Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə17/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   14   15   16   17   18   19   20   21   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ş samiti. Ş samiti aşağıdakı şəraitdə öz məxrəcinə uyğun tələffüz olunur:

  • Söz başında: şad, şar, şərq, şəhər, şir və s.

  • Söz ortasında: maşa, maşın, meşə, mişar və s.

  • Söz sonunda: qardaş, aş, atəş, iş, keçmiş, sərxoş və s.

M samiti. M samiti aşağıdakı məqamda və şəraitdə öz məxrəcinə müvafiq , aydın tələffüz olunur.

  • Söz başında: maral, mən, moruq, mövzu və s.

  • Söz ortasında: kömür, hökümət və s.

  • Saitlər arasında: aman, əmanət, imarət və s.

  • Samit-sait arasında: alma, kəlmə, damla, əmlak və s.

  • Söz sonunda: şam, yem, qum, kəm, adam və s.

  • Söz daxilində qoşa m sərbəst üslubda aşağıdakı kimi tələffüz olunur.

  • Əgər ikinci m vurğulu heca tərkibindədrisə, tam halda və aydın birinci m isə yarımçıq tələffüz olunmalıdır: müəmma.

  • Başqa şərait və məqamda söz daxilindəki mm-dən birincisi tam halda, ikincisi m və ondan sonra gələn sait isə ixtisara düşür, tələffüz olunmur.

  • Söz daxilində m-dən sonra diş-dodaq samitlərindən t,v,n və xüsusən b yanaşı gəldikdə sərbəst üslubda assimilyasiyaya uyğun olaraq m əvəzinə n tələffüz olunmalıdır: sünbə (sümbə), zənbil (zəmbil) bonba (bomba)

L samiti. L samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur.

  • Söz başında: lay, lək, lil, lığ, lov və s.

  • Söz ortasında: ala, elə, belə, ilə, qılıq ulu və s.

  • Saitlə samit arasında: qaldır, aldat, bəlkə, qılçıq dolça

  • Samitlə sait arasında: anla, dinlə, mənlik və s.

  • Qoşalaşanda: yolla, tulla, güllə və s.

  • Söz sonunda: al, gəl, el, bil, ol, qul və s.

R samiti. R samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur:

  • Söz başında: rast, reys, rəf, ritm, rol və s.

  • Söz ortasında:

  • Saitlər arasında: aran, geri, bəri, iri və s.

  • Saitlə samit arasında: termin, bərk, xırda və s.

  • Samitlə sait arasında: qatran, sonra və s.

  • Qoşa sait arasında: cərrah, sərrast, sərraf və s.

  • Söz sonunda: var, şir, dur, qatar və s.

Ğ samiti. Ğ samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur.

  • Söz ortasında: lüğət, müğənni

  • Saitlər arasında: ağac, ağır, və s.

  • Saitlə samit arasında: ağrı, ağla, nəğmə və s.

  • Samitlə sait arasında: damğa, çalğı, çovğun və s.

  • Söz sonunda: ağ, yağ, lağ və s.

Söz sonunda kar samitdən əvvəl gələn ğ karlaşmış halda x çalarlığında tələffüz olunmalıdır: baxça (bağça), boxça (boğça).
Y samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur:

  • Söz başında: yay, yol, yəhər, yiyə və s.

  • Söz ortasında:

  • Saitlər arasında: qaya, ayaq, ayıq və s.

  • Saitlə samit arasında: aydın, heykəl, dəymiş və s.

  • Samitlə sait arasında: əşya, lobya, miqyas və s.

  • Qoşa y olanda: mahiyyət, nəşriyyat və s.

J samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur.

  • Söz başında: janr, jaket, jilet, jurnal və s.

  • Söz ortasında: əjdaha, pedaqoji, müjdə və s.



1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin