İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim


Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin



Yüklə 2,61 Mb.
səhifə6/44
tarix09.05.2020
ölçüsü2,61 Mb.
#31168
1   2   3   4   5   6   7   8   9   ...   44
Ayetullah-Sistani-aganin-Risalesi


Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin.

İSTİHAZƏNİN HÖKMLƏRİ
Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.
Məsələ 393: Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın öz namazları üçün gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Və əgər qəsdən və ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək şam və xiftən namazından əvvəl qüsl etsin, istər qan gəlsin, istərsə kəsilmiş olsun, fərqi yoxdur.
Məsələ 394: Kəsirə istihazədə vacib-ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də şam və xiftən namazı üçün yerinə yetirməlidir. Zöhr və əsr, şam və xiftən namazları arasında gərək fasilə verməsin. Əgər fasilə versə, gərək əsr və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala yetişdiyi hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, lazım ehtiyat odur ki, hərgah qan pambıqdan dəsmala yetişsə pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala yetişməzdən qabaq şam və xiftən namazını da qıla bilsə, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər necə olursa olsun, kəsirə istihazədə qüsl dəstəmaz əvəzinə də yetərlidir.
Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir.
Məsələ 396: Həm qüsl etməsi, həm də lazım ehtiyata görə dəstəmaz almalı olan mütəvəssitə istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır.
Məsələ 397: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək şam və xiftən namazı üçün qüsl etsin.
Məsələ 398: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirə olsa və bu halda qalsa, gərək 394-cü məsələdə deyildiyi hökmə uyğun əməl etsin, zöhr, əsr, şam və xiftən namazını qılsın.
Məsələ 399: 394-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadının qüslü ilə namazı arasında fasilə salmaması lazım olduğu halda, əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl etməsi araya fasilə düşməsinə səbəb olsa, o qüslün faydası yoxdur və namaz üçün yenidən qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aiddir.
Məsələ 400: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyatən yenidən qılmaq istəyərsə və ya fürada (təklikdə) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün qeyd olunan bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi təqdirdə, ehtiyat namazını, unudulan səcdə və təşəhhüdü və həmçinin bütün hallarda səhv səcdəsini yerinə yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir.
Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir.
Məsələ 402: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi zaman, ehtiyata əsasən özünü yoxlamalıdır. Məsələn, fərcinə bir qədər pambıq daxil edərək, bir az səbr etdikdən sonra çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu bildikdən sonra, o növə aid olan işləri yerinə yetirir. Amma əgər namaz qılacağı vaxta qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü yoxlaya bilər.
Məsələ 403: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin vəzifəsinə əməl etsə, namazı batildir.
Məsələ 404: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə, mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəllər üç növdən hansı birinin olduğunu bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir.
Məsələ 405: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, qadının malik olduğu dəstəmaz və ya qüslü batil etməz. Əgər zahirə gəlsə, az da olsa belə, dəstəmaz və ya qüslü batil edər.
Məsələ 406: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər.
Məsələ 407: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı andan e`tibarən özündən qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, pak qalacağını bildiyi zamana qədər namaz qılmasını tə`xirə sala bilər.
Məsələ 408: Əgər müstəhazə namaz vaxtı keçməzdən qabaq tamamilə pak olacağını və ya namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilərsə, lazım ehtiyata əsasən səbr edib, pak olduğu vaxt namazını qılmalıdır.
Məsələ 409: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilmiş olsa, istihazəli olan qadın namazını tə`xirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak olacağını bilərsə, lazım-ehtiyata əsasən, namazını tə`xirə salmalı, tamamilə pak olduğu zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi zaman namazın vaxtı daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyildir. Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər.
Məsələ 410: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduqda əvvəlki namaz üçün qüsl etməyə başladığı andan e`tibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə, bu hökmün ümumi olması ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl etməsi lazım deyildir.
Məsələ 411: Qəlilə istihazəli olan qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra 394 və 407-ci məsələdə işarə olunan iki hal istisna olmaqla dərhal namaza başlamalıdır. Amma namazdan qabaq azan və iqamə demələrinin eybi yoxdur. Namaz vaxtı qunut kimi müstəhəbb olan əməlləri də yerinə yetirə bilər.
Məsələ 412: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq olan qadın, əgər vəzifəsinə əməl etməsə, yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza başlamalıdır.
Məsələ 413: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona zərəri olmadığı təqdirdə, ehtiyat vacibə görə qüsldən sonra qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, onu yenidən qılmalıdır. Hətta yenidən qüsl etməsi də müstəhəbb-ehtiyatdır.
Məsələ 414: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl əsnasında mütəvəssitə istihazə kəsirəyə dönsə, gərək qüslü başdan başlasın.
Məsələ 415: Müstəhəbb-ehtiyat odur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində bacardığı qədər qanın gəlməsinin qarşısını alsın.
Məsələ 416: Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir ki, sabahı oruc tutmaq istədiyi bir gecənin şam və xiftən namazının qüslünü və həmçinin gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir nəzər deyildir. Həmçinin daha güclü (əqva) nəzərə əsasən, bu, mütəvəssitə istihazəli olan qadında da şərt deyildir.
Məsələ 417: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl etməsə, orucu eybsiz və səhihdir.
Məsələ 418: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, yaxud kəsirə olsa, gərək mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin.
Məsələ 419: Mütəvəssitə istihazəsi namaz əsnasında kəsirə olan qadın, namazını pozub kəsirə istihazəsi üçün qüsl etməli və digər şərtləri də yerinə yetirdikdən sonra, həmin namazı yenidən qılmalıdır. Qüsldən qabaq dəstəmaz alması da ehtiyat müstəhəbbdir. Əgər qüsl etməyə vaxtı çatmasa, onun yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də vaxt yoxdursa, müstəhəbb ehtiyata əsasən, namazını pozmadan, həmin halda namazını tamamlamalıdır. Amma sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər qadının qəlilə istihazəsi namaz əsnasında mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir.
Məsələ 420: Namaz əsnasında qan kəsilərsə və müstəhazə qadın qanın içəridən də kəsilib-kəsilmədiyini bilməzsə, yaxud paklıq (təharət) hasil edib namazı, ya onun bir hissəsini qılmağa möhlət verib-vermədiyini bilməsə vacib ehtiyata görə vəzifəsinə müvafiq dəstəmaz alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır.
Məsələ 421: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitə halının əməlini yerinə yetirsin. Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı üçün qüsl etsin və əsr, şam və xiftən namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazını qılmaq miqdarında vaxtı olmuş olsa, gərək əsr namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, gərək şam namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl etməsə və yalnız xiftən namazını qılmaq miqdarında vaxtı olmuş olsa, gərək xiftən namazı üçün qüsl etsin.
Məsələ 422: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, hər namaz üçün gərək bir qüsl etsin.
Məsələ 423: Əgər kəsirə istihazəsi qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin.
Məsələ 424: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir.
Məsələ 425: Qəlilə və ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa, dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Qur`anın yazısına toxundurmaq istəsə, belə ki, namaz tamam olandan sonra olsa belə, gərək vacib ehtiyata görə dəstəmaz alsın. Namaz üçün aldığı dəstəmaz kifayət deyildir.
Məsələ 426: İstihazəli qadın, ona vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlər qüslsüz belə caizdir. Yaxınlıq etməkdə isə, vacib ehtiyata görə caiz deyil.
Məsələ 427: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, qüsl etməsi müstəhəbb-ehtiyatdır. Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır.
Məsələ 428: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik namazlar üçün deyilən bütün işləri yerinə yetirsin.
Məsələ 429: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər ikisini dalbadal yerinə yetirmək istəsə belə, lazım ehtiyata əsasən, hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz.
Məsələ 430: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, qəza namazında, əda namazında yerinə yetirdiyi əməllərlə kifayətlənə bilməz.
Məsələ 431: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şər`i baxımdan heyz və nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə görə əməl etməlidir. Hətta əgər istihazə qanımı, yoxsa digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini daşımırsa, vacib-ehtiyata əsasən, istihazənin əməllərini yerinə yetirməlidir.

HEYZ
Heyz, qadınların rəhimindən hər ayda bir neçə gün xaric olan qandır. Heyz qanı gördüyü zaman, qadına «haiz» deyilir.
Məsələ 432: Heyz qanı çox vaxt qatı, isti, qara rəngli, yaxud qırmızı olur, təzyiqlə və bir az da yandırıcı halda xaric olur.
Məsələ 433: Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. Qüreyş nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına qədər – əlli yaşından qabaq gördükləri təqdirdə – qəti olaraq heyz hökmündə olan bir qan görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbbdir.
Məsələ 434: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir.
Məsələ 435: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də etməlidir.
Məsələ 436: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olmuş olsa, onun heyz olma hökmü, məhəlli işkaldır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı mə`lum olur.
Məsələ 437: Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir.
Məsələ 438: Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.
Məsələ 439: Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.
Məsələ 440: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bə`zi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.
Məsələ 441: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır.
Məsələ 442: Əgər üç gün dalbadal qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan gördüyü və arada pak olduğu günlər üst-üstə on gündən çox olmazsa, qan gördüyü bütün günlər heyzdir. Amma lazım ehtiyata görə arada pak olduğu günlərdə isə həm heyz olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan şeylərdən çəkinməlidir.
Məsələ 443: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın çiban və ya yara, yoxsa heyz qanımı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir.
Məsələ 444: Əgər qadın yara, yoxsa heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir.
Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yoxsa istihazə qanımı olduğunda şəkk edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir.
Məsələ 446: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yə`ni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.
Məsələ 447: Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz deyildir.

HAİZİN HÖKMLƏRİ
Məsələ 448: Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.
2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı;
3. Sünnət yerinə qədər daxil olsa məni gəlməsə də belə, qa-baqdan cima etmək həm qadına, həm də kişiyə haramdır. Hətta vacib ehtiyata əsasən sünnət yerindən azını da daxil etməməlidir. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma kişi ehtiyata əsasən istər arvadı haiz olsun, istərsə olmasın, qadın razı olmadıqda onunla arxadan əlaqədə olmamalıdır.
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq mə`lum olmadığı, amma şər`ən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Yaxşı olmasına baxmayaraq kəffarə vacib deyil.
Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və oynaşmaq kimi sair ləzzətlər almağın eybi yoxdur.
Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, batildir.
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi məhəlli-işkaldır.
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz, axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, vacib ehtiyata görə batil olur.
Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, qıldığı namaz batildir.
Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək səhihdir və əri də onunla cima edə bilər. Amma cimanın fərcin yuyulmasından sonra edilməsi lazım-ehtiyata əsasəndir. Habelə qüsl etməzdən qabaq, onunla cima etməkdən çəkinməsi ehtiyat-müstəhəbbdir. Amma məsciddə dayanmaq və Qur`anın yazısına toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin vacib ehtiyata görə, məsciddə dayanmaq kimi haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü daşıyır.
Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa, bu halda qüsl etməlidir. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Daha yaxşısı odur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin lazım-ehtiyata əsasən, nəzir səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında olduğu üçün tutmadığı orucları da qəza etməlidir.
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını tə`xirə salacağı təqdirdə, heyzli olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, namazını tə`xirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir.

Məsələ 461: Əgər qadın namazını tə`xirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr ilə birlikdə, o cümlədən dəstəmaz (və ya qüsl) almaq pak libas tədarük görmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmamış olsa, vacib ehtiyata görə, onun qəzasını qılmalıdır, hərçənd sair şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə. Amma tələsik qılma, yavaş oxuma və digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rük`ət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən sonra iki rük`ət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir.
Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rük`ət, yaxud bir rük`ətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, vacib ehtiyat odur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından başqa, ayrı bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir.
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk edərsə, namazını qılmalıdır.
Məsələ 465: Əgər hədəsdən pak olub bir rük`ət qıla biləcək qədər vaxt qalmadığını zənn edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.
Məsələ 466: Heyzli qadının, namaz vaxtında özünü qandan pak edib, pambıq və dəsmalı dəyişdirərək, dəstəmaz alması və əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməsi və namaz yerində üzü qibləyə oturaraq, zikr, dua və salavat deməyə məşğul olması müstəhəbbdir.

Məsələ 467: Qur`an oxumaq və onu yanında saxlamaq, bədənindən bir yeri Qur`anın yazılarının arasına toxundurmaq, həna qoymaq və bu kimi şeylər bir qrup fəqihin dediyinə əsasən, haiz üçün məkruhdur.

Haiz qadınların qismləri
Məsələ 468: Haiz qadınlar altı qismdir:
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər.
Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin