İ N F O R M A T İ K A
____________________________________________________________ 119
hesablama bloku ana lövhə və ya sistem bloku adlanan platadan,
verilənlərin və əmrlərin kompüterə daxil
edilməsinə imkan verən
klaviaturadan, sensor paneldən (taçpaddan – ingiliscə touchpad) və ya
trekboldan (ingiliscə trackball) ibarətdir. Hesablama
bloku qrafik interfeysə
malik sistemi idarə edir;
ekran hesablama blokunun daxildəki verilənlərin
təhlil olunma prosesini
əyani surətdə əks etdirir.
Noutbuk
HESABLAMA BLOKU
Hesablama blokunda hesablama əməliyyatlarını yerinə yetirən mərkəzi
prosessor (ingilis abbreviaturası ilə CPU) yerləşir. Mərkəzi
prosessor informasiya
axınının əlaqələndirilməsini (koordinasiyasını) və kompüterin idarə edilməsini
həyata keçirir. İdarə olunma xüsusi hazırlanmış təlimat - əmrlər vasitəsi ilə yerinə
yetirilir. Mərkəzi prosessor müəyyən olunmuş əmrlər sistemi ilə (kodlar ilə) işləyir.
Əmrlər sisteminə müəyyən ardıcıllıqla yerinə yetirilən
elementar əməliyyatlar
daxildir. Belə ardıcıllıq hesablama texnikasında proqram adlanır.
MİKROPROSESSOR
Masaüstü kompüterlər üçün klassik mikroprosessor istehsalçısı Intel şirkəti
sayılır. Şirkətin istehsalı olan Pentium 4, Pentium D, Atom, Core Duo, Core Quad,