İstehlakçıların hüquqlarının müdafiəsi haqqında


İSTEHLAKÇILARIN İCTİMAİ TƏŞKİLATLARI (İSTEHLAKÇILAR BİRLİYİ)



Yüklə 41,49 Kb.
səhifə7/10
tarix26.12.2016
ölçüsü41,49 Kb.
#3578
1   2   3   4   5   6   7   8   9   10
İSTEHLAKÇILARIN İCTİMAİ TƏŞKİLATLARI (İSTEHLAKÇILAR BİRLİYİ)

Maddə 27. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi) və onların hüquqları

1. Azərbaycan Respublikasının vətəndaşları öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər.

İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında həyata keçirir. [18]

2.   İstehlakçılar birliyi:

malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın keyfiyyətinə və qiymətinə dair ictimai fikri öyrənmək;

malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq dövlət nəzarət orqanlarına müraciət etmək;

müvafiq icra hakimiyyəti orqanlarından və təsərrüfat subyektlərindən öz məqsəd və niyyətlərini həyata keçirmək üçün lazımi məlumat almaq;

malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək;

istehlakçılara qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək;

malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ sənədlərin hazırlanmasına dair təklif və rəy vermək;

qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək;

malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma qaydalarına. əməl edilməsi, müəyyənləşdirilmiş keyfiyyət tələblərinə uyğun gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin, xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrə və təşkilatlara təkliflər vermək;

istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların, qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə etmək;

keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;

istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək;

istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın inkişafına kömək göstərmək hüququna malikdir.

 


Yüklə 41,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin