Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə8/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

- Əla, Maks dedi, işə nə vaxt başlayıram.

- Bazar ertəsi , - Jilber təklif etdi.

- Əla, necə şadam.- Berni düz on dəqiqə sonra onları Tampl meydanına aparan taksiyə oturduqdan sonra qışqırdı. Cənab Maks siz necə böyük adamsınız, bilsəniz sizinlə necə fəxr edirəm.

- Mən sənə təşəkkür etməliyəm. – Yeri gəlmişkən mənə sadəcə Maks deyə bilərsən. Yaxud Pol. Necə istəyirsən.

Berninin 42 saylı binadakı yeni mənzili əvvəlkindən doğrudan da böyük və geniş idi, pəncərə birbaşa bulvara açıldığından bura əvvəlkindən daha səs-küylü idi. Oğlu indi İsveçrədə oxuyur, çox ağıllı uşaqdır, öz başını dolandırır. Maks otaqların birinə keçdi, düşündü ki, şeylərinin dalınca otelə qayıtmasın. Jilberin verdiyi avans bəzi təzə pal-paltar almağa imkan verdi. Belyarla görüşdü, bu gün dünənkindən sakit və təmkinli görünürdü.

- Yaxşı yatdım, yaxşı istirahət etdim , deyə dilləndi, - həqiqətən o qədər yorulmuşdum ki.

Maks özünü müdafiə etməkçün bir kəlmə də deməsə də Belyar artıq onun Jilberin yanında işə düzəlməyindən söz açmadı.

- Etiraf edim ki, sizin «Monmoransi» otelinə göndərilməyiniz bir az kəskin, bəlkə də yerinə düşməyən bir tədbir idi, yaxşı, necə istəyirsiniz, elə də edin, Şmidtlə özüm məsələni həll edərəm. Burda olmağımdan istifadə edərək Parisi gəzmək istərdim. Bu gün günortadan sonra vaxtınız varmı?

- Mənim yeganə problemim budur ki, özümə bir az əyin-baş alım, bu gün axşam bir yerdə şam edə bilərik. Bernigilə gəlin, sizinlə tanış olmaqdan şad odlacıq.

Beylar Bernigilə qalxdı, onunla dostlaşdı, sabahı yenə gəldi, hər gün gəldi, birlikdə şam etdilər, dost oldular.

Maks içməkdən özünü saxlayırdı ki, haqqında əlavə rəy yaratmasın, bir azdan məlum oldu ki, heç Belyar da içkiyə laqeyd deyilmiş. Günlərin bir günü, qəfil xatirilərə daldı, içdi, ağlına gələni danışdı, Mərkəzdəki fəaliyyətindən uzun-uzadı söhbətlər etdi. Sizə elə gəlir, orada işləmək asandır, bilsəniz necə çətinliklər çəkirəm, hələ bu Lopes, sizə fağır görsənir, üzdə belədir, əslində çox dəhşətli bir adamdır. Daha sonra danışığında məntiq tamam itdi, nə isə danışır, arada Mərkəzi yada salır, birdən bununla heç əlaqəsi olmayan hadisədən bəhs edir, tezliklə bunu da unudaraq tamam başqa mövzuya keçirdi. Çətin vəziyyətə düşən bir qadına necə gömək etməyindən danışdı.

- Onda Mərkəzldə təzəcə işə başlamışdım, - izah eləməyə cəhd göstərdi, - stajirovka keçirdim, dünyadan bu işdən zəhlətökən heç nə yoxdu, deyə ətrafdakıları inandırmağa çalışır, stəkanı yenə ağzına qədər doldurub başına çəkirdi, məcbursunuz, miskin olmağa, əclaf, yekəbaş olmağa, dünyada bundan rəzil iş var? Nə etməli, bundan keçmək, bu çətinliyi də aşırmaq lazımdı....

Belyar alkaqoldan yapışıb qopmaq istəmirdi, düz sübhün gözünə kimi içdi. Sabah yenə təkrar olundu. Dostlar onu növbə ilə Parisi gəzdirdilər, kimi Luvr muzeyinə, kimi Orse muzeyinə, attraksiona, Versal sarayına apardı, şəhərdən kənara çıxıb Büt-Şamonu seyr etdilər, təmiz havadan vurdular ciyərlərinə. Belyar daha Maksın da Jilberin yanında işləməyinə bir söz demirdi, özü royalın bir küncündə yerini rahatlayır, Maksın hər çalğısından sonra diqqətini toplayıb rəy söyləyirdi.

Ancaq bütün bu dünyəvi işlər ona baha başa gəldi, tezliklə depresiyaya düşdü, əlacsız vəziyyətdə alkoqoldan asılı vəziyyətə düşdü. Başladı tənhalığından şikayətlənməyə. Berni cürətlənib ona qız təklif etdi.

- Mənə olmaz, vəziyyətim elədir ki, olmaz

29____________________


Və birdən necəsi və niyəsi məlum olmadan vəziyyət düzəlməyə başladı. Bir neçə həftədən sonra Belyar özünə gəldi. Sifətində gülüş peyda oldu, oğurlanmış təbəssümü tapıldı. Berni də, Maks da başlarını sındırıb onun üçün əyləncə növü tapmaqdan canları qurtardı. Hər gün günün ikinci yarısı təkbaşına evdən çıxar, cibində konsert və təmaşaların afişalarını çap edən «Ofisiyel» qəzeti naməlum istiqamətə üz tutar və uzun muddət gözə görünməzdi.

Berni ilə tanış olub onlara təşrif gətirəndən sonra bir dəfə də olmamışdı ki, kiməsə nədəsə evdə kömək etsin, bir boşqabın qırağından yapışsın, evə nəsə alıb gətirsin, bir söz eyninə deyildi, ancaq indi öz təşəbbüsü ilə evə bazarlıq edirdi. İnkişaf göz qabağında idi. Yuxarı qalxıb yatağını qaydaya salardı, mətbəx işlərinə kömək edərdi, çıxmazdan əvvəl həmişə vannanı yuyardı, Maksı məmnuniyyətlə supermarketə bazarlıvq dalınca yollayardı, bir söz deyilmədən yanmış lampanı dəyişərdi, boşalmış şüşələri isə Amlo küçəsinin küncündə qoyulmuş konteynerə aparardı. Bir sözlə, o, ideal qonağa çevrilmişdi: həmişə lütfkar idi, hamıya əl tutmaq istəyirdi. Elə olurdu ki, Jilberin barından gecə xeyli keçəndən sonra qayıdan və buna görə də səhər yerindən qalxmaq bilməyən Maksı bütün gün ərzində görmürdü.

Bu günlərin birində, öz adəti üzrə Sən-Şapelə, Qran-Rəks və ya Drua zalına yollanan Maks yatacaq ləvazimatı ehtiyatını doldurmaq məqsədi ilə «Prentan» dükanlarında avaralanmaq üçün günün ikinci yarısı yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. Bu işi tez qurtararaq bir neçə dəqiqəni dükanın mərtəbələrini gəzməyə sərf etdi, heç bir arzu-istəyi və alacagı yox idi, gah orda, gah burda dayanardı, ehtiyac hiss elmədiyi şeylərə baxar, diqqətini cəmləyər, əslində isə başqa şeylər düşünərdi. Məsələn duş üçün çoxfunksiyalı kabinet, 16/9 televizor, yaxud tərəvəz, pamidor soymaq və ya doğramaq üçün bıçaq dəstləri, əti sümükdən ayıran bıçaq.... bu əşyalara baxaraq maqazində səslənən elanlara da qulaq verirdi. Filan şey bu gündən etibarən bir az, yəni konkret olaraq filan qiymətə ucuzlaşıb, məişət eletrik üzqırxanın qiymətində iyirmi faiz endirim olub, həmdə, Madam Merkyör birinci mərtəbədə xüsusi qulluq seksiyasında gözləyir.

Onsuz da heç hara tələsmir, bəlkə aşağı düşüb baxsın. Üzünə laqeydlik ifadəsi verərək, ancaq ürək döyüntüsü ilə videokameranın gözündən oğurlanaraq yavaşca eskalatora tərəf döndü, elə bil indicə oğurluq etmişdi, şübhəli hərəkətə yol vermək istəmirdi, ancaq açıq-aydın görsənirdi ki, ifrat ehtiyatlılığa meyli onu birə beş əsəbləşdirirdi. Eskalatorda üzündəki darıxan adam maskasını çıxarmamışdı, ancaq birinci mərtəbəyə düşən kimi həyəcanla həmin məntəqəni axtarmağa başladı, bu o idi, aman allah o idi.

Gördü ki, otuz il ərzində nəzərəçarpacaq dərəcədə dəyişməyən Rozanın burnunun forması bir balaca dəyişmişdi, bunu görəndə Maksın ürəyinə sərin bir qüssə çökdü. Yadınızdadırsa, bu burun bir elə gözəl olmasa da, Rozanın quruluşunda həlledici elementlərdən idi. Gözəl, cazibəli sifətin fonunda o zamanlar xüsusi effekt yaradardı, insanı həyəcanlandırardı. İndi isə üz, sifət cizgiləri baxımından təkmilləşmişdi, hamı kimi, yanından ötüb keç, baxmağa dəyməz. Və bu şübhəsiz ki, təəssüf doğururdu, ancaq nə etmək olar, durub dalaşmayacaq ki. Necə olmasa da bu, plastik əməliyyatın kamil nümunəsiydi, elə bil Mərkəzin cərrahlarının əlində çıxmışdı. Rozanın paltarına gəlincə, əynində həmin axşam, uzun illər bundan qabaq metro istiqamətində gördüyü paltarların heç birini geyinməmişdi. Klassik jaket və kaşmirdən cemper. Cemperin yaxalığından etiket belə qoparılmamışdı.

Tək idi. Çox güman ki, kimisə gözləyir. İlk baxışdan tanıdığı üçün istədi yaxınlaşsın, ancaq nə olsun, yaxınlaşsa da tanımaz, bu təbiidir, nəzərə alın ki, aradan otuz il keçib və onu Mərkəzdə əməliyyat ediblər. Əlbəttə, istəsə də onu tanıya bilməz, ancaq düzünü deməli olsaq, sadəcə yaxınlaşmaq və kəlmə kəsmək lazım idi. Ancaq nə olsun, özünü ələ alıb nəsə deyə bilər, buna görə də bir az gözlədi, ürək döyüntüsünü boğmağa çalışdı. Ona nə deyəcəyini fikirləşdi.

Və bu an Maksın gözünə maqazinin düz o başında Belyarın fiquru sataşdı, o, ətriyyat şöbəsindən keçərək düz Rozanın üstünə gəlirdi, gəlib çatdı, elə danışırdı ki, elə bil çoxdan bir-birlərini tanıyırdılar. Belyar əlini uzadıb cemperinin yaxalığındakı etiketi düzəltdi, sonra «Şanel» və «Şiseydo» firma dükanlarının qənşərində dayanıb qızğın mübahisəyə girişdilər. Belə başa düşmək olardı ki, kişi nəyinsə üstündə təkid edir, əlindən gələni edir, dünyanın ən gözəl komplementlərini düşünüb-tapır, bununla kifayətlənməyib onları əl hərəkətləriylə tamamlayırdı. Roza isə duymaq olurdu ki, yavaş-yavaş əriyir, razılaşır, gülümsəyir, elə hey gülümsəyirdi.

Maks sövq-təbii, bir kabus kimi, - unutmayaq ki, o elə kabus kimi bir şeydi, - irəli yeridi, birdən Maksı gördü, əli ilə işarə etdi ki, yaxınlaşsın.

- Gəl, Pol, sizi tanış edim. Pol, mənim dostumdur. – dedi. Roza, mənim rəfiqəmdir, haçansa itirmişdim, indi tapmışam.
Maks Rozaya təzim etdi. Tanımadı, heç tanımadı.

- Biz gedirik, - Belyar dedi, - bir az işim var, onu görüm, gedirik.

- Bir az gözləyin, - Maks dedi. – Üzr istəyirəm, bu ki sizsiniz, onunla siz yox, mən görüşməliydim.

- Bilirəm, - Belyar soyuq təbəssümlə dedi, - çox gözəl bilirəm, ancaq geriyə sizinlə yox, məhz onunla qayıdacağam. İndi bildiniz, şəhər zonası nə deməkdir. Onun bütün mənası elə bundadır. Bu elə siz öləri varlıqların Cəhənnəm adlandırdıqları bir məkandır. – Sonra üzünü Rozaya tutub davam etdi: - beləliklə, biz ikimiz də razılığa gəldik, sizi geriyə, parka aparıram, oldumu?

Sizinlə isə, əziz dostum Pol, gəlin vidalaşaq.

Maks xüsusi məntəqənin qarşısında dayanmışdı, yerindən tərpənə bilmirdi, bütün bədəni qurumuşdu, Belyarla Rozanın şüşə qapıya necə yaxınlaşmalarını küt baxışlarıyla seyr etdi, qapını itləyib gözdən itdilər. Qeyri-iradi onların dalınca götürüldü və dükandan çıxıb onların necə qərb istiqamətinə, Osman bulvarına tərəf gedib, gözdən itdiklərini seyr etdi. Burada dayandı, gözləyriylə onları müşayiət etdi, daha irəli bir addım da atmadı. Cürət eləmədi. Belyar Şosse d'Anten bulvarının kəsişdiyi yerdə geriyə döndü, ona əl elədi, Maks ölsəydi bundan yaxşıydı, güclə hiss etdi ki, onlar bir az da uzaqlaşdılar, sonra sağa döndülər və Roma küçəsinin döngəsində gözdən itdilər.







Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə