İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə20/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   16   17   18   19   20   21   22   23   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
 
1.2. Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazar və faydalılıq dəyəri 
Ətirli maddələr ədviyyat, bitki çayları və 
dərman bitkilərinin istehlak dəyərini artırmaqla 
yanaşı, onların həzm qabiliyyətini yaxşılaşdırır. 
Ətirli maddələrə fenollar, ətirli spirtlər, aldehidlər, 
ketonlar, efirlər, habelə üzvi turşular aid edilir. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin 
ətirliyi onların tərkibində efir yağlarının olması ilə 
izah edilir. Ədviyyat, bitki çayları və dərman 
bitkilərindən cəfəri, kərəviz, şüyüd və reyhanda 
orta hesabla 0,05-0,5 % efir yağı olur. Ədviyyat, 
bitki çayları və dərman bitkilərinin tərkibinə C vitamini çoxdur. Cəfəridə və şüyüddə 150 
mq% C vitamini vardır. A provitamini cəfəri yarpağında 10 mq%, C vitamini cəfəri yarpağında 
150 mq%-dir.
 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
23 
Ədviyyat, bitki çayları və dərman bitkiləri öz istifadəsinə görə 2 qrupa bölünür: 

Çiy halda istifadə edilənlər -
 
çiy halda yeyilən şüyüd, keşniş, reyhan, mərzə, çöl 
keşnişi, təpə keşnişi (bifora) və sairə
Onların hər birindən bir çox isti xörəklərin hazırlanmasında istifadə olunur və müxtəlif 
üsulla emal edilir. 

Emal edilmişlər
 
- təzə halda bişirilən, isti xörəklərə tökülən və konservləşdirilən 
ispanaq, yabanı ispanaq, cincilim, qızıl pencər (bozala, amarant), unluca və sairə.
 
Bu bitkilərin bir qrupu xoş ətirli olub ədviyyə-xörəklərə, salata və konservlərə ətir 
verən, dad verən kimi istifadə edilirlər: reyhan, mərzə, cirə, çöl keşnişi, təpə keşnişi və sairə. 
Bəzi ədviyyat, bitki çayları və dərman bitkiləri qurudulub qışa saxlanır ki, xörək üçün 
istifadə edilsin. Qurudulub saxlanan tərəvəz bitkiləri - nanə, mərzə, reyhan, şüyüd və sairədir 
(Şəkil 1.8.).
 
Əhalini ilboyu müxtəlif halda ədviyyat, bitki 
çayları və dərman bitkiləri təmin etmək üçün 
ondan konserv sənayesində istifadə edilir. Hər 
tərəvəz bitkisindən bir neçə növ konserv 
məmulatı 
hazırlandığından, 
onlar 
konserv 
sənayesi üçün əsas xammal hesab olunur.
Cəfəri, 
kərəviz, һavucda özünə məxsus ətri olan efir yağı 
vardır. Ona görə bunlar xörəklərə və duza qoyulan 
tərəvəzə ədviyyə kimi də qatılır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin