İqtisad elminin metodologiyası



Yüklə 23,59 Kb.
tarix16.11.2019
ölçüsü23,59 Kb.
#29597
iq metodg

İqtisad elminin metodologiyası

İqtisadi problemlərin ciddi tadqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir. Metodologiya – metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar: 1) Subyektivçi (subyektiv idealizm mövqeyindən); 2) Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən); 3) Rasionalist; 4) Dialektik materislist; Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur. Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur. Rasionalist yanaşmada sivilizasiyanın “təbii” və ya rasionalist qanunlarını tapmağı qarşısına məqsəd qoyur. Belə yanaşma cəmiyyəti bərabərhüquqlu subyektlərin məcmusu kimi təsəvvür edən subyektçilərdən fərqli olaraq cəmiyyəti siniflərə bölündüyünü etiraf etməyə imkan verirdi. Belə yanaşmada əsas diqqət dəyərə, qiymətə, iqtisadi qanunlara verildi. Dialektik-materialist yanaşma elmi problemlərin empirik pozitivizm (təcrübə) əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunurdu. İqtisadi problemlər və hadisələr daima yaranır, inkişaf edir və məhv olurlar, yəni daim hərəkətdədirlər, dialektika da bundadır.

 bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca “Methodos” sözündən olub tədqiqat yolu deməkdir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çuğlaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışları heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, məhiyyətini əks etdirir. İkinci bir metod isə analiz və sintez metodudur. Analiz metodu vasitəsilə iqtisadi hadisələr bütöv bir şəkildə dötürülüb, sadəkəşdirilir və müəyyən hissələrə, tərəflərə ayrılır. Bu zaman iqtisadi sistemin hər hissəsi ayrı – ayrı təhlil edilir, mahiyyəti üzə çıxarılır. Daha sonra isə sintez etmək yolu ilə bu hissələr iqtisadi sistemdə birləşdirilir. Digər bir metod isə tarixi və məntiqi metoddur. Bu metod yolu ilə iqtisadi anlayışlar, kateqoriyalar, qanunlar xronoloji ardıcıllıqla şərh edilir. Məntiqi metod vasitəsilə isə iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi təhlil edilir. Burada tarixi metodla məntiqi metod bir – birini tamamlayır və vəhdət təşkil edir. Bundan başqa induksiya və deduksiya kimi araşdırma vasitələri (metodları) da mövcuddur. İnduksiya sözünün mənası latıncadan tərcümədə “yönəltmə“ deməkdir.Bu metod yolu ilə ilk növbədə iqtisadi problemlərə aid faktlar yığılır, seçilib sistemləşdirilir. Bundan sonra iqtisadi nəzəriyyənin əsas vəzifəsi yığılmış faktları ümumiləşdirmək və mənasını izah etməkdir. İnduksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip”, və “modellər” çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya – latın dilində mənası hasiletmə deməkdir. Deduksiya metodu vasitəsilə toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün vacib tövsiyələr hazırlanır. Beləliklə, həm deduksiya, həm də induksiya metodlarının birllikdə tətbiq edilməsi nəticəsində nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək olur. Yuxarıda qeyd etdiyimiz metodlar iqtisadi hadisə və proseslərin keyfiyyət tərəfləri vasitəsilə başa düşülməsi, dərk edilməsi idi. Lakin, bununla yanaşı bu hadisə və proseslərin kəmiyyət tərəfləri yolu ilə dərk edilməsi də mövcuddur. Kəmiyyət tərəfləri isə statistikanın, riyazi üsulların, modelləşdimə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar, metodlar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində, tədqiq edilməsində geniş istifadə olunur. Məlumdur ki, müxtəlif elm sahələri öyrəndiyi obyektinə və predmetinə görə bir-birindən fərqlənirlər. Fizika, kimya, tarix, ədəbiyyat, astrologiya və s. hər birinin özünəməxsus predmeti vardır. O, cümlədən iqtisad elminin də.

İndiki sistemli şəkil alana kimi iqtisad elmi uzun tarixi inkişaf yolu keçmişdir.

Bütün elmlər kimi iqtisad elmi də xüsusi inkişaf fazalarını keçmişdir: elmi inkişafa qədər (XVIII əsrə qədər); iqtisad elminin meydana gəlməsi (1750-1870); başlıca nəzəri prinsiplərin kəşfi və tədqiqi (1870-1930); tədqiqatların müasir dərinləşdirilməsi və təkmilləşdirilməsi.

Bütün iqtisad elmlərinin təsnifatında iqtisadi nəzəriyyə aparıcı rol oynayır. Onun cəmiyyətin həyatında rolunu və əhəmiyyətini dərk etmək üçün bütün iqtisad elmlərinin elmi-nəzəri-metodoloji bazası və əsası kimi elmi-tədqiqat obyektini və predmetini aydınlaşdırmaq lazımdır. Bütün konkret iqtisad elmləri də özlərinin konkret tədqiqat obyektinə və predmetinə malikdir.

İqtisadi nəzəriyyənin bir elm kimi obyekti-iqtisadiyyatdır, təsərrüfat həyatıdır.

Birinci mövzuda qeyd etdiyimiz kimi iqtisadiyyat isə cəmiyyətin yaşayıb inkişaf etməsi üçün mühüm bir sahədir, eyni zamanda mürəkkəb, dəyişkən, geniş, əhatəlidir. hələ e.ə. 450355-ci illərdə yaşamış yunan filosofu Ksenefont iqtisadiyyatoykonomiya anlayışını ev təsərrüfatı, yaxud “Ev iqtisadiyyatı” kitabında işlətmişdir. “Oykonomiya” yəni “oykos” (ev təsərrüfatı) və “nomos” (qanun, qayda) söz birləşmələrindən əmələ gələrək “ev təsərrüfatı qaydaları”, yaxud “ev təsərrüfatının idarə olunması qayda-qanunları” mənasını verir.

Sonralar yunan filosofu Aristotel (e.ə.384-322) bu sözü daha geniş mənada cəmiyyətin siyasi quruluşu ilə əlaqəli öyrənməyi təklif edirdi. İqtisadiyyat elmi bir sistem kimi tətbiq olunmasından başlayaraq hazırki dövrə qədər Aristotelin bir sıra ideyalarını inkişaf etdirmiş, onun elmi təfəkkürün formalaşması üçün xüsusi əhəmiyyəti nəzərə alınmışdır.

Deyə bilərik ki, bu gün iqtisadiyyat sahəsində elmi-nəzəri biliklər hər kəsə bütün peşə və ixtisas sahiblərinə lazımdır. Çünki iqtisadiyyat qarşılıqlı əlaqəli vahid bir sistem kimi, insan fəaliyyətinin istehsal, xidmət və mənəvi sahələri ilə birbaşa və dolayı yollarla bağlıdır.

Beləliklə, iqtisadi nəzəriyyənin predmetini belə ifadə etmək olar: o məhdud resurslar şəraitində maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iqtisadi davranışı, iqtisadi münasibətləri və onları idarə edən qanunları öyrənən elmdir. Bu tərifi daha da dəqiqləşdirsək, tarixən elmi yanaşmaları nəzərə alsaq belə deyə bilərik – iqtisadi nəzəriyyə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqtisadi resursların məhdudluğu və cəmiyyətin tələbatlarının sonsuzluğu reallığında maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakını idarə edən qanunlar və qanunauyğunluqları öyrənən elmdir.

İqtisadi nəzəriyyənin predmetini konkret şəraitdə və ardıcıllıqla öyrənmək lazımdır. Bu zaman aşağıdakı amillər nəzərə alınmalıdır:

Tədqiqat sahəsi və mühiti;

İqtisadi hadisələr və proseslər;

İdarəetmə strukturları, fiziki və hüquqi subyektlər;

İqtisadi nəzəriyyənin tədqiqat predmeti və funksiyaları.

İqtisadi nəzəriyyənin predmetinə dair müxtəlif iqtisadi fikirlər mövcuddur. Onların haqqında daha yeni məlumatı növbəti mərhələlərdə öyrəcəksiniz.

Əvvəlcə “sistem” anlayışını izah edək. “Sistem”, “sistemlilik” anlayışları istər təbiət, istərsə də cəmiyyətdə inkişafa, fəaliyyətə aid olan, səbəb-nəticə əlaqəliliyi şərti ilə mövcud olan prosesləri əks etdirir. Bu anlayış həmçinin dünyada, təbiət və cəmiyyətdə, şüurda bir sistemin olduğunu əks etdirir. Beləliklə, deyə bilərik ki, “sistem bir-biri ilə qarşılıqlı əlaqə, asılılıq və təsirdə olan, onun əsasında vəhdət təşkil edən nizamlanmış çoxlu komponentlər məcmusudur.

Ədəbiyyat

1. İqtisadi nəzəriyyə dərslik AMEA-nın müxbir üzvü Prof. T.S. Vəliyevin ümumi redaktorluğu ilə. Bakı 2002

2. İqtisadi nəzəriyyə dərslik Bakı 1999

3. S.İbadov İqtisadiyyat(iqtisadi nəzəriyyə) dərslik Bakı 2008
Yüklə 23,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin