I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə88/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   80   81   82   83   84   85   86   87   88


459

Üstündə cоşan kiryələrin həpsinə bihiss, 

Həp lеvsi-riya dalğalanır zərrələrində. 

Bir zərrəyе-səfvət bulamazsan içərində 

Həp lеvsi-riya, lеvsi-həsəd, lеvsi-tənəffü. (2,187) 

Əsərlərinin qadağan edilməsinə baxmayaraq, qələmindən çıxan incilər gənclər arasında 

əldən-ələ keçmiş və qısa zamanda əzbərlənmişdir. Əsərləri Azərbaycanda da yayılmış Tofiq Fikrət, 

eyni zamanda, bir çox şairlərimizin yaradıcılığına, dünyagörüşünə, təxəyyülünə təsir göstərmişdir 

ki, bunların  içərisində  Hüseyn Cavidi xüsusi qeyd etmək olar. Azərbaycan ədəbiyyatının söz və 

fikir zadəganı olan, “Gözəllik naminə, sevgi naminə” yazan böyük sənətkar indiyə qədər 

ədəbiyyatda təkrar işlənən süni misraların sayını çoxaltmadı, həyatı bahasına olsa da, Cavid gözəllik 

və sevgi şairi idi, eləcə də qaldı. Cavidin Tofiq Fikrət və onun yaradıcılığı ilə tanışlığı ədibin 

Türkiyədə təhsil aldığı illərə təsadüf edir. Bu zaman Tofiq Fikrət artıq yaradıcılığının ikinci 

dövründə idi və “cəmiyyət üçün sənət” anlayışını irəli sürərək, ictimai mövzulara toxunan şeirlər 

yazırdı. Bu da gənc Cavidə təsir etməyə bilməzdi. 

Ümumiyyətlə, Cavidin həyatında və dünyagörüşünün inkişafında İstanbul Universitetində 

1906-1909-cu illərdə keçən tələbəlik illəri mühüm mərhələ təşkil edir. Ədəbiyyat fakültəsində təhsil 

alan Cavid dövrün ictimai-siyasi məsələlərinə, ədəbi proseslərinə biganə qalmamış, “bana elm 

lazımdır, şəhadətnamə deyil” deyərək, yalnız fakültə dərsləri ilə kifayətlənməmiş, eyni zamanda 

Namiq Kamal, Ziya Paşa , Rza Tofiq kimi dövrün qabaqcıl, vətənpərvər ziyalıları ilə yaxından tanış 

olmuşdur. Hələ 1903-cü ildən “Şərqi- Rus” qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin 

İstanbulda tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahiməzlumanə” 

adlı şeirləri çap olunmuşdur.  Cavidin İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi 

onun şeirlərində Anadolu şivəsinə məxsus ifadələrin artmasına səbəb olmuşdur. Şairin orada ikən 

qələmə aldığı “Rəqs”, Pəmbə çarşaf”, “Uyuyor”, “Ah yalnız sən” və s. şeirlərində və  1913-cü ildə 

Tiflisdə nəşr olunan “Keçmiş günlər” adlı şeir kitabında toplanan  nümunələrində də Anadolu 

şivəsinin müəyyən əlamətləri özünü göstərir. Lakin İstanbul mühitindən ayrıldıqdan sonra şairin 

əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən 

sonra təxminən aradan qalxmışdır. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-

məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun - klassik 

lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu 

kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt 

misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda 

qafiyələndirilmişdir: 

Ey Vətən! Ey könül pərəstarı! 

Yar ümidim, qüsura bakmayasan. 

Bizə tərcih edib də əğyarı, 

Burakıb nari-hicrə yıkmayasan. 

Səni bu hala saldı qəflətimiz, 

Daha əhv et! Yetər nədamətimiz. (5) 

Cavid təsirləndiyi türk şairlərinin ideyalarını öz yaradıcılığında  əks etdirməklə yanaşı, 

onların əsərlərindən sitatlar da gətirmişdir. Məsələn, “Hərb və fəlakət” şeirində müəllimi Rza 

Tofiqin “İttihad və tərəqqi” cəmiyyətinin üzvü olmasını əks etdirmişdir. H.Cavid 1914-cü ildə 

Məhəmməd Tahir Menemenlizadədən təsirlənərək, onun 1896-cı ildə yazdığı “Uyuyor” şeirinə 

nəzirə yazmışdır. Bundan başqa Tofiq Fikrətin “Rubabi-şikəstə”sindəki “Əncəli hikmət; Əzməyən 

əzilir” fikrini H.Cavid özünün Qars və Otluda zülmə məruz qalanlara ithaf etdiyi “Məzlumlar için” 

şeirində “Bir həqiqət bu: “əzməyən əzilir!..” deyə təsdiqləmişdir. 

Hüseyn Cavidin Tofiq Fikrətdən təsirlənərək yazdığı şeirlərdən biri “Yad-ı Mazi” şeiridir.  

Bu şeirdə Tofiq Fikrətin “Mazi...Ati” misrasıyla başlayan şeirindəki kimi həyat-ölüm 

qarşılaşdırması dursa da, Caviddə fərqli olaraq bədbinlik hökm sürür. Hər iki şairin gələcəyə 

baxışları fərqlidir. Əgər Tofiq Fikrətdə gələcək “ pür səhər”dirsə, Caviddə qaranlıq gecədir. Hüseyn 

Cavidin “Qız məktəbində” şeirində Tofiq Fikrətin “Mahallebim ve mektebim” şeirinin təsirinə rast 

gəlinir. Hər iki şair qızların təhsilinə önəm vermiş və bunu öz şeirlərində əks etdirmişdilər. Hər iki 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



460

şeir dialoq əsasında qurulmuş, sualları cavablandıran isə məktəbli qız olmuşdur. Lakin Cavid dini 

ön plana çıxartmışdır.  

“Ninem sordu: Şermin kimi 

Çok seversin?- O, ninemi! 

-Başka? –Babamı şübhesiz, 

-Daha? İzin verirseniz 

Sayayım: mahallebimi, 

Sütlacımı, şekerimi, 

Hep şekerlemelerimi; 

Biraz da gevrek severim… 

Fakat en çok mektebimi, 

Mektebimi pek severim…” (4, 584) 

Caviddə isə : 

“-Kuzum, yavrum! Adın nedir? 

-Gülbahar 

Bu dünyada senin en çok sevdiğin 

Kimdir, kuzum, söyler misin? 

-En çok sevdiğim ilkin 

O Allah ki, yeri-gökü, insanları halk eyler. 

-Sonra kimler? 

-Sonra onun gönderdiği elçiler. 

-Başka sevdiklerin nasıl, yok mu? 

-Var.. 


-Kimdir onlar? 

Anam, babam, muallimem, bir de bütün insanlar. (3,156) 

Cavidin  “Öksüz Ənvər” şeiri ilə Tofiq Fikrətin “Hasta çocuk” şeirləri arasında da oxşarlıq 

vardır ki, burada-birinci şeirdə anasını 8 gündür itirən Ənvərin acısını müəllimi anlamır, çarəsiz 

qalırsa, ikinci şeirdə 8 gündür xəstə yatan uşağın anasının çarəsizliyi əks olunur. Tofiq Fikrət 

Balıkəsirdə baş vermiş zəlzələdən təsirlənərək yazdığı “Verin zavalılara” başlıqlı şeirində öz acısını, 

hüznün əks etmişdir.  

“Sizin kalbiniz elbet acır, değil mi? Verin, 

Verin şu dullara, yoksul kalan şu eytâma, 

Verin enînine gâyet, şu bir yığın beşerin”(4,520) 

Hüseyn Cavid də bir fəlakət qarşısında səssiz qalmamış - Qars ətrafında günahsız qətlə 

yetirilən insanlara acımış və bunu öz şeirində əks etdirmişdir. Və bu şeirdə də Tofiq Fikrətin təsiri 

hiss olunur. 

“Verin!... Verin de, evet, susturun şu feryadı, 

Aman! Esirgemeyin merhametle imdadı. 

Verin! Verin!.. Gözü yollarda bir yığın beşerin, 

Ne hayret, ah! Esersiz mi bunca ah ü enin” (3,76) 

Bundan başqa Hüseyn Cavidin “Rəqs”, “Bakıda” və yaxud “Məsud və Şəfiqə”, “Bir rəsm 

qarşısında” kimi şeirləri ilə Tofiq Fikrətin “La dans Serpantin”, “Süha ve Pervin”, “Resminin 

karşısında” şeirləri yaxından səsləşir. 

Tofiq Fikrətin təsiri Cavidin  nəinki şeirlərində, hətta dramaturgiyasında da özünü göstərir. 

Onun “Peyğəmbər” dramında Tofiq Fikrətin dil və üslubunun izləri var. Burada skeletin tarixin 

simvolu kimi işlənməsi Tofiq Fikrətdən götürülmüşdür. Türkiyə mühitindən bəhs edən “Uçurum” 

əsərində isə yenə də eyni üslubu görürük. Məhz İstanbul mühitinin təsirindəndir ki, Cavid sonralar 

Alp Arslan, Məlikşah (“Xəyyam”), Əmir Teymur, Yıldırım (“Topal Teymur”)  və “Atilla”, 

“Çingiz”(həbsi zamanı NKVD nümayəndələri tərəfindən götürülmüşdür) kimi türk dünyasının 

məşhur sərkərdələrinə, dövlət xadimlərinə həsr edilmiş əsərlərin müəllifi olmuşdur. Bu təsirlər, bu 

mühit onun həyatı bahasına olsa da, dünyagörüşünün formalaşmasında mühüm rol oynamaqla 

bərabər, onu ümumbəşərlik zirvəsinə qaldırmışdır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



461

ƏDƏBIYYAT 

1.

  Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX cild. Bakı, 1986. 



2.

  Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı, 2014. 

3.

  Hüseyn Cavid. Əsərləri: 5 cilddə, I cild. Bakı. 2005. 



4.

  Tevfik Fikret. Bütün Şiirleri. Ankara. 2010. 

5.

  https://az.wikipedia.org/wiki/Hüseyn_Cavid 



 

Summary 


The founder of the movement, called "Sərvəti-fünun " Tofig Fikret, brought innovations in 

content and form, for the first time “art for life” principle has been applied either practice or theory. 

The works is widespread in Azerbaijan Tevfik Fikret at the same time influenced of creativity, 

imagination  of Azerbaijan poets, we can highlight among them Husein Javid. In general, in the life 

of Javid study years in Istanbul University is an important stage. These factors play an important 

role in promoting and it raised the peak of humanity. 

Key words: Turkish literature, Tevfik  Fikret, influence, Husein Javid, humanity, poet 

 

 



 

 

Validə Şıxəliyeva 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

“Türkaraşdırmaları” ETL, kiçik elmi işçi 

v.shikaliyeva@gmail.com 

 

YAHYA KAMAL BAYATLININ “EĞİL DAĞLAR” ƏSƏRİNDƏ MİLLİ 



MÜBARİZƏ İDEYASI 

XX əsrin ən görkəmli simalarından olan Yahya Kamal Bayatlı müasir türk ədəbiyyatında 

özünəməxsus yeri olan yazarlardan biridir. Hər zaman Türk xalqı, Türk dövləti üçün çalışan yazar 

türk ədəbiyyatı tarixində “dörd əruzçu” şairdən biri olmaqla yanaşı hər zaman saf şeir anlayışına 

sadiq qalan türk şeirinin görkəmli təmsilçilərindən biridir. 

Yahya Kamal Bayatlının yaşadığı dönəmdə yazıları bəzi məcmuə və qəzetlərdə dərc 

olunmasına baxmayaraq tam bir kitab formasında nəşr olunmamışdır. Ölümündən sonra Yahya 

Kamal İnstitutu tərəfindən bütün yazılarından ibarət 13 kitabı nəşr olunmuşdur.  Bundan başqa 

institut tərəfindən iki dəfə-1959-1968-ci illərdə Yahya Kamal İnstitutu yazara aid məcmua 

yayımlamışdır. Bu məcmuada şairə aid xatirələr, təəssüratlar və digər dəyərli yazılar yer alır. 

Yahya Kamal Bayatlının İstiqlal Hərbi yazıların ibarət olan “Eğil dağlar” əsəri şairin 

yaradıcılığında özünəməxsusluğu seçilir. 88 müstəqil nəsr və 10000 sətirdən ibarət əsərin Qurtuluş 

Savaşını dəstəkləməsi tezisinə yaxşı cavab kimi xarakterizə etdiyi bu yazılarında Yahya Kamalın 

vətən və millət sevgisini daha yaxşı hiss etmək və görmək olar. Kitabın dili bir az ağır olmasına 

baxmayaraq çox böyük önəmə və dəyərə malikdir. Bu kitab həm də özündə Milli Mübarizə 

dövründə baş verən prosesləri öyrənmək və bilmək baxımından geniş məlumatları əks edən sənədli 

bir tarixi kitabdır. Yazarın o zaman (Milli Mübarizə) haqqında verdiyi məlumatlar, özünün fikirləri 

və həmçinin dostların rəylərinin də bu kitabda yer alması əsərə ədəbi qiymət verir. Eyni zamanda  

türklərin öz tarixini bilməsi cəhətdən çox böyük önəm daşıyır. Bu kitab eyni zamanda Milli 

gəncliyə də yol göstərmiş və Milli Mübarizə illərində Anadolu hərəkətini ruhlandırmışdır. Bu əsər 

tarixi baxımda da dəyərli bir kitabdır. Hətta Nihat Sami Banarlı belə deyirdi ki: “Bu əsər İstiqlal 

savaşının ən yaxşı tarixini bizə söyləyir”. 

Kitabları nəşr olunmadığına görə “əsərsiz şair” olaraq adlandırılan yazar müasir türk 

ədəbiyyatı və gəncliyi üçün miras qoyub getdiyi bu zəngin yaradıclıq nümunələri türk ədəbiyyatına 

böyük töhvədir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



462

 

Aynurə Babayeva, baş laborant, 



ADPU, ”Türkaraşdırmaları” ETL 

babazade_aynur@mail.ru 

 

 

TÜRK DÜNYASININ “SİS ŞAİRİ” TOFİQ FİKRƏT VƏ AZƏRBAYCAN 



ƏDƏBIYYATI 

Tofiq Fikrət 1867-ci ildə İstanbul şəhərində, Ağsarayda anadan olmuşdur. İlk təhsilini 

Mahmudiyyə Rüşdiyyəsində alan şair sonralar  Qalatasaray Sultanisində oxumuş, oranı birinciliklə 

bitirmişdir. Əsl adı Mehmet Tevfik olan ədibin anası yunan mənşəli olmuşdur. Sonradan 

müsəlmanlığı qəbul edən Xədicə xanım Fikrətin 12 yaşı olanda Həcc ziyarətinə getmiş, yoluxduğu 

xəstəlik nəticəsində vəfat etmişdir. Hələ 14 yaşında baş qaldırmış şeir söyləmə həvəsini getdikcə 

şeir yazmaqla əvəz edən T.Fikrət ilk şeirlərini “Tərcümani-həqiqət” qəzetində nəşr etdirmişdir. 

1888-ci ildən etibarən Gədikpaşa Ticarət məktəbində fransız, türk və hüsnxət müəllimi vəzifəsində 

çalışmışdır. 

1890-cı ildə dayısı qızı Nazimə xanımla ailə həyatı quran şairin Haluk adında bir oğlu 

olmuşdur. Oğlunun təhsilinə xüsusi diqqət ayıran şair onu Londona, daha sonra Amerikaya 

göndərmişdir. Miçiqan Universitetinin mühəndislik fakültəsini bitirən Haluk bu sahədən 

uzaqlaşmış, xristianlığı qəbul edərək ruhani olmuşdur. Sonralar rahib və baş rahib vəzifələrinə təyin 

olunmuşdur. 

1894-cü ildə T.Fikrət “Mirsad” jurnalı ilə əməkdaşlıq edir. 1895-ci ilin sonlarında 

Rəcaizadənin dəvəti ilə “Sərvəti-fünun”un baş redaktoru vəzifəsində işləməyə başlayır. 

Yaradıcılığının zirvəsi sayılan bu müddətdə onun imzası “Tofiq Fikrət” olur. 

1900-1901-ci illərdə sərvəti-fünunçular arasında baş qaldırmış anlaşmazlıqlar nəticəsində 

jurnalın ətrafına toplaşmış qüvvələr parçalanır. Bu hadisədən sonra şair 1906-cı ildə Robert 

Kollecində müəllimlik etməyə başlayır. Kollecin yanında bir ev tikdirərək ona “Asiya” adını verir, 

həyat yoldaşı və oğlu Halukla birlikdə buraya köçür. 1910-cu ildə Qalatasaray liseyinə müdir təyin 

olunur. Eyni zamanda şair İstanbul Darülfünununda müəllimlik edirdi. Qalatasaray liseyində 

müəyyən təzyiqlərə məruz qalması nəticəsində istefa vermiş, həmçinin İstanbul Darülfünunundakı 

vəzifəsindən də ayrılmışdır. Lakin ömrünün sonuna qədər Robert kollecindəki işindən 

ayrılmamışdır. Zaman onu yalnız şair olaraq deyil, bir ruh xəstəsi olaraq yetişdirmişdir. Şikayət 

etmək, tez incimək və küsmək onun ikinci xasiyyəti olmuşdur. 

1908-ci il inqilabından sonra bir müddət bütün pessimist düşüncələrindən əl çəkən şair 

hürriyətin qazanılması ilə “Rücu” mənzuməsini yazır. Bu şeirini o, 1908-ci il 19 iyunda Hüseyin 

Cahid və Hüseyin Kazımla təsis etdiyi “Tanin” qəzetinin ilk sayında nəşr etdirir. Bu illərdə şair 

ikinci hökumətin kəskin müdafiəçilərindən birinə çevrilir. “Tanin” qəzetini “İttihat və tərəqqi”nin 

nəşr orqanına çevirməsi təklif olunur, lakin şair buna qarşı çıxır və “Tanin”dən uzaqlaşır. Məktəbi-

Sultanidə müdir vəzifəsinə təyin olunur. 31 mart hadisələrinə etiraz etmək üçün bu vəzifədən də 

uzaqlaşır. Lakin şagirdlərin və maarif naziri Naili bəyin təkidiylə vəzifəsinə geri qayıdır. Geri 

qayıtmasına baxmayaraq, 8 ay sonra yeni təyin olunmuş maarif naziri Əmrullah Əfəndi ilə yola 

getmədiyi üçün bir daha dönməmək üzrə bu vəzifədən imtina edir. Ömrünün sonlarında isə 

“Asiya”ya  yerləşir. Bu zamanlar şair ağır şəkər xəstəliyinə tutulmuşdu. Qolundan keçirdiyi 

əməliyyatdan sonra, 1915-ci il 19 avqustda 48 yaşında həyatını itirir. Və Eyüpdəki ailə 

qəbiristanlığında dəfn edilir. 

Tofiq Fikrət kiçik yaşlarda şeir yazmağa başlamışdır. Başlanğıcda müəllimi Naci ilə 

Mahmud Əkrəm Rəcaizadə şeirləri arasında bir arayış dövrü keçirir. Daha sonra fransız şeiri ilə 

tanış olur. Xüsusilə Fransua Coppedən təsirlənərək öz şeirini yaratmağa başlayır. Həddindən artıq 

vasvası olması, ən kiçik detallar üzərində diqqətlə durması ilə özünə xas bir üslub yaradan şair 

dövrünün sənətkarları içərisində bu xüsusiyyətləri ilə seçilmişdir. T.Fikrət anlaşıqlı dili, 

misralarında səs, söz və rəsm sənətlərini birləşdirən incə zövqü, düşüncə tərzi ilə “Sərvəti-fünun” 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



463

şeirinə yeni və təravətli bir nəfəs qazandırmışdır. O, əruz vəzninə ustalıqla hakim olmuş, bu vəzni 

türk dilinin doğma vəzni kimi istifadə etməklə yeni bir mərhələyə qədəm qoymuşdur. 

  T.Fikrət yaşadığı dövrün təzyiqi altında əzilmiş, öz etirazını yalnız şeirlərlə ifadə etməklə 

kifayətlənmişdir. “Müharibəsiz bir dünya arzusu Fikrətin insanpərvər görüşünün özəyini, təməl 

daşını təşkil edir”. (4, 12) 

1900-cü ildə də nəşr olunan “Rübabı-şikəstə”də ictimai problemlərə önəm verən şeirlərlə 

yanaşı, gündəlik danışıq dilinə yaxın dillə yazılmış şeirlər də vardı. Oğlu Halukun onun şeirlərinə 

böyük təsiri olmuşdur. 1911-ci ildə nəşr olunmuş ikinci şeir kitabı olan “Halukun Dəftəri”ndəki 

şeirlər ən ümidli və nikbin şeirləridir. Bu şeirlərdə şair oğluna və gəncliyə çalışqanlıq, yurd sevgisi, 

haqq və ədalətdən yana olmaq kimi bəzi məsləhətlər verirdi. 

1911-ci ildə nəşr olunan “Rübabın cavabı”ndakı şeirlərdə xalqın ağrılarını, zorbalıqları, 

təzyiq və haqsızlıqları təsvir edir. 30 yaşlarından sonra ətrafındakı haqsızlıqlardan təsirlənən şair 

sinfi maraqlara söykənən rəhbərlik formasını tənqid etməyə başlayır. Bununla da, müəyyən suveren 

siniflərin idarə etdiyi dövlətə və bu dövlətin qoyduğu qanunlara qarşı çıxır. Şəxsi həyatında da qatı 

bir əxlaq anlayışı nümayiş etdirən şair insana böyük dəyər verir. Onun fikrincə, bütün sualların 

öhdəsindən gələcək, xoşbəxt sabahları hazırlayacaq olan insandır. İnsanın üstünlüyünü təmin edən 

isə həssaslıqdan çox düşünmə gücü və ağlıdır. Tofiq Fikrət əsrin ikinci yarısından etibarən tənzimat 

ruhuyla yetişən və o ruhun ədəbiyyatımıza qazandırmağa çalışdığı yeni dəyəri türk ədəbiyyatında 

eşitdirməyə başlamış bir sənətkardır. 

“Sərvəti-fünun” jurnalı ilə yeni bir ədəbi hərəkatın başlanmasında göstərdiyi liderlik 

xüsusiyyəti bu dövrdə qələmə aldığı şeirlərində özünü göstərmişdir. Müəllimi Mahmud Əkrəm 

Rəcaizadə “Zerratdan Şümusa qədər hər gözəl şey şeirdir” demişdir. T.Fikrət isə bu hökmü bir sənət 

prinsipi olaraq götürmüş və buradakı anlayışı yüksəldərək “hər şey şeirə mövzu ola bilər” qanununu 

ilə əvəz etmişdir. 

Bu dövrdə ədibin qələmə aldığı nəsr əsərləri də diqqəti cəlb edir. Bu yazılar həm öz sənət 

anlayışını əks etdirməsi baxımından, həm də “Sərvəti-fünun” hərəkatının ədəbiyyat və sənət 

anlayışını dilə gətirməsi baxımından əhəmiyyətlidir. 

Tofiq Fikrətin sonrakı dövrdə qələmə aldığı şeirlərində böyük bir dəyişim müşahidə edilir. 

“Sərvəti-fünun” illərində daha mülayim, daha yumşaq bir üslubla şeirlər yazan sənətkar birliyin 

dağılması və yalnızlığın yaratdığı ruh halı ilə daha sərt və daha yüksək bir pərdədən siyasi şeirlərlə 

qarşımıza çıxmışdır. Bunun ilk nümunəsini “Sis” ilə verən şair ölümünə qədər yazdığı şeirlərində 

həmişə bu üslubu qorumuşdur. Şair nəzm forması, nəzm texnikası kimi mövzularda yüksək bir 

həssaslıq göstərsə də, dil mövzusunda buna əməl etmir. Tədqiqatçılar T.Fikrətin şeirini 

canlandıracaq, ona ruh verəcək, hətta yaşadacaq bir türkcənin qayğısını heç vaxt çəkmədiyini tez-

tez dilə gətirmişlər. Bunun nəticəsi olaraq da dildəki əski ifadələrin yaratdığı yeni tərkiblərə 

həddindən artıq yönəlmə güclü şəkildə hiss olunur. “Fərda”, “Millət şərqisi”, “Halukun vidai” şairin 

aydın bir türkcəyə yönəldiyi məşhur şeirləridir. Ədibin məhəbbət şeirləri olduqca azdır. Ən məşhur 

məhəbbət şeiri isə “Təsadüf”dür. 

Şeirlərindəki təsvirlərdən də hiss olunduğu kimi T.Fikrət gözəl rəsmlər çəkmiş, dini 

mahnılar (mövludlar) ifa etmiş, uzun illər bu istedadını davam etdirmişdir. “Sərvəti-fünun” 

məcmuəsinin bağlanmasından sonra ədib türk ədəbiyyatı tarixində mübarizə edən biri kimi daha da 

məşhurlaşmışdır. Lakin istibdada qarşı olan ən şiddətli hayqırışlarını 1901-1908-ci illərdə qələmə 

aldığı şeirlərində görmək olar. 

Məşrutə inqilabı elan edildiyi zaman T.Fikrət yenidən ümid şairi olmuşdu. “Rübabın cavabı” 

mənzuməsində və “Halukun dəftəri”ni təşkil edən şeirlərində gənclərə ən xeyirxah duyğularının, 

gələcəyə olan ümid dolu baxışlarının əhatələndiyi misralar sıralanmışdır. Bir vətən şairi olaraq 

yetişən T.Fikrət N.Kamalın vətən şeirlərilə bəslənərək yetişmişdir. 

Toprağın cevher, suyun kevser, baharın bi-hazan, 

İşte dünya bir eşin, bir benzerin yoktur inan! 

Müşfik evladın bulur koynunda her gün, her zaman 

Başka şefkat, başka nimet, başka kuvvet, başka can, 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



464

Can da sen, şah da sen, hepsi sensin yaşa, 

Ey vatan, ey mübarek vatan, bin yaşa! (1, 1034) 

 Təbiət də T.Fikrətin şeirlərində əhəmiyyətli bir yer tutur. “Məktəbi Sultani”də Şəkər 

Əhməd Paşadan şəkil dərsi alan şair o dövrdə geniş yayılmış şəkil altına şeir yazma sənətini 

mənimsəmiş, bu yolla otuzdan çox əsər meydana gətirmişdir. Ancaq bu şəkillərin hamısı şairin 

özünün deyil. Ədibin təbiət şeirlərində rəssamlığının təsiri olduqca güclüdür. “Yapma çiçək”, 

“Rəsmini çəkərkən”, “Avengei-şühur”, “Bir yaz lövhəsi”, “Yağmur” əhəmiyyətli təbiət 

şeirlərindəndirdir. Tofiq Fikrətin ən məşhur təbiət şeiri “Yağmur”dur. 

Əhəmiyyətli bir əsər olan “Avengei-şühur”da ilin hər bir ayı üçün şeirlər yazılmışdır. Bu 

şeirlər jurnalda yayımlanan zaman hər şeirin yanına o ayı təmsil edən bir şəkil də qoyulmuşdur. 

“Avengei-şühur”dakı ardıcıllıq Fransua Coppenin “Aylar” adlı şeirindən təsirlənilərək qələmə 

alınmışdır. 

Bu, portret şeir növünün yeni türk ədəbiyyatındakı ilk müvəffəqiyyətli nümunəsidir. Bu 

şeirlərdə Tofiq Fikrətin əhəmiyyətli olaraq gördüyü 12 sənətkardan söhbət açılır. Füzuli, Cənab, 

Nədim, Həmid, Ustad Əkrəm, Rza Tofiq, İsmail Səfa, Əhməd Mitat ələ alınan sənətçilərdən 

bəziləridir. Əhməd Mitat bu şeirlərdə “Timsali cəhalət” başlığı altında verilmişdir. 

“Təfəkkür”, “Qayyai-vücud”, “Düyüni-həyat”, “Pərdəi-təsəlli”, T.Fikrətin əhəmiyyətli 

fəlsəfi şeirləridir. Tofiq Fikrətin “Tövhid” adlı əsəri İbrahim Şinasinin dini mövzuda yazılmış bir 

şeirdir. “Bir Ləhzəi-təahür” ədibin ən çox əks-səda oyandıran və tənqid olunan şeiridir. Bu şeirin 

siyasi bir hekayəsi vardır. Şeirdə 1905-ci ildə erməni lobbisinin Əbdülhəmidə qarşı planlaşdırdığı, 

lakin müvəffəqiyyətsizliklə nəticələnən sui-qəsd təsvir olunmuşdur. 

“Sabah əzanında”, “Əsgər keçərkən”, “Qılınc” şeirlərində şair qəhrəmanlığın bir fəzilət 

olduğuna inandığını bildirir. Və məşrutə inqilabından 15 gün öncə yazdığı “Millət Şərqisi”ndə 

Dünyada şərəfdir yaşadan milləti, fərdi, 

Silkin bu zəlalət tozu uçsun üzərindən. (3, 77) 

misralayıyla dəvət etdiyi qiyam şairi çox sevindirirdi.  

“Halukun dəftəri” adlı əsər üç hissədən ibarətdir. Əsər Halukun şəxsiyyətində türk 

gəncliyinə yol göstərmək üçün qələmə alınmışdır. Kitabın ikinci hissəsinin adı “Həyata qarşı 

bəşər”;  üçüncü hissəsinin adı isə “Xitabələr”dir. “Halukun dəftəri”ndəki “Doğan Günəşə” adlı əsər 

məşrutə üçün yazılmışdır. “Halukun vidai” isə Halukun Avropaya təhsil almaq üçün getməsini 

təsvir edir. 

Şair pedaqoq dostu Satı bəyin təkidinə dözməyərək onun açdığı məktəbdə dərs demişdir. Bu 

dərslər əsnasında uşaqların duyğularına təsir etmək üçün bəzi uşaq şeirləri qələmə almışdır. 

Hökumət dağıldıqdan sonra uşaqlar üçün qələmə aldığı şeirlərdə müəyyən ruh düşkünlüyü hiss 

olunur. Bu dövrdə qələmə aldığı şeirlər ölkənin içində olduğu çətinliklərin nəticəsində şairdə 

oyanan pessimist duyğuların məhsuludur. “Şərmin” ədibin heca vəznində və sadə bir dillə uşaqlar 

üçün yazdığı şeirlərini topladığı kitabıdır. Daha sonra bu şeirlər “Şərmin” adı altında kitab şəklində 

çap olunmuşdur. 

Xəyal və həqiqət qarşıdurmasının diqqətə çarpan şəkildə işləndiyi şeir isə “Süha və 

Pərvin”dir. Bu şeirdə bir növ düşüncə və duyğuları incəliklərinə qədər təsvir olunan insanları 

görürük: xəyalpərəst Süha və onun tam əleyhdarı Pərvindir. 

T.Fikrət türk şeirinə gündəlik həyatın təsvirini deyil, gerçəyi gətirmək istəyirdi. Onun 

üslubuna toxunacaq olsaq, şairə görə şeirin dili daha dərin, daha təbii, daha həssas, daha təsirli 

olmalıdır. “Rubabi-şikəstə” məhsuldarlıq çağındakı şeirlərini yığdığı kitabıdır. 

Oğlu Halukun üzərindəki təsirinin böyük olduğunu bildiyimiz T.Fikrətin bu əsərinə əlavə 

edilən şeirlərindən bir qismi: “Haluk Üçün”, “Halukun səsi”, “Halukun bayramı”, “Haluka”, “Yenə 

Haluk” adlanır. Bütün bu şeirlər birlikdə “Halukun Dəftəri” adlanmışdır. Lakin sonralar “Halukun 

dəftəri” olaraq dəyişdirilmişdir. 1910-ci il tarixli nəşrinə isə “Sis”, “Bir ləhzəi-təəhhur” kimi 

şeirlərini əlavə etmişdir. 

Şairin satirasından gələn hüzn və pessimizm təması az qala bütün şeirlərinə hopmuşdur. 

Oğlu Haluku gələcək gənc, yeni nəsillər üçün bir nümunə görən şair onu hədəf göstərərək idealizmi 



əks etdirən bir çox şeirlər yazmışdır. Bu şeirlər kimisində optimist bir külək (“Fərda”), kimisində 

Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin