110
kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət
olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə
körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.
1
Südəmər uşaqları sünnət edərkən, yarada iltihab,
şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq
və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu
zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət
etməklə yaranan hadisənin qarşısını almaq olar.
XÜMS VƏ ZƏKAT
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi,
ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır.
İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl
barəsində xülasə olaraq işarə edirik.
Dostları ilə paylaş: