HöRÜMÇƏk toru (detektiv əsər)


Kameranın görüntüləri itib



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Kameranın görüntüləri itib
Cahanşir Tapdığa tapşırıqlarını verib üzünü
qırxıb yeməyini yedikdən sonra düşüncələrində
bugünki günün planını cızırdı. Kameraların ekranı
kazarmanın giriş qapısının ağzında hazırlanmış
kiçik otaqda yerləşirdi ki, hər iki saatdan bir
ekranı müşahidə etmək üçün sərbəst növbədən
burada bir əsgər otururdu. Otaqda xidmətin apa-
rılması üçün televizor, radio da daxil olmaqla
bütün şərait təmin olunmuşdu. Cahanşir düşün-
cələri daxilində otağında var-gəl edərkən Al-
məmmədov icazə alaraq içəri girib kameraların
görüntülərinin ekrandan itməsi barədə məruzə
etdi. Cahanşirin ilk ağlına bunun Tapdıq tərəfindən
71


ediləcək olduğu gəldi. Həqiqətən də kameraların
görüntülərinin itməsi Tapdığın planı idi. Odur
ki, Cahanşir Alməmmədova:
– Mənim sürücümü tap gör haradadır? Onun
ekran avadanlıqlarından başı çıxır. Qoy gəlsin
yanıma, – dedi. Bir neçə dəqiqə keçdikdən sonra
Tapdıq otağın qapısı ağzında peyda oldu. Onu
qapı ağzında görən Cahanşir:
– Yaxşı, indi nə etmək fikrindəsən, – deyə
ondan soruşdu. Tapdıq içəri girib qapını örtdükdən
sonra:
– Aydın məsələdir ki, nə edəcəyəm. Kame-
raların “nəzarət otağı”na gedən naqilini ayıracağam
ki, ora görüntü getməsin. Kameraların istiqamətini
bizim ərazimizə yönəldəcəyəm. Biz özümüz
kompyuterdən həyatyanı sahədə nə baş verdiyini
izləyə biləcəyik, – dedi. Cahanşir Tapdığı dinlə-
dikdən sonra:
– Yaxşı, axşama yaxın Alməmmədova deyərsən
ki, görüntüləri düzəltdin və görüntüləri yenidən
“nəzarət otağı”na yönəldərsən. Bizə əsasən gündüz
görüntüləri lazımdır, - dedi. Tapdıq:
– Oldu, - deyib işə başladı. Cahanşirin əhvalı
deyəsən düzəlmişdi. İndi o heç bir maneə olmadan
72


postun həyatyanı sahəsində başverənləri izləyə
biləcəkdi. Ancaq heyif ki, bu gün Cahanşir üçün
o qədər də uğurlu alınmadı. Nə qızlar postun
önünə çıxdı, nə də ki, it erməni tərəfə keçdi.
Ancaq ki, Abbasovdan tutulan telefon deyəsən
öz bəhrəsini vermişdi. Gün ərzində əsgər Seyi-
dovun onun otağı qarşısında bir neçə dəfə sağa-
sola gəzdiyini görən Cahanşir onu otağına çağırdı.
Seyidov bir həftə bundan öncə mədən ərazisindən
posta içməli su gətirərkən yolda samartfon tipli
telefon tapdığını və bu barədə gizir Zülfüqarova
məruzə etdiyini dedi. Bundan başqa o bildirdi
ki, smartfon tipli telefonu gizir Zülfüqarov ondan
alıb içərisindən danışıq kartını çıxarıb qıraraq
bu barədə heç bir kəsə deməməyi tapşırdı. Əsgər
Seyidov bunu da əlavə etdi ki, hər gün telefonu
gizir Zülfüqarov ona verərək radiostansiyaları
enerjiyə qoyduqları qutuda qidalandırır və gündüz
vaxtları telefon həmin qutuda gizlədilir. 
Axşama yaxın Tapdıq kameraların istiqamətini
dəyişib görüntüləri “nəzarət otağı”na ötürəndə
əsgər Salmanovla İlyasov arasında ciddi müba-
hisənin getdiyinin şahidi oldu. Tapdıq məsafə
baxımından mübahisənin tamami ilə eşidə bilməsə
73


də ancaq söhbətin smartfon telefondan, erməni
qızlarından və hansısa satqınçılıqdan getdiyini
eşidirdi. Tapdıq bütün eşitdiklərini Cahanşirə da-
nışdıqdan sonra:
– Hal-hazırda postda iki smartfon olduğunu
bilirik və bilirik ki, bunlar post başçısının kö-
məkçisi gizir Zülfüqarovda və əsgər İlyasovdadır.
İcazə verin telefonların hər ikisini bu şəxslərdən
götürək, – dedikdə, Cahanşir:
– Telefonları onsuz da kimdə olmalarını bilirik.
Onları istənilən an götürə bilərik. Qorxuram ki,
telefonları götürdükdə ortaya başqa məsələlər
çıxar və ermənilərin it vasitəsi ilə kiminlə əlaqə
saxladıqlarının izini itirək. Odur ki, ilk növbədə
həmin şəxsi tapmaq lazımdır, deyərək nəsə dü-
şündüsə şəhər telefon xətti ilə Vaqif müəllimin te-
lefon nömrəsini yığdı. Keçən dəfəkindən fərqli
olaraq Vaqif müəllim onu çox gözlətmədi. Üçüncü
zəngdən sonra dəstəyi Vaqif müəllim götürüb yenə
Cahanşirlə uzun uzadı hal-əhvallaşdıqdan sonra:
– Cahanşir müəllim, görəsən bizi nə vaxt
sevindirəcəksiniz? – sualına Cahanşir:
– Düşünürəm ki, axtardığımızı tezliklə tapa-
cağıq. İndi isə mənə təcili olaraq mühəndis-
74


istehkam bölüyünün komandiri kapitan Vəliyev
barədə sizdə olan anket məlumatlar lazımdır, –
dedi. Telefonun o biri başında Vaqif müəllimin
ucadan gülmək səsi aydınca eşidilirdi:
– Cahanşir müəllim, siz deyəsən qarşınızda
məqsəd qoymusunuz ki, mənim adamlarımı ancaq
ifşa edəsiniz. Bir kimsə bilməsin və bu məsələni
də çox qurdalamayın. O bizimlə əməkdaşlıq edir,
– dedi. (Aylar keçdikdən sonra Cahanşir öyrəndi
ki, “Şimşək” postunun ön tərəfində olan düşmənin
yeraltı sığınacağının şəkillərini çəkmək məqsədi
ilə DTX tərəfindən kapitan Vəliyevə tapşırıq
verilir. Uzun sürən əməliyyatdan sonra Vəliyev
düşmən postunda xidmət edən erməni zabitləri
ilə yoldaşlıq münasibəti quraraq onlar tərəfdən
yemək süfrəsinə dəvət olunur. Həmin gün kəşfiyyat
bölmələrinə də düşmən tərəfə keçmək barədə
xüsusi tapşırıq verilir. Vəliyev də kəşfiyyatçılara
bələdçilik etmək məqsədi ilə erməni kəndinə ge-
dərək oradan da erməni postuna daxil olur. DTX
tərəfindən onun yaxa düyməsini söküb yenidən
başqa bir sapla tikirlər. Bu sap videokamera
rolunu oynayır və sapın ucu xırda bir qurğuya
birləşdirilir ki, həmin qurğu Vəliyevin böyrünə
75


bağlanılır. Bir saata yaxın bir vaxtda Vəliyev er-
məni postunda nə lazımdırsa hamısını videogö-
rüntüyə alır. Deyilənlərə görə Vəliyev düşmən
mövqeyi istiqamətinə gedərkən üzərində həmişə
F-1 markalı qumbara olarmış).
Bu gecə də dünənki kimi eyni qayda ilə keçdi.
Zülfüqarovla İlyasovun smartfon mobil telefonları
Tapdığın gətirdiyi qurğunun ekranında tez-tez gö-
rünürdülər. Növbəti səhər də rahatçılıqla açıldı.
Cahanşir üzünü qırxıb səhər yeməyi yedikdən
sonra otağında Alməmmədovdan kameraların gö-
rüntülərinin yenidən itməsi məruzəsini gözləyirdi.
Cahanşir bu məruzəni o qədər də çox gözləmədi.
Alməmmədov içəri daxil olub kamera məlumat-
larının yenidən itməsi barədə məruzə etdikdə Ca-
hanşir yenidən sürücüsünü çağırıb ona tapışırıqlarını
verdi. Tapdıq bir neçə dəqiqə içində izləmə ka-
meralarını bizim tərəfə yönəldərək görüntülərini
Cahanşirin otağına ötürdü. Demək olar ki, hər şey
hazır idi, sadəcə gözləmək qalırdı. Cahanşir İlya-
sovdan telefonu tezliklə götürməyə tələsməsə də
dünən İlyasovla postda xidmət edən Bədəlovu
yanına çağırıb onunla söhbət etmək qərarına gəldi.
Bədəlov əvvəlcə heç bir söz demək istəməsə də
76


sonradan işin ciddiliyini anlayıb bildiyi hər şeyi
danışmağa başladı. O bildirdi ki, İlyasov ondan
gizlətmək istəsə də dünən postda olanda İlyasov
qarşı tərəfdə gəzişən yarıçılpaq qızlarla yazışırdı.
Çünki o həmin qızların götüntülərini İlyasovun
telefonunda gördüyünü dedi. Bundan əlavə hal-
hazırda İlyasovun telefonu mətbəxdə su qızdırıcı-
sının arxasında gizlətdiyini deməyi unutmadı. Bu
məlumat Cahanşir üçün qaneedici idi.
Saat təqribən on birə işləmiş Zülfüqarov
“müşahidə məntəqəsi”ndə qızların postun ön
tərəfinə çıxmaları barədə məlumatı Cahanşirə
çatdırdı. Cahanşir Tapdığı çağırıb otağında komp-
yuterin arxasında əyləşdirərək hansı vəziyyətdə
nə edəcəyi barədə ona tapşırıq verib, özü isə
“müşahidə məntəqəsi”nə qalxdı. “Müşahidə mən-
təqəsi”ndə növbədə əsgər Abbasovla əsgər Kəri-
mov idilər. Cahanşir gizir Zülfüqarovun müşayiəti
ilə “müşahidə məntəqəsi”nə qalxaraq durbin va-
sitəsi ilə düşmən mövqeyinə nəzarət etməyə baş-
ladı. Erməni tərəfdə yenə də hər iki qız yarıçılpaq
vəziyyətdə postun ön tərəfinə çıxaraq gəzişirdilər.
Qızların əyinlərində əvvəl geyindikləri qısa, dar
“şortik” idi ki, bu da qızların bütün əza cizgilərini
77


açıq-aşkar hiss etdirirdi. Ancaq nədənsə qızlar
keçən dəfəki kimi şən görünmürdülər. Cahanşir
durbinlə diqqətini qızlardan çəkməyərək Zülfü-
qarova:
– Hə, Zülfüqarov, de görüm qızlar bu gün
niyə şən deyillər? – deyə soruşdu. Cahanşirin bu
qəfil sualından Zülfüqarov çaşıb qaldı, bilmədi
nə cavab versin, sadəcə:
Bilmirəm, cənab polkovnik, – cavabı ilə
kifayətləndi. Cahanşir keçən dəfə də, bu gün də
Zülfüqarovla “Müşahidə məntəqəsi”ndən erməni
qızlarını müşahidə etdikdə Zülfüqarovun nara-
hatçılığını hiss etmişdi. Cahanşirin diqqəti qız-
lardəykən biz tərəfdən itin qaçaraq qarasaçlı qıza
yaxınlaşdığını gördü. Qız əvvəlki kimi bir az
aşağı əyilərək itin başını sinəsinə sıxdı. İtin burun
hissəsi qızın döşləri arasında görünməz oldu.
Sonra qız itin başını sığallayaraq ayağa qalxıb
erməni kazarmasına endi. İt də sanki bunu göz-
ləyirmiş kimi qızın arxasınca kazarmaya endi.
Bir neçə dəqiqədən sonra qız heç nə olmamış
kimi yenidən postun üst tərəfinə çıxıb sarısaç
qızla gəzişməyə başladı. İt isə düşmən mövqeyinin
arxa yan tərəfindən çıxıb köhnə cığırla bizim
78


istiqamətə qaçmağa başladı. Cahanşir bilirdi ki,
qızlar qəsdən bizimkilərin gözləri qabağında itlə
oynayırlar ki, bizdən məktubu götürən şəxs gön-
dərilən məktubun qız tərəfindən göndərildiyinə
əmin olsun. Cahanşir bilirdi ki, Tapdıq bu dəqiqə
gözlərini ekrana zilləyərək itin nə vaxt bizim
postdan çıxıb və qayıdacağı anı gözləyir. Cahanşir
nə edəcəyi barədə yerli-yataqlı onu təlimatlan-
dırmişdı. Budur it qaçaraq yeməkxananın yanına
gəlir. Salmanov qabaqcadan hazırlanmış ətli sü-
müyü itin qabağına qoyaraq itin boynundan bo-
yunduruğu açaraq cibinə qoyub sürətli addımlarla
ayaqyoluna tərəf addımlayır. Əlbəttə ki, bütün
bunlar Tapdığın gözündən yayına bilməzdi. Sal-
manov ayaqyoluna çatar-çatmaz Tapdıq yüyürərək
onu arxadan özünə tərəf çəkib yerə uzatdı. Sonra
əllərini arxadan buraraq Cahanşirin otağına apardı.
Cahanşir postda duran şəxslərdən başqa qalan
bütün şəxsi heyətin onun otağının qarşısında dü-
zülməyi Zülfüqarova tapşırdı. Özü isə Vaqif
müəllimlə birbaşa mobil telefon vasitəsi ilə əlaqə
saxlayaraq qrupun göndərilməsini tapşırdı. Sonra
isə otağına tərəf tələsmədən addımlamağa başladı.
Cahanşir otağına çatanda artıq postda duran iki
79


əsgərdən başqa hamı otağın qarşısında bir cərgə
düzülmüşdü. Alməmmədov da yuxudan qalxaraq
sıranın önündə idi. Cahanşirin işarəsi ilə Tapdıq
otaqdan çıxıb harasa getdi və heç beş dəqiqə
keçməmiş geri qayıdaraq Cahanşirə:
– Hər ikisi məndədir, – dedi. Tapdığın bu
cümləsini Cahanşirdən başqa heç kim başa düşmədi.
Cahanşir təqribən otuz-otuz beş dəqiqə ərzində
sıraya düzülmüş şəxsi heyətlə vətənpərvərlik möv-
zusunda söhbət etmişdi ki, bir neçə maşın üzübağlı
silahlı şəxslər postun ərazisinə daxil oldular.
Gələnlər arasında Vaqif müəllim də var idi. Qara
geyimli şəxslər gizir Zülfüqarovun, əsgər İlyasovun,
əsgər Salmanovun, əsgər Seyidovun və əsgər Da-
daşovun əllərini bağlayıb maşına apardılar. Vaqif
müəllim Cahanşiri və Tapdığı bağrına basaraq
uşaq kimi sevinirdi. Tapdıq cibindən Zülfüqarovun
və İlyasovun telefonlarını çıxararaq Vaqif müəllimə
verdi. Bundan başqa kopyalayıb diskə köçürdüyü
müşahidə kameralarının görüntülərini də Vaqif
müəllimə verməyi unutmadı. Telefonlar içində
kənarları gümüşü olan qara telefon Cahanşirin
diqqətini cəlb etdi.Telefonun yuxarı sağ küncündə
olan cızıqlar ona çox tanış gəldi. Sanki bu telefonu
80


nə vaxtsa haradasa görmüşdü. “Qonaqlar” get-
dikdən sonra Cahanşir bir daha şəxsi heyətlə və-
tənpərvərlik mövzusunda danışaraq Alməmmədova
postların yenidən bölgüsünün aparılmasını tapşırdı.
Sonra isə otağından naqilli telefon vasitəsi ilə ge-
neralla əlaqə saxlayaraq sabahkı gün üçün postun
şəxsi heyətinin dəyişdirilməsinin zəruri olmasını
ona izah etdi. Növbəti gün nahar vaxtı postun
şəxsi heyəti kəşfiyyat bölməsi ilə əvəz edildi.
Postdan qayıtdıqdan sonra şəxsi heyət araşdırma
bitənədək digər şəxslərdən izolyasiya edilmiş
bölmədə yerləşdirildilər. Şəxsi heyət təyin olunmuş
yerdə yerləşdikdən sonra Cahanşir qərargaha
gəlib birbaşa generalın otağına qalxdı. General
hələ nahar fəsiləsindən qayıtmamışdı. Belə olduqda
Cahanşir öz otağına gedən zaman generalın hüquq
işlər üzrə köməkçisi ilə rastlaşdı. Bu əsgər Rzayevin
qardaşı kapitan Rzayev idi. Salamlaşdıqdan sonra
kapitan Rzayev nə üçün postdan tez qayıtdıqlarını
soruşduqda, Cahanşir ona nəsə bir tutarlı cavab
vermək istəyirdi ki, birdən kənarları gümüşü
rəngdə olan qara telefon və onun yuxarı sağ kün-
cündə olan cızıqlar yadına düşdü. Cahanşir nə
fikirləşdisə:
81


Bazar günü səhər tezdən, saat 05:30-da
kəşfiyyat bölmələrimiz düşmənlə neytral ərazidə
olan yüksəkliyi ələ keçirməlidirlər. Tez dəyişdik
ki, kəşfiyyatçılarımız əməliyyata hazırlaşa bilsinlər,
– dedi. 
82



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin