İyulun 7-də Naxçıvan Muxtar Respubli kası Ali Məclisinin Sədri yanında Bilik Fon



Yüklə 1.35 Mb.
Pdf просмотр
səhifə1/3
tarix26.05.2017
ölçüsü1.35 Mb.
  1   2   3

    İyulun 7-də Naxçıvan Muxtar Respubli-

kası Ali Məclisinin Sədri yanında Bilik Fon-

dunun  təşkilatçılığı  ilə  Naxçıvan  Dövlət

Universitetində  “Elektron  Naxçıvan-10:

təhsil  prosesinin  təkmilləşdirilməsində  in-

formasiya-kommunikasiya texnologiyalarının

rolu”  mövzusunda  beynəlxalq  konfrans

keçirilmişdir.

    Əvvəlcə konfrans iştirakçıları Naxçıvan

Dövlət Universitetinin elektron təhsil sistemi

və  rəqəmsal  multimedia  infrastrukturu  ilə

tanış olmuşlar.

    Məlumat  verilmişdir  ki,  ali  təhsil  oca-

ğında informasiya-kommunikasiya texno-

logiyalarının  ən  son  nailiyyətləri  tətbiq

olunmuş,  yüksək  tələblərə  cavab  verən

elektron idarəetmə və tədris sistemi yara-

dılmışdır. İnformasiya-Kommunikasiya Tex-

nologiyaları Mərkəzində 30 terabayt həc-

mində xüsusi serverlər və internet paylaş-

dırıcılar  yerləşdirilmiş,  universitet  vahid

telefon  şəbəkəsinə  qoşulmuşdur.  Mərkəzi

serverdə  universitetin  tələbə  və  müəllim

kontingenti haqqında məlumatlar, idarəetmə

ilə  bağlı  sənədləşmə  işləri,  müəllimlərin

elektron imzaları yerləşdirilmiş, tədris plan-

ları və mühazirələrin elektron bazası yara-

dılmış, elektron mühazirə və imtahan otaq-

ları istifadəyə verilmişdir. Rəqəmsal mul-

timedia infrastrukturu videodərslərin hazır -

lanmasına və distant tədrisin tətbiqinə geniş

imkanlar açmış, universitet televiziyasının

texniki  imkanları  yüksəldilmişdir.  Tele -

viziyada  ən  müasir  kameralar,  video  və

səs  sistemləri,  montaj  avadanlıqları  və

virtual studiya quraşdırılmış, onlayn dərs-

lərin hazırlanması və çəkilişlərin aparılması

üçün xüsusi proqramla təmin olunmuşdur. 

    Həmin gün Naxçıvan Muxtar Respublikası

Ali  Məclisinin  Sədri  Vasif  Talıbov,  Azər-

baycan Milli Elmlər Akademiyasının prezi-

denti, akademik Akif Əlizadə və konfrans

iştirakçıları Konservatoriya binasının foye-

sində universitetin müəllim və tələbələrinin

müxtəlif mövzu və janrlarda çəkdikləri rəsm

əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə

ümummilli lider Heydər Əliyevin və Azər-

baycan  Respublikasının  Prezidenti  cənab

İlham Əliyevin portretləri, muxtar respub-

likanın təbiət mənzərələrini əks etdirən rəsm

əsərləri nümayiş etdirilmişdir.

    Sərgi ilə tanışlıqdan sonra Naxçıvan Döv-

lət Universitetinin Konservatoriya binasının

akt  zalında  “Elektron  Naxçıvan-10:  təhsil

prosesinin  təkmilləşdirilməsində  informa-

siya-kommunikasiya texnologiyalarının rolu”

mövzusunda  beynəlxalq  konfrans  öz  işinə

başlamışdır.

    Konfransda çıxış edən Naxçıvan Dövlət

Universitetinin  rektoru,  professor  Saleh

Məhərrəmov demişdir ki, muxtar respub-

likada informasiya-kommunikasiya texno-

logiyalarından təhsil sistemində geniş isti-

fadə olunur. Naxçıvan Dövlət Universite-

tində də bu sahədə mühüm işlər görülmüş,

idarəetmə sistemi və tədris prosesi yüksək

texnologiyalar əsasında qurulmuşdur. Uni-

versitetdə 42 elektron lövhə, 750-yə yaxın

kompüter, 15 elektron kürsü quraşdırılmışdır.

Yaradılan  şərait  tədrisin  səviyyəsini  yük-

səltməklə  yanaşı,  müxtəlif  səviyyəli  təd-

birlərin keçirilməsinə də əlverişli şərait ya-

ratmışdır. Bunun nəticəsidir ki, son 20 ildə

universitetdə  200-ə  yaxın  beynəlxalq  və

ölkə əhəmiyyətli elmi konfrans və simpo-

ziumlar keçirilmişdir. 2005-ci ildən etibarən

hər il keçirilən “Elektron Naxçıvan” bey-

nəlxalq konfransı universitetin əlaqələrinin

genişlənməsinə geniş imkanlar açmış, Ame-

rika Birləşmiş Ştatları, Çin, Fransa, Rusiya,

Cənubi Koreya, Türkiyə, Kanada, Pakistan,

Polşa, İsveçrə, Qazaxıstan, Özbəkistan uni-

versitetlərinin  təmsilçilərinin  Naxçıvan

Dövlət Universitetinə maraqları artmışdır.

Bunun nəticəsidir ki, həm elektron məkanda,

həm də elmi mühitdə qarşılıqlı əlaqələr in-

kişaf etmiş, elmin, təhsilin, tədrisin, tələbə

və  müəllim  mobilliyinin  inkişafına  nail

olunmuşdur.

    Saleh Məhərrəmov Naxçıvan Dövlət Uni-

versitetində  informasiya-kommunikasiya

texnologiyalarının inkişafı sahəsində həyata

keçirilən tədbirlərə və yaradılan şəraitə görə

minnətdarlıq etmişdir.

    Sonra muxtar respublikada informasiya

cəmiyyətinin formalaşdırılması və “Elektron

Naxçıvan” layihəsi çərçivəsində görülən iş-

lərdən bəhs edən film nümayiş olunmuşdur. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov çıxış edərək

demişdir ki, 2005-ci ildən başlayaraq hər il

Naxçıvanda  “Elektron  Naxçıvan”  mövzu-

sunda beynəlxalq konfrans keçirilir. Bu gün

çox  mühüm  məsələyə  – təhsil  prosesinin

təkmilləşdirilməsində informasiya-kommu-

nikasiya texnologiyalarının roluna həsr olun-

muş konfrans öz işinə başlayır.   

    Ali Məclisin Sədri bu münasibətlə kon-

frans iştirakçılarını və qonaqları təbrik etmiş,

təşkilatçılara  təşəkkürünü  bildirmiş,  alim

və tədqiqatçılara elmi fəaliyyətlərində uğurlar

arzulayaraq demişdir: Hər dövrün öz qanuna -

uyğunluqları var. Buna uyğun olaraq ölkələrin

inkişaf  kriteriyaları  müəyyənləşir.  Bu  gün

hələ  böyük  əhali  potensialına  və  orduya

malik olan ölkələri güclü ölkə hesab etmirlər.

O  ölkə  güclüdür  ki,  elm  tutumlu  qabaqcıl

texnologiya və böyük informasiya çəkisinə

malik olsun. İndi dünyanı informasiya tex-

nologiyaları olmadan təsəvvür etmək çətindir.

İnformasiya-kommunikasiya texnologiyaları

insanların  gündəlik  həyatına  nüfuz  etmiş,

elmin və təhsilin inkişafında, müasir iqtisadi

sistemin formalaşdırılmasında mühüm faktora

çevrilmişdir.

    Ali Məclisin Sədri demişdir: Azərbaycanda

yeni  texnologiyaların  tətbiqinə  ötən  əsrin

70-ci  illərindən  başlanmışdır.  O  dövrdə

ümummilli liderimiz Heydər Əliyevin müəy-

yənləşdirdiyi inkişaf strategiyası iki istiqa-

mətdə həyata keçirilirdi. Bu istiqamətlərdən

biri  tarixi-mədəni  irsin  və  milli  dəyərlərin

qorunub yaşadılması idisə, digər istiqamət

müasir  texnologiyalı  iqtisadi  sistemin  for-

malaşdırılmasına  hesablanmışdı. Azərbay-

canda hesablama texnika və avadanlıqlarının

istehsalı hesabına hələ o dövrdə informasiya

texnologiyalarının təhsil sahəsinə tətbiqinin

əsası qoyulmuşdu.

    Azərbaycan  Respublikasının  Prezidenti

cənab İlham Əliyev informasiya texnologi-

yalarının  inkişafını  əsas  sahə  elan  edərək

demişdir:  “İnformasiya-kommunikasiya

texnologiyaları sahəsi bizim üçün prioritet

sahələrdən biridir. Çünki bu sahə inkişaf,

biznes,  təhsil,  şəffaflıq,  gələcəyə  aparan

yol deməkdir”. Bu gün Azərbaycanı gələcəyə

aparan  yolun  uğurları  aydın  görünür.  Bu

yol xalqın həyat tərzinin daha da yaxşılaş-

masına, rifah və tərəqqiyə hesablanıb. Bunun

üçün ardıcıl tədbirlər görülür. Bütün sahələrdə

müasir texnologiyalar tətbiq olunur. 

    Ali  Məclisin  Sədri  demişdir:  Naxçıvan

Muxtar  Respublikası  uzun  müddətdir  ki,

blokada şəraitində yaşayır. Buna baxmaya-

raq,  informasiya-kommunikasiya  texnolo-

giyaları infrastrukturu ilbəil müasirləşdirilir.

Yaşayış məntəqələrində yeni nəsil telekom-

munikasiya sistemlərinin qurulması rabitə

xidmətlərinin səviyyəsini artırmış, mövcud

avtomat telefon stansiyalarının 96 faizi fi-

ber-optik  arabağlantı  ilə  təmin  edilmişdir.

Bu  gün  Naxçıvan  şəhərində  də,  ən  ucqar

dağ kəndində də əhali və təhsilalanlar in-

formasiya-kommunikasiya texnologiyalarının

imkanlarından eyni səviyyədə yararlanırlar.

Artıq Naxçıvan informasiya blokadasından

çıxmış, genişzolaqlı və simsiz internetdən

istifadə  insanların  gündə lik  həyat  tərzinə

çevrilmişdir. Aydın məsələdir ki, informasiya

cəmiyyətinə keçid insanların yeni texnolo-

giyalardan istifadə imkanlarını artırmaq he-

sabına  mümkündür.  Bu  gün  Naxçıvanda

sürətlə kompüterləşmə gedir. Yaşayış mən-

təqələrinin 94 faizində genişzolaqlı, 80 fai-

zindən çoxunda isə simsiz internet xidmətləri

göstərilir. 

    Ali Məclisin Sədri təhsildə informasiya

texnologiyalarının tətbiqinin cəmiyyətin in-

tellektual inkişafının başlıca şərti olduğunu

vurğulayaraq  demişdir:  Naxçıvan  Muxtar

Respublikasında  elektron  təhsilin  inkişafı

sahəsində görülən işlər də məhz bu məqsədə

xidmət edir. Muxtar respublikanın ali, orta

ixtisas, peşə və ümumtəhsil məktəblərində

elektron  tədrisdən  istifadə  təmin  edilmiş,

təhsil müəssisələrində 5 minə yaxın kompüter,

650-dən  çox  elektron  lövhə  quraşdırılmış,

sürətli  internetə  çıxış  imkanı  yaradılmış,

distant təhsil şəbəkəsi qurulmuşdur. Bundan

başqa, sağlamlıq imkanları məhdud uşaqların

da təhsilə inteqrasiyası məqsədilə Məhdud

Fiziki İmkanlılar üçün Naxçıvan Regional

İnformasiya Mərkəzində Distant Tədris Mər-

kəzi  istifadəyə  verilmiş,  görmə  və  eşitmə

qabiliyyəti məhdud uşaqlar üçün audio və

elektron kitabxana yaradılmışdır. 

    Artıq 10 ildir ki, keçirilən “Elektron Nax-

çıvan” konfransları nəinki Naxçıvan Dövlət

Universitetində,  ümumilikdə  muxtar  res-

publikada  informasiya  cəmiyyətinə  keçid

və elektron təhsilin inkişafı sahəsində mühüm

mərhələyə  çevrilib.  Bu  da  öz  bəhrəsini

vermiş, son illər Naxçıvan Dövlət Univer-

sitetində İnformasiya-Kommunikasiya Tex-

nologiyaları Mərkəzi, distant tədris şəbəkəsi

və multimedia infrastrukturu qurulmuş, elek-

tron təhsil sistemi yaradılmışdır. 

    “Elektron  təhsil  sisteminin  formalaşdı-

rılması  mürəkkəb  və  çoxşaxəli  prosesdir.

Ona  görə  ki,  informasiya  texnologiyaları

daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq

və  dünya  təcrübəsindən  yararlanmaq  isə

qarşıda duran əsas vəzifələrdəndir”, – deyən

Ali Məclisin Sədri “Elektron Naxçıvan-10”

beynəlxalq  konfransının  təhsilin  daha  da

təkmilləşdirilməsi sahəsində faydalı olacağına

inamını  ifadə  etmiş,  konfransa  öz  işində

uğurlar arzulamışdır.

Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10” 

beynəlxalq konfransı keçirilmişdir

Ardı 2-ci səhifədə

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 132 (21.284)

8 iyul 2015-ci il, çərşənbə


2

    Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti,  akademik  Akif  Əlizadə  çıxış

edərək demişdir ki, “Elektron Azərbaycan”ın

tərkib hissəsi olan “Elektron Naxçıvan” 10

il  ərzində  böyük  inkişaf  yolu  keçmiş,

informasiya cəmiyyətinin formalaşmasında

yeni mərhələ olmuşdur. Bu gün muxtar res-

publikada  bütün  sahələrdə  keyfiyyətli  in-

formasiya-kommunikasiya  texnologiyaları

infrastrukturu yaradılmışdır. Məhz “Elektron

Naxçıvan” çərçivəsində əldə edilən nailiy-

yətlər hesabına blokada şəraitində yaşayan

muxtar respublikanın qlobal virtual məkana

çıxış imkanları daha da genişlənmişdir. Bu

gün  Naxçıvan  Muxtar  Respublikası  intel-

lektual  potensialına  və  informasiya-kom-

munikasiya texnologiyalarının infrastruktur

göstəricilərinə görə ölkəmizdə yüksək gös-

təriciyə malikdir. Naxçıvanda informasiya-

kommunikasiya texnologiyalarının inkişafı

sürətli sosial-iqtisadi inkişafa, o cümlədən

təhsilin səviyyəsinin yüksəldilməsinə təkan

vermiş,  Naxçıvan  Dövlət  Universiteti  in-

formasiya-kommunikasiya texnologiyalarının

yüksək səviyyədə tətbiq edildiyi nümunəvi

ali məktəbə çevrilmişdir. 

    Azərbaycan  Respublikasının Təhsil  na-

zirinin müavini Firudin Qurbanov çıxışında

demişdir ki, hazırda ölkəmizdə informasiya

texnologiyalarına  əsaslanan  müasir  təhsil

sistemi qurulur. Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin imzaladığı

fərman və sərəncamlara, qəbul edilən dövlət

proqramlarına  uyğun  olaraq,  təhsil  infra -

strukturu daim təkmilləşdirilir, təhsil müəs-

sisələrində ən mütərəqqi tədris metodlarından

istifadə olunur. Elektron dərsliklərin hazır-

lanması,  ümumtəhsil  məktəblərinin  kom-

püterləşməsi,  rəqəmsal  tədris  infrastruktu-

runun formalaşdırılması gənc nəslin hərtərəfli

böyüməsinə imkan verir. Muxtar respublikada

da  bu  sahədə  kompleks  tədbirlər  görülür,

müasir təhsil infrastrukturu yaradılır.

    Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti,  Nizami  adına  Ədəbiyyat

İnstitutunun direktoru, akademik İsa Həbib-

bəyli qeyd etmişdir ki, muxtar respublikada

informasiya-kommunikasiya  texnologiyaları

əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi

və elektron universitet quruculuğu prioritet

istiqamətə çevrilmişdir. İnformasiya və kom-

munikasiya  texnologiyalarının  tətbiqi,  xü-

susilə  təhsil  müəssisələrinin  kompüterləş-

dirilməsi və maddi-texniki bazasının müa-

sirləşdirilməsi bunu bir daha təsdiq edir. Bu

gün Naxçıvan Dövlət Universitetində keçi-

rilən  “Elektron  Naxçıvan-10”  beynəlxalq

konfransı Naxçıvan Muxtar Respublikasında,

ümumilikdə ölkəmizdə ali təhsil sisteminin

informasiyalaşdırılması sahəsində atılan mü-

hüm addımdır. Bu mənada “Elektron Nax-

çıvan” konfransları informasiya-kommuni-

kasiya  texnologiyalarının  inkişafının  Nax-

çıvan modeli kimi qəbul olunur. Bu layihənin

həyata  keçirilməsi  Naxçıvan  Dövlət  Uni-

versitetinin beynəlxalq təhsil layihələrində

iştirakına təkan vermiş, vətənpərvər, yüksək

intellektli  və  dövlətçiliyə  sədaqətli  gənc

nəslin yetişməsinə səbəb olmuşdur. 

    Beynəlxalq konfransda çıxış edən Azər-

baycan Respublikası Rabitə və Yüksək Tex-

nologiyalar nazirinin müavini Elmir Vəlizadə

ölkəmizdə informasiya-kommunikasiya tex-

nologiyalarının inkişafı istiqamətində həyata

keçirilən  tədbirlərdən  danışmışdır.  Qeyd

olunmuşdur  ki, Azərbaycan  bu  gün  infor-

masiya texnologiyalarının inkişafı sahəsində

böyük nailiyyətlər qazanmışdır. Muxtar res-

publikada  informasiya  texnologiyalarının

tətbiqi  sahəsində  görülən  işlər  ölkəmizdə

bu sahənin inkişafına təkan verir. “Elektron

Naxçıvan-10” beynəlxalq konfransının ke-

çirilməsi muxtar respublikada informasiya-

kommunikasiya texnologiyalarının inkişafının

daha bir göstəricisidir.

    Konfransın gedişində Azərbaycan Milli

Elmlər Akademiyası Nizami adına Ədəbiyyat

və İnformasiya Texnologiyaları institutları,

Azərbaycan Dillər Universiteti, Türkiyənin

Ərzurum Atatürk Universiteti, Estoniyanın

Tallin, İngiltərənin Vorvik universitetləri ilə

videobağlantılar yaradılmış, Naxçıvan Dövlət

Universitetinin Baytarlıq təbabəti korpusunda

aparılan cərrahi əməliyyat, eləcə də elektron

imtahan prosesi birbaşa izlənilmişdir.

    Sonda Naxçıvan Dövlət Universitetinin

İncəsənət fakültəsinin müəllim və tələbələri

konsert proqramı ilə çıxış etmişlər. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

    Naxçıvanda  elmin  inkişafına

yüksək diqqət və qayğı göstərildi-

yini bildirən Akif Əlizadə dedi ki,

buraya  hər  gəlişimdə  çox  böyük

yeniliklərlə  qarşılaşıram.  Bu  gün

AMEA Naxçıvan Bölməsinin elmi-

tədqiqat institutlarının əməkdaşları,

sözün  həqiqi  mənasında,  dəyərli

nəticələrə imza atırlar. Biz Naxçı-

vanda bölmənin müxtəlif institut-

larını gəzdik, onların fəaliyyəti ilə

yaxından tanış olduq. Yaradılan şə-

rait  qəlbimizi  qürur  hissi  ilə  dol-

durdu. Qeyd edim ki, buradakı bir

neçə institutun fəaliyyəti xüsusilə

diqqətəlayiqdir. Naxçıvanda dərman

bitkilərinin  istehsalata  tətbiqi  ilə

bağlı böyük nailiyyətlər əldə edil-

məsi bizi xüsusilə sevindirdi. 

    İyulun  6-da  keçirilən  AMEA

Rəyasət Heyətinin iclasından öncə

maraqlı bir sərginin tamaşaçısı ol-

duqlarını deyən AMEA-nın prezi-

denti  vurğuladı  ki,  bu  sərgi  bir

daha naxçıvanlı alimlər tərəfindən

elmi  nəticələrin  istehsalata  tətbiq

səviyyəsinin yüksək olduğunu sü-

buta  yetirdi.  Mən  və  AMEA-nın

Rəyasət Heyətinin üzvləri ona hey-

ran qaldıq ki, elmin nəticəsinin is-

tehsalata  tətbiqi  kimi  mürəkkəb

bir prosesin və həm də mürəkkəb

bir  vəzifənin  öhdəsindən  Naxçı-

vanın elm adamları yüksək peşə-

karlıqla gələ bilirlər. Məlumat üçün

bildirim ki, biz Azərbaycan Milli

Elmlər Akademiyasında elmi-təd-

qiqat  institutları  üçün  innovasiya

şöbəsi yaratmışıq. Və bu şöbə hə-

min institutların işini stimullaşdır-

mağa, əldə olunan nəticələrin dəs-

təklənməsinə kömək edir, elm sa-

həsində  qazanılan  nəticələrin  is-

tehsalata  tətbiq  olunmasına  yar-

dımçı  olur.  Biz  həmin  şöbənin

AMEA Naxçıvan Bölməsinin ins-

titutlarına  da  dəstək  olması  üçün

nə lazımdırsa, edəcəyik. 

    “Bu gün elektron elmin tətbiqi

inkişaf  etmiş  dünya  ölkələrində

prioritet məsələlərdən biridir. Və

çox  qürurverici  haldır  ki,  Naxçı-

vanda bu məsələ öz həllini yüksək

səviyyədə tapıb”, – deyən akade-

mik Akif Əlizadə burada əldə edi-

lən nəticələrin Azərbaycanın digər

regionları ilə müqayisəedilməz də-

rəcədə  yüksək  olduğunu  xüsusi

vurğuladı. Bildirdi ki, hətta region

ölkələrində buna ancaq qibtə edilə

bilər.  Bu  gün  “Elektron  Naxçı-

van-10:  təhsil  prosesinin  təkmil-

ləşdirilməsində informasiya-kom-

munikasiya  texnologiyalarının

rolu” mövzusunda keçirilən bey-

nəlxalq konfransda Azərbaycanın

elmi institutları və ali təhsil müəs-

sisələri, Türkiyənin Atatürk,  Es-

toniyanın Tallin, İngiltərənin Vor-

vik  universitetləri  ilə  videobağ-

lantılar yaradılması, virtual şəraitdə

görüşlər keçirilməsi, elmi diskus-

siyalar aparılması, elmi problem-

lərin həlli yollarının araşdırılması,

əməkdaşlıq şəraitində elmi-tədqiqat

aparmaq  imkanlarının  əldə  olun-

ması,  mən  deyərdim  ki,  Naxçı-

vanda  çoxlarının  gözləmədikləri

nəticələri göstərdi. Bunlar çox bö-

yük  nailiyyətlərdir.  Gördüklərim

məndə çox böyük təəssüratlar ya-

radıb. Naxçıvanda bu istiqamətdə

görülən işlərə  ancaq həsəd apar-

maq  olar.  Dəqiq  desək,  bu  gün

Naxçıvanda elm sahəsində yüksək

tempə nail olunub. Əldə edilən in-

kişaf tempi elmi kadrların daha hə-

vəslə  fəaliyyətinə  şərait  yaradıb.

Naxçıvanda elmə kadr-elm yanaş-

ması var. Bu, çox yüksək səviyyədə

inkişaf  etmiş  mərhələdir.  Ancaq

bəzi istiqamətlərin inkişafına təsir

edən kadr çatışmazlığı da var. Bu,

AMEA-nın özündə də mövcuddur.

Qeyd  edim  ki,  AMEA  Naxçıvan

Bölməsinin bu sahədəki çətinlikləri

aradan qaldırılmaqdadır. Bugünkü

şərait imkan yaradıb ki, kadrlar öz-

ləri elmə meyil göstərir, Naxçıvanda

elmin inkişafı üçün var qüvvələrini

səfərbər edirlər. AMEA Naxçıvan

Bölməsinə Naxçıvan Muxtar Res-

publikası Ali Məclisi Sədrinin yük-

sək  səviyyədə  diqqət  və  qayğısı

tam əminlik yaradır ki, Naxçıvanda

elm sahəsində son illərdə qazanıl-

mış uğurlar və nailiyyətlər günü-

gündən  artacaqdır.  Ona  görə  də

mən  Naxçıvandan  elmin  inkişafı

ilə  bağlı  nikbin  əhval-ruhiyyə  ilə

ayrılıram. İnanıram ki, gələn səfə-

rimizdə  yeni-yeni  nailiyyətlərin

şahidi olacağıq.



Muxtar MƏMMƏDOV

   Son  illərdə  Şahbuz  rayonunda  müxtəlif  təyinatlı  ob-

yektlərin  həyata  vəsiqə  alması,  yolların  müasir  tələblər

səviyyəsində  yenidən  qurulması,  körpülər  salınması  və

digər quruculuq tədbirləri bu bölgəmizin simasını əsaslı

şəkildə dəyişdirib.

     Həyata keçirilən tədbirlərin nəticəsidir ki,  ümumilikdə,

24 yaşayış məntəqəsi olan Şahbuz rayonunda 20 məktəb,

uşaq bağçası,  20 kənd mərkəzi, 17 xidmət mərkəzi, mərkəzi

xəstəxana, 5 həkim ambulatoriyası, 17 feldşer-mama mən-

təqəsi,  rayon  mərkəzində  onlarla  idarə,  müəssisə,  təşkilat

öz fəaliyyətini müasir iş şəraiti yaradılmış binalarda davam

etdirir. 

    Bu tədbirlərin davamı olaraq rayonun Daylaqlı kəndində

məktəb  və  kənd  mərkəzi  üçün  yeni  binalar  inşa  olunur.

“Dizayn  İnşaat”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  bir

qrup  inşaatçısına  həvalə  edilmiş  obyektlərdə  görülən  işin

keyfiyyətinə ciddi diqqət yetirilir.  Hazırda hər iki binanın

ikinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb, hazır

mərtəbələrdə hörgü işlərinə başlanılıb. Obyektlərin ərazisində

abadlaşdırma işlərinə start verilib. İnşaatçılar onlara yaradılmış

hərtərəfli şəraitdən səmərəli istifadə edir, obyekti vaxtında

təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər. 120

şagird  yerlik  məktəb  binası  3  mərtəbədən  ibarət  olacaq.

İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter

otaqları,  elektron  lövhəli  siniflər  yeni  məktəb  binasında

tədrisin  yüksək  səviyyədə  təşkilinə  imkan  verəcək.  Bu

yaşayış məntəqəsində kənd mərkəzi üçün binanın inşasına

başlanması da kənd sakinlərinin ürəyincə olub. Belə ki, bu

mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün

hərtərəfli iş şəraiti yaradılacaq. 

Qeyd edək ki, Şahbuz şəhərinin girişində inşa olunacaq

Bayraq Meydanının ətrafında geniş abadlıq işləri görülüb,

səkilər  salınıb,  piyada  keçidləri  qoyulub.  Ərazi  terraslara

ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri

ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə

birlikdə  37  metr  olacaq.  Ətrafda  müasir  işıqlandırma

sistemləri quraşdırılacaq, park salınacaq, sakinlərin mənalı

istirahəti təşkil ediləcək, ictimai iaşə obyekti tikiləcək.



Каталог: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə