İyulun 7-də Naxçıvan Muxtar Respubli kası Ali Məclisinin Sədri yanında Bilik Fon



Yüklə 1.35 Mb.
Pdf просмотр
səhifə3/3
tarix26.05.2017
ölçüsü1.35 Mb.
1   2   3

Kərəm HƏSƏNOV

“Gəmiqaya Mebel Fabriki” MMC-də yeni

istehsal sahəsi yaradılıb

              

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf

edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında

mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən

tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə

şərait  yaradıb,  nəticədə,  muxtar  respublikada  müxtəlif  çeşidlərdə

yüksək keyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr

fəaliyyətə başlayıb. 

Naxçıvan məhsulları xarici bazarda

    Cari ildən Naxçıvan Muxtar Res-

publikası Səhiyyə Nazirliyinin tabe-

liyindəki tibb müəssisələrində çalışan

həkim və orta tibb işçilərinə ixtisas

dərəcələrinin verilməsinə başlana-

caqdır. Bu məqsədlə Naxçıvan Mux-

tar Respublikası Səhiyyə Nazirliyində

ixtisas komissiyası yaradılmışdır.

    Büdcədən  maliyyələşdirilən  sə-

hiyyə  müəssisələrində tibbi xidmət

sahəsində  yüksək  iş  təcrübəsi  ilə

fərqlənən həkim və orta tibb heyəti

vəzifələrində çalışan səhiyyə işçilə-

rinə  ixtisas dərəcələrinin verilməsi

qaydaları müəyyən edilmişdir. Həmin

qaydalara  görə,  tibbi  xidmət  sahə-

lərində yüksək iş təcrübəsi, peşəkarlıq

səviyyəsi ilə fərqlənən tibb işçilərinə

ali, birinci və ikinci ixtisas dərəcəsi

verilir. Tibb işçilərinə ixtisas dərə-

cəsinin verilməsi praktik tibb və ya

əczaçılıq fəaliyyəti ilə məşğul olan

şəxslərin (işçilərin) sertifikasiyasının

nəticələrinə uyğun olaraq müəyyən

edilir.


    İxtisas dərəcələrinin verilməsinə

qoyulan tələblərə əsasən, səhiyyə

müəssisələrində çalışan və ixtisası

üzrə əmək stajı beş ildən az olma-

yan ali və orta təhsilli tibb işçiləri

ardıcıllıqla (ikinci, birinci, ali) ix-

tisas  dərəcəsini  almaq  hüququna

malikdirlər.

    İxtisas  komissiyasının  üzvləri

tərəfindən praktik tibb və ya əcza-

çılıq  fəaliyyəti  ilə  məşğul  olmaq

üçün sertifikasiyadan keçən tibb iş-

çilərinə ixtisas dərəcəsinin verilməsi

məqsədilə  səhiyyə  mütəxəssisinin

beş il ərzində ixtisası üzrə fəaliyyəti

barədə hesabatı ilə tanış olaraq on-

ların ixtisasına aid praktik bilik sə-

viyyəsini və peşə vərdişlərini müəy-

yən edən suallar verilir. Tibb işçi-

lərinə ixtisas dərəcələrinin verilməsi

barədə ixtisas komissiyası tərəfindən

rəy hazırlanarkən onların mövcud

ixtisas dərəcəsinin təsdiq və ya də-

yişdirilməsi  barədə  nazirlik  qarşı-

sında vəsatət qaldırılır.

    İxtisas  dərəcələrinin  verilməsi

aşağıda qeyd olunan meyarlara əsa-

sən müəyyən edilir:

    -II dərəcə: ixtisas üzrə 5 il stajı

olan, tutduğu vəzifədə ixtisası üzrə

sərbəst fəaliyyət göstərən, mütəxəssis

kimi iş yerində müsbət xarakterizə

olunan;

    -I dərəcə: ixtisas üzrə 10 ildən

artıq stajı olan, ixtisası üzrə sərbəst

fəaliyyət  göstərən,  ixtisasına  aid

müxtəlif  tədbirlərdə  iştirak  edən,

mütəxəssis kimi iş  yerində müsbət

xarakterizə olunan;

    -ali dərəcə: ixtisas üzrə 15 ildən

artıq  stajı  olan,  ixtisasına  uyğun

yüksək ixtisaslaşdırılmış tibbi xidmət

göstərməyə  bacarığı  olan,  elmi-

praktik konfranslarda iştirak edən,

mütəxəssis kimi iş yerində müsbət

xarakterizə olunan. 

    İxtisas  komissiyası  tərəfindən

namizədin tibb üzrə fəlsəfə doktoru

və ya tibb elmləri doktoru elmi də-

rəcəsinin olması, rezidenturanı bi-

tirməsi, elmi məqalələrin dərc edil-

məsi nəzərə alınır.

    İxtisas  komissiyası  tərəfindən

verilən rəy müvafiq formada hazır -

lanır və komissiyanın sədri, katibi,

üzvləri tərəfindən imzalanır və təsdiq

üçün nazirliyə təqdim olunur. Na-

zirliyin  əmri  ilə  bir  həftə  ərzində

tibb işçisinə müvafiq formada ixtisas

dərəcəsi  barədə  beş  il  müddətinə

şəhadətnamə verilir.

    İxtisas dərəcəsi olan tibb işçisinə

hər  ay  aşağıdakı  miqdarda  əlavə

haqq ödənilir:

    -ali ixtisas dərəcəsinə görə – və-



zifə maaşının 25 faizi miqdarında;

    -birinci ixtisas dərəcəsinə görə

– vəzifə maaşının 15 faizi miqda-

rında;

    -ikinci ixtisas dərəcəsinə görə –

vəzifə maaşının 10 faizi miqdarında.  

    İxtisas dərəcəsinə görə əlavə haqq

ixtisas  dərəcəsinin  hansı  ixtisasa

görə verilməsindən asılı olmayaraq,

ixtisas dərəcəsinin qüvvədə olduğu

müddətdə (sonuncu ay tam nəzərə

alınmaqla)  bu  dərəcənin  alındığı

növbəti aydan başlayaraq ödənilir.

İş yerini dəyişən tibb işçisinin ixtisas

dərəcəsi saxlanılır.



Naxçıvan Muxtar Respublikası 

Səhiyyə Nazirliyinin 

mətbuat xidməti

4

İtmişdir

Naxçıvan şəhərinin Qaraxanbəyli kənd sakini Səfərov Arzu Nəbi oğ-

lunun adına olan 204 inventar nömrəli texniki pasport və MH-0009605

seriya nömrə li reyestrdən çıxarış itdiyindən etibarsız sayılır.

    Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş

15 iyun-6 iyul 2015-ci il tarixləri arası keçirilən mini-futbol yarışı başa

çatmışdır. 

    Final görüşünə kimi 10 komanda dairəvi üsulla oyunlar keçirmiş və 4

komanda yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Ordubad rayon bi-

rinciliyinin həlledici qarşılaşmasında Ordubad Rayon Gənclər və İdman

İdarəsinin “Gənclər birliyi” komandası ilə Ordubad şəhərinin “Qapıcıq”

komandası üz-üzə gəlmişlər. “Qapıcıq” komandası 4:2 hesabı ilə qalib

gəlmiş və birinci yerə layiq görülmüşdür. 

    Qalib  komanda  kubok,  diplom  və  qiymətli  hədiyyələrlə  mükafat-

landırılmışdır.

Naxçıvan Muxtar Respublikası 

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ordubad rayonunda mini-futbol turniri

başa çatmışdır

    Dünən  Naxçıvan  Muxtar  Res-

publikası Gənclər və İdman Nazir-

liyinin tədbirlər planına əsasən, Yeni

Azərbaycan Partiyası Babək Rayon

Təşkilatının  Heydər  Əliyev  adına

Gənclər  Birliyi  və  Babək  Rayon

Gənclər və İdman İdarəsinin təşki-

latçılığı ilə bir qrup gəncin Naxçıvan

şəhərindəki Cəmşid Naxçıvanskinin

ev-muzeyinə  və  Xatirə  Muzeyinə

ekskursiyası təşkil edilib. Gənclərə

hər  iki  muzeydə  olan  eksponatlar

və hərb tariximiz barədə ətraflı mə-

lumat  verilib.  Bu  kimi  tədbirlərin

gənc nəslin vətənpərvərlik tərbiyə-

sinin düzgün formalaşdırılmasında,

hərb  tariximizin  öyrənilməsində

müstəsna əhəmiyyət kəsb etdiyi nə-

zərə alınaraq gələcəkdə də keçiril-

məsi davam etdiriləcək.

Gənclər muzeylərdə olublar

Həkim və orta tibb işçilərinə ixtisas 

dərəcələri veriləcək

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Kərəm Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 4020. Sifariş № 527

Baş redaktor:

TURAL SƏFƏROV

Ötən əsrin 90-cı illərinin əvvəl-

lərində Şərurun şəhər olmağı yalnız

adında idi. Nə yolları yol idi, nə də

küçələri. Piyadalar üçün gediş-gəliş

yollarını zəbt edən primitiv köşkləri,

yöndəmsiz,  köhnə  tikililəri  rayon

sakinləri yaxşı xatırlayırlar. Kəskin

şaxtalı-çovğunlu  qışın  gəlişi  qay-

ğıları  daha  da  artırırdı.  Uzun  qış

gecələri dözülməz olurdu. Bu saat-

larda şəhər zülmətə bürünürdü. Heç

yadımdan  çıxmaz.  1994-cü  il  idi.

Qonşuluqda yaşayan ailələrdən biri

Naxçıvan şəhərinə köçürdü. Həmin

gün valideynlərimizin etdiyi söhbəti

indi  də  yaxşı  xatırlayıram.  Qonşu

Tünzalə xala burada vəziyyətin dö-

zülməz  olduğunu,  çörəkpulu  qa-

zanmağın çətinliklərini və gün-gü-

zəranlarının  getdikcə  pisləşdiyini

ürəkağrısı ilə anama danışaraq tez-

tez ah çəkirdi. O səhnəni, yəqin ki,

unuda bilməyəcəm. İndi hər dəfə o

küçədən  keçəndə  istər-istəməz  o

evə tərəf boylanıram. Uşaqlıq xati-

rələrimin  yaşadığı  bu  ünvanı  bu-

günkü görkəmdə görəndə gözlərimə

inana bilmirəm. Sanki bu küçə elə

bu gün gördüyüm kimi olub – uzun

illər bundan əvvəl uçuq-sökük evin

yerində, necə deyərlər, saray ucal-

dılıb.  Tünzalə  xalagil  neçə  illər

əvvəl yenidən doğma Şərur torpa-

ğına qayıdaraq burada özlərinə yaxşı

şərait yaradıblar. 

Bu düşüncələrlə bir də baxdım

ki, Şərur şəhərindəyik. 

Şərurla bağlı uşaqlıq xatirələrimi

bir-bir yada salaraq şəhəri gəzirəm.

Bu dəfə heç kəslə danışmayacağımı

qərara almışam. İstəyirəm ki, doğ-

ma  şəhərimlə  baş-başa  verəm.

Onun üçün də müsahibim elə Şərur

şəhərinin  özüdür.  Şəhəri  gəzirik

və  gördüklərimizi  həmkarım  fo-

toaparatın yaddaşına köçürür. Ürək -

açan görüntülər bir deyil, beş deyil.

Hara baxırsan, bir yenilik gözə də-

yir. Şəhərin təmizliyinə də söz ola

bilməz. 

Oğuz-türk yurdu bu gün regionun

ən abad və yaraşıqlı yaşayış məs-

kənlərindən birinə çevrilib. Tikilən,

ərsəyə  gətirilən  obyektlərin  əksə-

riyyəti  son  illərin  ərməğanlarıdır.

Ancaq onu da mütləq vurğulama-

lıyam və hər bir şərurlu da təsdiq

edər ki, bu gün qurulanlar, ərsəyə

gətirilənlər, insanların ixtiyarına ve-

rilənlər  elə-belə  başa  gəlməyib.

Zəhmət çəkilib, tər tökülüb, yollar

axtarılıb. Çəkilən zəhmət isə Şərurda

öz bəhrəsini verib. 

Yadıma  xalqımızın  ümummilli

lideri  Heydər  Əliyevin  Şərur  və

onun  işgüzar  sakinləri  barəsində

söylədiyi fikirlər düşür: “Şərur ra-



yonunun imkanları böyükdür. Bu-

rada  yaxşı  torpaqlar  var,  çox  fə-

dakar insanlar var”, –  deyən müd-

rik rəhbər rayon sakinləri ilə görü-

şündə  onlara  öz  tövsiyə  və  tapşı-

rıqlarını  da  verib:  “Arzu  edirəm



ki, Şəruru daha da abadlaşdırası-

nız, gözəlləşdirəsiniz və iqtisadiy-

yatınızı daha da inkişaf etdirəsiniz”. 

Sakinlər  ulu  öndərin  bu  tapşı-

rıqlarını layiqincə yerinə yetirməyə

çalışırlar. Regionların sosial-iqtisadi

inkişafı  dövlət  proqramı  çərçivə-

sində  həyata  keçirilən  tədbirlər

diqqəti daha çox cəlb edir. Rayonda

bir sıra infrastruktur layihələri hə-

yata keçirilib, onlarla müasir bina

inşa olunub. Demək olar ki, rayo-

nun bütün idarə, müəssisə və təş-

kilatları  belə  binalarda  fəaliyyət

göstərir. Bu isə torpaq qədri bilən

yurd təəssüblü şərurlulara yüksək

səviyyədə  xidmət  etməyə  imkan

verib. 


Şərur  şəhərində  diqqəti  çəkən

ünvanlardan  biri  ümummilli  lider

Heydər Əliyevin adını daşıyan pros-

pektdir.  Prospekt  abadlığı,  səliqə-

sahmanı,  gülzarlıqları  ilə  seçilir.

Bu  isə,  ilk  növbədə,  şərurluların

ulu  öndərin  adı  ilə  bağlı  ünvanı

daha gözəl, yaraşıqlı görmək, fərq-

ləndirmək  istəyindən  qaynaqlanır.

Axı hər yerdə olduğu kimi, bu ra-

yonda da insanlar yaxşı dərk edirlər

ki,  bu  xoş  günləri,  əmin-amanlığı

bizə məhz ulu öndərimiz bəxş edib;

bugünkü inkişafın təməli ümummilli

liderimiz tərəfindən qoyulub. 

Bir  məsələni  xüsusilə  diqqətə

çatdırmaq istəyirəm. Hər dəfə Şərur

şəhərinə üz tutanda burada müxtəlif

təyinatlı obyektlərin tikintisinin şa-

hidi oluruq. Yeni ucaldılan yaraşıqlı

tikililər,  müasir  görkəmə  salınan

yaşayış binaları, parklar göz oxşayır,

qəlbi riqqətə gətirir. Əlbəttə, bütün

bunlar  sadə  görüntü,  yaxud  bəsit

məntiqin  nəticəsi  kimi  yozulma-

malıdır.  Bütövlükdə,  muxtar  res-

publikamıza  xas  olan  quruculuq,

abadlıq ab-havasının bu rayon mər-

kəzində yaratdığı füsunkarlığın ar-

xasında  böyük  məna  dayanır.  Sa-

lınmış səkilər, bir-birindən yaraşıqlı,

müasir  binalar,  onların  ətraflarını

bəzəyən çiçəklər, gülzarlıqlar, park-

lar,  xiyabanlar  gözəllik  mahiyyəti

kəsb etməklə yanaşı, sağlam mənəvi

atmosferi, əhalinin rahatlığını, həm-

çinin  şərurluların  qurub-yaratmaq

əzmini də göstərir. 

Azərbaycan ədəbiyyatının böyük

simalarından  olan  Nizaminin  və

Sabirin adını daşıyan ünvanları da

gəzdim. O ünvanları ki, bir vaxtlar

az qala yaddan çıxmış, necə deyərlər,

gözdənuzaq, könüldəniraq düşmüş-

dülər. Həmin küçələrdə elə böyük

abadlıq-quruculuq işləri aparılıb ki,

sözlə təsvir etmək çətindir. 

Şərur  şəhərində  iki  tam  orta

məktəb  fəaliyyət  göstərir.  Hər  iki

təhsil ocağına muxtar respublikada

aparılan  abadlıq,  quruculuq  işlə-

rindən pay düşüb. Məktəblərin bi-

naları yenidən qurulub, maddi-tex-

niki  bazaları  gücləndirilib.  Bu,

təhsil  ocaqlarında  tədrisin  səviy-

yəsinin yüksəldilməsinə müsbət tə-

sir göstərib.  

Ölkə  Prezidenti  cənab  İlham

Əliyev 2007-ci ilin oktyabr ayında

Naxçıvana  səfəri  zamanı  rayon

mərkəzində  inşa  olunmuş  xəstə-

xana şəhərciyi kompleksinin açılış

mərasimində iştirak edərkən burada

görülən işləri, həyata keçirilən təd-

birləri yüksək qiymətləndirib: “Çox

şadam ki, Şərurda belə gözəl sə-

hiyyə  ocağı  tikilib  istifadəyə  ve-

rilibdir.  Mən  xəstəxana  ilə  indi

tanış  oldum,  gördüm  ki,  sözün

əsl  mənasında,  bütün  dünyada

mövcud olan yüksək standartlara

cavab  verən  bir  tibb  ocağıdır.

Belə  gözəl  xəstəxanalar  inkişaf

etmiş ölkələrin böyük şəhərlərində

də tikilmir”.

Şərur:

Azərbaycanın müasir şəhərlərindən biri

Şərur  şəhərindən  ayrılanda  nahar  vaxtı  idi.  Müxtəlif  idarə,

təşkilat  və  müəssisələrdə  çalışanların  bir  qismi  nahar  üçün

evlərinə tələsirdi. Onların  üzlərinə baxdım. Təbəssümlü baxışları

çox mətləblərdən xəbər verirdi. Hiss etmək çətin deyildi ki, onlar

Şərurun bu günü ilə qürur hissi keçirirlər. Həmin gün gördüyüm,

şahidi olduğum hər bir şey – abad yol, yaraşıqlı məktəb binaları,

gözoxşayan olimpiya-idman kompleksi mənə röya görürmüş kimi

gəlirdi. Amma bütün bunlar yuxu deyil, gerçəklik, obrazlı desəm,

müstəqillik  Günəşinin  yaşı  qədim,  özü  yeni  qurulan  bir  yurd

yerinə saçdığı şəfəqin ziyasında parlayan quruculuq ərməğanları,

müasir günlərimizin reallığıdır. 



Sara ƏZİMOVA



Şərura  çatmağımıza  az

qalmış  şəhərin  uzun  illər

bundan əvvəlki miskin gör-

kəmi yadıma düşdü. Rayo-

nun  bu  mənzərəsini  yaxşı

xatırlayıram.  Əslən  bu  ra-

yondan  olduğum  üçün  ya-

şımın bu vədəsinə kimi hər

həftə, hər ay Şərura getmi-

şəm.  Ona  görə  də  Şərurun

dünənini və bu gününü mü-

qayisə  etmək  mənim  üçün

çətin deyil.

Каталог: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə