifba sırası ilə artırır. Mən ona ehtiramla baxıram. Gərək nə qədər iradəli olasan ki, yavaş-yavaş, inadla belə böyük fikri həyata keçirəsən. Bir dəfə, yeddi il qabaq ( o mənə demişdi ki, oxumaqla yeddi ildir məşğuldur) o bu zala təntənə ilə girmişdi. Divarlara yığılmış saysız-hesabsız cildlərə göz gəzdirib yəqin ki, Rastinyak kimi öz-özünə demişdi: Görüm səni insan şüuru, görək kim kimədir!”. Sonra sağ tərəfdəki ilk rəfə yaxınlaşıb, ilk kitabı götürüb və ilk səhifəni qarışıq, tərəddüdsüz, qərarlı, ehtiram və dəhşət hissləri ilə açıb.

Bu gün o “L” hərfinə çatıb. “K”, sonra “İ”. “L” sonra “K”. Möhkəmqanadlılar haqqında traktatdan darvinizm əleyhinə katolik həcvlərə qədər, amma bu az da olsa darıxdırmır. O hamısını oxuyub. Başındakı anbarda elmə partenogenez kimi məlum olanların yarısı, viviseksiyaya qarşı bütün arqumentlərin yarısı saxlanılıb. Onun arxasında və önündə bütün dünya var. Bir gün gələcək, sol tərəfdəki sonuncu rəfdən götürülmüş sonuncu cildi bağlayıb deyəcək: “Bəs indi?”.

Bu saat o günorta yeməyini yeyir, sadəliklə çörək və “Qala Peter” şokolad plitkasını gəmirir. Göz qapaqları aşağı enib, mən özümü itirmədən onun gözəl, qadınlardakı kimi sıx kirpiklərinə baxa bilərəm. Ondan tütün iyi gəlir, nəfəs alanda bu iy şokoladın şirin iyinə qarışır.

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin