İNKİŞaf – MƏQSƏDİMİZDİR İKİNCİ Kİtab



Yüklə 1.93 Mb.
Pdf просмотр
səhifə1/29
tarix16.07.2017
ölçüsü1.93 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

 
 
 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
 
İKİNCİ KİTAB 
————— 
OKTYABR 2003 - FEVRAL 2004 
 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 
 


 
 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR * FƏRMANLAR 
 
 
 
 
 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2009 


 
BBK 32 
Ə 56     
                       
                                     
 
Buraxılışına məsul 
akademik 
 
        RAMİZ MEHDİYEV 
 
 
  ƏLİYEV İLHAM 
Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2009. 432 səh. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan çoxcildliyinin 2-ci 
cildində Azərbaycan dövlətinin möhkəmləndirilib daha da inkişaf etdirilməsinə, respublikamızın 
sürətli iqtisadi tərəqqisi və yüksəlişi, sosial sahələrdə aparılan islahatlara həsr olunmuş  materiallar öz 
əksini tapmışdır. 
Kitabda Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqi, BMT-nin Baş katibi Kofi 
Annan, həmçinin, bir sıra dövlət və hökumət başçıları ilə görüşlərdəki söhbətləri də verilmişdir. 
Eyni zamanda, Prezident İlham Əliyevin xaricə – Fransaya ilk rəsmi səfəri zamanı Prezident Jak Şi-
rakla, Fransa senatının rəhbərləri, parlamentin üzvləri, nüfuzlu işgüzar dairələrin, ölkənin xarici işlər, 
müdafiə, iqtisadiyyat,  maliyyə, sənaye nazirliklərinin nümayəndələri, Fransa sahibkarlar təşkilatının 
üzvləri, Fransa Beynəlxalq  Əlaqələr  İnstitutunun kollektivi ilə görüşləri, çıxışları, nitqləri, ölkənin  ən 
nüfuzlu mətbuat orqanlarına və televiziya kanalına verdiyi dolğun bəyanat və müsahibələri, Fransanın 
«Kastel» qrupunun, «Total» şirkətinin prezidentləri ilə söhbətləri verilmişdir. 
 
 
 
İSBN  978-9952-8100-7-3 
 
                               BBK-32 
 
 
 
 
 
 
 
  © Azərnəşr, 2009 
 
 
 

13 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
PREZİDENTİ SEÇİLMƏSİ İLƏ ƏLAQƏDAR 
ANDİÇMƏ MƏRASİMİNDƏ

 NİTQ 
 
Respublika sarayı 
 
31 oktyabr 2003-cü il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının 
üzərinə qoyaraq dedi: 
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının 
Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət 
edəcəyimə and içirəm! 
 
 
 
 
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq dedi: 
Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının  əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə 
və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. 
 
* * * 
Hörmətli xanımlar və cənablar! 
Hörmətli qonaqlar! 
Azərbaycan Respublikasının prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan 
seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. 
Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə  gələcəyəm, Heydər  Əliyevin 
siyasətini davam etdirəcəyəm.  
Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, 
əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə  səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ 
yoxdur.  
Heydər  Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, 
uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə 
özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır.  İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana 
hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının 
nəzərə alınması ilə həyata keçirilir.  
Beynəlxalq təşkilatlarda Azərbaycan çox uğurlu fəaliyyət göstərir, onun nüfuzu artır. Avropa Şurası kimi 
mötəbər beynəlxalq təşkilat Azərbaycanın təkidi ilə Ermənistanı işğalçı dövlət kimi tanıyıbdır. Bu proses davam 
edəcəkdir. Azərbaycan beynəlxalq aləmdə, dünya miqyasında daha da möhkəm mövqelərə sahib olacaqdır.  
Qonşularımızla münasibətlərimiz çox uğurla inkişaf edir. Həm ikitərəfli münasibətlərimiz güclənir, həm də 
regional əməkdaşlıq inkişaf edir. Bu gün andiçmə mərasimində iştirak etmək üçün Azərbaycana, Bakıya gəlmiş qonşu 
dövlətlərin görkəmli dövlət xadimlərinin iştirakı bunu bir daha sübut edir.  
Mən bu fürsətdən istifadə edərək, bu gün bizimlə birlikdə mərasimdə iştirak edən Gürcüstan prezidenti cənab 
Eduard  Şevardnadzeni, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri cənab Sergey Mironovu, Türkiyə 
Cümhuriyyəti Baş nazirinin müavini cənab Əbdüllətif Şənəri, İran İslam Respublikasının vitse-prezidenti cənab 
Seyid Məhəmmədəli Əbtəhini və Ukrayna hökumətinin başçısı cənab Viktor Yanukoviçi salamlayıram. 
Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı güclənir. Azərbaycanda iqtisadi islahatlar aparılır. Bu 
islahatların nəticəsində ölkəmiz qısa müddət  ərzində öz iqtisadiyyatının yüksəlişini təmin etmişdir. 
İqtisadiyyatın ən mühüm göstəricisi – ümumi daxili məhsul son beş il ərzində hər il 10 faiz artır, inflyasiyanın 
səviyyəsi 2 faiz təşkil edir. Halbuki, on il bundan əvvəl inflyasiyanın səviyyəsi 1600 faiz idi.  
Azərbaycanda özəl sektor uğurla inkişaf edir. Çox sevindirici haldır ki, ümumi daxili məhsulun 
formalaşmasında özəl sektorun payı  70  faiz  təşkil edir. Sahibkarlar sinfi yaranır. Genişmiqyaslı özəlləşdirmə 
proqramı  həyata keçirilir. Torpaq islahatı aparılıbdır və torpaq artıq kəndlilərin özəl mülkiyyətinə verilibdir. 
Bunun nəticəsində kənd təsərrüfatı istehsalı artır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Heydər Əliyevin 
rəhbərliyi altında aparılan iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir.  
                                                 

 Mərasimdən əvvəl İlham Əliyev  xalqımızın  müqəddəs and yeri olan Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstə-
qilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl" abidəsinin 
önünə əklil qoydu. 

14 
 
Azərbaycana xarici sərmayə qoyuluşu çox yüksək səviyyədədir və bu proses davam edir. Sizə deyə bilərəm 
ki, bütün mənbələrdən qoyulan sərmayələrin həcmi 15 milyard dollar təşkil edir. Adambaşına xarici sərmayənin 
həcminə görə Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerdədir, bəzi Şərqi Avropa dövlətlərini 
də qabaqlayır. 
Amma heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər 
bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib 
ölkədir. Azərbaycanda son illər  ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş  sərmayələrin cəlb olunması 
istiqamətində böyük addımlar atmağa imkan veribdir. 
Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, 
möhkəmləndirək.  Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, 
Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. 
Bu  sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək. Bu barədə bizim 
çoxlu planlarımız vardır. Azərbaycanın hər bir sahəsi inkişaf etməlidir. 
Təbii ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsidir. 1994-cü 
ildə Heydər  Əliyev tərəfindən başlanmış yeni neft strategiyası Azərbaycana böyük uğurlar gətiribdir. "Əsrin 
müqaviləsi"nin imzalanması ilə bu strategiya artıq 9 ildir ki, həyata keçirilir. Bunun nəticəsində Azərbaycan öz 
neft-qaz ehtiyatlarını çox səmərəli şəkildə dünya bazarlarına çıxarır. Azərbaycan Xəzər dənizinin özünə məxsus 
olan sektorunda xarici şirkətlərlə çox uğurlu əməkdaşlıq edir. Azərbaycanın neft sənayesinə on milyard dollar 
sərmayə qoyulubdur. On minlərlə yeni iş yerləri açılıb, qısa müddət ərzində qazma qurğuları, platformalar, neft 
kəmərləri, neft terminalları və ölkəmiz üçün vacib olan digər infrastruktur yaradılıbdır. 
Azərbaycan öz neftini dünya bazarlarına artıq iki kəmər vasitəsilə çıxarır. Bakı–Novorossiysk neft kəməri ilə 
hazırda ildə 2,5 milyon ton neft ixrac olunur. Bakı–Supsa neft kəməri vasitəsilə  qərb istiqamətində ildə 6,7 
milyon ton neft ixrac edilir. Hazırda Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir və artıq işlərin 40 faizi 
görülübdür. Artıq bu kəmərin inşasına 1 milyard 200 milyon dollar sərmayə qoyulubdur. Gələn ilin sonunda biz 
bunun açılışını qeyd edəcəyik.  
Azərbaycan böyük qaz ehtiyatları olan "Şahdəniz" yatağında uğurla işləməyə başlayıbdır. Bakı–Ərzurum qaz kə-
mərinin tikintisinə  vəsait qoyulur və  əgər hər  şey cədvəl üzrə gedərsə, 2006-cı ildə Azərbaycan qazı Avropaya 
çatdırılacaqdır.  
Bütün bu planların, görülən işlərin əsası 1994-cü ildə qoyulubdur. O vaxt çətin və mürəkkəb şərait vardı, Azər-
baycan çox riskli bir ölkə sayılırdı. Azərbaycana sərmayənin cəlb edilməsi üçün cənab prezident Heydər Əliyev 
böyük işlər görmüşdür. Nəhayət, əfsanəni reallığa, gerçəkliyə çevirmişdir.  
Neft strategiyasının tərkib hissəsi ondan ibarətdir ki, neftdən əldə olunan gəlirlər Azərbaycan xalqına səmərəli 
şəkildə xidmət etsin. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması 
Azərbaycanın müasir tarixində çox əlamətdar hadisədir. O, bütün beynəlxalq standartlara cavab verən  şəffaf 
qurumdur. Beynəlxalq maliyyə qurumları onun fəaliyyətini çox yüksək qiymətləndirirlər.  
Hazırda neft fondunda 800 milyon dollar vəsait yığılıbdır. Bu, xalqın vəsaitidir. Buna görə  də neft fondunun 
fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi qaydada məlumat verilir. Hər bir vətəndaş bilməlidir ki, onun ölkəsinin 
valyuta ehtiyatları nə qədərdir və necə, hansı istiqamətlərə sərf olunur. 
Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları  kəşf 
olunandan sonra, Bakı–Tbilisi–Ceyhan neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha 
da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün 
sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir. 
Bilirsiniz ki, neft fondundan ayrılan vəsait, ilk növbədə, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın-
köçkünlərə, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün sərf olunur. Cənab prezident Heydər  Əliyevin 
fərmanları ilə bu məqsəd üçün 70 milyon dollar ayrılmışdır və qaçqın-köçkünlərdən ötrü yeni qəsəbələr, 
şəhərciklər, evlər tikilir. On minlərlə qaçqın və köçkün artıq çadır düşərgəsindən çıxarılaraq müasir evlərə 
köçürülüb və bu proses davam edəcəkdir. Biz gələcəkdə  də bu məsələyə çox böyük diqqət göstərəcəyik. 
Əminəm ki, yaxın gələcəkdə  işğaldan  əziyyət çəkən bütün qaçqın və köçkünlər müasir şəraitlə  təmin 
olunacaqlar.  
Azərbaycanda digər sosial məsələlər də öz həllini tapır. Bilirsiniz ki, bu yaxınlarda cənab prezidentin 
sərəncamları ilə  səhiyyə, təhsil, mədəniyyət işçilərinin və başqalarının  əmək haqqı 50 faiz artırılmışdır. 
Pensiyalar 40 faiz artırılmışdır. Bu bir daha onu göstərir ki, sosial məsələlər prezidentimizin daim diqqət 
mərkəzində olmuşdur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Ölkənin bütün imkanları buna xidmət 
edəcəkdir. Təsadüfi deyil ki, gələn ilin büdcəsinin 60 faizi sosial məsələlərə sərf olunacaqdır.  
Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa 
müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. 
Xüsusilə, qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. 

15 
 
Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli 
inkişaf proqramı Azərbaycanı  qısa müddət  ərzində  zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün 
imkanlar – təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir 
nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də 
böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim 
mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələ-
ləri həll etmək iqtidarında olmalıdır.  Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək 
standartlara cavab verməsinə  və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz 
atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun 
fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu 
məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yal-
nız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan 
azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin  ərazi bütövlüyü 
bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. 
Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını  və bu 
məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz 
doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir.  
Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha 
da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı  təmin 
olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək 
lazımdır. 
Ancaq bütün bunları  həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə 
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına 
söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər  Əliyevin siyasətini 
davam etdirəcəyəm.  
Mən bu gün bu yüksək kürsüdən  əziz prezidentimiz cənab Heydər  Əliyevə müraciət edərək deyirəm:  əziz 
Prezident,  əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, 
Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.  
Yaşasın Azərbaycan xalqının milli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev!  
Yaşasın qəhrəman Azərbaycan xalqı! 
Yaşasın azad və müstəqil Azərbaycan!  
 
 

16 
 
 
GÜRCÜSTAN PREZİDENTİ  
EDUARD ŞEVARDNADZE İLƏ  
GÖRÜŞDƏ
*
 SÖHBƏT 
 
"Ulduz" sarayı 
 
31 oktyabr 2003-cü il 
 
E d u a r d   Ş e v a r d n a d z e: Sizi dövlətdə ali vəzifəyə seçilməyiniz münasibətilə gürcü xalqı 
adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan–Gürcüstan münasibətlərinin bundan sonra da qardaşlıq 
və mehriban qonşuluq ruhunda inkişaf edəcəyinə ümidvar olduğumu bildirirəm. Bu münasibətlərin bərqərar 
olmasında Azərbaycan prezidenti Heydər Əliyevin misilsiz rolunu xüsusi vurğulamaq istəyirəm.  
İ l h a m   Ə l i y e v: Səmimi sözlərə görə Sizə, cənab prezident Eduard Şevardnadze, təşəkkür edirəm. 
Andiçmə mərasiminə şəxsən təşrif gətirdiyinizə görə Heydər Əliyevin adından və öz adımdan minnətdarlığımı 
bildirirəm. Nəzərə çatdırıram ki, Azərbaycan rəhbərliyinin Gürcüstan barəsində Azərbaycan prezidenti Heydər 
Əliyevin dövründə təşəkkül tapmış siyasəti dəyişməyəcəkdir.  
 
 
 
 
Görüşdən sonra Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Eduard Şe-
vardnadzenin jurnalistlərin suallarına cavabı: 
 
S u a l: İlham Heydəroviç, Gürcüstan prezidenti Eduard Şevardnadzenin andiçmə  mərasimində 
iştirakı Sizin üçün nə deməkdir?  
İ l h a m   Ə l i y e v: Bugünkü andiçmə mərasimində iştirak etmək üçün vaxt tapıb Azərbaycana gəldiyinə 
görə çox hörmətli Eduard Amvrosiyeviçə  səmimi-qəlbdən təşəkkürümü bildirdim. Bu, indiki mərhələdə xeyli 
dərəcədə xalqlarımızın liderləri Eduard Şevardnadze ilə Heydər Əliyevin şəxsi dostluğu və qarşılıqlı hörmətinin 
nəticəsi olan münasibətlərimizin qardaşlıq xarakterini bir daha nəzərə çatdırır. Mənə son dərəcə xoşdur ki, çox 
məşğul olmasına və Gürcüstanda gözlənilən proseslərə baxmayaraq, Eduard Şevardnadze vaxt tapıb buraya gəldi. 
Buna görə  mən ona çox minnətdaram. Ölkələrimiz arasında münasibətlər  əvvəlki ruhda, əvvəlki məcrada, 
qardaşlıq, qarşılıqlı yardım, qarşılıqlı anlaşma əsasında inkişaf edəcəkdir. Ümidvaram ki, Azərbaycanda varislik 
siyasəti və Gürcüstanda aparılan siyasət ölkələrimizin və xalqlarımızın bir-birinə daha yaxın olmasına rəvac 
verəcəkdir.  
S u a l:  Cənab  Şevardnadze, Siz Azərbaycanın yeni prezidentindən Gürcüstan barəsində  nə 
gözləyirsiniz? 
E d u a r d   Ş e v a r d n a d z e: Mən  İlham Heydəroviçin dediklərinə təzə bir şey əlavə edə bilmərəm. Biz, iki 
prezident – Heydər  Əliyeviç və  mən birlikdə  işlədiyimiz illərdə xalqlarımız arasında dostluq və qardaşlığın 
sanballı bünövrəsini qoymağa müvəffəq olduq. Biz iqtisadi problemləri, neft kəməri və qaz kəməri ilə bağlı çox 
mürəkkəb problemləri, digər məsələləri birlikdə həll edirdik. Bu gün razılığa gəldiyimiz ən başlıca məsələ dostluğu 
əvvəlki ruhda davam etdirməkdir. Prezidentlərin dostluq etməsi xalqlar üçün çox yaxşı nümunədir. Biz Heydər 
Əliyeviçlə xalqlarımıza sübut edə bildik ki, bu, xalqlarımızın – Azərbaycan və gürcü xalqlarının xeyrinədir. 
Xoşbəxtəm ki, biz bunu İlham Əliyevlə də həyata keçirəcəyik.  
Mən onu çoxdan tanıyıram, amma Heydər  Əliyeviçi tanıdığım qədər çoxdan yox. Biz onunla MDBMİ-də 
oxuduğu vaxtdan tanışıq. Ona diqqət yetirirdim. Zənnimcə, Azərbaycan xalqı və Heydər Əliyeviç düzgün seçim 
etmişlər və Azərbaycanı xoşbəxt gələcək gözləyir. 
                                                 
    

 Görüşdə Gürcüstanın Azərbaycandakı  səfiri Zurab Qumberidze və  Gürcüstan Beynəlxalq Neft  Korporasiyasının 
prezidenti  Giorgi Çanturia iştirak edirdilər. 

17 
 
 
RUSİYA FEDERAL MƏCLİSİ 
FEDERASİYA ŞURASININ SƏDRİ  
SERGEY MİRONOV İLƏ GÖRÜŞDƏ

  SÖHBƏT 
 
"Ulduz" sarayı 
 
31 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Andiçmə mərasimində iştirak etmək üçün Bakıya xoş gəlmisiniz. Sizi səmimi-
qəlbdən salamlayıram. Mən bünövrəsi Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir 
Putin tərəfindən qoyulan dostluq əlaqələrinin ölkəmizdə  əziz tutulduğunu vurğulayıram. Biz bu siyasətin 
davam etdirilməsi üçün mümkün olan bütün işləri görəcəyik. Bu siyasətin alternativi yoxdur, iki prezident 
Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələnin təməlini qoymuşlar. Dövlətlərimiz arasındakı dostluq 
və mehriban qonşuluq  əlaqələri  əvvəlki kimi inkişaf etdiriləcək və bu məsələdə varislik qorunub saxla-
nacaqdır. 
İqtisadiyyatda, mədəniyyətdə və iki ölkənin parlamentləri arasında qarşılıqlı surətdə faydalı münasibətlərin 
davam etdirilməsinin vacibliyini də nəzərə çatdırıram.  
S e r g e y   M i r o n o v: Sizi, cənab  İlham  Əliyeviç, Azərbaycan dövlətinin başçısı seçilməyiniz 
münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlər dinamik və müsbət şəkildə inkişaf edir. Hər iki 
tərəf üçün faydalı olan bu münasibətlərin bünövrəsini Azərbaycan və Rusiya prezidentləri qoymuşlar.  İndi 
dövlətlərimiz siyasətin, iqtisadiyyatın bir çox sahələrində, beynəlxalq terrorizmlə mübarizədə  əməkdaşlıq 
edirlər. Ölkələrimizin parlamentləri arasında da münasibətlər yaxşı sürətlə və yüksələn xətlə inkişaf edir. Azər-
baycanda rus millətindən olan vətəndaşlara qayğı göstərildiyini, rus dilinin saxlanmasına diqqət yetirildiyini 
sevindirici fakt kimi qeyd edirəm. Bu, Azərbaycanı keçmiş SSRİ-nin bir sıra digər ölkələrindən fərqləndirir.  
 
 
                                                 

 Görüşdə Rusiyanın Xarici İşlər naziri İqor  İvanov, Azərbaycanın Moskvadakı  səfiri Ramiz Rizayev, Rusiyanın 
Bakıdakı səfiri Nikolay Ryabov iştirak edirdilər. 

18 
 
 
UKRAYNANIN BAŞ NAZİRİ  
VİKTOR YANUKOVİÇ İLƏ  
GÖRÜŞDƏ
*
 SÖHBƏT 
 
"Ulduz" sarayı 
 
 31 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v:  Andiçmə mərasimində iştirak etdiyinə görə Ukraynadan Bakıya gəlmiş nümayəndə 
heyətinə təşəkkürümü bildirir  və xoş arzularımı prezident Leonid Kuçmaya yetirməyinizi xahiş edirəm. Heydər 
Əliyevin və Leonid Kuçmanın siyasəti sayəsində Azərbaycanla Ukrayna, xalqlarımız arasında mehriban dostluq 
münasibətləri yaranmışdır və bu münasibətləri Azərbaycanda çox əziz tuturlar. Ölkələrimiz beynəlxalq həyatın 
bir çox məsələlərində çox vaxt eyni mövqelərdən çıxış edirlər. Əminəm  ki, ölkələrimiz arasında münasibətlər 
gələcəkdə də genişlənəcək və möhkəmlənəcəkdir.  
V i k t o r   Y a n u k o v i ç: Seçkilərdə inamlı  qələbə münasibətilə Sizi Ukrayna prezidenti Leonid 
Kuçmanın adından və öz adımdan təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, prezidentlər Heydər Əliyevin və 
Leonid Kuçmanın uğurlu siyasəti sayəsində çox böyük stimul alan Azərbaycan–Ukrayna münasibətləri daha da 
inkişaf edəcəkdir.  İkitərəfli  əlaqələrin strateji xarakter daşıdığını qeyd edərək vurğulayıram ki, Ukrayna 
Azərbaycanın  ərazi bütövlüyünü həmişə  dəstəkləmişdir.  İqtisadi  əlaqələr də yaxşı sürətlə inkişaf edir. Son 
vaxtlar ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığı müşahidə olunur. İqtisadi mənafelərin öncüllüyündən 
danışaraq nəzərə çatdırıram ki, Ukrayna Azərbaycana kənd təsərrüfatı  məhsulları göndərməkdə  və  Xəzər 
neftinin Odessa–Brodı boru kəməri ilə nəql edilməsində maraqlıdır. Yaxın vaxtlarda Ukraynaya səfər etməyiniz 
barədə Leonid Kuçmanın dəvətini Sizə, Azərbaycanın yeni prezidentinə təqdim edirəm.   



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə