İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi



Yüklə 57,01 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 3. Milli və dünya dinləri

Qədim türk inancları

(tanrıçılıq)

Göy Tanrı və ya Tenqriyə (“Tenqri”) inanc yalnız qədim türklərdə rast gəlinirdi. Əski türk dilində “Tenqri” sözü sifət kimi işlədilərək “səmavi, ilahi” mənasına gəlirdi. Göy Tanrı dedikdə isə, göyün də bir yaradanı olduğu nəzərdə tutulurdu.
Qədim türklər inanırdılar ki, canlı və cansız aləmi yaradan Göy Tanrı kainatın müqəddəratını müəyyənləşdirir. O, hakimi-mütləqdir, xaqanları, yəni hökmdarları təyin edir, türkləri qoruyur. Odur ki, onlar döyüşlərdəki qələbələrini, yaxud məğlubiyyətlərini birbaşa bu uca tanrının hökmü ilə bağlayırdılar. Bununla yanaşı, qədim türklər Göy Tanrının təsvir olunmasına qarşı çıxırdılar. Əski türk inancına görə, kainat Göy Tanrı tərəfndən yaradıldığı üçün onun bütün elementləri (günəş, ay, ulduz, dağ, təpə, dəniz, çay, bulaq, mağara, meşə və s.) ruha malikdir. Beləcə ətraf aləmin ünsürlərini müqəddəsləşdirən türklər “Yer-Su” adlandırdıqları təbiət ruhlarına da inanırdılar. Onların inancına görə, bu təbiət ruhları Göy Tanrıdan asılıdır. Ona görə onlara hörmət göstərməkvacib sayılırdı. Yer-Su ruhları müxtəlif qruplara bölünürdü. Məsələn, dağ ruhları, meşə ruhları, su ruhları və s. Qədim türklər meşəyə daxil olduqda sakitliyə riayət etməyə və ona zərər vurmamağa çalışır, yalnız Yer-Su ruhlarının “razılığını aldıqdan” sonra təbiətin bəxş etdiyi nemətlərdən istifadə edirdilər. Qədim türklərin təbiətlə bağlı dini təsəvvürlərindən danışarkən, dair inancı da qeyd etmək lazımdır. Belə ki, türklər ana təbiətə “Ötügən” (Ana Torpaq) adı vermişdilər. Həmçinin “Ötügən” əski türklərin müqəddəs saydıqları meşələrlə örtülü bir dağın adı idi. Türklər inanırdılar ki, Torpaq Ananın insanlara münasibəti ağacların vəziyyəti ilə müəyyən olunur. Əgər ağaclar sağlam, güclü yetişir və bol meyvə verirlərsə, deməli Torpaq Ana insanlardan razıdır. Bu səbəbdən qədim türklər güclü və böyük bir ağaca tərəf duraraq Torpaq Anaya dua edirdilər. Həmçinin qədim türklər arasında totemizm geniş yayılmışdı. Məsələn,türk mifologiyasında boz qurd müqəddəs heyvan sayılırdı. Türklərdəki boz qurd totemi mübarizliyi, çevikliyi, vüqarlı olmağı və azadlığı təmsil edirdi. Bununla yanaşı, türk dastanlarında türklərin əcdadlarının boz qurddan törəndikləri barədə bəhs olunur.

Qədim türklərdə at da müqəddəs sayılırdı. At çapmaqda məharətləri ilə
seçilən türklər bu heyvana sədaqətinə görə ehtiram göstərirdilər. Həmçinin
qədim türk dastanlarında qəhrəmanların adı atları ilə birlikdə çəkilərdi. Məsələn,
Tulpar adı ilə tanınan qanadlı atdan tez-tez bəhs edilir. Təsadüf deyildir ki, qədim
türklərdə döyüşçünün öz atı ilə birgə dəfn olunması adəti geniş yayılmışdı. Qədim türklərin inanc sistemində “atalar” kultu əhəmiyyətli yer tuturdu. “Atalar” kultu ailənin vəfat etmiş üzvünə ehtiram və təzim göstərməyi ifadə edir. Bu ehtiram yaşlılara, xüsusən ata və babalara qarşı göstərilir. Qədim türklər əcdadların ruhlarına qurban gətirərək dualar edərdilər. Hətta onların şərəfnə xüsusi mərasim və bayramlar təşkil edilərdi. Həmçinin “atalar” qədim türklərdə qayda-qanunların yaradıcıları, adət-ənənələrin qoruyucuları olaraq qəbul edilirdi. Bəzi tarixi qaynaqlarda qədim türklərdə təbiətin “od” ünsürünün də müqəddəs sayıldığı qeyd olunur. Qədim türklər inanırdılar ki, evin və ailənin ruhunu özündə ehtiva edən “od” ünsürü təmizləyici qüvvəyə sahibdir. Qədim türklərin dini inancları barədə danışarkən qeyd etmək lazımdır ki, onlar arasında şamanizm geniş yayılmışdı. Əksər türk xalqları İslam dinini qəbul etdikdən sonra türk dünyasında şamanizm tədricən əhəmiyyətini itirmişdir. Lakin müasir dövrdə Ural və Altay dağları arasında yaşayan türk xalqlarının dini təsəvvürlərində şamanizm hələ də mühüm yer tutur.

Beləliklə, qədim dövrlərdə müxtəlif türk xalqları arasında fərqli dini təsəvvürlərə rast gəlinsə də, sırf onlara məxsus, ortaq bir Göy Tanrı inancı mövcud olmuşdur.


Buddizm
Buddizm dünyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq və İslam) ən qədimidir. Buddizmin ümumbəşəri din sayılmasının səbəbi onun Xristianlıq və İslam kimi etno-konfessional və coğraf sərhədləri aşaraq, fərqli mədəniyyət və ənənələrə mənsub müxtəlif xalqların dininə çevrilməsidir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500 milyon (təqribən 1 milyonunu rahiblər təşkil edir) mənsubu vardır və onlar əsasən, Cənub, Cənub-Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, Çin, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, Yaponiya, eləcə də Sinqapur və Malayziyada çinli əhalinin məskunlaşdığı bölgələrdə) yaşayırlar. Həmçinin Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya respublikalarında ənənəvi olaraq Buddizmə sitayiş olunur.

Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində yaranmışdır. Bu dövrdə Hindistanın məhz həmin bölgəsində yeni dini təlimin yaranmasına bir sıra faktorlar təsir göstərmişdir.

Ümumiyyətlə, Buddizmin dəqiq yaranma tarixi barədə tədqiqatçılar arasında yekdil fkir mövcud deyil. Ona görə də şərti olaraq e.ə. 544-cü il UNESKO tərəfndən bu dinin yaranma tarixi kimi qəbul edilmiş və buna əsasən 1956-cı ildə

Buddizmin 2500 illiyi qeyd olunmuşdur.

XIX əsrin sonlarından etibarən Buddizmin Avropa və Amerika qitələrində
yayılması prosesi başlamışdır. Elə “Buddizm” termini də XIX əsrdə avropalılar
tərəfndən bu dinə verilən addır. Buddizm ilk baxışda dindən daha çox, fəlsəf sistemə bənzəyir. Ona görə də bəzi tədqiqatçılar ona fəlsəf-etik təlim, idrakla bağlı elm və mədəni ənənə kontekstində yanaşmışlar. Lakin qeyd etmək lazımdır ki, Buddizmdə bir dinə xas olan bütün keyfyyətlər mövcuddur. Buddizm kainatı yaradan fövqəlqüdrətin (tanrının) mövcudluğu ideyasından bəhs etməsə də, ümumən, mistik təmayüllü din kimi xarakterizə olunur.

Buddizmin mahiyyətini anlamaq üçün ilk növbədə Siddhartha Qautamanın
ənənəvi həyat hekayəsini bilmək olduqca vacibdir. Buddizmin mənbələrində qeyd
olunur ki, gələcək Budda döyüşkən Sakya çarlığının hökmdarı Suddhodananın
ailəsində şahzadə olaraq dünyaya gəlmişdir. Paytaxtı Kapilavastu şəhəri olan bu
kiçik dövlət Hindistanın şimal-şərqində, Himalay dağlarının ətəyində yerləşirdi
(hazırda Nepalın ərazisidir).

Budda sağlığında özündən sonra icmanı idarə etmək üçün heç kəsi təyin etməmişdir. Ona görə də onun vəfatından qısa müddət sonra tələbələri Rajagriha
şəhərində toplaşaraq ilk böyük şura yığıncağı çağırdılar. Şuranın məqsədi Buddanın dediyi və öyrətdiyi bütün məsələlərin şifahi ötürülməsində səhvlərin baş
verməməsini təmin etmək idi. Buddanın üç məşhur tələbəsi – Ananda, Mahakaşyapa və Mahamaudqalyayana hafzələrindən Buddanın fəlsəf təlimini, moizələrini, nəsihətlərini, öyrətdiyi normaları, icmanın qayda və qanunlarını bir araya gətirirlər. Sonrakı dövrlərdə də buddist rahiblər arasında yaranmış müəyyən fkir ayrılıqlarını aradan qaldırmaq üçün üç böyük şura yığıncağı çağırılmış və imperator Aşokanın (e.ə. 273-232) bu məsələdə xüsusi xidmətləri olmuşdur. Ümumiyyətlə, Buddizmin tarixi baxımından e.ə. III əsrdə Hindistanda hakimiyyətdə olmuş imperator Aşokanın fəaliyyəti böyük əhəmiyyət kəsb etmişdir.
Belə ki, Aşoka Buddizmi qəbul etdikdən sonra, onun geniş arealda yayılması istiqamətində tədbirlər görmüş, bu dinin təbliğatçılarını dəstəkləməklə onu dövrünün ən böyük dininə çevirmişdir.

Buddizmin təliminin əsas hədəf, icra olunan bütün ibadət və normaların məqsədi insanı həyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq mənəvi xoşbəxtlik, səadət hissinə - Nirvanaya çatdırmaqdır. Qədim hind fəlsəfəsi və dini dünyagörüşünə görə, insan, heyvan və bitkilər bədən və ruha sahibdirlər.
Tədqiqatçıların ümumi fkrinə görə, Buddanın doktrinası aşağıdakı təlimləri ehtiva edir:

- Dörd nəcib həqiqət haqqında təlim;

- Səkkiz mərhələli nəcib qurtuluş yolu barədə təlim;

-Qarşılıqlı asılılığın yaranması qanunu barədə təlim;

- Varlığın üç fundamental xüsusiyyəti: a) dəyişkənlik, b) şəxsiyyətsizlik,

c)qənaətbəxş olmama barədə təlim

- Dharma haqqında təlim;

- Boşluq haqqında təlim;

- “Mən”in – nəfsin yox edilməsi barədə təlim (anatmavada)
Buddizmin sadalanan təlimlərinin əsasında Dörd nəcib həqiqət haqqında ideya
dayanır: 1-ci həqiqət dünyada hər şeyin əzab, əziyyət, iztirab, narahatlıq, narazılıq, qeyriməmnunluq, həyəcan, təşviş, təlaş, qorxu olduğunu ifadə edir. Buna “dukkha” deyilir. Yəni doğum, qocalıq, xəstəlik, bir sözlə ötəri olan hər şey əzab və iztirabdır; 2-ci həqiqət dukkhanın səbəbini göstərir. Yəni əzab və iztirabın mənbəyi arzu və istəkdir; 3-cü həqiqət dukkhadan azad olmağın, onun səbəblərinin aradan qaldırılmasının mümkünlüyünü açıqlayır; 4-cü həqiqət isə dukkhanın yox edilməsinin yeganə yolunu göstərir və bunun nirvanaya çatmaq olduğunu bildirir.
Bu yol isə, öz növbəsində, səkkiz mərhələdən keçir. Səkkiz mərhələli nəcib qurtuluş yolunun ümumi mahiyyəti müdrik olmaqdan, əxlaqlı davranmaqdan
və zəkanın nizam-intizamda saxlanılmasından ibarətdir. Yəni qurtuluşa çatmaq
istəyən insan həyata müdrikcəsinə yanaşmalı, hər şeyi doğru anlamalı, saf
niyyətli olmalı və bütün məsələlərə düzgün istiqamətdən baxmalıdır. Əxlaqlı
olmaq üçün doğru danışmalı, yaxşı işləri görməli və düzgün həyat tərzi
seçməlidir. Zəkanın nizam-intizamda saxlanılması isə doğru yöndə çalışmaq,
səy göstərmək, düşüncəni düzgün istiqamətə yönəltmək və bir yerə toplamaqla
mümkündür. Qarşılıqlı asılılığın yaranması və dharma (varlığın ümumi qanunu)
haqqında konsepsiya, eləcə də “mən”in – nəfsin yox edilməsi barədə doktrina
da Buddizm təlimində əsas yerlərdən birini tutur. Qarşılıqlı asılılığın yaranması
qanunu Buddizmdə varlığın əsas qanunu hesab edilir. Yəni bu dünyada bütün
hadisələr səbəbiyyət əlaqəsindən asılıdır və bu qanunauyğunluqdur. Hər hansı
təsadüf mövcud deyil. Heç nə boş yerə yaranmır və ya yox olmur, hər şeyin səbəbi vardır. Buddizm mənbələrində qeyd olunur ki, arası kəsilməyən bu sonsuz zəncirvari dəyişkənlik ailəmində bənd rolunu oynayan “skandhi” adlı kiçik hissəciklər vardır və yalnız bu hissəciklər möhkəm sayılır, dəyişikənliyə uğramır. Budda hesab edirdi ki, insan nəfsinin – “mən”inin möhkəm, bölünməz hissəciyi isə “atmana”dır. O, hər bir şəraitdə stabildir. Stabillik, öz növbəsində, asılılıq yaradır, asılılıq isə əzab və iztiraba səbəb olur. Ona görə də atmananı daim qruplaşdırılmış skandhilərlə əvəzlədikdə insan asılılıqdan qurtulur, bununla da əzab və iztirabdan azad olur. Bir sözlə, bu qeyd olunan təlimlərin məqsədi insanın eqosentrizmdən xilas olmağına yönəlmişdir. Buddizmdə aləmi yaradan tanrı ideyasından bəhs olunmur. Çünki Budda tanrı haqqında fkir söyləməmişdir. Bu baxımdan aləmin yaradılışı və sonu haqqında səmavi dinlərə məxsus metafzik anlayışlar Buddizmə xas deyil. Buddistlərin nəzərində kainat əzəldən sonsuz olaraq yaranma və məhv
olma xüsusiyyətinə malikdir. Bu dinə görə, kainatın sayı sonsuz olduğu kimi,
buddaların sayı da sonsuzdur. Budda Şakyamuni tələbələrinə özünün 25-ci
budda olduğunu bildirmiş, həmçinin ondan sonra Metteyya (yaxud Maytreya)
adlı buddanın gələcəyini söyləmişdir. Onun zühur edəcəyi dövr “qızıl əsr”
dövrü hesab olunacaqdır. Buddaların vəzifəsi müəllimlik edərək insanlara
qurtuluş yolunu göstərməkdir. İnsan isə yalnız öz səyi və çalışqanlığı ilə xilas
olacaqdır.
Bu dinin mənsublarının praktik əxlaq və ehkam normaları baxımından minimum aşağıdakı beş öhdəliyə riayət etmələri vacibdir:

1.Canlı varlıqlara heç bir ziyan yetirməmək;

2. Əgər könüllü bəxş etmirsə, heç kimdən heç nə almamaq;

3.Ər-arvad sədaqətini pozmamaq;

4. Yalan danışmamaq;

5. Sərxoşedici içki və digər vasitələrdən uzaq durmaq.

Budda daim səyahət edərək öz təlimini insanlara öyrətdiyi üçün onun
sağlığında sözləri yazılı mətn formasına salınmamışdır. Ona görə də Buddizm
dörd əsrə yaxın müddət ərzində nəsildən-nəsilə şifahi şəkildə öyrədilmişdir.
Buddizm geniş ərazilərdə yayıldıqca onun fəlsəfəsinin və təlimlərinin izahında müəyyən fərqliliklər yaranmış, bu da tarixi dövr ərzində bu dinin müxtəlif istiqamət və məktəblərinin meydana gəlməsinə səbəb olmuşdur.

Məsələn, Çin və Yaponiyada Buddizm bu ölkələrin mədəniyyətindən, adət-ənənələrindən xeyritəsirlənmiş, nəticədə yerli cərəyanlar meydana gəlmişdir. Bu gün Yapon xalqı sintoizmə bağlı olsa da, Buddizmə də dərin hörmət bəsləyir. Hətta bir çox yapon sintozmlə Buddizmi bir-birini tatamlayan iki din kimi qəbul edir. Məsələn, bir yaponun sintoizm məbədində evlənməsi və buddist məbədində icra olunan mərasimlə dəfn edilməsi normal hesab olunur.

Həmçinin qeyd etmək lazımdır ki, Yaponiyada Buddizmin təkamülü təzadlı
xarakter daşıyır.

Qeyd etmək lazımdır ki, XII əsrdən etibarən Buddizm Hindistandan tamamilə sıxışdırılıb çıxarılsa da, son altmış ildə bu ölkədə yenidən kiçik buddist
qruplar meydana gəlməyə başlamışdır. Bu gün Hindistanda 4 milyona yaxın
buddist olduğu ehtimal edilir. Tibetdən mühacirət edən buddistlər sayəsində
Hindistanın şimalında Buddizmin lamaizm qolunun mənsublarının sayı 100
min nəfəri ötmüşdür. Hazırda Dharamsala şəhəri lamaizmin güclü təbliğat
mərkəzinə çevrilmişdir. Həmçinin Buddizmin bu forması tarixi dövr ərzində
Monqolustanda, Rusiya Federasiyasının Buryatiya, Kalmıkiya, Tıva və digər
regionlarında yayılmışdır.

Buddizm son yarım əsrdə Avropa və Amerikada ciddi maraq cəlb
etməyə başlamışdır. Tibetdən və Vyetnamdan bir çox buddistin mühacirəti nəticəsində Avropada bu dinin 10 minlərcə mənsubu olan icmaları formalaşmışdır. Onlar arasında xeyli sayda yerli avropalılar da vardır. Avropada buddist meditasiyalarına maraq göstərənlərin sayı artmaqdadır. ABŞ-ın beynəlxalq “PEW” Araşdırmalar Mərkəzinin 2010-ci il üçün olan məlumatına görə, ümumilikdə Avropada 1 milyon 330 min, Amerika qitəsində isə 4 milyon
270 min buddist yaşayır.


Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin