Humanitar fənlər


XV əsrdə Azərbaycanın sosial - iqtisadi həyatı və mədəniyyət



Yüklə 84,46 Kb.
səhifə2/3
tarix18.04.2023
ölçüsü84,46 Kb.
#100076
növüMühazirə
1   2   3
UNEC 1680803792.docx

XV əsrdə Azərbaycanın sosial - iqtisadi həyatı və mədəniyyət. XV əsrdə Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri müsəlman Şərqinin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları-Baharlı və Bayandur tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları padşah titulu daşıyırdılar.Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları səviyyəsində olduğunu bildirmək üçün sultan titulunu qəbul etmişdi. Şirvanşahlar dövlətinin başçıları özlərini şah adlandırırdılar.Ordunun baş komandanı əmir-əl-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra 2-ci şəxs sayılır.Sonrakı yerdə sədr-əzəm dayanır və mövlana (ağa)ləqəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsələrə və dini müəssisələrə başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxırdı, şahın möhürdarı, sahibi-divan idi. Ağqoyunlu və Qaraqoyunlu dövlətində hərbi-təşkilati işlər köçmə adəti (qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu) ilə bağlı idi. Bu dövlətlərin imtiyazlı qvardiya dəstələrindən əlavə, 100 min, Şirvanşahlar dövlətinin isə 60 minə qədər qoşunu vardı. Dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi.
Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi, əhalidən can vergisi alınırdı. XV əsrin 30-80-ci illərində Cahanşahın, Uzun Həsənin, Sultan Yaqubun hakimiyyəti dövründə şəhər həyatı xeyli canlandı.Uzun Həsənin islahatı şəhərlərin yüksəlişi üçün rəsmi tədbir idi. Başlıca limana çevrilən Bakı şəhəri Moskva knyazlığı və Mərkəzi Asiya ilə ticarət əlaqələrində əsas rol oynayırdı. Burada neft hasil olurdu, sikkəxana da var idi.Venesiya diplomatı A.Kontarini deyirdi ki, Şamaxı məhsulların çoxluğuna görə Təbrizdən üstün olmuşdu. Təbriz, Gəncə, Ərdəbilvə Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Gəncədə ipəkqurdu yetişdirilirdi və ipək hazırlanırdı. Şirvanın ipək parçaları dünya da tanınırdı. Təbriz və Şirvan xalçaları, Təbriz dulusçuluq, ustaların yaratdıqları göy, mavi, ağ və firuzəvi rəngli tikinti materialları bir çox ölkələrdə istifadə olunurdu. Misgərlik və dəmirçilik peşələri inkişaf etmişdi. Mis qablar əhalinin məişətində əsas yer tuturdu.Hətta, Uzun Həsənin sarayında qab-qacaq misdən idi. Azərbaycan-Rusiya ticarət əlaqələrində Həştərxan mühüm rol oynayırdı. Avropa ilə Asiyanı əlaqələndirən mühüm beynəlxalq karvan yolları Azərbaycandan keçirdi.
Xalq hərəkatı. 1484-cü ilin yazında, Maku şəhərinin cənub şərqindəki Sofi kəndində Qaraqoyunlu Topal Əhmədin başçılıq etdiyi kəndli çıxışları oldu. Ağqoyunlu Yaqub padşah 1484-cü ilinaprelində Qarabulaq kəndi yaxınlığında üsyançıları məğlub etdi, Topal Əhməd öldürüldü.
XV əsrdən etibarən ana dilində şerə daha çox maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq şüaları saçan”) təxəllüsü ilə tanınan Şah Qasım Ənvar tanınmış şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin “Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun”u, Nizami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melodiyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri Əbdül Müsavar və b. məşhur idi. XV əsrdə Bakıda ucaldılan Şirvanşahlar sarayı kompleksinin binalarından biri divanxanadır. Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi və s. diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu Cahanşahın əmri ilə1465-ci ildə Təbrizdə “Göy məscid” tikilmiş, onun divarları və üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük bir saray kompleksi tikdirmişdi.



Yüklə 84,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin