İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə14/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

İnsayderlər
tərəfindən həyata 
keçirilən təhlükələr daha qorxuludur. 
4.
Əmələgəlmə təbiəti baxımından: təbii (obyektiv) və 
sünii (subyektiv). 
Təbii təhlükələr - insandan asili olmayaraq 
AİS-nə və onun elementlərinə obyektiv fiziki proseslərin və təbii 
fəlakətlərin baş verməsi nəticəsində təsir göstərən 
təhlükələrdir. 
Süni təhlükələr – insanın fəaliyyəti nəticəsində 
baş vermiş təhlükələrdir. Belə təhlükələrə düşünülməmiş, 
məqsədsiz və təsadüfi təhlükələri, AİS-nin layihələndirilməsində 
baş vermiş səhvləri, proqram təminatında nəzərə alınmayan 
səhvləri, iş prosesi zamanı işçi personal tərəfindən buraxılmış 
səhvləri və nəhayət, bədəməlli şəxslərin məqsədyönlü həyata 
keçirdiyi təhlükələri və buna bənzərləri aid etmək olar. 
AÇIQLAMA

İnsayder (ingiliscə insider) informasiya 
bazasına daxil olmaq imkanı olan, geniş kütlə tərəfindən o 
qədər də tanınmayan, müəyyən mütəxəssislər tərəfindən 
yaradılmış qrupun üzvlərindən biridir. Termin əsasən gizli 
saxlanan 
informasiya 
ilə 
bağlıdır, 
çünki 
qiymətli 
informasiyadan istifadə edə bilən şəxs ancaq bu qrupun 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 19 ____________________________ 
üzvü olmalıdır, yəni insayder olmalıdır. Bir çox hallarda 
insayderi müəssisədən kənarda çalışan mütəxəssis ilə 
müqayisə 
edirlər. 
Mütəxəssis 
müəssisədaxili 
və 
müəssisəxarici informasiyalara malik olduğu halda, insaydr 
şirkətdə “informasiyanı ilk eşidən” sayılır. ABŞ-da insayder 
şirkətin direktoru, şirkət aksioneri, şirkətin məsul qulluqçuları 
və nəhayət şirkətin aksiyasının 10%-dən çoxuna rəhbəhlik 
edənlər sayılırlar. İnsayder işə qəbul olunan zaman 
götürdüyü öhdəçilik ondan ibarətdir ki, o, şirkətin 
marağlarını öz maraqlarindan mütləq şəkildə üstün 
tutmalıdır. Şərti pozan insayder ciddi cəzalandırılır. Əgər 
insayder informasiyanın alqı-satqısı ilə məşğul olursa, o, 
aksionerlər qarşısında götürdüyü öhdəliklıləri pozmuş sayılır, 
işdən qovulur. 
Müxtəlif ədəbiyyatlarda verilmiş təhlükələrin (insan 
tərəfindən törənilmiş - qərəzsiz, bilmərəkdən, diqqətsizlikdən 
və ya səhlənkarlıqdan, pislik fikrində olmadan) siyahısını 
nəzərdən keçirək: 
1.Bilmərəkdən edilmiş hərəkətlər nətəcəsində sistemin 
hissələrlə və ya tam şəkildə işləməkdən imtina etməsinə, 
aparat hissəsinin dağıdılmasına, proqram təminatının 
zədələnməsinə, informasiya resurslarının xarab olmasına səbəb 
olur. Bu syahıya avadanlığın düşünülməmiş şəkildə 
dağıdılmasını, mühim informasiyanı özündə saxlayan faylların 
korlanmasını, istifadə olunan proqramların sistemdən 
kənarlaşdırılmasını və sairəni də əlavə etmək mümkündür
2.Qurğuların və proqramın işləmə rejiminin dəyişdirilməsi 
və ya qanunsuz olaraq avadanlığın şəbəkədən ayrılması; 
3.İnformasiya daşıyıcılarına düşünülmədən xətərin 
yetirilməsi; 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin