I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   16   17   18   19   20   21   22   23   24
H-seynzad-Ceyhun

 


76 
Nəticə
Dissertasiya işini yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək olar: 
1.Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, əmək potensialı şəxsi və 
insan amilinin təzahür forması kimi inkişafın müəyyən mərhələsində cəmiyyətin 
malik olduğu əmək ölçüsünün maksimum imkanı və məcmu əmək qabiliyyəti 
başa düşülür. Əmək potensialı sosial – iqtisadi, intellektual, idarəetmə - təşkilatı 
və psixofizioloji imkanların cəminin kompleks şəkildə nəzərdən kecirməyə, eyni 
zamanda əmək potensialının kəmiyyət və keyfiyyət göstəriciləri sistemini 
müəyyənləşdirməyə imkan yaradır. Belə münasibət əmək potensialının 
mahiyyətini, insan amilinin hərəkətinin baş verdiyi bütün mərhələ və şəraitdə, 
yəni əmək ehtiyatlarının formalaşmasından başlayaraq əmək potensialının tam 
reallaşmasına qədər, sosial – iqtisadi münasibətləri əks etdirən anlayış kimi 
xarakterizə etməyə imkan verir. 
2. Əmək potensialının və insan potensialının formalaşmasında və 
inkişafında həm iş qüvvəsinin daşıyıcısı olan insanlar, həm işəgötürənlər, həm 
də dövlətin özü maraqlı olmalıdır. Əmək və insan potensialının 
formalaşmasında, inkişafında və istifadə olunmasında meydan çıxa biləcək 
problemləri ayrı-ayrılıqda heç bir tərəf təkbaşına həll etmək iqtidarında deyildir. 
Bütövlükdə bu istiqamətdə meydan çıxan problemlərin həllində əsas vəzifə 
dövlətin üzərinə düşür. Ölkə iqtisadiyyatının dayanıqlı və sürətli inkişafı, 
insanların həyat səviyyəsinin yüksəlməsi və firavan yaşamaları üçün dövlət bu 
məsəlyə həmişə diqqət yetirməlidir.
3. Yüksək, hərtərəfli və mükəmməl təhsil və bilik verə bilən, həmçinin hər 
kəs üçün əlçatan olan peşə - ixtisas hazırlığı və ali təhsil sistemi yaradılmalıdır. 
Həmçinin yüksək biliklərin verilməsində maraqlı olan təhsil sistemi 
əməkdaşların və belə biliklərin alınmasında maraqlı olan tələbə kontengentinin 
formalaşdırılması zəruridir. 
4. Kadr hazırlanması ilə məşğul olan və təhsil sisteminə daxil olan bütün 
strukturların maddi – texniki bazası əsaslı şəkildə yeniləşdirilməlidir. Təhsilin, 
elmin, elmi – tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu 


77 
sahələrə dövlət dəstəyini, maliyyə vasitələrini axtarmaq vacibdir. İnsanların öz 
əmək potensialından səmərəli istifadə etmələri üçün yeni, müvafiq iş yerləri 
yaradılmalıdır və yeni iş yerləri yaradan sahibkarlıq strukturlarına dövlət 
tərəfindən hüquqi, maliyyə yardımları göstərilməlidir 
5. Əmək potensialı təhsilli, peşə - ixtisasa yiyələnmiş ictimai istehsalın bu 
və ya digər sahələrində istifadə edilən, əmək məhsuldarlığının və istehsalın 
səmərəliliyinin artmasına tədir edən, konkret fərdin əmək haqqının 
yüksəlməsinə səbəb olan insanların malik olduğu bilik, vərdiş, istedad, 
qabiliyyət, sağlamlıq, motivləşdirmə və s. Ehtiyatların cəmini özündə əks etdirir. 
Odur ki, əmək potensialının reallaşdırılmasında daxili və xarici mühit 
amillərinin də əhəmiyyəti şübhə doğurmur. 
Əmək potensialının reallaşdırılmasında münbüt şəraitin yaradılması çox 
vacib məsələlərdən biridir. Əmək potensialının formalaşmasında ilk növbədə 
insanın özü və ailəsi, daha sonra çalışdığı müəssisə və ya təşkilat, nəhayyət 
yaşadığı region və ya ölkə maraqlı olmalıdır. Deməli əmək potensialının 
formalaşdırılması üçün insana mikro, mezo və makro səviyyədə investisiyalar 
yönəldilməlidir. 
6. Dövlətin Məşğulluq siyasəti əmək potensialından tam istifadəyə və 
əmək qabiliyyətli əhalinin işgüzar fəallığına şəraitin yaradılması istiqamətinə 
yönəldilməlidir. Bu işlər əhalinin kütləvi işsizliyinin və yoxsullaşmasının 
qarşısının alınmasında, sağlam rəqabət mühitində hər bir işçinin məhsuldar 
davranışının stimullaşdırılmasında müstəsna rol oynaya bilər. 
7. Hər bir ölkədə təhsil səviyyəsinin yüksəlməsi nəticəsində formalaşan 
bacarıqlı, istedadlı savadlı və geniş dünya görüşlü kadrların köməyi ilə digər 
ölkələrdə yeni yaradılan texnika və texnologiyaların, elmin yeni nəaliyyətlərinin 
qısa bir zamanda ölkəmizə gətirə və istifadə edə bilərlər. Əks halda bu proseslər 
ya gecikir, ya da xarici ölkələrdən mütəxəssislərin cəlb edilməsi hesabına həyata 
keçirilməlidir. Bu isə bütövlükdə ölkə iqtisadiyyatı üçün daha az səmərəli 
olacaqdır. 


78 
8. Təhsil sosial sahələrinin ən vacib ünsürüdür və onun inkişafı bilavasitə 
əmək potensialının və insan potensialının yüksəlməsinə, iqtisadiyyatın digər 
sferalarına təsir göstərərək uzunmüddətli dövrə çox vacib hədəflərin həyata 
keçirilməsinə gətirib çıxaracaqdır. Bu istiqamətlərdə geniş və məqsədyönlü 
dövlət lahiyələrinin və proqramlarının reallaşmasına yönəldilən maliyyə 
vəsaitlərinin artırılması ölkəmizdə eımin və təhsilin inkişafına əvəzsiz töhfələr 
verəcəkdir və nəticədə Azərbaycan təhsilinin Qərb ölkələrinin təhsil standartları 
səviyyəsinə gətirib cıxara biləcəkdir. 
9. Azərbaycan Respublikasında əmək potensialının artırılmasında və 
inkişafında fasiləsizliyin təmin edilməsi orta təhsilin, peşə təhsilinin, ixtisaslı 
kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, “elm – təhsil- 
istehsal” zəncirinin təkmilləşdirilməsi istiqamətində məqsədli proqramların 
hazırlanması və həyata keçirilməsi daima davam etdirilməlidir. Yüksək 
keyfiyyətli insan potensialının formalaşdırılması daha çox maddi və mənəvi 
fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan yaradan əsas 
məsələlərdəndir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin