Epizootologiyası: Bütün zonalarda yayılmışdır.Dağətəyində, aranda yoluxma nisbətən çox olur.Heyvanlar telyzioza yaz və yay aylarında tutulurlar.Aranda yük-sək yoluxma avqustda, dağətəyində isə sentyabr,oktyabrda müşahidə edilir.
Diaqnoz:Kliniki əlamətlərə və gözü 3%-li bor turşusu ilə yuyub, yuyuntuda mikroskopla sürfələrin tapılmasına əsasən qoyulur.
Müalicə:Xəstə atların göz ətrafına və gözünə 3% ixtiol emulsiyası sürtmək və ya 2-3%-li bor turşusu, yodun suda məhlulu ilə 2 dəfə ymaq lazımdır.İltihaba uğramış gözü və onun ətraf nahiyyəsini vaxtaşırı 3%-li bor turşusu ilə hopdurulmuş tamponla silmək lazımdır.İrinli konynktivit, keratit olduqda penisillin, sulfanilamid preparatları ilə simptomatik müalicə aparılmalıdır.
Profilaktikası: At otarılan və saxlanılan yerlərdə milçəkərlə mübarizə işini təşkil etmək, hər il xəstəlik baş verən, təsərrüfatlarda atları profilaktiki olaraq. Yuxarıda göstərilən preparatların biri ilə iki dəfə dərmanlma milçəklər uçmayan dövrdə (pa-yızın sonu), ikincisi isə xəstəliyin kliniki dövrdə (yaz-yay aylarında) aparılmalıdır.