İNKİŞaf – MƏQSƏDİMİZDİR



Yüklə 2.6 Mb.
Pdf просмотр
səhifə1/31
tarix06.07.2017
ölçüsü2.6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

 

 

 

İNKİŞAF –  

MƏQSƏDİMİZDİR 

 

 



ON SƏKKİZİNCİ  KİTAB 

————— 

İYUN 2006 - AVQUST 2006 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2014 

 

 



 

 

 



ÇIXIŞLAR * NİTQLƏR 

 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR * FƏRMANLAR 

 

 



 

AZƏRNƏŞR  

BAKI - 2014 

 

 



BBK 32 

Ə 56                  

 

Buraxılışına məsul 



akademik 

 

        RAMİZ MEHDİYEV 

 

ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2014,  424  səh. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  «İnki-

şaf-məqsədimizdir»  çoxcildliyinin  oxuculara  təqdim  olunan  bu 

cildində müstəqil Azərbaycan tarixinin ən yeni dövrünün çox mühüm 

və  əhəmiyyətli  hadisəsi  olan  Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin 

istismara  verilməsinə  həsr  olunmuş  mərasimdə  çıxışı,  Avropanın, 

ümumiyyətlə  dünyanın  bir  çox  ölkələri  ilə  siyasi,  iqtisadi,  elmi-

mədəni  və  digər  sahələrdə  uğurlu  inkişafa,  əməkdaşlığa  dair 

materiallar verilmişdir. 

Kitabda  prezident  İlham  Əliyevin  ölkəmizdə    ətraf  mühitin  mü-

hafizəsi,  regionların  sosial-iqtisadi  inkişafı,  gənc  nəslin  milli-mənəvi 

dəyərlərə  bağlılığı  və  intellektual  səviyyəsinin  yüksəldilməsi, 

idmanımızın dünya səviyyəsində inkişafı, eyni zamanda ictimai-siyasi 

həyatın  digər  məsələlərinə  həsr  olunmuş  çıxış  və  nitqləri    geniş  yer 

tutmuşdur. 

Bu  cilddə,  həmçinin,  Bakıya  gəlmiş  bir  sıra  dövlət  və  hökumət 

başçılarının,  beynəlxalq  təşkilatların  nümayəndələri  ilə  görüşləri, 

kütləvi  informasiya  vasitələrinə  verdiyi  müsahibələri  və  Dağlıq 

Qarabağ  probleminin  sülh  yolu  ilə    həlli  və  münaqişənin  nizama 

salınması  ilə  əlaqədar  ölkəmizin  prinsipial  mövqeyi  öz  əksini  tap-

mışdır. 

 

İSBN  978-9952-8100-7-3 

 

32

-

ББК

     

          

          

2014

651(07)

М

0801000000

Я

  





 

 

         ©  Azərnəşr,  2014



 

 



 

 

 



QARA DƏNİZ BİZNES FORUMUNUN 

İŞTİRAKÇILARINA  

 

Hörmətli forum iştirakçıları! 



Sizi  ürəkdən  salamlayır  və  Qara  Dəniz  Biznes  Foru-

munun işə başlaması münasibətilə təbrik edirəm. 

Dünya iqtisadiyyatına inteqrasiya hər bir ölkənin inkişafında 

mühüm  rol  oynayır.  Müasir  dövrdə  ölkələrarası  iqtisadi 

əlaqələrin  genişlənməsi  həmin  ölkələrin  bu  əməkdaşlıqdan 

qarşılıqlı  faydalanması  ilə  yanaşı,  dünyada  gedən  qloballaşma 

prosesində onların fəal iştirakı üçün əlverişli imkanlar açır. Bu 

baxımdan regional əməkdaşlığın əhəmiyyəti çox böyükdür. 

Şərqin  və  Qərbin  qovuşuğunda  yerləşən  Azərbaycan  tarixi 

İpək Yolu vasitəsilə Qara dəniz hövzəsi dövlətləri ilə çoxəsrlik 

ticarət əlaqələrinə malikdir. Qara dəniz hövzəsi, eyni zamanda, 

ölkəmizin Avropaya inteqrasiyasında da körpü rolunu oynayır. 

Təsadüfi  deyil  ki,  keçən  əsrin sonlarında  Qara  dəniz  və  Xəzər 

dənizi  hövzəsində  yerləşən  ölkələrin  inkişafına  dəstək  və 

onların  arasında  əməkdaşlığın  gücləndirilməsi  məqsədi  ilə 

yaradılan  Qara  Dəniz  Ticarət  və  İnkişaf  Bankı  çox  qısa  dövr 

ərzində sürətlə inkişaf edərək ən nüfuzlu regional təşkilatlardan 

birinə  çevrilmişdir.  Azərbaycan  Respublikası  regionda 

iqtisadiyyatın  ayrı-ayrı  sahələrinin  inkişafına  dəstək  verən  və 

vacib layihələrin maliyyələşdirilməsində fəal iştirak edən Qara 

Dəniz  Ticarət  və  İnkişaf  Bankı  ilə  əməkdaşlığa  xüsusi  diqqət 

yetirir. 

Qara  Dəniz  Ticarət  və  İnkişaf  Bankı  Müdirlər  Şurasının 

toplantısının  və  bu  tədbir  çərçivəsində  keçirilən  biznes  foru-

munun  Azərbaycanda  təşkili  sürətli  iqtisadi  inkişaf  dövrünü 

yaşayan  ölkəmiz  üçün  əlamətdar  hadisədir.  Məlumdur  ki, 

sosial-iqtisadi  tərəqqi  yalnız  sahibkarlığın  inkişafına  dövlət 

dəstəyi  və  ölkələr  arasında  qarşılıqlı  səmərəli  biznes  əlaqə-



 

 



lərinin  mövcudluğu  şəraitində  mümkündür.  Ona  görə  də  biz 

inanırıq  ki,  bankın  gördüyü  işlər regionda əlverişli  biznes  mü-

hitinin  formalaşmasına  və  nəhəng  layihələrin  həyata 

keçirilməsinə  təkan  verməklə,  bütövlükdə  ölkələrimizin  tərəq-

qisinə  və  insanların  həyat  səviyyəsinin  yüksəlməsinə  xidmət 

edir. Əminəm ki, gələcəkdə də işlərin bu istiqamətdə aparılması 

regionda, o cümlədən Azərbaycanda iqtisadiyyatın inkişafına öz 

dəyərli töhfəsini verəcəkdir. 

Bugünkü  tədbirin  Qara  dəniz  və  Xəzər  dənizi  hövzəsində 

yerləşən ölkələr üçün əhəmiyyətini bir daha vurğulamaqla Sizə 

işinizdə uğurlar arzulayıram. 

Dərin hörmətlə

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 12 iyun 2006-cı il 



 

 

 



 

 

 

CORC BUŞ ADMİNİSTRASİYASI APARATININ 

KEÇMİŞ RƏHBƏRİ CON SUNUNU İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

12 iyun 2006-cı il  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyu-



nun  12-də  Prezident  sarayında  ABŞ-ın  Nyu-Hempşir  ştatının 

keçmiş  qubernatoru,  Corc  Buş  Administrasiyası  aparatının 

sabiq rəhbəri Con Sunununu qəbul etmişdir.  

Söhbət  zamanı  Azərbaycan–ABŞ  ikitərəfli  münasibətləri, 

regional  əməkdaşlıq  barədə  və  qarşılıqlı  maraq  doğuran  bir 

sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  

 

 



 

 

 

 

 

 

 

 

 

 



 

 

 

«bp–AZƏRBAYCAN» ŞİRKƏTİNİN           



PREZİDENTİ DEVİD VUDVORD VƏ                  

«BTC  KO» ŞİRKƏTİNİN BAŞ İCRAÇI 

DİREKTORU MAYKL TAUNZEND                       

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

13 iyun 2006-cı il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  13-də  Prezident  sarayında  «bp–Azərbaycan»  şirkə-

tinin prezidenti Devid Vudvordu və «BTC Ko» şirkətinin Baş 

icraçı direktoru Maykl Taunzendi qəbul etmişdir.  

Devid  Vudvord  cənab  Maykl  Taunzendin  Azərbaycanda 

fəaliyyətinin  başa  çatdığını  xatırladaraq,  Bakı–Tbilisi–Cey-

han əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsində 

onun uğurlu işini vurğuladı.  

Prezident İlham Əliyev Maykl Taunzendin xeyli müddətdir 

Azərbaycanda işlədiyini bildirərək dedi ki, o, möhtəşəm BTC 

layihəsinin  həyata  keçirilməsi  sahəsində  uğurla  çalışmışdır. 

Maykl  Taunzend  ölkəmizdə  gördüyü  işlərə  və  BTC  neft 

kəmərinin çəkilməsi ilə bağlı əldə edilmiş tarixi nailiyyətlərin 

iştirakçısı olduğuna görə fəxr edə bilər. Əminəm ki, o, Azər-

baycanla  əlaqələrini  bundan  sonra  da  uzun  müddət  saxla-

yacaqdır.  

Dövlətimizin  başçısı  BTC  layihəsinin  həyata  keçiril-

məsində  xidmətlərinə  görə  Maykl  Taunzendin  «Şöhrət»  or-

deni ilə təltif olunması barədə sərəncam imzaladığını bildirdi 

və ordeni ona təqdim etdi.  

Maykl  Taunzend  yüksək  mükafata  görə  prezident  İlham 

Əliyevə təşəkkürünü bildirərək dedi: Bu mənim üçün böyük 


 

 



şərəfdir. Sizin qeyd etdiyiniz kimi, mən Azərbaycanda həya-

tımın ən gözəl illərini yaşadım və işlədim. Burada keçirdiyim 

illər  xoş  xatirə  kimi  qəlbimdə  daim  yaşayacaqdır.  Cənab 

Prezident, Sizə bir daha dərin təşəkkürümü ifadə edirəm.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



ABŞ-ın «HALLİBÖRTN» ŞİRKƏTİNİN 

PREZİDENTİ VƏ BAŞ İCRAÇI DİREKTORU 

DEVİD LEZAR İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

13 iyun 2006-cı il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  13-də  Prezident  sarayında  ABŞ-ın  «Hallibörtn»  şir-

kətinin  prezidenti  və  Baş  icraçı  direktoru  Devid  Lezarı  qəbul 

etmişdir.  

Qonaq Azərbaycan nefti yüklənmiş ilk tankerin Ceyhan lima-

nından yola salınması münasibətilə prezident İlham Əliyevi təb-

rik  edərək,  bunun  çox  əlamətdar  hadisə  olduğunu  vurğuladı, 

eyni  zamanda,  BTC  layihəsinin  uğurla  həyata  keçirilməsində 

rəhbərlik  etdiyi  şirkətin  iştirakından  böyük  məmnunluq 

duyduğunu  söylədi.  O  bildirdi  ki,  BTC  kəmərinin  istifadəyə 

verilməsi  Azərbaycanın  regional  liderliyini  nümayiş  etdirir  və 

dünya  enerji  bazarı  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  BTC 

layihəsinin həqiqətən dünya standartlarına tam cavab verdiyini 

söyləyən cənab Lezar dedi ki, bu bizim şirkətin indiyədək iştirak 

etdiyi ən yüksək səviyyəli layihələrdən biridir.  

Prezident İlham Əliyev Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru 

kəmərinin  istifadəyə  verilməsini  tarixi  hadisə  adlandıraraq 

bildirdi ki, uzun illər bu layihə üzərində böyük iş getmiş və onun 

uğurla  həyata  keçirilməsinə  nail  olunmuşdur. İndi  Azərbaycan 

öz  neftini  Bakı–Supsa,  Bakı–Novorossiysk  və  Bakı–Tbilisi–

Ceyhan  kəmərləri  ilə  Avropa  və  dünya  bazarlarına  çıxarmaq 

üçün  lazımi  imkanlar  qazanmışdır.  BTC  nadir  infrastruktura 

malikdir  və  üç  dənizi  –  Xəzər,  Qara  və  Aralıq  dənizlərini 

birləşdirir.  

 


 

 

10 



 

 

 

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN                           

«AQO»  QRUPUNUN  SƏDRİ                           

ROLAND VEGENERİN                                     

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ              HEYƏTİ 

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

13 iyun 2006-cı il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  13-də  Prezident  sarayında  Avropa  Şurası  Nazirlər 

Komitəsinin  «Aqo»  qrupunun  sədri  Roland  Vegenerin  başçılıq 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Roland  Vegener  Avropa  Şurasının  Azərbaycanda  gedən 

proseslərə  diqqət  göstərdiyini  vurğuladı.  O,  ölkəmizə  əvvəlki 

səfərlərini  məmnunluqla  xatırladaraq  bu  səfərlər  zamanı  ol-

duqca  maraqlı  görüşlər  keçirdiyini  bildirdi.  Azərbaycanda 

təkrar  parlament  seçkilərinə  toxunan  qonaq  bu  seçkilərin  çox 

yaxşı səviyyədə keçdiyini qeyd etdi. Qrupun sədri Azərbaycanla 

Venesiya  Komissiyası  arasında  seçki  qanunvericiliyinin 

təkmilləşdirilməsi  ilə  bağlı  aparılan  məsləhətləşmələri  alqış-

ladığını bildirdi. 

Prezident  İlham  Əliyev  nümayəndə  heyətinin  Azərbaycana 

səfərinin  əməkdaşlığın  hazırkı  vəziyyəti  və  perspektivlərinin 

müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. 

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə 

bağlı fikir mübadiləsi aparıldı. 

 


 

 

11 



 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

ÜZEYİR  HACIBƏYOVUN ANADAN OLMASININ 

120 İLLİYİNƏ HƏSR EDİLMİŞ MUĞAM 

KONSERTİNDƏ İŞTİRAK ETMİŞDİR 

 

Heydər Əliyev adına saray 

 

13 iyun 2006-cı il 

 

İyunun  13-də  Heydər  Əliyev  adına  sarayda  Azərbaycan 

professional  musiqisinin  banisi,  dahi  Üzeyir  Hacıbəyovun  120 

illiyinə həsr edilmiş muğam konserti olmuşdur.  

Salona  toplaşanlar  Azərbaycan  prezidenti  İlham  Əliyevi  və 

xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.  

Heydər  Əliyev  Fondunun  və  Azərbaycan  Mədəniyyətinin 

Dostları  Fondunun  təşəbbüsü  və  dəstəyi  ilə  təşkil  olunmuş 

konsertdə  Xalq  artistləri  Möhlət  Müslümovun  (tar)  və  Fəx-

rəddin Dadaşovun (kamança) müşayiəti ilə  Xalq  artistləri Arif 

Babayev,  Ağaxan  Abdullayev,  Səkinə  İsmayılova,  Aygün 

Bayramova  və  Mənsum  İbrahimovun  ifasında  səslənən  mu-

ğamlar  musiqi  xəzinəmizin  bənzərsiz  incilərinin  əzəmətini  bir 

daha nümayiş etdirdi. 

Üzeyir  Hacıbəyovun  120  illiyi  ilə  əlaqədar  «Space»  tele-

viziyasının  keçirdiyi  «Televiziya  muğam  müsabiqəsi–2005»in 

finalçılarının – Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, 

Təyyar  Bayramov,  Qoçaq  Əsgərov,  Elnur  Zeynalov,  Elşad 

Aydınoğlu,  Pərvaz  İbrahimli,  Zülfiyyə  Məmmədova,  Aytən 

Məhərrəmova,  Bəyimxanım  Mirzəyeva  və  Gülnar  İsayevanın 

məharətli ifaları da xoş təsir bağışladı. Gənc ifaçıları istedadlı 

musiqiçilər  –  «Humay»  mükafatı  laureatları,  tarzən  Elçin 

Həşimov  və  kamançaçalan  Elnur  Əhmədov,  habelə 

nağaraçalan Kamran Kərimov müşayiət edirdilər.  

 

 

12 



Xalq  artisti  Alim  Qasımovun  qızı  Fərqanə  ilə  birgə  çıxışı 

hərarətli alqışlarla qarşılandı.  

Müvəffəqiyyətlə  keçən  konsert  başa  çatdıqdan  sonra  səhnə 

arxasına gələn prezident Ilham Əliyev muğam ifaçılarını təbrik 

etdi. 

İ l h a m   Ə l i y e v:  Çox gözəl konsert oldu. Hamımız 

müsabiqəni iki ay ərzində televiziya vasitəsilə izlədik. Bu, bö-

yük  hadisədir.  Milli  sərvətimiz  olan  muğam  sənətimiz  yaşayır 

və nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, muğam sənəti də 

yaşayacaqdır.  Bu  gün  muğamın  yeni  dövrü  başlayır.  Mən 

hamınıza  –  həm  ustadlara,  həm  də  müsabiqə  iştirakçılarına 

dərin təşəkkürümü bildirmək istəyirəm. Bu konsertdə iki nəsil – 

həm ustadlarımız, həm də gənclərimiz, uşaqlarımız, balalarımız 

iştirak  edirdilər.  Çox  gözəl  bir  konsert  oldu.  Həqiqətən,  bütün 

salonda  əhval-ruhiyyə  çox  yüksək  idi.  Ona  görə  dərin 

minnətdarlığımı bildirir və sizə gələcək fəaliyyətinizdə uğurlar 

arzulayıram.  



Xalq  artistləri  Arif  Babayev,  Mənsum  İbrahimov  dövlə-

timizin  başçısına  təşəkkür  edərək  müraciətlə  dedilər  ki,  cənab 

Prezident, bütün bunlar Sizin sayənizdə mümkün olmuş, hazırda 

muğamımız  bu  səviyyəyə  yüksəlmişdir.  Biz  sənət  adamlarıyıq. 

Yaşlılar,  cavanlar  hamımız  deyirik  ki,  Allah  Sizə  ömür  versin, 

yüz yaşayasınız. Nə arzularınız varsa, hamısı həyata keçsin.  

Onlar  qədim  muğam  sənətimizin  qorunub-saxlanması, 

zəngin  tarixə  malik  ifaçılıq  sənətinin  gələcək  nəsillərə  çatdı-

rılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetiş-

dirilməsi  sahəsində  Heydər  Əliyev  Fondunun  və  Azərbaycan 

Mədəniyyətinin  Dostları  Fondunun  prezidenti,  YUNESKO-nun 

Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın 

gördüyü  işləri  yüksək  qiymətləndirdilər  və  ona  bir  daha  dərin 

minnətdarlıqlarını bildirdilər. 

İ l h a m   Ə l i y e v : Mehriban xanımın rəhbərlik etdiyi 

həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyətinin 

Dostları Fondu tərəfindən müsabiqə təşkil olunmuşdur. Muğam 

Mərkəzi də tikiləcəkdir. Biz onun təməl daşını bərabər qoyduq. 



 

 

13 



İndi yaxın zamanlarda tikinti işləri başlayacaqdır və o, Muğam 

Mərkəzi kimi əbədi yaşayacaqdır.  

Sağ olun. Sizə bir daha təşəkkür edirəm. 


 

 

14 



 

 

 



BAKININ XƏZƏR RAYONUNUN ZİRƏ VƏ         

BİNƏ QƏSƏBƏLƏRİNDƏ BİR SIRA 

OBYEKTLƏRİN AÇILIŞ MƏRASİMİ 

 

15 iyun 2006-cı il 

 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban 



Əliyeva  iyunun  15-də  Bakının  Xəzər  rayonunun  Zirə  və  Binə 

qəsəbələrində  bir  sıra  yeni  obyektlərin  açılışında  iştirak 

etmişlər. 

Zirəlilər  dövlətimizin  başçısını  və  xanımını  qəsəbənin  girə-

cəyində  milli  memarlıq  üslubunda  tikilmiş  alaqapı  önündə 

səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 

V ə s i l ə  A b b a s o v a (Qəsəbənin ağbirçək sakini, tə-

qaüdçü  müəllimə):  Xoş  gəlmisiniz.  Milli  Qurtuluş  günü  –  bu 

böyük  bayram  münasibətilə  Sizi  təbrik  edir,  xoş  arzularımı 

bildirirəm.  Bu  bayramın  nəticəsi  olaraq  yaratdıqlarınız  üçün 

Sizə  minnətdarlığımı  bildirirəm.  Dövlətimizin  başında  həmişə 

Sizin  kimi  qədirbilən  rəhbərin  olmasını,  xalq  üçün  görülən 

böyük işlərə hər zaman dayaq olmağınızı arzulayıram. Bu  gün 

çox  böyük  işlər  görürsünüz,  nailiyyətlər  qazanırsınız.  Sizə  bu 

yolda gələcəkdə də uğurlar diləyirəm. Bütün planlarınızın həya-

ta keçəcəyinə ümid bəsləyir, inanırıq.  

Mehriban xanım görüşlərin birində bizə söz vermişdi ki, bir 

neçə ildən sonra qəsəbəni tanınmaz vəziyyətdə, onun yaxşılığa 

doğru  dəyişdiyini  görəcəksiniz.  İndi  artıq  bu  bizim  üçün 

reallıqdır  və  onu  gözümüzlə  görürük.  Buna  görə  bütün  qəsəbə 

sakinləri  və  məktəbimizin  müəllim  kollektivi  adından  dərin 

minnətdarlığımızı bildirirəm.  

Qəsəbə sakini Nazim Məmmədov rayonda son vaxtlar geniş 

vüsət alan quruculuq-abadlıq işlərinin sakinlərdə yüksək əhval-


 

 

15 



ruhiyyə  doğurduğunu  bildirdi,  deputat  kimi  Mehriban  xanımın 

bu sahədə şəxsi təşəbbüskarlığını xüsusi vurğuladı. 

İ l h a m  Ə l i y e v: Mən də sizin hamınızı bayram müna-

sibətilə  ürəkdən  təbrik  edirəm.  Bu  bayram  günündə  birlikdə 

olmağımız  da  çox  boyük  rəmzi  xarakter  daşıyır.  Çünki  Azər-

baycanın hər bir yeri, hər bir qəsəbəsi gərək inkişaf etsin.  

Bilirsiniz  ki,  prezident  kimi,  mən  mütəmadi  qaydada  böl-

gələrə  gedir,  vəziyyətlə  tanış  oluram.  Regionların  inkişaf 

proqramı  icra  edilir.  Bu  yaxınlarda  Bakıətrafı  qəsəbələrin  də 

inkişafına  dair  proqram  qəbul  olunub  və  artıq  icrasına  başlan-

mışdır.  Çünki  uzun  illər  ərzində  Bakının  xüsusilə  uzaqda 

yerləşən  qəsəbələrində  o  qədər  də  böyük  inkişaf  getmirdi. 

Sosial  problemlər,  insanların  məişət  problemləri,  təhsil  və 

səhiyyə ilə bağlı problemlər öz həllini gözləyir. 

Bu gün artıq bütün Bakıətrafı qəsəbələrin yeni inkişaf dövrü 

başlayır.  Yolların,  elektrik  xətlərinin  çəkilməsi,  məktəblər, 

xəstəxanalar,  poliklinikalar,  idman  komplekslərinin  tikilməsi, 

parkların  salınması  –  bütün  bunlar  bizim  planlarımızda  var. 

Əsas  odur  ki,  indi  yerlərdə  olan  insanlar  da  gərək  bütün  bu 

işlərə ürəklə qoşulsunlar.  

Prezident  kimi,  mən  lazım  olan  bütün  qərarları  verdim  və 

tədbirləri  də  görürəm.  Millət  vəkilləri  də  bu  işlərə  qoşulublar. 

Xəzər rayonunda artıq böyük işlər görülübdür. Ancaq bu, işlərin 

hələ əvvəlidir. Biz bütün sahələrdə bu işlərin elə bil ki, təməlini 

qoyuruq.  Əminəm  ki,  bir,  iki,  üç  il  ərzində  bütün  qəsəbələrin 

görkəmi  tamamilə  dəyişəcək,  insanların  həyat  səviyyəsi 

yaxşılaşacaq, qaz, elektrik enerjisi təchizatı ilə bağlı problemlər 

tamamilə  aradan  qaldırılacaqdır.  Uşaqlar  yaxşı  məktəblərdə 

oxumalıdır,  əgər  insanların  müalicəyə  ehtiyacı  varsa,  yüksək 

tibbi xidmət  göstərilməlidir.  İnsanın  gündəlik  həyatda  təmasda 

olduğu  bütün  məsələlər  ən  yüksək  səviyyədə  həll  edilməlidir. 

Bunu etmək üçün, əlbəttə, çox güclü iqtisadi potensial lazımdır. 

Bu da Azərbaycanda indi yaranır. Azərbaycan indi ən dinamik 

inkişaf edən ölkədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 

tikintisinə  başlanmış  və  bu  gün  artıq  reallığa  çevrilmiş  Bakı–


 

 

16 



Tbilisi–Ceyhan neft kəməri işə düşübdür. Bu bizim üçün həyati 

əhəmiyyət kəsb edir, yəni tarixi bir hadisədir.  

Maaşlar, pensiyalar artırılacaq, bütün başqa sosial bölmələrə 

daha  çox  vəsait  ayrılacaqdır.  Beləliklə,  insanlar  daha  da  yaxşı 

yaşayacaqlar.  




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə