İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


G ed işi  v ə   kliniki  əla m ətləri



Yüklə 464 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix23.02.2017
ölçüsü464 Kb.
#9374
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

G ed işi  v ə   kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
virusun virulentliyi  və dozasından,  həmçinin quşların  ümumi  re- 
zistentliyindən  asılı  olaraq  2-30  gündür.  Gedişinə  görə  xəstəli­
yin  iti,  yarım  iti  və xroniki,  patoloji  prosesin  lokalizasiya  yerinə 
görə  isə  larinqotraxeyal  və  konyuktival  formaları  mövcuddur.
Xəstəliyin  larinqotraxeyal  forması  quşlarda  iti  gedişə  malik 
olmaqla  onlarda  ümumi  zəiflik,  iştahın  itməsi,  tənəffüs  zamanı 
m üxtəlif səslər nəzərə  çarpır.
Qırtlaq  və  traxeyanın  selikli  eksudatla  tutulması  nəticəsində 
tənəffüs prosesi  tamamilə pozulur. Quşların dimdiyi açıq olmaq­
la  başını  irəliyə  uzadaraq  çətinliklə  tənəffüs  edir.  Tənəffüs yol­
larında  olan  ekssııdat  çox  vaxt  qanlı  kütlədən  ibarət  olan  tıxac 
nəzərə  çarpır.  Ağız  boşluğunun  selikli  qişasının  hiperemiyalı, 
şişkin  və  qan  sağıntılı  olması  müşahidə  edilir.  Toyuqlarda  yu­
murta məhsuldarlığı  kəskin şəkildə aşağı düşür.  Larinqotraxeyal 
formada  letallıq  10-60%  arasında olur.
173

Ş ə k i l   9.   İ n f e k s i o n   l a r i n q o t r a x e y i t l ə  
Ş ə k i l   10.  İ n f c k s i o n   l a r i n q o t r a x e y i t
x ə s t ə   q u ş  
z a m a n ı   s e l i y i n   a y r ı l m a s ı   v ə   g ö z ü n
z ə d ə l ə n m ə s i
Xəstəliyin  konyuktival  forması  əsasən  10-15  günlük  cücə­
lərdə  qeyd  olunur.  Bunlarda  konyuktivanın  slrozlu  iltihabı,  göz 
yaşının  axması  və  işıqdan  qorxma  müşahidə  edilir.  Konyunkti- 
val  formanın  xroniki  gedişində  quşlarda  konyunktivanın  fıbri- 
nozlu  iltihabı,  gözün  buynuz  qişasının  bulanması,  nəticədə  gör­
mənin  zəifləməsi  və  bəzən  korluq  qeyd  olunur.  Konyunktival 
forma  bəzən  larinqotraxeal  forma  ilə  qarışıq  şəkildə  gedir.
P atoloji-anatom ik  d əyişilik lər. 
Xəstəliyin  larinqotraxeal 
formasında  mühüm  dəyişiliklər  qııtlaq  və  traxeyada  gedir.  Bu 
orqanların  selikli  qişaları  hiperemiyalı,  şişkin,  erroziyalı  və  qan 
sağıntılıdır.  Mənfəzləri  isə kataral  və ya kataral  hemorroji  eksu- 
datla tutulmuş olur. Əksər hallarda qirtlaqda fibrinozlu-kazeozlu 
kütlədən  ibarət  olan  tıxac  müşahidə  edilir.  Belə  tıxaclar  bəzən 
iri  bronxlarda  da  nəzərə  çarpır.  Bəzən  quşların  burun  və  ağız 
boşluğunda  kataral  iltihab,  dilin  kökündə  isə  fıbrinozlu  çögüntü 
aşkar edilir.  Bundan əlavə toyuqların bir qismində dalağın böyü­
məsi, nazik bağırsaq şöbəsinin, fabrisium kisəsinin və kloakanın 
kataral  iltihabı  nəzərə  çarpır.
Konyuktival  forma  zamanı  serozlu  və  ya  fıbrinozlu  kon- 
yunktivit aşkar edilir.  Müayinə zamanı  konyunktival  kisədə kaze- 
ozlu  kütlə,  bəzən  byunuz  qişasının  bulanması  və  göz  almasının 
zədələnməsi  qeyd  olunur.
174
Histoloji  müayinə  zamanı  damarların  hiperemiyası,  örtük 
epitelisinin selikli  distrofıyası, xəstəliyin son dövrlərində  isə res­
pirator  orqanların  epitelisinin  nekrozu,  limfoid-histositar  ele­
mentlərlə selikli  qişaların  infıltrasiyası və perivaskulyar qan sız­
maları  müşahidə  edilir.  Virus  respirator  orqanların  selikli  qişa­
sında  çoxaldığına  görə  burada  iltihab  reaksiyalarından  ibarət 
həm  də  nüvədaxili  cisimciklər yaradır.  Bu  cisimciklərin  forma­
sı  oval,  yumru  və  uzunsov,  miqdarı  isə nüvədə  1-4  ədəd  olur.
D iaq n oz. 
Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri, patoloji-anatomik dəyişdikləri  nəzərə alınır və 
diaqnozun  dəqiqləşdirilməsi  həmçinin  oxşar xəstəliklərdən  təf- 
riq etmək üçün xəstə quşların traxeyasından virusun toyuq  emb- 
rionlarında  və ya toxuma  kulturalarında ayrılması,  həssas quşlar 
üzərində  bioloji  sınağın  qoyulması,  raxeyanın  selikli  qişasından 
götürülmüş  nümunələrdə  histoloji  müayinə  yolu  ilə  nüvədaxili 
cisimciklərin  müəyyən edilməsi, sekundar bakterial  infeksiyala- 
rın  təfriqi  üçün  bakterioloji  müayinənin  aparılması,  viruslu  ma­
terialda  neytrallaşma  reaksiyası  və  presipitasiya  reaksiyasının 
qoyulması  kimi  testlərdən  istifadə edilməlidir.  Retrospektiv diaq­
nostika  məqsədilə  xəstəliyi  keçirib  sağalmış  quşların  qan  seru- 
mu  ilə neytrallaşma reaksiyası  qoyulur.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  infeksion jjronxitdən, avitaminoz 
-   A-dan,  çiçəkdən,  nyukasl  xəstəliyindən,  respirator  mikoplaz- 
mozdan  və  infeksion  zökəmdən  təfriq  etmək  lazımdır.
İnfeksion  bronxitlə daha çox 30 günlüyə qədər cücələr yolu­
xur.  Xəstəliyin  sürətlə  yayılması  və  tənəffüs  yollarının  iltihabı 
ilə  səciyyələnir.
Avitaminoz A -  zamanı  infeksion prosesə məxsus olan xüsu­
siyyətlər  qeyd  olunmur.  İltihab  qırtlaq  və  traxeyada  yox,  yem 
borusunun  selikli  qişasında  müşahidə edilir.
Çiçək dərinin xarakterik zədələnmələri, yuxarı  tənəffüs yol­
ları  və  ağız  boşluğu selikli  qişasının difterik  zədələnmələri,  mi-
175

kroskopiya  zamanı  hüceyrə  daxili  cisimciklərinin  görünməsi 
əsas  hesab  edilir.
Nyukasl  xəstəliyi  bütün  yaş  qrupuna  mənsub  olan  quşlarda 
baş  verir və  yüksək dərəcədə tələfatla səciyyələnir.  X əstəlikdə 
mühüm  patoloji-anatomik  dəyişdiklər bağırsaqda və  vəzili  m ə­
də  ilə  əzələli  mədə  sərhəddində  kəmərvari  qan  sağıntıları 
müşahidə  edilir.
Respirator mikoplazmozda yuxarı  tənəffüs yollarının  kataral 
iltihabı,  kataral  krupoz  pnevmoniya  və  serozlu-fıbrinozlu  aero- 
sakkulit  nəzərə  çarpır.
İnfeksion  zökəm  yüksək  kontagioz olmaqla  burun  yolundan 
selikli axıntı, tənəffüs yolu selikli qişasının kəskin şəkildə qalın- 
laşması görünür.  Belə dəyişdik həmçinin  infpaorbital  sinuslarda 
və  traxeyada  da qeyd  olunur.
Bütün hallarda virusoloji müayinələr aparmaqla virusun ailə­
si  və  cinsinin  müəyyən  edilməsi  əsas  hesab  edilir.
M üalicə. 
Xəstə quşların müalicəsi üçün effektli vasitələr de­
mək  olar ki,  yoxdur.  Qoruyucu  məqsədlə  və  sekundar bakterial 
mikroflora  ilə  mürəkkəbləşmələrin  qarşısını  almaq  üçün  geniş 
təsir dairəsinə malik olan antibiotiklər və nitrofuran  birləşm ələ­
rinin,  həmçinin  trivitaminin  birlikdə  tətbiqi  müəyyən  əhəm iy­
yətə  malikdir.  Yaşlı  quşun  hər  kq  canlı  kütləsinə  20  min  T.V. 
streptomisin trivitamində və ya  1  ml  balıq yağında əzələ içinə 7- 
8  günlük  fasilə  ilə  2-3  dəfə  inyeksiya  edilir.  Eyni  zamanda  hər 
kq  canlı  kütləyə  20  mq  furazolidon  yemlə  5  gün  quşlara  verilir.
3-4  aylıq  cavan  quşlara  streptomisin  hər  başa  15-20  min. 
T.V.  əzələ  içinə  və  furazolidon  isə  10-15  mq  yemlə  tətbiq  edi­
lir.
Xlor-skibidarla cücələrdə  inqalyasiya 7-8  günlük  fasilə  ilə  3 
dəfə aparılır.  Bu  məqsədlə hər  lm3  həcmə  1  qr xlorlu əhəng və 
0,1  ml  skibidar  götürülür.  Ekspozisiya  7  dəqiqədir,  sonra  bina­
nın havası dəyişilir.  150-180 günlük cavanlan  inqalyasiya etmək
176
Şəkil  I. 
Nyukasl xəstəliyində kor bağırsaqda iltihab
Ş ə k i l   II. 
İ n f e k s i o n   l a r i n q o t r a x e y i t d ə   t r a x e y a d a   i l t i h a b   o c a q l a r ı

Şəkil  III. 
Vərəmdə qaraciyərdə patoloji-anatomik dəyişdiklər
Şəkil 
IV.  Koliqranulamatozda daxili  orqanlarda dəyişdiklər
Şəkil 
V. İnfeksion bursal xəstəliyi

Şəkil  VI. 
Marek xəstəliyinə tutulmuş quş
Şəkil  VII. 
Marek xəstəliyində daxili orqanlarda gedən dəyişdiklər
Şəkil 
VIIİ. A-Pasterellyoz zamanı  pipik və saqqalın  zədələnməsi 
В-Çiçəkdə pipik və saqqalda səpgilər 
D-Leykozda neoplastik törəmələr 
E-Nyukasl  xəstəliyində vəzili  mədədə qan sızmaları

Şəkil  IX.
1-  Pullorozda dalağın böyüməsi
2-  Salmonellyozda ördək embrionunun  sarılıq  kisəsinin böyüməsi
3-  Kalibakteriozda daxili orqanlarda fıbrinozlu  iltihab
Şəkil 
X.  Respirator mikoplazmozda hava kisələrinin  iltihabı
Ş ə k i l   X I .  
İ n f e k s i o n   b r o n x i t l ə   x ə s t ə   t o y u q

Ş ə k i l  
X I I .   İ n f e k s i o n   b r o n x i t   z a m a n ı   y u m u r t a   f o l i k u l a l a r ı n ı n   i l t i h a b ı
üçün  hər  lm3  həcmə  2  qr  xlorlu  əhəng  və  0,2  ml  skibidar 
götürülür,  ekspozisiya  15  dəqiqədir.  Belə  inqalyasiyalar  quşlar 
binada olan  zaman aparılır.  Quş  olmayan  binada hər  lm 3-ə  5  qr 
xlorlu əhəng və 0,5  rnl skibidar götürülür ekspozisiya  isə 3-4 sa­
at  olur.  Bundan  əlavə  preparatların  aerozol  halında  tətbiqi  də 
müəyyən  qədər effektlidir.
İm m u n itet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır 
və  onları  sonrakı  yoluxmadan  qoruyur.  Spontan  yoluxma  və  ya 
vaksinasiyadan  14-20  gün  keçmiş  qan  serumunda  antitellər  ya­
ranır və  2-3  ay  yüksək titrdə  qalır.
Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki, 
attenuasiyalı  vaksinlərin  tətbiqi  yaxşı  nəticə verir.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  yumurta  vasitəsilə  verilən 
ana  antiteli  cücələri  qoruya  bilmir.  Bunu  nəzərə  alaraq  cücələr 
ilk  günlərdən  vaksinasiya  edilir və  immunitet 6-8  gündən  sonra 
yaranır.  Ancaq  vaksinasiyalar  elə  zonalarda  aparılmalıdır  ki, 
orada  larinqotraxeit virusu vardır,  yaxud o zonanın  yaxın  bölgə­
sində  infeksiya  müşahidə  edilir.  Çünki  vaksin  virusu  xarici 
mühitdə  saxlanır  və  cücələrdə  postvaksinal  reaksiyalar  bəzən 
çox  ağır olur.
İnfeksiyanın  baş  vermə  riski  aşağı  olan  zonalarda  yalnız  ca­
vanlar  peyvənd  edilir  və  vaksinin  bir  dəfə  tətbiqi  kifayətdir. 
Yüksək  risk olan zonalarda cücələr ilk gündən  peyvənd edilmə­
lidir.
İnfeksion  larinqotraxeitə qarşı 2 tip attenuasiya olunmuş vak­
sin  vardır.  Bunun  biri  toyuq  embrionunda,  digəri  isə  hüceyrə 
kulturasında  yetişdirilməklə  əldə  edilmişdir.  Birinci  vaksin 
yüksək  gərginlikli  immunitet  yaradır,  ancaq  postvaksinal  reak­
siyalar da  kəskin  olur.  İkinci  vaksin  əksinə  olaraq  heç  bir post­
vaksinal  reaksiyalar törətmir, ancaq yaranmış  immunitetin gərg­
inliyi  də  çox  zəif olur.
Postvaksinal  reaksiyaların  baş  verməməsi  üçün  vaksinlərin
177

tətbiqi  üsulu sahəsində çoxlu tədqiqatlar aparılmışdır.  Müəyyən 
edilmişdir  ki,  intraokulyar  üsul  konyunktivit  və  zəif respirator 
reaksiya törətməsinə baxmayaraq ən əlverişli üsuldur.  Vaksinlə- 
rin su  ilə peroral tətbiqi  təhlükəsiz olmasına baxmayaraq  immu­
nitetin  yaranma  surəti,  müddəti,  gərginliyi  stabil  deyil.  Aerozol 
üsulla  vaksinasiyaların  aparılması  quşlarda  respirator orqanların 
müxtəlif xarakterli  iltihabı  ilə  yanaşı  həm  də  vaksinin  tətbiqin­
də  iştirak  edən  baytar  həkimi  üçün  də  müəyyən  cəhətdən 
təhlükəli  hesab  edilir.
Rusiyada  infeksion  larinqotraxeitin  spesifik  profilaktikası 
üçün  S.P.Şennikov  və  Y.A.Petrovskaya  tərəfindən  quru  virus 
vaksinlər  hazırlanmış  və  bunlar  kloakanın  üst  hissəsinin  selikli 
qişasına sürtülmə yolu  ilə tətbiq olunur.  İmmunitet 7-10 gündən 
sonra yaranaraq  çox vaxt onu ömrü  boyu yoluxmadan  qoruyur.
Postvaksinal  reaksiyaların  olmaması  üçün  vaksin  dozasının 
azaldılması  yolverilməzdir,  çünki  bu  zaman  quşlarda  immunitet 
lazımi gərginlikdə yaranmır və xroniki  gedişli  postvaksinal  reak­
siyaların  meydana  çıxmasına səbəb olur.
Son  zamanlar quşların  infeksion  larinqotraxeiti  nyukasl  xəs­
təliyi  və çiçəyi  əleyhinə  kompleks vaksinasiya üsulu  işlənib  ha­
zırlanmışdır.
Profilaktika  v ə  m übarizə  təd b irləri. 
Xəstəliyə  görə  sağ­
lam  təsərrüfatlarda  bunun  sağlamlığının  daima  təmin  edilməsi 
üçün  inkubasiya yumurtaları  və yeni  cücə partiyaları  yalnız sağ­
lam  təsərrüfatlardan  alınmalıdır,  cücələr əsas  yaşlı  quş  qrupun­
dan  tamamilə  ayrı  saxlanmalı,  tara  və  müxtəlif vasitələr yuyul­
duqdan  sonra mütləq dezinfeksiya edilməlidir.
Təsərrüfata  yeni  quş  qrupu  daxil  edilməzdən  əvvəl  binalar 
etibarlı  şəkildə  dezinfeksiya  edildikdən  sonra  qurudulur  və  qə­
fəslər şəraitində saxlanması  zamanı  10  gün, döşəmə üstü şərait­
də  saxlanması  zamanı  isə  14  gün  boş  saxlanır.  İldə  bir dəfə  27 
günlük  profilaktiki  vasilə  tətbiq  olunur.  Gündəlik  olaraq  quş  bi­
178
nalarında  hava  mübadiləsi  və  mikroiqlim  nəzarətdə  olmalıdır. 
Ümumiyyətlə  ammonyakın  bina  daxilində  konsentrasiyası  0,01 
mq/1,  hidrogen-sulfid  0,006  mq/1,  karbon  qazı  0,2%  və  nisbi 
nəmlik  isə  60-70% olmalıdır.
İnfeksion  larinqotraxeit baş verdikdə təsərrüfatda məhtutlaş- 
malar  qoyulur.  Xəstə  və  xəstəliyə  şübhəlilər  kəsilir.  Şərti  sağ­
lam  quşlar  isə  quru  kultural  virus  vaksinlə  peyvənd  edilir.  Xəs­
təliyin  profilaktikası  üçün  körpə quşların  27-30 günlükdən qeyd 
edilən  vaksinlə  peyvənd  edilməsi  zəruridir.  Quş  binaları  və  kə­
sim  sexi  450S-yə  qədər  isidilmiş  2%-li  natrium  qələvisi,  tərki­
bində 2%  fəal xlor olan xlorlu əhəng məhlulları  ilə dezinfeksiya 
edilir.  Quş  olan  şəraitdə  dezinfeksiya  aparmaq  üçün  hər  lm3 
həcmə  100  ml  3%-li  hidrogen-peroksid məhlulu  işlədilir.
Məhtutlaşma,  infeksion  larinqotraxeitin  ləğvindən  2  ay  keç­
miş  və bütün sağlamlaşdırma tədbirləri yerinə yetirdikdən sonra 
götürülür.
İNFEKSİON  BURSAL  XƏSTƏLİYİ
İnfeksion  bursal  xəstəliyi  (infektiosis  bursitis,  infeksion  bur- 
sit,  Qamboro  xəstəliyi)  virus  etiologiyalı  kontagioz  xəstəlik 
olub,  fabrisiy  kisəsinin,  oynaqların  və  bağırsaqların  iltihabı  ilə 
səciyyələnir.
T arixi  m əlu m a t. 
Xəstəlik ilk dəfə olaraq  1956-cı  ildə ABŞ- 
nın  Qamboro  adlı  vilayətində qeyd  edilmiş  və  1962-ci  ildə  Kos- 
qrov  buna  Qamboro  xəstəliyi  adı  vermişdir.  Vanterfeld  və 
Xitçner  1962-ci  ildə  xəstə  toyuqlardan  broylərdə  nefrozonefriti 
törədən  xüsusi  virusu  ayırdıqlarına  görə  bu  xəstəliyə  bəzən  in­
feksion  nefrozonefrit də deyilir.  1965-ci  ildə Qomayum təcrübə­
lər əsasında  müəyyən  etmişdir ki,  nefrozonefrit sindromu  ikinci 
dərəcəlidir və  bu  xəstəlikdə  əsas  daimi  dəyişdiklər  fabrisiy  ki­
səsində  müşahidə  edilir.  Məhz  buna  görə  də  xəstəlik  infeksion
179

bursit adlandırılmışdır. Xstəlik dünyada geniş yayılmaqla quşçu­
luq  təsərrüfatlarına  böyük  iqtisadi  ziyan  vurur.
X əstəliy in   törəd icisi. 
İnfeksion  bursal  xəstəliyinin törədici- 
çi  RNT-li  virus  olub reoviruslar ailəsinin avirevirus  (bim avirus) 
cinsi  törədir.  Virionun  ölçüsü  60-65  nm-dir.  Virusu  9  günlük 
toyuq  embrionlarının  sarılıq  kisəsinə  yoluxdurduqda  6  gündən 
sonra onların  ölümünüə  səbəb olur.  Bu virus  üçün əsas toxuma- 
h əd əf fabrisium  kisəsinin follikulları  hesab  edilir.  Bundan əlavə 
virus həm də B-limfositlərə kəskin şəkildə təsir göstərir.  Ekspe­
rimental olaraq viruslu materialı quşların fabrisium kisəsinə inyek- 
siya etdikdə 3 gündən sonra təbii xəstəliyə mənsub olan əlam ət­
lər nəzərə  çarpır.
Toyuq  embrionunun  fibroblast  kulturalarında  virus  sitopatik 
təsirlə  özünü  göstərir.  Xəstəliyi  keçirmiş  quşlarda  virusneytral- 
laşdırıcı  və presipitinləşdirici  antitellər yaranır.
D avam lılığı. 
Virus  xarici  mühit obyektlərində  uzun  m üddət 
öz  virulentliyini  itirmir.  Efir  və  xloraminə  davamlı,  tripsinə  isə 
həssasdır.  56°S  temperaturda  virus  1  saatdan  sonra  inaktivləşir. 
Kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirindən  bir  neçə  dəqiqə­
dən  bir neçə saata qədər sağ qalır.
E pizootoloji  m əlum atlar. 
Xəstəlik bütün yaş qrupunda olan 
toyuqlarda,  ən  çox  isə  2-11  həftəlik  broylerlərdə  müşahidə  edi­
lir.  Yaşlı  toyuqlarda  xəstəlik  simptomsuz  gedir.  İnfeksiya  törə­
dicisinin  mənbəyi  xəstə quşlar hesab edilir və onlar virusu  kalla 
xarici  mühitə  ifraz  edir.  İnfeksion  bursit həddən  artıq  kontagioz 
xəstəlik olduğu üçün quşlar arasında geniş şəkildə yayılır və quş­
lar sıx yerləşdirildikdə bu proses daha surətlə gedir, cücələr əsa­
sən  alimentar  yolla  yoluxur.  Bundan  əlavə  yoluxmuş  yumurta 
ilə  də  virusun  yayılması  müşahidə  edilir.  İnfeksiyanın  yayılma­
sında  xəstəlik törədicisi  ilə  sirayətlənmiş qulluq  vasitələri,  ava­
danlıqlar,  geyim  vasitələri,  işçilər  böyük  rol  oynayır.  Aerogen 
yolla  da  virusun  sağlamlara  verilməsi  təsdiq  olunmuşdur.  Ana
180
antitellərinə  malik  olmayan  15  günlüyə  qədər cücələrdə  xəstə­
lik  immunosupressiyanı  stimullaşdırır.  Nəticədə virus  infeksiya- 
larına (nyukasl  xəstəliyi,  infeksion bronxit),  bakterial  infeksiya- 
larına  (kolibakterioz  və  s.)  və  parazitar  infeksiyalara  (eymerioz 
və  s.)  həssaslıq yüksəlir ki,  buda öz növbəsində onlarda saxlan­
ma dövründə məhsuldarlığın  aşağı düşməsinə və yüksək dərəc­
ədə  tələfata  səbəb  olur.
3  həftəlik  və  bundan  yuxarı  yaş qrupuna  mənsub  olan cücə­
lərdə  virusun  «Klassik»  virusu  quşlarda  məhsuldarlığı  və  rezis- 
tentliyi  aşağı  salır,  yüksək  virulentli  ştamları  isə  ölümlə  nəticə­
lənən  iti  gedişli  xəstəliyi  törədir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi qara rəngli  böcəklər­
dir.
Təzə epizootik ocaqda xəstəlik  iti və yarım iti, stasionar ocaq­
larda  isə  xroniki  və  latent  infeksiya  halında  gedir.  Bir  çox  tə­
sərrüfatlarda  quşlar  arasında  immunlaşdırıcı  subinfeksiya  hadi­
səsi  aşkar edilir.
P atogenez. 
Orqanizmə düşmüş virus qan vasitəsilə bütün or­
qan  və toxumalara yayılır və əsasən onun  tropizmi  fabrisium  ki­
səsinin  selikli  qişasına  olur.  Ona  görə də  quşlar bu  orqanın  fəa­
liyyətə  başlaması  dövründə  yoluxurlar.  Adətən  yoluxmadan  2 
gün  sonra  fabrisium  kisəsində  iti  iltihabı  proses,  limfositlərin 
piknoz və reksis tipli  nekrozu və virusun histositlərin  və  makro- 
faqların  sitoplazmasında  reproduksiyası  baş  verir.  Virus  fabrisi­
um  kisəsində  immunsəriştəli  hüceyrələrin  formalaşması  qabi­
liyyətini  pozur və bunun nəticəsində xəstəliyi  keçirmiş quşlarda 
antitellərin  yaranması  ləngiyir və  infeksion  xəstəliklərə  həssas­
lıq  güclənir.
Yoluxmadan 3 gün keçmiş virus əksər orqanlarda görünür və 
bu orqanların  iltihabı  və distrofik dəyişdikləri  törədir.  Yoluxma­
dan  10  gün  keçmiş  virusun  konsentrasiyası  bursada  aşağı  düşür 
və  17-ci  gündə  isə  virus  müşahidə  edilmir,  30-cu  günündə  bur­
181

sa  normaya  nisbətən  3-4  dəfə  kiçilir.  Xəstəliyin  ağır gedişində 
orqanda  iltihab  prosesi  nəticəsində  limfoid  follikullarının  yox 
olmasına,  birləşdirici  toxumanın  inkişafına  və  bütövlükdə orqa­
nın  atrofiyasına səbəb  olur.
G ed işi  v ə   kliniki  ə la m ə tlə ri. 
Xəstəliyin  inkubasiya  dövrü 
müəyyən  edilməmişdir.  Xəstəlik  iti  və  xroniki  gedişlidir.  X əs­
təlik qəflətən  baş  verir və qısa dövr ərzində  quşların  80-90%-ni 
əhatə  edir.  Xəstəlik  epizootik  prosesin  ilk  dövründə  iti,  sonrakı 
dövrlərdə isə xroniki və simtomsuz gedir. Xarakterik kliniki əla­
m ətlər  quşlarda  diareya,  ağ  rəngdə  kal,  iştahın  itməsi,  depres­
siya,  işıqdan  qorxma, bəzi cücələrdə başın və boynun titrəm əsi­
dir.  Xəstəliyin əvvəlində temperatura yüksəlir, sonra isə norma­
dan  aşağı  düşür.  İlk  kliniki  əlamətlərin  görünməsindən  2-3  gün 
keçmiş tələfat başlayır və daha 2-3 gün keçmiş maksimum çatır, 
sonra  isə  sürətlə  aşağı  düşür.  Ölüm  orta  hesabla  5%,  bəzən  isə 
30%-ə qədər olur.
P atoloji-an atom ik   d əy işilik lər. 
Quşların  köks  və  bud  ə zə­
ləsində  bəzi  hallarda  qanad  əzələləri  və  daxili  orqanların  seroz 
örtüklərində  nöqtəvari  qan  sızmaları,  qaraciyərin  kəskin  böyü­
məsi,  böyrəklərin  şişkin və  bozumtul  rəngdə olması,  sidik  çıxa- 
rıcı  kanalcıqlarda uratlar aşkar edilir.  Dalaq  həcmcə  kiçilir,  m ə­
də-bağırsaq  şöbəsinin  selikli  qişasında  iltihab,  vəzili  mədənin 
selikli qişasında hemorragiya və eroziyalar qeyd edilir.  Daimi və 
xarakterik  dəyişiliklər fabrisium  kisəsində  müşahidə  edilir.  Yo­
luxmadan  1-2  gün  keçmiş  bursa  normaya  nisbətən  3-4  gün 
böyüyür,  selikli  qişası  şişkin olmaqla  içərisində  çoxlu  miqdarda 
qan sızmalar və orqan daxilində  fıbrinli hemorroji  eksudat nəzə­
rə çarpır. Xəstəliyin ağır formalarında quş cəsədlərində serozlu- 
fıbrinozlu perikardit,  qaraciyərdə  infarkt və  nekroz ocaqları,  ae- 
rosakkulit,  peritonit, dalaq və çəngələ bənzər vəzidə nekroz nə­
zərə  çarpır.
Histoloji  müayinə zamanı əsas mikroskopiki dəyişiliklər fab-
182
risium  kisəsində  getməsi  aşkar  edilir.  Limfoid  follikullarının 
hüceyrə  elementlərində  kütləvi  nekroz  sahələri,  fıllikulların  ki- 
çilməsi,  onun  beyin  qatının,  bəzən  də  bütövlükdə  follikullar 
hüceyrəvi  detritə  malik  olması  müşahidə  edilir.  Limfositlərin 
nekrobiozu  piknoz  tipi  üzrə  baş  verir,  ona  görə  də  follikullarda 
hemotoksilinlə  intensiv  boyanmış  nüvə  qalıqları  nəzərə  çarpır.
Follikullar  arası  birləşdirici  toxumada  psevdoeozinofıllərlə 
infıltrasiya,  qan  sızmalar,  damarların  hiperemiyası,  selikli  qişa­
ların  şişi  müşahidə  edilir.  İltihab  prosesi  və limfositlərin  kütləvi 
nekrozu follikulların yox olmasına səbəb olur. Kompensator reak­
siyası  kimi  ölmüş  follikulların  yerinə birləşdirici  toxuma  inkişaf 
edir.  Bəzən  isə  follikulların  yerində  tərkibində  eozinofılli 
kütləyə  malik  olan  kistoz  boşluqlar yaranır.  Timusda  xarakterik 
dəyişiliklər qabıq  qatının  kiçilməsi,  limfositlərin  nekrobiozu  və 
Qassal  hüceyrələrinin  müəyyən  qədər  böyüməsindən  ibarətdir. 
Dalaqda  damarların  hipermiyası,  limfositlərin  piknozu  və  reksi- 
si  müşahidə  edilir.
D iaq n oz. 
Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyytələri,  kliniki  əlamətləri  və  patoloji  anatomik  dəyişi- 
ükləri  nəzərə  alınır,  laboratoriya  müayinələri  və  seroloji  reak­
siyalardan  istifadə  edilir.
Viruslu  materialın  əldə  edilməsi  üçün  fabrisium  kisəsi,  böy­
rəklər,  dalaq,  çəngələ  bənzər  vəzi  və  qaraciyər  homogenizasiya 
edilir,  fosfat-bufer  məhlulu  ilə  qarışdırıldıqdan  sonra  süzür  və 
bundan  bioloji  sınaq  məqsədlə  istifadə  edirlər.  Alınmış  suspen- 
ziyanın  infeksionluğunu  müəyyən  etmək  üçün  bununla  9-10 
günlük  toyuq  embrionlarını  allantois  boşluğuna  və  ya  xorioallan- 
tois  qişasına  yoluxdurma  aparılır.  Embrionlarda  inkişafın  ləngi­
məsi, orqanlarda degenerativ dəyişdiklərin baş verməsi  və ya on­
ların  ölümü  materialda  virusun  olmasını  göstərir.  Bundan  əlavə 
toyuq  embrionlarında standart  immun  serumla neytrallaşma  reak­
siyası qoyulur. Yoluxdurulmuş toyuq embrionlarının xorioallanto-
183

is qişasının  materialı  ilə aqarda presipitasiya reaksiyası  qoymaqla 
virus antigenini müəyyən etmək mümkündür. Virusun indikasiya- 
sı  üçün  aqar  gelində  diffuz  presipitasiya  reaksiyasından  istifadə 
edilir.  Reaksiya  aqar  Difko  üzərində  qoyulur.  Bu  məqsədlə  aqar 
üzərindəki  mərkəzi yuvacığa spesifik immun serum, periferik yu- 
vacıqlara  isə  yoxlanan  materialın  suspenziyası  tökülür.  Spesifik 
immun  serumu eksperimental yoluxdurulmuş  cücələrdən,  viruslu 
materialı  isə əvvəlcədən yoluxdurulmuş toyuq embrionlarının xo- 
rioallantois  qişasının  və  ya  fabrisium  kisəsinin  homogenizasiyası 
yolu  ilə  alınmış çöküntü üstü mayesindən  istifadə  edilir.
İnfeksion  bursal  xəstəliyi  virusuna  qarşı  spesifik  antiteli  tə ­
yin etmək üçün vasitəsiz immunoferment üsuldan  istifadə edilir. 
Reaksiya  hüceyrə  kulturasından  əldə  edilib  təmizlənmiş  anti- 
genlə qoyulur.  İşdə sefarozali kalonkada xromatoqrafıya yolu  ilə 
təmizlənmiş  ada  dovşanlarından  alınmış  toyuq  əleyhinə  immu- 
noqlobulindən  istifadə  edilir.  Nəticə  vizual  və  ya  spektrofoto- 
metrik yolla  müəyyən  edilir.
Vasitəsiz  immunofermentativ  analiz  üsulu  (ELİSA)  neytral­
laşma  və  presiptasiya  reaksiyasına  nisbətən  daha  dəqiqdir  və 
spesifıkdir.
Yüklə 464 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin