I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


Cədvəl 7  2010-2015 – ci illərdə dövlət büdcəsindən təhsilə və elmə çəkilən xərclər



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
H-seynzad-Ceyhun

Cədvəl 7 
2010-2015 – ci illərdə dövlət büdcəsindən təhsilə və elmə çəkilən xərclər. 
İllər 
2010 
2011 
2012 
2013 
2014 
2015 
a) Təhsilə çəkilən 
xərclər, milyon manat 
1.180,8 
1268,5 
1453,2 
1437,7 1553,9 1605,1 
ÜDM – nisbətən 
faizlə 
2,8 
2,4 
2,7 
2,6 
2,6 
3,0 
Dövlət büdcəsinin 
xərclərinə 
nisbətən, 
faizlə 
10,0 
8,2 
8,3 
7,5 
8,3 
9,0 
b) Elmə cəkilən 
xərclər, milyon manat 
92,8 
106,1 
116,7 
117,0 
124,2 
113,2 
ÜDM 
nisbətən, 
faizlə 
0,2 
0,2 
0,2 
0,2 
0,2 
0,2 
Dövlət büdcəsinin 
xərclərinə 
nisbətən 
faizlə1. 
0,8 
0,7 
0,7 
0,6 
0,7 
0,6 
Cədvəldən göründüyü kimi 2010- cu ildə Dövlət Büdcəsindən təhsilə 
cəkilən xərclər 1 mliyard 180, 8 milyon manat təşkil etnişdir. Bu dövlət büdcəsi 
xərclərinin 10,0 faizini Ümumi Daxili Məhsulun isə 2,8%- ni təşkil etmişdir. Bu 
göstəricilər müvafiq olaraq 2011- ci ildə 1 milyard 268,5 milyon manat, 8,2 faiz 
və 2,4%, 2012- ci ildə bir qədər yüksələrək 1 milyard 453,2 milyon manat 8,3% 


45 
və 2,7%, 2013 – cü ildə 1 milyard 437,7 milyon manat, 7,5% və 2,6%, 2014- cü 
ildə isə 1 milyard 553,9 milyon manat, 8,3% və 2,6% təşkil etmişdir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 29 dekabr 2012- 
ci il tarixində “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası sənədini 
təsdiq etmişdir. Bu strateji sənəd 2020- ci ilədək ölkənin bütünsahələrinin 
məqsədyönlü inkişafını təmin etmək üçün sahələr üzrə dövlət proqramlarının 
qəbul edilməsi və bu proqramların büdcə vəsaitləri hesabına həyata 
keçirilməsini təmin etməkdən ibarətdir. Bu Konsepsiyanın 7.2 – ci bəndi 
“Müasir təhsil sisteminin formalaşdırılması” adlanır. Burada hökümətin ölkədə 
təhsil sektorunun çox istiqamətli inkişafı məqsədilə həyata keçirəcəyi fəaliyyəti 
öz əksini tapmışdır. Təhsilin bütün istiqamətlərini əhatə edən hədəflər 26 başlıq 
altında cəmlənmişdir. (1 səh.25-28) Bunlardan bir neçəsini xüsusilə qeyd etmək 
olar. 
- 2013-2020 – ci illərdə təhsil sahəsinə ayrılan vəsaitin ümumi həcminin 
ÜDM – dəki payı ilbəil artırılaraq inkişaf etmiş, ölkələrin müvafiq göstərici 
səviyyəsinə çatdırılacaqdır; 
- Təhsildə keyfiyyətin yüjksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər
yaradılacaq 
xüsusən 
adambaşına 
maliyyələşdirmənin 
tətbiqi 
genişləndiriləcəkdir. 
- On iki illik təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil 
proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcəkdir. 
- Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş 
məktəbi”ndən “təfəkkür və düşüncə məktəbin” nə kecidin təmin olunması 
məqsədi ilə sistemli tədbirlər görüləcəkdir; 
- Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdiriləcək peşə 
təhsilinə cəlb olunan vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbi 
ilə uzlaşdırılacaqdır; 
- Bölgələrin inkişafı və müəxəssislərə tələbatı nəzərə alınaraq ilk peşə, orta 
ixtisas və ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan təhsil kompleksinin 
tikilməsinə başlanılacaqdır. 


46 
- Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri və müvafiq 
texnoparklar qurulacaqdır. 
- Azərbaycan təhsilinin dünya və Avropa təhsil mənasının inteqrasiyası 
genişləndiriləcəkdir; Baloniya prosesi çərçivəsində Azərbaycanın təhsil 
ocaqlarının beynəlxalq proqramlara fəal cəlb olunması üçün müvafiq şəraitin 
yaradılmasına xüsusi fikir veriləcəkdir; 
- Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan 
Azərbaycanlı tələbələrin sayı artırılacaq və xaricdə təhsil alaraq məzun olmuş 
mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə olunması 
təmin ediləcəkdir və s. 
Qeyd olunanlar onu göstərir ki, təhsil sosial sahələrinin ən vacib ünsürüdür 
və onun inkişafı bilavasitə insan potensialının yüksəlməsinə, iqtisadiyyatın digər 
sahələrinə təsir göstərərək uzun dövrə çox vacib hədəflərin həyata keçirilməsinə 
gətirib çıxaracaqdır. Geniş və məqsədyönlü dövlət lahiyələrinin və 
proqramlarının maliyyələşməsinə yönəldilən vəsaitlər, Respublikamızda elmin 
və təhsilin inkişafına əvəzsiz töhfələr verəcək və nəticədə Azərbaycan təhsilinin 
Qərb ölkələrinin standartları səviyyəsinə yüksələ biləcəkdir. 
2015- ci ildə Dövlət Büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi 1 mliyard 
605,1 milyon manat olmuşdur. Bu 2010- cı ilə nisbətən 424,3 milyon manat, 
başqa sözlə 3,6% çoxdur. Qeyd etmək lazımdır ki, 2015 – ci ildə təhsilə cəkilən 
xərclər dövlət büdcəsi xərclərinin 9,0 faizini, ÜDM – in isə 2015 – ci ildə təhsil 
xərclər 3,3 faiz (və ya 51,2 milyon manat) artmışdır. Müvafiq olaraq 2015- vi 
ildə təhsil xərclərinin ÜDM – də xüsusi cəkisi 2014- - cü ilə nisbətən 0,4%, 
dövlət büdcəsi xərclərinə nisbətən isə 0,7% yüksəlmişdir. 
İnsan kapitalı nəzəriyyəsində önəmli yerlərdən birini də təhsil tutur. 
Təhsilli adamın cəmiyyətdə uğur qazanmaq imkanları təhsilsiz adama nisbətən 
xeyli çoxdur. Dünyada təhsil və məşğulluq məsələləri barədə müəyyən faktlara
diqqət yetirək. Dünyada son vaxtlar ümumi savadlılıq nəzərəçarpacaq dərəcədə 
artır. Bütövlükdə cavanlar arasında savadlılıq 89% təşkil edir, bu göstərici 1990- 
cı ildə 83% idi. Qadınlar və kişilər arasında savadlılığın artım sürəti arasındakı 


47 
fərq azalır. Dünyada savadsız əhalinin 60% - i qadınların payına düşür. Bu 
göstəriciyə görə geridə qalmış ölkə Əfqanıstandır. Burada qadınların 
savadsızlığı 87% təşkil edir. Təhsilin ÜDM – də payı Lesoto və Kubada 13% 
təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ – da 
bu rəqəm 5,4% təşkil edir. Qeyd edək ki, 2012 – ci ildə dünya üzrə orta göstərici 
91% idi. Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta 
təhsil müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu 
göstəricinin müddəti 11,7 il təşkil edir. 
İstənilən bir sahənin inkişafı üçün birbaşa investisiyaların həlledici 
əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Respublikasının 2014-cü il dövlət 
büdcəsinin icrasına dair hesabatda təhsil xərclərinin istiqamətlər üzrə bölgüsü 
xüsusi əhəmiyyət daşıyır. 2014-cü ildə cari xərclər hesabına təhsil xərclərinə 
1.553.9 mln. Manat vəsait yönəldilmişdir ki, bu da 2013 – cü il ilə müqayisədə 
116,1 mln.manat və yaxud 8.1% çoxdur. Dövlət büdcəsinin xərclərində təhsil 
xərclərinin xüsusi çəkisi 8.3% təşkil etmişdir ki, bu da 2013-cü il ilə müqayisədə 
0.8 faiz çoxdur. 
Təhsil xərclərində ən böyük pay natamam və orta təhsil aiddir. Burada
məsrəflər bütün xərclərin 52,9-ni təşkil edir . İkinci istiqamət 19,8% təşkil edir 
və təhsil sahəsində tətbiqi tədqiqatlara və xidmətlərə yönəldilib. Həcminə görə 3 
– cü istiqamət ali təhsildir ki, bura da vəsaitlərin 10.3% - i yönəldilib. 
Məktəbəqədər və ibtidai təhsilə vəsaitlərin 10.2% yönəldilib texniki peşə 
məktəbləri və leseylərə vəsaitlərin 4.3% - i yönəldilib. İnternat və xüsusi 
məktəblərdə vəsaitin 2.5% - i ayrılıb. Ayrılmış vəsaitlər tam həcmdə müvafiq 
məqsədlər üçün xərclənib. 
Təhsilin kəmiyyət göstəricilərini təmin edən məqamlarla yanaşı təhsilin 
keyfiyyətinə də xüsusi diqqət verilməlidir. Bu mənada təhsilə çəkilən xərclərin 
böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin 
inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi 
diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və 
səmərəli tədbirlər planı hazırlanmalıdır.


48 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin