Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə5/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   2   3   4   5   6   7   8   9   ...   141
sitologiya

3.Göy-yaşıl yosunlar ( Cyanophytes ) - Onlar nüvəsiz hüceyrələrin ən inkişaf etmiş qolunu təşkil edir. Əksəriyyəti koloniya halında dərə, göl və axar su kənarları kimi mühitlərdə yaşayırlar. Sitoplazmalarında həm xlorofil (yaşıl), həm də fitosianin (göy) piqmentləri olduğundan fotosintez edə bilirlər. Tərkiblərində olan piqmentlər sayəsində su, azot və fosfor kimi elementləri işığın təsiri ilə karbohidratlara çevrilirlər. Beləliklə, həm qida emal etmiş, həm də suyun həll olmuş oksigen miqdarını artırmış olurlar. Həddindən çox olduqda da suyun oksigenini azaldırlar, bulanıqlığa səbəb olurlar və işığın dərin sulara nüfuz etməsinə maneə olurlar. Bu vəziyyət dərin su canlılarının məhv olmasına səbəb olur. Göy-yaşıl yosunların bir çox cinsi mövcuddur (şəkil 1.4).

4.Mikoplazmalar - Onlar təbiətdə sərbəst yaşaya bilən ən kiçik bakteriyalardır. Bakteriyaları tutan filtirlərdən keçə bilən və bakteriyalar kimi hüceyrə divarı və mezosomları olmayan, sadəcə plazma zarı ilə əhatəli hüceyrədən yaranan orqanizmlərdir. Mikoplazmaların genom böyüklüyünün azalması nəticəsində bakteriyalardan yarandıqları güman edilir. Həyat üçün minimum özəlliyə sahibdirlər. Mikoplazmaları digər bakteriyalardan ayıran ən vacib xüsusiyyət hüceyrə divarının olmasıdır. Bu baxımnan çox pleomorfikdirlər və asanlıqla formalarını dəyişə bilirlər ( şəkil 1.5 ). Hüceyrə divarının sintezinə təsir edən pensillin kimi antibiotiklərə davamlıdırlar. Mikoplazmaların bəzi tipləri insan və heyvanlarda pnevmaniya xəstəliyinə səbəb olurlar.


      1. Arxelər

rRNT-nin bəzi analizlərinin nəticələrinə görə bir növ bakteriya olaraq qəbul edilən metanongenlərin (metan sintez edenler) əslində, bakteriyalardan olduqca fərqli xüsusiyyətlərə malik olduqları müəyyən edilmişdir. Məsələn, bu qrup canlıda bakteriya üçün xarakterik olan peptidoqlikan təbəqəsinin olmasıdır. Metanogenlərə adını verən metan sintezi və bu sahədə istifadə edilən bəzi koenzimlər, bilinən bütün canlılar arasında sadəcə bu qrupda yer almaqdadır. rRNT-analizləri nəticəsində əmələ gələn bu hal, metogenlərlə bakteriyalar arasında rast gəlinən və əvvəllər müəyyən olunmuş fərqlilikləri bir daha sübut edir. Eyni zamanda analizlərə görə metogenlərə bakteriyalardan daha yaxın olduğu sübut olunan hiperhalofilik (yüksək duzlu mühitdə yaşayan) mikroorqanizmlər də peptidoqlikan təbəqəsinə sahib deyildir. Arxelər 3 cür olur: Krenarxea, Euarxea və Korarxea. Bu canlıların növləri dünyada heç bir canlının yaşaya bilmədikləri yerlərdə yaşayırlar. Krenarxeota növünə aid arxelər 800 C-dən yuxarı temperaturda yaşamaqla bərabər çox isti sevən (hipertermofil) orqanizmlər kimi tanınmışlar. Son zamanlarda soyuqda da yaşaya bilən eyni növə aid arxelərə də rast gəlinir. Bundan başqa bu tip canlılar geotermal sularda və antarktida da yaşaya bilirlər. İsti su hövzələrinin olduğu mühitdə eyni zamanda bol miqdarda elementar kükürd (S) və sulfit (SO2) olur. Bu səbəblə də çox isti sevənlərin böyük hissəsi qələvi mühitdə yaşayar və kükürdü oksidləşdirər. Bundan başqa çox duzlu mühitdə yaşayan (hiperhalofil) arxelər də rast gəlinir. Euarxeota sinfinə daxil olan bu canlılar 15% NaCl və pH 8-9 arasında yaşayır. Bəzi hiperhalofil arkelərin 32% NaCl mühitində yaşaya bildikləri də müəyyən olunmuşdur.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin