İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Üz tükünün xeyirləri haqda həkimlərin



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə22/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   18   19   20   21   22   23   24   25   ...   190
Üz tükünün xeyirləri haqda həkimlərin 
söylədikləri 
Tanınmış  doktor  "Finkor  Corc"  deyir:  Saqqal  bir  çox 
xeyirlərə  malikdir,  o  cümlədən:  ağızın  qorunması,  ağız 
boşluğunda  əlavə  rütubətin  qarşısının  alınması,  dişlərin 
və selikli vəzlərin sağlamlığı.
2
  
"Gigiyenik  cəhətdən  üzün  qırxılması"  kitabının 
müəllifi  yazır:  Mimika  və  rəng  dəyişkənliyi,  bir  sıra 
boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz 
                                                 
1
 "Təfsire nomune", c.2, səh.379. 
2
 İslam baxımından üz qırxmaq 


 
27 
soyuqdəyməsi,  yanaqların  kənarında  bitən  xüsusi 
səpkilər,  bəzən  ağır  dişağrıları,  qripləmələr  müasir  elmi 
kəşflərə  əsasən,  bir  çox  hallarda  üz  tükünün  qırxılması 
nəticəsində baş verir. 
"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz 
kitabında  saqqalın  xeyirləri  və  onu  qırxmağın  zərəri 
haqda  söz  açaraq  yazmışdır  ki,  bəzi  şəxslər  üz  tükünü 
xoşlamırlar,  lakin  onlar  üz  tükünün  xeyirlərindən 
xəbərsizdirlər.  Xüsusilə  tanınmış  təcrübəli  həkim  Viktor 
Corc  bu  qənaətdədir  ki,  saqqal  xeyli  faydaları  özündə 
cəmləmişdir,  şübhəsiz  saqqal  ağızı  və  ətrafını  ona  üz 
gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani 
istiqamətdə  yarana  biləcək  artıq  rütubətin  qarşısını  alır. 
Viktor  Corcdan  əlavə,  başqa  həkimlər  də  vurğulamışlar 
ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan 
sonra,  onların  bir  çoxu  şiddətli  ağrılara,  şişginliyə  düçar 
oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı 
vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim 
müalicə  edərkən,  zökəm  xəstəliyinə  yoluxmuş  şəxsləri 
saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən 
yaxa qurtardılar.
1
 
Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən 
biri  də  budur  ki,  uzun  müddət  saqqallarını  qırxmayan 
şəxslərin  dəriləri  daha  sağlam  və  təravətli  qalır.  Çünki 
hazırda  isbat  edilmişdir  ki,  tüklər  havanın  ötürülməsi 
üçün  çox  xırda  dəliyə,  nəfəsliyə  malikdir.  Bu  nəfəslik 
vasitəsilə  oksigeni  dərinin  altına  ötürürlər.  Məhz  bu 
                                                 
1
 "Gigiyenik baxımdan üz qırxmaq", səh. 7. 


 
28 
cəhətdən  üzündə  tük  olan  şəxslərin  dəriləri  daha 
təravətli qalaraq, asanlıqla qırışmır. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin