İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   2   3   4   5   6   7   8   9   ...   36

 

BİBLİYOQRAFYA 

 

Ahbâr  mecmûa  fî  fethi’l-Endelüs  ve  zikri  ümerâihâ  rahimehumullâh  ve’l-

hurûbi’l-vâkıati  bihâ  beynehüm  (müellifi  mechul),  thk.  İbrâhim  Ebyârî,  2.  Basım, 

Kahire 1989. 



Apaydın, H. Yunus, “Zâhiriyye”, DİA, İstanbul 2013, XLIV, 93-100. 

Atçeken, İsmail Hakkı, “Tarîf b. Malik”, DİA, İstanbul 2011, XL, 29. 

Atkinson, William C.,A History of Spain and Portugal, Middlesex 1960. 

Atlan, Sabahat, Roma Tarihi’nin Ana Hatları Cumhuriyet Devri, İstanbul 1970. 

Belâzürî,  Ebü’l-Hasen  Ahmed  b.  Yahyâ  b.  Câbir  (ö.  279/892-983),  Fütûhu’l-

büldân, Leiden 1866 (Islamic Geography, Ed. Fuat Sezgin [Frankfurt 1992] içinde). 

Beinart, Haim, “Toledo”, Encyclopaedia Judaica, Jerusalem 1978, XV, 1198-

1200. 


Bertrand,  Louis,  İspanya  Tarihi,  (trc.  Galip  Kemali  Söylemezoğlu,  Nurullah 

Ataç), İstanbul 1940. 



Britannica, “Toledo”, İstanbul 1990, XI, 830. 

Constable, Olivia Remie (Ed.), Medieval Iberia, Pennsylvania 1997. 

Dağlı, Yücel - Cumhure Üçer, Tarih Çevirme Kılavuzu, I-V, Ankara 1997. 

Demircioğlu, Halil, Roma Tarihi: Cumhuriyet: I. Kısım: Menşe’lerden Akdeniz 

Hâkimiyeti Kurulmasına Kadar, 2. Basım, Ankara 1987. 

Diakov,  Vladimir,  Sergei  Kovalev,  İlkçağ  tarihi:  Uzakdoğu,  Ortadoğu,  Eski 

Yunan, (trc. Özdemir İnce), Ankara 1987. 

Dozy,  Reinhart,  “Endülüs  Emevî  Devleti”,  Doğuştan  Günümüze  Büyük  İslam 

Tarihi, İstanbul 1987, IV, 381-473. 

Eliade, Mircea, Dinsel İnançlar ve Düşünceler Tarihi, I-III, 2. Basım, İstanbul 

2009. 


Encyclopaedia Britannica, “Huesca”, Chicago 1972, VI, 121. 

Encyclopaedia Britannica, “Iberian”, Chicago 1972, VI, 213-214. 

Glick,  Thomas  F.,Convivencia:  Jews,  Muslims  and  Christians  in  Medieval 

Spain (ed. Vivian B. Mann, Thomas F. Glick, Jerrilynn D. Dodds), New York 1992. 

………., “Toledo”, Dictionary of the Middle Ages, New York 1989, XII, 67. 

Harekât,  İbrahim,  Ahmet  Kavas,  “Hevvâre”,  DİA,  İstanbul  1998,  XVII,  281-

284. 


Birlikte yaşama tecrübesi -İslam dönemi Tuleytula (Toledo) örneği- 

29 


Hitti,  Philip  Khuri,  İslam  Tarihi:  Siyasi  ve  Kültürel,  (trc.  Salih  Tuğ),  İstanbul 

2011. 


Hüseyin Nâzım Paşa, İspanya ve Portugal Tarihi,[y.y. ] [t.y]. 

İbn Beşküval, Ebü’l-Kâsım Halef b. Abdülmelik b. Mesʻud (ö 578/1183),  es-

Sıla, I-III, (thk. İbrâhim Ebyârî), Kahire 1989. 

İbn Habîb, Abdülmelik, Kitâbü’t-Târîh (thk. Jorge Aguade), Madrid 1991. 

İbn  Haldun, Ebû  Zeyd  Veliyyüddîn Abdurrahman  b. Muhammed el-Hadramî 

el-Mağribî  et-Tûnisî  (ö.  808/1406)  Mukaddime,  I-II,  (hzl.  Süleyman  Uludağ), 

İstanbul 1982. 

İbn  İzârî,  Ebü’l-Abbâs  Ahmed  b.  Muhammed  (ö.  712/1312’den  sonra),  el-

Beyânü’l-mugrib fî ahbâri’l-Endelüs ve’l-Magrib,I-IV, (thk. Georges Colin, E. Lévi-

Provençal), Beyrut 1983. 



İbnü’l-Esîr,  Ebü’l-Hasen  İzzüddîn  Ali  b.  Muhammed  b.  Muhammed  (ö. 

630/1233), el-Kâmil fi’t-târîh, I-IX (thk. Halil Me’mûn Şîhâ), Beyrut 2002. 



İbnü’l-Hatîb,  Lisânüddîn  (ö.  776/1374-1375),  Târîhu  İsbâniyyeti’l-İslâmiyye: 

Aʽmâlü’l-aʽlâm, (thk. E. Lévi-Provençal), Beyrut 1956. 

İdrisî,  Ebû  Abdullah  Muhammed  b.  Muhammed  b.  Abdullah  eş-Şerîf  (ö. 

560/1165), 



Nüzhetü’l-müştak fî ihtiraki’l-afâk, I-II, Beyrut 1989. 

İlhan,  Sinan,  Fethinden  Murabıtlar  Dönemine  Kadar  Endülüs’te  Yahudiler 

(Yayınlanmamış Doktora Tezi), Ankara Üniversitesi SBE, 2006. 



İmamüddin, S. Muhammed, Endülüs Siyasi Tarihi, (trc. Yusuf Yazar), Ankara 

1990. 


……….,“Endülüs  Emevîlerinde  Kültürel  Faaliyetler”,  Doğuştan  Günümüze 

Büyük İslam Tarihi, İstanbul 1987, IV, 475-540. 

Koyuncu, Mevlüt, “Velid I”, DİA, İstanbul 2013, XXXIIL, 30-31. 

Levi Provençal, E., “Tulaytula”, EI

2

, 2. Basım, Leiden Brill 2000, X, 604-607. 



…………, “Toledo”, İA, 2. Basım, İstanbul 1979, XII/I, 427-430. 

Lirola, Jorge, “Müstaʻrib”, DİA, İstanbul 2006, XXXII, 123-124. 

Lynch, Hannah, Toledo, The Story of an Old Spanish Capital”, London 1910. 

Matthew,  Donald,  Atlaslı  Büyük  Uygarlıklar  Ansiklopedisi,  (trc.  Mehmet  Ali 

Kılıçbay), İstanbul 1988. 



O’Callaghan, Joseph F., A History of Medieval Spain, New York 1975. 

Öğüt, Salim, “Evzâî”, DİA, İstanbul 1995, XI, 546-548. 

Özdemir, Mehmet, Endülüs Müslümanları Kültür ve Medeniyet, Ankara 2012. 

………., Endülüs Müslümanları Siyasi Tarih, Ankara, 2013. 

Sedanur ÇELENK, Yrd. Doç. Dr. Osman AYDINLI 

30 


……….,  “Endülüs’de  Birlikte  Yaşama  Tecrübesi  Üzerine  Bazı  Mülahazalar 

(VIII-XI. yüzyıllar arası)”, 



İSTEM, yıl 2009, cilt VII, sayı 14, 11-40. 

…….…, “Hişâm I”, DİA, İstanbul 1998, XVIII, 145-146. 

………., “Hişâm II”, DİA, İstanbul 1998, XVIII, 146-147. 

………., “Mehdî-Billâh el-Ümevî”, DİA, Ankara 2003, XXVIII, 379-380. 

………., “Müvelledûn”, DİA, İstanbul 2006, XXXII, 228-229. 

………., “Tuleytula”, DİA, İstanbul 2012, XXXXI, 363-368. 

Rosenthal,  E.,  “İspanya’da  Arap  Hâkimiyetinin  İzleri”,  (trc.  Yusuf  Alemdar), 

CÜİFD, yıl 2006, cilt X/I, 251-271. 

Sem’ânî, el-Ensâb, I-XIII, (thk. Muhammed Avame), Beyrut [t.y.]. 

Schwarzfuchs,  Simon  R.,  “Spain”,  Encyclopaedia  Judaica,  Jerusalem  1978, 

XV, 220-222. 



es-Sufî,  Halid,  “Müslümanların  Endülüs’ü  Fethi”,  Doğuştan  Günümüze  Büyük 

İslam Tarihi, İstanbul 1987, IV, 15-116. 

……….,  “Endülüs  Emevî  Devleti”,  Doğuştan  Günümüze  Büyük  İslam  Tarihi

İstanbul 1987, IV, 117-307. 



Sözen,  Metin  -  Uğur  Tanyeli,  Sanat  Kavram  ve  Terimleri  Sözlüğü,  İstanbul 

1986. 


Taberî,  Ebû  Caʻfer  Muhammed  b.  Cerîr  b.  Yezîd  el-Âmülî  (ö.  310/923), 

Târîhü’t-Taberî:  Târîhu’l-ümem  ve’l-mülûk,  I-XI,(thk.  Muhammed  Ebü’l-Fazl 

İbrahim), Beyrut 1967. 



el-Ubûdî, Câsim, “Mûsâ b. Nusayr”, DİA, İstanbul 2006, XXXI, 224-225. 

Waldman,  Carl  -  Catherine  Mason,  Encyclopedia  of  European  Peoples

Amerika Birleşik Devletleri 2006. 



Watt,  W.  Montogomery  -  Pierre  Cachia,  Endülüs  Tarihi,  (trc.  Cumhur  Ersin 

Adıgüzel, Qiyas Şükürov), İstanbul 2011. 



Ya’kubî, Ebü’l-Abbâs Ahmed b. Ebû Yakub İshak b. Cafer b. Vehb b. Vâzıh 

(ö. 292/905’ten sonra), el-Büldân, (thk. Muhammed Emin Dannavi), Beyrut 2002. 



Yâkût, Ebû Abdullah Şehabeddin Yâkût b. Abdullah el-Hamevî (ö. 629/1229), 

Mu’cemü’l-Büldân, I-V, Dâru’s-Sâdır, Beyrût 1977. 

Yıldız, “Abdurrahman I”, DİA, İstanbul 1988, I, 147-150. 

Zikru bilâdi’l-Endelüs limüellifi mechûl, I-II, thk. Luis Molina, Madrid 1983. 

http://whc.unesco.org/en/list/379 (17.08.2015) 



Mövlana Cəlaləddin Ruminin qadın müridləri 

31 


 

 

MÖVLANA CӘLALӘDDİN RUMİNİN 

QADIN MÜRİDLӘRİ 

 

Q.T.Məmmədəliyeva



 



 

 

Açar sözlər: Mövlana Cəlaləddin Rumi, Mövləviyyə, qadın, Kira Xatun, Gürcü 

Xatun, Fatma Xatun, Hədiyyə Xatun, Guməc Xatun, Fəxrunnisa 

Ключевые  слова:  Мовлана  Джалаладдин  Руми,  Маулавийа,  женщина, 

Кира  Хатун,  Гуржу  Хатун,  Фатма  Хатун,  Хадийа  Хатун,  Гумаж  Хатун, 

Фахрунниса. 

Key  words:  Mawlānā  Jalāl  ad-Dīn  Rūmī,  Mawlawiyya,  Kira  Khatun,  Gurju 

Khatun, Fatma Khatun, Hadiyya Khatun, Gumaj Khatun, Fakhr al-Nisa. 

 

Böyük sufi Mövlana Cəlaləddin Ruminin yaşadığı dövrə nəzər saldıqda, İslam 



dünyasında  qadınların  dövlət  və  cəmiyyət  həyatında  aktiv  rola  malik  olduqlarını 

görürük. Bu dövrdə İslam dünyasının müxtəlif yerlərində qadınlar hətta sultanlığa və 

əmirliyə  qədər  yüksəlmişdilər.  Məsələn,  Misirdə  Әyyubi  dövlətinin  sultanı 

Nəcməddin  Әyyubun  türk  əsilli  cariyəsi  Şəcərüddürr  (ö.655/1257)  1250-ci  ildə 

sultan  olmuşdu.  Onun  hakimiyyəti  illərində  İslam  dünyasını  işğal  edən  səlibçilərə 

sarsıdıcı zərbə vurulmuş, başçıları olan Fransa Kralı IX Lüdovik (1214 –1270) əsir 

alınmışdı  (13,  404).  Eyni  dövrdə  Abiş  Xatun  (ö.  685/1286)  Salqurluların  atəbəyi, 

Raziyə  Bəyim  isə  üç  il  müddətində  (1236-1239)  Dehli  sultanı  kimi  fəaliyyət 

göstərmişdi (8, 10). 

Qadınların  cəmiyyət  hayatındakı  bu  aktiv  rolu  Cəlaləddin  Ruminin  qurduğu 

Mövləviyyə  təriqətinə  də  sirayət  etmişdir.  Ümumiyyətlə  sufi  mütəfəkkirlərin 

qadınlara  baxışı  həmişə  ortodoksal  ruhaniliyin  baxışından  müsbət  mənada 

fərqlənmiş və sufi dünya görüşündə qadınların xüsusi çəkisi olmuşudur (11, 7-11 ). 

Mövləvilikdə  isə  qadınların  təriqət  içindəki  yeri  digər  sufi  təriqətlərindən  daha 

yüksək olmuşdur. Təriqət içindəki qadın müridlərin çoxluğu bu fikri təsdiq edir. 

                                                 

 BDU-nun baş müəllimi 



 Q.T.Məmmədəliyeva 

32 


Məqaləmizdə  Mövlana  Cəlaləddin  Ruminin  əsas  qadın  müridləri  haqqında 

söhbət  açacağıq.  Mövzu  çox  geniş  olduğu  üçün  məqaləmizi  xüsusən  Әhməd 

Әflakinin  Rumi  və  onun  mühiti  haqqında  məlumat  verən  “Mənaqibul-arifin” 

(Arfilərin hekayətləri) adlı əsərindəki qadın müridlərlə məhdudlaşdıracağıq. 



 

Kira Xatun 

Mənbələr  Ruminin  bir  çox  qadın  müridindən  və  tərəfdarlarından  bəhs  edirlər. 

Bunların başında onun həyat yoldaşı Kira Xatun gəlir. Әflaki Kira Xatunun dili ilə 

Mövlananın  bir  çox  kəramətlərindən  bəhs  edir.  Bunların  içərisində  Kira  Xatunun 

nəql  etdiyi  bir  hadisə  xüsusilə  əhəmiyyətlidir.  Rəvayətə  görə,  Kira  Xatun  belə 

demişdir:  “İllərlə  Mövlanaya  iqtida  edib  onunla  birlikdə  namaz  qılmaq  arzusu  ilə 

yaşayırdım.  Lakin  bu  səadət  mənə  nəsib  olmurdu.  Bir  gün  səhər  tezdən  Mövlana 

dərin bir mənəvi sərxoşluq halında idi. Səhərdən axşama qədər mədrəsənin damında 

vəcd içində gedib-gəlir, heç bir şeylə maraqlanmırdı. Birdən damın kənarına gəldi, 

ayağını  havaya  qaldıraraq  gözdən  itdi.  Mən  bu  halı  görəndə  huşumu  itirdim  və 

səhərə  qədər  belə  qaldım.  Birdən  Mövlana  otağımın  damından  mənə  səslənərək 

“Namaz  vaxtıdır,  qalx  namaz  qılaq!”  –  dedi.  Sarığını  çıxardı,  iki  ucunu  yerə  sərib 

səccadə  elədi.  Vacib  namaz  üçün  niyyət  etdi,  mən  də  ona  iqtida  elədim.  Namaz 

qurtardıqdan  sonra  ayağa  qalxıb  Mövlananın  ayaqqabılarını  düzəltmək  istədim. 

Ayaqqabılarının  içinin  Hicaz  qumu  ilə  dolu  olduğunu  gördüm.  Mövlana  həzrətləri 

“Bu gördüklərini qətiyyən heç kimə demə!” – buyurdu. Mən də o yaşadığı müddətdə 

bunu heç kimə demədim” (5, I/ 338-339). Әflakinin nəql etdiyi bu hekayətdəki iki 

məqamdan  çıxış  edərək  Mövlanın  Kira  Xatunu  müridliyə  qəbul  etdiyini  irəli  sürə 

bilərik.  Birincisi,  Kira  Xatunun  Mövlanaya  iqtida  edib  namaz  qılmasıdır.  Belə  ki, 

əvvəllər Kira Xatun çox istədiyi halda buna müvəffəq olmamışdı. Bu, onu göstərir 

ki,  Mövlana  nəticədə  Kira  Xatunun  müridliyə  layiq  olduğunu  düşünmüş  və  buna 

görə də onunla birlikdə namaz qılmağa icazə vermişdir. İkinci məqam isə Ruminin 

öz  kəramətini  həyat  yoldaşına  göstərməsidir.  Ümumiyyətlə  təsəvvüf  ənənəsində 

böyük vəlilərin (Allah dostları) fövqəladə qabiliyyətlərə malik olduğu qəbul olunur. 

Allahın  bəxş  etdiyi  bu  qabiliyyətlər  sayəsində  onların  normal  insanların  edə 

bilməyəcəyi  bəzi  fövqəladə  hərəkətləri  edə  biləcəkləri  irəli  sürülür.  Bunlardan  biri 

də  teyyi-məkan  və  teyyi-zaman  adı  verilən  hərəkətdir.  Teyyi-məkan  və  teyyi-

zaman  Allahın  yardımı  ilə  vəlinin  qısa  bir  zamanda  uzun  bir  məsafəni  qət  edə 

bilməsidir (3, 264). Qeyd etdiyimiz hekayətdə Mövlana Cəlaləddin Ruminin qısa bir 

zamanda Məkkə və Mədinənin yerləşdiyi Hicaz bölgəsinə gedib qayıtması da məhz 



Mövlana Cəlaləddin Ruminin qadın müridləri 

33 


teyyi-məkan  və  teyi-zaman  fikri  ilə  izah  olunur.  Lakin  təsəvvüf  ənənəsinə  əsasən 

mürşid  öz  kəramətlərini  açıb-ağartmamalıdır.  Buna  görə  də,  belə  qəbul  olunur  ki, 

sufilər  kəramətlərindən  ancaq  seçilmiş  müridlərini  agah  edirlər.  Kira  Xatunun 

Mövlananın kəramətindən agah olması onun müridliyə qəbul olunduğunun başqa bir 

dəlilidir.  Qeyd  edək  ki,  Mənaqibul-arifində  Mövlananın  Kira  Xatunu  bir  çox  gizli 

mənəvi hallarından agah  etdiyi, başa düşülməsi çətin  olan  bəzi dini  mövzuları  ona 

izah  etdiyi  qeyd  olunur  (5,  I/167-168,  190,  278,  286).  Bu  da  Ruminin  öz  həyat 

yoldaşına verdiyi dəyəri göstərir. 



 

Gürcü Xatun 

Mövlananın məşhur qadın müridlərindən biri də Gürcü Xatun olmuşdur. Әsl adı 

Tamara  olan,  gürcü  olduğu  üçün  “Gürcü  Xatun”  adı  ilə  məşhur  olan  bu  qadın 

Gürcüstan  kraliçası  Rusudanın  (1194-1245)  qızıdır.  O,  əvvəlcə  Anadolu 

Səlcuqilərinin  sultanı  olan  II  Keyxosrovla  (ö.1245),  onun  vəfatından  sonra  isə 

məşhur vəzir Pərvanə Müinəddin Süleymanla (ö. 676/1277) ailə həyatı qurmuşdur. 

Gürcü  Xatun  Pərvanə  ilə  ailə  həyatı  qurduqdan  sonra  İslamı  qəbul  etmiş,  həyat 

yoldaşı  ilə  birlikdə  Mövlananın  müridi  olmuşdur  (4,  446).  Mənaqibul-Arifinin  bir 

çox  yerində  Gürcü  Xatunun  Mövlana  ilə  olan  mənəvi  əlaqəsindən  bəhs  olunur. 

Məsələn,  rəvayətə  görə,  Mövlana  Kira  Xatuna  mənəvi  dəyəri  yüksək  olan  bir  gül 

hədiyyə  etmiş  və  bunu  qorumasını  tövsiyə  etmişdir.  Kira  Xatun  da  bu  tövsiyəyə 

əməl  edərək  gülü  qorumuş,  heç  kimə  verməmiş,  təkcə  bir  neçə  ləçəyini  Gürcü 

Xatuna  bağışlamışdı  (5,  I/167).  Bu  rəvayət  Gürcü  Xatunun  Mövlananın  müridləri 

arasındakı  mühüm  məqamını  göstərir.  Әflaki  də  bu  məqama  diqqət  çəkərək  belə 

deyir:  “Dövrün  kraliçası,  dünyanın  xanımı  və  sultanın  həyat  yoldaşı  olan  Gürcü 

Xatun Mövlana xanədanını sevənlərdən, onun seçilmiş müridlərindən idi” (5, I/400). 

Gürcü  Xatun  Mövlanaya  o  qədər  bağlı  idi  ki,  hətta  dövrün  məşhur  rəssamı 

Eynüddövlə Rumiyə onun şəkillərini çəkdirmişdi. O, Konyadan kənara çıxdıqda bu 

şəkilləri bir sandığa qoyub özü ilə aparar, beləcə Mövlanadan ayrı qaldığı müddətdə 

bu şəkillərə baxaraq öz şeyxindən mənəvi feyz alardı (5, I/400-401). 

Mənbələrdə  Gürcü  Xatunun  Mövlanaya  və  onun  müridlərinə  maddi  dəstək 

verdiyi qeyd olunur (5, 201, 367, 424). Mövlana vəfat etdikdən sonra Gürcü Xatun 

və həyat yoldaşı Pərvanə öz maddi vəsaitləri hesabına onun türbəsini inşa etmişdilər 

(12, 93). 

Gürcü  Xatun  Mövlananın  vəfatından  sonra  da  Mövləviyyə  təriqətinə  sədaqətini 

davam etdirmiş, onun xəlifəsi olan Hüsaməddin Çələbinin müridi olmuşdur (5, II/177). 



 Q.T.Məmmədəliyeva 

34 


Fatma Xatun 

Mövlana  Cəlaləddin  Ruminin  ən  məşhur  qadın  müridlərindən  biri  də  oğlu 

Sultan  Vələdin  həyat  yoldaşı  olan  Fatma  Xatundur.  Mənaqibul-Arifində  verilən 

məlumata əsasən Fatma Xatun dövrünün böyük şeyxlərindən və Mövlananın yaxın 

dostlarından ola Şeyx Səlahəddinin qızı olmuşdur. Mövlananın istəyi ilə oğlu Sultan 

Vələd Fatma Xatunla ailə həyatı qurmuşdu. Mövlana ona çox dəyər verir, təhsili ilə 

birbaşa  özü  məşğul  olurdu.  Aşağıdakı  sözləri  onun  Fatma  Xatuna  verdiyi  dəyərin 

bariz nümunəsidir: 

“Fatma  Xatun  mənim  sağ  gözüm,  bacısı  Hədiyyə  Xatun  isə  sol  gözümdür. 

Fatma  Xatun  və  bacısından  başqa  yanıma  gələn  bütün  qadınlar  üzləri  yarıaçıq 

vəziyyətdə  gəlirlər.  Bu  ikisi  isə  üzlərini  örtmədən  gəlirlər.”  Mövləvi  ənənəsində 

Fatma  Xatunla  Sultan  Vələdin  nikahının  göydə  mələkləri  belə  sevindirdiyi,  habelə 

Fatma Xatunun çox sayda kəramətlərinin olduğu qəbul olunur. Әflaki onun çox vaxt 

gündüzlər  oruc  tutub,  gecələr  ibadətlə  məşğul  olduğunu,  ehtiyac  sahiblərinə 

köməklik  göstərdiyini,  az  yeyib  az  içdiyini  yazır.  Fatma  Xatun  kiçik  yaşlarından 

etibarən  Mövlananın  müridi  olmuşdur.  Mövlana  hətta  oğlu  Sultan  Vələdə  məktub 

yazaraq ona Fatma Xatuna hörmət göstərməsini tövsiyə etmişdir (5, II/152-153, 160-

161). Bütün bunlar Fatma Xatunun Mövlananın müridləri içərisindəki xüsusi yerini 

göstərir. 

 

Hədiyyə Xatun 

Hədiyyə  Xatun  Mövlananın  gəlini  Fatma  Xatunun  bacısıdır.  Mövlana  bacısı 

kimi Hədiyyə Xatuna da çox hörmət göstərmişdir. Bunu C.Ruminin yuxarıda qeyd 

etdiyimiz “Fatma Xatun mənim sağ gözüm, bacısı Hədiyyə Xatun isə sol gözümdür” 

sözlərindən başa düşürük. Bu sözlər eyni zamanda Mövlananın onu müridliyə qəbul 

etdiyini  də  göstərir.  Cəlaləddin  Rumi  Fatma  Xatunla  Hədiyyə  Xatunun  mənsub 

olduğu Şeyx Səlahəddinin ailəsinə qarşı xüsusi məhəbbəti vardı. Şeyx Səlahəddinlə 

sirr  yoldaşı  olmaqla  yanaşı  onun  həyat  yoldaşı  Lətifə  Xatuna  da  dərin  hörmət 

bəsləyirdi.  Hədiyyə  Xatun  böyüyüb  boya-başa  çatana  qədər  Mövlananın  evində 

yaşamış, xəttat Mövlana Nizaməddinlə ailə həyatı qurarkən cehizini Gürcü Xatunun 

yardımı ilə Mövlana özü vermişdir (5, II/156-158). 

 

Guməc Xatun: 

Mövlananın  qadın  müridlərindən  biri  də  Guməc  Xatundur.  O,  Anadolu 

Səlcuqilərinin  sultanları  IV  Qılınc  Arslanın  (1237-1266)  həyat  yoldaşı,  III 


Mövlana Cəlaləddin Ruminin qadın müridləri 

35 


Qiyasəddin  Keyxosrovun  (ö.  682/1283-84)  isə  anasıdır.  Mənbələrın  haqqında  çox 

məlumat  vermədiyi  Guməc  Xatun  haqqında  az  da  olsa  Məqamətul-Arifində  bəhs 

olunur. Әsərdən belə məlum olur ki, o, əslən Tokat vilayətindən olmuşdur (5, I/227). 

Әflaki  ondan  “Sultan  Rüknəddinin  həyat  yoldaşı,  Mövlananın  müridəsi”  şəklində 

bəhs edir (5, I/338). Bundan başqa, Guməc Xatunun Mövlananın gəlini və seçilmiş 

müridlərindən olan Fatma Xatunla da rəfiqə olmuşdur (5, II/152). Guməc Xatunun 

Konyanın  Kalenderhane  məhəlləsinin  Müsəlla  qəbiristanlığında  yerləşən  türbəsi 

dövrümüzə qədər qorunmuşdur (1, 149). 



 

Fəxrünnisa Nizam Xatun 

Mənbələrə  əsasən  Mövlananın  ən  məşhur  müridlərindən  biri  də  “Fəxrünnisa” 

ləqəbi  ilə  tanınmış  Nizam  Xatun  idi.  Konya  şəhərində  yaşamış  bu  sufi  qadın 

“dövrünün  Rabiəsi”  kimi  tanınırdı.  Әflaki  onun  kamil  və  kəramətləri  həddən  artıq 

çox olan  bir qadın kimi təqdim edir. Fəxrünnisa həmişə Mövlananın  məclislərində 

iştirak  edirdi.  Mövlana  özü  də  bəzən  onu  görməyə  gedir,  tərtib  etdiyi  səma 

məclislərində iştirak edirdi (5, I/303-304, II/ 66-67). 

Mövlana  Cəlaləddin  Ruminin  qadın  müridləri  qeyd  etdiklərimizlə 

məhdudlaşmır.  Mövlananın  çox  hörmət  göstərdiyi  Usta  Xatun,  Tavusi-Cəngi  kimi 

bir çox başqa qadın müridləri də olmuşdur (5, I/365-366). Әflaki “Hələb şəhərinin 

qadınlı-kişili bütün xalqı onun müridi oldular” deməsi (4, II/159) C.Ruminin qadın 

müridlərinin  nə  qədər  çox  olduğunu  göstərir.  Lakin  biz  onların  ən  məşhurları 

haqqında  məlumat  verməyə  çalışdıq.  Ümid  edirik  ki,  məqaləmiz  gələcəkdə  bu 

sahədə daha geniş tədqiqatların aparılmasına stimul verəcəkdir.  

Yuxarıda  qeyd  etdiyimiz  məlumatlar  əsasında  Mövlana  Cəlaləddin  Ruminin 

qadınlara  çox  dəyər  verdiyini,  onları  cəmiyyət  həyatının  aktiv  bir  ünsürü  kimi 

gördüyünü irəli sürmək mümkündür. Mənbələrdə hətta onun qadınların təşkil etdiyi 

səma  məclislərində  də  iştirak  etdiyi  qeyd  olunur  (7,  209-211).  Mövləviyyə 

təriqətində  qadınlara  qarşı  bu  müsbət  münasibət  Mövlana  Cəlaləddin  Ruminin 

vəfatından  sonra  da  davam  etdirilmişdir.  Hətta  qadınlardan  mürşidlik  məqamına 

çatanlar  belə  olmuşdur.  Bəzi  tədqiqatçılar  qadınların  şeyxlik  məqamına  qədər 

yüksəldikləri yeganə təriqətin Mövləvilik olduğunu irəli sürürlər (10, 397). Bunların 

içərisində Sultan Vələdin qızları Mütəhhərə Xatunla Şərəf Xatunun adlarını xüsusilə 

qeyd  etmək  lazımdır.  Mövlana  Mütəhhərə  Xatuna  Abidə,  Şərəf  Xatuna  isə  Arifə 

adını vermişdir. Әflakinin qeyd etdiyinə görə, Rum ölkələri qadınlarının çoxu bu iki 

xanımın  müridləriydilər  (5,  II/343).  Mövləviyyənin  Mütəhhərə  Xatundan  davam 



 Q.T.Məmmədəliyeva 

36 


edən bir silsiləsi də vardır. Bu silsiləyə “İnas Çələbilər”, yəni “Qadın Çələbilər” adı 

verilir. Habelə Gürcü Xatunun qızı Eynülhəyat Sultan Vələdin oğlu Arif Çələbinin 

(ö. 719/1320) müridlərindən olmuşdur(5, II/287). Arif Çələbinin Tokatdakı xəlifəsi 

də  qadın  olmuşdur.  Mövləvi  şeyxi  Şah  Mehmet  Çələbidən  sonra  qızı  Destina 

Karahisar  Mövləvixanasına  rəhbərlik  etmişdir.  Başqa  bir  Mövləvi  şeyxi  Kiçik 

Mehmet Çələbinin qızı Günəş Xan da  atasının vəfatından sonra postnişinlik etmiş, 

təriqət içərisində mühüm məqama çatan qadın mürşidlərdən biri olmuşdur. Kütahya 

Mövləvixanasının  postnişini  olan  Mehmet  Dədədən  sonra  (ö.  1060/1650) 

məsnəvixan  (Məsnəvi  oxuyan)  Kamilə  Xanım,  ondan  sonra  isə  qızı  Fatma  Xanım 

şeyxlik məqamına təyin edilmişdir (10, 397; 2, 37).  

Lakin  qeyd  etmək  lazımdır  ki,  XVII  əsrdən  etibarən  Mövləviyyə  təriqətində 

qadınların  məqamı  zəifləmiş,  onlara  əvvəlki  qədər  əhəmiyyət  verilməmişdir. 

Müəyyən  dövrdən  sonra  qadınlar  səma  məclislərinə  də  buraxılmamış,  hətta  şairə 

Leyla xanım kimi bəzi qadınlar bu məclislərdə iştirak edə bilmədikləri üçün “Kaş ki, 

kişi olaydıq!” deyə heyfsilənmişlər (6, 281). Türk təsəvvüf tədqiqatçısı Hülya Küçük 

bunu Mövləviliyin getdikcə daha çox şəhər təriqəti halına gəlməsi ilə izah edir (10, 

397).  Belə  ki,  orta  əsrlərdə  qadınlar  kəndlərdə  iş  həyatında  aktiv  iştirak  etdikləri 

üçün şəhərlərə nisbətən daha sərbəst idilər. Küçükün görüşünü qismən bölüşsək də, 

fikrimizcə bu görüş məsələni tam izah etmir. Çünki Mövlana Cəlaləddin Ruminin və 

Sultan  Vələdin  dövründə  də  Mövləvilik  bir  şəhər  təriqəti  idi.  Lakin  buna 

baxmayaraq, qadınların təriqət daxilində xüsusi məqamları var idi. Fikrimizcə bunun 

səbəbini  həmin  dövrün  Osmanlı  cəmiyyətinin  ictimai  strukturunda  axtarmaq 

lazımdır. Belə ki, XVII əsrdən etibarən istər Osmanlıda, istərsə də İslam dünyasının 

digər  bölgələrində  ifrat  mühafizəkarlaşma  prosesinin  getdiyini  görürük.  Bu  da  öz 

növbəsində  qadınların  cəmiyyət  içindəki,  eləcədə  cəmiyyətin  bir  hissəsi  olan  sufi 

təriqətlərinin daxilindəki rolunun azaldılması ilə nəticələnmişdi. 

Nəticədə  qeyd  etmək  mümkündür  ki,  istər  Mövlana  Cəlaləddin  Ruminin  öz 

dövründə,  istərsə  də  XVII  əsrə  qədər  Mövləviyyə  təriqətində  qadın  müridlərin 

xüsusi rolu olmuşdur. Mövləviyyə qadınların şeyxlik məqamına çatdığı yeganə sufi 

təriqəti olmuşdur.  

 

 


Mövlana Cəlaləddin Ruminin qadın müridləri 

37 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin