İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 3.88 Mb.
Pdf просмотр
səhifə1/48
tarix04.07.2017
ölçüsü3.88 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   48

 

DÜNYA ƏDƏBİYYATI

 

KLASSİKLƏRİ



 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi 

haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur. 

"Şərq-Qərb" 

Bakı - 2010



 

downloaded from KitabYurdu.org



Honore de 

BALZAK 

downloaded from KitabYurdu.org



Onore de 

BALZAK 

1799-1850 



SEÇİLMİŞ ƏSƏRLƏRİ 

"

Şərq-Qərb” 

Bakı - 2010 

downloaded from KitabYurdu.org



ISBN 978-9952-34-281-9 

T

ə



rcüm

ə

 ed



ə

nl

ə



r:

 

fransız 



dilində

n: 


rus dilind

ə

n:



 

Şamil Zaman Mikayıl Rə

fili

 

Ön sözün mü



ə

llifi:


 

Şamil Zaman

 

Redaktor:



 

Nadir Qocab

ə

yli


 

Korrektorlar:

 

Aqşin Mə


simov Gült

əkin Yusifova İbrahim Hümbə

tov 

Elsev


ə

r Muradov

 

B

ə



dii t

ə

rtibat v



ə

 

dizaynın müə



llifi:

 

T



ə

rlan Qorçu

 

Kompüter düzümü: Hikm



ət Aydınoğlu

 

Onore de Balzak. Seçilmiş ə



s

ə

rl

ə

ri. 

Bakı: ‘Şə



rq-Q

ə

rb", 2010, 672 s



ə

h.

 

M

ətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2010 Bə



dii t

ə

rtibat, 



s

ə

hif



ə

lenm


ə: ‘Tutu” nəşriyyatı, 2010 © “Şə

rq-Q


ərb” ASC, 2010

 

downloaded from KitabYurdu.org



BALZAK DÜNYASINA 

KİÇİK BİR SƏYAHƏT

 

Elə yazıçı və şairlər var ki, nə qədər məhsuldar olsalar da, yalnız aid 

olduqları  xalqa  mənsubdurlar.  Ancaq  elə  şair  və  yazıçılar  da  vardır  ki, 

onlar  qələmə  aldıqları  mövzularla  bütün  bəşəriyyətə  mənsubdurlar; 

Nizami,  Nəsimi,  Hüqo,  Balzak,  Gete,  Russo,  Dante,  Rable  kimi  ədiblər 

məhz belələrindəndirlər. 

Qeyd etdiyimiz kimi, Onore de Balzak təkcə fransızlara deyil, bütün 

bəşəriyyətə  mənsubdur;  o,  fransız  mühitinin  geniş  panoramım,  mənəvi 

həqiqətlərini,  bəşəriyyət  üçün  əhəmiyyətli  olan  qanunların  inkişafını, 

müasir  insanların  aliliyini  və  bəzən  rəzilliyini,  onların  arzularını, 

pozğunluqlarını, mənsub olduğu cəmiyyətin bütün təbəqələrinin həyatmı 

qələmə  almağı  qarşısına  məqsəd  kimi  qoymuş  və  öz  “Bəşəri 

komediya”sında  iki  min  insan  xarakterini  iki  min  obrazla  yaradaraq, 

oxucularına çatdırmışdır. 

Yazıb-yaratmaq  onun  amalı  idi:  “İşləmək  mənim  üçün  gecəyarısı 

oyanmaq,  səhər  saat  8-ə  qədər  yazmaq,  on  beş  dəqiqə  səhər  yeməyinə 

sərf etmək və yenidən gündüz saat 5-ə qədər yazmaq, şam etmək, uzanıb 

yatmaq  və  hər  gün  yenə  hər  şeyi  təzədən  başlamaq  deməkdir...”  (15 

fevral 1845-ci il). 

“...Həmişə  yazıram,  əlyazmalarımı  qarşıma  qoyanda  yeni  planlar 

qururam,  plan  haqqında  flkirləşməyəndə  isə  yazdıqlanmda  düzəlişlər 

aparıram... Bax budur mənim həyatım” (14 noyabr 1842). 

Onore  de  Balzak  1799-cu  il  mayın  20-də  əyalət  şəhərciyi  Turda 

anadan olmuşdur. Atası Bemar Fransua Balzak kəndli idi. 

downloaded from KitabYurdu.org



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

0,  hökumət  qulluqçusu  olmuş,  müxtəlif  dəftərxanalarda  işləmiş,  bir 



müddət isə Tur şəhərində bələdiyyə sədrinin köməkçisi vəzifəsini yerinə 

yetirmiş,  eyni  zamanda,  ordunun  ərzaq  təchizatı  işlərinə  baxmışdır. 

Yazıçının anası mahud tacirinin qızı idi. 

Balzak  ilk  təhsilini  Vandom  əyalətindəki  xüsusi  təyinatlı  sənət 

məktəbində  almış, 1814-cü ildə  valideynləri ilə Parisə  köçdükdən  sonra 

şəhərin özəl məktəblərinə getmişdir. 1819-cu ildə Parisdə valideynlərinin 

arzusu  ilə  hüquq  fakültəsini  bitirmiş,  ancaq  hüquqşünas  işləmək 

istəməyərək,  ədəbiyyatla  məşğul  olmağa  başlamışdır.  İlk  dəfə  qələmini 

dramaturgiya  sahəsində  sınayaraq,  1820-ci  ildə  “Kromvel”  dramını 

yazmışdır.  O,  eyni  zamanda  qəzetlərdə  oçerklər  yazır,  Paris  həyatından 

bəhs  edən  şəkillər  çəkirdi.  1824-cü  ildə  Balzak  “Evlənmənin 

fiziologiyası”  adlı  oçerklər  kitabını  çap  etdirdi.  Ümumiyyətlə,  1821—

1825-ci  illərdə  bir  neçə  romanını  müxtəlif  təxəllüslərlə  nəşr  etdirən 

yazıçı 1825—1828-ci illərdə nəşriyyat işləri ilə məşğul olmağa başlayır, 

özünü  maddi  cəhətdən  təmin  etmək  və  ədəbi  fəaliyyətlə  rahat  məşğul 

olmaq  üçün  mətbəə  alır,  klassiklərin  əsərlərini,  ticarət  firmalarının 

kataloqlarını, kitabçalar nəşr etməklə məşğul olur. Sahibkarlıq fəaliyyəti 

gənc  Balzaka  müvəffəqiyyət  qazandırmır,  nəticədə  o,  1828-ci  ildə  qırx 

beş min frank borca düşür və mətbəəni bağlamağa məcbur olur. 

Balzak  1820-ci  illərin  ədəbi  təcrübələri  ilə  məşhurlaşa  və  şöhrət 

qazana  bilməsə  də,  bu  illər  onun  yaradıcılığında  müəyyən  iz  qoyur. 

Notariat  kontorunda  vəkil  işləməsi,  qəzet  və  mətbəə  işlərində  çalışması 

onun dünyagörüşünü, həyat təcrübəsini zənginləşdirir. Bu illər ərzində o, 

burjua-aristokrat dairələrlə  yaxından tanış olur, jurnalistlərin fəaliyyətini 

öyrənir,  yazıçılığa  təzəcə  başlayanlarla,  redaktorlarla,  kitab  naşirləri  və 

tacirləriylə  yaxın  təmasda  olur.  1830-1840-cı  illərdə  yazdığı 

romanlardakı müxtəlifliyi, rəngarəng sənətkarlıq xüsusiyyətlərini Balzak 

məhz  1820-ci  illərdə  keçdiyi  zəngin  həyat  məktəbindən  öyrənmişdi. 

Buna  görə  də  1830-cu  ildə  onun  istedadı  bütün  gücü  ilə  ədəbiyyata 

yönələndə  artıq  əlinə  təzə  qələm  alan  müəllif  kimi  yox,  onillik  gərgin 

əmək fəaliyyətini arxada qoymuş istedadlı ədib kimi tanınmağa başlayır. 

Gənc  Balzakm  ədəbi  fəaliyyəti  bərpa  dövrünə  (1814-1830)  xas 

xüsusiyyətləri özündə əks etdirir; əlbəttə, biz burada onun 

downloaded from KitabYurdu.org



“Kromvel“ faciəsini, yarımçıq qalmış “Steni“ romanım, çiy və təcrübəsiz 

qələminin  məhsulları  olan  tarixi  və  macəra  romanlarını  nəzərə  almırıq. 

0,1821  -ci  ildən  1825-ci  ilə  qədər  səkkiz  əsər  nəşr  etdirmişdir:  “Biraqın 

varis  qızı”,  “Jan  Lui”,  “Luizinalı  Kotilda”,  “Ardenlərin  yepiskop 

müavini”,  “İki  Berlinqheld”,  “Quldur  Arqo”,  “Axırıncı  mələk”,  “Van 

Klon”. Ancaq bu əsərlər, yuxarıda qeyd etdiyimiz kimi, müəllifə heç bir 

şöhrət qazandırmamışdır. 

Balzaka ilk şöhrət gətirən əsər “Şuanlar”dır. Əsərin tam adı belədir: 

“Şuanlar, Bretan 1799-cu ildə”  (1829). Şuanlar I Fransa  Buıjua  İnqilabı 

dövründə  (1789-1794)  kral  XVI  Lui  partiyasının  tərəfdarlarına 

deyirdilər... “Doğrudur, buıjua mətbuatı, az bir hissəsi istisna olmaqla, bu 

əsəri  tənqid  etdi,  ancaq  məsələ  burasında  idi  ki,  ədəbi  tənqid  onun 

haqqında fikir söyləməyə, oxucular isə onunla maraqlanmağa başladılar”. 

1830-cu  ildə  Balzakda  elə  bir  əsər  yazmaq  fikri  yaranır  ki,  orada 

cəmiyyətin  həyatına  ümumi  nəticə  vermək,  müasirlərinin  nəyə  meyilli 

olduqlarını və onların gizli sirlərini açmaq mümkün olsun. 

1830-cu  ilin  payızında  o,  tamamilə  yeni  bir  roman  -  “Qulan  dərisi” 

üzərində işə başlayır və əsər 1831-ci ilin avqustunda işıq üzü görür. 

Balzak  bütün  əsərlərinə  “Bəşəri  komediya”  adını  verərkən,  təsvir 

etdiyi buıjua cəmiyyətinə kinayəli münasibət bəslədiyini bildirmişdir. 

Balzakın  adı  çox  zaman  realist  romançılar  cərgəsində  (Joıj  Sand, 

Prosper  Merime)  çəkilsə  də,  “Bəşəri  komediya”da  o,  əksər  hallarda 

idealist yazıçı kimi nəzərə çarpır. Biz onun bir neçə, məsələn, “Polkovnik 

Şaber”,  “Naməlum  şah  əsəri”,  “Qırmızı  qəsr”,  “Ateistin  ibadəti”, 

“Qobsek”  və  s.  əsərlərini  bir  anlığa  kənara  qoysaq  və  bu  əsərlərdəki 

obrazlar  haqqında  heç  bir  söz  deməsək  belə,  yazıçı  bu  əsərlərin  hər 

birində  ağlasığmaz  möcüzələr  yaratmış,  obrazların  xarakterini  rəssam 

məharətilə göstərərək, onları ideallaşdırmışdır. Onun ideal obrazları olan 

qoriolar, qrandelər, şaberlər həmişə oxucunun gözləri qarşısında canlanır, 

oxucu  ilə  hər  yerə  gedir,  bütün  həyat  hadisələrində  iştirak  edir  və  öz 

sözlərini  deyirlər.  Bu  obrazlar,  şübhəsiz  ki,  bütün  reallıqları,  canlılıqları 

ilə  real  həyatdan  gəlmişdir,  ancaq  müəllif  onları  tamamilə  abstrakt 

formada öz intuisiyasına uyğun olaraq 

downloaded from KitabYurdu.org



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yaratmışdır.  Müəllifin  təsvir  etdiyi  obrazların  hər  birinin  həyatı,  sanki, 



xüsusi  sənədlər  əsasında  əsərdə  canlanır.  Bir  anlığa  “Qorio  ata” 

romanında  təsvir  olunmuş  “Madam  Vokenin  evində  yaşayan 

kirayənişinləri...” xəyalımızda canlandıraq... 

Bu  obrazların  -  madam  Vokenin,  madam  Kutürün,  Viktorina 

Tayferin, qoca Puarenin, keçmişdə ticarətçi olmuş, sonralar kator- qadan 

qaçmış  Votrenin,  madmazel  Mişonun,  Qorio  atanın,  onun  qızları 

Delfinanm,  Anastarinin,  tələbə  Öjen  de  Rastinyakm  -  hər  birinin  ayrıca 

tərcümeyi-halı vardır... Nəhayət, Balzak roman yazanda yaşadığı, müasiri 

olduğu  dövrün  dəqiq  rəsmini  çəkir.  Onun  yaratdığı  obrazların  özlərinə 

xas  real,  müstəsna  xarakterləri  vardır:  “Bəşəri  komediya”  xarakterlər 

“komediyası”ııdan  daha  çox,  adət-ənənələr  “komediyası”dır,  daha 

doğrusu,  nəhəng  “sənədlər  mağazası”dır,  müəllif  burada  hər  cür  ictimai 

məsələləri, dövlətin bütün qanunlarını, şərtilikləri, elmin bütün sahələrini 

-  fəlsəfəni,  tibbi,  təbiətşünaslığı,  kimyanı,  fizikanı,  mexanikanı,  riyaziy-

yatı,  bir  sözlə,  həyatın  özünü  kompleks  şəkildə  təsvir  edir.  Balzak  XIX 

əsr  Fransasının  yarıməsrlik  tarixi,  həkimi,  hakimidir,  əgər  bir  ifadə  ilə 

demiş olsaq, o, XIX əsrin 50-ci illərinə qədər bütöv bir Fransadır. 

Müasir  cəmiyyətdə  insanın  taleyi  böyük  yazıçının  bütün  yara-

dıcılığında  qırmızı  xətt  kimi  keçir.  Balzakm  çoxsaylı  romanlarının  əsas 

məğzi  ondan  ibarətdir  ki,  hamının  varlanmağa  can  atdığı,  pulun,  var-

dövlət ehtirasının insanlardakı bəşəri hissləri və münasibətləri öldürdüyü, 

hamını hamıya qarşı qoyduğu cəmiyyətdə insanın özü eybəcərləşir. 

Balzakm  “Bəşəri  komediya”ya  daxil  etdiyi  əsərlərdə  burjua 

cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur. Sələmçi Qobsek (“Qobsek”) 

mənəvi eybəcərliyin, sərvətə əsaslanan hakimiyyətin törətdiyi rəzalətlərin 

mənbəyidir.  “Hamının  hamıyla  boğuşub-  didişdiyi”  əsrdə  yaşayan 

Qobsek böyük zəka sahibi olsa da, qızıldan başqa heç nəyə inanmır, onun 

yeganə ehtirası da qızıldır. Hamının müharibədə ölmüş bildiyi zabit sağ 

olsa  da,  var-dövlətini  mənimsəyib  başqasına  ərə  gedən  arvadına 

dirildiyini  sübut  edə  bilmir,  qobseklər  cəmiyyəti  onu  ələ  salır, 

tanımaqdan vaz keçir. 

“Qorio ata” romanı “Bəşəri komediya”nm sütunlarından biridir. Bu 

əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçılarm, müflisləşmiş buıjualarm, 

pozğun və amansız kübar xanımların, fırıldaqçı 

downloaded from KitabYurdu.org



tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrikin” doğurduğu müsibətləri, 

insanlara  aşıladığı  eybəcər  əqidəni,  yaratdığı  mənəvi  uçurumu  qüdrətlə 

əks etdirmişdir. Buıjua cəmiyyətinin məhsulu olan Qorio, eyni zamanda, 

onun  əxlaqının  qurbanıdır.  Minbir  fırıldaqla  sərvət  qazanan,  bütün 

varlığım övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında 

etiraf edir ki, pul insana hər şey, hətta övlad bəxş edir. 

Balzakın  yaradıcılığında  “Qulan  dərisi”  əsəri  mühüm  yer  tutur.  Bu 

əsər  ustad  yazıçının  yetkin  ağlının,  zəkasımn,  püxtələşmiş  qələminin, 

dərin  fəlsəfi  və  ictimai  fikirlərinin  vəhdət  halında  formalaşmış 

təzahürüdür.  Müəllif  ilk  dəfə  olaraq  müasir  həyatın  gerçəkliklərini  bir 

qədər geniş şəkildə anlamaq imkanını məhz bu əsəri ilə şərh etməyə nail 

olmuşdur.  O,  məktublarının  birində  yazırdı:  “Bu  əsər  təkcə  bir  kitabla 

məhdudlaşmamalıdır,  bu  kitabda, bu  xırdacı,  vasvası  ifadəyə  görə  məni 

bağışlayın,  gələcəkdə  yazacağım  əsərlərin  yalnız  ilk,  başlanğıc 

təcrübələri  öz  əksini  tapmışdır  və  günlərin  bir  günü  yıxılıb  bu  ağır  işin 

altında  qalsam  belə,  hələlik  təkcə  onunla  fəxr  edirəm  ki,  bu  işi 

başlamışam”. 

“Qulan  dərisi”  nəhəng  bir  ədəbi  və  əbədi  abidənin  -  “Bəşəri 

komediya”nm  möhtəşəm  planının,  olsa-olsa,  yalnız  girişi  və  özülünə 

qoyulmuş  ilk  daşı  sayıla  bilər.  Bu  romanda  ictimai-fəlsəfi  problemlərin 

həlli  qarşıya  məqsəd  kimi  qoyulur  və  yazıçı  bütün  bu  məsələlərin  tam, 

dəqiq həllini gələcəkdə yazacağı əsərlərdə tapacağına ümid edir. 

1831-ci  ildə  “Qulan  dərisi”  nəşr  olunundan  sonra  Balzak  yazırdı: 

“O,  mənim  başladığım  nəhəng  işin  başlanğıcıdır;  sonra  ayn-ayn 

şəxslərin, fərdlərin, ən aşağı təbəqənin nümayəndələrindən tutmuş keşişə, 

krala qədər hamının cizgiləri görünəcəkdir”. 

Əlbəttə,  bu  əsərdən  sonra  “Bəşəri  komediya”nm  ümumi  sxemi 

yaradıldı  və  müəllif  “Qulan  dərisi”ni  “Fəlsəfi  etüdlər”  bölməsinə  daxil 

etdi.  Bu  şöbədə,  müəllifin  öz  sözü  ilə  desək,  dağıdıcı  fikir  tufanları 

ictimai hadisələrin hərəkətverici mühərrikinə çevrildi. 

...Cavan  oğlan  öz  həyat  yolunun  astanasında  durmuşdur,  çox 

çəkmədən o, kədərlə hiss edir və əmin olur ki, heç kimə lazım deyil və 

onun  ağlı,  qaynar  eneıjisi,  ləyaqəti,  hətta  istedadı  ilə  heç  kim 

maraqlanmır; bütün bunlar öz-özlüyündə az maraq kəsb edir. Yaradıcılıq 

yolu,  elmə,  incəsənətə,  insanlara  təmənnasız  xidmət  həmişə  ağır  olub. 

Azman cəsarət, mətanət, inadkarlıq, böyük ürək 

downloaded from KitabYurdu.org



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

lazımdır  ki,  maneələr,  məhrumiyyətlər  qarşısında  davam  gətirə  və 



sənətini  qoruya  biləsən.  “Qulaıı  dərisi”ııdən  sonra  Balzak  gələcəkdə 

qələmə  alacağı  romanlarında  Mişel,  Kretyən,  David  Sezar,  Horas 

Byanşon kimi obrazlar haqqında danışacaqdır. Hələ- liksə Rafael qabağa 

düşüb... 

Ancaq  bunlar  burjua  cəmiyyətinin  “qəhrəmanları”  deyillər,  çünki 

onlar, hər şeydən əvvəl, şöhrətpərəstliyi təbliğ edənlər, hansı yolla olursa 

olsun  var-dövlətə  can  atanlardır.  Onlardan  bəziləri  müvəffəqiyyətsizliyə 

uğrayır,  həyata  keçirə  bilmədikləri  arzularının  ağrılarını  dərk  edirlər. 

Başqalarının  payına  isə  mənəviyyatının  eybəcərləşməsi,  daxili  aləminin 

boşluğu, çirkinlik- murdarlıq müqabilində müvəffəqiyyət düşür. 

Buıjua  cəmiyyətində  cavan  oğlanın  taleyindəki  təzadlı  faciə  bir 

antikvar  satan  qocanın  diliylə  ifadə  olunmuşdur;  bu  qoca  qüdrətli,  hər 

şeyə  qadir olan, sehrli qulan  dərisinə  sahibdir. O  deyir:  “İki fel ölümün 

səbəbinin  bütün  formalarını  yox  edə  bilir:  bunlar  “



istəmək

”  və 




bacarmaq

”  felləridir.  İnsan  fəaliyyətinin  bu  iki  termini  arasındakı 

düsturunu  müdriklər  əldə  edə  bilirlər.  Mən  uzunömürlülüyüm  və 

bədbəxtliyim  üçün  həmin  o  düstura  borcluyam. 



İstəmək

  bizi  yandırır, 



bacarmaq

 isə dağıdır, ancaq 



bilmək 

zəif varlığımıza əbədi olaraq sakit 

vəziyyətdə qalmaq imkanı bəxş edir...” 

“Qulan  dərisi”nm  qəhrəmanı  Rafaelin  taleyində  müxtəlif  həyat 

yolları çarpazlaşır. Romanın ilk səhifələrində  Rafael xeyirxah, istedadlı, 

təmiz, coşqun ehtiraslı və məqsədli bir insandır. O, insanlığa xidmət edə 

biləcək bir əsər yazmaq istəyir və öz ömrünü “İradə nəzəriyyəsi” adlı bir 

fəlsəfi əsərə həsr edir. Öz fikirlərini həyata keçirmək üçün Rafael bütün 

məhrumiyyətlərə  hazırdır.  Ancaq  çox  çəkmir  ki,  cəmiyyətin  ona  qarşı 

dəhşətli  və  qəddarcasına  biganə  olduğu qənaətinə  gəlir. Onun əsərindən 

faydalanmaq imkanının mümkünlüyünü heç kim görmür və buna görə də 

heç kəs onunla maraqlanmır. Rafaelin taleyi - ümidlərin və xülyaların, öz 

istedadını  göstərə  bilmək  üçün  hər  şeydən  məhrum  olan  insanın  faciəli 

məhvi  yollarından,  variantlarından  biridir;  Rafaeldə  dözüm,  iradə  və 

mətanət çatmır ki, elmin yollarındakı çətinliklərə sinə gərsin, öz gənclik 

idealına axıra kimi sadiq qala bilsin. 

Rafaelin  taleyi  haqqında  danışarkən  Balzak  insanın  özünün  xudbin 

arzularını həyata keçirməyə cəhd göstərməsinin hansı 

ıo 

downloaded from KitabYurdu.org



formada  olursa  olsun,  axır  nəticədə  onun  özü  üçün  təhlükəli  olduğunu 

göstərir;  bu  cəhd  onu  ya  məhvə,  ya  da  ruhen  ölümcül  vəziyyətə 

sürükləyir. Həqiqətən də, Rafaelin həyat eneıjisi boş- boş arzuların yerinə 

yetirilməsinə  sərf  olunur,  bu  isə  rəmzi  olaraq  bir  parça  qulan  dərisinin 

getdikcə həcmcə kiçilməsində özünü göstərir. 

Şamil Zaman 

ıı 

downloaded from KitabYurdu.org



 

Oııore de Balzak 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

downloaded from KitabYurdu.org



QORİO ATA

 

downloaded from KitabYurdu.org



 

Oııore de Balzak 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

downloaded from KitabYurdu.org



Qorio ata 

(roman) 

Əsərlərinə  və  dühasına  heyran  qaldığım 

üçün böyük və məşhur Joffrua de Sent-İlerə' 

ithaf edirəm. 

De Balzak 

Qız  vaxtı  de  Konflan  familiyasını  daşıyan  qocalmış  dul  arvad 

Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi* ilə Sen-Marso qəsə-

bəsi*  arasındakı  Nev-Sent-Jenevyev  küçəsində  bir  ailə  pansionu 

saxlayır.  Pansion  “Vokenin evi”  adlanır  və  onun  qapısı  hamı  üçün  - 

gənclər  və  qocalar,  qadınlar  və  kişilər  üçün  açıqdır;  buna 

baxmayaraq,  bu  mötəbər  pansiondakı  adətlər  heç  bir  dedi-qoduya 

səbəb  olmurdu. Ancaq  düzünü  desək,  son  otuz  ildə buraya  bir  nəfər 

belə  gənc  qadının  ayağı  dəyməmişdi.  Yalnız  ata-anasından  çox  az 

kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə, 

yəni  bu  faciə  başlandığı  zaman  pansionda  yoxsul  gənc  bir  qız 

yerləşmişdi.  Zəmanəmizin  kədərli  ədəbiyyatında  bu  “faciə”  sözü 

yanlış,  yersiz  və  həddən  artıq  işləndiyindən  öz  dəyərini  itirsə  də, 

burada  bu  söz,  doğrudan  da,  münasibdir:  bunun  münasib  olmasına 

səbəb  hekayətimizin  həqiqi  mənada  faciəli  olması  deyil,  başqa  bir 

şeydir:  bəlkə  də,  oxucularımızdan  biri  mütaliəni  qurtardıqdan  sonra 

bu faciənin üzərinə 

intra

 və 


extra miros

*  1


 bir damcı göz yaşı tökdü. 

Bu  faciəni  Parisin  xaricində  də  başa  düşəcəklərmi?  Bu,  şübhəli 

məsələdir. Yerli müşahidələr və yerli boyalarla dolu olan bu faciənin 

təfsilatı  ancaq  Monmartr  təpələri  ilə  Monruj*  yüksəklikləri  arasında 

yerləşmiş, malası tökülən, hər an 

* Üzərində ulduz (*) işarəsi olan sözlərin izahı kitabın «şərhlər» bölümündə 

verilmişdir. 

1

 Şəhər divarlarının hər iki tərəfində 

15 


downloaded from KitabYurdu.org

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

uçmaq təhlükəsi altında olan evləri və palçıqdan qapqara qaralmış su 



arxları  ilə  məşhur  olan  vadidə  özünə  layiq  qiymətini  tapa  bilər.  Bu 

vadidə  ancaq  iztirablar  həqiqidir,  sevinclər  isə  çox  zaman  yalana 

bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki,  yalnız xariqüladə 

bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər. Bununla belə, 

bəzən bu vadidə qəbahət və fəzilətlərin bir- birinə qarışıb təntənəli və 

əzəmətli  görünən  fəlakətlər  yaratdığını  da  görmək  olur:  bu  fəlakət 

qarşısında  tamah  və  xudpəsəndlik  geri  çəkilərək,  mərhəmət  qalib 

gəlir, lakin bu hiss tələsik udulan gözəl bir meyvənin təsiri kimi, çox 

tez  ötüb-keçir.  Mədəniyyət  çarxı  da  hərəkəti  etibarilə,  Cagernaut 

bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi 

kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən, toxunar-

toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər. Siz 

də  belə  hərəkət  edəcəksiniz:  siz  də  zərif  əlinizlə  bu  kitabı  götürüb 

yumşaq bir kresloya rahatca əyləşərək deyəcəksiniz: “Bəlkə, bu kitab 

kefimi  açdı?”  Qorionun  gizli  atalıq  müsibətləriylə  tanış  olduqdan 

sonra  xörəyinizi  iştaha  ilə  yeyəcəksiniz  və  bu  müsibətlərə  laqeyd 

qalmağınıza səbəb müəllif olduğunu zənn edərək, onu mübaliğəsinə, 

şairanə  uydurmalara  yol  verdiyinə  görə  məzəmmət  edəcəksiniz. 

Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. 

All is true

1

 - bu, 



o  qədər  həqiqi  bir  hekayədir  ki,  hər  kəs  bunun  rüşeymini  özündə, 

bəlkə də, öz qəlbində tapacaqdır. 

Ailə  pansionunun  yerləşdiyi  ev  madam  Vokenin  evidir.  Bu  ev 

Nev-Sent-Jenevyev küçəsinin aşağı tərəfindədir. Burada yol Arba- let 

küçəsinə  enir  və  sıldırımlı  eniş-yoxuş  olduğuna  görə  atlı  arabalar 

buradan  çox  az-az  gedib-gəlir.  Bunun  sayəsində  Val-de-Qras* 

günbəzi  ilə  Panteon*  günbəzi  arasındakı  küçələrdə,  adətən,  sakitlik 

olur.  Burada  bu  iki  əzəmətli  binanın  divarlarının  sarıya  çalan  rəngi 

havanın  rəngini  dəyişir,  hər  şeydə  öz  günbəzlərinin  tünd  rəngini  əks 

etdirərək,  kədərli  bir  mənzərə  yaradır.  Burada  küçələrin  döşəməsi 

qupqurudur:  arxlarda  nə  palçıq,  nə  su  tapılır,  divarların  dibində  ot 

bitir.  Ən  qayğısız  adam  belə,  küçədə  gedib-  gələn  bütün  yolçular 

kimi,  burada  qəmgin  olmaya  bilmir.  Ekipaj  gurultusu  burada  böyük 

bir  hadisə  olur,  evlər  qəmli-qəmli  baxır,  qalın  divarlar  dustaqxana 

təsiri bağışlayır. Təsadüfən yolu buraya 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   48


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə