İş №2-1(105)-307/2016 azərbaycan respublikasi adindan



Yüklə 36 Kb.
Pdf просмотр
tarix10.06.2017
ölçüsü36 Kb.

İş № 2-1(105)-307/2016

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R D A D

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

İNZİBATİ - İQTİSADİ KOLLEGİYASI

« 01 » noyabr 2016-cı il

Sumqayıt şəhərində

Sədrlik edən: Nazim Məcid oğlu Nəsibovdan,

Hakimlər: Afaq Bayram qızı Nuriyeva və Xəyalə Adil qızı Cəmilovadan ibarət

tərkibdə,

N.M.Nəsibovun məruzəsi ilə,

katib Vasif Valeh oğlu Vəliyevin iştirakı ilə,

İddiaçılar Süleymanov Anar Məzahir oğlunun, Süleymanova Aysel Məzahir

qızının, Mirzəyev Elxan Əşrəf oğlunun, Zəkiyeva Səadət Ramiz qızının, Hüseynov Taleh

İlham oğlunun, Qurbanova Rəhilə Paşa qızının, Qəhrəmanova Nərgiz Daşqın qızının və

Vəliyeva Xatirə Oqtay qızının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı

Sumqayıt şəhər İcra hakimiyyəti nəzdində Təmizlik Departamentinin itlərin öldürülməsi

ilə bağlı qanunsuz fəaliyyətinin dayandırılması və mütəmadi olaraq illər uzunu itləri

öldürdüyünə, həmçinin insanların həyatına təhlükə yaratdığına – cəmiyyət üçün təhlükəli

bir üsulla – insanların gur yaşadığı və istirahət etdiyi yerlərdə atəş açdığına və xuliqanlıq

hərəkətlərinə yol verdiyinə görə Sumqayıt şəhər İH Təmizlik Departamentinin işçisi

Abışov Mehman Abış oğlu barəsində cinayət işi qaldırılmasına dair xüsusi qərardad

çıxarılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin

17.06.2016-cı il tarixli qərardadından iddiaçıların nümayəndəsi K.Salehovanın verdiyi

apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N E T D İ :

İddiaçılar Süleymanov Anar Məzahir oğlu, Süleymanova Aysel Məzahir qızı,

Mirzəyev Elxan Əşrəf oğlu, Zəkiyeva Səadət Ramiz qızı, Hüseynov Taleh İlham oğlu,

Qurbanova Rəhilə Paşa qızı, Qəhrəmanova Nərgiz Daşqın qızı və Vəliyeva Xatirə Oqtay

qızı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra hakimiyyəti

nəzdində Təmizlik Departamentinin itlərin öldürülməsi ilə bağlı qanunsuz fəaliyyətinin

dayandırılması və mütəmadi olaraq uzun illər ərzində itləri öldürdüyünə, həmçinin

insanların həyatına təhlükə yaratdığına – cəmiyyət üçün təhlükəli bir üsulla – insanların

gur yaşadığı və istirahət etdiyi yerlərdə atəş açdığına və xuliqanlıq hərəkətlərinə yol

verdiyinə görə Sumqayıt şəhər İH Təmizlik Departamentinin işçisi Abışov Mehman Abış

oğlu barəsində cinayət işi qaldırılmasına dair xüsusi qərardad çıxarılması barədə tələblər

irəli sürmüşlər.

İddia ərizəsi bununla

əsaslandırılmışdır ki

, Sumqayıt şəhəri İcra Hakimiyyəti nəzdində olan

Təmizlik Departamenti uzun illərdir şəhər və onun ətraf ərazisində sahibsiz itlərin

müxtəlif yollarla, həmçinin gülləməklə öldürülməsi fəaliyyəti ilə məşğul olur. Bu

məqsədlə departamentin işçisi Abışov Mehman Abıvş oğlu daim tüfəng əlində küçələrdə

gəzir və itləri gördükdə güllələyir, kiçik itləri isə dəyənəklə öldürür. Bununla bağlı

iddiaçıların və digər vətəndaşların müxtəlif orqanlara müraciətlər etmələrinə baxmayaraq,

heç bir nəticə əldə olunmamışdır. 2014-cü ilin iyul ayında iddiaçı Anar Süleymanovun


Daxili İşlər Nazirliyinə müraciətindən sonra, Abuşov Mehman Abuş oğlu barəsində

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində 13.08.2014-cü il tarixdə Azərbaycan

Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsi ilə protokol tərtib edilmiş və

baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında İnzibati komissiyaya

göndərilmişdir. Lakin onun bu cür qanunsuz əməllərinin təsdiq olunmasına baxmayaraq,

M.Abuşovun barəsində yalnız xəbərdarlıq tətbiq edilmişdir, halbuki Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixl, 38 nömrəli qərarına əsasən

sahibsiz heyvanların xəstə olub-olmadığını ancaq həkim-baytar müəyənləşdirə bilər və

bundan sonra həmin heyvan haqqında qanunun yol verdiyi tədbir görülə bilər. Həmin

qərara görə heyvanın xəstə olması müəyyən edilərsə və insan üçün təhlükə yaradarsa,

müstəsna hallarda, heyvana heç bir işgəncə verməmək şərti ilə yalnız evtanaziya

(yatızdırmaq) üsulu ilə onun həyatına son qoyula bilər. Sumqayıt sakinlərinin iradlarına

cavab olaraq M.Abuşov onları da tüfənglə vuracağı ilə hədələmiş və təhqir etmişdir,

13.08.2014-cü ildə M.Abuşovun barəsində xəbərdarlıq tədbiri görülməsinə baxmayaraq,

o öz qanunsuz hərəkətlərini davam etdirir. Onun bu cür hərəkətləri şahid ifadələri və foto

şəkillərlə təsdiq edilir. Həmin hadisə ictimaiyyətin gözü önündə, azyaşlı uşaqların

yanında törədilməklə, iddiaçıların psixoloji cəhətdən böyük sarsıntı keçirmələrinə səbəb

olmuşdur.

Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin 17.06.2016-cı il tarixli qərardadı ilə

iddia qeyri-mümkün sayılmışdır (sədrlik edən V.Əzizova).

İddiaçıların nümayəndəsi və vəkili bu qərardaddan şikayət verərək, Sumqayıt

İnzibati – İqtisadi Məhkəməsinin 07.10.2015-ci il tarixli qərardadının ləğv edilməsini,

iddianın mümkünlüyü barədə yeni yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında iddiaçılar Xatirə Vəliyeva, Aysel Suleymanova,

Anar Suleymanov və iddiaçıların nümayəndəsi və vəkili Salahova Könül şikayəti

müdafiə etdilər.

Məhkəmə kollegiyasının iclasında Sumqayıt şəhər İH-nin nümayəndəsi

G.Əhmədova Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.06.2016-cı il tarixli

qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İş materiallarını yoxladıqdan, məruzəçini, iddiaçıların və onların nümayəndəsinin,

habelə cavabdehin nümayəndəsinin izahatlarını dinlədikdən sonra, məhkəmə kollegiyası

hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində

inzibati məhkəmə icraatı qaydasında baxıla bilən iddia növləri müəyyən edilmişdir ki,

həmin iddialar sırasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar

olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən

müdafiəyə dair iddialar (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) da nəzərdə

tutulmuşdur.

Bu normadan

göründüyü kimi, müvafiq növdə iddiaların verilməsi üçün inzibati

orqanın fəaliyyəti nəticəsində bilavasitə şəxsin hüquq və azadlıqlarının pozulması və

müdaxilənin məhz qanunsuz olması halları mövcud olmalıdır.

İşdən göründüyü kimi, sahibsiz itlərin insanların sıx olduğu yerdə və qanunsuz

şəkildə öldürülməsinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində olan

«Təmizlik Departamenti»nin əməkdaşları tərəfindən həyata keçirilməsi və bununla da,

bilavasitə iddiaçıların hüquq və azadlıqlarının pozulması halları öz təsdiqini tapmamışdır.

Sumqayıt şəhər Polis İdarəsi, 3-cü Polis Bölməsinin işdə olan 17.03.2016-cı il

tarixli, 126-3499-3216 saylı məktubundan görünür ki, Abuşov Mehman Abuş oğlu

barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə

toplanmış material aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün Sumqayıt şəhər İHB

2


yanında inzibati komissiyaya göndərilmişdir.

Sumqayıt şəhər İHB yanında İnzibati Komissiyanın 87 saylı, 07.10.2015-ci il

tarixli məktubundan görünür ki, Abuşov Mehman Abuş oğlu barəsində materiala İnzibati

Komissiyanın 02.10.2015-ci il tarixdə keçirilmiş iclasında baxılmış və M.Abuşovun

inzibati xətaya yol verməsini təsdiq edən kifayət qədər sübut olmadığı müəyyən

edilmişdir.

Beləliklə

də, cavabdehin

hərəkətləri

nəticəsində

iddiaçıların

subyektiv

hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı sübuta yetirilməmişdir,

halbuki yalnız subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına

müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək

hüququ verir.

«M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər

üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan

Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair»

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında

göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam

hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış

şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv

hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar;

başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn

ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element

isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə

qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa

şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də

həyata keçirilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə

əsasən bu Məcəllə ilə nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Mülki

Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin

və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o bu barədə

xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

Bu normanın tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, departamentin

işçisi M.A.Abuşov barəsində xüsusi qərardad çıxarılması barədə iddiaçının tələbi

mümkün sayıla bilməz, çünki onun əməlində hər hansı cinayətin əlamətləri müəyyən

olunmamışdır.

İşdən həmçinin görünür ki, iddiaçılar hazırkı, iddia ilə məhkəməyə müraciət

edərkən inzibati-prosesual qanunvericiliyə deyil, İnzibati Xətalar Məcəlləsinə istinad

etmiş, bununla da, inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşlar, çünki

inzibati icraat İnzibati Xətalar Məcəlləsi ilə deyil, İnzibati Prosessual Məcəllə ilə

tənzimlənir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə

əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində

inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati

orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan

maraqlarının

pozulduğunu

əsaslandırdığı

hallarda

mübahisələndirmə

haqqında,

məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən

çəkinməyə dair iddia mümkün sayılır.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın

mümkünsüz sayılması barədə məhkəmənin bu iş üzrə qərarı həmin normanın tələbinə

3


uyğundur.

Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və

əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır və şikayətin dəlilləri qanuna

uyğun qərardadın ləğvi üçün əsas ola bilməz.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsini

rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə R A R A A L D I :

Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin bu iş üzrə 17.06.2016-cı il tarixli

qərardadı dəyişiklik edilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin.

Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan

Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali

Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən:imza

Hakimlər:imzalar

Əsli ilə düzdür

Hakim

N.M.Nəsibov



4

Sədrlik edən

N.M.Nəsibov

Hakimlər

A.B.Nuriyeva

X.A.Cəmilova

5


6



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə