Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə7/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

- Bir əmma var axı, - Maks dedi, - xərcləməyə quruşum da yoxdu.

- İlk ay üçün kirayə haqqı ödənilib, sonrakıları maaşınızdan ödəyərsiniz.

- Hansı maaşdan? – Maks anlamadı.

- Maaş da, başa düşmürsünüz? – Şmidt dedi, - Sizi barda işləməyə göndəriblər. Gedək göstərim sizə.

Onlar mehmanxananın zirzəmisinə endilər. Günün bu vədəsində barda heç kəs olmazdı. Şmidt Maksa gələcək iş yerini, müxtəlif rəngdə şüşə kolleksiyasını, butulkaları, ən müxtəlif ölçülərdə stəkanları, qəlyanaltı boşqabını və s şeyləri göstərdi. Şkafdan geyilməkdən süzülmüş qırmızı pencək asılmışdı, yaxasına üzərində basma hərflərlə «Pol S.» sözləri yazılmış dördkünc metal nişan taxılmışdı.

- Budur, - Şmidt dedi, - sizin iş paltarınız. İşiniz saat on səkkiz otuzda başlayır, bir otuzda başa çatır. Bazar günləri istirahətdir. Özünüzə gəlmək və işlərinizi qaydasına salmaq üçün iki gününüz var. Bu daha çox vaxt, zaman fərqinə uyğunlaşmaq üçündür. Dınışdıq, işə bazar ertəsi başlayacaqsınız. Müdiriyyətin xəbəri var; problem meydana çıxsa özünüz əlaqə yaradıb razılaşın. Biz yəqin ki, bir daha görüşməyəcəyik, ona görə də sağ olun, sizə uğurlar diləyirəm.

Maks otağına qalxdı, ilk növbədə sumkasından şeylərini çıxardı, İkotosda aldığı yüngül köynəklər və alt paltarları idi. Bu paltarları Parisdə geynisəydin gülərdilər. Bu paltarlardan hələ də tropik iqlimin havası və qoxusu gəlirdi. Maks içindəki qüssəni sinəsinə çəkib dərindən nəfəs aldı, şeylərini bir yerə yığıb şkafın içinə qoydu. Sonra Şmidtin ona verdiyi çamadanı açdı. İçində tünd boz kostyum, qara şalvar, iki ağ köynək, üç alt paltarı və dünənki qəzəetlərə bükülü çəkmələr. Bütün bu geyim-keçim sintetikadan hazırlanmışdı, keyfiyyətləri bir elə yuxarı deyildi, elə görkəmdə idilər ki, elə bil kimsə onları

geyinmişdi, sonra kimyəvi təmizlənməyə vermişdilər. Nə etmək olar, şəhər zonasına xoş gəldin.

24_______________________
Ona verilən iki istirahət günündə Maks Parisi gəzib ayaqdan saldı, ağacın budaqlarından sallanırmış kimi qolu-qıçı yorulana kimi atdanıb-düşdü. Əvvəlcə əvvəllər yaşadığı Şato-Ruj məhəlləsində bir neçə sınaq keçirdi, məqsədi buyduydu ki, üzündə görülən işin keyfiyətini yoxlasın. Özünü təqdim etmədən ətrafdakı kiçik dükanlara girib-çıxdı, əvvəllər bazarlığa bu dükanlara gələrdi. Daimi müştəri kimi dükanların sahiblərinə adlarıyla müraciət etdi. Gözünün ucuyla onları müşahidə etdi, bir-iki kiçik bazarlıq etdi, əl kağızı aldı, gördü ona fikir verən yoxdu. Gözəlrini gözlərinə zillədi, baxan olmadı. Tanımadılar.

İlk gün əvvəllər tez-tez olduğu aptekdən çıxanda itlə gəzən qadını gördü: sol tərəfdə iti, sağında əri addımlayırdı. İlk dəfəydi ki, Maks onların üçünü də bir yerdə görürdü, çox bəxtəvər görünürdülər. Onunla rastlaşanda heç biri başını qaldırmadı, laqeydliklə ötüb keçdilər, elə bil heç nə olmamışdı. İt isə yerində donub qaldı, onun ipini dartsalar da, tərpənmək bilmirdi, burnunun pərələrini o yan bu yana dartışdırıdı, nəyisə beynində qurdalayıb tapmaq istəyirdi, - oy, bu iy mənə tanışdır, elə bil burnumla haçansa onu tutmuşam, ancaq harada, aman allah, harada? Bir az vaxt udub bu məsələ barədə ətraflı düşünə bilmək üçün pəncəsini qaldırdı, Maks səkidə dayanmış «fiata-panda» maşının şüşəsindən bir daha sifətinə baxmaq şansı tapdı. İt nəhayət ki, problemin cavabını tapdı, qərara gəldi ki, burada heç bir problem-filan yoxdu, başını qəfil çevirib yol kənarında axmaz süda çimişən göyərçinlərə baxdı, - bu qədər çirklə, bir belə ağır kirlə hara uçmaq olar.

Öz məhəllərinə gələndə Maksın ürəyindən keçdi ki, qadağanı tapdalasın və gedib bacısına baş çəksin. İstədiyi bircə buydu ki, bacısına göz dolusu baxsın, heç kəlmə belə kəsməsin. Əmin olsun ki, hər şey qaydasındadır. Çox ehtiyatla hərəkət etmək qərarına gəldi, çalışacaq Alisin gözünə sataşmasın, belə ki, Mərkəzdəki cərrahların ciddi-cəhdlərinə baxmayaraq, itlə hadisəni yadına saldı, doğma bacısı onu tanıya bilər, insan qanının içindəki doğma səs qışqıra bilər. Buna görə də könə evi ilə yanaşı yerdə müşahidə mövqeyi tutmağa üstünlük verdi. Skamyada oturub qəzeti açacaq və boylanacaqdı. Doğrudan, bir-iki saat gözləyəndən sonra Alisin alaqıpıdan necə çıxmasının şahidi oldu, alaqapının düz çıxışında ayaq saxladı, qolunu qaldırıb saata baxdı. Onun dalınca isə – bax, buna deyərəm sürpriz! – Parizi çıxdı və qoluna girdi. Parizinin geyimindəki səhlənkarlığa baxmayaraq xeyli məmnun görünürdü, nəhayət impessiario Maksın bacısının ürəyini ovlaya bilmişdi. İndi yəqin ki, bir yerdə yaşayırlar, kim bilir, bəlkə Maksın studiyasını da ələ keçirib. Buradan, məsafədən də aydın idi ki, Alis Parizi ilə çox soyuq, könülsüz danışır, qarşı tərəf isə ona həyəcanla reaksiya verir, kəsəsi, belə təəssürat yaranırdı ki, onlar mübahisə edirlər. Gözdən itənə qədər izlədi, sonra geri dönüb buradan uzaqlaşdı. Yol boyu gedir, qarşısına çıxanların düz gözlərinin içinə baxırdı, əlinə girəvə düşmüşdü, indi artıq onu tanımayan adamların nə olduğunu bilmək isətyirdi. Bəlkə onların arasında onun kimi, əvvəlcə Mərkəzdə olub sonra geri qayıdanlar yox idi, yox, bəlkə düz demir, o insanların sayı çoxdu, hətta əksəriyyət təşkil edir.

İki istirahət günü ötüb keçəndən sonra axşamlar barmen işlədi. Barın halına bax, gündüzlər yox, gecələr də boş olurdu. Ancaq o dərəcədə yox ki, Maks əllərini yanına salıb işdən soyusun, işinə ciddi yanaşmasın. İstənilən zaman, əgər gec deyildisə barda həmişə bir-iki müştəri oturardı, bəzən bir yerdə, bəzən ayrılıqda, çox zaman qadınların kompaniyasında. Maks görürdü ki, bu kişilər nədənsə elə bir qadını ovlayırdılar, kişilər dəyişmirdi. Beləliklə barın bir elə müştərisi yox idi, qüssə dağıtmağa adam nə gəzirdi, bu gələnlər də bir-iki sifariş verib qadınlarla ayrıca otağa keçir, kefy çəkir, əl-qolları boşaldıqdan sonra boş-boş şeylərdən danışırdılar. Maksa bəzən çox qeyri-adi kokteyl hazırlamağı sifariş verirdilər. Alkaqol də köməyinə gəlmirdi.

Hər gecə işi başa çatdıran kimi yığdığı pulları sayıb təhvil verir, barı təmizləyir və evinə qayıdırdı. Qırmızı pencəyini çıxarıb bir tərəfə tullayır, özünü çarpayıya yıxırdı. Xüsusi jurnalları vərəqləyir, kokteyl reseptlərini oxuyub əzbərləyirdi. Sonra yatmaq növbəsi gəlirdi, bu enli çarpayıda uzanıb yatmaq zülüm idi. Bu çarpayı əslində iki nəfər üçün nəzərdə tutulmuşdu, mələfəsi də həmin ölçüyə görə olurdu. Təsəvvür edin, tənha kişi belə böyük çarpayıya uzanıb necə yata bilər.

Bir sözlə, baxın, görün həyatda hər şey öz-özünə necə düzəlir. Tənhalığın əlində bir neçə həftə əsir qalandan sonra Maks qəfildən dik atıldı, nəsə tapdığını duyub dayandı. Otelə girməzdən qabaq qapıdan o tərəfdə uca boylu, sarışın qadın dayanardı. Gözəl olmasa da suyu şirin idi. Hündür kabluklarda gəzərdi. Bu qadını əvvəl görsə də fikir verməmişdi, fikri üstündə deyildi, başı özünə qarışmışdı. Aramsız yağan yağışlardan da xəbəri olmamışdı.

Beləliklə, günlərin bir günü yağışlar kəsəndə, səmanın üzü aydınlaşdı və elə buna bənd imiş kimi Maks onu otelin yaxınlığında sezdi. Günəş şüaları üstündə bərq vururdu. Yanında üç-dörd yaşlı oğlan uşağı vardı, bu uşaq ara vermədən şikayətlənirdi ki, dalınca qarabasma kimsə gəlir və heç zaman bu kölgədən qaçıb qurtara bilmir.

- Qaqaş, bu ki kölgədir, şirinim, şəkərim.,- deyə uşağı sakitləşdirirdi, sənin öz kölgəndir.

Maksı oyadan da bu bir cümlə oldu. Maks da özünü kölgə hesab eləyirdi. Bu andan qadına göz qoymağa başladı, ehtiyatla, səbrlə. Vaxtı çox idi, hara tələsirdi ki.

Vaxtı doğrudan da çox idi, ancaq məsələ özbaşına sürətləndi, qarşısını almaq mümkün olmadı. Onu bir fincan kofeyə dəvət elədi, - tərəddüdsüz qəbul elədi. Getdi, qaça-qaça getdi, bir dəstə gül alıb gətirdi. Məmnuniyyətlə qəbul etdi, gələn həftə onu birlikdə şam yeməyinə dəvət etdi, bunu da qəbul etdi, üstəlik oğlu nənəsi gildə yatacaqdı. Açıq komplimentlər dedi, gülümsədi, təbəssümü işıldayıb işıq kimi yandı. Maks düz hədəfin üstünə gedirdi, baxıb özü də təəccüblənirdi, bu mənəm, mən deyiləm.

- Xəbəriniz var, necə gözəlsiniz? – bunu deyir və əliylə fəzada dairəvi bir şey çəkirdi, siz gözəlliyin özüsünüz.

Mehribanlıqla gülümsəyirdi. Adı Felisyen idi, bir oğlu vardı, ana-bala yaşayırdılar.

- Necə gözəl adınız var, - Maks şövqlə dedi, - sizə necə də yaraşır.

Gecəni mehmanxanada keçirdilər, «Monmoransi» otelinin düz böyründə yerləşirdi.


25___________________
Ertəsi gün Maks evə Felisyenlə qayıtdı, bu gundən başlayaraq onlara köçdü, evində gecələməyi yadırğadı. Felisyenin kirələdiyi üç otaqlı mənzil Berninin Murilo kçəsindəki evindən bir az böyük idi – qonaq otağı, yemək otağı və iki yataq otağı. Bir az böyük olan otaqda uşaq yatırdı, uşağın adı Uilyam olsa da hamı onu «balaca» deyə çağırırdı.

İlk vaxtlar Maks yalnız gecələr Felisyengildə qalardı. Kassada pulu sayır, təhvil verir, sonra Felisyengilə tələsirdi, səhər tezdən, gözlərini açan kimi durub geyinir və evə qaçırdı. Qonşu kafedə qəlyanaltıdan sonra otağında duş qəbul edir, sonra Parisi ayaqdan salır, bəzən kinoya gedir – hər şeydən yaxşı elə kinodur, başqa nə edəsiydi ki. Ancaq Felisyen onu inandırdı ki, səhər yeməyini bir yerdə yesinlər, yavaş-yavaş bu vərdiş onların bir yerdə yaşamasına gətirib çıxardı. Səhər birlikdə uşağı bağçaya yola salır, «Monmoransi» otelinə çathaçatda ayrılırdılar.

Bu hələ başlanğıc idi: olur ki, bu kimi işlərdə əvvəlcə hər şey çox sürətlə cərəyan edir, sonra tempi ləngiyir, dayanır, sonra ölə-ölə hərəkətə gəlir, ölən adamın nəfəsi kimi. Gözlərini açıb gördü ki, Felisyengilin ehtiyat açarı cibindədir, şkafda onun üçün məxsusi rəf ayrıldı, çirkli paltarları elə bil ayaq açıb paltaryuyan maşının yanına getdi. Felisyenin sözü olmasın, səhərlər onsuz da vaxtı çox olurdu, ütü onun ixtiyarına verildi. Sonra gördü ki, evin bir küncündə gündəlik alış-veriş siyahısı qoyulub, bunların əksəriyəti yuyucu və təmizləyici vasitələr idi.

Görünür hadisələrin bu şəkildə inkişafı əlverən deyildi, yaxşı heç nədən xəbər vermirdi, ancaq mahiyyətcə seksual planda Felisyen heç də pis deyildi, bu şəkildə birgəyaşayış Maksa hələ ki, əl verirdi. Bir azdan Maksın işi başından aşmağa başladı, elə olurdu ki, yalnız bazar günü görüşə bilirdilər. Əyalətlərdən gələn biznesmenlər arı kimi bara doluşur, fahişələrlə əylənir, min cür sifariş verirdilər. Maks nə qədər əlləşsə də onların istədikləri kokteyli lazımi şəkildə hazırlaya bilmirdi.

Maks tezliklə hər şeyə öyrəşdi və yoruldu. Felisyendən də yoruldu. Onu görəndə üzünü çevirdi. Felisyenlə macərasının sonu çatdı. Bunun adına məhəbbət deyirlər. Mənə belə gəlir ki, bu tipli münasibətlərdə «məhəbbət» sözünü işlətmək də yerinə düşmür, - çünki bu nə isə uçan, baxarlanan yox, həm də həll edilən bir şeydir.Zaman keçir daş kimi quru şeylər də yumşalır və həll edilir, alkaqol, pul, gündəlik zəhlətökən həyat və bu kimi başqa şeylər məhəbbət deyilən şeyi muma döndərir, yəni içinə alıb həll edir, sonda özü də itir. Bundan əlavə, seksual planda da hər şey mürəkkəbləşdi. Belə ki, xəyalların içinə qapılan Maks Sən-Deni darvazasının yanında satılan diskləri oxudur, düşünürdü. The best of Doris Day. Bunun Felisyen də duymuşdu, lap Maksın acığına gəlmək üçün demişdi ki, bu nədir, sən nəyə qulaq asırsan, gərək səfeh olasan ki...

- Yaxşı, - Maks özünə bəraət qazandırmaq istəmişdi- elə-belə. Xoşum gəlir.

Heç nə yoluna düşmədi, uşaq isə getdikcə dözülməz olurdu. Bir azdan maqnitofonu da özəlləşdirdi, Maksın disklərə qulaq asmaq fürsəti olmadı. Həmin gün dükandan Din Martinin çəkildiyi iki filmi almışdı, bu onun ən məşhur rolları idi, - Some Came Running və Rio Bravo.

Bir neçə həftə də bu minvalla ötüb keçdi, qüssədən bağrı çatlayırdı, həmin gecə barda byenində min cür variantlar qururdu ki, Felisyendən ayrılsın, birdəfəlik ayrılsın, «aleksandr» kokteyli hazırlayırdı: konyak, qaymaq və şokolad kremi, - gördüyünüz kimi resept bir o qədər də çətin deyildi, bu sadalananların hərəsindən bərabər miqdarda qarışdırırdın. Soyuducuda qalıb quruyan qaymağı gətirərkən gördü ki, bara balaca boylu bir kişi daxil oldu, yanında da dolu, sarışın, demək olar ki, çılpaq bir qız vardı.

Bu sarışın qızı Maks bir neçə dəfə görmüşdü, xoşuna gəlmişdi. Bu yeni daimi sakinlərdən biriydi, özünü həmişə nəzakətlə aparardı, susuzluğu yaxşıca yatıran «viski-fiz» içməyi xoşlayardı. Başı işinə çox qarışdığından Maks yeni gələnə baxa bilmədi. Kişi yanındakı qızla gedib düz barın o tərəfində oturdu, bir neçə dəqiqədən sonra qəfil ayağa qalxdı, düz Maksın üstünə gəlirdi, görünür nəsə sifariş eləməkçün. Ancaq Maks bu dəm sifariş qəbul etmək halında deyildi, dodaqlarını gəmirirdi, bu gödək boylu kişini söyməyə hazır idi.

- Cənab Maks? – kəkələyə-kələyə soruşdu.


26______________________
Maks dik atıldı, fikirdən ayıldı, əlindəki qab cingiltiylə yerə düşdü, gözlərini bərəldib baxdı. Berniydi.

- Cənab Maks! – gödək boylu bir də təkrar etdi. – Sən hara, bura hara?

- İzah eləmək uzun çəkər, - Maks cavab verdi, məni necə tanıdın?

Berni elə bil sualı başa düşmədi.

- Bu sizsiniz, - dedi. – Sizi necə tanımaya bilərəm (Əsl dost belə olar, - Maks sevinc içində idi), - həmişə sizi düşünürdüm, necə yaşayırsınız.

- Bəs sən, - Maks soruşdu ,- sən necəsən?

- Mənim Parizi ilə problemim yarandı, - Berni cavab verdi. – Bəs sizə deməyib? Bilirsiniz, o özünü yaxşı aparmadı, mən əsəbiləşdim və dərhal sizin Qavo zalındakı konsertinizdən sonra onu tərk etdim. Bir daha görüşməmişik.

- Elədir, - Maks candərdi dilləndi. Bu da Berni, heç zaman qəzet oxumayan Berni, yəqin başına gələnlərdən xəbərsizdir, onun ölümündən və sonra baş verən hadisələrdən də xəbərsizdir.

- Aqcaq tezliklə bundan da yaxşısını tapdım, - Berni sözünə davam etdi. – İndi şou-biznesdəyəm. Daha klassika ilə işləmirəm. İndi tamaşalar təşkil edirəm. Tamaşa deyəndə ki, turnelər, işlərim də pis getmir. Sizinlə burda rastlaşacağım ağlıma gəlməzdi.

- Bəli, - Maks təsdiqlədi, - əvvəllər məşğul olduğum sənəti bir qırağa qoydum, mən də səhifəni çevirmək qərarına gəldim.

- Doğrudan? – Berni şübhəylə soruşdu. – Bura xoşunuza gəlir?

- Yox, deməzdim, ancaq, bilirsən, bu da uzun sürməyəck. Başqa işin qulpundan yapışmaq lazımdır.

- Necə olmasa da, sizin kimi adamın burda olmağı... – Berni qüssəylə ah çəkdi. – Əvvəllər burda olmamışam, rəfiqəmlə girib nəsə içmək istədim.

- Elədir, elədir, gülümsəyib üzünü qız tərəfə çevirdi.

- Bilirsən, işinizi dəyişmək istəyirsənsə, sizə köməyim dəyə bilər, - Berni dilləndi.

- Doğrudan? – Maks soruşdu.

- Elədir ki var, - Berni dedi, sizinçün bir şey tapa bilərəm. Yenə də royalda çalırsınız?

- Necə deyim, - Maks cavab verdi, - bəzi çətinliklər yaranıb, yaxşı bu barədə sonra, indi de görək nə içəcəksən?

- Burda əsasən kokteyl olur, elə deyil? – Berni soruşdu.

- Əlbəttə, Maks təsdiqlədi.

- Onda «göyqurşağı» gəlsin, Berni dilləndi. – Dayan, qızdan da soruşum, görək nə içmək isçtəiyr.

- Narahat olma, - Maks onu inandırmağa çalışdı. Mən bilirəm.

Ertəsi gün Berni bara tək gələndə gördü ki, Maksın başı stəkanları silməyə qarışıb, iki-üç qız vardı, müştəriləriyələ barın baş tərəfində oturmuşdular. Nəhayət bir adam tapıldı, onu tanıdı, ancaq ürəiynin dərinliyində narahat olurdu, Belyarın qoyduğu yasaq pozulmuşdu. Ancaq bir şey də vardı ki, onun günahı yoxdu, Berni özü onun üstünə tullanmışdı, qışqırıb desin ki, mən deyiləm. Budur yenə gəlib ki, söhbəti davam etdirsin. Həm də Berni ona iş tapmağa söz vermişdi. Söhbət Berninin Jilber adlı tanışından gedirdi. Yaxın günlərdə iş yeri açmışdı. – Çox gözəl yerdir, - deyə izah etdi və əliylə qızlar oturan tərəfə işarə edərək, dəqiqləşdirdi: - Buranın tayı deyil. Gecə barı çox hörmətli, çox sakit yerdir, təkcə pianoçu çatışmır. Buna nə deyərsən?

- Nə deyim, - prinsipcə...

Görəsən bu barədə Mərkəzdə nəsə öyrənə bilərlərmi. Üstəlik iş başqa yerdə yox, barda işləməkdən gedir.. Bəlkə bu yolla Felisyedən ayrıldı. Əsası budur. Hər şeyi özü korladı, əvvəlki cangüdəninə hər şeyi açıb danışdı.

- Bilirsən, Berni, bu qadını görməyə gözüm yoxdu, dözə bilmirəm, bilmirəm canımı necə qurtarım.

- Qoxmayın, cənab Maks bu işi də aşırarıq, görərsən...
27 __________________
Növbəti bazar günü, uşaqla bir az gəzəndən sonra Maks Felisyeyə dedi ki, axşam onu restorana şam yeməyinə dəvət edir: onu köhnə dostu ilə tanış etmək üçün.

Odeon meydanında yerləşən böyük bir balıq restoranında görüşdülər. Berni artıq onları girişdə gözləyirdi. Bahalı qara kostyum geyinmişdi. Maks isə kasıbyana geyinmişdi, Şmidtin verdiyi paltarlar əynindən sallanırdı. Felisyenin hədiyyə etdiyi zolaqlı qalstuk da vəziyyəti düzəldə bilmirdi. Ancaq daxil olan kimi xidmətçilər onlara elə qulluq göstərdilər ki, hər şeyi unutdular, Mərkəzdəki restoran bunun yanında nəydi ki. Müəssisənin eleqantlığı və Berninin nəzakətliliyi Felisyeni valeh etmişdi. Ancaq bu hissini aşkarlamaq istəmirdi. Stol arxasına oturmazdan qabaq Maks Berninin qolundan tutub kənara çəkdi:

- Qulaq as, sənə əsas məsələni deyməyi unutmuşam.

- De görək, cənab Maks, Berni diqqətlə ona baxdı.

- Məni bu gün Maks çağırma,Pol çağır, sadəcə Pol, sonra hər şeyi izah edərəm, yaxşı?

- Oldu, - Berni dedi, - mənim itimin də adı Poldur, çətinliyi-filanı olmaz.

Maks, artıq başa düşdüyünüz kimi, dünyada ən qaraqabaq bir adam olmağına baxmayaraq stol arxasına oturan kimi dəyişdi. Təbəssüm üzündən əskik olmadı, gah geniş ürəkli, gah danışqan, dil boğaza qoymayan, gah ürəyiyanan, ürəyiyuxa... bir adam kimi danışdı, heç kəsə kəlmə kəsməyə imkan vermədi, axıra qədər danışdı, ən müxtəlif əhvalat və zarafatları bir-birinin dalınca danışır, komplementlər deyir, heç kəsin ağlına gəlməyən sitatları əzbərdən deyir, birdən tarixi hadisələri yada salıb uzun-uzadı izahla şərhlərə başlayır, arada cansıxıcı olmasın deyə yenidən lətifələr quüraşdırır, danışır, hey danışırdı. Hər dəfə, bir lətifə danışandan sonra Berni gülməkdən uğunurdu, Felisyen Maksa gülməkdən nəmlənmiş gözləriylə baxırdı.

Maks özünün heyranedici rolunu əvvəldən axıra kimi oynadı. Felisyen və Berni gözlərini onun dodaqlarından ayırmırdılar, birdən nəyisə qaçırdarlar, eşitməzlər, gülmək məqamını əldən buraxarlar. Felisyen vaxtaşarı olaraq gözlərini süzdürüb məlahətlə Berniyə baxır, guya Maksın sevimli dostu ilə şadlığını bölüşür, Berni isə hərdən yalandan çaşıb əlini Felisyenin çiyninə qoyurdu. Sona sərbəstcə baxışdılar, qoxub-eləmədən.

Maks birdən dayandı, əlində çəngəl havada dondu, üzündəki təbəssüm dondu, elə bil ki, nəyisə stop-kadrda saxladılar. Xoşagəlməz sükut yarandı.

- Baxın, siz, məni nə hesab edirsiniz, elə bilirsiniz nə etdiyinizdən xəbərim yoxdu? Düşünürsünüz ki, bu kimi şeylərə dözəcəyəm. Bəsdirin.

Ayağa qalxdı, cibindən bir neçə banknot çıxardı, onları stolun üstünə atdı və bir kəlmə də demədən ləyaqəti təhqir olunmuş adam kimi uzaqlaşdı.

Ertəsi gün Berni ilə Şatle ətrafında kafedə görüşdü.

- Necə oynadım? – Maks soruşdu. – Yaxşı oldu?

- Söz ola bilməzdi. – Berni cavab verdi, - sizi belə görməmişdim.

- Sənin sayəndə oldu hər şey, - Maks etiraf etdi, - hər şeyi sən düşündün. O nə dedi bəs?

- Bilmədi nə desin, yerində quruyub qaldı. – Necə olmasa da onu sakitləşdirmək lazımdı, elə deyil? Mən də belə etdim. Evəinə apardım, sonra... özünüz bilirsiniz.

- Çox yaxşı, - Maks bəyəndi,- yaxşı eləmisən.

- Ehtiyatlı ol, Maks narahatlığını bildirdi, - xarakteri mürəkkəbdir.

- Yaxşı, yaxşı, əlini yellədi, mən öyrəşmişəm belə şeylərə.

- Otelə qayıtmaq istəmirəm , - Maks dedi.

- Problem deyil, bizə gələrsən, - Berni cavab verdi.

- Sizə? Sizdə çox qalabalıqdır, mən axı bilirəm.

- Başqa yerə köçmüşəm, - Berni dedi, - indi Tampl bulvarında yaşayıram, çox dəbdəbəli olmasa da babatdır, Monso parkının arxa tərəfindədir. Nə problem var ki? Kostyumumu gördünüz?

- Yeri gəlmişkən, - Maks xatırladı , - dünənki şama görə sənə borcluyam.

- Siz allah qurtarın, cənab Maks, sonra yoluna qoyarıq. İndi gəl Jilberin yanına gedək.

Jilberin təzəcə açıdığı müəssisədə günün bu vaxtı sakitlik idi. Səliqə-səhman yerindəydi.

- Demək, siz pianoçusunuz?, - dedi.

- Daha doğrusu idim. – Maks dəqiqləşdirdi.

- Cənab Maks böyük sənətkardır, Berni əlavə etdi.

- Bilirsiniz, - Jilber danışmağa başladı, - mənə etibar edə biləcəyim bir adam lazımdır, özününz görürsünüz musiqiçilərlə son vaxtlar nə baş verirmir ki, ipiqırıqdırlar, qoyub qaçırlar. Etiraz etmirsinizə, bəlkə çalasınız, qulaq asaq.

- Jilber, bu nə deməkdir, - Berni həyəcanla soruşdu, - yaddan çıxarırsan ki, qarşındakı beynəlxalq səviyyəli musiqiçidir.

- Problem yoxdu, - Maks onu sakitləşdirdi. – Nəyə qulaq asmaq istərdiniz? Klassika və ya bir az populyar nömrəyə.

Jilber seçimi onun ixtiyarına buraxdığından Maks bir-birinin dalınca «Laura», «Liza» və digər əsərləri çaldı.

- Əla, - Jilber rəyini bildirdi, - məni təmin edir.

Birdən qapı taybatay açıldı və hiddətli şəkildə Belyar içəri soxuldu.
28______________________
Salamlaşmadan və nə Berniyə, nə də Jilberə baxmadan qətiyyətlə Maksa tərəf cumdu.

- Özünü nə hesab eləyirsən? – əlini oynadaraq qışqırdı. - Hesab eləyirsən ki, bu işdəklərindən xəbərimiz yoxdu, yanılırsan. İkiqat pozuntuya yol vermisiniz. Köhnə tanışlarınıza sizi tanımaq şansı verdiyiniz bəs deyilmiş kimi...

- Bu məsələdə mənim zərrə qədər də günahım yoxdu, - Maks onun sözünü kəsdi, əli ilə Bernini göstərdi, - axı o özü məni tanıdı, bunun sizin cərrahlardan soruşmaq lazımdı ki, işlərini niyə bu kökdə yerinə yetiriblər.

- Özünüzü təmizə çıxarmağa cəhd eləməyin! – Belyar qışqırdı. – Bu azmış kimi əvvəlki peşənizə qayıtmısınız.

- Səhv edirsiniz, - Maks özünü müdafiə etməyə çalışdı- mən sadəcə bu cənablara nəyə qadir olduğumu göstərdim.

- Yaxşı, - Belyar dedi, şübhəli dərəcədə tez sakitləşdi, - bu dəfə günahından keçirəm.

İndiki Belyar onun Mərkəzdə gördüyü adama qəti oxşamırdı. Elə ilk görüşləri zamanı təkəbürlü olmasına görə Maks onu xoşlamamışdı.

- Gəl burdan çıxaq, - Belyar dedi, küçədə hər şeyi sakitcə danışa bilərik.

Küçəyə çıxdılar. Maşınlarda radiolar oxuyurdu. Açıq pəncərələrdən musiqi horrası tökülürdü. Hərdən bas səslər bir-birini elə müşayiət edirdi ki, elə bil qolunun üstundə qarışqa sürüsü yeriyir.

- Bura gəlməyimdən məqsəd qayda-qanun yaratmaqdır, Belyar qətiyətlə dedi. – indi isə zəhmət olmasa bara, iş yerinizə qayıdın.

- Ölsəm də getmərəm, - Maks cavab verdi. – Ora qayıtmaqdan imtina edirəm., - qətiyyətlə dedi. – Düşünürəm ki, bu cəzaya layiq deyiləm.

- Delmar, siz artıq mənim əsəblərimlə oynayırsınız. – Belyar qışqırmağa başladı. – Siz məsələnin necə ciddi olduğunu anlamırsınız, siz mənim həyatımı zəhərləyirsiniz.

- Bura necə gəldiniz? – Maks soruşdu. – Elə bilirdim Mərkəzdən bircə an da olsa ayrılmırsınız.

- Məni bura məzuniyyətə göndəriblər, - Belyar cavab verdi, - indi hiss edirəm ki, yorulmuşam. Artıq dediyim kimi, əsas işim sizinlə məşğul olmaqdır, bu məqsədlə də bir neçə gün burada qalacağam. Bundan da ciddi başqa bir problem var, onu da yoluna qoymalıyam. Adamlardan biri parkdan qaçıb, - park yadınızdadır?- mən onu tapıb geri aparmalıyam. İşim başımdan aşır.

- Əvvəlcə istirahətt etməlisiniz, - Maks dedi, hansı mehmanxanaya düşmüsünüz?

- Hələ bilmirəm, - Belyar yorğun səslə cavab verdi, - elə indicə gəlmişəm, vaxtım olmadı bu işlə də məşğul olum. Bəlkə bir şey məsləhət görəsiniz?

Maks ona «Holidey-İnn» otelində qalmağı təklif etdi.

- Pis deyil, şəhərin mərkəzidir. Yeri gəlmişkən dostum məni evlərinə dəvət edib, Tampl meydanın iki adddımlığındadır, sizinlə qonşu olacağıq. İstədiyimiz vaxt görüşə bilərik.

- Çox yorulmuşam, Respublika meydanı burdan uzaqdır?

- Uzaqdır, gəlin taksiyə oturaq.

- Razıyam, - Belyar dedi, sonra nəsə yadına salıbmış kimi, amma mənimlə zarafat etməyi ağlına belə gətirmə, - dedi.

- Ola bilməz. Necə lazımdı istirahət edin, səhər sübhdən zəngləşərik.

-Oldu, Belyar cavab verdi. Razılaşdıq.

Maks taksi saxladı, Belyar isə heç nə demədən oturdu. Belyar doğrudan da çox yorulmuşdu, dili söz tutmurdu.

- Fikir verməyin, - Jilberin barına qayıtdıqdan sonra Maks deyirdi, dostumdur, indi bir az problemləri çıxıb. Daha nəyə qulaq asmaq istərdiniz?

- Məncə, ehtiyac yoxdu, - Jilber cavab verdi, - ifanızı çox xoşladım.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə