İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


P atolo ji-an to m ik  d əyişd ik lər



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   22   23   24   25   26   27   28   29   30

P atolo ji-an to m ik  d əyişd ik lər. 
Kaditəmikozda müşüm dəyi­
şdiklər  həzm  orqanlarının  başlanqıç  şöbəsində  müşahidə  edilir. 
Ağız boşluğunda  ağ rəngdə  selikli  kütlə  nəzərə çarpır.  Ağız boş­
luğunun,  dilin, udlağın və yem  borusunun  selikli  qişasında hipe- 
remiya  və  bozumtul  ağ  rəngdə  şorvari  kütləyə  bənzər  çöküntü 
aşkar edilir,  çöküntü  hamar və  qırçınlı  olmaqla bəzən  dilin  üzə­
rini tamamilə örtür. Çinədanın zədələnməsi daha xarakterik  hal­
da  nəzərə  çarpır.  O  ağ  süd  rəngində  seliklə  dolu  olmaqla,  qaz
337

qabarçıqları  və  yem  qalıqları  ilə  qarışıq  halda  müşahidə  edilir. 
Bunun  şəlikli  qişası  qırcınlıqdır,  üzərində  çoxlu  miqdarda  qan 
sızmaları,  bəzi  yerlərdə  xüsusi  şorvari  çöküntü qeyd olunur.
Vəzili  mədənin  selikli  qişası  qatı  seliklə  örtülüdür və  selikli 
qişalarda qan  sızmaları  aşkar edilir.  Vəzili  mədə  ilə  əzələli  mə­
də  sərhəddində nekrotiki  zədələnmələr,  kutikulasi  asanlıqla ay­
rılır  və  bunun  altından  nöktə  şəklində  qan  sızmalar  müşahidə 
edilir.  Nazik  bağırsaq  şöbəsinin  şelikli  qişası  kataral  iltihablı, 
üzərində  qan  sızmalar,  qaraçiyərdə,  böyrəklərdə,  beyində  və 
ürəkdə  1-2  mm  diametrində  yumuşaq  konsistensiyalı  iltihab 
oçaqları  aşkar  edilir.  Perenximatoz  orqanların  əksəriyyətində 
durqunluq  əlamətləri  və  degenerativ dəyişdiklər nəzərə  çarpır.
D iaqnoz. 
Kanditamiqoza diaqnoz  qoymaq  ücün  onun  epizo- 
otoloji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  pataloji  anatomik 
dəyişdikləri  nəzərə  alınır,  diaqnozun  dəqiqələşdirilməsi  və  ox­
şar xəstəliklərdən təfrik etmək ücün mikoloji  müayinə  aparılır.
Mikoloji  müayinəni  aparmaq  ücün  iltihablı  sahələrdən 
nümunə  götürüb  yaxma  hazırlanaraq  mikroskopiya  edilir,  qida 
mühitlərinə  əkilərək  amilin  təmiz  kulturasiı  alınır və  bioloji  sı­
naq  qoyulur.  Boyanmış  və  boyanmamış  preparatları  mikrosko­
piya  etdikdə  mikroskopun  görünüş  sahəsində  çoxlu  miqdarda 
psevdomiseller və blastosporlar nəzərə çarpır.  Alınmış kulturla- 
rın  patogenliyini  yoxlamaq ücün  hind donuzları, ağ siçanlar və  1 
günlük  çüçələrin  yoluxdurulmasından  istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  A-avitaminozdan  təfriq  etmək 
lazımdır.
A  -avitaminozda  infeksionluq  xüsüsiyyəti  yoxdur,  mikoloji 
müayinənin  nətiçəsi  mənfidir,  selikli  qişalar  üzərində  olan 
çöküntülər selikli  qişaya möhkəm  şəkildə  yapışmır.
M ü aliçə. 
Xəstə  quşları  ayırıb  nistatinlə  mtialiçə  edilir.  Bu 
məqsətlə  100-200  mq  preparat  lkq  yemə  qatılır.  Şərti  sağlam 
quşlara nistatin hər kq  yemə  15-20  mq  hesabı  ilə qatılır.  Su əvə­
338
zinə quşlara  l:2000-də  göydaş  məhlulu verilir.
Quş  binalarında  həftədə  1  dəfə  hər m3  həçmə  0,3-0,5  qram 
aliminium-yoditlə  aerozol  halında dezinfeksiya aparılır.
Profilaktika  və  m übarizə  təd b irləri. 
Quş binalarında onla­
rın saxlanma və yemlənməsi ücün tələb olunur sanitar-gigiyenik 
nomalar gözlənməlidir.  Köhnəlmiş quş məhsulları, yem qabları­
nın  natəmizliyi,  binalarda  nəmlik  göbələyin  belə  şəraitdə  artıb 
çoxalmasına səbəb olur ki, buda öz növbəsində infeksiyanm baş 
verməsinə səbəb olur.  Stasionar qeyri-sağlam təsərrüfatlarda in- 
kubasiya  ediləçək  yumurtalar yod  məhlulu  ilə  işlənir.
Çavan  quş  qrupu  sanitar-gigiyenik  şərayitdə  saxlanmalı  və 
yem  payına  vitaminlər,  mineral  birləşmələr  və  zülallar  əlavə 
edilməlidir.  Quşların  yem  payına  kifayət  qətər  yaşıl  yem  daxil 
edilməlidir.
Kanditamikoza görə qeyri-sağlam təsərrüfatlarda yaşlı  qrup­
ların və çüçələrə 5  günlükdən etibarən onların hər kq çalı  kütlə­
sinə  50-100  min  T.  V.  nistatin  yemə  qatıb  quşlara  verilməlidir. 
Digər infeksion xəstəliklərə qarşı tətbiq edilən geniş təsir dəirə- 
sinə  malik  olan  antibiotiklər  kanditamikoz  zamanı  yem  payın­
dan  çıxarılmalıdır.  Xəstəlik  zamanı  çari  dezinfeksiya  aparmaq 
ücün 2%-li  formaldehid,  1%-li  natrium  qələvəsi  məhlullarından 
istifadə  edilir.  Xəstəliyi  keçirmiş quşlar bütün  ömür boyu göbə­
lək daşıyan olur və  infeksiya törədiçisinin  mənbəyi  hesab edilir. 
Ona  görə  də  belə  quşlar  intensiv  yemləmə  ilə  kökəldilir  və  ət 
ücün  kəsilir.
A spergillyoz
Aspergillyoz - / Asperqillosis / quşların  göbələk  etiqologiya- 
sı  infeksion  xəstəliyi  olub respirator orqanları  zədələnmələri  və 
yüksək  dərəçədə  letallıqla  saçiyyələnir.
Tarixi  m əlum at. 
İlk  dəfə  1815-çi  Meyer  quşların  bronx  və
339

hava  kisələrində  kif göbələklərini  aşkar  etmişdir.  1841 \çi  ildən 
başlayaraq müxtəlif növ quş və heyvanlarda asperqillus çinsli gö­
bələklər  qeyd  olunmuşdur.  1855-çi  ildə  Frezensins  quşların  tə­
nəffüs  üzvülərindən  göbələyin  təmiz  kulturasını  ayırmış  və  onu 
Aspergillus  fumiqatuz  və  xəstəliyi  isə  aspergilyoz  adlandırmış­
dır.  Aspergilyoz dünyanın  hər yerində quşlarda  müşahidə  edilir.
X əstəliy in   tö rəd içisi. 
Xəstəliyin  əsas  törədiçisi  Asperqillus 
fumiqatuz göbələyidir.  Bundan başqa xəstəliyin  etiologiyasında 
Asp.  flavus,  Asp,  niqer,  Asp, nidulans və s.  növlərdə  mühim  rol 
oynayır.  Bunlar  təkamül  etməmiş  -  fünqi  inperfekti  göbələklər 
qrupuna  mənsubdur.  Qranulematoz  nekrotik  ocaqdan  götü­
rülmüş  nümunənin  mikroskopiyası zamanı  göbələk misellərinin 
hifləri  genişlənmiş,  arakasməli  və  şaxələnmiş  halda  müşahidə 
ndilir.  Orqanlarda  sporlanmanın  inkişafı  nadir halda görünür  .
Aspergillər  laktofuksinlə,  Qackis-mak  Manus  üsulu  ilə  yax­
şı  boyanır.  Bunların  yetişdirilməsi  ücün  labaratoriya  şəraitində 
Çapek aqarından, suslo aqardan, qlukozalı saburo aqarından,  Bo- 
den  və  Qotye  qida mühitlərindən  istifadə  edilir.
Aspergiller  fakültativ  parazitdirlər.  On  lar  adətən  saprofıt 
həyat  tərzinə  malikdir  və  müəyyən  şəraitdə  parazitlik  xüsusiy­
yəti  əldə  edirlər.  Patogen  aspergillər proteolitik  ferment  və  en- 
dotoksin  hasil  edir.  Endotoksinlər hemolitik  və  toksiki  xüsusiy­
yətə  malikdir.  Xəstə  quşlardan  əldə  edilmiş  ştamlar  m üxtəlif 
bitki  mənşəli  substratlardan  ayrılmış  ştamlara  nisbətən  daha 
güclü  patogenliyi  ilə  səciyyələnir.
D avam lılığı. 
Asperqillər şüalanmaya olduqça həssaslıq göstə­
rir.  Yodun  suda.  2,5  %-li  məhlulu  kəskin  funqisit təsiri  ilə  özünü 
göstərir.  2,5%-  li  formalin  məhlulu,  2,5%  -li  salisin  turşusu  Asp. 
fumiqatuz və digər növ  göbələkləri  qısa müddətdə tələb  edir.
E pizotoloji  m əlum atlar. 
Xəstəliyə  əksər  növ  ev  və  vəhşi 
quş  növləri  həssaslıq göstərir.  Daha cox qaz və  hind quşları  xəs­
təliyə  tutulur.
340
Bir cox  alimlər göstərirlər ki,  quşlar yaşlandıqça  onların  as- 
pergilyoza həssaslıöı  zəyifləyir.
İnfeksiya törədiçisinin əsas  mənbəyi  xəstə quşlardır.  Yolux­
ma  əsasən  aerogen  yolla  baş  verir,  ançaq  alimentar  yollada  yo­
luxma  aşkar edilmişdir.
Xəstəliyin  yayılmasında  xəstə  təsərrüfatlarında yığılmış  yu­
murtaların  inkubasiya edilməsi  böyük  rol  oynayır.  Göbələk  em- 
brionları  onların  inkişafının  müxtəlif dövürlərdə  tələf edir,  belə 
halda  inkubatorlar  ətraf  mühiti  göbələklə  yoluxmasında  əsas 
hesab edilir.  Belə şəraitdə  sağlam  yumurtalardan çıxmış  çüçələr 
göbələyin  miselləri  ilə yoluxmuş hava şəraitində  respirator yol­
la yoluxur.  İnkubatorlarda çüçələrin  seçilməsi düzgün  aparılma- 
dıqda  bəzən  xəstə  çüçələr  təsərrüfatlara  verilir  ki,  buda  infek- 
siyanın  yeni  oçaqının  əm ələ  gəlməsinə  səbəb olur.
Təsərrüfatlarda  quşlar  nəmli,  çirkli  quş  binalarında  saxlan­
dıqda, nəmli  döşənəkdən istifadə olunduqda, ventilyasiya pis iş­
lədikdə,  quşlar  binada  sıx  yerləşdirildikdə  aspergillyozun  baş 
verməsi  ücün  şərayit yaradır.
Quşçuluq  təsərrüfatlarında  aspergillyoz  müxtəlif  intensiv­
liyə  malikdir.  Bu  göbələyin  virulentlik  dərəçəsindən,  quşların 
yaşı  və  ümumi  müqavimət  qüvvəsindən  asılıdır.
P atogenez. 
Xəstəliyin sporları orqanizmə respirator orqanlar 
vasitəsilə  daxil  olduqda  infeksiya  törədiçisinin  lokalizasiya  ye­
rində  geniş  sahəli  iltihab  prosesi  inkişaf edir  ki,  buda  iti  gedişli 
pnevmoniya  halında  özünü  göstərir.  Bundan  əlavə  bəzən 
düyünlər  formalaşır  ki,  buda  düyünlü  pnevmaniya  halında  tə­
zahür edir.  Orqanizmdə  tədriçən sporlar miseliyə  çevrilir,  bu da 
iltihab  prosesini  dahada güçləndirir.  Göbələyin  spor və  misellə­
ri  parçalanan  zaman  toksin  ayrılır  və  humoral  yolla  orqanizmə 
yayılaraq / toksemiya /patoloji  prosesin  inkişafına  səbəb olur.
Aspergillyozun  patogenezində  xəstəlik  törədiçisinin  meto- 
bolitləri  də  mühim  rol  oynayır.
341

G edişi  v ə  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
3-10 gündür.  Göbələyin patogenlik dərəçəsindən, quşun yaşı  və 
rezistentlik  dərəçəsindən  və potoloji  -  anatomik dəyişdiklərinə 
görə  müxtəlif formalarda özünü  göstərir.
Aspergillyoz  iti  və  xroniki  gedişə  malikdir.  İti  gediş  zamanı 
quşlarda  respirator orqanların  funksiya  pozğunluqlarına  məxsus 
olan  əlam ətlər meydana  çıxır.  Quşlarda  tənəffüs  hərəkətlərinin 
miqdarı  artır, tənəffüs çətinləşir,  hər tənəffüs zamanı  quş başını 
irəli  uzadır və yuxarı qaldırır, dimdiyini acıq  saxlayır, tez-tez as­
qırır,  dimdik və burun yolundan serozlu və ya köpüklü kütlə ay­
rılır.  Hava  kisələrinin  zədələnmələri  ilə  əlaqədar  olaraq  tə­
nəffüs zamanı  füşkürək  səsləri  eşidilir.
Quşlarda  bəzən  ishal,  suya  tələbatın  artması,  İştahın  itməsi, 
iimumi  zəyiflik və arıqlıq  inkişaf  edir.  Ölümdən qabaq quşlarda 
qıc  olmalar  nəzərə  çarpır.  Çüçələrdə,  xüsusilə  hind  quşlarının 
çüçələrində  cox  vaxt  meninqoensefalit  əlamətləri,  çavanlarda 
isə oftalmit və burun yolundan şorvari maddədən ibarət kütlənin 
ayrılması  ilə  müşayət edilən  rinit nəzərə  çarpır.
Xroniki  gedişdə əlam ətlər tədriçən  inkişaf edir, əlam ətlər iti 
formada  olduğu  kimidir.  Fərqli  çəhətlər  pipik  və  saqqalın  sol- 
ğunluğu,  dövri  olaraq  həzm  və  tənəffüs  orqanlarının  funksiya 
pozğunluğu  əlamətləri  qeyd  olunur.  Bəzi  hallarda  gözün  zədə­
lənmələri,  göz  qapağı  altında  kazeozlu  kütle  aşkar  edilir.  Yaşlı 
quşlarda yumurta  məhsuldarlığı  kəskin  şəkildə  aşağı  düşür.
P ataloji -   anatom ik  d əyişilik lər. 
Xəstəliyin  pataloji-anato- 
mik  dəyişikləri  xəstəliyin  gedişi  və  patoloji  prosesin  lokaliza- 
siya  yerindən  asılıdır.  Traxeyada,  bronxlarda,  hava  kisələrində 
zədələnmələr,  ağciyərdə  tək-tək  və  bəzən  yayılmış  formada 
düyünlər müşahidə edilir.
Xəstəliyin  iti  formasından  ölmüş  quşlarda  ağciyərin  hemor- 
roji  iltihabı  və  onun  parenximasının  müxtəlif  dərinliklərində 
milyar  sarımtıl-ağ  düyünlər  nəzərə  çarpır.  Düyünlərin  diametri
342
1-3  mm  və  bəzən  daha  çox  olur.  Hava  kisələrində  də  iltihab 
müşahidə  edilir.
Xəstəliyin  xroniki  formasından  ölmüş quşların  cəsədlərində 
ağciyərin  hemorroji  zədələnm ələri,  hepatizaiya  sahələrinin 
meydana  çıxması,  hava kisləri  və  bronxlarda  adi  gözlə  görünən 
miselial  kütlə  aşkar edilir.  Ağciyərdə  milyar düyünlər bir-birilə 
birləşərək  bərk  kütləli  şorvari  kütlə  əmələ  kətirir.  Bəzən  hava 
kisələrində qalınlığı 5 mm olan kazeozlu çöküntü müşahidə edi­
lir.
Qaraciyərdə durğunluq dəyişikləri, bağırsaqlarda  isə hemor­
roji  iltihab nəzərə çarpır.
Histoloji  müainə  zamanı  ağciyərdə  pnevmoniya  fokusları, 
çoxlu  miqdarda  nekroz  və  düyünlər,  bronx  və  bronxiolların  şe- 
likli  kütlə ilə,  fıbrinlə, piqmenlərlə,  leykositlərlə, göbələyin  mi- 
selləri  ilə dolu olması aşkar edilir.  Düyünlərin m ərkəzində radi­
al  səpələnmiş  hiflər  müşahidə  edilir  ki,  buda  qranulyasiya  to­
xunmasının  xatırladan  reaktiv  iltihab  zonası  ilə  əhatə  olunur. 
Çox  vaxt  iltihab  sahələrində nəhənq  hüceyrələr görünür.
Aspergilyoz  düyünləri  zədələnmiş  toxumalarda  tipik  infek- 
sion qranulemanı xatırladır.  Bu kapsula içərisinə alınmış törəmə 
olub  içərisində  homogen  kütlə  vardır.  Periferiyasında  histositar 
tip  hüceyrə  qatı,  psevdoeozinofıl  leykositlər  və  limfoid  tip  qat 
aşkar edilir,  Qranulema  mərkəzində göbələyin  sapları  görünür.
Diaqnoz: 
xəstəliyə  diaqnoz qoymağ üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik  dəyişi- 
likləri  nəzərə  alınır və  mikoloji  müayinə aparılır.
Mikoloji  müayinə  aparmaq  üçün  ağciyərdən  şorvari  kütlə 
və  ya düyün götürüb, yaxma hazırlayıb mikroskopiya edilir. Tə­
miz  kultura almaq  üçün  Çapek  qida  mühütinə,  Suslo  aqara  və s. 
qida  m ütlərinə  əkilir.  Əkilmiş  nümunələr 36-37°S  temperaturda 
yetişdirilir.  Mikroskopiya  zamanı  boyanmamış  yaxmalar  10%  - 
li  natrium  qələvisi  damlasında,  laktofenolda  və  ya əzilmiş  dam­
343

lada  baxılır.  Bu  zaman  rəngsiz  törədici  misellərinin  arakəsməli 
hifləri  nəzərə çarpır.
T əfriq i  diaqnoz: 
aspergiliozu  quşların  vərəindən,  pulloruz- 
dan  və  infeksion  bronxitdən  təfriq  etmək  lazımdır.  V ərəm ədə 
ən çox qaraciyər, sonra dalaq və bağırsaqlar zədələnir.  Tuperku- 
linizasiyanın nəticəsi əsasdır.  Bakterioloji müayinədə  isə vərəm  
çöpləri  aşkar  edilir.  Pullorozda cücələrdə  ağ  rəngdə  ishal,  yaş­
lılarda isə yumurta follikullarının zədələnmələri  qeyd edilir.  Yaş­
lı  gizli  bakteriyadaşiyan  quşları  aşkar  etmək  üçün  qan-damla 
AR-dan istifadə edilir.  Bakterioloji müayinə zamanı  S.pullorum- 
qallinarum  aşkar  edilir.  İnfeksion  bronxit  kontagiozluğu  ilə  sə­
ciyyələnir.
M ü alicə. 
Spesifik müalicə vasaitləri yoxdr. Nistatin toyuqla­
ra  15-20  mq,  cücələrə 2-5  mq dozada  inyeksiya  edilir.  Hind  qu­
şu  və  qazlarada  doza  2  dəfə  artırılır.  Hər  gün  quşlara  1:2000- 
l:3000-də  mis-sulfat  məhlulu  peroral  yolla  daxilə  verilir.  Kali­
um-yod  hər baş  quşa 0,15-0,2  qram  istifadə  edilir.
Müalicə  məqsədilə  antibiotiklərdən  istifadə  əks  göstərişidir, 
çıınki hətta terapevtik dozada xəstəliyin ağırlaşmasında səbəb olur.
Profilaktika  v ə   m ü b arizə  təd birləri. 
Xəstəliyin  profilakti­
kası  üçün  quşlara  yaxşı  sanitar-gigyeniki  şərait  yaratmaq  və  or­
qanizmin rezistentliyini  yüksəltmək  lazımdır.  Yem  payına A-vi- 
taminin  əlavə  edilməsi  quşların  qeyd  olunan  xəstəliyə  qarşı 
ümumi  müqavimət qüvvəsini  artırır.
Həmin  vitaminin  cücələrə  2  günlükdən  35  günlüyə  qədər 
300 b.v.  avital  preparatının  isə su  ilə 4000  b.v.  verilməsi onların 
bir çox xəstəlikərə və xüsusilə də aspergilyoza qarşı müqavimə­
tini  artırır.  Konsentrat yemlərin taxıl  məhsullarının  keyfiyyətinə 
diqqət yetirilməli,  şübhəli  hallarda termiki  təsirə  uğradılmalıdır.
Aspergilyoz  zamanı  yod  preparatlarının  aerozol  halında təd- 
biqi  yaxşı nəticə  verir.
Təsərrüfatlarda  xəstəlik  baş  verdikdə  kliniki  xəstə  və  zəif
344
quşlar sanitar kəsimə verilir.  Əgər xəstəliyin  baş verməsində kif­
li yem  və döşənək səbəb hesab edilirsə bunlardan  istifadəyə ica­
zə verilmir.
Cari  dezinfeksiya  üçün  5%-li  formalin  və  3%-li  natrium  qə­
ləvisi  məhlullarından  istifadə  edilir.
Favus
Favus  (favus,  parşa)  ən  çox  quşların  nisbətən  az  kənd  təsər­
rüfatı heyvanlarının göbələk etiologiyalı  infeksion xəstəliyi olub 
dəri  törəmələrinin və bazən də parenximatoz orqanları  zədələn­
mələri  ilə səciyyələnir.
T arixi  m əlum at: 
xəstəliyin törədicisi  1839-cu ildə  Şoenlay- 
ni  tərəfindən qeyd edilmişdir.  Fransa tədqiqatçısı  Saburo  ilk də­
fə  dermatomikozlarm  törədicilərin  təsnifatını  vermişdir.
Rusiyada xəstəliyin öyrənilməsində P.İ.Matvievski,  P.N.Koş- 
kin,  N.A.Spesivseva və başqalarının  böyük xidmətləri  olmuşdur.
X ə stəliy in   törədicisi. 
Favusu  təkamül  etməmiş  Acharion 
cinsinə  mənsub  olan  göbələklər  törədir.  Quşlarda  xəstəliyi 
A.qallinae, gəmiricilərdə və bəzi kənd təsərrüfatı  heyvanlarında 
A.quinskeanum  və  insanlarda  isə  A.schonluni  törədir.  Bunlar 
dermotomisetlərə aid olmaqla əsasən  dəri  və dəri  törəmələrinin 
zədələnmələrini törədir.  Favus, həmçinin quşların  parenximatoz 
orqanlarının  iltihabın  səbəb  olur.  Bu  göbələklər  təbiətdə  geniş 
şəkildə  yayılmışdır.
Patoloji  materialdan  hazırlanmış  yaxmalarda  favusun  törə­
dicisi  oval  və  ya  çoxbucaqlı  sporlar halında zəncir və  yügümlar 
halında  nəzərə  çarpır.
Bundan  əlavə  ikiqat qişaya  malik  və düzbucaqlı  hüceyrələr­
dən ibarət olan müxtəlif qalınlıqda misellər halında görünür. Zə­
dələnmiş  tükdə göbələyin elementləri  onun uzunu  boyunca yer­
ləşir, və  burada həmişə göbələyin  ikiqat qişaya malik olan  spor-
345

lari  ilə  bərabər qaz  qabarcıqları  və  yağ damlaları  nəzərə  çarpır. 
Bu  xüsusiyyət  onu  trixofıtiyanın  və  mikrosporozun  törədicisin­
dən  fərqləndirir.
Favusun  törədicisi  Saburo  qida  mühitində,  Suslo  aqarda  28- 
30°S  temperaturada boy verir.
D avam lılığı. 
Xəstəliyin  törədicisi  xarici  mühit  amillərinin 
təsirinə  davamlıdır.  Zədələnmiş  tüklərdə  bunlar  6-10  il,  peyin­
də  3-8  ay,  torpaqda  140  gün  sağ  qalır.  Ultrabənövşəyi  şüaların 
təsirindən  tez  inaktivləşir.  Kimyəvi  dezinfeksiya  vasitələrindən 
3%-li  karbol turşusu,  2%-li natrium qələvisi,  2%-li  formaldehid, 
2%-li  salisil  turşusu  məhlulları  amili  1-2  saata məhv edir.
E p izootoloji  m əlum atlar. 
Xəstəliyə  əksər  növ  quşlar  həs­
sasdır.  Cavanlar  yaşlılara  nisbətən  daha  çox  xəstəliyə  tutulur. 
Favus  əsasən  sporodiya  və  kiçik  epizootiyalar  halında  nəzərə 
çarpır.  Epizootiyalar əsasən gəmirici  heyvanlarda müşahidə edi­
lir.  Xəstəlikdə  stasionarlıq  qeyd  olunur  ki,  buda  amilin  uzun 
müddət  xarici  mühit  obyektlərində  yaşama  qabiliyyəti  ilə  izah 
olunur.
İnfeksiya törədicisinin  mənbəyi  xəstə quşlardır.  Quşların yo­
luxması  əsasən  kontakt  yolla  baş  verir.  İnfeksiya  törədicisinin 
yayılmasında quşlara xidmət əşyalar və yoluxmuş yem böyük rol 
oynayır.  Həşəratlar  və  gəmiricilər  xəstəlik  törədicisinin  yayıl­
masında  müəyyən  əhəmiyyətə  malikdir.  Digər  dermatomikoz- 
larda olduğu kimi xəstəliyin baş verməsində və yayılmasında quş­
ların  zoogigiyeniki  tələbata  uyğun  olmayan  şəraitdə  saxlanması 
və  keyfiyyətsiz yemlərlə  yemləndirilməsi  əsas hesab edilir.
P atogenez. 
Dəri üzərinə düşmüş xəstəliyin törədicisi  burada 
çoxalır, tük və  lələk ətrafında iltihab törədir,  göbələyin  misellə- 
ri  belə  şəraitdə  yıqum  törədir,  nəticədə  qidalanma  pozulur,  to­
xuma  atrofıyalaşır.  Törədicinin  dəri  üzərində  çoxalması  nəticə­
sində  burada  degenerativ  dəyişdiklər  törədir,  tük  və  lələklərin 
qidalanması  pozulduğuna  görə  onlar tökülür.  Prosesin  generali­
346
zasiyası zamanı  xəstəliyin törədicisi  qana keçərək parenximatoz 
orqanlara toplanır və burada düyün  və yaralar törədir.
G ed işi  v ə   kliniki  əla m ətləri. 
İnkubasiya  dövrü  bir  neçə 
gündən  3-4  aya  qədər davam  edir ki,  buda  xəstəlik  törədcisinin 
virulentliyi  və  quş  orqanizminin  rezistentlik  dərəcəsindən  asılı­
dır.  Ev  və  vəhşi  quşlarda tüksüz  nahiyyələrdə  yuvarlıq  formada 
ağ  lələklər  əm ələ  gəlir  və  bunlarda  öz  növbəsində  sonradan 
düyünlərə  çevrilir.  Belə düyünlərin üzərində  eksudatın  ayrılma­
sı  və  bunun  quruyaraq  qartmanlar  (skutula)  əm ələ  gəlməsi 
müşahidə  edilir.  Qartmanlar  bozumtul-ağ  və  ya  bozumtul-sarı 
rəngdə  olur.  Ayrı-ayrı  ləkə  və  qartmaqlar sonra  bir-birilə  birlə­
şir və  dəridən  çətin  ayrılan  boz  rəngdə  sıx  kütləli  çöküntü  şək­
lini  alır.  Belə  çöküntülər ən  çox  dimdik ətrafında,  pipik  və  saq­
qalda  müşahidə  edilir.  Belə  zədələnmə  forması  skutulyar forma 
adlanır.  Prosesin  generalizasiya  zamanı  boyun  və  gövdənin  tük 
və  lələk  follikulları  da  iltihablaşır.  Lələk  və  tük  ətrafında  dəri 
üzərində qartmaqlar meydana çıxır və tük və  lələklərin qidalan­
ması  pozulur,  onlar tökülür.  Lələklər özlərinin  əsaslarından  de- 
formasiyalaşır,  bozumtul-ağ  rəngdə  örtüyü  olur  ki,  buda  xəstə­
lik  törədicisinin  miselləri  və  sporlarından  ibarətdir.  Lələk  və 
tüklər  tökülmüş,  dəri  sahəsi  qartmaqla  örtülmüş  halda  nəzərə 
çarpır.  Belə  quşlar siçan  iyisinə  malik  olur.
Xəstəliyin  ağır  gedişində  ağız  boşluğunun,  bumn-udlağın, 
yuxarı  tənəffüs  yollarının,  çinədanın  və  bağırsaqların  selikli  qi­
şasının  zədələnmələrinə  məxsus  olan  kliniki  əlam ətlər  meyda­
na  çıxır.  Quşların  iştahı  itir,  güclü  ishal  başlayı.  İshal  uzun 
müddətli  olduğuna görə onlarda arıqlıq və ölüm baş verir.  Favu­
sun  belə  forması  visseral  forma  adlanır.
P atoloji-an atom ik   d əyişilik lər. 
Quş  cəsədləri  arıq  olmaqla 
kəskin  siçan  iyinə malikdir.  Dəri  üzərində m üxtəlif böyüklükdə 
qartmaq  və  tüksüz sahələr görünür.  Pipik  ağ  rəngdə olur.  Çinə­
danın,  bağırsaqların  və yuxarı  tənəffüs yollarının  selikli  qişasın­
347

da  yaralar və  düyünlər aşkar edilir.  Traxeyanın  və yem  borusu­
nun  yuxarı  hissəsinin selikli  qişasında epitelinin  nekrozu və  şor- 
vari  kütlədən  ibarət olan  çöküntü  nəzərə çarpır.
D iaqnoz. 
Xəstəliyə diaqnoz qoymaq  üçün  kliniki  əlam ətlər 
və  patoloji-anatomik  dəyişdiklər  nəzərə  alınır  və  mikoloji 
müayinə aparılır.
Mikoloji 
m üayinədə 
zədələnmiş 
dəri 
sahəsindən 
götürülmüş  nümunə  xırda-xırda  doğranır,  əşya  şüşəsi  üzərinə 
qoyulur və  bunun  üzərinə  bir neçə  damla 20-25%-li  natrium  və 
ya  kalium  qələvisi  məhlulu  əlavə  edilir,  isidilir,  sonra  ötürücü 
şüşə  örtüb  mikroskop  altında  mikroskopiya edilir.
Xəstəlik  törədicisinin  təmiz  kulturasım  almaq  üçün  patoloji 
materialdan  Saburo aqarına əkilir.  Çirklənmiş  material  əvvəlcə­
dən  2%-li  antiformində  işlənir,  sonra  isə ya su  ilə yaxud  mütləq 
spirtlə  yuyulur.
Favusun  törədicisi  üçün  elektiv  qida  mühiti  amin  turşuları 
əlavə edilmiş trixofıton aqar hesab edilir.  Nümunələr bu mühiti­
nə əkildikdən  sonra  22-28°S  temperaturda yetişdirilir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin