İyulun 7-də Naxçıvan Muxtar Respubli kası Ali Məclisinin Sədri yanında Bilik Fon



Yüklə 1.35 Mb.
Pdf просмотр
səhifə2/3
tarix26.05.2017
ölçüsü1.35 Mb.
1   2   3

Xəbərlər şöbəsi

Daha bir kənddə kompleks 

quruculuq işləri aparılır

   “Azərbaycan  Respublikası  və-

təndaşlarının  2015-ci  il  iyulun

1-dən 30-dək müddətli həqiqi hərbi

xidmətə çağırılması və müddətli hə-

qiqi  hərbi  xidmət  hərbi  qulluqçu-

larının  ehtiyata  buraxılması  haq-

qında”  Azərbaycan  Respublikası

Prezidentinin 29 may 2015-ci il ta-

rixli Sərəncamına əsasən, Naxçıvan

Muxtar Respublikası Səfərbərlik və

Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Xidmətində gənclərin müddətli hə-

qiqi  hərbi  xidmətə  yola  salınması

mərasimi keçirilib.

    Mərasimi  giriş  sözü  ilə  Naxçıvan

Muxtar  Respublikası  Səfərbərlik  və

Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət

Xidmətinin rəisi, general-mayor Səxavət

Salmanov açıb.

    Azərbaycan Respublikasının Dövlət

Himni səsləndirildikdən sonra xidmətin

rəisi bildirib ki, ölkəmizdə bütün sahələr

üzrə əldə edilən nailiyyətlər ordumuzun

da hərtərəfli inkişafına və güclənməsinə

səbəb olub. Bu gün Azərbaycanın, eyni

zamanda onun ayrılmaz tərkib hissəsi

olan Naxçıvan Muxtar Respublikasının

təhlükəsizliyini sayıqlıqla müdafiə edən

müasir və güclü ordusu vardır. Ordu

quruculuğu  sahəsində  görülən  işlər,

ölkəmizin  hərbi  qüdrətinin  yüksələn

xətt  üzrə  inkişaf  etməsi  ordumuzun

istənilən  anda  işğal  altında  olan  tor-

paqlarımızı  azad  etməyə  qadir  oldu-

ğunu göstərir. Silahlı Qüvvələrimizin

muxtar  respublikada  yerləşən  hərbi

hissələrində  maddi-texniki  bazanın

gücləndirilməsi, şəxsi heyətin mənə-

vi-psixoloji hazırlığına göstərilən diqqət

çağırışçı gənclərin də böyük ruh yük-

səkliyi  ilə  hərbi  xidmətə  yola  salın-

masına şərait yaradıb. 

    Səxavət Salmanov Vətən qarşısında

borcunu yerinə yetirməyə yola düşən

çağırışçıların valideynlərini təbrik edib

və əmin olduğunu bildirib ki, övladları

ordu sıralarında ləyaqətlə xidmət keç-

məklə,  hərbi  texnikanın  sirlərinə  ya-

xından yiyələnməklə, torpaqlarımızın

keşiyində ayıq-sayıq dayanmaqla on-

ların başını uca edəcəklər. 

    Naxçıvan  Muxtar  Respublikası

Gənc lər  və  İdman  nazirinin  müavini

Mirməcid Seyidov, Ədliyyə nazirinin

müavini Elnur İsmayılov çıxış edərək

bu əlamətdar hadisə münasibətilə ça-

ğırışçıları və onların valideynlərini təb-

rik ediblər. Çıxış edənlər Azərbaycan

Ordusunun şanlı tarixindən, ulu öndər

Heydər Əliyevin ikinci dəfə ölkə rəh-

bərliyinə qayıdışından sonra ordu qu-

ruculuğu sahəsindəki misilsiz xidmət-

lərdən söhbət açaraq bildiriblər ki,  son

illərdə  ölkə  başçısının  xüsusi  diqqət

və qayğısı sayəsində ordumuz regionun

ən güclü və qüdrətli ordusuna çevrilib.

İndi bu ordu torpaqlarımızı düşməndən

azad etməyə tam hazırdır.

    Valideyn Fəxrəddin Vəliyev nəvəsinin

hərbi xidmətə yola salınmasından böyük

qürur hissi keçirdiyini bildirib, çağırışçı

gənclərə xoş arzularını çatdırıb.

   Çağırışçılar adından çıxış edən Ülvi

Xəlilzadə Vətənə şərəflə xidmət edə-

cəklərinə, komandirlərinin tapşırıqlarını

vaxtında və dəqiq yerinə yetirəcəklərinə

söz verib.

    Mərasim  Azərbaycan  Respublika-

sının Dövlət Himninin səsləndirilməsi

ilə başa çatıb.

*   *   *

    Həmin gün Şahbuz və Sədərək ra-

yonlarında da gənclərin ordu sıralarına

yolasalma mərasimləri keçirilib.

Gənclər hərbi xidmətə yola salınır

    2015-ci ilin 6 ayı ərzində muxtar

respublikanın müəssisə və təşkilatları

tərəfindən dövlət vəsaiti hesabına mal-

ların (işlərin, xidmətlərin) satın alın-

ması  zamanı  qanunvericiliyin  tələb-

lərinin gözlənilməsi istiqamətində bir

sıra tədbirlər görülmüş, işdə şəffaflıq

prinsipi qorunmuş, müsabiqələrin qa-

nunvericiliyə  uyğun  olaraq,  ədalətli

rəqabət şəraitində keçirilməsinə nəzarət

gücləndirilmişdir.

    Muxtar respublikada sosial-iqtisadi

sahədə davamlı inkişafın təmin olun-

ması ümumi daxili məhsulun həcminin

də artmasına səbəb olmuşdur. Həyata

keçirilən  səmərəli  iqtisadi  siyasətin

nəticəsidir  ki,  özəl  sektorun  ümumi

daxili məhsuldakı payı ildən-ilə artır.

Muxtar respublikada sahibkarlığa gös-

tərilən diqqət və qayğı dövlət satınal-

maları  üzrə  keçirilən  müsabiqələrdə

iddiaçılar arasında yerli məhsul isteh-

salçılarının  daha  fəal  iştirakını  təmin

etmişdir.  Belə  ki,  satın  alınan  ərzaq,

bərk və yumşaq inventarların və sair

məhsulların böyük hissəsi yerli istehsal

hesabına ödənilir, aparılan tikinti, tə-

mir-bərpa işlərinin əksər hissəsi yerli

şirkətlər tərəfindən icra olunur.

    2015-ci  ilin  6  ayı  ərzində  muxtar

respublikada  keçirilmiş  75  satınalma

müsabiqəsi nəticəsində 919 min manat

dövlət vəsaitinə qənaət olunmuşdur.



2015-ci ilin 6 ayı ərzində dövlət satınalmaları sahəsində fəaliyyət

şəffaflıq şəraitində keçmişdir

    “

Elektron  Naxçıvan-10:  təhsil  prosesinin  təkmilləşdirilməsində

informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda

Naxçıvanda  keçirilən  beynəlxalq  konfransdan  sonra  AMEA-nın

prezidenti,  akademik  Akif  Əlizadədən  Naxçıvanda  elmin  inkişafı,

bu sahədə qazanılan uğurlar barədə fikirlərini öyrəndik.

Akademik Akif Əlizadə: Naxçıvanda elmin inkişafına göstərilən 

qayğı dəyərli elmi nəticələr əldə olunmasına şərait yaradır

3

    Naxçıvanın  biomüxtəlifliyinin

tədqiqi vəziyyəti AMEA Naxçıvan

Bölməsi  yaranana  qədər  sistemli

olma mış, ərazinin malik olduğu tak-

sonomik  vahidlər  müəyyən ləş -

dirilmə miş, böyük əksəriyyət bitki

və heyvanların aid olduqları qruplar,

demək olar ki, tam tədqiq edilmə-

mişdir.  Bu  çatışmazlıqları  aradan

qaldırmaq  üçün  Bioresurslar  İnsti-

tutunun əməkdaşları ərazinin tədqiq

edilməmiş  bitki  və  heyvanlar  alə-

minin şöbə və siniflərinin bir çoxunu

ciddi surətdə öyrənərək maraqlı nə-

ticələr almışlar. 

    Naxçıvan  Muxtar  Respublikası

Ali  Məclisi  Sədrinin  elmi-tədqiqat

işlərinin  səmərəli  aparılması  üçün

elm  adamlarına  göstərdiyi  xüsusi

diqqət  və  qayğı  sayəsində  müasir

cihaz və  avadanlıqlar alınmış, eyni

zamanda təcrübə sahələrində su təc-

hizatı  da  xeyli  yaxşılaşdırılmışdır.

Əməkdaşlarımız  mütəmadi  olaraq

mövcud  sahələrdə  ekoloji  mühitin

yaxşılaşdırılması, ərzaq proqramının

yerinə yetirilməsi üçün müxtəlif is-

tiqamətlərdə  elmi-tədqiqat  işləri

aparmış, sortların toxum materialları

toplanılaraq  AMEA  Genetik  Ehti-

yatlar  İnstitutunun  Toxum  genetik

fonduna verilmişdir. 

    Bu gün regionun tükənməz təbii

sərvəti hesab edilən bitkilər aləminin

kompleks  şəkildə  hərtərəfli  öyrə-

nilməsi vacib və aktual problemlər-

dən biridir. Bioresurslar İnstitutunun

Nəbatat bağında introduksiya edilən

100-ə yaxın ağac və kolları, həmçinin

nadir və dərman bitkilərini də mədəni

flora  növləri  kimi  flora  spektrinə

daxil etsək, onda ərazidə 2900 növ-

dən çox yabanı ali sporlu, çılpaqto-

xumlu  və  örtülütoxumlu  bitkilərin

yayıldığı məlum olmuşdur. Bu, Azər-

baycan florası növlərinin (5000) 58

faizini təşkil edir. Aparılan tədqiqatlar

əsasında  müəyyənləşdirmişik  ki,

faydalı bitkilərimiz, təqribən, 750-

800 növə yaxındır. Ərazidə 27 faydalı

bitki  qrupları  müəyyən  edilmişdir.

Bunlara  yem,  dərman,  efir  yağlı,

piyli-yağlı, boyaq əhəmiyyətli, bə-

zək-bağçılıq üçün yararlı, balverən,

yeyilən  yabanı  qida  bitkiləri,  aşı

maddəli, lifli, kitrəli, qlükozidli, al-

kaloidli, vitaminli, kosmetik bitkilər

aiddir.

    Aparılan  işlərdən  ən  mühümlə-



rindən biri də yeni sort və formaların

yaradılması və tətbiqindən ibarətdir.

İnstitutumuzun  uzun  illər  apardığı

tədqiqat nəticəsində bütün parametr-

lərinə  görə  yerli  sortlardan  üstün

olan yeni noxud və arpa sortu yara-

dılmışdır. Arpanın  yeni  yaradılmış

“Qılçıqlı-85” sortu institutun Şornav

təcrübə  sahəsində  kütləvi,  Nəbatat

bağının təcrübə sahəsində isə fərdi

seçmə  yolu  ilə  yaradılmışdır.  Sort

payızlıqdır və tezyetişəndir. Bir sün-

büldə dənlərin sayı orta hesabla 60-

65  ədəddir.  Məhsuldarlığı  hektara

60-75  sentner  olmuşdur  ki,  bu  da

“Naxçıvan  dəni”  sortuna  nisbətən

hər hektardan 15-20 sentner çoxdur.

    Noxudun “Qaraca-85” sortu bey-

nəlxalq İCARDA elmi mərkəzindən

alınmış Flip 03-115C genetik mən-

bələrindən  fərdi  və  kütləvi  seçmə

metodları  ilə  yaradılmışdır.  Sort

ərzaq üçün qiymətlidir. Vegetasiya

müddəti  115-130  gündür.  Suya  və

torpağa  az  tələbkardır.  Hektardan

potensial məhsuldarlığı 25 sentner-

dən çoxdur. 

    Naxçıvan Muxtar Respublikasının

yaranmasının 85 illiyinə həsr edilən

bu sortlar 3 il müddətində Azərbay-

can Respublikası Kənd Təsərrüfatı

Nazirliyi Seleksiya Nailiyyətlərinin

Sınağı  və  Mühafizəsi  üzrə  Dövlət

Komissiyası tərəfindən Azərbaycan

Respublikasının 8 rayonunun sınaq

məntəqələrində sınaqdan keçirilmiş

və yüksək qiymətləndirilmişdir. Nə-

ticədə, muxtar respublikada ilk dəfə

olaraq yetişdirilən “Qaraca-85” no-

xud  və  “Qılçıqlı-85”  arpa  sortları

sort funksiyasını doğrultmuş, patent

və sertifikatlar alınmışdır. Hal-hazırda

“Qaraca-85”  noxud  və  “Qılçıqlı-

85” arpa sortları artırılma sahəsində

çoxaldılır.

    Naxçıvan  Muxtar  Respublika-

sında vaxtı ilə şöhrət tapmış qiymətli

üzüm sortları toplanmış, onların bio-

morfoloji və texnoloji təsərrüfat xü-

susiyyətləri öyrənilmiş, eyni zamanda

hibridləşdirmə və mutasiya yolu ilə

yeni  üzüm  sortlarının  yaradılması

istiqamətində tədqiqatlar aparılaraq,

178 sortdan ibarət üzüm bitkisinin

genofond zənginliyi aşkar edilmişdir.

Bu  sortların  bioloji  xüsusiyyətləri

və ampeloqrafik əlamətləri öyrənil-

miş və nəticələr “Naxçıvan Muxtar

Respublikasının  ampeloqrafiyası”

kitabında öz əksini tapmışdır. Üzüm

sortlarını əhatə edən “Üzüm geno-

fondu” bağı institutun Şornav təcrübə

sahəsində salınmışdır.

    Muxtar  respublikanın  malik  ol-

duğu alma, gilas və gilənar sort və

formaları  öyrənilmiş,  perspektivli

aborigen sortlar seçilərək fermer tə-

sərrüfatlarına becərilmək üçün töv-

siyə  edilmiş,  bir  çoxu  Nəbatat  ba-

ğında toplanılmışdır.

    AMEA  Naxçıvan  Bölməsinin

Bioresurslar  İnstitutunda  dərman

bitkilərinin öyrənilməsi və istifadəsi

istiqamətində də işlər aparılmışdır.

Dərman bitkiləri toplanılaraq xüsusi

reseptlər əsasında bitki qarışıqları

hazırlanmış,  Yaşıl  aptekdə  satışı

təşkil edilmişdir. Bunun üçün xüsusi

sertifikat  da  alınmışdır.  Dərman

bitkilərindən 27 adda yağ və ekstrat

hazırlanmışdır. Onların yeni alınan

cihaz  və  avadanlıqlar  vasitəsilə

daha təmiz məhsulunun əldə edil-

məsi üzərində “Biokimyəvi tədqi-

qatlar” laboratoriyası məşğul olur.

İnstitutun əməkdaşları təbii ehtiyatı

bol olan faydalı bitkilərimizin ya-

yılma  zonaları  və  təbii  ehtiyatına

dair  bəzi  araşdırmalar  aparır.  Re-

gionda geniş yayılmış və təbii eh-

tiyatı  bol  olan  dərman  bitkilərinə

adi boymadərən, təpəlik kəklikotu,

adi dazı, kələkötür dazı, adi qara-

qınıq, qatlı solmazçiçək, aptek güc-

otu, hündür andız, hündür qantəpər,

quş  qızılcığı,  ürək  damotu,  tarla

qatırquyruğu,  dərman  şahtərəsi,

gürcü  boyaqotu,  adi  üzərlik,  adi

yağtikan, tikanlı karvanqıran, yar-

paqsız öldürgən, çölnanəsi və on-

larla digərləri daxildir. Bunlarla ya-

naşı, qeyd etdiyimiz təcrübə sahə-

lərində  bir  çox  qiymətli  dərman

bitkiləri əkilib-becərilərək dərman

bitki yığıntıları hazırlanır və insti-

tutun  nəzdində  fəaliyyət  göstərən

Yaşıl  aptekdə  satışı  təşkil  olunur.

Bir çox vacib dərman bitkiləri əra-

zimizdə  yabanı  halda  bitmirlər,

onlar becərilən bitkilərdir. Bu qrup

dərman  bitkilərinə  ətirli  qızılgül,

ətirli şüyüd, ətirli cəfəri, ətirli kə-

rəviz, bostan reyhanı, adi razyana,

adi yerkökü, adi zəyərək, əkin keş-

nişi, dərman gülümbaharı, bağ məz-

rəsi,  istiot  nanəsi,  qara  çörəkotu,

böyük dəmrovotu, boyaq sarıçiçəyi

(yalançı zəfəran), əkin zəfəranı, ap-

tek birəotu, məxmərgülü və başqa-

ları aiddir. 

    Naxçıvanın tükənməz təbii bitki

ehtiyatlarından  biri  də  meyvə-gi-

ləmeyvə  bitkiləridir.  Təkcə  1988-

ci ildə muxtar respublikadan 83,3

ton  həmərsin,  82,1  ton  yemişan,

157 ton yabanı alma və armud mey-

vələri,  56,3  ton  kəklikotu  və  sair

tədarük edilmişdir. Yenə də hər il

minlərlə ton meyvə və giləmeyvə,

texniki  dərman  bitkiləri  tədarük

oluna bilər. Lakin haliyədə muxtar

respublikanın yeyilən yabanı qida,

texniki dərman və xüsusən yabanı

meyvə-giləmeyvə  bitki  məhsulla-

rının tədarükü və satışı ilə məşğul

olan  idarə  və  təşkilatlar  olmadı-

ğından,  tükənməz  təbii  sərvətləri-

mizin əsasını təşkil edən yüz min

tonlarla sərvətin istifadəsiz  itkisinə

yol veririk. 

    İstər dərman bitkiləri, istərsə də

meyvə-giləmeyvə bitkilərini topla-

yarkən mütləq qayda-qanuna ciddi

əməl edilməlidir. Tutaq ki, bir ağac-

dan  yemişan  məhsulu  toplayırsan,

bu zaman ən azı 30-40 faiz məhsul

ağac üzərində heyvanlar və bitkinin

reproduksiyası üçün saxlanılmalıdır.

Dərman bitkilərini toplayarkən həm

toplanılma  zamanı  bilinməli,  həm

də bitkinin inkişaf xüsusiyyəti öy-

rənilərək toplanılmalıdır. Çünki bəzi

bitkilər, xüsusən kəklikotu, kiçikdiş

dağnanəsi  və  sair  çox  zəif  inkişaf

edir, bəziləri monokarp bitki olub,

yalnız ömründə bir dəfə çiçək açaraq

toxum  verir.  Ona  görə  də  mütləq

toplanılan  bitkilər  və  toplanılacaq

ərazilər xüsusi ekspertizadan keçi-

rilməlidir.  Bu  bitkilərin  çoxu  haq-

qında “Naxçıvan Muxtar Respubli-

kasının dərman bitkiləri” kitabında

ətraflı məlumat verilmişdir.

    Artıq  muxtar  respublika  ərazi-

sində konserv zavodları fəaliyyətə

başlayıb.  Hələlik,  yalnız  mədəni

flora məhsulları istehsal edilir, şüb-

həsiz,  yaxın  zamanlarda  yabanı

meyvə  bitkiləri  də  istehsala  cəlb

ediləcəkdir. 

    Azərbaycan  Respublikasında

mövcud olan 638 növ onurğalı hey-

vanın  392  növü  (61  faiz),  yarıdan

çoxu  muxtar  respublika  ərazisində

yaşayır. Onurğalı heyvanların istifadə

imkanları, demək olar ki, çox yük-

səkdir, lakin insanın ilk əhliləşdirdiyi

keçinin (bezoar keçisi) və qoyunun

(Kiçik Asiya muflonu) əcdadı olan

bu  növlər  yeni  heyvan  cinslərinin

yaradılmasında öz  tətbiq zamanını

gözləyir. Toyuqkimilərin nümayən-

dələri olan Xəzər uları, gözəl, boz

və səhra kəklikləri, həmçinin böyük

ovçuluq əhəmiyyəti kəsb edən bala

dovdaq və dovdaq, çoxlu miqdarda

qaz,  ördək  və  cüllütlər  də  insanın

həm iqtisadi, həm də estetik ehtiya-

cını ödəyə bilər. Balıqçılığın, xüsusən

qızıl  balığın  süni  hovuzlar  sistemi

ilə yetişdirilməsi də böyük iqtisadi

səmərə  verir.  Ərazidə  yayılan  3

gürzə (Cənubi Qafqaz gürzəsi, çöl

gürzəsi və Radde gürzəsi) növü he-

sabına muxtar respublikada serpen-

tariya mərkəzi yaradaraq gürzə zəhəri

hesabına çox qiymətli dərman pre-

paratlarının hazırlanılması da təşkil

edilə bilər.

                             



Tariyel TALIBOV

AMEA Naxçıvan Bölməsinin 

Bioresurslar İnstitutunun 

direktoru, akademik

İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət

Heyətinin  iclası  keçirilmişdir.  Naxçıvan  Şəhər  İcra  Hakimiyyətinin

foyesində  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  yanında

Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxış olmuşdur.

Bu sərgi bir daha göstərdi ki, Naxçıvanda elmin istehsalata tətbiqi yüksək

səviyyədə həyata keçirilir. Bu sahədə AMEA Naxçıvan Bölməsi Bioresurslar

İnstitutu da xeyli iş görmüşdür.

Elmdən istehsalata doğru

Naxçıvanda aparılan elmi-tədqiqat işləri zəngin təbii sərvətlərimizdən 

istifadəyə geniş imkanlar açıb

    Belə müəssisələrdən biri də “Gə-

miqaya  Mebel  Fabriki”  Məhdud

Məsuliyyətli Cəmiyyətidir. Mühəndis

Rövşən  Mehdiyev  bizimlə  söhbə-

tində qeyd etdi ki, müəssisədə Al-

maniya, İtaliya və Türkiyə respub-

likalarından alınmış müasir texnoloji

avadanlıqlar  quraşdırılıb,  müxtəlif

çeşiddə keyfiyyətli məhsul istehsalı

üçün geniş imkanlar yaradılıb. Mebel

fabrikində divan, kreslo və yumşaq

oturacaqlı stullar, döşəmə, həmçinin

ofis, mətbəx, yataq mebelləri, qapı-

pəncərə, dekorasiya və qapı-pəncə-

rələrin boyanması üçün boyaqxana

sexləri  fəaliyyət  göstərir.  Burada

ağac profilli qapı və pəncərələr, mo-

dern və klassik üslubda dizayn edil-

miş mebellər, sosial və inzibati bi-

nalar üçün müxtəlif avadanlıqlar is-

tehsal edilməklə yanaşı, dizayn-de-

korasiya xidmətləri də göstərilir. İq-

tisadi əlaqələri genişlənən müəssisədə

daxili bazarın tələbatına uyğun yeni

istehsal sahələrinin yaradılması məq-

sədilə silikon yorğan, döşək və yataq

bazası istehsalı sahələrinin biznes-

planı hazırlanıb Sahibkarlığa Kömək

Fonduna təqdim olunub. Layihənin

reallaşması üçün Sahibkarlığa Kö-

mək  Fondundan  2014-cü  ilin  iyun

ayında  1  milyon  200  min  manat

dövlət maliyyə dəstəyi göstərilib və

layihənin icrasına başlanılıb. Layi-

həyə uyğun olaraq müəssisənin əra-

zisində yeni istehsal sahəsi inşa olu-

nub.  Türkiyənin  “Elektroteks”  və

“İMS Makina” şirkətlərinin avadan-

lıqları alınıb gətirilib və idxal olunan

dəzgahlar  həmin  şirkətlərin  mütə-

xəssisləri tərəfindən quraşdırılıb. Bu

istehsal sahəsində çalışan yerli mü-

təxəssislərin hazırlanması da diqqət

mərkəzində saxlanılıb, işçilərin ix-

tisasartırma kurslarında iştirakı təmin

olunub.  İstehsal  gücü  saatda  200

ədəd yorğan, gündə 100 ədəd döşək

və 100 ədəd yataq bazası olan yeni

istehsal sahəsinin yaradılması daxili

bazarın yerli məhsullarla təmin olun-

masına  əlverişli  şərait  yaratmaqla

bərabər, əhalinin məşğulluğunun tə-

min olunmasında da mühüm rol oy-

nayıb,  16  nəfər  mütəxəssis  daimi

işlə təmin edilib. 

    Fabrikdə tətbiq olunan keyfiyyətə

nəzarət  sistemi  mebel  istehsalında

istifadə olunan materialların və hazır

məhsulların  davamlılığını,  uzun -

ömürlülüyünü təmin edir. Material

kimi istifadə olunan məhsulların bir

qismi  Türkiyə  Respublikasından,

Afrika ölkələrindən, Gürcüstan Res-

publikasından  idxal  olunur.  Digər

materialların bir qismi isə Naxçıvana

məxsusdur. 

    Müəssisədə  istehsal  prosesi  av-

tomatlaşdırılıb, texniki təhlükəsizlik

qaydalarına  ciddi  əməl  olunmaqla

normal  iş  şəraiti  yaradılıb.  Burada

fəaliyyət  göstərən  laboratoriyada

müasir avadanlıqlar quraşdırılıb ki,

bu da istər xammal, istərsə də hazır

məhsulların keyfiyyət göstəricilərinə

nəzarətin  təmin  olunmasına  imkan

verir. Hazırlanan məhsullar “Gəmi-

qaya” əmtəə nişanı ilə fabrikin sər-

gi-satış  salonunda,  Naxçıvan  şəhə-

rinin “Təbriz” küçəsində, Babək mə-

həlləsində  və  Ordubad  şəhərində

fəaliyyət göstərən mebel mağazala-

rında satışa çıxarılır. Müəssisədə is-

tehsal  olunan  klassik,  avanqard  və

modern mebellər ölkəmizin paytax-

tında və digər regionlarda da alıcılar

tərəfindən rəğbətlə qarşılanır. Hazırda

Bakı şəhərinin Nərimanov və “Neft-

çilər”  prospektlərində,  Sumqayıt,

Goranboy, Lənkəran şəhərlərində sa-

tış  mərkəzləri  fəaliyyət  göstərir.

Müəssisənin satış mərkəzlərinə mü-

raciət  edən  müştərilərə  zövqlərinə

və  ev  şəraitinə  uyğun  müxtəlif  çe-

şiddə mebellər təklif olunur. Müştə-

rilər hazır mebelləri satış mərkəzlə-

rindən seçə və ya sifariş verə bilərlər. 

    Hazırda  istehlakçılar  tərəfindən

həm klassik, həm də modern üslubda

hazırlanan mebellərə böyük tələbat

var.  Naxçıvan  şəhərində  ayrı-ayrı

ünvanlarda fəaliyyət göstərən mebel

mağazalarında müştərilərin bu yerli

məhsula  olan  münasibətlərini  öy-

rəndik. Naxçıvan şəhər sakini Fəridə

Məmmədova qeyd etdi ki, yeni mən-

zil almışıq. Evimizin dizaynına uy-

ğun mebel seçdik. Burada öyrəndik

ki,  mebellərin  çatdırılması  və  qu-

raşdırılması fabrikin mütəxəssisləri

tərəfindən  pulsuz  yerinə  yetirilir.

Mebellərin keyfiyyətindən və gös-

tərilən xidmətdən çox razıyıq. 

    Ordubad rayon sakini Gülbəniz

Bayramova isə alıcı zövqünü oxşa-

yan  hər  cür  mebellərin  olduğunu

bildirdi və onu da qeyd etdi ki, müş-

tərilərə seçim etmək imkanı yaradılıb.

Hər bir evin ölçüsünə və dizaynına

uyğun mebelləri sifariş vermək də

mümkündür.  Bu,  çox  yaxşı  haldır

və hər bir müştərinin ürəyincədir. 

    Naxçıvan şəhər sakini Nadir Və-

liyev:  İstehsal  olunan  məhsulların

keyfiyyətli olması işin bir tərəfidirsə,

onu olduğu kimi müştəriyə çatdırmaq

başqa  bir  tərəfidir.  Yəni  bir-birini

tamamlayan  ayrı-ayrı  sahələrdir.

Ailə  həyatı  qurub  Bakı  şəhərində

yaşayan övladım üçün mebel almaq

istəyirdim.  Öyrəndim  ki,  Bakı  şə-

hərində də müəssisənin mebel ma-

ğazaları fəaliyyət göstərir. Həm məh-

sulun keyfiyyətindən, həm də gös-

tərilən xidmətdən çox razıyam. 

    Məhsulları keyfiyyəti ilə seçilən

“Gəmiqaya Mebel Fabriki” Məhdud

Məsuliyyətli Cəmiyyəti qısa zaman-

da  rəqabətqabiliyyətli  müəssisəyə

çevrilib. Burada istehsal olunan me-

bellər  daxili  bazarda  özünə  böyük

istehlakçı kütləsi toplayıb. Müəssi-

sədə istehsal olunan mebellərin xarici

bazarlarda tanıdılması məqsədilə ar-

dıcıl tədbirlər həyata keçirilir, biznes

forumlarda və sərgilərdə iştirak edilir,

xarici şirkətlərin nümayəndələri ilə

fikir mübadilələri aparılır, bu sahə

ilə məşğul olan sahibkarların təcrü-

bələrindən bəhrələnməklə xarici ba-

zarlardan alıcı cəlb edilməsinə çalı-

şılır. Həyata keçirilən kompleks təd-

birlərin nəticəsidir ki, müəssisənin

Gürcüstan  Respublikasının  Tbilisi

və  Batumi  şəhərlərində  satış  mər-

kəzləri yaradılıb. Digər xarici ölkə-

lərdə də müəssisədə istehsal olunan

mebellərin satışa çıxarılması nəzərdə

tutulur. 

    Müəssisədə 336 nəfər daimi işlə

təmin  olunub.  Kollektiv  əməyin

məhsuludur  ki,  “Gəmiqaya  Mebel

Fabriki” Məhdud Məsuliyyətli Cə-

miyyətinin məhsullarına tələbat artıb,

ixrac potensialı genişlənib. 



Каталог: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə