İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,61 Mb.
səhifə43/44
tarix09.05.2020
ölçüsü2,61 Mb.
#31168
1   ...   36   37   38   39   40   41   42   43   44
Ayetullah-Sistani-aganin-Risalesi


Məsələ 74: Caizdir ki, qadın bə`zi vacib əməlləri tamamlamaq üçün adət günlərini tə`xirə salan dərmanlardan istifadə etsin. Məsələn oruc, həcc əməlləri və başqa hallarda. Bu şərtlə ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda ardıcıl olmayan qan görsə adəti dövründə olsa belə, heyz hökmləri ona aid olmayacaqdır.

22-Dövlətin saldırdığı xiyabanların, küçələrin hökmləri
Məsələ 75: Əvvəllər camaatın şəxsi əmlakı, evləri olan, sonradan dövlətin öz mülkiyyətinə keçirərək yol saldırdığı yerləşən səkilərdə və xiyabanlarda hərəkət etmək caizdir. Əlbəttə, əgər bir kəs bu yerlərdən xüsusi bir yerinin dövlət tərəfindən zorla, onun sahiblərinə dəyən xəsarəti ödəmədən, yaxud onları razı salmadan istifadə etdiyini bilsə, qəsbi yerlər hökmünü daşıyacaq orada hər növ təsərrüf, hətta o yerdən keçmək belə caiz olmayacaq. Amma əgər onun malikini, yaxud vəlisini (atası, babası, yaxud o ikisinin tərəfindən tə`yin edilən qəyyumu) razı salsa onda eybi yoxdur. Əgər malikini tanımasalar məchulul-malik hökmlərinə malik olacaq və bu barədə şəriət hakiminə müraciət edilməlidir. Bu məsələdən bu kimi torpaqların yerdə qalan hissələrinin də hökmü aydın olur, belə ki, malikinin icazəsi olmadan onlardan istifadə etmək caiz deyildir.
Məsələ 76: Məscid, hüseyniyyə, qəbiristan və yol üzərində salınmış olan ümumi vəqf yerlərində yol getmək, oturmaq və bu kimi qəbildən olan təsərrüflər etmək caizdir. Lakin bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və bu kimi şeylərin yerindən, kimə vəqf olunubsa onlardan başqasında caiz olması işkallıdır.
Məsələ 77: Xiyabanlarda və səkilərdə yerləşən məscidin torpağı vəqf olmaqdan xaric olmur, lakin məscid ünvanı ilə gələn hökmlərə malik deyildir. O cümlədən onu nəcis etməyin haram, nəcis olduqda paklamağın vacibliyi, cünub, haiz və nüfəsa qadınların orada dayanmağının haramlığı kimi hökmlər ona şamil olmur.
Amma məscidin qalan yerləri, əgər məscid olmaq ünvanından xaric olmayıbsa məscidlə əlaqədar olan bütün hökmlər ona gələcəkdir. Lakin məscid olmaq ünvanından xaric olubsa, məsələn hər hansı bir zalım onu dükan, məhəll, yaxud başqa bir evə çeviribsə məscid hökmü ona aid olmaz, ondan bütün halal faydalar caizdir. Amma əgər qəsbin təsdiq olunmasına səbəb olarsa caiz deyildir.
Məsələ 78: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər, daşı, taxtaları, dəmirləri və onun vasitələri, o cümlədən çıraqları, istilik və soyuqluq verən şeyləri, əgər həmin məscidə vəqf olunmuşsa, başqa məscidə sərf olunması vacibdir. Əgər bu iş mümkün olmazsa ümumi xalq mənafeyində məsrəf edilməlidir. Onları satmaqdan başqa yolla istifadə etmək mümkün olmazsa, gərək mütəvəlli, yaxud onlardan istifadə etmək haqqına malik olan şəxs onları sataraq başqa məscidlərə məsrəf etsin.
Məscidin yerdə qalmış əsərləri onun mülkü olarsa məsələn məscidə vəqf olunmuş malın eyninin mənfəətindən məscid üçün alınmışsa bunların özünün başqa məscidlərə sərf olunması vacib deyildir. Əksinə caizdir ki, mütəvəlli, yaxud onlarda təsərrüf etmək haqqına malik olan bir şəxs məsləhət gördüyü təqdirdə onları satsın və onların pulunu başqa məscidə xərcləsin.
Bu qeyd olunan hökm ümumi vəqf olunan yerlərin, o cümlədən yol üstündə yerləşən mədrəsə və Hüseyniyyənin üzərinə də gəlir.
Məsələ 79: Yol üzərində yerləşən müsəlman qəbiristanlığının, eləcə də şəxsi, ya ümumi vəqflərdən olan qəbiristanlığın əmlakının hökmü qeyd olunanlardan aydın olur. Bu o haldadır ki, qəbiristanın torpağında gediş-gəliş müsəlman ölülərinin hörmətsizliyinə səbəb olmasın, əks halda orada gediş-gəliş caiz deyil. Lakin əgər qəbiristan bir şəxsin mülkü, yaxud vəqf olmazsa, hörmətsizlik olmadığı təqdirdə hər növ istifadə etməyin işkalı yoxdur.
Bu məsələdən qəbiristanlığın yola salınmayan hissələrinin hökmləri aydın olur. Belə ki, birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə etmək və ya satmaq malikinin icazəsi olmadan caiz deyildir. İkinci halda isə (ümumi vəqflərdən olarsa) mütəvəllinin, yaxud onda təsərrüf etmək haqqına malik olan şəxsin icazəsi olmadan caiz deyildir. Onun pulu sair müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Vacib ehtiyata görə yaxında olan qəbiristanlıq bu işə daha üstündür. Üçüncü halda bir kəsin icazəsinə ehtiyac duyulmadan ondan istifadə etmək caizdir. Belə ki, əgər bu iş başqalarının mülkündən – xarab olmuş qəbirlərin əsərlərindən istifadə etməyə səbəb olmasın.

23-Namaz və oruc barəsində müxtəlif məsələlər
Məsələ 80: Əgər oruc tutan bir şəxs gün batdıqdan sonra öz şəhərində iftarını açmadan təyyarə ilə qərb tərəfə səfər etsə və günəşin hələ batmadığı bir yerə çatsa həmin yerdə gün batana qədər özünü oruc saxlaması vacib deyildir. Lakin ehtiyat müstəhəb orucunu açmaqdan çəkinməsidir.
Məsələ 81: Əgər mükəlləf öz şəhərində sübh namazını qıldıqdan sonra qərbə tərəf səfər etsə və sübhün açılmadığı bir yerə çatsa və sübh açılana qədər orada qalsa; yaxud zöhr namazını öz yerində qılıb sonra günorta olmadığı bir yerə səfər etsə və günorta daxil olana qədər orada qalsa; yaxud məğrib namazını öz şəhərində qılıb sonradan səfərə getsə və hələ günəşin batmadığı bir yerə çatıb gün batana qədər orada qalsa fərz olunan bu halların hamısında namazı yenidən qılmaq vacib deyil. Lakin müstəbb ehtiyat onu yenidən qılmaqdır.
Məsələ 82: Əgər bir şəxs namaz qılmasa, nəticədə onun vaxtı keçsə, sonradan təyyarə ilə hələ namaz qılmağa vaxt olan bir yerə getsə ehtiyat vacibə görə gərək namazını ma-fizzimmə niyyəti ilə, yə`ni əda və qəza niyyəti olmadan yerinə yetirsin.
Məsələ 83: Əgər mükəlləf təyyarə ilə səfər etsə və orada namaz qılmaq istəsə namaz vaxtı üzü qibləyə olmaq, bədənin aramlaşması və sair şərtlərə riayət etməklə namazını qılsa namazı səhihdir. Əks halda əgər vaxtı olsa, onda təyyarədən çıxandan sonra şərtlərə malik olan namazı qılmağa imkanı olsa ehtiyata əsasən təyyarədə qıldığı namaz səhih deyil. Lakin əgər vaxt dar olsa vacibdir ki, namazı təyyarənin içində qılsın, belə olan halda əgər qiblənin istiqamətini bilsə həmin istiqamətə qılmalıdır. Zərurət halı istisna olmaqla qiblənin şərtlərinə riayət etmədən namazı səhih olmaz. Bu halda gərək təyyarə hər vaxt qiblə səmtindən dönsə o qibləyə tərəf dönsün və döndüyü zaman zikr və qiraəti deməsin. Qiblənin özünə diqqət yetirə bilməsə sağ əli ilə sol əli arasında olan istiqamətlərə diqqət yetirməlidir. Əgər qiblənin istiqamətini bilməsə onu tə`yin etmək üçün çalışmalı və öz zənninə əsasən əməl etməlidir. Əgər zənn əldə edə bilməsə namazını qiblə olmasına ehtimal verdiyi hər tərəfə qıla bilər. Amma əhvət budur ki, namazı dörd istiqamətdə qılsın. Bu o hallardadır ki, qibləni tanımaqla üzü qibləyə dayana bilsin. Və əgər təkbirətül-ehramdan başqa bunu yerinə yetirə bilməsə onunla kifayətlənsin əgər ümumiyyətlə bacara bilməsə üzü qibləyə dayanmaq şərti qüvvədən düşür.
Caizdir ki, insan namazın vaxtından əvvəl ixtiyari halda təyyarə ilə səfər etsin. Hərçənd bilsə ki, təyyarənin içərisində namazın bədənin aramlaşması və qiblə kimi şərtlərinə malik olmayacaq.
Məsələ 84: Əgər bir şəxs sür`əti yerin fırlanma sür`əti ilə bir olan bir təyyarəyə minsə və yerin şərqindən qərbinə doğru hərəkət edib bir müddət yerin ətrafına fırlansa, ehtiyat vacib odur ki, hər iyirmi dörd saatda beşlik təşkil edən namazları mütləq qürbət niyyəti ilə yerinə yetirsin. Lakin orucun qəzasını etməlidir.
Əgər təyyarənin sür`əti yerin fırlanma sür`ətindən iki qat artıq olsa təbiidir ki, hər on iki saatda bir dəfə yerin ətrafına fırlanacaqdır və iyirmi dörd saatda iki dəfə sübhün açılışını, iki dəfə günortanı və iki dəfə qürubu görəcəkdir. Ehtiyat vacib odur ki, hər sübh açılanda sübh namazını, hər günorta zamanı zöhr və əsr namazını və hər qürubdan sonra məğrib və işa namazını qılsın.
Əgər daha yüksək sür`ətlə yerin ətrafına fırlansa və məsələn hər üç saat, yaxud daha az bir zamanda yerin ətrafına fırlansa hər sübh açılanda, günorta və qürubda namaz vacib deyil. Vacib ehtiyat odur ki, hər iyirmi dörd saatda mütləq qürbət qəsdi ilə beşlik namazları yerinə yetirsin. Bunu da nəzərə alsın ki, sübh namazını fəcr açılanla günəş doğan vaxt arasında, zöhr və əsr namazını günorta ilə qürub arasında, məğrib və işa namazını qürubla gecə yarısı arasında qılsın.
Bu məsələdən aydın olur ki, əgər onun sür`əti yerin hərəkət sür`tinə bərabər olsa və məğribdən məşriğə doğru getsə gərək beşlik namazları öz vaxtlarında qılsın. Həmçinin əgər onun sür`əti yerin sür`ətindən az olsa da, hökm eynidir amma əgər onun sür`əti yerin sür`ətindən daha artıq olsa, məsələn hər üç saatda, yaxud ondan az vaxtda yerin ətrafına dolansa, onun məsələsi qeyd olunanlardan aydın olur.
Məsələ 85: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs sübh açılandan sonra öz şəhərində oruc niyyəti edib hava yolu ilə səfər etsə və hələ sübh açılmadığı bir şəhərə çatsa sübh açılana qədər yeyib içə bilər.
Məsələ 86: Əgər bir şəxs Ramazan ayında günortadan sonra öz şəhərindən səfər edib hələ günorta olmamış bir şəhərə çatsa vacib ehtiyata görə orucunu açmamalı və onu sona çatdırmalıdır.
Məsələ 87: Əgər bir şəxsin vəzifəsi səfərdə oruc tutmaq olsa və öz yerində Ramazan ayının hilalını gördükdən sonra üfüqün fərqli olmasına görə hələ hilalın görünmədiyi bir yerə getsə həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayının hilalını gördüyü bir ölkədə bayram keçirib sonra bir yerə getsə ki, üfüqün fərqli oluğuna görə hələlik hilal orada görünməyib, vacib ehtiyata görə gərək o günün qalanını orucunu açmasın onun qəzasını da yerinə yetirsin.
Məsələ 88: Əgər mükəlləf ilin altı ayının gecə, altı ayının gündüz olduğu yerdə olsa vacib ehtiyata görə namazında ora ən yaxın olan bir məkanı nəzərə almalıdır ki, hər iyirmi dörd saatda bir gecə-gündüz olur. Mütləq qürbət niyyəti ilə beşlik namazlarını həmin yerin üfüqünə uyğun yerinə yetirməlidir. Oruc barəsində də vacibdir ki, Ramazan ayında elə bir şəhərə getsin ki, orada oruc tuta bilsin, yaxud ondan sonra gedib qəzasını etsin. Əgər bunu edə bilməsə oruc əvəzinə fidyə verməlidir.
Lakin hər iyirmi dörd saatında gecə-gündüz olan bir şəhərdə olsa hətta gündüzü iyirmi üç saat, gecəsi isə bir saat, ya əksinə olsa onun namazının vaxtı xüsusi vaxtlara tabedir.
Amma oruca gəldikdə isə mümkün olduğu qədər Ramazan ayının orucunu tutması vacibdir. Mümkün olmadığı təqdirdə ondan götürülür. Əgər onun qəzasını yerinə yetirə bilərsə qəzası ona vacib olur, əks halda fidyə verməsi lazımdır.

24- Bəxt yoxlama biletləri (lotoreya biletləri)
Bəxt yoxlama biletləri bir vərəqədir ki, bə`zi şirkətlər onu müəyyən məbləğə satır və iltizam verirlər ki, bu vərəqələri alanların içərisində püşk ataraq püşk kimin adına çıxsa, ona müəyyən məbləğdə mükafat versin. Bu iş bir neçə vəch ilə təsəvvür olunur:

1-Pulu həmin vərəqin müqabilində püşk atmada udmaq və mükafatı əldə etmək ehtimalı ilə versin. Bu halda müamilə şəksiz haram və batildir. Əgər bir kəs bu haram işə mürtəkib olsa və püşk atanda udsa püşk atan şirkət dövləti olsa hədiyyə ünvanı ilə aldığı məbləğ məchulul malikdir və onda təsərrüf etmək şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər o şirkət xüsusi olsa o halda təsərrüf etmək caizdir ki, sahibinin onun təsərrüf etməsinə razı olmasını bilsin, hətta malı olmadığını bilsə belə.
2- Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək deyil, mədrəsə, məktəb, körpü saldırmaq kimi xeyriyyə işlərində iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı yoxdur. Bu halda əgər püşk bir adamın adına çıxsa, belə ki, şirkət dövləti olsa, mükafatı almaq vacib ehtiyata görə şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan istifadə etməyin işkalı yoxdur. Əgər dövlət şirkəti olmazsa, verilən hədiyyədən istifadə etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur.
3- Pul verməkdə məqsəd şirkətə borc vermək olsun belə ki, vərəqəni alan, müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verir, şirkətin də vəzifəsi bu olur ki, qeyd olunan məbləği qaytarmaqdan əlavə, püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği mükafat adı ilə versin. Bu müamilə haramdır. çünki ribalı borcdan hesab olunur.

İSTİLAHLAR
Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.
Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi.
Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə qərarına əməl edən kimsə.
Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək.
Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən.
Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr baş verərkən vacib olan iki rük`ət namaz.
Aybaşı – Heyz, qadının adət halı.
Az su – Yerdən qaynamayan və kürr sudan az olan su.
Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız.
Batil – Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl.
Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz (bax: məs. 1528).
Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq.
Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq.
Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi)
Vacib – Edilməsi Allah tərəfindən əmr olunan əməl.
Vacib qüsl – Yerinə yetirilməsi gərəkli olan qüsl.
Vacib qüsllər:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məss meyyit qüsü.
6. Meyyit qüslü.
7. Nəzir, and və başqa yollarla vacib olan qüsl.
Vədi`ə – əmanət.
Vəhşət namazı – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz.
Vəqf – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf etmək.
Varis – Ölən adamın malına şər`ən sahib olan şəxs.
Vəsi – Ölünün vəsiyyət etdiyi şəxs.
Vəsiyyət – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri.
Vətən – İnsanın özünə yaşamaq üçün seçdiyi yer.
Vədi – Bövl etdikdən sonra insandan çıxan su.
Vəkalət – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək.
Vəkil – Başqası üçün bir işi görən adam.
Vəli – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi.
Vəzi – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su.
Vilayət – Rəhbərlik, idarə etmək.
Vitr namazı – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf` namazından sonra qılınan bir rük`ətlik namaz.
Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq.
Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq.
Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq.
Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq.
Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir.
Səcdə ayələri aşağıdakılardır
Səcdəsi vacib olanlar:
1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə
2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə
3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə.
4. 30-cu cüz, «Ələq» surəsi, son ayə
Səcdəsi müstəhəbb olanlar:
1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə
2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə
3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə
4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə
5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə
6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə
7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə
8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə
9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə
10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə
11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə
Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəbb olan iki rük`ətli xüsusi namaz.
Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.
Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq.
Dinin zəruriyyəti – Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi).
Diyə – Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində ödənilən mal.
Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan şeylərin əsli.
Ədalət – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə.
Əhd – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək.
Əqdi-daim – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan evlənmə əlaqəsi.
Əqd – Bağlılıq, evlənmə bağlılığı.
Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə davranmaq.
Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.
Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat.
Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.
Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz.
Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir.
İcarə – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının istifadəsinə vermək barədə bağlanan müqavilə.
İftar – Orucu pozmaq.
İfza – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü bir eləmək, yə`ni məcralar arasındakı pərdəni yırtmaq.
İhtilam – İnsandan məni çıxması.
İqamət qəsdi – Yolçünün bir yerdə on gün qalmağa qərar verməsi.
İkinci fəcr – Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı həmin vaxtdan görünür.
İmsaq – Bir şeydən çəkinmək.
İnşa qəsdi – Alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə vücuda gətirməyi qəsd etmək.
İrtimas – Suya baş vurmaq.
İrtimasi-qüsl – Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl.
İrtimasi dəstəmaz – Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan dəstəmaz.
İrs – Ölən bir şəxsdən varisinə qalan mal.
İstibra – Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur:
1. Bövldən istibra.
2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına əmin olmaq üçün bövl etmək.
3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yə`ni nəcis yeyən heyvan, öz təbii yeməyinə alışana qədər insan nəcasatını yeməkdən qorumaq.
İstihalə – Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya itin bir duzluğa düşüb duza çevrilməsi.
İstihazə – Qadınların gördüyü üç növ qandan birinin adı.
İstimna – Məni çıxmasına səbəb olacaq bir işlə məşğul olmaq (əlilə məni çıxmasına səbəb olmaq kimi).
İstisqa namazı – Yağmur yağması üçün xüsusi bir şəkildə qılınan namaz.
İstitaət – Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; şəxsin boynuna həcc gəlməsi.
Zə`f – Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq.
Zamin – Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil.
Zərurət – Çarəsizlik, məcburluq.
Zəkat – İnsanın bə`zi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək üçün ayırdığı miqdir.
Zəkat nisabı – Zəkatı vacib olan şeylərin hər birində tə`yin edilmiş miqdar.
Zimmət şərtləri – Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər.
Zimmi – İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları əvəzində İslam dövlətinin himayəsi altında yaşayan kitab əhli olan kafirlər, xristianlar və yəhudilər.
Zina – Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi.
Yaisə – Heyz qanı görməyəcək yaş yetişən qadın.
Yəqin – Doğru bilgi, yanlışlığına heç bir ehtimal olmayan mə`lumat.
Kafir –
1. Allahın varlığını inkar edən kimsə
2. Allaha şərik qoşan adam
3. Nübüvvəti qəbul etməyən şəxs
4. İmamlardan birinin Allah olduğuna və ya Allahın onlardan birinə hülul etdiyinə inanan məxluq
5. İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasiblər.
Kitab əhli – Özlərini kitabı peyğəmbərlərdən birinə tabe bilən qeyri-müsəlmanlar (yəhudi və xristianlar kimi).
Kiçik hədəs – Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan şeylər, istihazə və qüslü lazım etməyən şeylər.
Gecə namazı – Gecə yarısından sonra qoşa rük`ətlə qılınan 8 rük`ətli namaz.
Gündəlik nafilələr – Gündəlik müstəhəbb namazlar. Cümə günü 38, qalan günlərdə 34 rük`ətdir.
Ləhv alətləri – Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.).
Məhrəm – İnsanın evlənməsi əbədi haram olan şəxslər.
Məzalim – Satıcıdan və alıcıdan, illər ərzində müamilə zamanı bilməyərəkdən pullardan qalan qalıqların miqdarının fəqirlər arasında paylanması.
Məzməzə – Suyu ağızda çalxalamaq.
Məkruh – Edilməsi haram olmayan, lakin şər`i qaydada edilməməsi daha yaxşı olan iş.
Məsh – Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri və üzü öz hissəsinə və ayaqların üzərinə məsh etmək, sürtmək.
Meyyit – Ölü, cənazə.
Məzi – Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil).
Milli mürtədd – Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu bildikdən sonra müsəlman olub, təkrar kafir olan şəxs.
Miskin – Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs.
Mubah – Şər`i nöqteyi-nəzərdən yaxşı və ya pis olmayan iş, vacib, müstəhəbb, haram və məkruhdan qeyri-işlər.
Mübtədiə – İlk dəfə heyz qanı görən qadın.
Mudd – Təqribən 10 sir (750 qr.) miqdarında ölçü.
Muhrim – Həcc və umrə ehramında olan şəxs.
Muhtəzər – Can vermə vəziyyətində olan adam.
Muhtəlim – Yuxuda ikən cinsiyyət üzvündən məni xaric olan şəxs.
Muhtərəm mallar – İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.
Müqəllid – Müctəhidə təqlid edən, onun sözlərinə baxan.
Müməyyiz – Yaxşı və pisi anlayan uşaq.
Murdar – Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.
Musaqat – Sulamaq, bağ sahibi ilə bağban arasında bağlanan anlaşma. Bu anlaşmaya görə bağban ağacları sulayıb, onlara qulluq etməsi müqabilində bağın müəyyən bir miqdarda meyvəsindən istifadə edə bilər.
Mütənəccis – Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək nəcis olan şey.
Mut`ə – Daimi olmayan əqd ilə bağlanan nigah.
Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin