İnformasiya iqtisadiyyatının yaranması tarixi. Müasir cəmiyyətin sosioloji konsepsiyaları



Yüklə 45.47 Kb.
tarix22.07.2017
ölçüsü45.47 Kb.
İnformasiya iqtisadiyyatının yaranması tarixi. Müasir cəmiyyətin sosioloji konsepsiyaları


  1. C.Helbreytin sənaye sistemi

  2. D.Bellin postsənaye cəmiyyəti

  3. E.Tofflerin üçüncü dalğası

  4. M. Kastelsin informasiya cəmiyyəti

  5. V. İnozemtsevın postiqtisadi cəmiyyəti

  6. 6.Z.Baumanın fərdiləşdirilmiş cəmiyyəti


1. C.Helbreytin sənaye sistemi

Helbreyt Con Kennet 1908-ci ildə Kanadada anadan olmuşdur. Onun əsas əsəri olan “Yeni sənaye cəmiyyəti” 1967-ci ildə dərc olunmuşdur.

Helbreytin fikrincə müasir cəmiyyət iki hissədən ibarətdir. Sənaye sistemi-planlaşdırma ilə tənzimlənən şirkətlər dünyasıdır. Bazar sistemi-tələb və təkliflə tənzimlənən kiçik sahibkarlar dünyasıdır. Sənaye sistemi-yeni sənaye cəmiyyətinin əsas xassəsidir. Bazar mexanizmi tədricən şaquli inteqrasiya ilə əvəzlənir və kənar təşkilatlarla sazişlər firmaların xalis daxili işinə çevrilir. Bazarla bağlı qeyri-müəyyənlik firmalar arasında uzunmüddətli kontraktlarıın bağlanılması ilə aradan qaldırılmış olur. Sənaye sistemində hökmranlıq daha az əlçatan olan və çətin əvəz oluna bilən istehsal amilinə keçmiş olur. Bu texnostruktur-müasir sənaye texnologiyası və planlaşdırmada ehtiyac duyulan müxtəlif texniki biliklərə, təcrübə və bacarıqlara malik insanlar məcmusudur. Cəmiyyətdə hakimiyyət ayrı-ayrı şəxsiyyətlərə deyil, bu və ya digər təşkilatlara keçmiş olur. Bu tip qrup fərdiçiliyinin zərurəti onunla əsaslandırılır ki, müasir sənayedə əhəmiyyətli qərarlar bir deyil, bir neçe insanın malik olduğu informasiyaya əsasən qəbul olunur. Texnostruktur-qərarların qrup halında qəbul olunması mexanizmidir.

Şirkətin mülkiyyətçilərindən fərqli olaraq texnostrukturun üzvləri gəlirlərin maksimallaşdırılmasında maraqlı deyildir, çünki onların məvacibləri gəlirin həcmindən asılı olaraq çox dəyişmir.

Helbreyt fəaliyyətin dörd əsas motivini qeyd edirdi: məcburiyyət, pul mükafatı, eyniləşdirmə və məqsədlərin uyğunlaşdırılması. Eyniləşdirmə-qrupun məqsədlərinin fərdin şəxsi maraqlarından üstün olmasında əminlikdir. Uyğunlaşdırma-təşkilatların məqsədlərini öz şəxsi maraqlarına uyğunlaşdırmaq məqsədi ilə fərdin həmin təşkilatın fəaliyyətində iştirakıdır. Məcburiyyət torpaq ilə, pul motivi isə kapitalla, eyniləşdirmə və uyğunlaşdırma isə texnostrukturla bağlıdırlar. Texnostrukturun məqsədli göstəriciləri kimi gəlirin minimal məbləği və məhsul buraxılışı həcmi çıxış edirlər. Birinci məqsəd texnostrukturun yaşamını, ikinci isə onun genişlənməsini təmin edir. İstehlak mallarının buraxılış həcminin sabit artımı sənaye sistemində tələbin idarə olunması üsulu ilə təmin olunur. Özü-özlüyündə məhsullara böyük əhəmiyyət verərək, reklam sənaye sisteminin əhəmiyyətini artırır və texnostrukturun prestijinin qorunmasına əsas verir. Helbreyt istehlakçıların bazar davranışının idarə olunması və onları sosial sifarişlərinin formalaşdırılması vasitəsi ilə firmanın öz bazar xarici nəzarətinin genişləndirilməsi prosesini əks ardıcıllıq adlandırır.
2. D.Bellin postsənaye cəmiyyəti

Bell Daniell 1919-cu ildə Nyu-Yorkda anadan olmuşdur. 1959-cu ildə Zalsburqda seminarda çıxış edərkən, o ilk dəfə post sənaye cəmiyyəti terminini işlətmişdir. D. Bellin əsas əsəri “Yaxınlaşan postsənaye cəmiyyəti” 1973-cü ildə dərc olunmuşdur.

Bell cəmiyyətin üç tipini önə çəkir: sənayeyə qədər, sənaye və postsənaye cəmiyyətləri. Sənayeyə qədər cəmiyyət insanın təbiyyətlə qarşılıqlı təsiri üzərində təşkil olunmuşdur: resurslar hasiledici sənaye sahələri tərəfindən təmin olunur, cəmiyyət isə azalan vergi və aşağı məhsuldarlıq qanunlarına tabe olur. Sənaye cəmiyyəti-insanın yeniləşmiş təbiətlə qarşılıqlı təsiridir. Bu qarşılıqlı təsir insanla maşının qarşılıqlı münasibətlərinə əsaslanır və enerjinin təbii ətraf mühitin texniki mühitə keçməsi üçün istifadə olunması prosesinə əsaslanır.

Postsənaye cəmiyyəti “insanlar arasında oyun” üzərində qurulmuşdur və bu cəmiyyətdə maşın texnologiyasının fonunda informasiyaya əsaslanan intellektual texnologiya hökmran mövqeni tutur.

Postsənaye cəmiyyəti xidmətlər üzərində qurulmuşdur. Əgər sənaye cəmiyyəti həyat səviyyəsinə təsir edən əmtəələrin kəmiyyətinə görə müəyyənləşirsədə, postsənaye cəmiyyəti müxtəlif xidmətlərlə-səhiyyə, təhsil, istirahət, mədəniyyət və.s. ölçülən həyatın keyfiyyəti ilə xarakterizə olunur. Səhiyyə və təhsil səviyyələrinin yüksək olduğu mühit ilə eyni olaraq normal mühitdə də insanların təlabatlarının ödənilməsi baxımından bazarın qeyri-adekvatlığı dövlət və bələdiyyə hakimiyyətlərinin səlahiyyətlərinin genişlənməsinə gətirib çıxarır. Texniki təlabatların və peşakar bacarıqların artması təhsilə və xüsusilə də ali təhsilə yiyələnməni postsənaye cəmiyyətinə daxil olmanın əsas şərtinə çevirir. İnformasiya əsas resursa çevrilir, təşkilatın daxilində isə o güc mənbəyi kimi çıxış edir. Peşəkarlıq ictimai mövqeyin əsas meyarına çevrilir. Sənaye cəmiyyəti məhsul istehsal edən cəmiyyət olduğu kimi postsənaye cəmiyyəti də informasiya cəmiyyəti kimi çıxış edir. Postsənaye cəmiyyəti ikili mənada bilik cəmiyyəti kimi çıxış edir. Birincisi, innovasiyaların mənbəyi kimi daha çox nəzəri biliklərə əsaslanan tədqiqatlar və kəşflər çıxış edirlər. İkincisi, cəmiyyətin inkişafı birmənalı şəkildə bilik sahəsindəki nailiyyətlərlə müəyyənləşir.

Sənaye cəmiyyətində əsas iqtisadi problem kapital problemi idi: yetərli əmanətlərin toplanılması prosesini institusiyalaşdırmaq və onları investisiyaya çevirmək üçün nə etmək olar. Postsənaye cəmiyyətində əsas problem elmin təşkilatlanması, vacib institut isə universitet və ya elmi – tədqiqat laboratoriyasıdır. Postsənaye cəmiyyəti, həmçinin sosial vahid kimi daha çox fərdin deyil, ayrı – ayrı birliklərin çıxış etdiyi və məqsəd kimi fərdi qərarların sadə cəmindən fərqlənən “sosial qərara” nail olunmasının seçildiyi kommunal cəmiyyətdir. İctimai həyat insanlar arasında bir oyun kimi mürəkkəbləşir, belə ki, vətəndaş hüquqları və siyasi tələblər artır, davranış normaları və sosial dəyişikliklərin tezliyi isə ənənəvi dəyərləri silir.


3. E.Tofflerin üçüncü dalğası

Toffler Elvin 1928–ci ildə doğulmuşdur. Amerikan sosioloqu və futuroloqudur. Əsas əməyi: “Gələcəyin şoku” (1972), “Üçüncü dalğa” (1980), “Hakimiyyət metamorfozları” (1990).



Toffler sivilizasiyanın inkişafının üç mərhələsini və ya üç dalğanı fərqləndirir. Birinci dalğa kənd təsərrüfatının geniş yayılmasından yaranmaşdır, ikinci isə sənaye inqilabı ilə bağlıdır. Üçüncü dalğa növbəti hadisələrlə xarakterizə olunur:

  1. Elektron inqilab informasiya axınlarını sürətləndirir və enerji resurslarının tükənməsinə səbəb olan sənayenin yerinə enerjiyə qənaət edən sənayeni yaradır. Texnoinqilabçılar yeni texnologiyaların birinci dalğa texnologiyalarına nisbətən daha sərt iqtisadi tələblərə tabe etdirilməsi üzərində təkid edirlər. Onlar elektron smoq (duman), informasiya çirklənməsi, kosmik müharibələr, genetik pozuntular və s. bu kimi təhlükələrə işarə edirlər.

  2. Yeni texnosfera ilə yanaşı informasiya sferası və ya infosfera meydana çıxdı. Onun əsas elementi kütləvi informasiya vasitələri deyildir. Bu gün insan kütlələri artıq eyni informasiyanı almır, heç də böyük olmayan əhali qrupları özləri tərəfindən yaradılmış nümunələri mübadilə edirlər. İnsanlar reallığın hazır modelini əldə etmirlər, onu daim formalaşdırmağa və yenidən formalaşdırmağa məcburdurlar ki, bu da böyük fərdiyyətçiliyə (individualizm), həm şəxsiyyətin, həm də mədəniyyətin demassifikasiyasına (qeyri – kütləviləşməsinə) gətirib çıxarır.

  3. Sosial yaddaşda – cəmiyyət üzvlərinin müştərək müraciəti üçün açıq olan ümumi yaddaşda keyfiyyət dəyişiklikləri baş verir. Yeni texnologiyalar öz sərəncamına özü haqqında daha böyük və yaxşı təşkil olunmuş informasiyanı alan sivilizasiyanın fəaliyyətini ətraflı şəkildə qeydə almağa imkan verir. Bu sosial yaddaşı nəinki geniş, həm də aktiv edir. Bu vəhdət özünü hərəkət edən qüvvə kimi göstərir, belə ki, informasiyanı sosial yaddaşda saxlamaq və axtarmaq qabiliyyəti sivilizasiyanın uğurlu təkamül inkişafının əsasını təşkil edir.

  4. İstehsal kütləvi və qeyri – kütləvi istehsalın vəhdəti ilə xarakterizə olunur. Zaman keçdikcə məhsul yalnız sifarişlə, sifarişçinin daim artan birbaşa nəzərəti altında hazırlanacaqdır. Bu sənaye inqilabına qədər çiçəklənmədə olan, yalnız indi informasiya texnologiyaları bazasında qurulan istehsal sisteminin yeniləşməsidir.

  5. Elektron kottec” – işçinin evində yerləşən lazımi telekommunikasiya vasitələri ilə təchiz olunmuş iş yeridir. “Elektron kottec”ə doğru hərəkət növbəti faktorlara əsaslanır:

    • müasir informasiya texnologiyaları nəqliyyat daşımalarını telekommunikasiya ilə əvəzləməyə imkan verir;

    • iş prosesinin birbaşa yaşayış yerində təşkili müəssisəyə ofis və istehsal binalarına çəkilən xərcləri ixtisar etməyə imkan yaradır;

    • ətraf – mühitin çirklənməsi azalır;

    • işçilərin asudə vaxtı artır;

    • kiçik şəhərlərin və kənd həyatının cəlbediciliyi yenidən canlanır;

    • ailə möhkəmlənir;

    • gənclərin istehsaldan uzaqlaşmasının qarşısı alınır: “elektron kottec”də uşaqlar nəinki işi müşahidə edə, hətta onda iştirak da edə bilərlər.

  6. Ailə tiplərinin müxtəlifliyi”. Sivilizasiya hər kəsi vahid mövcud ailə tipini yaratmağa vadar etmir. Yeni ailə sistemi insana öz şəxsi yerini (boşluğu) tapmaq, ailə stilini, həm də özünün oradakı rolunu seçmək və müəyyənləşdirmək imkanını verəcək. Özündə ənənəvi üzvlərlə yanaşı iş yoldaşı, sifarişçi və ya peşəni öyrənmək arzusunda olan qonşu uşağını birləşdirə bilən “elektron genişlənmiş ailə” geniş yayılır. Ailənin qarşısında duran xarici tapşırıq onu birləşdirir və onun lazımi iqtisadi əsasını təmin edir. Belə ailələr şəbəkə quraraq bir – biri ilə əlaqə yaradacaqlar. Yeni ailə sistemi yeni sosiosferada əsas institut olacaq.

  7. Korporasiyanın yenidən müəyyənləşməsi – istehsal şəraitində beş inqilabi dəyişikliyə məcburi cavabdır:

    • korporasiyalar ətraf – mühiti çirkləndirir;

    • onlar “sosial çirklənmədə” – işsizlik, cəmiyyətin parçalanması və s. problemlərin dərinləşməsində günahkardırlar;

    • cəmiyyət daha böyük həcmdə korporativ informasiyanın açıq giriş üçün aşkara çıxarılmasını tələb edir;

    • korporasiya siyasi qərarların qəbuluna aşkar və ya qeyri – aşkar şəkildə təsir göstərir;

    • korporasiya korrupsiya və digər arzuolunmaz hallarla bağlı mənəvi effektləri doğurur.

  8. İstehsal və istehlakın birləşməsi. İqtisadiyyatın insanın bilavasitə özü və ailəsi üçün etdiyi bütün haqqı ödənilməmiş işini özündə birləşdirən A sektorunun rolu artır. Bazar vasitəsilə bütün əmtəə istehsalını özündə birləşdirən B sektorunun rolu azalır. Bu tendensiya özünü, xüsusilə də, əməyin dəyərinin eksternalizasiyasında (xariciləşməsində), müştərinin işin bir hissəsini sərbəst şəkildə yerinə yetirdiyi zaman göstərir (mebelin quraşdırılması, iri mağazada əmtəə axtarışı və s.). Tədricən istehsalçı və istehlakçı arasındakı fərq yox olur, işlərin bir hissəsi B sektorundan A sektoruna keçir. Ümumi daxili məhsul göstəricisi tədricən öz əhəmiyyətini itirir, belə ki, o A sektorunu nəzərə almır. Effektivlik anlayışı da, həmçinin, iqtisadiyyatın hər iki sektorunun nəticələrinə aid olduğu halda müəyyən əhəmiyyət kəsb edir.


4. M. Kastelsin informasiya cəmiyyəti

Manuel Kastels 1942 –ci ildə İspaniyada anadan olub. 1979-cu ildən Berkli (ABŞ) şəhərində universitetin professorudur. “İnformasiya əsri: iqtisadiyyat, cəmiyyət və mədəniyyət” üçbaxışlı monoqrafiyası 1996-1998-ci illərdə nəşr olunmuşdur. Kastelsə görə hər bir cəmiyyət istehsal üsulu (kapitalizm, kollektivizm) ilə və inkişaf üsulu (sənayeçilik, informasionalizm) ilə xarakterizə olunur. İnkişaf üsulu – məhsul, iqtisadi artımın müəyyən olunmuş həcmini və keyfiyyətini yaratmaq üçün əməyin materiala təsir göstərdiyi texnoloji sxemdir. Hər bir inkişaf üsulu məhsuldarlığın artımı üçün fundamental hesab edilən elementlə müəyyən olunur. İnkişafın yeni informasiya üsulunda məhsuldarlığın mənbəyi biliyin generasiya etmə texnologiyasından, informasiyanın emalından və simvolik kommunikasiyadan ibarətdir. Biliyin biliklərə təsiri inkişafın informasional üsulu üçün məhsuldarlığın əsas mənbəyi kimi çıxış edən spesifik haldır. Sənayeçilik iqtisadi artıma, yəni buraxılışın maksimumlaşmasına yönəlmişdir. İnformasionalizm isə - texnoloji inkişafa, yəni bilik yığımına və informasiya emalında mürəkkəbliyin daha yüksək səviyyəsinə istiqamətlənmişdir. Inkişaf üsulu simvolik kommunikasiya daxil olmaqla bütün sosial davranış sferasını formalaşdırır. İnformasionalizm bilik və informasiya texnologiyalarına əsaslandıqca, informasiya cəmiyyətində mədəniyyət və istehsal gücləri arasında sıx əlaqə mövcud olacaqdır.

Yeni tarixi şəraitdə məhsuldarlığın yüksək səviyyəsinin əldə olunması və rəqabətin mövcudluğu qlobal qarşılıqlı əlaqə şəbəkə daxilində mümkün olduğu üçün, informasiya iqtisadiyyatı qlobal xarakter daşıyır. Qlobal iqtisadiyyat bütün planet miqyasında real vaxt rejimində vahid sistem kimi fəaliyyət göstərə bilər. O, seqmentləşdirmə və dəyişkən həndəsədən başqa özünün qarşılıqlı asıllılığı, asimmetriyası, regionlaşması, artan diversifikasiyası, seçilmiş daxil olması ilə xarakterizə olunur.

İnformasiyalı iqtisadiyyat yeni təşkilati məntiq ilə xarakterizə olunur. Təşkilati təkamülün daha əhəmiyyətli tendensiyası kütləvi istehsaldan çevik istehsala: fordizmdan postfordizma keçididir. Sürətli texnoloji dəyişikliklərin baş verdiyi şəraitdə real istehsal vahidləri kimi firmalar deyil, məhz şəbəkələr çıxış edir. Yeni təşkilati forma olan şəbəkə müəssisəsi təşkilati dəyişikliklər və yeni informasiya texnologiyaları arasındakı qarşılıqlı təsirdən meydana gəlmişdir. Belə müəssisə bilikləri emal edərək siqnalları məhsullara çevirir. Şəbəkə firması üçün vaxt məhdudiyyəti, onun uyğunlaşma qabiliyyəti və bazar tələbi onun rəqabət qabiliyyətinin əsasını təşkil edir. Təşkilatın yalnız şəbəkə forması vaxtın resurs kimi çevik idarə olunmasını təmin edə bilər. Şəbəkə firmalarının fəaliyyətinin yeni sahəsi kimi vaxtın emalı hesab olunur.


5. V. İnozemtsevın postiqtisadi cəmiyyəti

İnozemtsev Vladislav Leonidoviç 1968-ci ildə anadan olmuşdur. Onun 1998-ci ildə “iqtisadi cəmiyyətin hüdudları xaricində” adlı kitabı nəşr olunmuşdur.

İqtisadiyyata qədərki, iqtisadiyyat və postiqtisadiyyat cəmiyyətinin müqayisə edilməsi üçün əsas kimi sosiumların bu tiplərində ifadə olunmuş fərdi maraqların tabe etdirilməsi sistemi çıxış edir. Postiqtisadiyyat dövrünə keçid onunla xarakterizə olunur ki, burada insanın maraqları maddi maraqlar müstəvisinin hüdudlarından kənara çıxır. Cəmiyyətin iqtisadi əsaslarının aradan qaldırılması sosial strukturların transformasiyası vasitəsilə deyil, fərdlərin mənəvi və intellektual təkamülü nəticəsində həyata keçirilə bilər. Yaradıcılıq ictimai quruluşun yeni tipinin sistemyaradıcı elementi kimi çıxış edir. Bu cür aktivlik insanın daxili təkmilləşdirməyə olan cəhdi ilə şərtlənmiş və əsaslı olaraq əməkdən fərqlənir. Postiqtisadi cəmiyyətin əsas xüsusiyyəti qismində əməyin utilitar aktivlik kimi mənimsənilməsi və onun maddi amillərlə əsaslandırılmamış yaradıcı fəaliyyətlə əvəz edilməsi çıxış edir.

Postiqtisadiyyat cəmiyyətə keçid cəmiyyətdə aşağıdakı əsaslı dəyişikliklərlə xarakterizə olunur:



1.Texnoloji inqilab. İnformasiya inqilabının inkişaf sürəti enerjidən istifadə texnologiyasının inkişaf tempindən 3-6 dəfə böyükdür və daimi sürət artırma imkanına malikdir. Yeni məhsulun icad edilməsi və onun kütləvi istehsalda istifadəsinin başlanğıcı arasındakı vaxt məsafəsi qısalır. Fiziki kapitalla müqaisədə intellektual kapitalın rolu artır. Yeni məhsullar və xidmətlər original texnologiyaların və istehsal proseslərinin mənimsənilməsi nəticəsində yaranmır, onlar əslində yeni informasiyalar və yeni işçilər tərəfindən yaradılır.

2. Dəyər münasibətlərinin aradan qaldırılması. Təsərrüfat uğurları dəyər kateqoriyalarında qiymətləndirilə bilməyən informasiya resursları vasitəsilə müəyyən olunmağa başlamışdır. Informasiyanın istehsal amili kimi unikallığı onunla bağlıdır ki, o özündə geniş yayılma və nadirlik, tükənməzlik və sonluğ kimi bir-birinə zidd prosesləri birləşdirə bilir. İstehsal resursu qismində informasiyanın və biliklərin ekspansiyası dəyər münasibətlərinin aradan qaldırılmasının əsas amilidir. Nemətlərin dəyər ifadəsi mübadilə münasibətlərinin əsası olmaması üçün fəaliyyətin əməkdən istənilən iqtisadi anlamda dəyər yaratmayan və yarada bilməyən yaradıcılığa çevrilməsi zəruridir.

3. Xüsusi mülkiyyətin süqutu yalnız istehsalın əsas vəsaitinin istehsalçıların özləri tərəfindən mülkiyyətin xüsusi kateqoriyasından şəxsi kateqoriyasına keçidi şəraitində mümkündür. Keyfiyyətcə yeni şəxsi mülkiyyət meydana gəlir: yeni informasiya və məlumat yarada bilən və yeni təsərrüfat vəziyyətində müvafiq hərəkət edən fərdlər onların sənaye cəmiyyətinin ənənəvi institutlarından asıllığını əhəmiyyətli dərəcədə azaldan təsərrüfat fəaliyyətinin subyektləri kimi çıxış edirlər. Nəticədə sənaye cəmiyyətinə xas olan “əmək” və “kapital” arasındakı münaqişə həm kapitalın şəxsizləşdirilməsi, həm də işçinin əvvəllər – bütün azadlığının öz iş qüvvəsinin tətbiqi yerinin seçilməsinə gətirildiyi vaxtla müqaisədə daha çox manevr etmək imkanını qazanması ilə həll olunur.

4. Cəmiyyətin sinfi strukturunun dəyişilməsi. Mühüm biliklər insanların nisbətən dar dairələrində - informasiyanın həqiqi sahiblərində cəmləşmişdir. Hakim sinfə məxsus olmanın şərti nemətlərə nəzarət hüququ vermək deyil, onlardan səmərəli istifadə etmək bacarığıdır. Zənginləşməni özlərinin məqsədi kimi qəbul etməyən yeni ali təbəqənin nümayəndələri öz fəaliyyətlərində təşəbbüs göstərmədikləri nəticəni əldə edirlər. Eyni zamanda lazımi qabiliyyətə və təhsilə malik olmayan cəmiyyət üzvləri də maddi məqsədlərə can atırlar, lakin onları əldə etmirlər. Bu zaman hakim və məzlum təbəqələr arasında barışmaz mübahisə yaranır. İnsanın bu və ya digər təbəqəyə aid edilməsinin başlıca meyarı onun yeni bilik yarada bilməsi qabiliyyətidir. Bu da faktiki olaraq insanın onun üçün cəmiyyətdə ayrılmış yeri tutacağına qabaqcadan əminliyə və bu yerin ömür boyu dəyişməz qalacağına əsasdır.

5. Sosial psixoloji dəyişiklik. Burada insanın özünün olduğundan daha əhəmiyyətli olmasına cəhdi və özünün görüş dairəsini və imkanlarını genişləndirmək, daha çox bilmək və bacarmaq və s. kimi xüsusiyyətlərə malik həvəsi insanın vadaredici motivi kimi çıxış edir. Maddi məqsədləri nəzərə almayaraq yaradıcı fərdlər istismara meyilli deyildirlər. Bütövlükdə yaradıcılığın ekspansiyası postiqtisadi cəmiyyətin texnoloji tərəqqisinin əsasında dayanır.
6. Z. Baumanın fərdiləşdirilmiş cəmiyyəti

Bauman Ziqmunt 1925-ci ildə Polşada anadan olub. O, otuz ildən artıqdır ki, Lidsa şəhərinin (Böyük Britaniyada) universitetində dərs demişdir. Onun “fərdiləşdirilmiş cəmiyyət” adlı kitabı 2001-ci ildə nəşr olunmuşdur.



Bauman əvvəlki və indiki cəmiyyətləri modern və postmodern kateqoriyalarında müqayisə edir. Onun tərəfindən modern “ağır” və “möhkəm” kimi, postmodrern isə “yüngül” və “zəif xassəli” kimi xarakterizə olunur. Postmodern dövründə ictimai proseslər daha çox qeyri-müəyyənlik və dinamiklik ilə xarakterizə olunur. Insanı fərdiləşmə zərurəti ilə üz-üzə qoyan köhnə sosial əlaqələr və dəyərlər pozulur. Şəxsin azadlığının qiyməti kimi insanın gəlirində onun müdafiyəsizliyi və inamsızlığı, varisliyin və gələcək stabilliyin qeyri-müəyyənliyi, insanın fiziki bədəni, onun şəxsiyyəti, mülkü və sosial ətrafı üçün təhlükənin olmaması hesab olunur. Yoxsulların tək bir görünüşü təmin olunmuşları qorxu və itaətkarlıq vəziyyətində saxlayır, əgər kasıb təbəqənin bir hissəsi ehtiyac və yoxsulluqdan azad olmasa, bəşəriyyət qorxu və gücsüzlük mühitindən xilas ola bilməyəcəkdir. Burada əmək “elastik” olur, iş verən üçün işçiləri işdən istənilən vaxt kompensasiya vermədən çıxarmaq daha da asanlaşır. Vakansiyalar daha tez-tez müvəqqəti və natamam iş günü kimi hesab olunurlar. Pul vəsaitlərinin ixtisasın artırılmasına və mütəxəssis statusunun alınmasına qoyulması üçün hazırlanan stategiyalar artıq mənasız hesab olunurlar. İnsanın zəruri biliyi və təcrübəni mənimsəyə bilməsindən daha çox istehsal tələbatı tez-tez dəyişir. Buna görə də yaşamaq üçün zəruri olan vəsaitlərlə təmin olunma qərarsız, dəyişkən və etibarsız oldu. Beləliklə, ənənəvi təhsil müəssisələrinin dəyəri aşağı düşür, bacarıqlı və bacarıqsız insanlar arasında dəyişən sosial reallıqların mənimsənilməsində kəskin fərq əmələ gəlir.




: images -> muhazireler
muhazireler -> 1. F. Listin məhsuldar qüvvələr nəzəriyyəsi Y. Şumpeterin sahibkar-novator nəzəriyyəsi Q. Bekkerin insan kapitalı nəzəriyyəsi
muhazireler -> MÖvzu 8: BİLİKLƏRİn təQDİm ediLMƏSİNİn produksion modeli Plan
muhazireler -> MÖvzu 12: genetik alqoritmləR
muhazireler -> Азярбайъан Дювлят Игтисад Университети
muhazireler -> 1. Əmək hüququnun anlayışı və mənbələri. Kollektiv müqavilə və saziş. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
muhazireler -> Mövzu Firmanın (müəssisənin) inkişafı: məqsəd, mühit və təsir amilləri. Kursun predmeti və vəzifələri
muhazireler -> Азярбайжан дили və Nİtq məDƏNİYYƏTİ
muhazireler -> 1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi. Hüquq normaları


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə