İş №1(105)-60/17 azərbaycan respublikasi sumqayit apelyasiyaməHKƏMƏSİ



Yüklə 44.21 Kb.
Pdf просмотр
tarix20.06.2017
ölçüsü44.21 Kb.

İş № 1(105)-60/17

AZƏRBAYCAN RESPUBLİKASI



SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

(Apelyasiya protestinin yekun baxışına dair)

18 yanvar 2017-ci il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası:

Sədrlik edən və məruzəçi hakim – Mövsümov Nazim Rasim oğlu,

Hakimlər – Zeynalov Mübariz Hüseyn oğlu və Zeynallı Fərmayıl Gülmalı oğlundan ibarət

tərkibdə,

Əlimərdanov Fərid Qalib oğlunun katibliyi ilə,

dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlunun, zərərçəkmiş şəxslər İsrafilova Gərəkməz

Nəsir qızının, Quliyeva Əley Cəmaləddin qızının,Talıbova İlhamə Qəhrəman qızının,

təqsirləndirilən şəxs Əmrahov Azad Əmrah oğlunun və onun müdafiəçisi Cəlalzadə Mehdi

Qurbanəli oğlunun iştirakları ilə, Əmrahov Azad Əmrah oğlunun, Əmrahova Arzu Bədir qızının və

Qədirova İrayət Əhmədağa qızının Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və

178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Qusar Rayon Məhkəməsinin 20 sentyabr

2016-cı il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş

prokuror Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə

iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Qusar Rayon Məhkəməsinin (hakim R.V.Kazımov) 20 sentyabr 2016-cı il tarixli hökmü ilə

02 iyun 1968-ci ildə Qusar rayonu, Yuxarı Zeyxur

kəndində anadan olmuş, Azərbaycan Respublikasının

vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan,

orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər

məhkum olunmamış, Qusar şəhəri, Müqtədir küçəsindəki

199 saylı evdə qeydiyyatda olan, faktiki Qusar şəhəri,

Nizami küçəsindəki 2 saylı evdə yaşayan, barəsində başqa

yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş

Əmrahov Azad Əmrah oğlu

Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib 4000

manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü

maddəsinə əsasən onun 5 ay 16 gün həbsdə saxlanılması nəzərə alınaraq ona təyin edilmiş cərimə

cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 1500 manat miqdarında cərimə cəzası

saxlanılmışdır.

Həmin hökmlə Əmrahova Arzu Bədir qızı və Qədirova İrayət Əhmədağa qızı Azərbaycan

Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib hər biri 3 il

müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin

70-ci maddəsinə əsasən həmin cəza onlara şərti olaraq tətbiq edilmiş və 2 il sınaq müddəti müəyyən

edilmişdir.

Hökmlə zərər çəkmiş şəxslər Talıbova İlhamə Qəhrəman qızı və Əşrəfov Rantik

Camaləddin oğlunun mülki iddiası təmin edilmiş, Əmrahov Azad Əmrah oğlundan, Qədirova İrayət


2

Əhmədağa qızından və Əmrahova Arzu Bədir qızından müştərək qaydada 5000 manat alınıb

Talıbova İlhamə Qəhrəman qızına, 2808 manat alınıb Əşrəfov Rantik Camaləddin oğluna

ödənilməsi barədə qərar qəbul edilmişdir.

Hökmə əsasən Əmrahov Azad Əmrah oğlu təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti

ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, arvadı Əmrahova Arzu Bədir qızı və qaynanası

Qədirova İrayət Əhmədağa qızı ilə birlikdə 13 dekabr 2013-cü il tarixdə Qusar şəhər sakini Əşrəfov

Rantik Camaləddin oğlunun etibarından sui istifadə edib, bankdan götürülən məbləğin özləri

tərəfindən ödəniləcəyi vədi ilə aldadaraq onu “Kapital bank”ın Qusar rayon filialından 5000 (beş

min) manat pulu götürməyə sövq etdikdən sonra, göstərilən pul vəsaitini ələ keçirib zərəçəkmiş

şəxsə xeyli miqdarda 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq

etmişdir.

Bundan başqa Əmrahov Azad Əmrah oğlu təkrarən tamah niyyəti ilə, qabaqcadan əlbir olan

bir qrup şəxs halında, arvadı Əmrahova Arzu Bədir qızı və qaynanası Qədirova İrayət Əhmədağa

qızı ilə birlikdə 2013-cü ilin dekabr ayının sonlarında Qusar şəhər sakini Əmirov Fərhad Firuddin

oğlunun onlara olan etibarından sui istifadə edərək, Qədirova İrayət Əhmədağa qızının yaşadığı

Nizami küçəsi ev2-yə bitişik olan kommersiya mağazası binasının tikintisi üçün ayrılmış S=108,0

m

2



sahəsini 0,38 ha ölçüdə satmaq adı ilə təklif etdikdən sonra, həmin sahənin sənədlərində olan

pozuntuları qanuni qaydada aradan qalıdmaq məqsədilə F.Əmirovu aldadaraq 2500 manat pul

vəsaitini ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

Daha sonra Əmrahov Azad Əmrah oğlu təkrarən tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir

qrup şəxs halında, arvadı Əmrahova Arzu Bədir qızı və qaynanası Qədirova İrayət Əhmədağa qızı

ilə birlikdə 29 dekabr 2013-cü il tarixdə Qusar şəhər sakini Quliyeva Əley Cəmaləddin qızının

etibarından sui istifadə edib, bankdan götürülən məbləğin özləri tərəfindən ödəniləcəyi vədi ilə

aldadaraq onu “Kapital bank”ın Qusar rayon filialından 4100 (dörd min yüz) manat pulu götürməyə

sövq etdikdən sonra, göstərilən pul vəsaitini ələ keçirib zərəçəkmiş şəxsə xeyli miqdarda 4100(dörd

min yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

Bundan başqa Əmrahov Azad Əmrah oğlu təkrarən tamah niyyəti ilə, qabaqcadan əlbir olan

bir qrup şəxs halında, arvadı Əmrahova Arzu Bədir qızı və qaynanası Qədirova İrayət Əhmədağa

qızı ilə birlikdə 12 mart 2014-cü il tarixdə Qusar şəhər sakini İsrafilova Gərəkməz Nəsir qızının

etibarından sui istifadə edib, bankdan götürülən məbləğin özləri tərəfindən ödəniləcəyi vədi ilə

aldadaraq onu “Kapital bank”ın Qusar rayon filialından 3000 (üç min) manat pulu götürməyə sövq

etdikdən sonra, göstərilən pul vəsaitini ələ keçirib zərəçəkmiş şəxsə xeyli miqdarda 3000 (üç min)

manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir.

Bundan başqa Əmrahov Azad Əmrah oğlu təkrarən tamah niyyəti ilə, qabaqcadan əlbir olan

bir qrup şəxs halında, arvadı Əmrahova Arzu Bədir qızı və qaynanası Qədirova İrayət Əhmədağa

qızı ilə birlikdə 11 dekabr 2014-cü il tarixdə Qusar rayonu Köhnə Xudat kənd sakini Talıbova

İlhamə Qəhrəman qızının etibarından sui istifadə edib, bankdan götürülən məbləğin özləri

tərəfindən ödəniləcəyi vədi ilə aldadaraq onu “Dəmirbank”ın Qusar rayon filialından 5000 (beş

min) manat pulu götürməyə sövq etdikdən sonra, göstərilən pul vəsaitini ələ keçirib zərəçəkmiş

şəxsə xeyli miqdarda 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq

etmişdir.

Hökmdən dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu apelyasiya protesti verərək

Əmrahov Azad Əmrah oğlunun, Əmrahova Arzu Bədir qızının və Qədirova İrayət Əhmədağa

qızının Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum

olunmalarına dair Qusar Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmünün Əmrahov

Azad Əmrah oğlunun təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə

növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi

təqsirləndirilən şəxs Əmrahov Azad Əmrah oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin

xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını nəzərə almamış, ona

şəxsiyyətinə uyğun olmayan və cəzanın məqsədlərinə cavab verməyən yüngül cəza təyin etmişdir.

Məhkəmənin təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsi barədə qərarı

Azərbaycan Respublikası CM-nin 8, 41, 58, 59 və 60-cı maddələrinin tələblərinə uyğun gəlmir.

Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi



3

tərəfindən müəyyən edilmiş işin faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız

apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya

məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi

apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti və apelyasiya protestinin

dəlillərindən asılı olmayaraq yoxlanılır.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci

instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları

Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə

iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxslərin əməllərinə

hüquqi qiymət vermişdir.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – təqsirləndirilən şəxslər A.Ə.Əmrahovun,

A.B.Əmrahovanın, İ.Ə.Qədirovanın, zərər çəkmiş şəxslər R.C.Əşrəfovun, G.N.İsrafilovanın,

Ə.C.Quliyevanın, İ.Q.Talıbovanın və F.F.Əmirovun, şahidlər E.K.Seyidrzayevin, S.S.Əzimovanın,

Z.İ.Talıbovun ifadələri ilə A.Ə.Əmrahovun qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və

xeyli miqdarda aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi təsdiq edilmişdir.

Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə

toplanmış sübutlara düzgün qiymət verərək A.Ə.Əmrahovun əməlini haqlı olaraq Azərbaycan

Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmiş və həmin maddələrlə

onu təqsirli bilmişdir.

A.Ə.Əmrahovun əməlinin tövsifi və cinayət törətməkdə təqsirli olması apelyasiya protestində

mübahisələndirilmir.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən A.Ə.Əmrahova təyin edilmiş

cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni

cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət

törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş

cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını

yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və

onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Təqsirləndirilən şəxs A.Ə.Əmrahov qəsdən mülkiyyət əleyhinə az ağır cinayəti həm

qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, həm təkrarən, həm də xeyli miqdarda törətmişdir.

Dələduzluq əməlinin qanunla nəzərdə tutulmuş bir neçə ağırlaşdırıcı hallarda törədilməsi həmin

əməlin daha yüksək ictimai təhlükəliliyə malik olduğunu göstərir. Cinayət nəticəsində zərər çəkmiş

şəxslərə vurulmuş maddi ziyan tam ödənilməmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmadan, A.Ə.Əmrahova

onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan cərimə növündə yüngül

cəza təyin edilmişdir.

Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası,

məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin

törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs

A.Ə.Əmrahova törətdiyi cinayətin ağırlığına uyğun olmayan cərimə növündə yüngül cəza təyin

edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını düzgün

tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, A.Ə.Əmrahovun törətdiyi

cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi,

habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün ona Azərbaycan Respublikası CM-nin 178.2.1,

178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin

edilməlidir.

Təqsirləndirilən şəxs A.Ə.Əmrahova təyin ediləcək azadlıqdan məhrum etmə növündə

cəzanın müddətini müzakirə edərək məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ilk dəfə cinayət

məsuliyyətinə cəlb edilməsini, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını,

cinayət nəticəsində vurumuş maddi zərərin qismən ödənilməsini nəzərə alıb ona Azərbaycan

Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan


4

məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir.

Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə məhkəməyədək və birinci

instansiya məhkəməsində icraatın aparılması zamanı Əmrahov Azad Əmrah oğlu 04 aprel 2016-cı il

tarixdən 20 sentyabr 2016-cı il tarixədək, yəni 5 ay 16 gün həbsdə saxlanılmışdır.

Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın

aparılması zamanı Əmrahov Azad Əmrah oğlunun həbsdə saxlanılması müddəti ona təyin olunmuş

cəza müddətinə daxil edilməlidir.

Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Əmrahov Azad Əmrah oğlu az

ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəzasını

ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Azərbaycan Respublikası CM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın

cinayətin ağırlığına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi

üçün əsasdır.

Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə

araşdırıb, dövlət ittihamçısının, zərər çəkmiş şəxslərin, təqsirləndirilən şəxsin müdafiəçisinin

çıxışlarını nəzərə alaraq hesab edir ki, apelyasiya protesti təmin edilməli, Əmrahov Azad Əmrah

oğlunun, Əmrahova Arzu Bədir qızının və Qədirova İrayət Əhmədağa qızının Azərbaycan

Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair

Qusar Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmü yuxarıda göstərilən əsaslara görə

Əmrahov Azad Əmrah oğluna aid olan hissədə dəyişdirilməlidir.

Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.4, 407 və 410-cu maddələrini rəhbər

tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D I:

Əmrahov Azad Əmrah oğlunun, Əmrahova Arzu Bədir qızının və Qədirova İrayət

Əhmədağa qızının Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə

məhkum olunmalarına dair Qusar Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmü

Əmrahov Azad Əmrah oğluna aid olan hissədə dəyişdirilsin.

Əmrahov Azad Əmrah oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və

178.2.4-cü maddələri ilə təyin edilmiş 1500 manat miqdarında cərimə cəzası 3 (üç) il müddətinə

azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin.

Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Əmrahov Azad Əmrah oğlunun

həbsdə saxlanıldığı 5 (beş) ay 16 (on altı) gün ona təyin edilmiş cəzaya hesablansın və Əmrahov

Azad Əmrah oğlunun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 14 (on dörd) gün azadlıqdan məhrum

etmə cəzası saxlanılsın.

Əmrahov Azad Əmrah oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə

müəssisəsində çəksin.

Əmrahov Azad Əmrah oğlunun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə

zalından həbsə alınsın.

Cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2017-ci il tarixdən hesablansın.

Apelyasiya protesti təmin edilsin.

Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti

və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən hakim imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür:



Hakim:

Nazim Mövsümov





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə