Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə6/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

İndicə verdiyi xülasəyə müəyən dərəcədə qane olaraq Maks yenə də xəyala daldı, axşamkı «filmin» davamına baxmağa başladı. Seksual planda doris füsunkar idi, ona söz ola bilməzdi, insan nələr düşünüb tapmağa qadir imiş. Fikirləş bir, bu planda özünü öldürsən belə ondan artıq poza düşünüb tapa bilmərsən, sonra hər şey bu və ya digər dərəcədə təkrarlanır. Məsələn, gecənin böyük bir hissəsini Doris minetlə məşğul odu; bu zaman Maksın qulaqlarına onun nə vaxtsa ifa etdiyi mahnılar gəlirdi, ağlına gəlməzdi ki, ona belə ləzzət verəcək. Bu qadını belə təsəvvürünə gətirməzdi.

Maks hələ də çarpayısında uzanmışdı, düşünüb-daşınırdı, təxminən günorta üstü Belyar içəri girdi, üzündə ciddi ifadə vardı.

- Hər şey qaydasındadır? – soruşdu. – Yaxşı yatdınızmı?

- Bəli, pis olmadı, - Maks cavab verdi, görəsən keçən gecə baş verənlərdən xəbəri yoxdu ki? – deyə öz-özünə düşündü.

- Nəhayət, - Belyar səsinin tonunu qəfil ciddiləşdirərək dedi, - nəticə əlimdədir, indi deyəcəyəm. Hökm bu gün səhər çıxarılıb.

- Deyin, gəlsin, - Maks dedi.

- Çox təəssüf edirəm, sizi şəhər zonasına göndərdilər.

- Nə etmək olar, olsun, - Maks dilləndi, görəsən keçən gecə Dorislə gördüyü iş ayrıca yaşama prinsipinin pozulmasında həlledici rol oynamayıb ki, bəlkə elə bu hərəkəti hökmün xarakterinə təsir edib. – Yaxşı, - yenə təkrar etdi. Bununla belə, zahirən parka qarşı laqeyd olmağına baxmayaraq, hökmü eşidəndə narahat oldu. Heç izah da edilmir ki, ay bala, bu nə zarafatdı - şəhər zonası, nə idbar addı- şəhər zonası, - elə bil metro biletinin üstündən götürüblər.

- Doğrusunu desəm, heç nə başa düşmürəm, - etiraf etdi. – Mənə belə gəlir ki, bu ədalətli qərar deyil. Həyatım boyu, bütün taleyimi musiqiyə sərf etmişəm, gərək belə olmayaydı.

- Bilirsiniz, - Bernar bir az yumşaldı,- sizdən nə gizlədim, hər bir hökmdə sərbəstlik elementi olur. Olur, belə də olur. Bir də axı, biz kvotanı da gözləməliyik, - əlavə etdi, ancaq nəyi nəzərdə tutduğunu izah etmədi.

- Nə olsun, belə olmaz axı, - Maks öskürdü, - heç şikayət də vermək olmaz?

- Qəti olmaz, - Belyar dedi, - əksinə, şikayət vermək qadağandır. Ancaq nigaran olmayın, bu hadisəyə görə özünüzü üzməyin. Yeri gəlmişkən, ikimizin arasında qalsın, nə işin var parkda gəzib-dolaşmaqda, ömrünü oradamı çürütmək istəyirsən, otur, dur, gəziş və...Darıxmaqdan savayı bir şey yoxdu. Doğrudur, orada həmişə günəş var, ancaq razılaşın ki, günəşdə ən yaxşı şey gölgədir. Həm də elə adamlar var ki, buna heç davam gətirmirlər, zaman keçdikcə darıxmağa da öyrəşirlər, çünki başqa seçim yoxdu.

- Razıyam, siz deyən olsun, - Maks dedi, - ancaq izah elyəin, axı bu şəhər zonası nə deməkdir axı?

- İzahı çox sadədir, - Belyar dedi, - onun haqqında insanlar bilirsən özlərindən nə qədər nağıl, əfsanə quraşdırıb danışıblar, ancaq əsl həqiqətdə orada vəziyyət deyildiyi dərəcədə də pis deyil. Sizi sadəcə geri göndəririk. «Geriyə» deyəndə Parisi nəzərdə tuturam.

- Bəs nə vaxta qədər? – Maks narahatlıqla soruşdu. – Bütün bunların bir sonu olacaqmı?

- Məsələ də elə bundadır, - Beylyar dedi, bütün bunlar sona yetməyəcək, sistemin pirnsipi budur. Yadınıza salıram, bu sizi narahat edirsə, parkda da son yoxdur.

Maks düşündü ki, gedib əvvəlki dost-tanışlarını görər, əvvəlki həyat tərzinə qayıdar, ancaq Belyar hər şeyi alt-üst etdi.

- Şəhər zonasında üç çox ciddi qayda var, - deyə izah etdi, - Əvvəla, həy atda tanıdığın dost-tanışlarınla ünsiyyətə girmək olmaz, köhnə əlaqələri bərpa etmək olmaz. Zənnimcə, - Belyar özündən razı halda gülümsəndi, - bir elə çətinlik meydana çıxmayacaq.

- Nəyə görə? – Maks soruşdu.

- Zahiri görünüşünüzə bir balaca əl gəzdirəcəyik, - Belyar izah etdi, - cüzi dəyişikliklər. Ancaq həyəcanlanmayın, hər şey yaxşı olacaq.

- İstəmirəm, cəhənnəm olsun, - Maks az qala yerindən atıldı, - qəti etiraz edirəm.

- Sizə dedim axı, narahat olmayın, - Belyar təkrar etdi. - Bura gələndən sonra sizin üstünüzdə kiçik cərrahiyyə əməliyyatı apardıq, onda plastik cərahiyyənin köməyi ilə bəzi cizgilərinizi dəyişdik.

- Hansı cizgilərimi? – Maks qoxudan qışqırdı, - əli ilə üzünü tutdu.

- Baxın, - Beylyar dedi, - bunu heç hiss etmədiniz. İndi bir əməliyyat da olunacaq, ciddi heç nə yoxdu, inanın mənə. Son korreksiya. Son bir neçə ştrix, bundan sona heç kəs sizi tanımayacaq. Zahiri görkəminiz tamamilə bizə aid məsələdir. Bir daha təkrar edirəm: qorxulu heç nə yoxdu. Növbəti bənd ondan ibarətdir ki, siz əlbəttə bundan sonra soyadınızı, adınızı dəyişməlisiniz, həm də yeni sənədlər əldə etməlisiniz, bu isə artıq sizə aid olan bir məsələdir.

- Bağışlayın, - Maks şikayətlə dilləndi, - ağlıma heç nə gəlmir, heç nə başa düşmürəm.

- Artıq bunun mənə dəxli yoxdu, - Belyar quruca cavab verdi. Sonra Maksı özünü tamam itirmiş görəndə əlini cibinə saldı, qeyd dəftərçəsini çıxartdı və başladı səhifələməyə.. – Sizə bir ünvan verəcəyəm, - dedi, - Cənubi Amerikada yerləşir. Zənnimcə orada bir balaca stajirovka keçməlisən.

- Mən axı heç nə bilmirəm, - Maks təkrar etdi.

- İlk zamanlar sizə kömək edəcəklər, - Beylyar cavab verdi, - sonra özünüz vəziyyətdən çıxış yolu tapmalısınız. Yaxşı. Üçüncü qayda: artıq dediyim kimi, şəhər zonasında əvvəlki peşə ilə məşğul olmaq qadağan edilir. Sözün ən geniş mənasında. Bu qayda əvvəlki peşənizlə qohum olan istənilən peşə fəaliyyətinə şamil edilir. Yenə deyirəm, ən geniş mənada. Siz artıq artist ola bilməzsiniz, indi siz həqiqətən başqa bir işin qulpundan yapışmalısınız, siz də başqaları kimi işləməlisiniz. Özünüzə bir iş taparsınız. Burdan sizə dəstək olarıq.

- Bəs pul? – Maks soruşdu.

- Bunu nəzərə almışıq, - Belyar cavab verdi, - başlanğıc üçün sizə bir az pul veriləcək. Deyəsən sizə hər şeyi dedim. İyirmi dəqiqədən sonra cərrahi əməliyyat başlanacaq, əməliyyatdan dərhal sonra getməlisiniz. Bir neçə dəqiqədən sonra gələcəm.

Qapı bağlanmışdı ki, Dino kandarda göründü, təbəssümü bir balaca öləzimişdi.

- Bəli, bizi tərk edirsiniz, - ciddi şəkildə dedi.

- Bəli, - Maks qayğılı körkəmdə cavab verdi, məni geri göndərirlər, orda nə olacaq, bilmirəm.

- Hər şeyi bilirəm, cənab. Təəssüf edirəm.

- Dino, - Maks dedi, - içməyə nəsə tapılarmı, bircə stəkan, bəlkə xeyri oldu.

- Qətiyyən olmaz, - mərtəbə xidmətçisi cavab verdi, - buradakı həyatınız sona çatır. Doğrusunu desəm, gəldim ki, otağı hazırlayım, bir başqası üçün. Gördüyünüz kimi, burada otaqlar heç boş qalmır. İnsanlar bir-birini elə əvəzləyir ki, dost olmağa fürsət, macal tapmırsan.

- Anlayıram, - Maks dedi, - başa düşürəm.

Belyar yanında da sanitar gəldi, Maks mərtəbə xidmətçisi ilə tələsik sağollaşdı.

- Görüşənə qədər, Dino, hər şeyə görə sağ ol, zəhləni tökdümsə, bağışla.

- Mənim zəhləmi tökdünüz? Yox, vallah yox, heç zaman, ola bilməz.

- Xatırlayırsınız, sual verib durmuşdum, əl çəkmirdim sizdən?

- Yaxşı, burda nə var ki? – Dino dedi, yenə gülümsədi, dodaqlarını bürüşdürdü, - bu, birbaşa Rekel Uelşin iştirakıyla «Bandolero» filmindən sitat idi.

- Yaxşı, getdik, - Beylar səbirsizliklə dedi.

Əməliyyat blokunda cərrah əvvəl olduğunun əksinə Maksa heç bir izahah vermədi. Narkoz üçün heç bir iynə vurmadılar, üzünə plastik maska geyindirdilər, qaz buraxılan kimi süni yuxuya getdi, macal tapmadı soruşsun ki, harada, nə zaman, necə oyanacaq. Oyanacaqmı?


III Hissə ____________________


20 ________________________
Sübh şəfəqinin gözqamaşdırıcı işığı altında lil sulu böyük çayın üstünə oturan bu balaca sarı aparatın, hidrotəyyarənin nizamsız çalxalanmaları içində oyandı. Maks gözlərini açanda uzaqda, çayın sağ tərəfində böyük, baxımsız bir şəhər gördü.

- İkitos, - pilot, nazik bığlı, gözünə iri qara «Rey-Ban» eynəyi taxmış cavan oğlan qısaca elan etdi.

Tərpənməz dayanan hidrotəyyarə suyun səthində ləngər vurmağa başladı. Bir neçə dəqiqədən sonra cavan oğlan qapını açdı və əliylə sürətlə yaxınnlaşan motorlu qayığı göstərdi. Maks əliylə pilota sağ ol dedi, cəld qayığa tullandı, qayıq iti hərəkətlə çevrildi, sürət yığıb uzaqlaşdı. Qayığı sürən də pilot kimi ağzına su almışdı.

Maksın baqajı cəmi-cümlətanı hardansa peyda olmuş balaca bir xurcundan (bel çantası) ibarət idi. İçində nə olsaydı yaxşıydı: tualet ləvazimatları, hardan aldığı yadından çıxmışdı, içində bir az pul olan zərf, şübhəsiz ki, yerli valyuta ilə və bir balaca vərəq – üstündə otelin ünvanı və telefon nömrəsi yazılmışdı, bir ad da qeyd olunmuşdu – Xayme. Şəhərin çox yazıq görkəmi vardı, üzünə baxıb demək olardı ki, zərfə qoyulan pulla çulunu sudan çıxaracaq. Maks istədi qayığın sürücü sündən Cənubi Amerikanın hansı hissəsində olduqlarını soruşsun, ürək eləmədi. Sual çox qəribə səslənərdi, bir də axı Maks nə ispan, nə də portuqal dilini bilmirdi. Nə olur-olsun, əvvəlcə pal-paltar almaq lazım idi, üstündə nə vardı ki: köynək, qayışsız şalvar və sarı tufliləri. Başqa hey nəyi yoxdu.

Cəniubi Amerika qitəsinin şimal-qərb hissəsində, üç sərhəddən bərabər məsafədə yerləşən, Amazonka ilə tropik meşə arasında sıxzılıb qalmış İkitosda üç yüz min əhali yaşayırdı, şəhər kimi bu nəhəng su axınının sağ sahilində bina edilmişdi. 05 yanvar 1964-cü il tarixli qanunun 14702 nömrəli maddəsinə uyğun olaraq şəhər rəsmi şəkildə Amazonkada çay limanı kimi təsis edilmişdi. Hər tərəfdən çay və onun qolları ilə əhatə olunmuş İkitosu tam əsasla ada adlandırmaq olardı, belə ki, heç bir yolu yoxdu, bura yalnız hava xətti və ya suyla üzüb gəlmək olardı. Sahildə qayıq əlindən tərpənmək olmurdu, biri gedir, o biri gəlirdi. Körpünün yaxınlığında dayanan «fordda» iki kişi Maksı gözləyirdi – Oskar və Esau, Maksı qarşılamaq üçün maşından çıxdılar.

Oskar Esauya baxanda daha cavan, daha danışqan və qıvraq görünürdü, qısa qollu köynək geyinmişdi, boynundan zəncir asılmışdı, fıransızca əla danışırdı. Maksı maşına dəvət edməzdən qabaq Oskar birbaşa Belyarın adını çəkmədən, onun böyük nüfuzu haqqında məlumatlı odduğunu dedi. Qazılıb cırıq-cırıq edilmiş yolla gedirdilər, yol deyəsən şəhərin mərkəzinə aparırdı. Tünd kostyum və qalstuk geyinmiş, saçlarını arxaya daramış, gözünə yekə eynək taxmış Esau bir kəlmə də demədən köhnə fordu sürürdü, oturacaqları da, rulu da əlinə keçən şeylərlə sarımışdı. Kondisionersiz maşında istidən canını qoymağa yer tapmırdın, dözüm, səbr tab gətirməzdi buna, üstəlik də maşın çoz aşağı sürətlə gedirdi.

İkotosda, Fitskaralda və Putumayo küçələrinin tinində, «Kopoazu» otelinin üçüncü mərtəbəsində Maks üçün elementar rahatlığı olan, pəncərəsi qonşunun divarına açılan bir otaqlı nömrə tutmuşdular. Bir adamlıq dəmir çarpayı, adətən xəstəxanalara qoyulan balaca televizor, plasmas stul, gecə stolu, telefon və televizorun pultu, vəssalam. Vanna otağı elə bir cəhətiylə fərqlənmirdi, Maks uzun-uzadı baxsa da ürəy eləmədi ora girsin, uzun müddət güzgüdəki sifətiylə görüşdən qaçmaq istədi, necə dəyişməsini görmək və seyr etmək istəmirdi. Arxası üstə uzanaraq və peysəri ilə çarpayının metal soyuqluğunu hiss edərək əvvəlcə pult əlində az qala yüzə qədər kanalı çevirdi, ictimai, özəl, yerli kanalları, qonşu ölkələrin kanallarını. Üç milli kanalla seçkilərin nəticələrini verirdilər. Nəhayət canı da, beyni də yoruldu, qərara gəldi ki, durub güzgüdə gül camalına baxsın, bir tərəfdən qorxu, digər tərəfdən səbirsizliyin əlində əsirdi.Nəhayət üzünü qırxmaq, saçlarını daramaq və dişlərini yumaq üçün vanna otağına keçmək qərarına gəldi.Vanna otağında pəncərə yox imiş, güzgünün üstündəki neon lampası yanmırdı, Maks baxıb yalnız əksinin dumanlı siluetini görə bildi – elə bil dəyişib-eləməmişdi. Bir neç dəqiqə də televizorun qənşərində dayandı, sonra mərtəbə xidmətçisini çağırdı və çox primitiv ingiliscə vanna otağındakı lampanı dəyişməyi xahiş etdi, təqribən beləcə: please, could you change the light in the bathroom. It doesn’t work. - Si, secor, - bu da az çəkmədi. Sonra, lampa dəyişdiridikdən sonra Maks tək qaldı, bütün təpərini cəmlədi, gəlib güzgünün qabağında dayandı, başını qaldırıb özünə baxdı.

Nə deyəsən, işə söz ola bilməz. Hədər yerə zəhmət çəkməyiblər. Maks tanınmaz hala düşmüşdüsə, bu transformasiyanı hansısa dəyişmə ilə əlaqələndirmək olmazdı. Hər şey yerində idi: burun, alın, gözlər, hələ yanaqlar, ağız... əvvəlki görkəmdə idi. Sadəcə bunlar arasında münasibətlər dəyişmişdi və bunu tutmaq olmurdu, üzün ümumi quruluşu dəyişmişdi. Elə dyişmişdi ki, Maksın özü də bunu izah eləməyə söz tapmırdı.Yeri gəlmişkən, fakt faktlığında qalırdı: Maks artıq əvvəlki adam deyildi, şübhəsiz ki, çevrilib bir başqası olmuşdu, üzündə əvvəlki adamdan dumanlı xatirələr qalmışdı. Ağzını geniş açdı, görsün heç olmasa dişləri yerindədirmi. Dişlərə toxunmamışdılar. Köhnə plomblarını o saat tanıdı, hələ protezi, ancaq yox, buraya da əl gəzdirmişdilər amma ustalıqla, yeni nəsə peyda olsa da, tut görüm necə tutursan.

Bir az qayğılı, bir az sakit, ancaq həm də qorxmuş kimi kranı açdı, bir stəkan su içmək istədi, ancaq əlləri elə əsirdi ki, birbaşa başına çəkə bilmədi. Bir məsələ var ki, bizim Avropa iqlimində krandan gələn su içməyə o zaman yararlı hesab edilir ki, ən azı altmış iki meyara cavab versin. İkotosda isə, suyun qoxusuna görə mülahizə yürütməli olsaq, bu meyarlar elə suya qarışıb axmışdı. Maks yenə mərtəbə xidmətçisini çağırdı, xahiş etdi ki, su gətirsin ona. Ayaq saxla, a bala, bir şüşə də pisko gətir, yanında da buz və limon, fikirləşdi ki, bu vəziyyətə hər gün düşmür, içməyin, yaxşı-yaxşı başını açmağın məqamıdır. İndi bir az içə bilər, buna tam haqqı çatır. Sifariş verdiyi şeylərin gəlməsini gözləyərək güzgüyə tərəf getdi, diqqətlə üzünə baxdı: tezliklə öyrəşərsən, - özü də bu inamın nə tez yarandığına təəccüb etdi. Doğrudur, başqa bir seçimi yox idi, bir azdan təzə sifətinə öyrəşəcək, o qədər öyrəşəcək ki, zəhləsi gedəcək. Neon lampasını söndürdü, vanna otağından çıxdı, televizorun səsini artırdı. Nömrənin qapısı döyüldü.

İnzibatçı idi, əlində podnos içəri girdi, sifariş verdiyi şeylərin hamısını gətirmişdi.. Xidmətçi çıxan kimi Maks ləzzətlə pisko şüşəsinin qapağını açdı, stəkana süzdü. Ancaq alkoqolun tamından birdən ürəyi qalxdı, Tez vana otağına qaçdı, öyüdü, sonra da qusdu. Çox qəribədir, axı bu pisko andıra qalmış çox ləzzətli içkidir, niyə belə olsun. Nə dəyişib? Maks stəkanı yudu, ağzını mineral suyla yaxaladı. Çantasından telefon nömrəsi yazılmış kağız parçasını tapdı və nömrəni yığmağa başladı.


21_____________________
Dəstəyi asıb, balaca çantasıyla otaqdan çıxdı, çantanın içində tropik iqlimə yarayan paltarları vardı: gödəkçə, yüngül köynəklər, turusilər; şalvarın kəməri, üz qırxmaq üçün lezva, şampun, sabun və sair və ilaxır.

Heç kəslə danışmadığı üçün, həm də heç kəs onunla kəlmə kəsmədiyinə görə, vaxtının əksər hissəsini yerli mətbuatı nəzərdən keçirməyə həsr etdi, bunlara baxıb ispan dilini mənimsəməyə çalışırdı. Qəzetlərin ilk sütunları əvvəlki kimi seçkilərin nəticələrinə həsr edilmişdi. Ancaq Maksı daha çox axırıncı səhifədə çap edilənlər maraqlandırırdı. Bu səhifə demək olar ki, şəkillərdən ibarət idi, burada Peruda hakimiyətdə olan sinfin həyat tərzi işıqlandırılırdı, ilk tamaşalar, ğoylar və kokteyllər, məşhuür adamlar qurupu, əlində bokal gülümsəyərək obyektivə göz vuran harın adamlar. Bu qəzəetləri vərəqləyə-vərəqləyə Rozanı axtarırdı. Bu ümidi inanılmaz olsa da, düşünürdü ki, bu fanidə nə desən olar, argentinalı bankirə ərə getmək Rozanın əlində nəydi ki.

İkotosda tez öyrəşirsən, hər şeyə, əynindəki paltardan da tez. Burada üç gün idi ki, gəlmişdi. Bu gün zəng etdiyi adamla görüşməliydi. Bu adam ona sənəd düzəltməliydi.Onlar Fransisko Sekada hava limanında görüşməliydilər, şəhərin mərkəzində cəmi dörd kilometr aralıda. Maks mototaksilərin birinə oturdu. Hava limanına çatan kimi kafeyə daxil oldu, burada bircə adam vardı, yəqin elə Xaymedir. Maksla eyni yaşda olardı, kiçik gözlü eynək taxmışdı.

- Yaxşı, - Xayme dedi, - hər şey artıq hazırdır, bircə fotonuzdan başqa. Birisigün çatdırsanız, bu gündən başlayaraq düz bir həftədən sonra sənədlər cibinizdə olacaq.

- Çox yaxşı, ancaq çox xahiş edirəm, deyin, bilim, bu sənədlərə görə nə qədər ödəməliyəm?

- İnji deyə bilmərəm, - Xayme cavabdan qaçdı, - hələ hesablanmayıb.

Sonra Maks bu sualı fırlayıb yenə də verdi. Sükut.
22______________________
Sonrakı günlər asan olmadı. İşlər qarışdı bir-birinə. Saatlar uzanmışdı, hər şey ləngər vura-vura keçirdi, zaman donub qalmışdı, axmırdı, ölə-ölə damcılayırdı. Damcı yerə düşəndə səs-küydən qulaq tutulurdu, əsəblər tarıma çəkilmişdi. Maksı ən çox narahat eləyən pulsuzluq idi. Hər şey yadındaydı, Mərkəzdə iki əməliyyatdan əvvəlki faciə, Mərkəzdə ağır günlər keçirməsi və sair, ancaq o da canlı insandır, elementar rahatlıq olmayanda səbr də tükənir, canın boğazına yığılır, istiyə dözmək olar, bəs pulsuzluq? Dilənçi kökündə yaşamaq da pul istəyir, Maksın pulu qurtarırdı, ildırım sürətiylə xərclənirdi, bir azdan nə olacaq. Sənədlərin pulunu çatdıra bidəcəkmi?

Pulsuzluq probleminə biri də qoşuldu: tənhalıq. İlk günlər bütün diqqətini buralarda həyat tərzinə uyğunlaşdırmağa sərf edirdisə və doğrudan da bu yad şəhərdə heç kəslə ünsiyyətə girmək marağanda deyildisə, indi Maksın beyni gördüklərindən dolmuşdu və bu abırsız şəhərdə təkbaşına yaşaya bilmirdi. Kiminləsə danışmaq, tanış olmaq şansı da yox idi, nə at belində gəzən qızlarla, nə də qapı-pəncərəni pusub siçan ovlayan kişilərlə. Bu sınıq-salxaq ispan dili nəyə yarayardı, Maks olsa-olsa «PİR» restoranının qoca ofisiantlarndan nəsə primitiv bir şey soruşa bilərdi. Bu qoca xadimələr əvvəlcə başlarını bulayır, ah çəkir, sonra şəhərin dizlərini yerə qoymuş bu abırsız həyat tərzindən şikayətlənirdilər. Burada nələr yox idi: kütləvi narkomanlıq, ən müxtəlif dini sektalar, qara magiya və allah bilir daha nələr. Bunlar elə qəmli hadisələr idi ki, eşidən kimi, qaçmaq istəyirdin, nəinki cəmiyyətlə tanış olmaq.

Belə kədərli və qüssəli günlərin birində başını nəyləsə qatmaq istədiyi anların birində istədi bacısına məktub yazsın. Qələm və kağız götürdü. İlk dəfəydi ki, Belyarın qadağalarını pozmaq istəyirdi. Düz bir saat nıqqandı, hər şeyi izah etdi, ucundan tutub ucuzluğa getdi və nəhayət bütün tərəddüdləri kənar edərək Alisdən xahiş etdi ki, ona bir az pul göndərsin. Məktuba imza qoyan kimi, bir də oxudu, zərfin içinə qoydu, diliylə yapışqan olan hissəni yaşladı, ürəyinə pis gəldi. Üst dodağı çartladı, kiçicik yara elə şiddətlə ağrıdı ki. Sonra balıq yapışqanı ağzına doldu, öyüdü, qusmaq istədi. Sonra ürəyinə damdı ki, yaxşı eləmir və bir az da irəli getsə cəzadan qaça bilməyəcək. Fikirləşdi ki, bütün bunların baiskarı Belyardır. Bəlkə Mərkəzin alimləri zəhmət çəkib onun genetik kodunu da dəyişmişlər. Nəhayət məktubu alarkən Alisin necə titrədiyinin şahidi oldu, dizləri büküldü, qorxmağa başladı. Sonra zərfi açdı, məktubu bir də oxudu, cırıb yandırdı.

Vədələşdikləri kimi Xayme ilə görüşdülər. Sənədləri alarkən hesabı bir də soruşdu, təəccübləndi, elə bil cibindəki pulu saymışdılar. Qəpiyinə kimi.

- Nə olub, - Xayme soruşdu, nəsə olub?

Maks cavab verməyə macal tapmadı, Xayme üzündə təbəssüm, elə bil Maksın çaşqınlığını gözləyirdi, təklif irəli sürdü. Maks nəyisə sərhəddən keçirib əvəzində haqqını almalıydı.

- Məsələ belədir, - Xayme dedi, sadəcə bu çemodanı Fransaya keçirmək lazımdı. Sizi hava lmanında qarşılayacaqlar. Riskli olsa da, yaxşı ödənc var. Yerli valyuta ilə yox, dollarla! Dollarınız olsa, hər şey ala bilərsiniz.

- Elədir, - Maks dedi. Razıyam. Nə vaxt yola düşürəm?

- Dərhal, - Xayme cavab verdi- - təyyarə qırx beş dəqiqədən sonra uçacaq.

- Bəs əşyalarım? – Maks həyəcanla qışqırdı.

- Problem yoxdu, - Xayme inamla dilləndi, böyrünüzdədir, siz burda olanda otelə adam göndərmişdim.

- Götürün, bu da sizin təyyarə biletiniz. Bir də pul. Pulları saymaq üçün Maksa çox vaxt lazım olmadı. Doğrudan da dollar idi, amma o qədər az idi ki, İkotosda iki-üç günə, Parisdə isə iki-üç saata güclə çatardı.

- Yaxşı, - Maks dedi, - razıyam.
23______________________
Maks əlində çemodan çox gözləməli olmadı – təyyarəyə minik başlanmışdı. İkotos hava limanında Limaya uçanlar üçün zal məzuniyətə gələnlərlə dolu idi, onlar Amazon meşəsində biliklərini sınaqdan keçirməyə, vaxt, fürsət tapıb yerli şamanlarla tanış olmağa, bir sözlə buraların adət-ənənələri ilə tanış olmağa gəlmişdilər. Xalta geyindirilmiş iki it baqajları iyləyirdi. İtlərin Maksın çemodanına reaksiya verməməsi burada narkotik olmamasına dəlalət edirdi.

Maks balaca təyaarədə yerini tutdu, təyyarə dərhal uçdu, sürət yığıb göyə milləndi, bu o demək idi ki, pilotlar ustaydılar. Peruda görünür aviasiyanın, dəqiq müəyyənləşdirilmiş vaxtda uçan və yerə eənən pilotların şanlı ənənələri silinib getməyib.

Limanda gözlənildiyindən çox gözləməli oldular, Maks ispan dilini belə tez bir zamanda öyrənməyi ilə ürəyində qürrələnərək, bir növ yerli mətbuatı oxuya-oxuya vaxtını öldürürdü, vaxtın keçməməyi eyninə deyildi. Qəzet oxuya-oxuya Parisi düşünürdü, qoyub getdiyi şəhəri, burada onu nə gözləyir?

Təyyarə Ruassi-Şarl de Qol hava limanında yerə enəndə Parisdə leysan yağışlar yağırdı. Belə bir yağışı Maks Mərkəzin pəncərəsindən baxdığı gün görmüşdü. Gömrük rəsmiliklərindən sonra, sərnişinlər üçün dəhlizə keçdi, bu zaman əlindəki çemodan heç kəsin diqqətini cəlb etmədi. Cözləmə zalına gəldi, ilk növbədə əlində yazı tutmuş adamları gördü, dabanlarını qaldırıb hazır durmuşdular ki, tanış adamın qucağına yıxılsınlar. Maks əvvəlcə bir şey anlamadı, gördü ki, tanımadığı adamların əllərində onun təzə adı yazılımış lövhə var.

Bu adam bir az qəribə təsir bağışlayırdı: saqqallı, qara eynəkli, əynində qara plaş, plaşın düymələri axıra kimi bağlanmışdı. Əlində orta ölçülü çemodan vardı. Maks yaxınlaşdı, tanımadığı adam lövhəni tərpətdi, əl verib çemodanı aldı.

- Adım Şmitdir, - özünü təqdim etdi, - Bunlar sizin şəxsi əşyalarınızdır. Mənə çatası nəsə olmalıdı sizdə.

- Götürün, - Maks çemodanı ona üzatdı.

- Əla, - Şmitd dedi. – gedək taksiyə oturaq.

Bir az növbə gözləyəndən sonra onlar taksiyə oturdular və Şmidt adlanan şəxs sürücüyə ünvanı dedi – tək nömrəli ev, Majenta bulvarında. Maks gözlərinin ucuyla onu müşayiət edən şəxsi öyrənirdi, bunun adı yəqin ki, Şmidt deyildi, bu adam çox ciddi-cəhdlə əsl həqiqətdə nə olduğunu gizlətməyə çalışırdı, halbuki, digər tərəfdən onun bu hərəkətləri qəsdən eləməyini sübut eləyən heç bir tutalqac yox idi, bəlkə, ola bilsin ki, elə görünüşcə beləydi. Maks ürəyində bu qərara gələndə fikirləşdi ki, özünü hədər yerə yormasın, şübhəli müşahidələrinə son qoysun: Şmitd bilsəydi ki, kənardan ona dördgözlə baxır, qərəzlə müşayiət edirlər, şübhəsiz ki, xoşuna gəlməzdi. Maks üzünü başqa tərəfə çevirdi və ətrafından «qaçan» təbiət mənzərələrini seyr etməyə başladı. Ona elə gəldi ki, buralarda ən azı bir əsrdir olmayıb, Mərkəzdə, sonra isə İkotosda olmasından heç iki həftə də keçməmişdi; bununla belə, başına gələn hadisələri çək-çevir eləyəndə əhvalı doğrudan da dəyişirdi. Taksinin pəncərəsindən hündür yaşayış binalarına və Banyole adlı qəsəbədəki qüllələrə baxırdı, hava limanından şəhərə dönəndə hər kəs A3 şossesi boyu bu mənzərələri seyr edə bilərdi. Maks heç vaxt inanmırdı ki, bu hündür binalar doğrudan da yaşayış mənzillərindən ibarətdir, burada əsl mətbəxlər var, əsl vanna otaqları, əsl yataq otaqları ... var. Bir sözlə burada kiminsə yaşamağına inanmağı gəlmirdi. Buna Maks indi də inanmırdı.

Yeri gəlmişkuən, onun üçün Mərkəzdə hazırlanmış otaq bir o qədər də könülaçan deyildi. Şmidt bütün yol boyu susurdu, dairəvi bulvara çatanda sürücüyə əli ilə dönmək işarəsi verdi, Majenta bulvarına, Respublika meydanı ilə Şərq vağzalı arasında yerləşən məkana. Taksi mehmanxana binasının qarşısında dayandı. «Monmoransi» adlı bu otel miyanə bir yer idi – nə gözəl, nə də çirkin. Burada zal, iki banket zalı və bar var idi. Liftin yanından keçəndə Şmidt əliylə pilləkanı göstərdi. Sonuncu mərtəbəyə qalxdılar. Solğun rəngli bir qapının qənşərində dayandılar, Şmidt cibindən açarı çıxardı, açarı burduqdan sonra qapını böyrüylə də itələdi, düz ortalıqda yekə çarpayı qoyulmuş, divarlarına şit rəngli kağız çəkilmiş otağa daxil oldular. Əl-üz yuyan da otağın küncündə idi.

- Gəlib evə çatdıq, - Şmidt dedi. – Ümumi duş və ayaqyolu dəhlizin o biri başındadır.

Maks pəncərəyə yaxınlaşdı, pərdəni çəkdi, sonra pəncərənin bir tayını açdı. Bulvardan qalxan qulaqbatırıcı səs-küy sürətlə içəri girdi, balaca, darısqal otaqda oynamağa yer tapmayıb özünü divara çırpdı. Maks cəld pəncərəni bağladı.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə