İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə9/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

Məntiqi vurğu. Cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Cümlənin ayrı-ayrı hissələri, cümlə üzvləri kommunikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür kəlmə və ya söz birləşmələrinin digərlərinə nisbətən güclü deyilişi, nəzərə çarpdırılması məntiqi vurğunun vasitəsilə olur. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli oxusu, danışığı, mühazirə və söhbətlərində praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu hər hansı bir mətndə, eləcə də ifadə etdiyi fikirdə müəyyən sferanı, bir tərəfi - fikrin ən əhəmiyyətli komponentini ayırıb xüsusi tonla dinləyiciyə çatdırmağa çalışır. “Məntiqi vurğu məntiqi ifadəliliyin mühüm vasitələrindən biridir” (12,85). Burada əsas şərtlərdən biri söz vurğusundan və məntiqi vurğudan düzgün istifadə etməkdir. Əks təqdirdə sənətkarın oxucuya çatdırmaq istədiyi fikir aydınlığı dolaşar, misraların daxili mənası və əlaqəsi anlaşılmaz. Çünki əksər hallarda əsas ideya məntiqi vurğuda mərkəzləşir. Sənətkar oxucuya çatdırmaq istədiyi fikrini məntiqi vurğu tələb edən söz vasitəsilə ifadə edir. Məsələn: M.P.Vaqifin “Görmədim” müxəmməsinə nəzər salaq:

Mən cahan mülkündə mütləq, doğru halət görmədim.

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Beyәtü iqrarü imanü dәyanәt görmәdim.
Bivәfadan, lacәrәm, tәhsili-hacәt görmәdim.

Xah sultan, xah dәrvişü gәda bilittifaq,


Özlәrin qılmış giriftari-qәmü dәrdü fәraq,
Cifeyi-dünyayәdir hәr ehtiyacü iştiyaq,
Munca kim, etdim tәmaşa, sözlәrә asdım qulaq,
Kizbü böhtandan sәvayı bir hekayәt görmәdim.

Bu şeirdə Vaqifin oxucuya çatdırmaq istədiyi dövrandan şikayət ideyası müxəmməsdəki görmədim rədifində mərkəzləşmişdir. Ona görə də bu şeirdə həm məzmun, həm də məntiqi oxu şərtləri görmədim rədifinin xüsusi aydınlıq və vurğu ilə deyilməsini tələb edir.

Mirzə Ələkbər Sabirin “Əkinçi” şeirinə diqqət edək:

Bir üzlə hər gündə durma qapımda,

Gahi başına, gah döşünə vurma qapımda,

Ləvğ olma, ədəb gözlə bu məvadə Əkinçi!

Lal ol, a balam, başlama fəryadə, Əkinçi! – Bu şeirdə rədiflər və vurğu “qapımda”, “əkinçi” sözündə cəmləşib.

İfadəli oxuda mətn daxilindəki məntiqi vurğunu tapmaq əsas şərtdir. Həmin vurğu tapıldıqdan sonra mətnin ifadəli oxusu asanlaşır, ifadəli oxuyan şəxs heç bir çətinlik çəkmir. Məntiqi vurğunun tələffüzündə diksiya və intonasiya da əsas rol oynayır.




Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin