İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ ariçiliq təSƏRRÜfati: Bakı 2016



Yüklə 6.43 Mb.
Pdf просмотр
səhifə1/8
tarix19.06.2017
ölçüsü6.43 Mb.
  1   2   3   4   5   6   7   8

İQTİSADİ TƏŞƏBBÜSLƏRƏ YARDIM
İCTİMAİ BİRLİYİ
ARIÇILIQ
TƏSƏRRÜFATI:
Bakı - 2016
KİÇİK SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

Kitabça İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ BİA-nın
maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın
inkişafına dəstək” layihəsi çərçivəsində hazırlanıb.  
Hazırladı:
Rövşən AĞAYEV
Samir ƏLİYEV
Az1102, 2-ci Alatava küçəsi, 9
Tbilisi pr.,
Tel.: (99412) 4317713
E-mail: sei@azeronline.com
Web: www.sei.az
© İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi

Mündəricat
Giriş........................................................................................................................5
Arıçılıq təsərrüfatlarını kimlər yarada bilər?  ................................................7
Arıçılıq təsərrüfatlarının hüquqları və vəzifələri............................................9
Arıçılıqda mülkiyyət hüququ..........................................................................10
Həvəskar və peşəkar arıçılar kimlərdir? ........................................................11
Bal arısı cinsləri və populyasiyaları ölkəyə gətirilə bilərmi?......................13
Əhalinin təhlükəsizliyi üçün arıxanaların yerləşdirilməsi məsafəsi ........18
Arıçılıq sahəsində dövlət nəzarəti ..................................................................19
Damazlıq arıçılıq təsərrüfatlarının attestasiyadan keçirilməsi..................22
Baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) alınması ............24
Arı məhsullarının keyfiyyətinə dair dövlət standartları ............................28
Arıçılıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması ......32
Arı məhsullarının qablaşdırılması və etiketləşdirilməsi ............................47
İxrac edilən arı məhsullarının baytarlıq (baytarlıq-sanitariya)
vəziyyətinin yoxlanılması, onların ölkə ərazisindən çıxarılması ..............49
Arı məhsullarının satışı ....................................................................................52
Yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyət ..........................................................................................................54
Arı məhsulları: İstehlakçı üçün məlumat  ....................................................58
Arıçılıq təsərrüfatlarının uçotu ......................................................................66
Arı ailəsinin standart gücünün müəyyən edilməsi ....................................69
Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirləri..................................70
Arı xəstəlikləri ....................................................................................................73
Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin
Siyahısı ................................................................................................................79
Arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi....81
Arıçılıqla bağlı avadanlıqlar ............................................................................84
Anlayışlar ............................................................................................................95
Əlavələr ....................................................................................................................
Ədəbiyyat ................................................................................................................
3
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

Ön söz 
Bu bələdçi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) maliyyələşdirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına
Dəstək” layihəsi çərçivəsində hazırlanıb. 
Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühitinin daha
da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində kiçik sahibkarlığın
vəziyyəti və problemləri araşdırılır, qanunvericiliyin təkmilləşdirilməsinə,
dövlət idarəetmə institutlarının gücləndirilməsinə dair təkliflər hazırlanır,
konkret kiçik sahibkarlıq sahələrindəki maneə və çətinliklər təhlil edilir,
qadın-ailə  biznesinin  inkişafına  dair  tədqiqatlar  aparılır  və  tövsiyələr
hazırlanır və bir sıra digər vacib istiqamətlərdə işlər görülür. 
Layihənin icraçıları bunlardır: Sahibkarlığın və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu (aparıcı təşkilat), İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, Kiçik və Orta Müəssisələrin
İnkişafına Yardım Mərkəzi, Gələcəyə Körpü Gəncə gənclər ictimai birliyi
və Quba Xalça Dünyası Assosiasiyası. 
Bu kitabça arıçılıq təsərrüfatları yaratmaq istəyən fiziki və hüquqi
şəxslərin hansı prosedurları keçməli olduğu göstərir. 
Kitabçada  arıçılıq  sferasında  biznes  qurmaq  istəyən  kiçik  və  orta
sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı, vergi rejimi, ara düzgün qul-
luq  və  onların  zərərvericilərdən  qorunması  üçün  zəruri  bilgilər,  arı
məhsulları  istehsalı  üçün  vacib  olan  dövlət  standartları,  tələb  olunan
sertifikatların növləri və onların alınması formaları və s. əks olunub.
Bələdçi kiçik sahibkarlıqla məşğul olan subyektlər üçün nəzərdə tu-
tulub. 
4
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Giriş
Azərbaycanda tarixən arıçılıq ənənələri olub. Sovet dövründə arıçılıq
təsərrüfatlarının inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infra-
struktur yaradılsa da, SSRİ dövlətinin süqutundan sonra belə təsərrüfatlar
dağılmağa  başladı.  Ölkədə  arıçılıq  təsərrüfatları  uzun  müddət  əsasən
həvəskar arıçılar tərəfindən idarə olunub və ənənələr məhz onlar tərəfindən
qorunub saxlanılıb. Bu gün arıçılıq təsərrüfatları kiçikölçülüdür. 
Arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz növlə -
rindən biridir. Azərbaycan dünyada ən məşhur arı cinslərindən biri olan
Boz Qafqaz arısının vətənidir. Ölkədə daha çox “Boz Dağ Qafqaz”, ”Sarı
İran” arı cinslərinin “Qabaqtəpə”,  “Qonaqkənd”, “Azərbaycan”, “Talış” və
“Naxçıvan” arı populyasiyaları mövcuddur. Dünyada mövcud olan 24 arı
cinsinin 2-si Azərbaycandadır.
Hazırda ölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250
mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Ölkədə hər bir
arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Ekspertlərin hesablama -
larına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat
ən azı 200 arı ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları
üzrə bərabər paylanmayıb. Mütəxəssislər ölkədə arı ailələrinin sayının 600-
700 minə çatdırmaq potensialının olduğunu bildirir və Aran regionun
arıçılıq üçün əlverişli olduğunu qeyd edirlər.
Ölkənin təbii bal istehlakına olan tələbatının 2400-2500 tonu daxili
istehsal hesabına təmin edilir. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox
artsa da hələki tələbatın bir hissəsi idxal hesabına təmin edilir. Əsas səbəb
istehsal olunan balın maya dəyərinin baha olması və həcminin lazımi həddə
olmamasıdır. 
Azərbaycanda  kiçik  sahibkarlığın  inkişaf  etdirilməsinin  potensial
sahələrindən biri də arıçılıq sektorudur. Ölkədə fəaliyyət göstərən arıçılar
əsasən həvəskardan ibarətdir. Onlar fəaliyyətləri zamanı müxtəlif prob -
lemlərlə qarşılaşırlar və bəzi hallarda həmin problemi həll etməkdə çətinlik
çəkirlər. Məsələn, arı xəstəliklərinin müəyyən edilməməsi və ona qarşı
tədbirlər görülməməsi, damazlıq işinin düzgün qurulmaması, arı ailələrinin
5
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

düzgün köçürülməməsi, arıçılıq avadanlıqlarının olmaması bir sıra hallarda
məhsuldarlığı aşağı salmaqla yanaşı arı ailələrinin məhv olmasına da səbəb
olur.
Azərbaycan təbiəti arı təsərrüfatlarının sayının dəfələrlə artırılmasına
təminat verir. Mövcud arıçılıq təsərrüfatlarının böyüməsi və yeni yaradılan
təsərrüfatların isə dirçəlməsi üçün onların öz hüquq və vəzifələrini bilməsi
zəruridir. Şübhəsiz, kiçik biznes təmsilçilərinin də öz növbəsində qanun-
verciliyin onlara verdiyi hüquqlarla bağlı müfəssəl məlumatla malik olması
vacib şərtlərdəndi. Bu buraxılış məhz həmin hüquqların öyrənilməsində
arıçılıq xidməti göstərən kiçik sahibkarlara bələdçilik etmək məqsədilə
hazırlanıb.
6
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Arıçılıq təsərrüfatlarını kimlər yarada bilər? 
Arıçılıq fəaliyyəti arı yetişdirmə, damazlıq arıçılıq və əmtəəlik arıçılıq
istiqamətlərində həyata keçirilir. Arıçılıq təsərrüfatları hüquqi və fiziki
şəxslər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır. 
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin,
vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin Nazirlər Kabinetinin
müəyyən  etdiyi  qaydada  həvəskar  və  peşəkar  arıçılıqla  məşğul  olmaq
hüququ vardır.
Qanunvericiliyə görə, arıçılıq təsərrüfatları dövlət, bələdiyyə və ya xü-
susi mülkiyyətdə ola bilərlər.
Arıçılıq təsərrüfatlarının eyni ərazidə və müxtəlif bölgələrdə bir və bir
neçə arıxanası ola bilər.
Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan arı ailələrinin,
arıxanaların və arıçılıq təsərrüfаtlаrının say tərkibinə məhdudiyyət
qoyulmur.
Damazlıq  arıçılıq  təsərrüfat ları  əsasən  yüksək  məhsuldar  ana
arılarının və arı ailələrinin yetişdi rilməsi və təkrar istehsalı ilə məş ğul olur,
onların  təşkili  və  fəaliyyəti  Azərbaycan  Respublikasının  müvafiq
qanunvericiliyinə uyğun hə yata keçirilir.
7
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

Vergi rejimi
«Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəşt -
lərinin verilməsi haqqında» Qanuna edilmiş dəyişikliklərə görə, kənd tə -
sər rüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) 2014-cü
il yanvarın 1-dən başlayaraq 5 il müddətinə aşağıdakı vergiləri ödəməkdən
azaddırlar:
Mənfəət vergisi
Əlavə dəyər vergisi
Sadələşdirilmiş sistem üzrə vergi
Əmlak vergisi
Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, fiziki şəxslərin bila -
vasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlər
vergidən azaddır.
Məcəllənin 106.1.14-cü maddəsinə görə, hüquqi şəxslər
də 2014-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisi ödəməkdən
azaddırlar.
Kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  (o  cümlədən,
sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı
məhsullarının satışı üzrə dövriyyələri ƏDV ödəməkdən azaddır.
(Maddə
164.1.18). Eyni zamanda kənd təsərrüfatı heyvanlarının və quşların profi -
laktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq prepa -
ratlarının idxalı da ƏDV-dən azaddır. Məcəllənin 199.9-cu maddəsinə görə,
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye
üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan
əmlaka  görə  5  il  müddətinə  əmlak  vergisini  ödəməkdən  azaddırlar.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə)
tərəfindən  özlərinin  istehsal  etdikləri  kənd  təsərrüfatı  məhsullarının
satışından əldə edilmiş hasilatın həcmi 2019-cü il yanvarın 1-nə qədər
sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
(Maddə
219.7.)
Qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsal çı -
larına tətbiq edilən müddətli vergi güzəştləri əsas fəaliyyəti arıçılıq inventarı
və avadanlığı hazırlamaq olan fiziki və hüquqi şəxslərə şamil olunur.
8
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Arıçılıq təsərrüfatlarının hüquqları və vəzifələri
Arıçılıq  təsərrüfatları  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada
sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən ana arıları və
arı ailələrini yetişdirmək, saxlamaq, arıçılıq məhsullarının dövriyyəsi ilə
məşğul olmaq, arı ailələrindən entomofil bitkilərin tozlandırılmasında
istifadə etmək və həmin məqsədlə onları icarəyə vermək, аrılаrı və arıçılıq
məhsullarını idxal və ixrac etmək, sərgilərdə, yarmarkalarda iştirak etmək
hüquqlarına  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hüquqlara
malikdirlər.
Arıçılıq təsərrüfatları müvafiq qanunvericiliyin, o cümlədən arıçılığa
dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qay -
dalarına riayət etmək, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçi -
rilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstə rişləri
icra etmək, aidiyyəti üzrə məlumatları (sənədləri) təqdim etmək vəzifələrini
və qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirirlər.
Arıçılıq təsərrüfatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə
ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədilə qanunveri ci -
lik də  nəzərdə  tutulmuş  qaydada  qeyri-kommersiya  qurumları  yarada
bilərlər.
Arıçılığın  inkişafını  təmin  etmək  məqsədilə  arıçılıq  təsərrüfatları
dövlət və bələdiyyə mülkiyyətində olan məhsuldar balyığma mənbələ -
rindən mövsümi istifadə edə bilərlər.
Arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində
olan  ərazilərdən,  habelə  bələdiyyə  mülkiyyətində  olan  meşə  və  meşə
zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi
istifadəsinə  görə  arıxana  sahiblərinin  pul  və  ya  digər  formada  haqq
ödəmələri tələb olunmur. Göstərilən sahələrdən arıçılıq məqsədləri üçün
istifadənin məhdudlaşdırılmasına yol verilmir.
Arıxana sahibləri mövsümi istifadə müddətində balyığma mənbəyi
kimi istifadə etdikləri ərazilərin mühafizəsinə dair qanunvericiliyin tələb -
lərinə əməl etməlidirlər.
9
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

Arıçılıqda mülkiyyət hüququ
Arıxanalarda olan arı ailəsi, arı beçəsi və arıçılıq sahəsində fəaliyyəti
həyata  keçirmək  üçün  lazım  olan  alət,  ləvazimat,  avadanlıq  və  tikililər
arıxana sahiblərinə mülkiyyət və (və ya) istifadə hüququnda mənsub ola
bilər.
Hüquqi və fiziki şəxslər arıxanalarından başqa əraziyə uçub getmiş və
orada məskunlaşmış və ya yad pətəyi tutmuş arı ailəsini (təbii arı beçəsini)
müntəzəm izlədikləri halda həmin arı ailəsini (arı beçəsini) öz əmlakı kimi
yığıb geri qaytarmaq hüququna malikdirlər.
Hüquqi və fiziki şəxslərin arıxanalarından uçmuş arı beçəsi başqaları
ilə birləşərək bir yerə toplanarsa, birləşmiş arı beçələri həmin şəxslərin
ümumi mülkiyyəti hesab olunur və onun bölünməsi, o cümlədən birləşmiş
arı  beçəsinin  özgəninkiləşdirilməsindən  əldə  edilən  pul  vəsaitinin  arı
beçəsinin sayına uyğun bölünərək sahiblərinə ödənilməsi tərəflər arasında
razılaşmaya əsasən həyata keçirilir.
Yad ərazidə məskunlaşmaq və ya yad pətəyi tutmaqla əlaqədar zərər
vurulduğu halda zərərçəkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada
əvəz ödənilməsini tələb edə bilər.
10
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

Həvəskar və peşəkar arıçılar kimlərdir?
Hər bir şəxs seçimindən asılı olaraq arıçılıqla həvəskar və ya peşəkar
şəkildə məşğul ola bilər. Bunun üçün müvafiq tələblərə əməl etməlidir.
Bütün bunlar Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Həvəskar və peşəkar arıçılıqla məşğul olma
Qaydası” 
ilə tənzimlənir.
Qaydaya görə, Azərbaycan Respublikasının vətəndaşları, hüquqi və
fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər
həvəskar və peşəkar arıçılıqla məşğul ola bilərlər.
Həvəskar arıçılar
Qaydaya görə, əsas iş yerindən əlavə, məşğuliyyət kimi özəl təsərrüfa -
tında standart gücə uyğun arıxanası olan şəxslər həvəskar arıçılar dır.
Həvəskar arıçılar arıçılıqla əlaqədar bilikləri, qulluq və saxlama qaydalarını
onlar  üçün  təşkil  edilmiş  kurslarda,  peşəkar  arıçılardan,  bu  sahəyə  aid
ədəbiyyatlardan  və  təlimatlardan  öyrənirlər.  Həvəskar  arıçı  «Arıçılıq
haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə
ciddi əməl edir.
Həvəskar arıçılıq təsərrüfatlarına baytarlıq (baytar sanitariya) pas-
portu (şəhadətnaməsi) verilir.
Peşəkar arıçılar
Peşəkar  arıçılara  arıçılıq  sahəsində  kursları,  ali,  orta  və  peşə
məktəblərini bitirən, standart gücə uyğun arı ailəsi saxlayan fiziki və hüquqi
şəxslər daxildirlər.  Peşəkar arıçı arıxanada damazlıq-seleksiya işlərini aparır,
bu sahəyə elmin nailiyyətləri və qabaqcıl təcrübəni tətbiq edir, damazlıq
işini yaxşılaşdırmaq məqsədi ilə ana arıları və arı ailələri yetişdirib satır.
11
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

Qanunvericiliyə görə, özəl damazlıq işi ilə məşğul olan peşəkar arıçı -
nın arıxanası standart gücə malik arı ailələrindən ibarət olduğu təqdirdə,
dövlət reyestrinə daxil edilir və onlara Kənd Təsərrüfatı Nazirliyinin şə -
hadətnaməsi verilir.
Bütün peşəkar arıçılıqla məşğul olan təsərrüfatlara baytarlıq-sanitariya
pasportu (şəhadətnaməsi) verilir.
Peşəkar arıçının təsərrüfatı əmtəəlik arıçılıq məhsulları istehsal edir,
onun satışı ilə məşğul olur, yarmarkalarda və sərgilərdə iştirak edir. Peşəkar
arıçının damazlıq təsərrüfatı əsasən yüksək məhsuldar ana arılarının və
ailələrinin yetişdirilməsi, reproduksiya edilməsi və təkrar istehsalı ilə məş -
ğul olur.
12
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
Yüzdən artıq arı ailəsi olan, mövcud yerli standartlara cavab
verən, 100 faiz arı genofonduna uyğun təmizlikdə yetişdirilən,
arıxanada arı ailəsinin 40 faizi yüksək bonitirə sinfinə aid olan
və hər an ailəsindən 15-20 kq bal alan təsərrüfatlar peşəkar
arıçının arıxanası hesab edilir.

Bal arısı cinsləri və populyasiyaları
ölkəyə gətirilə bilərmi?
Azərbaycan  Respublikasında  yerli  bal  arısı  genefonduna  Bozdağ
Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı
Qafqaz arı cinsinin Azərbaycan, Naxçıvan və Talış populyasiyaları daxildir.
Arıçılıqda damazlıq işini düzgün təşkil etmək və onun məhsuldarlığını
artırmaq, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qoru -
nub saxlanılmasını, təkmilləşdirilməsini, onların çoxaldılmasını və istifadə -
sinin yaxşılaşdırılmasını təmin etmək üçün bal arısı cinsləri və populya-
siyaları rayonlaşdırılır, onların ayrılıqda uçotu aparılır.
Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaş -
dırılması Qaydası”
na əsasən, bal arısı cinslərini və onların populyasiya -
larını müxtəlif mövsümlərdə illik nektar gəliri və su mənbələri ilə fasiləsiz
təmin etmək məqsədi ilə onların respublikanın aran, dağətəyi və dağlıq böl -
gələrinə il ərzində 4-5 dəfə köçürülməsi nəzərə alınaraq, rayonlaş dırılması
təmin edilməlidir.
Təbii  coğrafi  iqlim  şəraitinə  uyğunlaşması  və  xəstəliklərə  dözüm-
lülüyü,  eyni  zamanda  bitki  örtüyünə  olan  tələbatı  nəzərə  alınaraq,  arı
ailələrini köçürmək məqsədi ilə bal arısı cinsləri və populyasiyaları aşağı -
dakı kimi rayonlaşdırılır:
13
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

14
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

15
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi

Arıçılıq subyektləri (həvəskar arıçılar istisna olmaqla) arı cinslərinin
və onların populyasiyalarının rayonlaşdırılması prinsiplərinə riayət etməyə
borcludurlar.
Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının
qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan bal
arısının ölkə ərazisinə kənardan gətirilməsi və ölkə ərazisindən çıxarılması
qadağandır.
Rayonlaşdırılmamış arı cinsləri hansı halda ölkə ərazisinə 
gətirilə bilər?
Rayonlaşdırılmamış arı cinslərinin ölkə ərazisinə gətirilməsi forması
Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Res -
publikasının ərazisinə gətirilməsi Qaydası” 
əsasında tənzimlənir. Qay-
daya görə, arıçılıq subyektləri ölkəyə rayonlaşdırılmamış arı cinsləri gətir-
məmişdən əvvəl Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət edir və əri -
zədə arı cinsinin gətirilməsinin məqsəd və səbəblərini göstərir. Ərizəyə hə -
min arı cinsinin məhsuldarlığını və bioloji xüsusiyyətlərini əks etdirən
məlumatlar əlavə olunur. 
Arı ailələrində keçici arı xəstəlikləri olan ölkələrdən arı cinslərinin və
onların populyasiyalarının gətirilməsinə yol verilmir.
16
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
DİQQƏT! 
Bir rayonda yuxarıda qeyd olunan arı
cinsləri və onların populyasiyalarından başqa, digər
cinslərin yetişdirilməsinə və saxlanılmasına yol verilmir.
Yalnız Kənd Təsərrüfatı Nazirliyinin icazəsindən sonra,
xarici ölkələrdən Azərbaycan Respublikasına arı cinsləri
idxal edilə bilər.

Ölkədən kənara
çıxarılmasına məhdudiyyət
qoyulan damazlıq arı
növləri
Qabaqtəpə arı cinsi və
Lənkəran boz arı
populyasiyası
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2008-ci il 19 avqust tarixli 190
nömrəli qərarı ilə təsdiq edilib
Azərbaycan Respublikasına xarici ölkələrdən rayonlaşdırılmamış arı
cinsləri və onların populyasiyaları Akademik F.Ə.Məlikov adına Azərbaycan
Elmi-Tədqiqat  Heyvandarlıq  İnstitutu,  Azərbaycan  Elmi-Tədqiqat
Baytarlıq İnstitutu, Milli Elmlər Akademiyasının müvafiq institutları və
müqavilə əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar digər müvafiq
təşkilatlar tərəfindən elmi tədqiqatlar aparmaq və onları sınaqdan keçirmək
məqsədi ilə gətirilə bilər.
Ölkəyə idxal olunmuş arı cinsləri, onların ailələri dövlət damazlıq və
baytarlıq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerli arıxanalardan
təcrid olunmuş formada saxlanılır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin icazəsi ilə
xaricdən gətirilmiş, elmi tədqiqat sınaqlarından keçmiş və respublikanın
təbii-iqlim şəraitinə uyğunlaşmış an cinslərinin üzərində damazlıq-selek-
siya işləri aparılır.
17
Arıçılıq təsərrüfatı: kiçik sahibkarlar üçün bələdçi



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə