İ m z a L a r м. Ф. Ахундов адына Азярбайъан Милли Китабханасы Azərbaycan Dövlət Nəşriyyatı Bakı-1977 Elmi redaktoru



Yüklə 0.8 Mb.
Pdf просмотр
səhifə1/11
tarix23.12.2016
ölçüsü0.8 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Qulam Məmmədli

Qulam Məmmədli

Qulam Məmmədli

imzalar


imzalar

ISBN 995221040-8



Qulam Məmmədli

İ M Z A L A R

М. Ф. Ахундов адына Азярбайъан Милли Китабханасы

Azərbaycan Dövlət Nəşriyyatı

Bakı-1977

Elmi redaktoru

prof. A. Zamanov



В. Бящмянли

Я. Ясядзадя

Н. Мащмудов

А. Аллащвердийев

С. Сямядова

Гулам Мяммядли

Имзалар

“Хатун Плйус“

Бакы

2010


Бурахылыша мясул:

Редактор:

Дизайн:

Компцтер сящифяляйиъиси:

Корректор: 

М. Ф. Ахундов адына 

Азярбайъан Милли Китабханасы 

Ясяр чапа щазырланаркян илк няшрин китаб эюстяриъиляри сахланылmышдыр

ISBN  995221040-8

 

3

REDAKTORDAN 

 

Məlumdur ki, hər hansı böyük və ya kiçik müqəddiməni



adətən, oxucunun diqqətini kitaba cəlb etmək üçün yazırlar. 

Mətbuatımızın və nəşriyyatımızın veteranı, qocaman ədib Qulam 

Məmmədlinin tərtib edib nəşrə hazırladığı bu kitabın belə bir 

köməyə ehtiyacı yoxdur. Azərbaycan ədəbiyyatında və mətbua-

tında müxtəlif zamanlarda işlənən gizli imzaların və təxəllüslərin 

şərhinə həsr olunmuş bu kitab, heç şübhəsiz ki, özü diqqəti cəlb 

edəcək, mütəxəssislər, müəllimlər və oxucular üçün faydalı kitab 

olacaqdır. 

Biz ancaq bir cəhəti qeyd etmək istəyirik. Bu kitab Azər-

baycan mətbuatının tarixi ilə bilavasitə bağlı olan, mətbuat xa-

dimlərimizin bir neçə nəslini yaxından tanıyan, onların bir çoxları 

ilə dostluq edən, qəzetlərin, jurnalların səhifələrində, arxivlərin 

təkində uzun illər boyu axtarışlar aparan yorulmaz tədqiqatçı, 

qocaman jurnalist Qulam Məmmədlinin yarım  əsrlik gərgin 

əməyinin, fəal müşahidələrinin məhsuludur. 

“Bir neçə söz” adı altında kitaba yazdığı kiçik müqəd-

dimədən biz öyrənirik ki, Q.Məmmədli hələ 60 il əvvəl – 1917-ci 

ildən gizli imza müəlliflərinin  şəxsiyyətləri ilə maraqlanmağa 

başlamışdır. Müəllifin özünün də dediyi kimi, ola bilər ki, burada 

verilmiş dörd minə yaxın gizli imzanın bəzilərinin sahibləri dü-

rüst göstərilməmişdir. Çox ehtimal ki, bir sıra gizli imzalar kitaba 

düşməmişdir. Lakin ümumiyyətlə götürüldükdə, demək lazımdır 

ki, ədəbi ictimaiyyətin və oxucuların mühakiməsinə təqdim edi-

lən həmin kitab nəşriyyatımızın tarixində bu mövzuda ilk qiymətli 

əsərdir. 

 

 





BİR NEÇƏ SÖZ 

 

Naməlum, gizli, örtülü və uydurmalı imzalar, müəllifi mə-



lum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqi-

labından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet 

və jurnallarda görünməyə başlamışdır. Bu kimi imzalarla çıxan 

şeir və nəsr əsərlərinin çoxu satirik səciyyədə olsa da, ədəbiyya-

tımızda əvvəllər tez-tez rast gəldiyimiz həcvlərə oxşamırdı. Çünki 

əvvəllər həcv yazan şairlər əksəriyyətlə bu və ya digər bir adama 

sataşır, əksər hallarda isə bu həcvlər subyektiv münasibətlərdən 

irəli gələn “öcəşmələrdən” ibarət olurdu. Buna görə  də belə 

əsərlərin müəllifləri öz adlarını gizlətmirdilər. 

Birinci rus inqilabından sonra nəşrə başlayan qəzet və 

jurnallardakı gizli imzaların sahibləri isə belə hərəkət etmirdilər. 

Onlar öz əsərlərində ictimai məsələlərə toxunur və  mətləb ilə 

bağlı olan “qəhrəmanın” əməllərinə gülürdülər. Buna görə idi ki, 

bir çoxları acı gülüş doğuran belə əsərlərdə özlərini görür, şəx-

sən adları  çəkilməsə  də, xalq arasında “barmaq ilə göstərilmək 

şərəfi” qazandıqlarını hiss edirdilər. Belə “qəhrəmanlar”, adətən, 

“millət atası” sayılan bəylər, xanlar, ruhanilər, mülkədarlar, dövlət 

məmurları, tacirlər, mollalar və s. tüfeylilər idi. 

Zəhmətkeş xalqın istismarına qarşı etiraz, burjua və feodal 

əxlaqına, dini xurafat və cəhalətə qarşı mübarizə məqsədi ilə ya-

zılmış satirik əsərlər təbiidir ki, müəllifləri üçün, onların həyatı üçün 

təhlükə doğurmaya bilməzdi. Keçmişdəki ağır  şəraitdə, mətbu-

atda açıq imza ilə quruluşu, istismarçı sinfi tənqid etmək, şübhə-

siz ki, qorxulu idi. Misal üçün, hələ 1905-ci il inqilabından qabaq 

Göyçaydan “Şərqi-Rus” qəzetinə yazılmış məktubda deyilirdi: 

“Ad yazmadıq. Ad yazan vaxtda hər tərəfdən məzəmmət 

edirdilər. Ona görə  də ad yazmamağı xahiş edirik... hərgah     


 

5

qəzetdə bizim adımız olsa da, daha yazmarıq. Hərgah adımızı 



yazmasanız, həmişəlikdə sizə söz yazarıq. Vəssəlam”

.



 

1906-cı ildə  nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının 

ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox 

idi. Beləliklə də, “Molla” örtülü imza ilə mətbuatda çıxış etməyi 

“qanuni” bir şəklə saldı. Doğrudur, bu daimi deyil, müvəqqəti bir 

çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə 

yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə 

və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən 

edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də “Molla 

Nəsrəddin” jurnalında və başqa satirik orqanlarda gizli imza ilə 

iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular. 

Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai 

dərdlərini, eybəcərliklərini ürək ağrısı ilə  kəskin tənqid atəşinə 

tutan mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə 

şiddətli təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gə-

tirmək olar. Bakı qoçularının “qozdəstə” götürüb Tiflisə Molla 

Nəsrəddini (Cəlil Məmmədquluzadəni – Q. M.) öldürməyə get-

mələri,  Şamaxıda Mirzə  Ələkbər Sabirin başına gətirilmiş müsi-

bətlər, Suraxanıda mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna 

atəş açılması, Mərvdə müxbir Yusif Heydərzadənin polis idarə-

sində  qətl edilməsi, Təbrizdə  İskəndər Qaffarinin məscid həyə-

tində döyülməsi və bir başqasının qəzet oxuduğu üçün Təbriz 

küçələrində doğranması, mollanəsrəddinçi şairlərdən Ə.Qəmkü-

sarın Naxçıvanda,  Əli Razinin Gəncədə küçədə döyülmələri, 

müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri, Mirzə Cəli-

lin, Ömər Faiqin və  Qəmküsarın dəfələrlə  məhkəməyə  çəkil-

mələri, “Molla Nəsrəddin” jurnalının idarəsinə göndərilən hədə-

qorxu məktubları və s. . .  

Odur ki, yuxarıda deyildiyi kimi, gizli imzalar bəzən “faş” 

olunur, nəticədə müəlliflər gizli imzalarını da “gizlətmək” məc-

                                                 

 “Şərqi-Rus”, 24 noyabr 1904, № 174. 



 

buriyyəti qarşısında qalıb tez-tez dəyişirdilər. Buna görə  də bir 



müəllif bir neçə gizli imzadan istifadə etməli olmuş, hətta, bəzən 

hansı gizli imzalardan istifadə etdiklərini onların özləri belə son-

ralar unutmuşlar. 

Məsələn, Cəlil Məmmədquluzadənin özü “Molla Nəsrəd-

din”də  də  işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 

1927-ci ildə Tiflisdə – jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı 

Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur. 

Mirzə Cəlilin həmin məktubuna İ.H. Həsənzadə belə cavab ver-

mişdir: 

“Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə  çıxan 

birinci nömrəsindən ta axıradək “Molla Nəsrəddin” imzası ilə, 

“Lağlağı” imzası ilə, “Hərdəmxəyal” imzası ilə, “Dəli” imzası ilə, 

“Cırcırama” imzası ilə  və “Dəmdəməki” imzası ilə yazılan cəmi 

məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış mə-

qalələrdir”. 

Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil 

istifadə etmişdir. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil, 

başqaları da istifadə etmişlər. Məsələn, “Lağlağı” imzası ilə C. 

Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli 

Şərifov,  Əbdürrəhimbəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə 

etdiyi kimi “Mozalan” imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev, 

Məşədi Qurbanəli və Salman Mümtaz da istifadə etmişlər. 

Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəl-

lifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir. 

Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbə-

bini mollanəsrəddinçi şair Əli Nəzmi sonralar Mirzə Cəlil haqqın-

da yazdığı “Böyük jurnalist” adlı məqaləsində belə izah etmişdir: 

“Molla Nəsrəddin”in bəzi müxburləri olmuşdur ki, təsadü-

fən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar 

atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəm-

xəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir 

əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu im-



 

7

zaların hamısından istifadə edər və yazdığı felyetonların, məqa-



lələrin altında həmən imzaları yazardı”. 

Aydındır ki, bu cəhət gizli imzaları toplayıb müəyyənləş-

dirərkən bizim qarşımıza çıxan birinci ciddi çətinlik olmuşdur. 

Gizli imzaları toplayarkən müəllifin qarşısına çıxan maneə-

lərdən biri də  ərəb  əlifbasının quruluşundan irəli gələn çətin-

liklərdir. Belə ki, həmin əlifbada “ ” hərfi ilə “ ” hərfinin müstəqil 

səsinin olmaması bu və ya digər imza haqqında qəti fikir yü-

rütməyə  əngəl törədir. Məsələ burasındadır ki, “ ” və ya “ ” 

hərflərinin səsi özündən sonra gələn hərflərdən asılıdır. Bir sıra 

müəlliflər isə bir qayda olaraq öz ad və familiyalarını yazarkən 

ancaq birinci hərfi göstərmişlər. Bunun nəticəsində bir hərfi 

müxtəlif səs və  şəkillərdə oxumaq və yazmaq kimi bir çətinlik 

törənmişdir. 

Məsələn, “ ” hərfi ilə göstərilən imzaları, Eldar, Əkbər, 

İbrahim, Ordubadi, Özbək, Uluxanlı, Ümid kimi oxumaq da olar, 

habelə “ ” ilə yazılmış imzanı alaq. Bunu da –Abid, Eynulla, Əli, 

İsa, Osman, Ömər kimi oxumaq olar. 

Yaxud “


” hərfləri ilə göstərilmiş imzaları  Ələkbər 

Sabir, Abbas Səhhət,  Əlipaşa Səbur, Abdulla Sur, Sənətulla 

Eynullayev, Əli Səbri və başqa şəkildə oxumaq və izah etmək də 

mümkündür. Buna bənzər başqa misallar da göstərmək olar. 

Məsələn: “

” hərfləri ilə yazılmış imza sahiblərini,  Əliağa 

Həsənov, Əli Hüseynzadə, Əbdürrəhimbəy Haqverdiyev, Ələkbər 

Heydərli, Üzeryir Hacıbəyov,  Əliheydər Qarayev, Əliheydər 

Orucov kimi göstərmək mümkündür. Yaxud, “

” hərfləri ilə 

imzalanmış yazıları –Abdulla Şaiq, Əli Razi Şəmçizadə, Əziz Şərif, 

Əli  Şövqi, Abdulla Şövqi, Abbasov Şəmsəddin, Abbas Mirzə 

Şərifzadəyə istinad etmək olar. 

Ərəb əlifbası ilə bağlı olan daha bir maneə vardır. O da bir 

çoxlarının öz adları, atalarının adı, familiyaları, ya da şəhərlərinin 

adlarının baş  hərflərini alıb birləşdirmələri, bunlardan bəzən 

 



mənalı, bəzən mənasız bir kəlmə  də uyduraraq imza kimi 



onlardan istifadə etməlidir. Misal üçün: 

Məsa – Məmməd Səid Ordubadi 

 

Səma – Sultan Məcid Əfəndiyev 



 

Sam – Səttar oğlu Mürşüd 

 

Bəka – Baxşəli Kazım oğlu Axundov 



 

Əka – Əbdül Kərim İmamzadə 

 

Məəs – Məmmədəli Sidqi 



 

Bati – Böyük Ağa Talıblı 

 

Həya – Hüseyn Yusif oğlu İsmayılov 



 

Əya – Əli Yazıdjı 

 

Rəşt – Rza Şahvələd Tiflisli 



 

Üfüq – Əhməd Fəxri Qəmərlinski 

 

Emerli – Mikayıl Rəfili (Em – Mikayıl, 



er – Rəfi, li –li) 

 

Həq – Hacıİbrahim Qasımov 



 

Süni surətdə yaradılmış bu “kilidləmələrin” hamısını aç-

maq, onları düzgün və dəqiq təyin etmək, əlbəttə, məsul və çə-

tin bir işdir. Lakin məlum imzalar haqqında yazılmış və deyilmiş 

fikirləri bir yerə toplamaq, yazılı  sənəd və canlı  şahidlərin xati-

rələrini nəzərə almaq yolu ilə onların müəyyən miqdarının kimə 

aid olduğunu göstərmək mümkündür. Kitabın sonunda verilən 

əlavələr göstərir ki, keçmiş dövri mətbuatı diqqətlə  tədqiq et-

mək nəticəsində bir çox imzaların sahibini müəyyən etmək olur. 

 Hər  şeydən  əvvəl bu və ya digər imzanı bir şəxsin adına 

bağlmaq üçün müəllifin nə vaxt, haradan, nədən, hansı janrda 

yazdığını, üslub, dil və savad səviyyəsini nəzərə almaq lazım 

gəlir. Misal üçün, “C.C.” imzası ilə Cabbar Ciqayev, Camobəy 

Cəbrayılbəyli, Cəfər Cabbarlı, Cabbar Cabbarov, Cəfər Cəfərov və 

başqaları yazmışlar. Lakin bunların hər birinin öz dövrü, öz 

üslubu və sahəsi olduğu kimi, digər xüsisiyyətləri də vardır ki, bu 

və ya digər müəllifi başqasından ayırmağa kömək edir. 


 

9

Bu və ya digər imzanın bir şəxsə aid olduğunu söyləmək 



üçün imza sahibinin ədəbi fəaliyyətini ardıcıl  şəkildə  tədqiq 

etmək və onu izləmək lazım gəlir. Misal üçün, Üzeyir Hacıbəyov 

uzun müddət mətbuatda çalışmış və müxtəlif imzalardan istifadə 

etmişdir. O, müxtəlif zamanlarda, ayrı-ayrı  qəzet və jurnallarda 

“Kəs”, “Filankəs”, “Behmankəs”, “Mizrab”, “Musiqiçi”, “Hamamçı”, 

“Çı” və digər imzaları  işlətmişdir. Ü.Hacıbəyov “Həyat”, “İrşad”, 

“Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Sovqat”, “Yeni İqbal”, “Azərbay-

can”, “Məktəb”, “Kommunist” kimi qəzet və jurnallarda çalışdığı 

zaman yazıların altında bu imzaları qoymuş, həmin mətbuat 

orqanlarından getdikdə isə, necə deyərlər, imzalarını da özü ilə 

aparmışdır. 

Ü. Hacıbəyovun gizli imza seçməkdə özünəməxsus üsulu 

vardı. O, gizli imzalar üçün eyni məna verən müxtəlif sözlər-

sinonimlər seçirdi. Məsələn: “Filankəs”, “Kəs”, “Behmankəs”, 

“Bikəs”, “Bir nəfər”, “Bir şəxs”, “Bir müəllim”, “Bir adam”, “Bir”, 

“İki”, “Üç”, “Dörd”, “Beş”. O, məqalə və felyetonlarına başlıq seç-

məkdə də eyni üsuldan istifadə etmişdir. Məsələn, “Ordan-bur-

dan”,“Oyan-buyan”, “Oyandan-buyandan”, “Dərədən-təpədən” 

və s. 

Aydındır ki, göstərilən başlıqlar və imzalar, xüsusən yazıla-



rın dil və üslub xüsusiyyətləri Üzeyir Hacıbəyovun gizli imzalarını 

müəyyənləşdirməyə kömək etmişdir. 

Bəzi gizli imzaların sahibləri ilə biz yaxın dost və tanış ol-

muşuq. Onların mətbuat səhifələrində istifadə etdikləri gizli im-

zalar hələ o zaman bizə  məlum idi. Məsələn, inqilabdan əvvəl 

qəzet və jurnallarda müxtəlif gizli imzalarla iştirak edən Məm-

mədəli Səfərov (Sidqi) 1911-ci ildə Aşqabadda müəllimlik edirdi. 

O zaman biz də orada yaşayırdıq. Bu vaxt Bakıda çıxan “Yeni 

İrşad” və “İqbal” qəzetlərində Aşqabad həyatına dair “Rizə” im-

zası ilə məqalələr çıxardı. Bu imzanın M.Səfərova məxsus olması-

nı biz onun özündən eşitmişdik. Buna oxşar başqa misallar da 

çoxdur. 


 

10 


Gizli imzaların müəyyənləşdirilməsinə bəzi digər əlamətlər 

də kömək etmişdir. Məsələn, M. Səfərovun məqalələrinin birində 

“...bundan sonra “Əfi” imzası ilə yazacağam” ifadəsi vardır. Bun-

dan bir az sonra mətbuatda “Əfi” imzası görünməyə başlayır. 

Aydındır ki, “Əfi”nin sahibi M. Səfərovdur. 

Gizli imzaların açılmasında arxivlərdə saxlanılan məktublar-

dan və materiallardan da istifadə olunmuşdur. Məsələn, Məm-

mədəli Sidqinin arxivindəki məktubların içərisində Ordubaddan 

bir məktub vardır. Həmin məktubda deyilir ki, “... Sənin “Zadə” 

imzalı məqalələrini oxudum”. Buradan məlum oldu ki, mətbuat-

da rast gəldiyimiz “Zadə” imzası M. Səfərovun gizli imzalarından 

biridir. 

Başqa bir misal. Yazıçı Yusif Vəzir Çəmənzəminli mətbuat-

da nəşr olunmuş bütün məqalələrini kəsib səliqə ilə böyük bir 

alboma yapışdırıb saxlamışdır. Yazıçının arxivində saxlanan bu 

albomdakı  məqalələrin içərisində “Sərsəm” imzalı  məqalələr də 

vardır. Buna əsaslanaraq belə bir fikirə  gəlmişik ki, “Sədayi-

həqq” və “İqbal” qəzetlərində “Sərsəm” imzası ilə çıxan məqalə-

lərin müəllifi Yusif Vəzirdir. 

Gizli imzaların müəlliflərini müəyyənləşdirərkən bir sıra çə-

tinliklər meydan çıxdı. Onlardan biri budur ki, bir gizli imzadan 

bəzən bir neçə müəllif istifadə etmişdir. Məsələn, “Hərdəmxəyal”, 

əsasən, Məmməd Səid Ordubadinin satirik jurnallarda işlətdiyi 

gizli imzadır. Lakin Məmməd Səid Ordubadinin Culfada yaşadığı 

illərdə “Molla Nəsrəddin” jurnalında Bakı,Vladiqafqaz, Həştərxan, 

Aşqabad şəhərlərindən və başqa yerlərdən gələn yazıların altın-

da da biz bəzən “Hərdəmxəyal” imzasına rast gəlirik. Görünür, 

Əli Nəzminin dediyi kimi, “Hərdəmxəyal” imzasından başqa 

mollanəsrəddinçilər də istifadə etmişlər. Odur ki, “Hərdəmxəyal” 

imzasını Ordubadidən başqa daha kimlərin işlətdiyini müəyyən-

ləşdirmək çətindir. 

Bu, tək “Hərdəmxəyal” imzasına yox, bir çox başqa gizli 

imzalara da aiddir. Məsələn, inqilabdan əvvəl “Molla Nəsrəddin” 


 

11

və başqa satirik jurnallarda çıxan mənzum və mənsur felyeton-



ların altında “Qoşunəli”, “Mirzə Qoşunəli” imzalarına rast gəlirik. 

Bu imzaların kimə məxsus olması haqqında bir-birinə zidd fikir-

lər vardır.Yazıçı Ə. Haqverdiyevin “Molla Nəsrəddin” jurnalı haq-

qındakı xatirəsində deyilir ki, bu imza şuşalı şair Yusif Kənanındır. 

Lakin yazıçının bacısı oğlu, coğrafiya elmləri namizədi, mərhum 

Hüsü Mamayev başqa fikirdə idi. Bizimlə söhbətlərin birində o 

demişdir: 

“Qarabağın maarifpərvər ziyalılarından Həsənəli bəy Sarı-

calinski həmişə “Bəxtsiz cavan” faciəsinin tamaşasında Mirzə Qo-

şunəli rolunda çıxış edərdi. Buna görə o, bu adı özünə təxəllüs 

götürüb satirik mətbuatda həmin imza ilə iştirak etmişdir” . 

Şuşanın qocaman müəllimlərindən Həsən İxfa Əlizadə bizə 

göndərdiyi məktubunda iddia edir ki, bu gizli imza onundur. Hə-

min imzanın şəkili şair Üryana aid olduğunu da deyənlər vardır. 

Kitabda bir mənbə kimi göstərilən “Azərbaycan” adında bir 

neçə mətbu orqanı olmuşdur. “Azərbaycan” 1906-1907-ci illərdə 

Təbrizdə nəşr olunan satirik jurnal, 1918-ci ilin yanvar-mart ay-

larında İran Azərbaycanı demokratlarının Bakıda həftəlik qəzeti, 

1918-ci ilin axırlarından 1920-ci il aprelədək Bakıda müsavatın 

orqanı gündəlik qəzet, 1941-ci ildən başlayaraq Təbrizdə  nəşr 

edilən gündəlik qəzet, 1945-1946-cı illərdə  nəşr edilmiş aylıq, 

ədəbi, ictimai, siyası jurnal və nəhayət, Bakıda Azərbaycan Sovet  

Yazıçıları  İttifaqının aylıq jurnalı. Odur ki, imzaların qarşısındakı 

“Azərbaycan”ın hansı “Azərbaycan” olduğunu bilmək üçün onla-

rın burada göstərilən nəşr tarixləri nəzərə alınmalıdır. 

Kitabda inqilabdan qabaqkı  mətbuat səhiflərində  iştirak 

etmiş bir sıra mürtəce ideyalı müəlliflərin hansı imzalar altında 

gizləndikləri də açılıb göstərilmişdir. Bundan məqsəd məzmunca 

zahirdə müsbət nəzərə çarpan bəzi yazıların müəlliflərinin kim 

olduğunu gənc, tədqiqatçı alimlərə,  ədəbi irsimizin öyrənilməsi 

ilə məşğul olanlara tanıtmaq, onların yazılarından istifadə edər-

kən diqqətli olmağı xatırlatmaqdır. 

 

12 


Kitabın müqqədiməsində biz bir şeyi də qeyd etməyi 

özümüzə borc bilirik. O da budur ki, gizli imzaları toplamaqda ilk 

təşəbbüs mərhum ədəbiyyat həvəskarı Novruz Ağayevə məxsus-

dur. Azərbaycan SSR EA Nizami adına  Ədəbiyyat  İnstitutunun 

arxivində N. Ağayevin “Gizli imzalar” adlı  əlyazması vardır ki, 

burada 300-ə qədər gizli imzanın müəllifi göstərilmişdir. Həmin 

əlyazmasının giriş sözündə deyilir. 

“... Hər imzanı həfriyyat altından çıxarılmış kimi bir yadigar 

olaraq çıxarıb, silib, təmizləyib xalqımıza və ədəbiyyatımıza təqdim 

etdim... Bu yolda mənə kömək edənlərin birisi Cəlil Məmmədqulu-

zadənin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə, ikincisi 

Məmməd Səid Ordubadi, üçüncüsü Məmmədəli Sidqi, dördün-

cüsü Əli Nəzmi olmuşdur”. 

Novruz əminin müəlliflərini müəyyənləşdirdiyi gizli imzala-

rın içərisində bəzi yanlışlıqlara rast gəlsək də, onun bu qiymətli 

əlyazmasından faydalandığımızı bildirib mərhumun xatirəsini 

hörmət və minnətdarlıqla yad edirik. 

Gizli imzaların müəlliflərinin müəyyənləşdirilməsində bir 

neçə vasitədən istifadə etmişik. Bunlardan birincisi və  şübhəsiz 

ki, ən etibarlısı mətbuatdır. Bir çox gizli imzaların müəllifləri bu 

və digər münasibətlə vaxtilə mətbuat səhifələrində göstərilmiş-

dir. Mətbuatda müəllifləri göstərilən gizli imzalara dair yazılar 

kitabın sonunda verilmişdir. 

Kitabı nəşrə hazırlarkən faydalandığım vasitələrdən biri də 

uzun illər boyu ünsiyyət bağladığım canlı insanlardır. Məmməd 

Səid Ordubadi, Əli Nəzmi, Məmmədəli Sidqi, Salman Mümtaz, 

Məmmədəli Mənafzadə Sabit, Əliəbbas Müznüb, Cəfər Cabbarlı, 

Süleyman Məlikov, Balaqədəş  Səttaroğlu və başqaları ilə yaxın 

tanışlığım da həmin imzaları toplamaqda mənə kömək etmişdir. 

Onlarla ünsiyyətim zamanı müəlliflərini öyrəndiyim gizli imzaları 

qeydə alardım. Məsələn, 1917-ci ildə inqilabdan əvvəlki Azər-

baycan mətbuatının veteranlarından biri – Əliəbbas Müznib ilə 

Aşqabad  şəhərində ilk dəfə tanış olduğum zaman “Tuti” və 


 

13

“Babayi-Əmir” jurnallarındakı gizli imzaların müəlliflərini ondan 



soruşub “Tuti” jurnalının səhifələrinin kənarlarında qeyd etmiş-

dim. Jurnalın həmin komplekti Respublika Əlyazmaları fondunda 

saxlanılır. 

Gizli imzaların müəlliflərini müəyyənləşdirərkən, əsaslandı-

ğımız etibarlı mənbələrdən biri də şəxsi arxivlər olmuşdur. 

Bir sıra gizli imzaların müəlliflərinin müəyyənləşdirilməsin-

də alimlərimizdən Əziz Şərif, Əziz Mirəhmədov və Abbas Zama-

nov öz tədqiqatları və məsləhətləri ilə bizə böyük kömək etmiş-

lər. Fürsətdən istifadə edib onlara təşəkkürümüzü bildiririk. 

Oxuculara təqdim edilən bu kitab gizli imzalara dair ilk tə-

şəbbüsdür. Burada dörd minə yaxın gizli imzanın müəllifi gös-

tərilmişdir. Ola bilər ki, yuxarıda göstərilən çətinliklər üzündən 

bunların bəziləri tam dəqiqləşdirilməmiş, bir çox gizli imzalar ki-

taba daxil edilməmişdir. Buna görə də müəllif kitabın qüsurlarını, 

habelə  hələ müəyyənləşdirilməmiş gizli imza müəlliflərini gələ-

cəkdə bizə bildirəcək oxuculara əvvəlcədən öz dərin minnətdar-

lığını bildirir. 

Q. Məmmədli 

 

14 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə