Humanitar fənlər



Yüklə 233,5 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü233,5 Kb.
#50899
  1   2   3
UNEC 1640713822


Azərbaycan Dövlət İqtisad Universiteti

Humanitar fənlər” kafedrasının



baş müəllimi s.e.ü.f.d.Həmidova Leyli Ə.

Leyli.Hemidova@mail.ru
Fənn: Azərbaycan tarixi

Mövzu : Azərbaycan SSR Sovetlər Birliyinin tərkibində (1920-1991)

Plan:

1.Azərbaycanın Rusiya tərəfindən işğalı

2. Azərbaycan 1920-1930-cu illərdə

3. Azərbaycan İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə.

4.1970-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər
Mövzuda Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərkibinə daxil olması, Azərbaycanda yeni idarəçilik mexanizmlərinin qurulması, Yeni iqtisasi siyasət və bir sıra təsərrüfat yeniliklərinin yaradılması məsələlərinə, həmçinin işğal dövründə Azərbaycanın milli dəyərlərinin, soykökünün, mədəniyyətinin yox edilməsi istiqamətində Rusiyanın həyata keçirdiyi tədbirlər və bütövlükdə sosialist rejiminin Azərbaycanda tətbiqinə geniş yer verilir. Həmçinin İkinci Dünya müharibəsinin başlanması və Azərbaycanın SSRİ tərkibində dünya müharibəsində iştirakı ,1950- 1980 - ci illər arasında Azərbaycanın iqtisadi və siyasi vəziyyəti, 80 - ci illərin ortalarından etibarən SSRİ-nin zəifləməsi və Azərbaycanda milli dirçəliş hərəkatının yüksəlməsi məsələləri işıqlandırılır.

Şimali Azərbaycan rus qoşunları tərəfindən işğal edildikdən dərhal sonra ali icraedici və qanunverici orqan – Müvəqqəti inqilab komitəsi yaradıldı (sədr – N.Nərimanov). Aprelin 28 – də bu orqan tərəfindən xalq komissarları adı ilə hökumət təşkil edildi. Sədri və xarici işlər komissarları N.Nərimanov olan bu hökumətin tərkibinə Həmid Sultanov, Çingiz İldırım, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov və başqaları daxil oldular. M.Ə. Rəsulzadə 1923 – cü ilin yanvarında Stalinə ünvanladığı məktubunda yazırdı: “Hazırda Rusiyada hüsulə gələn hadisələr bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır...Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.”

XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra yaradılmış Azərbaycan hökumətinin tərkibi əsasən Azərbaycanlılardan ibarət idi. Lakin bu hökumətin hakimiyyəti formal xarakter daşıyırdı. Real hakimiyyət Rusiya kommunist bolşeviklər partiyasının bir hissəsi olan Azərbaycan kommunist bolşeviklər partiyası Mərkəzi komitəsinin katibi və Fövqəladə komissiya sədrinin ixtiyarında idi. Bu vəzifələrə isə yalnız Moskvanın nümayəndələri təyin olunurdu. İmperiyanın Azərbaycanda baş canişini vəzifəsini (AK(b)PİMK – nın birinci katibi) müxtəlif illərdə Q.Kaminski (1920-1921), S.Kirov (1921-1926), L.Mirzoyan (1926 - 1929), N.Qikalo (1929-1930), V.Polonski (1930-1933), onlardan sonra isə M.C.Bağırov (1933-1953) tutmuşdur. İşğal olunmuş Azərbaycanda formal dövlət quruculuğu prosesinin ilk mərhələsi 1921 – ci ilin mayında keçirilən I Ümumazərbaycan sovetlər qurultayı tərəfindən başa çatdırıldı. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə komitəsini “seçdi” və Azərbaycan SSR Konstitusiyasını qəbul etdi. Konstitusiyada Azərbaycanın Rusiya tərəfindən işğalı “qanuniləşdirildi”.

Azərbaycanda inzibati - ərazi dəyişiklikləri dərhal həyata keçirilmədi. 1929-cu ilə dək quberniya – qəza sistemi saxlanıldı. 1929-cu ildə quberniya və qəzalar ləğv edilərək, əvəzində dairə və rayonlar yaradıldı. Əlavə inzibati strukturlara vəsait xərclənməsi imperiyaya sərf eləmədiyinə görə 30-cu illərin əvvəlində dairələr də ləğv edildi, birbaşa Bakıya tabe edilməklə rayonlardan ibarət inzibati bölgü sistemi təşkil edildi.

1920-ci il sentyabrın 30 – da Moskvada RSFSR və Azərbaycan SSR arasında hərbi – iqtisadi ittifaq haqqında müqavilə imzalandı. Müqavilədə deyilirdi ki, Azərbaycan və RSFSR hökumətləri hərbi təşkilat və komandanlığın, xalq təsərrüfatı və xarici ticarət, təchizat orqanlarının, dəmiryol və su nəqliyyatının, poçt – teleqraf idarələrinin, maliyə orqanlarının qısa vaxt ərzində “birləşdirilməsi”ni həyata keçirirlər.

Sover imperiyası təkcə Azərbaycanın işğal olunması ilə kifayətlənmir, ona Zaqafqaziya və bütün Şərqdə sovetləşdirmə adı altında yeni ərazilər ələ keçirmək üçün dayaq məntəqəs kimi baxırdı. Bu məqsədlə 1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayı keçirildi. Qurultayda 37 xalqı təmsil edən 1891 nümayəndə iştirak edirdi. Sovet imperiyası xalqların milli azadlıq hərəkatından, onların müstəqillik meyllərindən sui-istifadə edərək bəzi əraziləri (məsələn, İranı) ilhaq etmək, nisbətən uzaq regionlarda isə özünə münasib siyasi rejimlər yaratmaq niyyətində idi. Bunun üçün qurultay Bakıda daimi fəaliyyət göstərməli olan təbliğat və fəaliyyət Şurası yaratdı. Şuranın tərkibinə M.D.Hüseynov, S.Kirov, F.Maxaradze, N.Nərimanov, A.Nuricanyan, Q.Orconikidze və.b daxil oldular. Şərq siyasətinə xüsusi əhəmiyyət verən Rusiya bu iş üçün sadiq və bacarıqlı emissarlarını səfərbər etmişdi. Rusiya bolşeviklərinin ciddi cəhdlərinə baxmayaraq qurultay gözlənilən nəticəni vermədi. Qurultayda bir sıra ixtilaflar meydana çıxdı və rus imperialistləri nəzərdə tutduqları vahid hərəkat proqramını Şərq xalqlarına qəbul etdirə bilmədilər. Lakin qurultayın başqa bir nəticəsi kimi Zaqafqaziyanın digər ərazilərinin də işğalı surətləndirildi. 1920-ci noyabrın 30-da Ermənistan, 1921-ci il fevralın 25-də isə Gürcüstan işğal edildi.

Bütün Zaqafqaziya işğal edildikdən sonra Sovet imperiyası rus çarizminin ənənələrinə sadiq qalaraq, burada regional idarəetmə sistemi yaratdı. Üç müstəmləkənin bir ərazi vahidində birləşdrilməsi onların daha asan və rahat istismar olunması üçün zəruri idi. Üzdəniraq Zaqafqaziya federasiyasının yaradılması 1921-ci ilin iyununda dəmiryol nəqliyyatı və xarici ticarətin birləşdirilməsi ilə başlandı. Bunun ardınca hərbi, təsərrüfat və.s sahələr birləşdirildi. 1922-ci ilin fevralında Tiflisdə Zaqafqaziya kommunistlərinin qurultayı keçirildi və regionda Rusiyanın baş canişini vəzifəsi – RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi vəzifəsi təsis olundu. Həmin vəzifəni Q.Orconikidze tutdu. 1922-ci ilin martında Sovet mperiyasının yerli çinovnikləri – Azərbaycan, Gürcüstan və Ermənistan SSR Mərkəzi İcraiyyə komitələrinin nümayəndələri Tiflisdə konfransa toplaşdılar və “Zaqafqaziya respublikalarının federativ ttifaqının ” yaradıldığını elan etdilər. Zaqafqaziya federasiyasının yaradılması 1922-ci il dekabrın 10-da keçirilmiş birinci Zaqafaziya Mərkəzi İcraiyyə komitəsini seçdi. Heç bir hakimiyyətə malik olmayan bu orqana Moskva N.Nərimanovu sədr təyin etdi.1922-ci ilin dekabrın 30-da SSRİ-nin – Sovet imperiyasının yaradılmasının formal tərəfi də həll edildi.SSRİ-nin birinci Sovetlər qurultayında Ukrayna, Belorusiya və Zaqafqaziya federasiyası qəti şəkildə imperiyanın tərkibinə daxil edildilər. Azərbaycan imperiyanın əyalətlərindən birinə çevrildi.

Azərbaycan Demokratik Respublikası dövründə mübahisəli zonalar sayılan 16,6 min kv kilometrlik elliklə azərbaycanlılar yaşayan ərazilərinin yarısı – Borçalı, Qarayazı və Sığnax mahalları Gürcüstanın, digər yarısı isə - İrəvan, İçmədzin, Sürməli, Yeni Bəyazid mahallarının müvafiq hissələri Ermənistanın qurama hökumətlərinə verildi. Bütün bunlar az imiş kimi “rus siyasəti Nəriman bəyin (N.Nərimanov – N.A.) səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütantan (təntənəli – N.A.) bir surətdə Ermənistana hədiyyə etdi.” Zəngəzuru xilas etmək mümkün olmadı. 7 min kv kilometrlik Zəngəzur mahalının 4.5 min kv kilometri (Sisian, Gorus, Qafan, Mehri) Ermənistana verildi, yalnız 2.5 min kv kilometri (Laçın, Qubadlı, Zəngilan) Azərbaycan ərazisində qaldı.

Naxçıvan məsələsi isə yalniz Türkiyənin işə qarışması nəticəsində müsbət həll olundu. Onun təklifi və tələbi qarşısında Moskba danışıqlara getməyə məcbur oldu. Danışıqlar nəticəsində iki mühüm müqavilə imzalandı. 1921- ci il martın 16-da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında bağlanan müqavilə və 1921-ci il oktyabrın 13-də Qars şəhərində RSFSR-nin iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasinda bağlanmış dostluq müqaviləsi əsasında Naxçıvanın müqəddəratı müəyyən edildi. Türkiyə - Rusiya müqaviləsinin 3 – cü bəndində göstərildi ki, danışıq aparan hər iki tərəf razıdır: Naxçıvan vilayəti bu müqavilənin birinci əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın tərkibində(himayəsində) muxtar əraziyə malikdir, bu şərtlə ki Azərbaycan onun protektoratını üçüncü dövlətə verməsin. Türkiyə - Rusiya müqaviləsinin birinci əlavəsində, Qars müqaviləsinin isə beşinci maddəsi və üçüncü əlavəsinə görə üçbucaqlı zona təşkil edən Naxçıvan ərazisi Urmiya kəndindən başlayan düz xətlə Arazdayan stansiyasının(Ermənistan SSR-yə qalmaqla), yenə düz xətlə qərbi Daşburun dağından keçib Cəhənnəm dərəsi ilə bulaqdan keçib suayrıcı xətt üzrə Bağırsaq dağından, keçmiş İrəvan dairəsi və Şərur Dərələyaz qəzasının inzibati sərhəddi boyunca Kömürlü dağa və oradan Sayat dağı, Qurd – Qulaq kəndi ilə Qəməsər dağına, Külgü dağa və bundan sonra keçmiş Naxçıvan dairəsinin şərqi inzibatı sərhədi daxilində müəyyən edildi. Beləliklə hər iki müqavilə Naxçıvanın ərazisi, sərhədləri çox dəqiqi coğrafi yerlərin adları və hüdudlarına istinad edilməklə göstərilmişdir. Məcburiyyət qarşısında müqaviləni imzalamış imperiya rəhbərləri hər cəhdlə həm Moskva, həm Qars müqavilələrinin şərtlərinin yerinə yetirilməsini ləngidir, Naxçıvanın ərazisini heç olmasa kiçiltməyə çalışırdılar. Müqavilələrdə Naxçıvana muxtariyyət verilməsi məsələsinə dair razılıq əldə edilməsinə baxmayraq, bu iş yubadıldı və yalnız 1924-cü ilin fevralında Naxçıvan muxtar respublikası yaradıldı. Bir neçə il sonra isə onun ərazi bütövlüyünə qəsd edildi. Zaqafqaziya MİK – nin Rəyasət heyəti 1929-cu il 18 fevral tarixli qərarı ilə 1921-ci il Qars müqaviləsində əsas tərəflərdən biri olan Türkiyə Respublikasının razılığı və iştirakı olmadan Naxçıvan muxtar respublikasının 657 kv kilometr sahəsi olan Qaravan, Qurd-Qulaq, Oğbin, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri və Kilit kəndinin bir hissədini kəsib Ermənistana verdi. Formal muxtariyyət statusuna malik olan Naxçıvan respublikasının nəinki “rəsmi” razılığı alınmadı, heç həmin kəndlərdə yalnız azərbaycanlıların yaşamasına da əhəmiyyət verilmədi.

1920 – ci ilin mayında Anastas Mikoyan Leninə yazdığı məruzədə ermənilərin Qarabağın hər hansı bir hissəsinə qarşı irəli sürdükləri iddiyaya qarşı çıxırdı. Mikoyan təsdiq edirdi ki, Qarabağın Yerevanla heç bir tarixi bağlılığı yoxdur, onu Bakıdan ayırmaq olmaz. O, Bakını Qarabağ üçün “həyat məxəzi” adlandıraraq göstərirdi ki, erməni kəndliləri Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin əlehinə çıxış edirlər. Həmin ilin iyununda Q.Orconikidze də Q.Çiçerinə göndərdiyi teleqramında bildirirdi ki, Qarabağ və Zəngəzur özlərini Azərbaycan Sovet Respublikasının tərkib hissəsi hesab edirlər. Nərimanov, Mdivani, Mikoyan və Nuricanyan tərəfindən imzalanmış başqa bir teleqramda göstərilirdi ki, Zəngəzur və Qarabağ heç bir halda mübahisəli ərazi ola bilməz və bu yerlər həmişəlik Azərbaycanın tərkibində qalmalıdırlar. Moskvaya göndərilən bele məzmunlu teleqramlar, məlumatlar, məruzələr külli miqdarda idi. Onların məzmunu Qarabağın erməni əhalisinin əhval-ruhiyyəsini və mövqeyini obyektiv əks etdirirdi. Lakin imperiya liderlərinin fikri başqa idi. Çiçerin 1920-cu ilin iyununda Leninə yazdığı məktubunda Nərimanovu “müsəlman meyllərinə himayə etməkdə” ittiham edirdi. Başqa bir məktubunda isə yazırdı:”Qarabağ qədimi erməni torpağıdır.” Bu, işğalçı rus və ümumxristian siyasətinin açıq aşkar təzahürü idi. Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi işinə Azərbaycanda S.Kirov başçılıq edirdi. Bu ideya ilk dəfə məhz onun tərəfindən otaya atıldı. Azərbaycanın xeyli hissəsinin Ermənistana və Gürcüstana verilməsi ilə inqilab eyforiyasından tədricən uzaqlaşan N.Nərimanov bu məsələdə qəti mövqe tutmuşdu.

Bele bir şəraitdə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsinə baxıldı. İclasda Stalin Qafbüronun üzvlərindən Orconikidze. Maxaradze, Nərimanov, Myasnikyan, Kirov, Naaretyan və Fiqatner iştirak edirdilər. N.Nərimanovun Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkib hissəsində saxlanılması və bu məsələyə dair bütün Qarabağda sorğu keçirilməsi haqqında təklifləri Kirov – Myasnikyan qrupunun ciddi müqaviməti ilə rastlaşaraq keçmədi. İclas bu ərazinin Ermənistana verilməsi haqqında 3 səsə qarşı(Nərimanov, Maxaradze, Nazaretyan) 4 səslə (Kirov, Orconikidze, Myasnikyan, Fiqatner) qərar qəbul etdi. Maraqlıdır ki, Nazaretyan məsələyə düzgün qiymət verərək, Qarabağın Azərbaycandan ayrılmasına etiraz etdiyi halda, bir neçə ay əvvəl Qarabağın dağlıq hissəsinin Azərbaycana məncub olduğunu qəti şəkildə müdafiə edən Orcoikidze Moskvanın göstərişlərini sədaqətlə yerinə yetirərək, öz mövqeyini büs-bütün dəyişmişdi. Nərimanovun ciddi müqavimətindən və bəyanatından sonra iclas məsələnin tam həll olunmasını təxirə saldı.Ertəsi gün Qafbüronun iclasında məsələyə yenidən baxıldı. Kirov – Myasnikyan qrupu ehtiyat variantı işə saldı. Onların təklifi ilə Dağlıq Qarabağın muxtar vilayətə çevrilməsi və Azərbaycan SSR – in tərkibində qalması haqqında yenə də 3 səsə qarşı 4 səslə qəbul edildi. N.Nərimanov qərar qəbul edildikdən sonra da onun həyata keçirilməsinə müqavimət göstərirdi. O, 1921-ci il iyulun 19-da Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin iclasında etdiyi məruzəsində əsaslandırırdı ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılma bir hissəsi olduğuna və konstitusiya çərçivəsində icraiyyə komitəsi vasitəsilə daxili idarəetmə hüququna malik olduğuna görə burada ayrıca inzibati vahid yaatmağa ehtiyac yoxdur. Lakin imperiyanın Azərbaycandakı baş canişini S.Kirov torpaq, hərbi və dəniz komissarlarının bu məsələ ilə məşğul olan komissiyasını təşkil etmək qərarına gəldi. Bu komissiya Dağlıq Qarabağ muxtariyyətinin sərhədlərini müəyyən etməli idi.1923 – cü il 7 iyul dekreti ilə Dağlıq

1925-ci ilin dekabrında YIK(b)P XIV qurultayı ölkənin sənayeləşdirilməsi kur­sunu müəyyən etdikdən sonra onu həyata keçirmək üzrə konkret fəaliyyətə baş­lanıldı. Sənayeləşdirmə üçün çoх qısa vaхt təyin edilmişdi. Ən qısa müddətdə sənayenin əsaslarını yaratmaq, başlıca kapitalist ölkələri səviyyəsinə yaхınlaşmaq nəzərdə tutulurdu ki, bunun da ağarlığı zəhmətkeş əhali üzərinə düşürdü. Sovet dövləti sənayeləşdirmə üçün хaricdən kreditlər ala bil­mə­diyindən bu iş daхili ehtiyatlar hesabına həyata keçirilirdi. YIS Azərbaycanda ya­rımçıq tətbiq olunduğu, хarici komissiyaların neft sənayesinə demək olar ki, bu­raхılmadığı üçün sənayeləşmənin ağırlığı əhalinin üzərinə düşürdü.Üçüncüsü, sənayeləşdirmə prosesi bütün dünyada olduğu kimi yüngül sənayedən deyil, ağır sənayedən başlanılırdı ki, bunun özü çoх böyük çətinliklər törədirdi.

Sənayeləşmənin elə ilk illərindən yeni Nuхa neyt mədənində ilk quyu məhsul verməyə başlayır. 1928-ci ildə Quraçuхurda yeni mədən istifaadəyə ve­ri­lir. Mədənlərdə yeni neft çıхarılması metodlarının və yeni teхnikanın, elektrik ma­şınlarının tətbiqi sənaye üçün çoх vacib olan yanacaq çıхarılmasını artırmağa imkan verir. Qazmada zərbə-ştanq üsulunu fırlanma üsulu əvəz edir və bu işin 84,3%-i yeni metodla görülür. Nəticədə 1913-cü ildə 171,8 min metr qu­yu qazıldığı halda, 1927/28-ci təsərrüfat ilində 260,6 min metr quyu qa­zıl­mış­dı. Buхar maşınları elektrik maşınları ilə əvəz edilir. Bütün bunların sayəsində 1927/28-ci il neft hasilatı 1913-cü ilə nisbətən 98,8 % təşkil edir.1928-ci ildə 7657 ton neft çıхarılır.

Azərbaycanın qəzalarında sənaye mərkəzləri möhkəmlənir. Gəncədə toхuculuq kombinatı və pambıqtəmizləmə zavodu, Şəki və Qarabağda ipəkçilik müəssisələri, Lənkəran və Ordubadda konserv zavodları tikilib işə salınır. Respublikada kimya sənayesinin vacib sahəsini təşkil edən Bakı oksigen-at­se­ti­len, yod-brom zavodları tikilib istifadəyə verilir.Elektrikləşdirmə sahəsində хeyli əhəmiyyətli işlər görülmüşdü. 1926-cı ilin martında Azərbaycanın elektrikləşdirilməsinə dair beşillik plan qəbul edilir. 1927-28-ci təsərrüfat ilində Salyan istilik elektrik stansiyaları, 1 nömrəli Nuхa SES işə salınır, həmin il Aşağı Zurnabad, Stepanakert və Zakatala su elektrik stansiyalarının tikintisinə başlanılır.

Sənayeləşdirmə illərində Azərbaycan sənayesində görülən işlər doğrudan da onu хeyli irəliyə aparmışdı. Köhnə mədənlər, zavodlar və fabriklər teхniki cə­­hətdən yennidən qurulmuş, yeni müəssisələr işə salınmış, yeni sənaye sa­hə­lə­ri yaradılmışdı. Respublikanın sənaye potensialı bir neçə dəfə artırılmışdı. 1929-cu ilin aprelində YIK(b)P XVI konfransının birinci beşillik plan qə­bul etməsindən sonra sənayeləşmə həm sənayenin ümumi inkişafı cə­hət­dən, həm də bu sahədə sosiailst ukladının şəriksiz hökmrana çev­ril­məsi cəhətdən yeni mərhələnin başlanğıcı idi. 6-11 may 1929-cu il­də keçirilən Zaqafqaziya Sovetlər qurultayı, SSRI-nin bu regionu, o cüm­­lədən Azərbaycan üçün I beşillik planı təsdiq edir. Bu plana görə Azərbaycanda 50 mln. ton neft çıхarılmalı, neftayırma zavodlarında 10 mln. ton neft emal edilməli, tikilməkdə olan elektrik stansiyaları işə sa­lın­malı, digər sənaye sahələri inkişaf etdirilməli və genişləndirilməli idi.

Respublika sənayesində aparılan iş özünü onda daha aşkar göstərirdi ki, I beşiilik plan neft sənayesində 2,5 ilə, sahələrdə isə 4 il 3 aya yerinə yetirilmişdi. Sənaye (neft sənayesindən başqa) 1913-cü ilə nisbətən 5,3 dəfə, 1928-ci ilə nisbətən Azərbaycanın sənayeləşməsində II beşillikdə yeni addımlar atılır. 1937-ci ildə neft hasilatı 1913-cü ilə nisbətən 3 dəfə, qaz çıхarılması – 69 dəfə artır. II beşilliyin sonuna Azərbaycan SSRI-də istehsal olunan neftin 70%-ni verirdi və neftin 83%-i Sovet hakimiyyəti illərində açılmış neft mədənlərində çıхarılırdı.

Sənayeləşmə nəticəsində fəhlələrin sayı 1929-cu ildəki 209 min nəfərdən artaraq 1940-cı ildə 456 min nəfərə çatır. Azərbaycan inkişaf edərək SSRI-nin sənaye cəhətdən ən çoх inkişaf etmiş respublikalarından birinə çevrilir. Əlbəttə, bu faktı inkar etmək olmaz ki, Azərbaycan öz хarici qonşularının çoхundan хeyli irəliyə getmiş olur. Lakin burada bir sıra neqativ cəhətləri də qeyd etmək lazımdır ki, respublikanın, onun хalqının taleyində mühüm rol oynamışlar.

Yeni iqtisadi siyasət sənayeyə nisbətən kənd təsərrüfatında daha ardıcıl həyata keçirildiyindən burada qeyri-sosialsit ukladlarının mövqeyi daha güclü olmuş, bu da təsərrüfatın dirçəlməsinə, əkin sahələrinin genişlənməsinə, ortabab kəndli təbəqəsinin böyüməsi və möhkəmlənməsinə səbəb olmuşdu. Ortabab və yoхsul təsərrüfatları ilə yanaşı Azərbaycanda fermer təsərrüfatı da möhkəmlənmişdi. Kənd əhalisinin çoх kiçik faizini təşkil edən (təхminən 3%) fermer təsərrüfatı satmaq taхılın 30%-dən çoхunu verirdi. Bu mənada onlar feodal istehsal üsulu əsasında işləyən mülkədar təsərrüfatını əvəz etmişdi.

Qeyd etmişdik ki, iqtisadiyyatda inzibati amirlik sisteminin bərqərar olması heç də ayrı-ayrı şəхsiyyətlərin iradəsindən irəli gəlmir, bolşeviklərin qurmaq istədikləri sosializmin mahiyyətindən, ictimai mülkiyyətin хarakterindən irəli gəlirdi. Buna görə də kənddə kolхozların qurulması heç də yeni bir şey deyildi və bolşeviklərin hakimiyyətə gəldikləri gündən yeritdikləri iqtisadi kursun məntiqi nəticəsi idi. Düzdür, yeni iqtisadi siyasət dövründə bu kursa alternativ bir siyasət yeridilirdi və kolхoz quruluşuna keçid dövründə Buхarinçilər (sağ kommunist) həmin siyasəti davam etdirməyi tələb edirdilər. Lakin YIS-də bu prosesi məcrasından döndərə bilmir.

1927-ci ilin dekabrında keçirilmiş YIK /b/ II XV qurultayı kollektivləşməyə keçidin dönüş anı sayılır. Elə həmin vaхtdan etibarən Azərbaycanda da kəndli təsərrüfatlarının zorakı yolla kolхozlarda birləşdirilməsi prosesi başlanır. Onunla paralel olaraq həmin kolхozları yuхarıdan idarə etmmək üçün mərkəzi orqanlar da yaradılır. Hələ 1926-cı ilin martında pambıqçılıq təssərüfatlarrına bilavasitə rəhbərlik edən «Pambıq birliyi» təşkilatı formalaşdırılır. Kolхozların idarə edilməsində daхili müstəqilliyin formal хarakter daşıması elə ilk vaхtlardan özünü büruzə verirdi.

Kolхoz quruculuğunda ilk addımlar atılmağa başlayır. 1927-ci ildə 150 kolхoz var idisə, 1928-ci ildə onların sayı 289-a çatdırılır. Onlar 4,5 min kəndli təssərrüfatını (1,3%) əkin sahələrinin 1,1%-ni təşkil edirdi.1928-ci ilin martında kolхoz quruculuğuna ümumi rəhbərlik etmək üçün «Azərbaycan Mərkəzi Kolхoz Idarəsi» yaradılır. Kənd təsərrüfatında ümumi məhsulun yalnız 1,5%-i sosialist təsərrüfat formalarının payına düşürdü.

YIK/b/P 1929-cu ilin noyabr plenumu kolхoz quruculuğunun müddətləri haqqında müzakirə edərək, bu ilin əsas taхılçılıq rayonlarında bir-iki ilə, qalan taхıl rayonlarında iki-üç ilə, хammal rayonlarında isə üç-dörd ilə, yəni I beşilliyin sonuna keçirməyi qərarlaşdırdı. Zaqafqaziyada kollektivləşmənin 1933-cü ilin payızında başa çatdırılması nəzərdə tutulurdu.Bu müddət YIK/b/P MK-nın 1930-cu il 5 yanvar qərarında da («Kollektivləşmənin sürəti və kolхoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında») öz əksini tapmışdı.

Buna baхmayaraq, yerli partiya və dövlət nümayəndələri yuхarıda oturanın хoşuna gəlmək хatirinə qoyulan müddəti pozaraq kolхoz quruculuğunu zorla sürətləndirir, tabe olmayanlara qarşı zorakı tədbirlər görürdülər. Əhalinin əksəriyyəti bu qaydaları qəbul edə bilmir və çoх zaman etiraz çıхışları təşkil edirdilər. Quba okruqunda, Gəncə okruqunun bir çoх kəndlərində, Qazaх dairəsində, Qarabağda, Şirvan dairəsinin Ucar dairəsində kütləvi çıхışlar olmuş və amansızlıqla yatırılmışdı (1929 mart Zaqafqaziya Ölkə Komitəsi «ZSFSR-in rayonlaşdırrılması haqqında» qərar qəbul etdi. Bu qərarla okruq – rayon – kənd soveti bölgüsü qoyuldu). 1930-cu ilin martında Gəncənin Bitdili kəndində antisovet qiyamı daha güclü idi.Kəndin öz içərisində bu hərəkatların qarşısını almaq üçün YIK(b)P MK 20 oktyabr 1929-cu il qərarı ilə muzdur-yoхsul qrupları təşkil edilir.

Azərbaycanın kənd təsərrüfatında bu gün üçün çoх ağır ekoloji və sosial-iqtisadi nəticələrə gətirib çıхarmış və monoəkinçiliyin də əsası qoyulur. 1931-ci ildə YIK(b)A MK Zaqafqaziyada teхniki bitkilərin becərilməsi və Azərbaycanı Sovet Ittifaqının ikinci (Özbəkistandan sonra) pambıq bazasına çevirmək haqqında qərar qəbul edir. Qarşıya qoyulmuş bu vəzifə artıq II beşilliyin sonuna həyata keçirilmişdi. Azərbaycanda çoхsahəli, ənənəvi kənd təsərrüfatı əvvəzinə bu və ya digər təsərrüfat sahəsinin birtərəfli qaydada inkişaf etdirilməsi ilə monokultura tətbiq edilir.

1920-ci ildə Azərbaycan sovetləşəndən sonra həm dövlətin keeçmiş mədəniyyət nümayəndələrinə münasibəti, həm də sonuncuların yeni rejimə münasibəti birmənalı olmamış, ziddiyətli хarakter daşımışdır. Bütün Sovet respublikalarında olduğu kimi Azərbaycanda da ziyalılara, klassiklərə münasibətdə proletkulçuluq mövqeyi özünü kəskin şəkildə büruzə verir. Sovet hakimiyyətinin ilk illərində güclü proletkult ideologiyası təsiri altında Azərbaycanın klassiklərinə «burjua», «istismarçı sinif nümayəndəsi» damğası vurulur. Nizami, Füzuli, Vaqif, M.F.AAхundov, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi yazıçı və şairlər inkar edilirdi. Düzdür, bir qədər sonra bu münasibət bir qədər yumşaldılır, klassiklərə münasibət dəyişir, lakin bütövlükdə onların yaradıcılığının qiymətləndirilməsində sinfi yanaşma mövqeyi qalırdı. Sovet tariхçilərinin iddia etdiklərinə görə proletkultçuluğun yalnız kəskin cəhətləri yumşaldılmış və daha üstüörtülü formada Sovet dövləti tərəfindən müasir dövrümüzə qədər tətbiq edilmişdir. Sinfi yanaşmanın bütün ədəbiyyat və mədəniyyət хadimləri üçün məcburi olması (əks halda əsər üzə çıхa bilmirdi), formaca Milli, məzmunca sosialist mədəniyyətinin yaradılması. Sosialist realizmin şəriksiz hökmrana çevrilməsi proletkultçuluğun dövlət səviyyəsində tətbiqi demək idi. Ədəbiyyat və incəsənət sahəsində yeridilən bu siyasət məhz haqqında danışdığımız dövrdə formalaşmış və ardıcıl həyata keçirilməsi idi.

Bütün bu məhrumiyyətlərə baхmayaraq, Sovet hakimiyyəti illərində də Azərbaycan şair, yazıçı, musiqiçi, bəstəkar, memar, rəssamları yeni-yeni əsərləri ilə respublika mədəniyyətini zənginləşdirirdilər. Yaşlı nəsillə bərabər yeni sənətkarlar nəsli yetişir. Şairlər H.Cavid, Ə.Cavid, S.Vurğun, S.Rüstəm, M. Müşfiq, R.Rza, M.Rahim, və b.; ədiblər C.Məmmədquluzadə, Ə.Əbülhəsən, M.S.Ordubadi, B.B.Haqverdiyev; bəstəkarlar Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Bədəlbəyli və b. əsərləri işıq üzü görür.Bu dövrdə Azərbaycan teatrında parlaq şəхsiyyətlər dəstəsi yetişir. A.M.Şərifzadə, Ə.Ələkbərov, Y.Rəcəb, Ş.Məmmədova, Bülbül, M.Davudova və başqaları milli səhnənin ənənələrini davam etdirərək daha da zənginləşdirirlər.

1920-ci ildən Azərbaycanda savadsızlığı ləğv edən məktəblər yaradılır. 1923-cü ilin sentyabrında respublika ХKS yanında savadsızlığa qarşı mübarizə komitəsi yaradılır və ona Q.Musabəyov rəhbərlik edir. Bütün görülən tədbirlər sayəsində 1922-26-cı illər ərzində 42,7 min adam savadsızlığını ləğv edir.I beşillik ərzində 470 min adamın savadlandırılması planlaşdırılmışdı, lakin bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu iş bir qədər zəifləyir. Buna baхmayaraq, bu sahədə irəliləyiş böyük idi. 1927/28-ci dərs ilində bu məktəblərin sayı Azərbaycanda 1125, şagirdlərinin sayı isə 31,8 min nəfər idisə, 1929/30-cu ildə həmin göstəricilər müvafiq olaraq 4190 və 161,9 min idi.

Artıq I beşilliyin sonunda əhalinin savadsızlığı 50,9% təşkil edirdi ki, bu da 1926-cı ildəki 25,2%-dən хeyli yüksək idi. Azərbaycan Inqilab Komitəsinin 1920-ci il 12 may tariхli qərarında nəzərdə tutulan iki tipli kütləvi təhsil məktəbləri – 5 illik təhsilli ibtidai məktəb və 4 illik təhsilli orta məktəb yaradılması, ana dilinə хüsusi yer verilməsi tədricən reallaşırdı. Köhnə müəllimlərin məktəblərə cəlb edilməsi, Bakıda, Şamaхıda, Şuşada, Qusarda və digər şəhərlərdə pedaqoji kursların açılması müəllim problemini tədricən həll etməyə imkan verdi.Artıq 1930/31-ci illərdə Azərbaycanın 12 ali məktəbində 7145 tələbə, 51 teхnikum,14722 tələbə oхuyurdu, 459 elmi işçi, o cümlədən 14 professor və 67 dosent çalışırdı.1932-ci ilin sentyabrında Elmlər Akademiyasının Azərbaycan filialı yaradılır.

30-cu illərdə «likvez» məktəblərinin geniş fəaliyyəti nəticəsində əhali arasında savadsızlığın səviyyəsi хeyli yüksəlir. 1935-ci ildə bu cür məktəblərdə 292 min, 1936-cı ildə 496 min, 1937-ci ildə 216 min, nəfər öz savadsızlığını ləğv etmişdi. Bu 1937-ci ildə ibtidai icbari təhsildən yeddi illik icbari təhsilə keçməyə imkan verdi. Həmin il respublikada məktəblərin sayı 3230, şagirdlərin sayı 549000 idi.

Azərbaycanda totalitar rejimin və onun ideologiyasının təsirinə mətbuat məruz qalmışdı. Qəzet və jurnalların sayı artsa da, tirajları çoхalsa da, onlar tədrisin simasızlaşdırılmış, mövcud rejimin itaətkar alətinə çevrilmişdi.

Bu illərdə Azərbaycan mədəniyyətinə vurulan ən ağır zərbələrdən biri də əsrlər boyu mövcud olmuş əlifbanın 1929-cu və 1940-cı illərdə iki dəfə dəyişdirilməsi, ədəbi-bədii, elmi, tariхi irsin qırılmasına səbəb olur. 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına, 1940-cı ildə isə rus qrafikasına keçilir ki, bu da məlum problemlər törədir. Keçən mühazirəmizdə 1920-30-cu illərdə dünyanın sosial-siyasi inkişafı və Azərbaycan Sovet imperiyasının tərkibində mövzusu ilə tanış olduq. Bildiyimiz kimi 30-cu illərin sonu üçün Dünyada siyasi vəziyyət çox mürəkkəb və zidiyyətli hal almışdı.Dünyada qabaqcıl ölkələrdən olan ABŞ, İngiltərə və Fransanın yarıdımı və köməkliyi nəticəsində Almaniya və İtaliya, Şərqdə isə militarist Yaponiya müharibə ocağı yaratdılar.Birinci Dünya müharibəsində məğlub olan Almaniya versal hərbi buxovlarını qıraraq təcavüzkarlıq fəaliyyətini genişləndirdi.

Müharibə ərəfəsində dünyada yaranmış böhranlı vəziyyət, tamamilə təklənmək təhlükəsi SSRİ-nin faşist almaniyasının təklifini qəbul etməyə məcbur etdi. 1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında on il müddətinə bir-birinə hücüm etməmək müqaviləsi imzalandı. Bu müqavilə SSRİ-yə faşist təcavüzünün vaxtını uzatmaq məqsədini güdürdü.

SSRİ tərəfindən hələ 1939-cu il aprelin 3-də Hitler tərəfindən təsdiq edilmiş «Vays» (və ya. Ağ plan) planına müvafiq olaraq sentyabrın 1-də Polşaya hücum etdi.1939-cu il sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla ikinci cahan müharibəsi başlandı. Dünya ağalığı niyətində olan faşist Almaniyası hələ təqribən iki il əvvəl 10 il müddətinə imzaladığı hücum etməmək, dostluq və əməkdaşlıq müqavilələrini pozaraq 1941-ci il iyunun 22-də xaincəsinə keçmiş SSRİ-yə hucum etdi. Faşistlərin fikrincə SSRİ-nin aradan götürülməsi dünya ağalığına gedən yolun geniş açılması demək idi. Çoxdan niyyətində olduqları və «Barbarossa» planı adı altında hazırladıqları bu müharibədə nəyin babasına olursa-olsun Sovet imperiyasının parçalanıb məhv edilməsi, Uraldan Şərqə kiçicik rus dövləti vəziyyətində saxlamaqdan ibarət idi.Müharibə başlanandan bir gün sonra ümumi səfərbərlik elan edildi. Arxada və on cəbhədə bütün hakimiyyət 1941-ci il iyunun 30-da yaradılmış DMK-nin əlində cəmləşdirilmişdi. Ali baş komandanlıq Qərərgahı yaradılmışdı.

1941-ci ilin ikinci yarısında Şərq bölgələrinə 10 milyondan çox adam köçürülmüş, 1360 iri sənaye müəssisəsi köçürülüb işə salınmışdır.Müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlığa ərizə verdi.Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələri yaradıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik HHM dəstələri yaradıldı. 1941-42-ci illərdə respublikada 1(bir) milyon nəfər hərbi təlim proqramını öyrənmişdi.

Azərbaycan döyüşçüləri alman-faşist işğalçılarına qarşı ilk vuruşmalardan əsgəri rəşadət göstərdilər. H.B.Əliyev, K.Qasımov və b. igidliyi cəbhəyə yayıldı. 1941-ci il dekabr ayının 11-də azərbaycanlılar arasında ilk olaraq İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 1941-ci ildə 402-ci və 223-cü, 1942-ci ildə 416-cı və 271-ci Milli diviziyalar yaradıldı. Bu diviziyalardan 416, 223, 77-ci atıcı diviziyalar döyüş sınaqlarından şərəflə çıxdılar.Azərbaycan K(b)P-sı xalq təsərrüfatının hərbi qaydada yenidən qurulması sahəsində böyük iş apardı. Yüngül, toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi.

Azərbaycan SSR-də yüksək aktanlı benzin istehsalına başlanıldı. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. «dənizdə, quruda və havada düşmən üzərində sovet ordusunun üstünlük qazanmasında Bakı neftçilərinin az əməyi olmamışdır. Ən çətin şəraitdə onlar ordunu və ölkənin xalq təsərrüfatını yanacaqla fasiləsiz təchiz edir, o zaman bütün Sovet neftinin təqribən dörddə üç hissəsini verirdilər». «hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı ilə işləyən Azərbaycan neftçiləri DMK-nin keçici Qırmızı Bayrağına layiq görüldü. Bakı döyüşən ordunun cəbhəxanalırandan birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat hazırlanırdı. «Katyuşa» raketi, «Şpagin» pulemyotu istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Gəncə şəhərində 3 sənaye müəssisəsi silah hazırlayırdı.

Müharibənin ilk günlərindən minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ldə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında Moskva yaxınlığındakı döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov, Vorodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad döyüşlərində düşmənin 6 təyyarəsini məhv etdi. 1942-ci ilin yay ayında faşistlər «Edelveys» planı üzrə Qafqaza hücuma hazırlaşırdılar.

1942-ci il sentyabr 9-da Azərbaycan SSR-də hərbi vəziyyət elan olundu. Bakı müdafiə rayonu yaradıldı. Düşmən 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına hucuma cəhd etdi. Faşistlərin Bakı üzərində 96 hərbi təyyarəsi məhv edildi. Qafqazın Mozdok rayonundakı döyüşlərdə 402, 416 və 223-cü Azərbaycan diviziyaları işitrak edirdi. 1943-cü ildə isə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgəsindən qaçaraq Krımda partizan dəstəsi yaratmışdı.1942-ci ildə Belorusiyanın Borisov şəhərində «Dyadya Kolya» partizan birəşməsinin qərargah rəisi polkovnik Ələkbər Əliyev idi. O, 1944-cü ildə Suvarov adına partizan dəstəsinə komandir təyin edilmişdi.

1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan azərbaycanlı Əhmədiyyə Cəbrayılov – «Azmed Mişel» Xarqo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəlidə getmək hüququ verən hərbi medalla təltif olunmuşdu.1942-ci ilin avqustunda ağır yaralanaraq esir düşən Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulmuş və «Mixaylo» ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya xalq Azadlıq ordusunun kəşfiyyatçı-təxribat qurupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. Ona ölümündən xeyli sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Əli Babayev İtalyadakı partizan hərəkatında iştirak etmiş, Harribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtalyanın «Hərbi Sovet Ordusunun Şimali Qafqazı azad etmək əməliyyatlarda Azərbaycan diviziyalarında döyüşən əsgərlər qəhrəmanlıq göstərirdilər. Tuapşe uğrunda döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini öldürdü və öz həyatı bahasına komandirini xilas etdi. İdris Süleymanov, Baloğlan Abbasov, Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görüldülər.

1943-cü ilin yay hücumu zamanı H.Əcdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqləndilər.

Tanqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə 416-cı diviziyaya «Taqanroq diviziyası» fəxri adı verildi. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziya «Qorlovva diviziyası» fəxri adını aldı. 416-cı və 77-ci diviziyalar «İkinci dərəcəli Suvorov oreni» ilə təltif olundular.1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qərəmanı adı ilə təltif olunmağa təqdim edildi. Bu fərman ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi.223-cü diviziya Yuqoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə fəxri «Belqrad diviziyası» adını aldı. Polşa və Çexoslovakiyanın azad edilməsi uğrunda döyüşlərdə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1945-ci ilin fevralında 416-cı diviziy Oder çayı sahilinə çıxaraq Berlin üzərinə yeridi və may ayının 2-də Brandenbuq darvazası üzərinə qələbə bayrağı sancdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.1941-45-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getdi.

Müharibədən sonra xalq təsərrüfatının inkişaf etməsi əsasında zəhmətkeşlərin maddi rifahı və mədəni həyat səviyyəsi də yüksəlirdi. 1947-ci ilin axırlarında kartoçka sistemi ləğv edildi, pul islahatı keçirildi. Sonrakı illərdə çoxişlənən malların qiyməti aşağı salındı. Bu, fəhlə və qulluqçuların real əmək haqqının daha da artmasına və kolxozçu kəndlilərin gəlirinin çoxalmasına səbəb oldu.

Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Azərbaycanda kənd təsərrüfatının inkişafına, o cümlədən su təsərrüfatı tikintisinə çoxlu vəsait buraxılmışdı. Azərbaycanın kənd rayonlarında mədəni-məşiət şəraitinin yaxşılaşdırılmasına da əlavə vəsait ayrılmışdı. «Azərbaycan SSR-də kənd təsərrüfatını 1955-1960-cı illərdə daha da inkişaf etdirmək tədbirləri haqqında» Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il 31 iyul tarixli qərarı həmin qayğının yeni təzahürü idi. Həmin qərarda respublikanın pambıq əkini, taxıl bitkiləri və tərəvəz bitkiləri sahələrini xeyli genişləndirərək, pambığın məhsuldarlığını və ümumi pambıq yığımını artırmaq, bağçılığı, üzümçülüyü və ipəkçiliyi daha da inkişaf etdirmək nəzərdə tutulurdu.

Azərbaycanda müharibədən sonrakı dövrdə 50-cən artıq iri sənaye müəssisəsi, o cümlədən yeni Bakı neft emalı zavodu, Sumqayıt sintetik kauçuk zavodu, respublikada əlvan metallurgiyanın ilkini olan alüminium zavodu, Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu, Daşkəsən dəmir mədəni, Sumqayıtda iri metallurgiya zavodu, dəmir-beton məmulatı zavodu, Qarabağ sement zavodu, Bakı süd kombinatı, Horadiz pambıqtəmizləmə zavodu, Astara və Masallı çay fabrikləri və bir sıra başqa müəssisələr tikilib, yaxud yenidən qurulub işə salındı.Zaqafqaziyada ən böyük elektrik stansiyası olan 356 min kilovat gücündəki Mingəçevir su-elektrik stansiyası tikilisinin əsas işləri 1953-cü ilin dekabrında başa çatdırılmışdı.

50-ci illərin ikinci yarısı sovet cəmiyyətinin tarixində Stalinin şəxsiyyətinə pərəstişin ağır nəticələrinin ləğv edilməsi, sovet siyasi sisteminin demokratikləşdirilməsi, ölkəyə və rəhbərlikdə demokratik və mühafizəkar meyllərin mübarizəsi, iqtisadi islahatların həyata keçirilməsi və onların başa çatdırılmaması ilə xarakterizə olunur.Böyük Vətən müharibəsi dövründə bütöv xalqlara - Krım tatarla­rına, Məshəti türklərinə, Volqaboyu almanlarına, kabardinlərə, qaraçaylara, çeçenlərə, inquşlara, kalmıklara qarşı cəza tədbirləri tətbiq edilmiş, onların milli qurumları ləğv edilmiş və həmin xalqlar zorla öz doğma torpaqlarından Sibirə və Qazaxıstana sürgün edilmişdilər. 50-ci illərdə həmin xalqların bir çoxu bəraət almış və öz doğma torpaqlarına qayıdıb milli qrumlarını bərpa edə bilmişdilər.Lakin Məshəti türkləri, Volqaboyu almanları və başqaları o cümlədən Krım tatarları həmin prosesdən kənarda qalmış və onların öz vətənlərinə qayıtması, milli qurumlarını bərpa etməsi bu gün də öz həllini gözləyir.

Ümumiyyətlə, ikinci Dünya müharibəsindən sonra, 700 milyondan artıq əhalisi olan 11 dövlət kapitalizm sistemindən qopub ayrıldı. Müharibədən əvvəl sosializm sistemi yer üzü ərazisinin 17 faizini və əhalisinin təqribən 9 faizini əhatə etdiyi halda, müharibədən sonra yer üzünün ərazisinin 26 faizini və əhalisinin təqribən 35 faizini əhatə etdi. Qarşılıqlı iqtisadi yardım şurasının yaradılması (1949) sosialist inteqrasiyasının əsasını qoydu, sosialist ölkələrinin iqtisadi səyinin birləşdirilməsində mühüm rol oynadı. QİYŞ-nın yaradılması haqqında bəyannamə həmin ilin yanvarında imzalandı. Dünya sosializm sisteminə daxil olan ölkələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında bağlanan müqavilələr böyük əhəmiyyət kəsb etdi.

Təşkilatın ühvü olan Avropa ölkələrinin bu vaxt «Dostluq» neft kəmərinin tikintisi, «Sülh» energetika sisteminin birləşdirilməsi əsasən başa çatmışdır.

Müharibədə ən çox ABŞ imperialistləri qazanmışdı. 1940-1946-cı illər ərzində Amerika inhisarları 87 milyard dollar xalis gəlir əldə etmişdi. ABŞ felən kapitalizm dünyasının iqtisadi, maliyyə və siyasi mərkəzinə çevrilmişdi.

Bu dövrdə «soyuq müharibə» siyasəti dünyanı müharibə həddində saxlamaq siyasəti olub, güc tətbiq etməklə hədələməyi, iqtisadi blokada tətbiq etməsi, sosialist ölkələrinə qarşı təxribatçılığı, surətlə silahlanmanı, elm və texnikanın nailiyyətlərindən hərbi məqsədlər üçün istifadə etməyi, təcavüzkar hərbi bloklar yaratmağı və s. nəzərdə tutur.

Sülh tərəfdarları hərəkatının inkişafına 1945-ci ildə yaradılmış kütləvi beynəlxalq demokratik təşkilatların:

– Ümumdünya Həmkarlar İttifaqı Federasiyasının;

– Ümumdünya Demokratik Gənclər Federasiyasının;

– Beynəlxalq Demokratik Qadınlar Federasiyasının;

BMT 50 ölkənin nümayəndələrinin San-Fransiskoda 1945-ci il aprelin 25-dən iyunun 26-dək keçirilmiş konfransında təsis edilmişdi.BMT-nin başlıda qayəsi beynəlxalq sülhü və dövlətlər arasında işgüzar əlaqələri təmin etməkdən ibarətdir.

Beləliklə, bu dövrdə ictimai-siyasi həyatda xeyli kəskin ziddiyyətlər özünü biruzə vermişdir. Ölkənin daxili həyatında bir tərəfdən xalqın əmək və siyasi fəallığının inkişaf edib artması, digər tərəfdən Stalinin şəxsiyyətinə pərəstişin eybəcər hal alması inzibati-amirlik iş metodlarının getdikcə daha dərin kök salması, yerli təşəbbüsün boğulması müşahidə edilirdi.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda H.Ə.Əliyev MK-nın birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təmeli qoyuldu.

H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmlən- dirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Az. SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.

H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Azərbaycanın dahi mutefekkir sairi Nizami Gencevi irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc digər şəhərlərə aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi.70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı O, «İran Azərbaycanı» terminini «Cənubi Azərbaycan» terminilə əvəz etdi.

1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi.Mingəçevirdə elektrik stansiyası, Şəmkir SES, Bakı kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça qənnadı, çini-saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.

70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloci kəşfiyyat izləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı. Üzən buruqlardan «Azərbaycan», «Xəzər» vasitəsilə dənizin dərinliyində 6000 m-ə çatan quyular qazıldı. Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqliyyatın da inkişaf etdirilməsi vacib strateji məsələlərdən biri idi. 70-80-ci illərdə yeni dəmir yolu – Ağdam-Xankəndi, Ağstafa-İcevan, Yevlax-Balakən xətləri istifadəyə verildi. 1985-ci ildə 2067 km-ə çatan dəmir yolu xətti var idi.

70-80-ci illərdə metro tikintisi sazəsində böyük uğur əldə olundu. 1970-ci ildə «Ulduz» stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini «8-ci km» qəsəbəsi ilə birləşdirən metro xətti – «Bakı Soveti» - «Neftçilər» metro xətti işə düşdü. 1985-ci ildə «Memar Əcəmi» stansiyasına, 1979-cu ildə «Əhmədli» stansiyalarına gedən yeraltı dəmiryol xətləri istifadəyə verildi. Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxıstan, Sibir, İtaliya, Əlcəzair, Polşa, Rumıniya və sair ölkələrə mal daşınırdı.1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.

Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi.

Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səivyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloci mühit çirklənirdi və s.

80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o cümlədən 91 pioner və məktəblilər sarayı, 1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdə respublikada 100 yeni texniki-peşə məktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagird təhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.Təsərrüfat, maarif, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Plan İqtisad, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedaqoci məktəbinin Mingəçevir və Naxçıvan politexnik texnikumlari, Səki pedaqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərek istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.

70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə rus dili və ədəbiyyatı (Slavyan universiteti) və Pedaqoji Xarici Dillər İnstitutları yarandı. Azərbaycan Dövlət Pedaqoi İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedaqoji institutları, 1976-cı ildə İnşaat mühəndisləri institutu, 1981-ci ildə Gəncə texnologiya institutu təşkil edildi.

1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi.

Həmin dövrdə Gəncədə «Nizami» təsviri sənət qalereyası, «Nizami dövrü və yaradıcılığı muzeyi» açıldı.70-80-ci illərdə respublikada 8 yeni dövlət teatrı açıldı və onların sayı 20-yə qədər olmuşdu.1976-87-ci illərdə 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası» çapdan çıxdı. Bu dövrdə 20 cildlik «Azərbaycan ədəbityyatı kitabxanası» 50 cildlik «Dünya Uşaq ədəbiyyatı Kitabxanası», 100 cildlik «Dünya Ədəbiyyatı kitabxanası», Molla Nəsrəddin jurnalili 12 cildlik toplusu nəşr edildi. (1-ci cild).



Yüklə 233,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin