İkt-baza bilikləri


Xarici Qadın Cinsiyyət Organları



Yüklə 34,38 Kb.
səhifə3/8
tarix20.11.2023
ölçüsü34,38 Kb.
#166305
1   2   3   4   5   6   7   8
Anatomiya (Qadın cinsiyyət sistemi)

2. Xarici Qadın Cinsiyyət Organları:

  • Vulva: Vulva, qadın cinsiyyət organlarının xarici hissələrini birləşdirir və içərisində klitoris, labialar və digər strukturları əhatə edir.

  • Klitoris: Klitoris, cinsi stimulyasiya zamanı cinsi zövq almaq üçün əhəmiyyətli olan çox hissəli bir strukturdir.

  • Labialar: Labialar, vulvanın bir hissəsidir və vulvanın qorunması və gözlənməsi üçün örtükləşir.

Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik olaraq - önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə cavan qadınlarda 50 qrama yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfdən uşaqlıq qalın qatla, daxili tətəfdən isə zərif selikli qişa (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobların daxil olmasının qarşısını alır.
Yumurtalıqlar - iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2,5-4 sm, eni 1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və “saxlanması” baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.
Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir. Belə ki, onlar əsas qadın cinsi hormonlarını - esterogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar.


Yüklə 34,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin